Məhkəmə qərarları › İş №1(060)-407/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-407/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-407/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 339-da yaşayan və qeydiyyatda olan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdə, saat 23:10-da Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq, 3-cü PB-nə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki göy rəngli idman paltarının sol yan içəri hissəsindən qara rəngli sellofanın içərisində olan sarı rəngli sellofanın içərisindən təmiz çəkisi 470,0 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,462 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 20.03.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman MSY-nin əməkdaşları tərəfindən saat 01:05 radələrində üzərinə axtarış keçirələrkən anal dəliyindən ağ sellofanın içərisində olan gümüşü rəngli siqaret kağızının içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, 0,462 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə məhkum olunduğunu və 2015-cildən narkotik vasitələr qəbul etdiyini bildirdi. 19 mart 2021ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İİ Altava ərazisində olarkən tanımadığı və adını bilmədiyi şəxslə təsadüfən tanış olub söhbət edərkən həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ona narkotik vasitə sata biləcəyini söyləmişdir. O, həmin şəxsdən 120 manata şəxsi istifadəsi üçün 500 qrama yaxın narkotik vasitə olan marixuana almışdır. Qara rəngli sellofanın içərisində olan sarı rəngli sellofandakı həmin narkotik vasitə marixuananı əynində olan göy rəngli idman paltarının sol yan içəri hissəsinə qoymuşdur. Belə ki, 19 mart 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində olarkən 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq saxlayıb və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Polis geyimində olan şəxs özünü təqdim edərək üzərinə axtarış keçirilməsi üçün 3-cü PBnə aparılacağını bildirmiş və onu 3-cü PB-nə gətirmişlər. Sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmişlər. O da elə əynində olan göy rəngli idman paltarının sol yan içəri hissəsindən qara rəngli sellofanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin sellofanın içərisini açıb baxan zaman içərisindən sarı rəngli sellofan aşkar olunub və onun içərisində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Ondan həmin kütlənin nə oduğunu soruşduqda o, həmin kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu və 19.03.2021ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində olarkən tanımadığı və adını bilmədiyi şəxslə təsadüfən tanış olub söhbət edərkən həmin şəxsdən 120 manata şəxsi istifadəsi üçün 500 qrama yaxın çəkidə narkotik vasitə olan marixuana aldığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan sellofanla birlikdə tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa 20.03.2021-ci il tarixdə, saat 01 radələrində üzərindən aşkar olunmuş narkotik vasitə marixuana ilə bağlı şübhəli şəxs qismində tutulmağı ilə bağlı Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman MSY-nin əməkdaşları üzərinə baxıb qanunsuz maddələrin olub olmamasını yoxlayan zaman müəyyən olunmuş heroin ona məxsus olmadığını qeyd etmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddəsi ilə məhkum olunduğunu və 2015-cildən narkotik vasitələr qəbul etdiyini bildirdi. 19 mart 2021ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İİ Altava ərazisində olarkən tanımadığı və adını bilmədiyi şəxslə təsadüfən tanış olub söhbət edərkən həmin şəxs onun narkotik vasitə istifadəçisi olduğunu bilmiş və ona narkotik vasitə sata biləcəyini söyləmişdir. O, həmin şəxsdən 120 manata şəxsi istifadəsi üçün 500 qrama yaxın narkotik vasitə olan marixuana və 20 manata 0,5 qrama yaxın narkotik vasitə heroin almışdır. Qara rəngli sellofanın içərisində olan sarı rəngli sellofandakı həmin narkotik vasitə marixuananı əynində olan göy rəngli idman paltarının sol yan içəri hissəsinə qoyub və ağ sellofanda olan gümüşü rəngli siqaret kağızının içərisindəki narkotik vasitə heroini isə arxa nahiyyəsinə yəni anal dəliyinin arasına qoymuşdur. Belə ki, 19 mart 2021-ci il tarixdə, saat 23:10 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində olarkən 3 nəfər mülki geyimli və 2 nəfər polis formasında olan şəxslər ona yaxınlaşaraq saxlayıb və özlərini təqdim edərək polis əməkdaşları olduğunu bildirmişlər. Polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Polis geyimində olan şəxs özünü təqdim edərək üzərinə axtarış keçirilməsi üçün 3-cü PBnə aparılacağını bildirmiş və onu 3-cü PB-nə gətirmişlər. Sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləyib şəxsi axtarış aparılmasına etirazının olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına video çəkilişlə üzərində şəxsi axtarış aparılmasına etiraz etmədiyini demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual edib, əgər varsa təqdim etməyini bildirmişlər. O da elə əynində olan göy rəngli idman paltarının sol yan içəri hissəsindən qara rəngli sellofanı çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin sellofanın içərisini açıb baxan zaman içərisindən sarı rəngli sellofan aşkar olunub və onun içərisində yaşıl rəngli kütlə aşkar olunmuşdur. Ondan həmin kütlənin nə oduğunu soruşduqda o, həmin kütlənin nəşə, yəni qurudulmuş marixuana olduğunu və 19.03.2021ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində olarkən tanımadığı və adını bilmədiyi şəxslə təsadüfən tanış olub söhbət edərkən həmin şəxsdən 120 manata şəxsi istifadəsi üçün 500 qrama yaxın çəkidə narkotik vasitə olan marixuana aldığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş içərisində narkotik vasitə marixuana olan sellofanla birlikdə tərəziyə qoyularaq çəkilmiş və qablaşdırılmışdır. Bundan başqa 20.03.2021-ci il tarixdə, saat 01 radələrində üzərindən aşkar olunmuş narkotik vasitə marixuana ilə bağlı şübhəli şəxs qismində tutulmağı ilə bağlı Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilən zaman MSY-nin əməkdaşları üzərinə baxıb qanunsuz maddələrin olub olmamasını yoxlayan zaman arxa nahiyəsinin anal dəliyinin arasına qoyduğu ağ sellofan bükülü aşkar edilmişdir. Həmin bükülünü açarkən içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisində qəhvəyi rəngli kütlə aşkar olunmuşdur. O, həmin kütlənin ona aid olmadığını və onun bundan məlumatının olmadığını bildirib və imza etməkdən imtina etmişdir. Lakin o, hal-hazırda bildirmişdir ki, həmin bükülü də ona aiddir və o, həmin bükülünün onun arxa nahiyyəsindən aşkar olunduğundan utandığı üçün həmin bükülüdən məlumatının olmadığını bildirmişdir. Ağ rəngli sellofanın içərisində gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünün içərisindəki qəhvəyi rəngli kütlə narkotik vasitə heroindir, ona aiddir və həmin heroini də 19 mart 2021-ci il tarixdə axşam saatlarında narkotik vasitə marixuananı aldığı Bakı şəhəri, Yasamal rayonu İİ Altava ərazisində olarkən tanımadığı və adını bilmədiyi şəxsdən 20 manata 0,5 qrama yaxın çəkidə almışdır. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sabiq əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 19.03.2021-ci il tarixdə Sumqayıt şəhər sakini İbrahim adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Pİ-nin 3-cü PB-nin kiçik əməliyyat müvəkkilləri, polis serjantları Şahid4, Rusal İsgəndərovun, Sumqayıt şəhər Pİ-nin KTB-nin baş inspektor-kriminalisti, polis mayoru Rasim Paşayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 19.03.2021-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisinə getmişlər. Təxminən saat 23:10-da Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində olan zaman inspektor-kriminalist rəqəmsal tipli "Panasonic" markalı videokameranı işə salarkən uzaqdan daxil olmuş məlumatda göstərilən əlamətlərə uyğun 1(bir) nəfər şəxsin gəldiyinin şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsdən də özünü təqdim etməyini xahiş edən zaman Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs "nəyə görə" saxlanıldığını soruşan zaman ona bildirilmişdir ki, narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanılıb. Həmin vaxt Təqsirləndirilən şəxs 3-cü PB-də, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildiriən zaman Təqsirləndirilən şəxs heç bir etiraz etməyib, video çəkiliş dayanmadan iştirakçılarla birlikdə 3-PB-nə daxil olub, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli idman paltarının sol yan içəri hissəsindən qara rəngli sellofanı çıxarıb təqdim edib, həmin sellofanı açan zaman onun içərisindən sarı rəngli digər sellofan aşkar olunub, həmin sellofanı da açıb içərisinə baxan zaman onun içərisindən spesifik iyə malik, yaşıl rəngli bitki kütləsi aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ondan aşkar olunan bitki kütləsi "nəşə" dir, həmin "nəşə"ni 19.03.2021-ci il tarixdə, axşam saatlarında Bakı şəhəri, Yasamal rayonu, İİ Alatava deyilən ərazidə olan zaman tanımadığı şəxsdən 120 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş sapesifik iyə malik, yaşıl rəngli bitki kütləsi tərəziyə qoyulub çəkmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PBnin kiçik inspektorları X3 və X2 da Şahid3 ifadəsinə oxşar ifadələr vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ekspertizasının 20.03.2021-ci il tarixli, 6/1135 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124" dairəvi möhür əksi olan, soyad və imza qeyd edilmiş zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,462 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qeyd: heroinin təmiz çəkisi-0,462 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq- 0,412 qramdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20.03.2021-ci il tarixli, 7/2845 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində, “vət. Təqsirləndirilən şəxs üstündən...” sözləri yazılmış qara rəngli torbada bir ədəd sellofanda təmiz çəkisi 470,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi-470,0 qram, təqdiqata sərf olundu-0,05 qram, qalıq-469,95 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01.04.2021-ci il tarixli, 938 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticəsində Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,412 qram narkotik vasitə heroin və 469,95 qram marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 21.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-407/2021 saylı, 27.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə çağırışlarına gəlmədiyinə və qətimkan tədbirinin şərtlərini pozduğuna görə onun barəsində axtarış elan edilməklə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 123-33821-1221 saylı, 04.09.2021-ci il tarixli məktunbdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilərək Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-372/2021 saylı, 31.07.2021-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir, ona görə də, hazırkı cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 407/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı icra olunmadan məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarıda olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və 02 azyaşlı övladı var. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat vaxt sərf etmişdir. Ona görə də 240 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19.03.2021-ci il tarixdən 21.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 24.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, hazırkı cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməli, narkomaniyadan məcburi müalicə təyin edilməməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,412 qram narkotik vasitə heroin və 469,95 qram marixuana məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 154 (bir yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 19.03.2021-ci il tarixdən 21.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-372/2021 saylı, 31.07.2021-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın və hazırkı cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,412 qram narkotik vasitə heroin və 469,95 qram marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 154 (bir yüz əlli dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar