Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-407/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Sumqayıt Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-287/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ildə cəzanın sonu ilə azad olunmuş, məhkumluğu olan, Ağdam rayonu, Şelli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi ilə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədilə 04 fevral 2023- cü il tarixdə saat 11:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Markova” geyim mağazasının qarşısında Zərərçəkmiş şəxs əynində olan qara rəngli cins şalvarının sağ arxa cibindən 400 (dörd yüz) manat pulu gizli yolla çıxarıb talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 400 (dörd yüz) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir, bununla bağlı əvvəllər məhkum olunmuşdur. 2022-ci ilin sentyabr ayında cəzaçəkmə müəssisəsindən azad olunmuş, heç bir yerdə işləmir. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllə ərazisində yerləşən “Markova” geyim mağazasının qarşısında olan zaman bir nəfər əvvəllər tanımadığı kişi cinsli şəxsə yaxınlaşıb maddi vəziyyəti yaxşı olmadığına görə ondan pul istəmiş, həmin şəxs ona 01 (bir) manat pul verib geriyə döndükdə onun əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində saxladığı 100 (bir yüz) manatlıq əskinasdan ibarət pulların görsəndiyini görüb pulları oğurlamaq qərarına gəlmişdir. Belə ki, həmin şəxs bir neçə metr hərəkət etdikdə o da həmin şəxsin arxasınca hərəkət etmiş, həmin şəxs dayandıqda əlini onun şalvarının sağ arxa cibinə salaraq görsənən pulları çıxarıb cibinə qoymuşdur. Həmin şəxs geriyə dönsə də, pulu onun cibindən çıxardığını başa düşməmişdir. O isə oradan uzaqlaşaraq çıxıb getmiş, sonra oğurladığı pullara baxdıqda 04 (dörd) ədəd 100 (bir yüz) manatlıq əskinasdan ibarət 400 (dörd yüz) manat pul olduğunu görmüşdür. Həmin 400 (dörd yüz) manat pulu müxtəlif mağazalarda digər əskinaslarla yəni, 50, 20, 10, 5 manatlıq əskinaslarla dəyişmiş, 83 (səksən üç) manatını şəxsi tələbatlarına xərcləmiş, qalan 317 (üç yüz on yeddi) manatı isə gələcəkdə xərcləmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşları tərəfindən oğurluq etməkdə şübhəli olduğuna görə saxlanılıb 4-cü PB-yə aparıldıqdan sonra etdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmiş, oğurluq nəticəsində əldə etdiyi pulların qalan hissəsini, yəni 05 (beş) ədəd 50 (əlli), 03 (üç) ədəd 20 (iyirmi), 01 (bir) ədəd 05 (beş) və 02 (iki) ədəd 01 (bir) manatlıq əskinaslardan ibarət 317 (üç yüz on yeddi) manatını təqdim etmişdir. Həmin oğurluq cinayətini tək törətmiş, Zərərçəkmiş şəxs cibindən çıxardıb öz cibinə qoyduqdan sonra Zərərçəkmiş şəxs geri dönsə də, cibindən 400(dörd yüz) manat pulu çıxardığını başa düşməmiş, cibini yoxlamamış, ona bir söz deməmişdir. Hadisə yerindən də normal addımlarla uzaqlaşaraq çıxıb getmiş, həmçinin oğurluq cinayətini törədərkən kənardan kimsə oğurluq etdiyini görməmişdir. Oğurladığı əskinasları Zərərçəkmiş şəxs sonradan onu tapsa ona pullarını oğurlamadığını bildirib inandırmaq üçün cibində olan müxtəlif əskinaslı pulları göstərmək üçün digər əskinaslarla dəyişmişdir. Həmin pulları Sumqayıt şəhər ərazisində xatırlamadığı ünvanda köşkdən siqaret və xatırlamadığı digər ərzaq məhsulları almaqla dəyişib xərclədiyini bildirmişdir. Zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında ifadəsi elan olunan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 04 fevral 2023-cü il tarixdə təxminən saat 11:10 radələrində Sumqayıt şəhəri, bazar ərazisində “Markova” geyim mağazasının qarşısında olan zaman dönərxanaların birinə yaxınlaşıb dönər almaq istəyən zaman bir nəfər yaşlı şəxs ona yaxınlaşaraq pul istəmiş, o da həmin şəxsə 01 (bir) manat pul vermiş, daha sonra arxaya dönüb getmək istəmişdir. Həmin vaxt pul verdiyi yaşlı kişinin sağ tərəfdən cibinə toxunduğunu hiss etmişdir. Arxaya çöndükdə həmin kişinin az əvvəl ona verdiyi 01 (bir) manatı yerə ataraq təzədən götürdüyünə şahid olmuş, lakin nə isə başa düşmədiyindən yoluna davam etmişdir. Bir neçə dəqiqədən sonra əynində olan qara rəngli cins şalvarın sağ arxa cibində olan 400 (dörd yüz) manat məbləğində nağd pulunun oğurlandığını aşkar etmişdir. Həmin zaman başa düşmüşdür ki, pulunu həmin yaşlı kişi oğurlamışdır. Həmin kişinin ona toxunduğu zaman pulunu oğurladığını başa düşməmişdir. Baş vermiş cibgirlik hadisəsi nəticəsində ona 400 (dörd yüz) manat maddi ziyan dəymişdir. Dərhal bu barədə polisə müraciət etmişdir. Oğurluq edən həmin şəxsin cibindən pulu götürüb qaçdığını görməmiş, sadəcə olaraq hadisə zamanı həmin şəxsin cibinə toxunduğunu hiss etmişdir. Həmin şəxsin təxminən 45-50 yaşlarında, arıq bədən quruluşlu, orta boylu, başında qara qış papağı, əynində qalın qara rəngli qış gödəkçəsi olan kişi olduğunu bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyan ödənilmişdir və onlar barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur və məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-41/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 400 (dörd yüz) manat puldan 317 (üç yüz on yeddi) manatını təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şəxsin tanınmasının aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınmaq üçün Zərərçəkmiş şəxs bir neçə şəxsin arasında təqdim edilmiş, Zərərçəkmiş şəxs ona tanınmaq üçün təqdim edilmiş bir neçə şəxsin arasından Təqsirləndirilən şəxs tanıyraq onlara qarşı oğurluq etmiş şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə maddi sübut olan 317 (üç yüz on yeddi) manat məbləğində pulu təhvil almışdır. İş materiallarında olan 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Təqsirləndirilən şəxs oğurluq cinayət hadisəsini törətəməsi təhlükəsiz şəhər kameralarına düşmüş və həmin görüntülərin həkk olunduğu DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsi 34-cü məhəllə ərazisində yerləşən “Markova” geyim mağazasının qarşısında dayanan şəxsə arxa hissədən yaxınlaşayan qara gödəkçəli, qara papaqlı şəxs sol əli ilə dayanan şəxsin arxa cibindən pulu götürüb öz cibinə qoyduqdan sonra yerə əylib yerdən predmet götürməsi görüntüsü yaradır. Daha sonra həmin ərazidən yolun əks tərəfinə keçməklə uzaqlaşır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin tərkib əlamətləri olmadığına görə həmin maddə ilə barəsində cinayət təqibindən imtina edilmişdir. İş materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-487/2010 saylı, xx.xx.2010-cu il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-287/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmlərinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-487/2010 saylı, xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə təqsrili bilinib 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-287/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsrili bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 2022-ci ildə cəzanın sonu ilə azad olunmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlini etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini və şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.5ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-407/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-407/2023
09.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver