Məhkəmə qərarları › İş №1(060)-408/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-408/2023

12.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-408/2023 12.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qarağaclı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı peşə məktəbinin binasında məskunlaşaraq yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində babası Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində 3 saylı peşə məktəbinin binasında yerləşən yaşayış mənzili kimi istifadə olunan 18 saylı otağına açıq olan giriş qapısından daxil olaraq otaqdakı saxlanc yeri hesab olunan sandığın asma qıfılını sındırıb əlini içərisinə qanunsuz daxil edərək sonuncuya məxsus 13000 (on üç min) manat nağd pulu, dəyəri 153 manat olan 01 ədəd 583 əyarlı üzərində ümumi çəkisi 100 mq olan 10 ədəd adi dəyərsiz şüşə qaşlar olan, gül formalı, Rusiya istehsalı olan 1,8 qram çəkidə qızıl üzüyü, dəyəri 161,50 manat olan 1 cüt 583 əyarlı top formalı Rusiya istehsalı olan 1,9 qram çəkidə olan qızıl sırğanı, dəyəri 187 manat olan 01 ədəd 583 əyarlı halqa formalı Rusiya istehsalı olan 2,2 qram çəkidə qızıl üzüyü, dəyəri 10 manat olan gümüşü rəngli hissələri 925 əyarlı gümüşdən, sarı rəngli hissələri mis və sink əsaslı ərintidən hazırlanmış 01 ədəd gümüş üzük və 02 ədəd gümüş sırqadan ibarət dəsti, dəyəri 15 manat olan 01 ədəd 925 əyyarlı, 13 qram çəkidə, üzərində 1 ədəd adi dəyərsiz şüşə qaş olan, gül formalı, qulağa keçəcək hissəsi sınıq olan gümüş sırğanı, ümumilikdə 300 manat dəyərində hər biri “Landor” metaldan hazırlanmış, qızıl suyuna çəkilmiş bujiteriya bəzək əşyaları, yəni 4 ədəd halqa formalı, 1 ədədi 5 qram çəkidə qolbağı, 4 ədəd hörmə zəncir formalı, 1 ədədi 10 qram çəkidə boyunbağı, 1 ədəd halqa formalı, 4 qram çəkidə üzüyü, 1 cüt salxım formalı 5 qram çəkidə sırğanı, 02 ədəd hörmə zəncir formalı, hər biri 3 qram çəkidə qolbağı, 2 ədəd tac formalı, hər biri 1,5 qram çəkidə üzüyü gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 13826 (on üç min səkkiz yüz iyirmi altı) manat 50 (əlli) qəpik, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, babası Qurultayın ayrı-ayrı şəxslərə sələm faizi ilə pul borc verdiyini bildiyi üçün onun yaşadığı ünvanda xeyli miqdarda pul, qızıl-zinyət əşyaları olduğunu hesab etmiş və bu səbəbdən xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində babası Qurultay və nənəsi Hicranın yaşadıqları peşə məktəbinin həyətində olduqlarını görmüş və onların evində heç kim olmadığı üçün evlərinə daxil olub pul və qızıl-zinyət əşyalarını oğurlamaq qərarına gəlmişdir. Elə həmin vaxtda, yəni saat 18:45 radələrində babasının yaşadığı, peşə məktəbinin ikinci mərtəbəsində yerləşən otağa getmişdir. Otağın giriş qapısı örtülü olsa da, bağlı olmamışdır. O qapını açıb içəri daxil olmuşdur. Babasının pul və qızıl-zinyət əşyalarını otaqdakı çarpayının sol tərəfində, küncdə qoyulmuş sandıqda gizlətdiklərini ehtimal etdiyi üçün sandığın asma qıfılını əvvəlcədən özü ilə götürdüyü başqa bir dəmir qıfılla sındıraraq sandığın qapısını açmışdır. Sandığın içərisindən dəsmala bükülmüş halda pulları və digər bir dəsmala bükülmüş halda olan qızıl-zinyət əşyalarını oğurlayıb ona qarşı şübhə yaranmaması üçün axtarış aparması görüntüsü yaratmaq məqsədi ilə evdəki əşyaları və yorğan-döşəyi dağıdıb, otaqdan çıxmışdır. Sonra isə oğurladığı pulları və qızıl-zinyət əşyalarını saymaq məqsədi ilə peşə məktəbinin həyətini də tərk edib bir qədər yaxınlıqdakı zibilxana tərəfə getmiş pulları saydıqda 12600 (on iki min altı yüz) manat və zinyət əşyalarının bəzilərinin gümüş olduğunu müəyyən etmişdir. Sonra yaşadığı evə qayıdıb oğurladığı pul və qızıl-zinyət əşyalarını yaşadığı evdə divanın altında gizlətmişdir. Oğurluq hadisəsini törətdikdən təxminən 1 ay sonra oğurladığı qızılzinyət əşyalarını satmaq qərarına gəlmiş və oğurladığı əşyaların bəzilərini - 1 cüt gümüş sırqanı və bir ədəd gümüş üzüyü götürüb Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Defacto” geyim mağazasının yaxınlığında yerləşən qızıl-gümüş əşyalarının alqısatqısı məntəqəsində işləyən, adını bilmədiyi kişiyə 40 (qırx) manata satmışdır. Bir neçə gündən sonra isə digər qızıl-zinyət əşyalarını da həmin yerə aparıb “Defacto” geyim mağazasınm yaxınlığında yerləşən başqa bir qızıl-gümüş alqı-satqısı məntəqəsində işləyən, adını bilmədiyi xanıma göstərib satmaq istədiyini bildirmişdir. Həmin xanım sözügedən qızıl-zinyət əşyalarına baxıb yoxladıqdan sonra 1 cüt sırqa və 1 ədəd üzükdən başqa qalan bəzək əşyalarının qızıl və ya gümüş olmadığını, qiymətsiz metaldan hazırlanmış bujiteriya bəzək əşyaları olduğunu bildirib özünə qaytarmış və yalnız 1 cüt qızıl sırqa ilə 1 ədəd qızıl üzüyü almağa razılaşmışdır. Sözügedən qızıl üzük və sırqaları 210 (iki yüz on) manata ona satmışdır. Bijuteriya bəzək əşyalarını isə hissə-hissə olmaqla ayrı-ayrı ərazilərdə atmışdır. Təxminən bir həftədən sonra, yəni 2022-ci ilin avqust ayının əvvəlləri o yenidən həmin qadının yanına gedərək babasının evindən oğurladığı digər bir qızıl üzüyü də ona 120 (yüz iyirmi) manata satmış və həmin üzüyün özünə məxsus olduğunu bildirmişdir. Oğurladığı qızıl-gümüş əşyaları satıb əldə etdiyi pulları və eləcə də oğurladığı 12600 (on iki min altı yüz) manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O, nənəsi və babasının yaşadığı otağa həmişə sərbəst girib çıxa bilmiş, nənəsi və babasının bununla bağlı ona heç vaxt narazılıq etməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, onunla barışmışdır. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zəzərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində, həyat yoldaşı Hicranla birlikdə yaşadıqları evin giriş qapısını bağlayıb həyətdəki bağ sahəsinə getmişlər. Bağ sahəsində bir qədər vaxt keçirdikdən sonra saat 20 radələrində Hicranla birlikdə evlərinə qayıtdıqda evin giriş qapısının kilidinin açıq olduğunu, evdəki əşyaların isə dağınıq vəziyyətdə olduğunu, içərisində pullarını və digər dəyərli əşyalarını saxladığı sandığın qapağının açıq olduğunu görmüşlər. Sözügedən sandığa baxıb yoxladıqda isə həmin sandıqda saxladığı ona məxsus 13000 (on üç min) manat pul və eləcə də, 1000 (min) manat dəyərində olan qızıl, gümüş bujiteriya bəzək əşyalarının yerində olmadığını aşkar etmişdir. Belə olan halda başa düşmüşdür ki, həyat yoldaşı və o evdə olmadıqları saat 17:00-dan saat 20:00-dək olan müddət ərzində naməlum şəxs və ya şəxslər evlərinin qapısını açıb içəri qanunsuz daxil olaraq sandıqda saxladığı ona məxsus 13000 manat pulu və eləcə də, 1000 manat dəyərində qızıl, gümüş və bujiteriya bəzək əşyalarını oğurlayaraq ona ümumilikdə 14000 (on dörd min) manat maddi ziyan vurmuşdur. Oğurlanan qızıl, gümüş və bijuteriya bəzək əşyalarının sayı və əlamətləri belə olmuşdur- 200 manat dəyərində 1 ədəd 583 əyyarlı, 1,8 qram çəkidə, üzərində 10 ədəd adi dəyərsiz şüşə qaşlar olan, gül formalı, Rusiya istehsalı olan qızıl üzük, 200 manat dəyərində 1 cüt 583 əyyarlı, 1,9 qram çəkidə, top formalı, Rusiya istehsalı olan qızıl sırqa, 250 manat dəyərində 01 ədəd 583 əyyarlı, 2.2 qram çəkidə, halqa formalı, Rusiya istehsalı olan qızıl üzük, 15 manat dəyərində 1 ədəd 925 əyyarlı, 13 qram çəkidə, üzərində 1 ədəd adi dəyərsiz şüşə qaş olan, gül formalı, qulağa keçəcək hissəsi sınıq olan gümüş sırqa, 35 manat dəyərində 1 ədəd gümüş üzük və 2 ədəd gümüş sırqadan ibarət dəst və eləcə də ümumilikdə 300 manat dəyərində hər biri “Landor” metaldan hazırlanmış, qızıl suyuna çəkilmiş bijuteriya bəzək əşyaları-4 ədəd halqa formalı, 1 ədədi 5 qram çəkidə qolbaq; 4 ədəd hörmə zəncir formalı, 1 ədədi 10 qram çəkidə boyunbağ; 1 ədəd halqa formalı, 4 qram çəkidə üzük; 1 cüt salxım formalı 5 qram çəkidə sırqa” 2 ədəd hörmə zəncir formalı, hər biri 3 qram çəkidə qolbağ; 2 ədəd tac formalı, hər biri 1,5 qram çəkidə üzük. Əmlakının onunla qonşuluqda yaşayan nəvəsi Təqsirləndirilən şəxs oğurlamasından şübhələnmişdir. Həmin gün nəvəsi Təqsirləndirilən şəxs bir qədər onların yanında həyətdə olsa da, birdənbirə onların yanından çıxıb getmişdir. O həyat yoldaşı ilə evə qayıtdıqda isə əmlakının oğurlandığını aşkar etmişdir. İlqarın bir çox şəxsə pul borcu olduğu üçün, İlqarın borclarını ödəmək məqsədi ilə onun evinə daxil olaraq sandıqdan 13000 manat pulunu və qızıl, gümüş və bijuteriya bəzək əşyalarını oğurladığını hesab etmişdir. Hadisədən 10 gün sonra İlqarın atası tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, uzun müddətdir Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində, “Cavid” ticarət mərkəzində yerləşən, icarəyə götürdüyü kiçik mağazada qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2022-ci ilin iyul ayının sonları adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi şəxs, işlədiyi mağazaya gələrək özünə məxsus olan bir neçə qızıl-zinyət əşyalarını satmaq istədiyini bildirib həmin əşyaları almasını ona təklif etmişdir. O, İlqarın gətirdiyi qızıl-zinyət əşyalarına baxıb yoxladıqda həmin əşyaların, yəni 1 cüt sırqanın, 1 ədəd üzüyün və 1 ədəd qulağa keçəcək hissəsi sınıq olan sırğanın qızıl deyil gümüş olduğunu müəyyən etmişdir. O, həmin bəzək əşyalarını qızıl olmadığını, gümüş olduğunu və gümüş qiymətinə alacağını bildirmişdir. Hətta İlqarın özü də ona satmaq istədiyi həmin gümüş bəzək əşyalarının qızıl olmadığını o yoxlayıb ona məlumat verdikdən sonra öyrənmişdir. O, nə üçün həmin əşyaların qızıl olmadığını bilməməsinin səbəbini soruşduqda İlqar sözügedən üzük və sırqaları ona bacısının qızıl adı ilə verdiyini, bu səbəbdən də sözügedən üzük və sırqaların gümüş olduğunu bilmədiyini demişdir. Hətta həmin üzük və sırqaların qızıl və ya gümüş olmasını dəqiqləşdirmək məqsədi yaxınlıqda olan başqa qızıl-zinyət əşyaların alqısatqısı ilə məşğul olan şəxslərə də göstərmişdir. Ancaq o, daha baha qiymətə almağı təklif etdiyi üçün yenidən yanına qayıdıb sözügedən üzük və sırqaları ona satmağa razılaşmışdır. O, İlqara ümumilkidə 70 manat ödəyərək həmin gümüş materialdan olan üzük və sırqaları almışdır. Bundan sonra İlqar çıxıb getmişdir. Həmin gündən sonra liqan bir daha görməmişdir. İlqarın ona satdığı 1 ədəd gümüş üzük və 1 cüt gümüş sırqalar halhazırda onun özündə olduğu üçün təqdim edə biləcəyini demiş, ancaq 1 ədəd qulağa keçəcək hissəsi sınıq olan gümüş sırğanı link (lom) qiyməti ilə dəqiq xatırlamadığı topdan qızıl-gümüş alan şəxslərə satmışdır. İlqarın ona satdığı 1 ədəd qulağa keçəcək hissəsi sınıq olan sırğa 925 əyyarlı, 13 qram çəkidə, üzərində çəkisi 0,5 qram 1 ədəd adi dəyərsiz şüşə qaş olan, gül formalı sırqa olmuşdur. İlqar ona satdığı gümüş üzük və sırqaların bacısına məxsus olduğunu, satmaq üçün bacısı ona verdiyini bildirmişdir. O ifadə vermək üçün polisə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs sözügedən əşyaları oğurluq yolu ilə əldə etdiyini və ondan başqa Vüsalə adlı qadına da qızıl-zinyət əşyaları satdığını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, uzun müddətdir Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində, “Defacto” geyim mağazsaının yaxınlığında yerləşən kiçik mağazada qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olur. 2022-cİ ilin iyul ayının sonları adının Təqsirləndirilən şəxs olduğunu sonradan öyrəndiyi şəxs işlədiyi mağazaya gələrək özünə məxsus olan bir neçə qızıl-zinyət əşyalarını satmaq istədiyini bildirib həmin əşyaları almasını ona təklif etmişdir. O, İlqarın gətirdiyi qızıl-zinyət əşyalarına baxıb yoxladıqda həmin əşyaların içərisindəki 1 cüt sırqanın və 1 ədəd üzüyün qızıl olduğunu, digərlərinin isə “Landor” metaldan hazırlanmış çəki İlə 1 (bir) qramının qiyməti 0,25 manat (iyirmi beş qəpik) olan bijuteriya bəzək əşyaları olduğunu müəyyən etmişdir. O, həmin bijuteriya bəzək əşyalarını İlqarın özünə qaytarmış və dəyəri çox az olduğu üçün almaqdan imtina etmişdir. Hətta İlqarın özü də ona satmaq istədiyi həmin bijuteriya bəzək əşyalarının qızıl olmadığını, yoxlayıb ona məlumat verdikdən sonra öyrənmişdir. O, nə üçün həmin əşyaların qızıl olmadığını bilməməsinin səbəbini soruşduqda İlqar sözügedən bijuteriya bəzək əşyalarını onun ailə üzvlərinə qızıl adı ilə hədiyyə verildiyini bildirmişdir. Ancaq onun ona verdiyi 1 cüt qızıl sırqanı və 1 ədəd qızıl üzüyü ümumilikdə 210 (iki yüz on) manat ödəyərək almışdır. Bundan sonra İlqar çıxıb getmişdir. Təxminən bir həftədən sonra, yəni 2022-ci ilin avqust ayının əvvəlləri İlqar yenidən onun yanına gələrək özünə məxsus olan 1 ədəd qızıl üzüyü ona satmağı təklif etmişdir. O, İlqara 120 (yüz iyirmi) manat ödəyərək həmin qızıl üzüyü də İlqardan almış, həmin gündən sonra İlqarı bir daha görməmişdir. Təqsirləndirilən şəxs aldığı qızıl əşyalarını link (lom) qiyməti ilə dəqiq xatırlamadığı topdan qızıl alan şəxslərə satmışdır. İlqarın özünün də qızıl olduğunu hesab edib ona satmaq istədiyi bijuteriya bəzək əşyaları “Landor” metaldan hazırlanmış 2 ədəd qızıl suyuna çəkilmiş tac formalı üzük və 1 ədəd zəncir formalı boyunbağıdan ibarət olmuşdur. İlqarın ilk öncə ona satdığı 1 ədəd qızıl üzük 583 əyarlı, 1,8 qram çəkidə, üzərində ümumi çəkisi 100 mq olan 10 ədəd adi dəyərsiz şüşə qaşlar olan, gül formalı üzük; 1 cüt qızıl sırqa 583 əyarlı, 1,9 qram çəkidə, top formalı sırqalar olmuşdur, İlqarın ikinci dəfə ona satdığı 1 ədəd qızıl üzük 583 əyarlı, 2,2 qram çəkidə halqa formalı üzük olmuşdur. Təqsirləndirilən şəxs ona satdığı qızıl zinyət əşyalarını və eləcə də, satmaq istədiyi bijuteriya bəzək əşyalarının özünə məxsus olduğunu bildirmişdir. O ifadə vermək üçün polisə dəvət edildikdən sonar Təqsirləndirilən şəxs sözügedən əşyaları oğurluq yolu ilə əldə etdiyini öyrənmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111-də xx.xx.2023-cü il tarixdə saat 17:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “təqdim etmə və götürmə haqqında” protokoldan görünür ki, Şahid1 01 ədəd gümüş üzük və 01 cüt gümüş sırğanı istintaqa təqdim etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə başlanmış cinayət işi həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdiq etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü Qulizadə Mələk adlı qız övladı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsili Müəssisəi 3 nömrəli Sumqayıt Peşə Liseyi tərəfindən verilmiş 10 saylı, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1995-ci ildən 76-cı məhəllə, Sülh prospekti 5 ünvanında yerləşən 3 nömrəli Sumqayıt Peşə Liseyinin tədris korpusunda məcburi köçkün kimi ailəsi xx.xx.1973-cü il təvəllüdlü Quliyev Qorxmaz Oruc oğlu, xx.xx.1972-ci il təvəllüdlü X3, xx.xx.2021-ci il təvəllüdlü X4 ilə birgə məskunlaşmışdır. İş materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti başçısının Qaracallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü i tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixli qərarla cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 6/647-9/684 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd gümüşü rəngli hissələri 925 əyarlı gümüşdən, sarı rəngli hissələri mis və sink əsaslı ərintidən hazırlanmış 01 ədəd gümüş üzük və 02 ədəd gümüş sırqadan ibarət dəstin 2022-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 10 manat müəyyən olunur. Qərarın təsviri hissəsində qeyd olunan 03 adda qızıl zinət əşyaları nəzəri qaydada təxminən 501,50 (153 man+161,50 man.+187 man) manat müəyyən olunur. Belə ki, 01 ədəd 583 əyarlı üzərində ümumi çəkisi 100 mq olan 10 ədəd adi dəyərsiz şüşə qaşlar olan, gül formalı, Rüsiya istehsalı olan 1,8 qram çəkidə qızıl üzüyün dəyəri 153 manat, 1 cüt 583 əyarlı top formalı Rusiya istehsalı olan 1,9 qram çəkidə olan qızıl sırğanın dəyəri 161,50 manat, 01 ədəd 583 əyarlı halqa formalı Rusiya istehsalı olan 2,2 qram çəkidə qızıl üzüyün dəyəri 187 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində qeyd edilən 07 adda mallar tədqiqata təqdim edilmədiyindən həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 mart 2023-cü il tarixdə saat 16:00-da Sumqayıt şəhər Polis İdarəsinə könüllü gəlmiş, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 177.2.1 və 180- cı maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs vurulmuş maddi ziyanın ümumi məbləği 13826 (on üç min səkkiz yüz iyirmi altı) manat 50 (əlli) qəpik olması nəzərə alınmış, Şahid1, Şahid2 ifadələrində göstərdiyi əşyaların oğurluq yolu ilə əldə etdiyini bilmədiyindən, onların barəsində qanunsuz olaraq bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma və ya satmağa görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, iş üzrə 01 ədəd gümüş üzük və 01 cüt gümüş sırğa maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, QZərərçəkmiş şəxs 01 ədəd gümüş üzük və 01 cüt gümüş sırğanı təhvil almışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərziədən görünür ki, nəvəsi Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evinə gizli şəkildə girərək oğurluq hadisəsi törətmişdir. Oğurluq zamanı evdən 13000 (on üç min) manat pul oğurlamışdır. Həmin gün oğurluq barədə 102 xidmətinə zəng ilə müraciət etmişdir. Hadisə yerinə Sumqayıt Şəhər 5-ci Polis bölməsinin əməkdaşları gəlmişlər. Oğurluq hadisəsi ilə 5-ci Polis bölməsinin müstəntiqi tərəfindən istintaq keçirilmiş, oğurluq hadisəsini törədənin nəvəsi Təqsirləndirilən şəxs olduğu sübuta yetirilərək işin halları məhkəməyə göndərilmişdir. Oğurluq hadisəsindən təxmini 10 gün sonra nəvəsinin atası həmin oğurlanmış məbləği tam şəkildə gətirərək ona ödəmişdir. Bildirmək istəyir ki, hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün nəvəsi Təqsirləndirilən şəxs şikayətçi deyildir. Nəvəsi də törətdiyi əməldən peşmandır. Məhkəmə hökmü çıxararkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və Təqsirləndirilən şəxs qarşı başlanmış cinayət işinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanılmanın bir gününün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla onlara təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 120,00 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd gümüş üzük və 01 cüt gümüş sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 408/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 558/2023 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanıldığı bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3 saylı peşə məktəbinin binasını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 120,00 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış “01 ədəd gümüş üzük və 01 cüt gümüş sırğanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardıma görə 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar