Məhkəmə qərarları › İş №1(060)-406/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-406/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-406/2023 01.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1950-ci ildə Zəngilan rayonu, Bartaz kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.1975-ci il tarixli əmək müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt İstehsalat Sahəsinin Yardımçı İstehsalat Departamentinin aparıcı mühəndisi işləyərkən, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istehsalat sahələri üzrə xx.xx.2021-ci il tarixli, 04 nömrəli əmrinə əsasən ünvan 2 ünvanında yerləşən “Sumqayıt Alüminium” İstehsalat Sahəsi üzrə istifadə olunan elektrik, istilik, su və qazla işləyən qurğu və avadanlıqlarının, qaz, su və kanalizasiya şəbəkələrinin ümumi vəziyyətinə, X2, X3 və Elektrik (istilik) X1 nəzarət edən və cavabdeh şəxs təyin edilməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli, 41 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinə əsasən işləyən və ya ehtiyatda olan transformator yarımstansiyalarının və güc yarımstansiyalarının qapılarının qıfılla bağlanmasını və onların üzərində xəbərdaredici “EHTİYATLİ OL! ELEKTRİK GƏRGİNLİYİ” nişanı bərkidilməsini və ya yazılmasını təmin etməli olduğu halda bunlara riayət etmədən texniki təhlükəsizlik qaydalarını pozması nəticəsində “Malların alqı-satqısı haqqında” 14 yanvar 2022-ci il arixli, 09/2022 nömrəli müqavilə əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin ərazisində uzun müddət istifadəsiz qalmış yarım yararlı dəmir yolu relsləri və beton şpallarının komplektləşdiricİləri ilə sökülməsi və daşınması işini həyata keçirən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 15 noyabr 2021-ci il tarixli əmək müqaviləsi ilə fəhlə işləyən Zərərçəkmiş şəxs 26 mart 2022-ci il tarixdə saat 14:00 radələrində təbii ehtiyacını ödəmək üçün "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvan 2 ünvanında yerləşən “Sumqayıt Alüminium” İstehsalat Sahəsinin ərazisində olan 6 nömrəli elektrik yarımstansiyasının ön tərəfindəki girişdə olan qapılardan birinin yerində olmaması səbəbindən sərbəst şəkildə yarımstansiyaya daxil olduqdan sonra elektrik cərəyanı vurması nəticəsində ehtiyasızlıqdan Zərərçəkmiş şəxs sağ budun aşağı 1/3-dən orta 1/3-nin bayır səthini əhatə edən, sağ baldırın orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yan səthini əhatə edən yanıq yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül, elektrotravma, travmatik şok, baş beyinin orta dərəcəli əziİməsi, təpə sümüyünün, sağ ənsə sümüyünün və sağ gicgah sümüyünün pullu hissəsinin qəlpəli yerdəyişən sınıqları, sağ gicgah sümüyü piramidinin kəllə əsasına keçən sınığı, sağ temporo-pariyeto-occipital paylarda inriaparenximatoz əzilmə və hemorragiya ocaqları, pnevmoensefalon ilə mtşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə sağlamlığına “AĞİR” zərər vuımuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hadisə bayram günü, yəni qeyri iş günü baş vermişdir. xx.xx.2023-cü il tarixdə növbətçi olduğu üçün zavodda olmuşdur. Həmin gün yarımstansiyanın ön tərəfində olan metal və arxa tərəfində olan taxta qapıları yerində olmuş, sındırılmamışdır. Yarımstansiyada sayğac və naqillər öz yerində olmuşdur. Həmçinin yarımstansiyadakı kanalın üzərinə qoyulmuş metal parçaları da yerində olmuşdur. 24 mart 2022-ci il tarixdən sonra 26 mart 2022-ci il tarixdə saat 15:00 radələrində ona həmin elektrik yarımstansiyasına bir nəfər şəxsin icazəsiz daxil olması və həmin şəxsi elektrik cərəyanının vurması barədə məlumat verilmişdir. O, dərhal elektrik yarımstansiyasına getmiş, yarımstansiyanın içərisinə baxmışdır. Həmin yerdə elektrik naqillərinin kəsilmiş hissələrini, bəzi naqillərin yerində olmadığını, elektrik sayğacının öz naqili ilə sallandığını, yerində olmadığını görmüşdür. Bundan başqa elektrik yarımstansiyasının metal qapısının bir tayı yerində olmamış, petlədən çıxarılmışdır. Yarımstansiyanın digər taxta qapısı isə sındırılmışdır. O, kənar şəxs elektrik yarımstansiyasına girməsin deyə elektrik yarımstansiyasının girişinə mişar daşları və yaşıl rəngli metal list qoymuşdur. Yuxarıda göstərilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1970-ci ildən “Sumqayıt Alüminium” Zavodunda mühəndis vəzifələrində işləmişdir. Bundan sonra bir çox struktur dəyişikliklər olmuşdur. Təxminən 2003-cü ildən "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində Yardımçı istehsalat departamentində aparıcı mühəndis vəzifəsində işləmişdir. "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində əvvəllər 13 elektrik yarımstansiyası olmuşdur. 26 mart 2022-ci il tarixdə isə bir elektrik yarımstansiyası olmuşdur. Həmin elektrik yarımstansiyası 6 nömrəli elektrik yarımstansiyasıdır. Qeyd olunan elektrik yarımstansiyası "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsinin inzibati binasını elektrik enerjisi ilə təmin etmişdir. Həmin elektrik yarımstansiyasında TM 1000 (10 kV/0,4) gücündə elektrik transformatoru vardır. Elektrik yarımstansiyasında elektrik xətləri ilə 10 KV gərginlikdə elektrik enerjisi daxil olur. Elektrik transformatorundan isə 0,4 kV elektrik enerjisi işlədicilərə ötürülür. 09 mart 2022-ci il tarixədək həmin elektrik yarımstansiyasına daxil olan 10 KV gərginlikdəki elektrik xətlərinə "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində Yardımçı istehsalat departamentinin növbə rəisi Vaqif Paşayev nəzarət etmişdir. 0,4 KV gərginlikdə olan elektrik xətlərinə isə o nəzarət etmişdir. Ümumilikdə elektrik yarımstansiyasına və transformatora da Vaqif Paşayev nəzarət etmişdir. 09 mart 2022-ci il tarixdə Sumqayıt istehsal sahəsinin çağlanması ilə əlaqədar olaraq Vaqif Paşayevin işlədiyi vəzifə ixtisara salınmış və o, işdən azad edilmişdir. Həmin vaxtdan etibarən elektrik yarımstansiyasına o nəzarət etmişdir. 26 mart 2022-ci il tarixdə də həmin elektrik yarımstansiyası onun cavabdehliyində olmuşdur. Elektrik yarımstansiyasında işləri əvvəllər Vaqif Paşayevlə ikisi, 09 mart 2022-ci il tarixdən sonra isə təkcə o görmüşdür. 19-27 mart 2022-ci il tarixlərdə Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri olduğu üçün işə getməmişlər. Lakin 21 və 24 mart 2022-ci il tarixlərdə o, növbədə olduğuna görə həmin günlər istehsal sahəsində olmuşdur. 21 və 24 mart 2022-ci il tarixlərdə istehsal sahəsində olanda həmin elektrik yarımstansiyasını da yoxlamışdır. Yarımstansiyanın ön tərəfində olan metal və arxa tərəfində olan taxta qapıları yerində olmuş, sındırılmamışdır. Yarımstansiyada sayğac və naqillər öz yerində olmuşdur. Həmçinin yarımstansiyadakı kanalın üzərinə qoyulmuş metal parçaları da yerində olmuşdur. 24 mart 2022-ci il tarixdən sonra 26 mart 2022-ci il tarixdə, saat 15 radələrində ona həmin elektrik yarımstansiyasına bir nəfər şəxsin icazəsiz daxil olması və həmin şəxsi elektrik cərəyanının vurması barədə məlumat verilmişdir. O, dərhal iş yoldaşı elektrik X4 ilə birlikdə elektrik yarımstansiyasına getmiş, yarımstansiyanın içərisinə baxmışdır. Həmin yerdə elektrik naqillərinin kəsilmiş hissələrini, bəzi naqillərin yerində olmadığını, elektrik sayğacının öz naqili ilə sallandığını, yerində olmadığını görmüşdür. Bundan başqa elektrik yarımstansiyasının metal qapısının bir tayı yerində olmamış, petlədən çıxarılmışdır. Yarımstansiyanın digər taxta qapısı isə sındırılmışdır. O, kənar şəxs elektrik yarımstansiyasına girməsin deyə elektrik yarımstansiyasının girişinə mişar daşları və yaşıl rəngli metal list qoymuşdur. Yarımstansiyanın içərisində iki yerdə qan gölməçəsi olmuşdur. O, orada öyrənmişdir ki, Saleh adlı şəxsin işçilərindən biri ora daxil olmuş və onu elektrik cərəyanı vurmuşdur. Salehin işçiləri həmin yarımstansiyadan uzaqda dəmir yollarının sökülməsi ilə məşğul olurlar. Həmin işçinin ora necə gəlməsini bilmir. Bundan başqa o, yarımstansiyaya baxanda belə başa düşmüşdür ki, ora daxil olan şəxs 10 KV gərginlikdə olan naqilə toxunmamış, həmin naqilə yaxınlaşdığı üçün onu elektrik cərəyanı vurmuşdur. 10 KV gərginlikdə olan elektrik naqilinə toxunması mümkün deyildir, həmin yer bağlı olur. Yağ açarlarının olduğu yerə yaxınlaşdığı üçün onu elektrik cərəyanı vurmuşdur. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 noyabr 2021-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində işləyir. Təxminən 02 (iki) ay əvvəldən “Sumqayıt Aliminium” zavodunun həyətində dəmir yollarının şpallarını söküb yük avtomaşınlarına yükləyir. 26 mart 2022-ci il tarixdə saat 08:00 radələrindən etibarən onlar “Sumqayıt Alüminium” zavodunun həyətində şpal yükləmişlər. Fəhlələr və hüquqşünas Saleh orada olmuşdur. Saat 14:00 radələrində Saleh onlara həmin gün görülməli olan işin bitdiyini, evə getməsini demiş və özü harasa getmişdir. O, işlədiyi yerdən uzaqlaşıb evə gedəndə zavodun ərazisində təbii ehtiyacını ödəməyə yer axtarmışdır. O, qapalı bir yer axtararkən orada olan elektrik yarımstansiyasının açıq qapısından içəri daxil olmuşdur. İçəri daxil olanda elektrik transformatorunun gərginlik səsini eşitmiş və düşünmüşdür ki, həmin gərginliyə görə heç kim ora gəlməz və o da işini orada rahat görər. O, içəri daxil olandan sonra nə baş verdiyini xatırlamır. Hətta təbii ehtiyacını ödəyib-ödəmədiyini də bilmir, içəri daxil olandan sonra yaralı vəziyyətdə sürünə-sürünə elektrik yarımstansiyasından çölə çıxdığını, sonra isə xəstəxanada olduğunu xatırlayır. O, yaralı vəziyyətdə sürünüb çölə çıxanda ətrafdakı tanımadığı şəxslər onun başına toplaşmış, həmin vaxt artıq onları səsləri onun qulaqlarında azalmağa başlamışdır. Şahid1 onu avtomobilə mindirib aparmasını xatırlayır. Həmin avtomobildə bir dəfə də ayılmış, sonra isə xəstəxanada oyanmış və orada olarkən öyrənmişdir ki, onu elektrik cərəyanı vurmuşdur. Elektrik yarımstansiyasında konkret olaraq hara toxunduğunu xatırlamır. O, sağ qulaqətrafı, sağ qol və sağ ayağından yanıq xəsarətləri almışdır. Onu 26 mart 2022-ci il tarixdə “Sumqayıt Alüminium” zavodunda elektrik cərəyanı vurması ilə bağlı heç kimdən şikayət və tələbi yoxdur. Həmin hadisə onun səhlənkarlığından baş vermişdir. 26 mart 2022-ci il tarixdə o və digər fəhlələr “Sumqayıt Alüminium” Zavodunun həyətində beton şpalları avtomaşına yükləmişdir. Onun işinə Şahid1 nəzarət etmişdir. MMC-nin işçiləri, o cümlədən onunla əmək müqaviləsi bağlanmışdır. Onların sosial sığortası ilə bağlı sığorta müqaviləsi bağlanmışdır. Təxminən 02 (iki) ay əvvəldən o və MMC-nin digər işçiləri orada işləyirlər. Onların heç biri həmin elektrik yarımstansiyasının qapısının yerində olduğunu görməmişlər. Onların işlədiyi vaxtlarda heç vaxt orada qapı olmamışdır. Onların işlədiyi vaxtdan yarımstansiyanın qapısı yerində olmamışdır. Təqsirləndirilən şəxs izahatında düzgün göstərmir. 24 mart 2022-ci il tarixdə həmin qapı yerində olmamışdır. O, yarımstansiyaya oğurluq etmək məqsədilə daxil olmamışdır. Oranın qapısı açıq olduğuna görə onlar orada işləməyə gələnə qədər kim nəsə istəsəydi, oğurlayardı. Lakin oradan oğurlanası əşya yoxdur. Yüksək gərginlikli elektrik olan yerə o, müdaxilə edib oradan nəsə oğurlaya bilməz. Onun fikrincə başqa şəxs də buna risk etməz. O, hadisədən sonra oradan sürünüb çıxmış, özü ilə oradan heç nə aparmamışdır. Həmin vaxt orada metal parçaları və metaldan olan qapı və naqillər görməmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı X14 2007-ci ildə "xxxx" MMC-ni təsis etmiş və həmin ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Yevlax Ərazi Vergilər İdarəsinin Ağdam rayon şöbəsində qeydiyyata alınmışdır. MMC-nin hüquqi ünvanı Ağdam rayonu, Mərzili kəndi, Ergi qəsəbəsidir. MMC-nin icraçı direktoru X8r. O, qardaşı Ramiz İmanovun əmri ilə həmin vəzifəyə təyin edilmişdir. X6 MMC-nin baş mühəndisi, layihələr üzrə şöbə rəisi vəzifəsində, X9 tikinti üzrə rəis müavini vəzifəsində, X10 tikinti texnikası təmiri üzrə usta vəzifəsində, X5 rəisinin müavini-sahə rəisi vəzifəsində işləyirlər. Zərərçəkmiş şəxs 15 noyabr 2021-ci il tarixdən "xxxx" MMC-nin təmir üzrə ixtisassız fəhlə vəzifəsi üzrə işə qəbul edilmiş, həmin vaxtdan da qeyd edilən vəzifədə işləyir. MMC-nə 27 sentyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tikinti quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı 091574 nömrəli lisenziya verilmişdir. Həmin lisenziyaya edilmiş 27 sentyabr 2016-cı il tarixli əlavəyə əsasən dəmiryolun yerli ayırma xətlərinin tikinti və quraşdırma işlərinə icazə verilmişdir. Həmin lisenziya əsasında MMC ilə "xxxx" MMC arasında 14 yanvar 2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə "xxxx" MMC-nə məxsus “Sumqayıt Alüminium” Zavodunun həyətində yerləşən uzun müddət istifadəsiz qalmış yarım yararlı dəmir yolu relsləri və beton şpalının komplektləşdiricilərlə sökülüb daşınmaqla alınması "xxxx" MMC-nə həvalə edilmişdir. Müqavilə bağlandıqdan təxminən 4-5 gün sonra "xxxx" MMC həmin işi həyata keçirməyə başlamışdır. Zərərçəkmiş şəxs da həmin işlərdə iştirak etmişdir. Zavodun həyətində aparılan söküntü və daşınma işlərinə MMC rəhbərliyinin tapşırığına əsasən o nəzarət etmişdir. İşlərin aparılması zamanı işçilərin qidalanması, nizam-intizamı və digər tələbatları ilə bağlı məsələlərin tənzimlənməsi ona tapşırılmışdır. Bundan əlavə sökülmüş və daşınmış mallarla bağlı sənədlərin tərtib edilməsi, qeydiyyata alınması və təhvil verilməsi də ona tapşırılmışdır. İcraçı direktor Səbuhi Əliyev həmin sahədə olmuş, mütəmadi olaraq da telefon vasitəsilə onunla əlaqə saxlayıb işlərə nəzarət etmişdir. 26 mart 2022-ci il tarixdə saat 14:30 radələrində “Sumqayıt Alüminium” zavodunda həmin gün görülməli olan iş bitdiyinə görə işçilərə evə getmələrini bildirmişdir. O isə sökülmüş mallarla bağlı sənədlərin tərtib edilməsi və qeydiyyata alınması ilə bağlı orda qalmışdır. Saat 15:00 radələrində o, “Sumqayıt Alüminium” Zavodunun həyətində hərəkət edərkən bir neçə nəfər tanımadığı şəxsin toplaşdığını görüb yaxınlaşmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs zavoda məxsus elektrik yarımstansiyasının qarşısında yerdə uzanmış vəziyyətdə olduğunu görmüşdür. Ondan nə baş verdiyini soruşmuşdur. Ariz ona demişdir ki, işdən çıxıb gedərkən təbii ehtiyacını ödəmək üçün elektrik yarımstansiyasının içərisinə daxil olmuş, həmin vaxt orada elektrik cərəyanı onu vurmuş və xəsarət almışdır. Onun sol, yaxud sağ qulağının ətrafı qanla bulaşmış vəziyyətdə olmuşdur. O, avtomaşının qabaq oturacağını açıb gödəkcəni oturacağın üzərinə sərmiş, ətrafda olan şəxslərin köməkliyi ilə Ariz avtomaşının qabaq oturacağına uzanmışdır. O, təcili tibbi yardıma məlumat vermiş və öz avtomaşını ilə Arizi xəstəxana istiqamətində aparmışdır. Yolda təcili tibbi yardım avtomobili ilə qarşılaşdıqdan sonra Arizi tibb işçilərinə təhvil vermiş və onu Sumqayıt şəhər Travmatologiya Xəstəxanasına aparmışlar. O, bundan sonra xəstəxanada onun müalicəsi ilə bağlı lazım olan tədbirlərin görülməsi ilə məşğul olmuşdur. 26 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs “Sumqayıt Alüminium” Zavodunun həyətində kəsilmiş dəmir altlıqlarını bir yerə toplamaqdan və beton şpalların avtomaşına yükləməkdən ibarət olmuşdur. Saat 14:30 radələrində iş bitdiyi üçün ona evə getməsini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs zavodun ərazisindən çıxarkən təbii ehtiyacını ödəmək üçün işlədiyi yerdən təxminən 300- 500 metr aralıda hadisənin baş verdiyi elektrik yarımstansiyasına daxil olmuşdur. Ətrafda olan tanımadığı şəxslərin deməsinə görə o, xəsarət aldıqdan sonra özü yarımstansiyadan çölə çıxmışdır. MMC-nin işçiləri ilə, o cümlədən Zərərçəkmiş şəxs ilə əmək müqaviləsi bağlanmışdır. Onların sosial sığortası ilə bağlı sığorta müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 06 avqust 2021~ci ildən "xxxx" ASC-nin baş direktor müavini vəzifəsində işləyir. 2007-ci ilin sentyabr ayında isə "xxxx" ASC-nin baş direktoru vəzifəsində işləyir. Hazırda "xxxx" ASCnin baş direktoru Rofət Hüseynəliyevdir. "xxxx" ASC-nin xidmət sahəsi Gəncə gil-torpaq istehsalat sahəsi, Sumqayıt alüminium istehsalat sahəsi, Daşkəsən alunit istehsalat sahəsindən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli sərəncamına əsasən 2021-ci ilin avqust ayında Sumqayıt alüminium istehsalat sahəsi sökülməyə başlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin 08 may 2021-ci il tarixli əmri ilə “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "xxxx" "xxxx" Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 09 aprel 2021-ci il tarixli, 2750 nömrəli sərəncamının 2-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 aprel 2021-ci il tarixli, 245s nömrəli sərəncamının icrasının təmin edilməsi məqsədilə komissiya yaradılmışdır. Komissiyanın sədri Əmlak Məsələləri Dövlət Xidmətinin Maliyyə, iqtisadi proqnozlaşdırma və daxili audit şöbəsinin müdiri X7r. Komissiyanın sədr müavini isə odur. Qeyd olunan tarixdən Sumqayıt istehsalat sahəsinə bütövlüklə həmin komissiya rəhbərlik etmiş, idarə etmiş, cavabdeh olmuşdur. 26 mart 2022ci il larixdə Sumqayıt istehsalat sahəsində çoxsaylı şirkət və dövlət qurumlarının əməkdaşları söküntü işlərində iştirak etmişdir. O cümlədən "xxxx" MMC-nin işçiləri də həmin sahədə dəmiryolu relslərinin və beton şpalların sökülüb daşınması ilə məşğul olmuşdur. 26 mart 2022-ci il tarixdə istehsalat sahəsinin ərazisində istehsalat sahəsini elektrik enerjisi ilə qidalandıran elektrik yarımstansiyasına "xxxx" MMC-nin bir nəfər işçisi daxil olmuş və onu elektrik cərəyanı vuraraq xəsarət yetirmişdir. Həmin gün ona bu barədə məlumat verilmişdir. O bu barədə maraqlandıqda həmin MMC-dən ona işçinin təbii ehtiyacını ödəməsi üçün həmin yerə daxil olduğunu dediyini bildirmişlər. Lakin o, istehsalat sahəsinin işçiləri, həmçinin, MMC-nin rəhbərliyi ehtimal etmişlər ki, həmin işçi oğurluq məqsədilə həmin yarımstansiyaya daxil olmuş, alüminium və sink materiallardan olan simləri oğurlamaq istəmişdir. Çünki onun həmin yerə daxil olmasının başqa izahı yoxdur, qeyd olunan dövrdə istehsalat sahəsinin mühəndisi Təqsirləndirilən şəxs həmin yarımstansiyaya nəzarət etmişdir. Təqsirləndirilən şəxs və digər işçilərin ona verdikləri məlumata görə 26 mart 2022ci il tarixədək həmin elektrik yarımstansiyasının qapılan yerində olmuşdur. Lakin hadisə vaxtı müəyyən edilmişdir ki, elektrik yarımstansiyasının qapısının bir hissəsi yerində yoxdur, yerindən çıxarılmışdır. Həmin dövrdə istehsalat sahəsinin müqaviləsinə əsasən başqa bir MMC söküntü zamanı əldə edilən metal parçalarını daşıyıb aparmışdır. Həmin qapı da ola bilsin ki, söküləndən sonra həmin şirkət tərəfindən daşınmışdır. Onun bu barədə dəqiq məlumatı yoxdur. Çünki həmin sahədən çıxarılan metalların çəkisi hesablansa da, siyahıya alınması mümkün olmamışdır. 26 mart 2022-ci il tarixdə bütün enerji şəbəkəsinə, həmçinin qeyd olunan elektrik yarımstansiyasının fəaliyyətinə Təqsirləndirilən şəxs nəzarət etmişdir. 26 mart 2022-ci il tarixdə hadisə baş verənə qədər ona elektrik yarımstansiyasının ön və arxa qapılarının yerində olmaması barədə məlumat verilməmişdir. O, şəxsən 26 mart 2022ci il tarixdə həmin elektrik yarımstansiyasını görməmişdir. 1-2 gün əvvəl o, həmin qapıların yerində olduğunu görmüş və həmin ərazidə işləyən "xxxx" MMC-nin işçilərinə və rəhbərliyinə tapşırmışdır ki, yarımstansiyaya heç bir halda müdaxilə etməsinlər. 26 mart 2022-ci il tarixdə yarımstansiyanın ön və arxa qapılarının nə üçün yerində olmadığını bilmir. Ehtimal edir ki, həmin yerdə xəsarət alan şəxs digər şəxslərlə birlikdə yarımstansiyaya simlərin oğurluğu məqsədilə daxil olmuş, həmin qapılar da həmin şəxslər tərəfindən yerindən çıxarılmışdır. 26 mart 2022-ci il tarixdə Sumqayıt istehsalat sahəsində enerji şəbəkəsində texniki təhlükəsizlik qaydalarının təmin edilməsinə Təqsirləndirilən şəxs nəzarət etmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26 mart 2022-ci il tarixli protokola əlavə edilmiş fotoşəkillərə, 01 (bir) ədəd diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, hadisə yeri Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən “Sumqayıt Alüminium” zavodunun ərazisidir. Həmin zavodun ərazisində inzibati binalar və sənaye sahələri vardır. Sənayə sahələrinin əksəriyyəti sökülmüş vəziyyətdədir, digərlərində isə söküntü işləri davam etdirilir. Zavodun ərazisində olan mişar daşlarından hörülmüş tikintinin içərisində elektrik yarımstansiyası vardır. Həmin yarımstansiyanın girişində mavi rəngli metaldan hazırlanmış qapı vardır. Həmin qapı girişin bir hissəsini əhatə edir, girişin digər hissəsi isə boşdur, yarımstansiyanın girişi qapalı və kilidli deyildir. Qeyd olunan qapının üzərində ağ rəngli “Y/ST № 6 PQ-10KV Tel: 20-72 20-73” yazıları vardır. Yarımstansiyanın ətrafında və girişində təhlükəsizliklə bağlı heç bir yazı, nişan və lövhə yoxdur. Həmin yarımstansiyanın sol və sağ tərəflərində də mavi rəngli metaldan hazırlanmış qapılar vardır. Həmin qapılar bağlı və kilidlidir. Yarımstansiyanın içərisində döşəmənin mərkəzi girişlə şaquli istiqamətdə cüzbucaq formasında girişlə üzbəüz divara qədər uzanan formada alçaqda yerləşir. Həmin alçaq hissədə rezin materialdan hazırlanmış qara rəngli örtük, qara rəngli naqillər, daş və taxta parçaları vardır. Qara rəngli rezindən hazırlanmış örtüyün üzərində qanabənzər maddə vardır. Həmin yerdən keçən qara rəngli naqil yarımstansiyanın yuxarısından sağ tərəfinə doğru uzanır. Yarımstansiyanın sağ tərəfində içəri boş və müxtəlif avadanlıqlar olan ön tərəfində metal barmaqlıqlar olan rəflər vardır. Sol tərəfdə döşəmənin üzərində qanabənzər maddələr vardır. Sol tərəfdə divara bitişik vəziyyətdə yarımstansiyanın elektrik blokları yerləşir. Həmin blokların göy rəngli hissəsinin üzərində STYS-1 yazısı və sarı rəngli elektrik cərəyanının əks etdirən işarə vardır. Baxış keçirilərkən yarımstansiya işlək vəziyyətdədir. Elektrik gərginliyini əks etdirən səslər eşidilir. Yarımstansiyanln girişi ilə üzbəüz yerləşən divarda taxtadan hazırlanmış qapı vardır. Həmin qapının orta hissəsi açıqdır, binanın digər sahələrinə keçid mümkündür. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 471 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində elektrotravma, travmatik şok, baş beyinin orta dərəcəli əzilməsi, təpə sümüyünün, sağ ənsə sümüyünün və sağ gicgah sümüyünün pullu hissəsinin qəlpəli yerdəyişən sınıqları, sağ gicgah sümüyü piramidinin kəllə əsasına keçən sınığı, sağ temporo-pariyeto-occipital paylarda intraparenximatoz əzilmə və hemorragiya ocaqları, pnevmoensefalon, sağ budun aşağı 1/3-dən orta 1/3-nin bayır səthini əhatə edən, sağ baldırın orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yan səthini əhatə edən yanıq yaraları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər elektrik cərəyanının təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTY xəstəxanasına qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə elektrotravma, travmatik şok, baş beyinin orta dərəcəli əzilməsi, təpə sümüyünün, sağ ənsə sümüyünün və sağ gicgah sümüyünün pullu hissəsinin qəlpəli yerdəyişən sınıqları, sağ gicgah sümüyü piramidinin kəllə əsasına keçən sınığı, sağ temporo-pariyeto-occipital paylarda intraparenximatoz əzilmə və hemorragiya ocaqları, pnevmoensefalon yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, digər xəsarətlər yəni sağ budun aşağı 1/3-dən orta 1/3-nin bayır səthini əhatə edən, sağ baldırın orta 1/3-nin bayır səthinin, döş qəfəsinin sağ yan səthini əhatə edən yanıq yaralan isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlərdir. İş materiallarında olan məhkəmə təhlükəsizlik texnikası ekspertizasının 15 noyabr 2022-ci il tarixli, 10/6532 nömrəli rəyində göstərilmişdir ki, “Sumqayıt Alüminium” İstehsalat sahəsində yerləşən 6 nömrəli elektrik yarımstansiyasının ön tərəfindəki giriş qapısının açıq vəziyyətdə saxlanılması və işçinin içəri daxil olaraq gərginlik altında olan cərəyandaşıyıcı hissələrə yolverilməz məsafədə yaxınlaşması hadisənin baş verməsinin səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik və istilik qurğularının istismarında təhlükəszilik texnikası Qaydası”nın 1.3.3, 3.2.6.1-ci bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST’nin (Dövlət Standartının) 1.1, 1.2, 4.4-cü bəndlərinin tələbləri pozulmuşdur. “Sumqayıt Alüminium” İstehsalat Sahəsində yerləşən işlək vəziyyətdə olan 6 nömrəli elektrik yarımstansiyasının giriş qapısnın qıfıl ilə bağlanmasını və üzərinə xəbərdaredici nişanların yazılmasını təmin etmədiyinə gərə, “Elektrik və istilik qurğularının istismarında təhlükəszilik texnikası Qaydası”nın 3.2.6.1-ci bəndinin tələbləri müvafiq əmrlə Sumqayıt AİS-də istehsalat sshəsi üzrə istifadə olunan elektrik qurğu və avadanlıqlarının ümumi vəziyyətinə, TFQ, TİQ və EAQQ-na nəzarət və cavabdeh şəxs təyin edilmiş "xxxx" ASC-nin Sumqayıt istehsal sahəsində Yardımçı istehsalat departamentində aparıcı mühəndis vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Zərərçəkmiş şəxs texniki təhlükəszilik qaydaları ilə tanış edilİb biliklərinin yoxlanılması təmin edilmədən “Sumqayıt Alüminium” zavodunun hayətində dəmir yolları şpallarının sökülüb daşınması işinə cəlb olunduğuna görə “İşçilərin əməyin mühafizəsi üzrə təlimin təşkili. Ümumi tələblər. 12.0.004-90 DÜST’nin (Dövlət Standartının) 1.1, 1.2, 4.4-cü bəndlərinin tələbləri "xxxx" MMС-nin direktoru tərəfindən pozulmuşdur. “Sumqayıt Alüminium” zavodunun həyətində dəmir yolları şpallarının sökülüb daşınması işinə fəhlə kimi cəlb olunmuş Zərərçəkmiş şəxs yarımstansiyaya daxil olduğuna və gərginlik altında olan hissələrə yolverilməz məsafədə yaxınlaşmaqla öz fərdi təhlükəsziliyini qorumadığına görə, onun tərəfindən “Elektrik və istilik qurğularının istismarında təhlükəszilik texnikası Qaydası”nın 1.3.3-cü bəndinin tələbləri pozulmuşdur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham, müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib yarımstansiyanın qapısının olmasını bildirməsi özünü müdafiə xarakter daşıyır, onun törətdiyi əməl şahid ifadələri və iş materiallarında olan sübutlarla öz təsdiqini tapmışdır və o, Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətlərin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 162.1-ci maddəsinin sanksiyası həddində, cərimə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olaraq 100,00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməli və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 100,00 (bir yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar