Məhkəmə qərarları › İş №1(060)-408/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-408/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-408/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Naxçıvan MR-sı Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Naxçıvan MR-sı Şərur rayonu, Cəlilkənd ərazi dairəsi, Cəlilkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Neftçilər qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 8,681 qram çəkidə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 04 mart 2025-ci il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki gödəkcənin sağ yan cibində saxladığı 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 8,681 qram xeyli miqdarda bitki mənşəli kütlə, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında olan zaman dörd nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb, onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etməyini təklif etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki gödəkcənin sağ yan cibində saxladığı, həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanıdığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 100 manat pul verərək, şəxsi istifadəsi üçün aldığı, nəşə adlanan, narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə götürüldükdən sonra polis əməkdaşları üzərini əlavə olaraq yoxlamış, həmin vaxt üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları təqdim etdiyi içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 10,68 qram olması müəyyən edilmişdir. Bundan sonra isə içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmiş, etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, sonra birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Daha sonra isə Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılarkən təqdim etdiyi, içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümün qablaşdırıldığı zərf açılaraq zərfin içərisinə və həmin zərfin içərinə qablaşdırılmış sellofan bükümün içərisinə baxış keçirilmiş, sonra isə yenidən qablaşdırılaraq götürülmüşdür. Daha sonra təqdim etdiyi bükümün içərisindəki kütlənin nə olduğunu, nə vaxt, hardan və nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda təqdim etdiyi sellofan bükümün içərisindəki kütlənin nəşə adlandırılan, narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən təsadüfən tanış olduğu, əvvəllər tanımadığı, soyadını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi, şəxsə 100 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığını, polis əməkdaşları tərəfindən saxlanılarkən isə onlara təqdim etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamış, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman və himayəsində 4 uşaq omasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin 4-cü PB-nə Araz adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görədə Araz adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Araz adlı şəxsin xx.xx.1974-cü ildə Naxçıvan MR-sı, Şərur rayonu, Cəlilkənd kəndində anadan olmuş, əvvəllər məhkum olunmuş, Naxçıvan MR-sı, Şərur rayonu, Cəlilkənd ərazi dairəsi, Cəlilkənd kəndində qeydiyyatda olan və Bakı şəhəri, Nizami rayonu, Neftçilər qəsəbəsi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 17:00-da Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkilləri Şahid2, Şahid4 və Şahid3la yaxınlaşaraq Təqsirləndirilən şəxs saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli gödəkçənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində narkotik vasitə olan, “nəşə” adlandırılan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində əvvəllər tanımadığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərini əlavə olaraq axtarmışlar, Təqsirləndirilən şəxs üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində yaşıl rəngli, bitki mənşəli kütlə olan bükümün çəkisinin 10,68 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 4-cü PB-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər, daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkilləri Şahid2, Şahid4 və Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs üzərini yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində narkotik vasitə qurudulmuş marixuana olan zərf təhqiqatçıya təqdim edilmişdir. Həmin zərflərin içərisinə baxış keçirildikdə Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən aşkar edilmiş büküm aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, yenidən həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı şəxsə 100 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini, tərəflərindən saxlanılarkən isə həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü bildirmişdir. Bundan sonra aşkar edilmiş həmin büküm elektron tərəzidə çəkilməklə çəkisi müəyyən edilmiş, sonra isə yenidən zərfə qablaşdırılaraq götürülmüşdür. Sonda qeyd etdikləri ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvvəkkilləri Şahid3 və Şahid4 ondan öncə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkcənin cibindən bir ədəd sellofan büküm təqdim edərək həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “İMG_6537” adlı, 96286 kb həcmində, 07 dəqiqə 51 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü olan birinci diskə baxış keçirilərkən video görüntünün Sumqayıt şəhəri ərazisində yerləşən Mehdi Hüseynzadə adına stadionun yerləşdiyi ərazi və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində hündür mərtəbəli tikilinin, onun qarşısında yaşıllıq sahənin, tikilinin yan hissəsində isə asfalt örtüklü yolun göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra video görüntüdəki yolla əynində qara rəngli gödəkcə və qara rəngli şalvar, başında qara rəngli papaq olan bir nəfər şəxsin video çəkliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra onun hərəkət istiqamətinin sol hissəsindən iki nəfər şəxsin çıxaraq həmin şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olduğunu bildirdiyi, sonra saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, daha sonra orda olan şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk özünü təqdim edən şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğunu, ikinci şəxsin özünü təqdim şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 olduğunu bildirdikləri, bundan sonra ilk olaraq özünü təqdim edərək Şahid2 olduğunu bildirən şəxsin saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və pridmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində narkotik vasitə olan, “nəşə” adlandırılan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 100 manat pul verərək, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində yaşıl rəngli, bitki mənşəli kütlə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 10,68 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, sonda özünü təqdim edərək əməliyyat müvəkkili Şahid2 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəklişin dayandığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində “Bingo” və sair markalanma yazısı olan, yaddaşında 01 (bir) ədəd “İMG_6545” adlı, 111092 kb həcmində, 09 dəqiqə 04 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan ikinci diskə baxış keçirilərkən video görüntünün əvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev olduğunu bildirdiyi, daha sonra özünü təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “Mehdi Hüseynzadə” adına stadionun yaxınlığında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər maddələrin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş narkotik vasitənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİnin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvvəkkili, polis kapitanı Şahid4 olduğunu, üçüncü şəxsin özünü təqdim şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, daha sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin üzərindən hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, bundan sonra özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən təqdim edilmiş zərfin açıldığı, zərfin içərisindən bir ədəd sellofan bükümün aşkar edildiyi, həmin bükümün içərisinə baxış keçirilərkən içərisindən yaşıl rəngli bitki mənşəli kütlənin aşkar edildiyi, sonra isə elektron tərəzidə çəkildiyi, büküm elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 10,89 qram olmasının müəyyən edildiyi, bundan sonra özünü təhqiqatçı kimi təqdim edən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni həmin gün səhər saatlarında Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin narkotik vasitənin aşkar edilərək götürüldüyünü, bundan sonra aşkar edilmiş həmin bükümün yenidən içərisi boş zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, zərfin üzərində qeydlər aparıldığı, zərfin üzərinin ilk əvvəl özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxs, sonra müdafiəçi tərəfindən imzalandığı, sonra götürüldüyü, daha sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Araz İsmaylov olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Araz İsmaylov olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki narkotik vasitənin öziinə məxsus olduğunu bildirdiyi, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid3 tərəfindən həyata keçirildiyi barədə məlumat verilməklə, aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-ci vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 31-32-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd sellofan bükümdə olan yaşıl rəngli, spesifik iyə malik bitki kütləsini təqdim edərək narkotik vasitə olan çətənə (kannabis) bitkisindən kustar hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmiş, sellofan büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 10,89 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 46-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin xx.xx.2025-ci il tarixli 3- 16-16/2-20/2025 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN “Zərflər üçün № 128” möhür əksi, “Vət Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə: İmza: /İmza/ Təqsirləndirilən şəxs. Vəkil: /İmza/ Anar Qasımlı: Tərtib etdi: /İmza/ Təhqiqatçı K.F.Hacıyev” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi, 8,681 qram olan bitki mənşəli kütlə tərkibi narkotik maddə olan çətənə (kannabisi) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Cinayət işinin 47-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 60 (altmış) manat müəyyən edilmişdir. Cinayət işinin 104-111-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 8,681 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 02 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1502 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 90-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı Şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop madə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 06 mart 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 30 may 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1502 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 8,631 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 8,631 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar