Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-406/2025 02.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki olaraq Sumqayıt şəhəri, X6, Qaçaq Nəbi küçəsi, ev 485c ünvanında yaşamış, ünvan 3 il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-118/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs tanışı Şahid 31 mart 2023-cü ildə saat 15-16 radələrində onun yaşadığı Sumqayıt şəhəri, X6, Qaçaq Nəbi küçəsi, ev 485c saylı bağ evinə gələrək dövlət xadimi və ictimai xadim olan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı X1 xidməti və siyasi fəaliyyətinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədi ilə onun həyatına sui-qəsd cinayətini törətdiklərini Təqsirləndirilən şəxs bildirərək, həmin cinayətin törədilməsi zamanı istifadə etdikləri zavod üsulu ilə hazırlanmış “28109955” nömrəli, 7,62 mm kalibrli TİP-56-1 (AKS-47) modelli, “Kalaşnikov” konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı odlu yivli avtomat silahını, onun komplekt hissəsi olan 01 ədəd daraq və 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, zavod üsulu ilə hazırlanmış, atəşə yararlı olan 23 ədəd patronları gizlətməsi məqsədilə sonuncuya təqdim etmiş, Təqsirləndirilən şəxs qeyd edilən silah və döyüş sursatlarını qanunsuz olaraq əldə edib öz yaşadığı evində saxlamaqla qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmiş, 03 aprel 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı qeyd olunan silah və döyüş sursatları aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərdi ki, Şahid ilə 15-20 il olar ki, dostdur, dini alimdir. O, bağ evində olarkən Azər oraya gəlmiş və əlində idman çantası olmuşdur. O, Azərdən çantada nə olduğunu soruşduqda Azər ona bir əmanət vermək istədiyini demişdir. O, əmanətin nə olduğunu soruşduqda, Azər ona hərbçi olduğunu, müharibə gördüyünü demişdir. O da çantanın içərisində silah olduğunu başa düşmüşdür. Lakin həmin vaxt çantanın içərisinə baxmamış, Azər getdikdən sonra baxıb görmüşdür ki, çantanın içərisində “Kalaşnikov” markalı silah vardır. O, çantada silah olduğunu başa düşdükdən sonra Azər ona bildirmişdir ki, həmin vaxt dindarları tuturlar və onun qonşusu da tutmuşlar, onun da evinə girə biləcəklərindən narahat olmuş, buna görə bir-iki gün həmin silahı saxlamasını istəmişdir. O, həmin silahı saxlamaqda səhv etdiyini bilsə də, həmin silahın cinayət törədilməsində istifadə olunduğunu bilməmişdir. Azər ona yalnız “Fazil Mustafa bizlikdi” demiş, lakin o inanmamışdır ki, Azər bu əməli törətsin. Həmçinin bu silahın həmin əməli törətməkdə istifadə olunduğunu düşünməmişdir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, təxminən 20 ildir ki, islam dininin şiə məzhəbində namaz qılıb ibadət edir, 1998-ci ildən 2012-ci ilə qədər Bakı şəhəri, Binəqədi rayonu, habelə Abşeron rayonunda yanğından mühafizə idarəsində idman üzrə inspektor vəzifələrində işləmişdir. Şahidla təxminən 16 il əvvəl məscidlərin birində tanış olmuş, sonradan münasibətləri daha da yaxşılaşmış və birlikdə yağ ticarəti ilə məşğul olmuşlar. Azər dəfələrlə onunla söhbət edərkən, deputat Fazil Mustafanın, jurnalist Eynulla Fətullayevin və ictimai xadim Elşad Mirinin imam Hüseyn və məhərrəm ayı barədə səsləndirdikləri neqativ fikirlərinə görə öldürüləcəkləri ilə bağlı işlər görüldüyünü demiş, lakin o, Azərin bu sözlərini tam ciddi qəbul etməmişdir. Azərlə həftədə 1-2 dəfə yağ alveri ilə bağlı görüşürmüşlər. 31 mart 2023-cü il tarixdə Bakı şəhərinin ərazisində olarkən Azərlə “WhatsApp” vasitəsilə əlaqə saxlayaraq, ona 01 aprel 2023-cü ildə iftar qonaqlığı verə biləcəyini və nə istədiyini yazmış, Azər isə cavabında nə hazırlasa qane olacağını bildirmişdir. O, 31 mart 2023-cü il tarixdə təxminən 15:00-16:00 radələrində yaşadığı bağ evinə getmiş, oraya çatanda Azərin maşının içində qapının qarşında dayanaraq onu gözlədiyini görmüşdür. O uzaqdan pultla qapını açmış, bundan sonra Azər evin həyətinə daxil olmuşdur. Evə daxil olanda Azərə nə üçün gəldiyini soruşduqda, Azər onun özünün yazıb iftara dəvət etdiyini bildirmişdir. O isə Azərə səhərisi günə onu dəvət etdiyini söyləmiş, bundan sonra ona telefonda olan yazışmanı göstərmişdir. Azər isə guya təəccübləndiyini ifadə etməklə düzgün başa düşmədiyini demişdir. Bundan sonra Azər çölə çıxıb yenidən evə daxil olmuşdur. Bu zaman onun əlində idman çantası olmuş, həmin zaman Azər ona bir əmanət vermək istədiyini demişdir. O, əmanətin nə olduğunu soruşduqda, Azər əlindəki idman çantasını ona göstərmişdir. O, çantanın içərisinə baxanda avtomat silah olduğunu görmüşdür. O, Azərdən həmin avtomatı nə üçün onun evinə gətirdiyini soruşmuş, Azər isə “xeyir iş” gördüyünü, yəni Milli Məclisin deputatı Fazil Mustafanın güllələnməsi işini özünün təşkil etdiyini və Fazil Mustafanın həmin avtomatla güllələndiyini, sadəcə öz yaşadığı ərazidə polislərin çox gəzdiyini bu səbəbdən də narahat qaldığını və həmin silahı 2-3 gün ərzində gəlib ondan götürəcəyini bildirmişdir. O da Azərdən başqa şey soruşmamış və avtomatı qəbul etmişdir. Azər silah olan çantanı evə daxil olduqda sol tərəfdə yerləşən şkafın üstünə qoymuşdur. O da Azərlə münasibəti olduğu üçün razılaşmışdır. Həmin silahı və patronları gizlətməkdə başqa bir məqsədi olmamışdır. Şahid ona avtomat silah və patronları verən zaman evdə ikisindən başqa heç kəs olmamışdır. Onlar birlikdə onun evində iftar etmiş, iftar edəndən sonra Azər özünə məxsus qara rəngli “Peugeot” markalı avtomaşınla çıxıb getmişdir. Bundan sonra o, “Youtube” videoportalında son günlərin xəbərlərini izləməyə başlamış, xəbərlərin arasında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd törədildiyi xəbərini görüb, Azərin dediyi “xeyir iş”in məhz bu məsələ olmasına tam əmin olmuşdur. Azərin ona saxlamağı üçün şkafın üstünə qoyduğu idman çantasını götürüb, içərisinə baxmış, çantanın içərisində bir ədəd qatlanan metal qundağı olan avtomat silahın və onun bir ədəd metal darağının olduğunu görmüşdür. Daraq avtomat silahdan ayrılmış vəziyyətdə olmuşdur. Onun içərisində patronlar da olmuşdur. Lakin o, patronları daraqdan çıxarıb saymamışdır. Buna görə də, orada nə qədər patron olduğundan xəbəri olmamışdır. Sadəcə avtomat və patronların çapının 7,62 mm olmasını bildirmişdir. Bu silahı görüb, həqiqətən də X8 suiqəsd etməsini anlamışdır. Azərlə bu barədə telefonda heç nə danışmamış və onunla bu hadisədən sonra görüşməmişdir. Azər silahı aparmağa gələndə onunla bu barədə ətraflı söhbət edəcəyini gözləmişdir. 03 aprel 2023-cü il tarixdə DTX əməkdaşları yaşadığı ünvanda baxış keçirərkən qeyd etdiyi avtomat silahı, onun darağını və patronları aşkar edərək götürmüşlər. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemi vasitəsi ilə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, iftar etmək üçün axşamüstü Təqsirləndirilən şəxs bağ evinə getmişdir. O, içində silah olan çantanı içəri daşıyan zaman Emin içəridə yemək bişirirdi. O, çantanı gətirib şkafın üzərinə qoymuşdur ki, bir-iki gündən sonra götürsün. Emin ondan dəfələrlə soruşmuş, o da ətrafda polis əməkdaşları gəzdiyindən həmin çantanı buraya gətirdiyini və götürəcəyini demişdir. Lakin o, Eminə cinayət törətməsi barədə heç bir şey deməmiş, Eminin heç nədən xəbəri olmamışdır. O, həmin silahla sui-qəsd törətmişdir. Axşam vaxtı olduğundan ətrafda PPX əməkdaşları gəzdiyindən silahı Eminin evinə gətirmişdir. Məhkəmə iclasında ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid elan edilmiş ifadəsindən görünür ki, 31 mart 2023-cü il tarixdə onu tanışı olan Təqsirləndirilən şəxs yaşadığı evə iftar süfrəsinə dəvət etmişdir. 31 mart 2023-cü il tarixdə o da Təqsirləndirilən şəxs evinə getmişdir. İdarə etdiyi “AZ **-PB-***” nişanlı “Khazar Peugeot” markalı maşını onun evinin qabağında saxlamış və maşından düşərək qapının zəngini dəfələrlə basmışdır. Lakin həmin zaman qapını açan olmadığından o qayıdıb maşınına əyləşmiş və Təqsirləndirilən şəxs gəlməsini gözləmişdir. Əslində Emin onu 1 gün sonraya, yəni 01 aprel 2023-cü il tarixə iftar süfrəsinə dəvət etmişdi. Lakin o, Emini səhv anlamış və 31 mart 2023-cü il tarixdə gəlmişdir. Bir az sonra Təqsirləndirilən şəxs evə gəlmiş və qapını açmışdır. O birinci dayandığı üçün ilk olaraq evin həyətinə idarə etdiyi “Khazar Peugeot” markalı maşını ilə daxil olmuş, Emin də ondan sonra idarə etdiyi “Toyota Prado” markalı avtomobillə yaşadığı evin həyətinə daxil olmuşdur. Bundan sonra o, maşını saxlayaraq enmişdir. Emin isə həmin vaxt telefonla danışırmış. Lakin həmin zaman telefonda kiminlə danışdığını o bilməmişdir. Bundan sonra o, Eminin maşınına yaxınlaşaraq ümumi hal-əhval tutmuş, bundan sonra Emin maşından enərək evə daxil olmuşdur. O da Eminin dalınca daxil olmuşdur. Evdə həmin zaman aralarında danışığın olmasını xatırlamamasını bildirmişdir. Daha sonra o öz maşınına qayıtmışdır. Emin də evə müxtəlif ərzaqlar almış və həmin ərzaqları maşından götürüb evə daxil olmuşdur. O, maşının ön qapısını açaraq sellofan torbanın içində “Qurani Kərim” kitabı, dua kitabı və təsbehi götürmüş, arxa sol qapını açaraq isə əvvəlcədən oraya qoyduğu çantanın içərisində olan Milli Məclisin deputatı Fazil Mustafanın güllələnməsində istifadə edilən avtomat silahı, həmin silahın darağını və darağın içərisində olan patronları götürərək Eminin arxasıyca evə daxil olmuşdur. Emin yenidən qalan ərzaqları götürmək üçün çölə çıxmışdır. Bundan sonra evə daxil olanda o, şkafın üstünə “əmanət” qoyduğunu Eminə bildirmişdir. Emin həmin zaman mətbəxdə olmuşdur. Emin ona yaxınlaşaraq həmin çantada nə olduğunu soruşduqda, o, çantanı açaraq avtomatı Eminə göstərmişdir. Emin ondan həmin avtomatı nə üçün onun evinə gətirdiyini soruşduqda, o, “xeyir iş” gördüyünü, yəni Milli Məclisin deputatı Fazil Mustafanın güllələnməsi işini özünün təşkil etdiyini və Fazil Mustafanın həmin avtomatla güllələndiyini, sadəcə öz yaşadığı ərazidə polislərin çox gəzdiyini bu səbəbdən də narahat qaldığını və həmin silahı 2-3 gün ərzində gəlib Emindən götürəcəyini bildirmişdir. Emin də dost olduqları üçün onunla razılaşmışdır. O, Təqsirləndirilən şəxs evdə avtomat silah verən zaman ikisindən başqa heç kəs olmamışdır. Bundan sonra o, Eminlə birlikdə iftar etmiş, iftardan sonra isə çıxıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 307.3cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:30-da ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 307.3 və 228.2.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 4(009)- 243/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 aprel 2023-cü il tarixdən hesablanmışdır. - Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, “Galaxy A21S” modelli və “Samsung” markalı “Galaxy A53 5G” modelli mobil telefonlara baxış keçirilməsi haqqında 18 aprel 2023-cü il tarixli protokol və 12 dekabr 2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, baxış zamanı telefonların yaddaşında iş üçün əhəmiyyət kəsb edə biləcək hallar müəyyən edilməmiş, hər iki telefonda Şahid ********** mobil telefon nömrəsi “Azeriko” kimi qeyd edilmişdir. 12 dekabr 2023-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung” markalı “Galaxy A21S” modelli mobil telefon və onun daxilində quraşdırılmış +**********15 saylı mobil nömrə, 1 ədəd qara rəngli “Samsung” markalı “Galaxy A53 5G” modelli mobil telefon və onun daxilində quraşdırılmış +**********15 saylı mobil nömrə maddi sübut qismində tanınmış və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 avqust 2024-cü il tarixli 1(101 )-1297/2024 saylı hökmü ilə qeyd olunan maddi sübutların cəzasının çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı əsasında ailə üzvlərinə qaytarılması göstərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən mərkəzdə müalicədə olmamışlar və qeydiyyatda yoxdur. - Məhkəmə psixiatrik ekspertizasının 18 aprel 2023-cü il tarixli 1070 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət törətdiyi dövrdə hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmin dövr ərzində hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. O, törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və idarə edə bilməməsinə səbəb olan hər hansı psixi pozuntu keçirməmişdir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. - xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-dən 28 iyul 2023-cü il tarixli 3-39-9/1-2469/23 saylı məktubla istintaqa daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törədərkən istifadəsində olan +**********15 saylı mobil telefon nömrəsindən 01 yanvar 2003-cü il tarixdən 03 aprel 2023cü il tarixədək olan müddət ərzində aparılmış danışıqların və SMS yazışmalarının (antenalar göstərilməklə) kompüter açıqlamasının, həmin nömrələrin istifadə olunduğu cihazların İMEİ nömrələri, həmin mobil nömrələrin internet trafiki barədə məlumatların elektron formada əks olunduğu diskə ********* saylı cinayət işi çərçivəsində 31 iyul 2023-cü il tarixdə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Şahidla ona istinad edilən cinayət əməlini törətdikləri ərəfələrdə sıx əlaqə saxlayıb danışdığı, o cümlədən cinayətin törədildiyi vaxtda aparılmış danışıqların əhatə dairəsinin cinayətin törədildiyi yer ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş DVR qurğusunun yaddaşında olan videogörüntülərə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin videoda yuxarı sağ küncdə “2023-03- 31 15:00:00” yazılar, aşağı sol küncdə isə “Channel4” yazıları vardır. Videoda torpaq yolun, daş hasarların və darvazanın olması görünür. Videoda göstərilən saata əsasən saat 15:33 dəqiqənin 29-cu saniyəsində uzaqdan qaraltı olması görünür. Saat 15:33 dəqiqənin 29-cu saniyəsində başlayan qaraltının kamera istiqamətində gəlməsi nəticəsində saat 15:34 dəqiqənin 20-ci saniyəsində tam olaraq müəyyən olunur ki, həmin qaraltı “AZ **-PB-***” dövlət qeydiyyat nişanlı qara rəngli minik nəqliyyat vasitəsidir. Saat 15:36 dəqiqənin 10-cu saniyəsində həmin nəqliyyat vasitəsinin sürücü tərəfindən bir nəfər aşağı düşür və darvazaya doğru yaxınlaşır. Həmin dəqiqənin 15-ci saniyəsində darvazaya yaxınlaşan şəxsin Şahid olması görünür. Həmin dəqiqənin 17-ci saniyəsində Şahid sağ əlini yuxarı qaldıraraq darvazaya yaxınlaşır. Həmin dəqiqənin 54-cü saniyəsinə qədər gözləyəndən sonra yenidən sağ əlini yuxarı qaldıraraq qapının zənginə basmağı ehtimal olunur. Saat 15:37 dəqiqənin 09-cu saniyəsində darvazadan uzaqlaşır və 23-cü saniyədə maşına sürücü tərəfdən əyləşərək qapısını örtür. Saat 15:39 dəqiqədə uzaqdan yeni qaraltının olması görünür. Həmin dəqiqənin 57-ci saniyəsində sağ tərəfdən darvazanın bir qapısının açılmağa başlanması görünür. Saat 15:40 dəqiqənin 03-cü saniyəsində sol tərəfdən də ikinci qapının açılmağa başlanması görünür. Həmin dəqiqənin 18-ci saniyəsində sol tərəfdəki qapının tamam açılması nəticəsində kameranın qabağı bağlanır. Sadəcə olaraq həmin zaman uzaqdan işıqları yanan bir nəqliyyat vasitəsinin darvazaya yaxınlaşması görünür. Həmin dəqiqənin 29-cu saniyəsində işıqları yanan nəqliyyat vasitəsi darvazadan içəri daxil olur və saat 15:41 dəqiqənin 52-ci saniyəsində sol tərəfdə olan qapı bağlanmağa başlayır. Saat 15:42 dəqiqənin 10-cu saniyəsində hər iki qapı tam bağlanır. Bundan sonra isə yenidən torpaq yol və daş hasarlar görünür. Davam etdirilən baxış zamanı saat 16:00:00 dəqiqədə video sona çatdı və iş üçün əhəmiyyət kəsb edən əlavə görüntü aşkar olunmadı. - Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş DVR qurğusunun yaddaşında olan videogörüntülərə baxış keçirilməsi haqqında 18 avqust 2023-cü il tarixli digər protokoldan görünür ki, həmin videoda yuxarı sağ küncdə “2023-03-31 15:00:00” yazılar, aşağı sol küncdə isə “Channel2” yazıları vardır. Videoda evin həyəti, həyətin daxilində sağ tərəfdə idman alətinin, yerdə sol tərəfdə isə balaca su yığıntısının olması görünür. Videoda göstərilən saata əsasən saat 15:40 dəqiqənin 38-ci saniyəsində qara rəngli minik maşınının arxa-arxaya həyətə daxil olmağa başlanması görünür. Saat 15:40 dəqiqənin 58ci saniyəsində daha bir qara rəngli maşının ön istiqamətdə həyətə daxil olmağa başlanması görünür. Saat 15:41 dəqiqənin 01-ci saniyəsində arxa-arxaya daxil olan qara rəngli minik maşın “AZ **-PB-***” dövlət qeydiyyat nişanlıdır. Saat 15:41 dəqiqənin 08-ci saniyəsində isə evin həyətinə daxil olan ikinci maşın isə “AZ **-ZU-***” dövlət qeydiyyat nişanlıdır. Hər iki maşın saat 15:41 dəqiqənin 14-cü saniyəsində tam olaraq dayanırlar. Şahid idarə etdiyi “AZ **-PB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ön hissəsi evin darvazasına tərəfdə olmaqla kameradan baxdıqda həyətin sol tərəfində, digər “AZ **-ZU- ***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi isə arxa hissəsi evin darvazası tərəfdə olmaqla kameradan baxdıqda həyətin mərkəzi tərəfində dayanır. Saat 15:41 dəqiqənin 19cu saniyəsində Şahid idarə etdiyi “AZ **-PB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısını açır və düşərək həmin dəqiqənin 24-cü saniyəsində maşının qapısını örtür. Şahid sağ əlini cibinə qoyaraq “AZ **-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ilə danışmağa başlayır. Həmin sürücü isə maşının içində oturmuş vəziyyətdədir. Saat 15:42 dəqiqənin 03-cü saniyəsində “AZ 90-ZU- 072” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısı açılmağa başlayır. Həmin dəqiqənin 24-cü saniyəsində məlum olur ki, maşından düşən Təqsirləndirilən şəxsdur. 25-ci saniyədə Təqsirləndirilən şəxs sağ əli ilə maşının qapısını örtür, sol əli ilə mobil telefonu qulağına tutaraq danışır. Saat 15:42 dəqiqənin 37-ci saniyəsində Təqsirləndirilən şəxs sağ əli ilə evin qapısını açır və 40-cı saniyədə ilk öncə özü evə daxil olur. Həmin dəqiqənin 43-cü saniyəsində isə Şahid Təqsirləndirilən şəxs arxası ilə evə daxil olaraq qapını bağlayır. Həmin dəqiqənin 54-cü saniyəsində evin qapısı yenidən açılır və 56-cı saniyədə Şahid çölə çıxır. Saat 15:44 dəqiqənin 03-cü saniyəsində Şahid sağ əli ilə “AZ **-PB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısını açmağa başlayır. 05-ci saniyədə maşına oturmadan əyilərək salona daxil olur. Bu zaman həmin dəqiqənin 10-cu saniyəsində evin qapısı yenidən açılır və Təqsirləndirilən şəxs çölə çıxır. 15-ci saniyədə Təqsirləndirilən şəxs idarə etdiyi “AZ **-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşır. 18-ci saniyədə Şahid "AZ **-PB-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücü tərəfdən qapısını sol əli bağlayır. Sağ əlində isə kiçik ölçülü qara rəngli sellofan torbanın olması görünür. Həmin zaman Təqsirləndirilən şəxs idarə etdiyi “AZ 90-ZU- 072” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön sərnişin tərəfdən qapısını açır. 20-ci saniyədə Şahid idarə etdiyi maşının sürücü tərəfdən arxa qapısını açır və maşına oturmadan salona daxil olur. 37-ci saniyədə Azər maşından çıxır və sağ əli ilə qapını örtməyə başlayır. Təqsirləndirilən şəxs isə öz idarə etdiyi maşından çıxır və əlində ağ rəngli sellofan torba olması görünür. 39-cu saniyədə Azər maşının qapısını sağ əli ilə örtür, sol əlində isə bir ədəd qara rəngli sellofan torba və bir ədəd açıq sarı rəngli idman çantasının olması görünür. 40-cı saniyədə Təqsirləndirilən şəxs hər iki əlində ağ rəngli sellofan torbalarla evin qapısına doğru irəliləyir. 42-ci saniyədə Şahid sağ əli ilə idarə etdiyi maşının qapısını kilidləyir. 44-cü saniyədə Təqsirləndirilən şəxs evin qapısını sağ əli ilə açır və 48-ci saniyədə özü, 50-ci saniyədə isə Şahid onun arxası ilə sol əlində bir ədəd qara rəngli sellofan torba və bir ədəd açıq sarı rəngli idman çantası ilə birlikdə evə daxil olur. Saat 15:47 dəqiqənin 49-cu saniyəsində evin qapısı çölə doğru yenidən açılmağa başlayır. 53-cü saniyədə Təqsirləndirilən şəxs sol əli ilə evin qapısını açır və çölə çıxır. Saat 15:48:00 dəqiqədə Təqsirləndirilən şəxs idarə etdiyi “AZ **-ZU-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşır və sürücü tərəfdən arxa qapını sağ əli ilə açmağa başlayır. Həmin dəqiqənin 03-cü saniyəsində maşına oturmadan Təqsirləndirilən şəxs salona daxil olur. Həmin dəqiqənin 34-cü saniyəsində sol əli ilə maşının qapısını örtür və 36-cı saniyədə sağ əlində bir neçə ağ rəngli sellofan torba ilə birlikdə evə doğru gedir. 40-cı saniyədə sağ əlindəkiləri sol əlinə keçirir və 42-ci saniyədə sağ əli ilə evin qapısını açır. 45-ci saniyədə isə evə daxil olaraq qapını sağ əli ilə örtür. Davam etdirilən baxış zamanı saat 16:00:00 dəqiqədə video sona çatdı və iş üçün əhəmiyyət kəsb edən əlavə görüntü aşkar olunmadı. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 03 aprel 2023-cü ildə iş üzrə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, X6, Qaçaq Nəbi küçəsi, ev 485c ünvanından müvafiq formada qablaşdırılaraq götürülmüş 01 (bir) ədəd qara rəngli “DVR” qurğusu iş üzrə maddi sübut kimi tanınmış, 01 (bir) ədəd qara rəngli “DVR” qurğusu təyinatı məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək məsul saxlanılması üçün DTX İstintaq baş idarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. - xx.xx.2023-cü il tarixli baxış protokolundan görünür ki, "xxxx" MMC-dən 03 oktyabr 2023-cü il tarixli 3-39-9/1-3337/23 saylı məktubla istintaqa daxil olmuş iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olan +**********15 saylı mobil telefon nömrəsindən 01 yanvar 2003-cü il tarixdən 03 aprel 2023- cü il tarixədək olan müddət ərzində aparılmış danışıqların və SMS yazışmalarının (antenalar göstərilməklə) kompüter açıqlamasının, həmin nömrələrin istifadə olunduğu cihazların İMEİ nömrələri, həmin nömrələr vasitəsilə mobil internetdən hansı antenaların (location) əhatə dairəsində istifadə edilməsi barədə məlumatların elektron formada əks olunduğu diskə ********* saylı cinayət işi çərçivəsində 04 oktyabr 2023-cü il tarixdə keçirilən baxış zamanı cinayətin törədildiyi vaxtda aparılmış danışıqların əhatə dairəsinin cinayətin törədildiyi yer ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. - Sumqayıt şəhər bələdiyyəsi Saray və X6 üzrə 1 saylı Məhəllə komitəsindən verilmiş 259 saylı 17 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 485c nömrəli Novxanı bağ evində qızı Fidan Əliyarzadə ilə birlikdə qeydiyyatsız yaşayır, həmin ünvanda yaşadığı müddətdə Təqsirləndirilən şəxs barəsində hər hansı narazılığa səbəb ola biləcək məlumat daxil olmamışdır. - xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 307.3-cü maddələrilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsilə yeni məzmunda yenidən ittiham elan edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsilə onun barəsində olan materiallar ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən “Maçete” tipli soyuq silah hesab edilən bıçağın, ov bıçağının və ov təyinatlı digər silahların aşkar edilməsi faktı üzrə əməllərində cinayət tərkibi olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinə xitam verilmiş və “Maçete” tipli bıçaq məhv edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən 1 ədəd “AK-366” markalı, 1 ədəd “Barakarms” markalı ov silahları, 1 ədəd pnevmatik silah, 4 ədəd Vinçestr patronu, 96 ədəd patronlar, bir ədəd zavod üsulu ilə hazırlanmış ov bıçağı, eləcə də “Maçete” tipli bıçağın aşkar edilməsi faktına dair onun əməlində Azərbaycan Respublikası CM-in 228-ci və digər cinayətlərin cinayətlərin tərkib əlamətləri olmadığından həmin hissədə onun barəsində əməldə cinayət tərkibi olmaması əsası ilə cinayət təqibinə xitam verilmişdir. - ünvan 3 il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-118/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, əvvəlcədən əldə olunan razılığa əsasən qanunsuz olaraq odlu silahı saxlaması ıçün Təqsirləndirilən şəxs verən Şahid və onunla bağlı digər xüsusatlar üzrə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, onun omplekt hissələrini və döyüş sursatını əldə edib saxlaması və onunla bağlı digər üsusatlar üzrə, eləcə də iş üzrə baxış protokolu əsasında götürülmüş, 01 (bir) ədəd 7,62 im kalibrli, 28109955 nömrəli, TİP-56-1 (AKS-47) modelli, Kalaşnikov konstruksiyalı odlu ivli silah, 01 (bir) ədəd daraq və ekspert tədqiqatı aparıldıqdan sonra qalıq sayı 18 (on əkkiz) ədəd 7,62x39 mm kalibrli patron da daxil olmaqla maddi sübut qismində tanınmış digər bütün əşyaların təyinatının həll edilməsi məsələsinə ********* saylı cinayət işi üzrə 12 dekabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərar, eləcə də Bakı ğır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli 1(101)-1297/2024 saylı hökmü ilə hüquqi qiymət verilməsi və Bakı Apellyasiya Məhkəməsinin 17 fevral 2025-ci il tarixli 1(103)-118/2025 saylı qərarı ilə həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılması nəzərə alınmış, cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən bütün kağız, elektron və ya digər daşıyıcıların sənəd sübut növü kimi işə əlavə edilməsi nəzərə alınmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” - 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” -143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməli törətməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin törədilməsindən xəbəri olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Eyni zamanda Şahid ifadəsinə gəldikdə, məhkəmə hesab edir ki, şahid təqsirləndirilən şəxsi yaxından tanıdığı üçün onu cinayət məsuliyyətindən yayındırmaq məqsədi ilə oxşar ifadə vermişdir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 307.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” - 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinə əsasən qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 1(103)-118/2025 saylı, 17 fevral 2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin: - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməli və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2023-cü il tarixindən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-406/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-406/2025
02.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver