Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-409/2020 29.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1975-ci ildə ünvan 1ində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 5 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 19 radələrində qaynı Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhər, Xəzər bağları, 2-ci məhəllədə yerləşən fərdi evin həyətyanı sahəsində Zərərçəkmiş şəxs onun arvadı Şahid3 və övladlarını yaşadığı ünvana gətirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlqol atmış, onları Minə və Şahid1 sakitləşdirmiş, lakin o giriş qapısının kənarında Zərərçəkmiş şəxsla yenidən mübahisə edərək təpiklə onun sol diz oynağına zərbə endirərək ona, sol budun aşağı 1/3-nin diz oynağını tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynıdır. Ceyhunun bacısı Şahid3 ilə 2005-ci ildə ailə həyatı qurmuş, 2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 4 övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarından münasibətləri yaxşı olsa da təxminən 2-3 ildir ki, aralarında ailə problemlərinə görə münaqişə və mübahisələri yaranmışdır. Aralarında olan mübahisə və münaqişələrə görə xx.xx.2020-ci il tarixdə həyat yoldaşı Şahid3 azyaşlı övladları ilə birlikdə yaşadıqları evdən çıxıb Sumqayıt şəhəri, Xəzər bağlarında yaşayan anası evinə getmişdir. Buna görə də xx.xx.2020-ci il tarixdə saat 19 radələrində qaynanası Şahid2 yaşadığı ünvana gedərək darvazanı döymüş, qapını oğlu Nicat açmış, o, darvazadan içəri girmədən Nicatdan Zərərçəkmiş şəxs harada olmasını soruşmuş, Nicat Zərərçəkmiş şəxs evdə olmadığını bildirdikdə Ceyhunun nömrəsini öyrənib ona deməsini bildirmişdir. Sonra qaynanası Şahid2 və baldızları Şahid1 və Şahid4 evdən çıxıb onun yanına gələrək ondan nə üçün gəldiyini soruşmuşlar. O, Zərərçəkmiş şəxs nömrəsinin lazım olduğunu, Ceyhunla Gülnar və onun arasında olan problemlə bağlı söhbət etmək istədiyini bildirmişdir. Həmin vaxt Minə, Samirə və Könül münaqişə yaratdıqlarına görə getmək üçün onların yanından kənarlaşıb təxminən 150 metr kənarlaşdıqda yanında bir avtomobil dayanmış, həmin avtomobildən Zərərçəkmiş şəxs düşüb onun qolundan tutub “gəl bura” demiş və birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsinə getmişlər. Evin həyətyanı sahəsinə daxil olduqdan sonra Şahid1 Zərərçəkmiş şəxs “Eldəniz gəlib münaqişə yaradaraq bizi söyüb təhqir edib” demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ona yumruq atmış, lakin Zərərçəkmiş şəxs yumruğu ona dəyməmişdir. Şahid2 onu çölə çıxartmış və darvazanı içəri tərəfdən bağlamışdır. Zərərçəkmiş şəxs həmin vaxt evin həyətyanı sahəsində olarkən qaçaraq evə daxil olmuş, sonra hasardan tullanıb qaçaraq onun üzərinə gəlib yenə də ona yumruq atmış, lakin Ceyhunun yumruğu ona dəyməmişdir. Şahid2, Şahid4 və Şahid1 gələrək Zərərçəkmiş şəxs aralaşdırıb aparmışlar. Sonra oradan uzaqlaşıb çıxıb getmişdir. Baş vermiş mübahisəni o deyil, Ceyhun başlatmış, Zərərçəkmiş şəxs əl zərbələri ilə heç bir xəsarət yetirməmiş, həmçinin təpiklə onun sol diz oynağına vurmamış, ola bilsin ki, Ceyhun hasardan tullanarkən sol diz oynağına xəsarət yetirmişdir, Zərərçəkmiş şəxs ona yumruq atmış, lakin yumruğu ona dəyməmişdir. O, münaqişə yaradıb Şahid1 ünvanına söyüş söyməmiş, həmçinin Ceyhuna təpik atmamış və atdığı təpik Samirəyə dəyməmişdir. Əməlindən peşmandır, 4 azyaşlı uşağı var, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik və ədavətləri yoxdur, Təqsirləndirilən şəxsla bacısı Şahid3 2005-ci il tarixdə ailə həyatı qurmuş, 2007-ci il tarixdən isə rəsmi olaraq nikahdadırlar. Birgə nikahdan 4 övladları var. Təxminən 4 ildir ki, Təqsirləndirilən şəxs və Şahid3 münasibətləri yaxşı olmadığı üçün bacısı Şahid3 Eldənizdən ayrılıqda övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. 2020-ci ilin aprel ayında bacısı Şahid3 Təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət etmiş və həmin vaxtdan onunla (Ceyhunla) birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində işdə olarkən onunla birlikdə yaşayan bacısı Şahid1 ona zəng vuraraq Təqsirləndirilən şəxs yaşadıqları ünvana gələrək münaqişə yaratması barədə məlumat verdiyi üçün yaşadığı ünvana getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı evin təxminən 15 metrliyində dayanmışdır. Təqsirləndirilən şəxs onu görən kimi onun ünvanına nalayiq söyüşlər söyərək Şahid3 və övladlarını yaşadığı ünvana gətirməyini ona irad tutmuş, o, qonşuların baş verən mübahisəni bilməməsi üçün Təqsirləndirilən şəxs yaşadığı ünvana dəvət etmiş və birlikdə yaşadığı evin həyətyanı sahəsinə getmişlər. Evin həyətyanı sahəsində Təqsirləndirilən şəxs yenidən Şahid3 və övladlarını yaşadığı ünvana gətirdiyinə görə onunla mübahisə etməyə başlamış, mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbələri ilə dodaq, boyun və sol qoluna xəsarətlər yetirmiş, həmin vaxt anası Şahid2 və bacısı Şahid1 Təqsirləndirilən şəxs evin həyətyanı sahəsindən çölə çıxartmışlar. Təqsirləndirilən şəxs küçədən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün evin darvazasının qapısını açıb Təqsirləndirilən şəxs yanına gedərək onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söyməsini Eldənizə irad tutub çıxıb getməsini bildirərək yenidən yaşadığı evin həyətyanı sahəsinə qayıtmışdır. Sonra bacısı Şahid1 evin həyətyanı sahəsində olan qapını bağlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yenidən onun və ailə üzvlərinin ünvanına nalayiq söyüşlər söydüyü üçün evin təxminən 2 metr olan hasarından tullanaraq Təqsirləndirilən şəxs yanına gedib ona çıxıb getməsini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs təpiklə onun sol diz oynağına zərbə vuraraq həmin nahiyəsinə xəsarət yetirmişdir. Sonra qonşuluqda yaşayan xatırlamadığı şəxslər onları aralaşdırmışdır. Bundan sonra 4-cü PB-yə şikayət etmişdir. Hadisə zamanı orada anası Şahid2, bacısı Şahid1 olmuş, səs-küyə sonradan xatırlamadığı qonşular da gəlmişdir. Hadisə təxminən 30 dəqiqə davam etmişdir. O, hasardan tullanarkən yıxılmamış, aldığı xəsarətləri ona Təqsirləndirilən şəxs yetirmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq təqsirləndirilən barəsində qanunauyğun cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid1 göstərdi ki, 2020-ci ilin aprel ayında bacısı Şahid3 Təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət etmiş və həmin vaxtdan onlarla birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində evdə olduqları zaman Təqsirləndirilən şəxs yaşadıqları ünvana övladlarını görmək üçün gəlmiş, lakin övladları Təqsirləndirilən şəxs görmək istəmədiyi üçün Təqsirləndirilən şəxs münaqişə yaratmağa başlamış, o, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsindən çölə çıxartmaq istədikdə onun ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O, bu barədə qardaşı Zərərçəkmiş şəxs zəng vuraraq məlumat vermiş, sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsindən çölə çıxartmışdır. Təxminən 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs evin həyətyanı sahəsinə gəlmiş, onlar evin həyətyanı sahəsində olarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Şahid3 və övladlarını yaşadıqları ünvana gətirdiyinə görə Zərərçəkmiş şəxsla mübahisə etməyə başlamış, mübahisə zamanı əl zərbələri ilə Ceyhunun dodaq, boyun və sol qoluna xəsarətlər yetirmişdir. Həmin vaxt anası Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs aralaşdırarkən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atdığı təpik zərbəsi onun sağ ayağına dəymişdir. Sonra o və anası Şahid2 Təqsirləndirilən şəxs evin həyətyanı sahəsindən çölə çıxartmışlar. Təqsirləndirilən şəxs küçədən onların ünvanına nalayiq söyüşlər söydüyü üçün Zərərçəkmiş şəxs evin darvazasının qapısını açıb Təqsirləndirilən şəxs yanına gedib onların ünvanına nalayiq söyüşlər söyməyini Eldənizə irad tutub çıxıb getməsini bildirərək yenidən yaşadıqları evin həyətyanı sahəsinə qayıtmışdır. Sonra evin həyətyanı sahəsində olan qapını bağlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs yenidən onların ünvanına nalayiq söyüşlər söydüyü üçün Zərərçəkmiş şəxs Eldənizin yanına getmək istədikdə o, qapının ağzında dayanaraq Ceyhunu getməyə qoymamışdır. Zərərçəkmiş şəxs kənarlaşdıqdan sonra qapını açıb çölə çıxaraq Təqsirləndirilən şəxs çıxıb getməsini bildirmiş, həmin vaxt qardaşı Zərərçəkmiş şəxs evin təxminən 2 metr olan hasarından tullanıb Eldənizə çıxıb getməsini bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs sol diz oynağına zərbə vuraraq həmin nahiyəsinə xəsarət yetirmişdir. Sonra qonşuluqda yaşayan xatırlamadığı şəxslərlə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs aralaşdırmışlar. Hadisə zamanı orada anası Şahid2 olmuş, səs-küyə sonradan xatırlamadığı qonşular da gəlmiş, hadisə təxminən 30 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs hasardan tullanarkən yıxılmamış, aldığı xəsarətləri ona Təqsirləndirilən şəxs yetirmişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2005-ci il tarixdə ailə həyatı qurmuş, 2007-ci il tarixdən rəsmi olaraq nikahdadırlar, birgə nikahdan 4 övladları var. Təxminən 4 ildir ki, münasibətləri yaxşı olmadığı üçün Təqsirləndirilən şəxs ayrılıqda övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Gülüstan qəsəbəsi, döngə 3, ev 5-də yaşayırlar. 2020-ci ilin aprel ayında Eldənizdən boşanmaq üçün məhkəməyə müraciət etmiş və həmin vaxtdan qardaşı Zərərçəkmiş şəxs yaşadığı ünvanda yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində işdən yaşadığı ünvana gedərkən anası Şahid2 ona zəng vuraraq Təqsirləndirilən şəxs yaşadıqları ünvana gələrək münaqişə etdiyini, qardaşı Ceyhunu vuraraq ona bədən xəsarəti yetirməsini bildirmiş, o, evə gəldikdə Təqsirləndirilən şəxs artıq çıxıb getmişdir. Qardaşı Zərərçəkmiş şəxs dodaq, boyun, sol qolunda və sol diz nahiyələrində xəsarətləri olmuşdur. Lakin konkret olaraq Təqsirləndirilən şəxs yaşadıqları ünvana gəlməsini, münaqişə yaratmasını və qardaşı Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Bu barədə anası Şahid2, bacısı Şahid1 və qardaşı Zərərçəkmiş şəxs ona məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə bacısı Şahid3 2005-ci il tarixdə ailə həyatı qurmuş, 2007-ci il tarixdən isə rəsmi olaraq nikahdadırlar. Birgə nikahdan 4 övladları var. Təxminən 4 ildir ki, Eldəniz və Şahid3 münasibətləri yaxşı olmadığı üçün Şahid3 Eldənizdən ayrılıqda övladları ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonunda yaşayır. 2020-ci ilin aprel ayında Şahid3 Təqsirləndirilən şəxs boşanmaq üçün məhkəməyə müraciət etmiş və həmin vaxtdan Sumqayıt şəhəri, Xəzər bağları, 2-ci məhəllə, fərdi evdə anası Şahid2 və qardaşı Zərərçəkmiş şəxsla birlikdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 19 radələrində qardaşı Zərərçəkmiş şəxs evində olarkən Təqsirləndirilən şəxs həmin ünvana övladlarını görmək üçün gəlmişdir. O, həmin vaxt evdə olmuş və evdən çölə çıxmamışdır. Lakin anası Şahid2 və bacısı Şahid1 evdən çıxıb Təqsirləndirilən şəxs yanına getmişdir. O, evdən çölə çıxmasa da evin pəncərəsindən baxmışdır. Eldəniz evin həyətində anası Şahid2 və bacısı Şahid1 ilə münaqişə edib onların ünvanına söyüş söyməyə başlamış, sonra Şahid1 onu evin həyətyanı sahəsindən çölə çıxartmışdır. Təxminən 15 dəqiqə sonra evdə olarkən evin həyətində qardaşı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs səsini eşidib pəncərədən baxdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxasından tutduğunu görmüşdür. Lakin konkret olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmişdir. Sonradan Zərərçəkmiş şəxs ona Eldəniz tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X2 xx.xx.2020-ci il tarixli 572 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: boynun, üst dodağın sağ yarısının, sol bazunun qançırı, sol budun aşağı 1/3-nin diz oynağını tutan yumşaq toxumaların şişkinlik formada əziyi, qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən təpik və yumruqla vurulma nəticəsində əmələ gələ bilər, müdəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir. Xəsarətin özü tərəfindən özünə yetirilməsi inkar olunur.(i.v 20-21) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 X2 xx.xx.2020-ci il tarixli 31/572 nömrəli əlavə ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:boyunun, sol üst dodağın sağ yarısının, sol bazunun qançırı, sol budun aşağı 1/3-nin diz oynağını tutan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı. Qeyd olunan xəsarətlərdən sol budun aşağı 1/3-nin diz oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan yumşaq toxumaların şişkinlik fonunda əziyi, qançırı-dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aid edilir. Boynun, üst dodağın sağ yarısının, sol bazunun qançırı-sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər küt əşya təsirindən törənmişdir. kənar şəxs tərəfindən təpik və yumruqla vurulma nəticəsində əmələ gələ bilər. Xəsarətlərin yıxılma nəticəsində əmələ gəlməsi imkan olunur.(i.v 83-85) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu 4-cü PB tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb olnumuş və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir.(i.v39-40, 79-81) İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 95) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli "Qətimkan tədbiri seçilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v 128) Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına yüngül zərər vurması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək zərərçəkmiş şəxsi vurmaması, ona xəsarət yetirməməsi və s. ilə bağlı göstərdiklərinə məhkəmə tənqidi yanaşır və bunu onun özünü müdafiə etmək üçün seçdiyi üsul kimi qiymətləndirir. Çünki onun ona isnad edilən bu əməli törətməsi işin halları, işdəki sübutlarla, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri ilə tam təsdiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah oluna bilər və ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Cəzasını yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə çəksin və cəzasının əvvəli hökm icra olunduğu andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası Bakı şəhəri Binəqədi rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 48 (qırx səkkiz) manat pul Müdafiəçi2 vəkil işlədiyi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun nəfinə köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-409/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-409/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver