Məhkəmə qərarları › İş №1(060)-407/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-407/2022

19.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-407/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-174/2022 saylı, xx.xx.2022ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilərək qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və çəkilməyən 02 il 06 ay 19 gün azadlığın məhdudlaşdırılması cəzası olan, ünvan 4-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 15:50 radələrində ünvan 1 ünvanında yerləşən “Beynəlxal Bank”a aid bankomatın qarşı hissəsində olarkən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 oraya yaxınlaşıb özünə məxsus karlı ona təqdim edərək bankomatdan pulunun çıxarmasını xahiş etmiş, o da özgə əmlakını açıq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus “Beynəlxalq Bank”a aid kartı götürüb bankomata taxıb kartda olan 186 (bir yüz səksən altı) manat pulun çıxarılması ilə bağlı əməliyyat apararaq kartı bankomatdan çıxarıb sonuncuya pul olmadığını deyərək kartı sahibinə qaytarmış, bankomatdan çıxan 186 (bir yüz səksən altı) manat pulu bankomatdan götürərkən Nazimə Novruzov anın görə biləcəyini düşünərək bankomatın önündə dayanmış, sonuncu bankomatın ekranında balansında 186 manat pul olduğunu gördüyü üçün pulunu qaytarmasını ondan tələb etmiş, lakin o. pulu qaytarmaqdan imtina edərək həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs2 186 (bir yüz səksən altı) manat məbləğində zərər vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə Zərərçəkmiş şəxs1 Nikolayev naya məxsus bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan elektron məlumat daşıyıcısı hesab edilən **********272331 kodlu "Beynəlxalq Bank“ın ödəniş kartını ələ keçirməklə həmin kartdan xx.xx.2021-ci il tarixdə, saat 17 radələrində ünvan 2 ünvanında yerləşən bankomatdan 287 (iki yüz səksən yeddi) manat məbləğində nəğd pulu - özgənin əmlakını gizli olaraq talamaqla oğurluq edərək zərərçəkmiş şəxsə maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir işsiz olduğuna görə azyaşlı uşaqlarının ehtiyaclarını ödəmək məqsədi ilə 15 sentyabr 2021-ci il tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə, Koroğlu küçəsində yerləşən "Beynəlxalq Bank'*a məxsus bankomatın yanına gedib oarada dayanmaq və ora gələn şəxslərdən hansısa ondan kartından pul çıxarmağı xahiş edərsə həmin şəxsin karlından pulunu çıxaraq ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə də həmin gün saat təxminən 15:50 radələrində həmin yerdə yerləşən bankomatın yanına getmiş və orada olduğu zaman Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan özünə məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmişdir. O, da bunu fürsət bilərək Zərərçəkmiş şəxs2 kartını alıb bankomata daxil etmiş və sonuncudan kartın PİN kodunu soruşmuşdur. Zərərçəkmiş şəxs2 da ona kartın kodunun dedikdən sonra o, kodu daxil elmiş və kartın balansında 186 (bir yüz səksən altı) manat 46 (qırx altı) qəpik məbləğində pul olduğunu görmüşdür. Sonra isə 186 manat məbləğində pulun bankomatdan çıxması üçün əməliyyatı yerinə yetirmiş, pul çıxmazdan əvvəl kart bankomatdan çıxdığından kartı Zərərçəkmiş şəxs2 verib ona kartında pul olmadığını demişdir. Nazimə isə kartında pul olduğunu gördüyündən ondan pulunu tələb etməyə başlamışdır. O, isə Nazimənin pulu çıxartmasını gördüyünü bildiyi üçün bir neçə dəqiqəlik Nazimənin diqqətini yayındırmağa və onunla sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt bankomatdan pul çıxmış və o, Nazimənin pulun çıxdığını gördüyünü düşünmüş və dərhal pulu götürərək oradan qaçaraq uzaqlaşmışdır. Bundan başqa, 11 oktyabr 2021-ci il tarixdə, təxminən saat 17 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, Koroğlu küçəsində yerləşən "Beynəlxalq Bank"a məxsus bankomatın yanına gəlmişdir. Ora gəlməkdə məqsədi əvvəllər Zərərçəkmiş şəxs2 bank kartından bankomat vasitəsi ilə pulunu çıxararaq ələ keçirdiyi kimi hansısa şəxsin ondan pulunu çıxartmağı xahiş etdiyi halda ələ keçirmək olmuşdur. Bir neçə dəqiqə orada bankomatın yanında dayanmış və həmin vaxt Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq bankomatdan pul çıxarmaq üçün əməliyyat edə bilmədiyini bildirib ondan sonuncuya məxsus kart vasitəsi ilə bankomatdan pul çıxarmasını xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs1 kartını alıb “Beynəlxalq Banka”a məxsus bankomata daxil etmiş və sonuncudan kartın PİN kodunu soruşmuşdur. Olqa kartın kodunun dedikdən sonra o, hazırda xatırlamadığı kodu daxil etmiş və kartın balansında 287 (iki yüz səksən yeddi) manat məbləğində pul olduğunu görmüşdür. Olqa yaşlı qadın olduğundan və sonuncunun bankomatla əməliyyat aparmağı bacarmadığını bildiyindən 287 manat pulu çıxarmaq üçün bankomatda əməliyyatı tamamlamışdır. Pul çıxmazdan əvvəl bankomatdan kart çıxdığına görə tez kartı Zərərçəkmiş şəxs1 verib kartında pul olmadığını demişdir. Olqa da, kartını ondan alıb oradan uzaqlaşmağa başlamışdır. Bankomatdan Zərərçəkmiş şəxs1 məxsus 287 manat pul çıxan kimi həmin pulu götürüb oradan uzaqlaşmışdır. Zərərçəkmiş şəxs1 məxsus bank kartı vasitəsi ilə sonuncunun pulunu ələ keçirən zaman tək olmuş, bu barədə heç kimə deməmişdir. Həmin pul vasitəsi ilə tanımadığı mağazalardan özünün və uşaqlarının ehtiyacı olan ərzaqlar almışdır. Zərərçəkmiş şəxs1 məxsus bank kartı vasitəsi ilə bankomatdan pul çıxaran zaman Olqa artıq oradan bir qədər uzaqlaşmış və onun bankomatdan sonuncuya məxsus pulu çıxarmasını görməmişdir. Video görüntü vasitəsi ilə qosuşlan Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən peşman olduğunu, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəyərək onunla barışıq əldə etdiyini, himayəsində azyaşlı övladlarının olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 elan edilmiş ifadəsindən görünür ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. Uzun müddətdir ki, təqaüd almış, təqaüdünü 4127-2211- 2227-2331 nömrəli “Beynəlxalq Bank" kartı vasitəsi ilə almışdır. Bankomat vasitəsi ilə əməliyyat apararaq kartdan pul çıxarmaqda çətinlik çəkdiyindən hər dəfə başqa şəxslərdən xahiş etmişdir ki, onun təqaüdünü çıxararaq ona versinlər və həmin şəxlər də təqaüdünü pankomatdan çıxararaq ona vermişlər. 11 oktyabr 2021-ci il tarixdə təxminən saat 17 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, Səməd Vurğun küçəsində yerləşən “Beynəlxalq Bank”a məxsus bankomatdan özünə məxsus kart vasitəsi ilə pul çıxartmağa getmiş, bankomatın yanma çatanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs orada dayandığını görmüşdür. Təqsirləndirilən şəxs kartı vasitəsi ilə pulunu çıxararaq ona verməsini istəmişdir. Aysel də kartını ondan alaraq bankomata daxil etmiş və ondan pin kodu soruşmuşdur. O. Təqsirləndirilən şəxs kartın PİN kodunu dedikdən sonra sonuncu bankomatda əməliyyat aparmağa başlamışdır. Sonra isə kartını çıxararaq ona vermiş və kartında pul olmadığını demişdir. O, da kartını Ayseldən alıb oradan evinə gəlmişdir. Səhəri gün, yəni 12 oktyabr 2021-ci il tarixdə yenə də bankomatın yanma gələrək orada tanımadığı şəxsdən kartında pul olub- olmamasını yoxlamalarını xahiş etmişdir. Həmin şəxs kartını yoxlayıb kartda pul olmadığını demişdir. Bundan sonra o, Beynəlxalq Bankın Sumqayıt filialına gedərək oradan nə üçün kartında pul olmadığını maraqlanmış, orada ona bildirmişlər ki. kartında 287 (iki yüz səksən yeddi) manat pul olmuş və həmin pul 11 oktyabr 2021-ci il tarixdə, saat 17:12 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, Səməd Vurğun küçəsində yerləşən “Beynəlxalq Bank‘*a məxsus bankomatdan çıxarılmışdır. O. başa düşmüşdür ki. Aysel onu aldadaraq pulunu çıxarıb oğurlamışdır. Buna görə də ərizə ilə polisə müraciət etmişdir. Özünə məxsus hesabda həmin vaxt ümumilikdə 287 manat məbləğində pul olmuş və Təqsirləndirilən şəxs kartından bankomat vasitəsi ilə həmin məbləğdə pulunu çıxararaq oğurlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs bankomatın önündə dayandığından bankomatdan pul çıxmasını görməmişdir. Aysel ona kartında pul olmadığını deyəndə Ayselə inanmış və kartını alıb oradan çıxıb getmişdir. Ayselin onun kartı vasitəsi ilə bankomatdan pul çıxarmasını görməmişdir. Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 yaşlı olduğundan səhhəti ilə əlaqədar onu məhkəmə iclasına təmin etmək mümkün olmamışdır. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və düşmənçiliyi olmamışdır. 2015-ci ildə əri Nizami Novruzov vəfal etdiyindən, yəni ailə başçısını itirdiyinə görə bununla bağlı **********636679 nömrəli “Beynəlxalq Bank” kartı vasitəsi ilə sosial müavinət almışdır. Sosial müavinət almağa başlayan vaxtlarda şəxsiyyət vəsiqəsinin üzərində əvvəlki soyadı olduğundan kartın üzərində də soyadı “Rəsulova” kimi qeyd olunmuşdur. Hər ay o, 260 (iki yüz altımış) manat müavinət almışdır. Lakin, sonralar bankdan kredit götürdüyümü görə həmin pulun bir hissəsi çıxılmışdır. Bankomat vasitəsi ilə əməliyyat apararaq kartdan pul çıxarmaqda çətinlik çəkdiyindən əsasən başqa şəxslərdən xahiş etmiş və həmin şəxslər onun üçün pul çıxarıb ona vermişlər. 15 sentyabr 2021-ci il tarixdə pula ehtiyacı olduğundan təxminən saat 12:50 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində yerləşən “Beynəlxalq Bank'*a məxsus bankomatdan özünə məxsus kart vasitəsi ilə pul çıxartmağa getmişdir. Bankomatın yanına çalanda orada növbə olduğunu görüb bankomatın yanında dayanmış Təqsirləndirilən şəxs xahiş elmişdir ki. ona məxsus kartdan pulu çıxararaq ona versin. Təqsirləndirilən şəxs da karlı ondan alaraq bankomata daxil etmiş və o, Ayselə kartın PİN kodunu dedikdən sonra Aysel bankomatda əməliyyat aparmağa başlamışdır. Bankomatın yanında adamlar olduğundan o, Ayseldən 2-3 addım kənarda dayanmışdır. Kənardan baxanda bankomatın ekranında 186 manat 46 qəpik yazıldığını görmüşdür. Həmin vaxt Aysel kartını çıxararaq ona qaytarmış və karlında pul olmadığını demişdir. O, isə bankomatın ekranında kartında pul olduğunu gördüyündən Aysel ilə sözlə mübahisə edərək bankomatda pul olduğunu və pulunu qaytarmasını tələb etmişdir. Həmin vaxt orada olan bir nəfər tanımadığı kişi də ona bankomatda pul olmadığını demişdir. Sonra isə Təqsirləndirilən şəxs oradan tez çıxıb getmişdir. O. kartını apararaq başqa bankomatda yoxlayan zaman kartından 186 manat pulun çıxarıldığını bilmiş və buna görə də polisə bu barədə şikayət etmişdir. Özünə məxsus hesabda həmin vaxt ümumilikdə 186 manat 46 qəpik məbləğində pul olmuşdur. Təqsirləndirilən şəxs ona məxsus kartdan bankomat vasitəsi ilə 186 manat pulunu çıxararaq ələ keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun kartını bankomata daxil etməsini, bankomatın ekranında 186 manat 46 qəpik görsənməsini görsə də Ayselin bankomatdan pulu çıxartmasını görməmişdir. Çünki həmin vaxt Aysel bankomatın qarşısında dayanmış və kartını çıxarıb ona verəndən sonra bankomatın qarşısından bir müddət kənara çəkilməmişdir. Ərizə və izahatında Aysel ilə birlikdə orada başqa tanımadığı kişi cinsli bir şəxsin də olduğunu və Ayselə kömək etməsini səhv göstərmişdir. Belə ki, həmin vaxt Ayselə kartını verərək pulunu çıxartmasını xahiş edəndə orada bir neçə nəfər tanımadığı şəxs olmuş və onlarda bankomatdan pul çıxartmaq üçün növbə gözləmişlər. Aysel onun kartını bankomata daxil edib çıxararaq kartında pul olmadığını deyəndə o, Aysel ilə sözlə mübahisə etməyə və bankomatın ekranında kartında pul olduğunu gördüyünü deməyə başlamışdır. Həmin vaxt orada növbədə gözləyən şəxslərdən kişi cinsli şəxsin biri ona yəqin pul olmadığından Ayselin elə dediyini demiş və növbəni boşaltmasını bildirmişdir. Ona görə də ona elə gəlmişdir ki, həmin şəxs də Aysel ilə birlikdədir. Lakin, Aysel oradan qaçıb gedəndən sonra həmin şəxs orada qalmış və növbəsinin gəlməsini gözləmişdir. Ona görə də başa düşmüşdür ki, həmin şəxs Aysel ilə birlikdə deyil, özü üçün bankomatdan pul çıxartmağa gəlmiş və növbəsi gecikdiyindən ona kənara çəkilməsini demişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, ondan heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilimiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin sahə rəisi Şahid ifadəsində bildirmişdir ki, Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin sahə rəisi vəzifəsində işləyir, polis mayorudur. İcraatına Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis baş leytenantı Röyal Rəcəblinin Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarları daxil olmuşdur. Həmin qərar üzrə araşdırma aparılan zaman icraatına daxil olmuş əməliyyat tapşırığı nəticəsində ona məlum olmuşdur ki. Təqsirləndirilən şəxs 15 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 qızma məxsus bank karlından 186 manat məbləğində və 11 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 məxsus bank kartından 287 manat məbləğində pul çıxararaq ələ keçirtmişdir. Ona görə də Təqsirləndirilən şəxs inzibati qaydada tutulması üçün protokol tərtib olunmuş, izahatı alınmış, inzibati xəta haqqında protokol və qərardad tərtib olunaraq aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilmişdir. Lakin Sumqayıt şəhər məhkəməsi tərəfindən Təqsirləndirilən şəxsm barəsində inzibati qaydada tədbir görülməyərək material üzrə cinayət işinin başlanması məsələsinə baxılması üçün şəhər prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs izahat alan zaman sonuncu Zərərçəkmiş şəxs2 məxsus bank kartında 186 manat və Olqa İ uşovaya məxsus bank kartından 287 manat məbləğində pulu çıxararaq ələ keçirtdiyini etiraf elmişdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarla cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti əməli törətmiş Təqsirləndirilən şəxs müəyyən edilərək Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün Sumqayıt ŞPİ-nə təqdim olunması qərara alınmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-3354/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli və 17 oktyabr 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokollar üzrə inzibati xətaya dair materiallar cinayət işinin başlanılması məsələsinin həll edilməsi üçün Sumqayıt şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə əlaqədar toplanmış ilkin yoxlama materialı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Kənan Hacıyev tərəfindən aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X5 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək istintaq ********* nömrə ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Zərərçəkmiş şəxs2 qarşı dələduzluq edərək sonuncunun 186 manat pulunu ələ keçirən naməlum şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tədbir görülməsi üçün tədbirlərin davam etdirilməsi məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ərizəsi əsasında toplanmış material üzrə Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin təhqiqatçısı R.Rəcəblinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 sentyabr 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmiş, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bank kartı vasitəsi ilə pul çıxarılmış bankomat “Beynəlxalq Bank”a məxsus olmaqla ünvan 3 ünvanında yerləşir. Həmin yerdə 4 ədəd bankomat yerləşir və ətrafda yaşayış binaları vardır. Zərərçəkmiş şəxs2 orada sağdan 2-ci sırada yerləşən bankomatı göstərərək bildirdi ki. ona məxsus kart vasitəsilə Təqsirləndirilən şəxs həmin bankomatdan ona məxsus 186 manat pulu çıxararaq əldə etmişdir. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” PHŞ 2 nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş 11 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli ASM-nin psixiatrik kabinetinə müraciət etməyib, ambulator kartası yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” PHŞ 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 14 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxnasının poliklinika şöbəsinin psixiatr kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirdiyi 186 manat pul təqdim edilmişdir, heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1, 180.1-ci maddələri ilə Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs baəsində cinayət işi vardır.. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 123-22001-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə, həmin məcəllənin 177.2.2, 177.2.3-1, 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla onun tutulduğu və həbsdə olduğu 02 ay 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 ay 06 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 07 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 il 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 66.5-ci maddəsinə əsasən hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-57/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 07 ay 20 gün müddəti cinayətlərin məcmusu üzrə qismən toplanılmış və Təqsirləndirilən şəxs 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan “Sənədə baxış keçirilməsi haqqında’' xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus **********636679 nömrəli ’’Beynəlxalq Bank" kartından xx.xx.2021 -ci il tarixdə 186 manat məbləğində pul çıxarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Təsərrüfatı Birliyinin 7 saylı MKS tərəfindən verilmiş 329 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır və məhkəmənin qərarına əsasən göstərilən ünvandan qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal İstehsalat Təsərrüfatı Birliyinin 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanından məhkəmənin qərarına əsasən qeydiyyatdan çıxarılmışdır. Yaşadığı müddət ərzində ondan 7 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 adlı övladı vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən əməl Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsindən həmin məcəllənin 177.2.3-1, 177.2.2 və 180.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs elan edilmiş ittihama dəyişiklik və əlavələr edilərək, o, Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 177.2.2 və 180.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ondan heç bir tələb və şikayəti yoxdur. Ziyanın ödənilməsinin təqsirləndirilən şəxsə cəza təyini zamanı nəzərə alınmasını xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü PB-nin 127-12806-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan və protokolundan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:00-da Sumqayıt şəhər ərazisində saxlanılaraq məhkəməyə gətirilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təkrarən yayındığı üçün haqqında axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tapılanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx/xx- 6603 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 127- 22059-1222 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 yaşlı olduğundan səhhəti ilə əlaqədar onu məhkəmə iclasına təmin etmək mümkün olmamışdır. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyan ödənilmədiyi üçün şikayətçi olduğunu bildirmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 212/3-48 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs olmuş Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdə məhkəmənin hökmü ilə 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüş, polis əməkdaşları tərəfindən tutulduğu xx.xx.2022-ci il tarixədək 05 ay 07 gününü çəkmiş və çəkilməmiş cəzası 02 il 06 ay 19 gün təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam şəkildə ödəməsini və onunla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, hazırki cinayət əməlini daha əvvəl törədiyi üçün Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi və cəzasının tam çəkməməsi, onun məhkumluğuna hər hansı təsiri yoxdur və məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddələrinin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə qəti olaraq 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, CM-nin 66.5-ci və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən həbsdə saxlanıldığı 03 (üç) ay 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilməli və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sumqayıt 1 Saylı Vəkil Bürosunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 180.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-407/2021) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 424 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Daha sonra vəkil Müdafiəçi sosial məzuniyyətdə olduğundan işin davam etdirilməsi vəkil X2 həvalə edilmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat, vəkil X4 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 69.3-cü maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 05 (beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-174/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşırılması cəzasının çəkilmiş 05 (beş) ay 07 (yeddi) gün hissəsi və Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixə kimi həbsdə olduğu 03 ay 02 gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki günü kimi hesablanaraq 06 ay 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq həmin müddət bu hökmlə təyin edilmiş 05 (beş) il müddətə qəti azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 04 (dörd) il 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Bu hökmlə Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Zərərçəkmiş şəxs1 dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat, vəkil X1 göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar