Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-409/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2019cu il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmü dəyişdirilərək AR CM-nin 234.1, 234.2 və 66.2-ci maddələrinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməyən qalan 1 ay 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan, ünvan 1 ünvanında qeydiyyatda olan, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, Nəriman Nərimanov küçəsində yerləşən “Ağ Çiçəyim” adlanan gül mağazasının qarşısında özgə əmlakını açıq talamaq məqsədi ilə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs yaxınlaşıb içərisində 23 manat məbləğində pul olan 30 (otuz) manat dəyərində çantasını sonuncunun əlindən alıb həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs ümumilikdə 53 (əlli üç) manat məbləğində zərər vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 25 noyabr 2021-ci il tarixdə yaşadığı Bərdə rayonundan Sumqayıt şəhərinə işləməyə gəlmiş, ilk vaxtlar Sumqayıt şəhərində yerləşən bazarda iş tapıb işləmiş və Sumqayıt şəhər avtovağzalnın yaxınlığında günü 4 manata olan ünvanını bilmədiyi evdə kirayədə qalmışdır. Sonralar isə işdən çıxdığından maddi vəziyyəti tədricən pisləşməyə başlamışdır. 07 dekabr 2021-ci il tarixdə təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində yerləşən “Bazar Store” adlanan mağazanın qarşısında dayanmış, həmin vaxt Zərərçəkmiş şəxs əlində pul kisəsi və torbalar tutaraq mağazadan çıxıb piyada getdiyini görmüşdür. Maddi vəziyyəti yaxşı olmadığından və pula ehtiyacı olduğuna görə Lyudmilanın əlində tutduğu qırmızı rəngli pul kisəsində pul olduğunu düşünüb onun əlindən alaraq qaçmaq qərarına gəlmişdir. Ona görə də Lyudmilanı izləməyə və münasib vaxtı gözləməyə başlamışdır. Lyudmila “Bazar Store” mağazasından bir qədər aralanandan sonra arxadan sonuncuya yaxınlaşıb qəfildən əlindəki pul çantasını alıb qaçmağa başlamışdır. Qaçıb oradan uzaqlaşmış və heç kimin onu təqib etmədiyinə əmin olduqdan sonra tanımadığı binanın blokuna girib çantanı açmış və içərisində 23 (iyirmi üç) manat nəğd pulun olduğunu görmüşdür. 23 (iyirmi üç) manat pulu götürüb cibinə qoymuş, pul kisəsini kart və şəxsiyyət vəsiqəsi ilə birlikdə blokun yaxınlığındakı zibil qutusuna atmışdır. Sonra isə oradan uzaqlaşaraq xatırlamadığı mağazaların birindən özünə yemək və siqaret almışdır. Həmin vaxt həyəcanlı olduğundan pul kisəsini harada və hansı zibil qutusuna atdığına diqqət yetirməmişdir. Ona görə də həmin yeri xatırlamadığından pul kisəsini atdığı yeri göstərə bilməmişdir. Lyudmila “Bazar Store” mağazasından çıxandan sonra sonuncunu təqib etməyə başlamış və əlverişli şəraitin yaranmasını gözləmişdir. Lyudmilanın çantanı əlində bir qədər sərbəst tutduğunu görüb tez arxadan sonuncuya yaxınlaşmış və ani olaraq çantanı əlindən alıb qaçmmışdır. Çantanı Lyudmilanın əlindən alan zaman sonuncuya qarşı hər hansı fiziki qüvvə tətbiq etməmiş, vurmamış və vurmağa da cəhd göstərməmişdir. Lyudmilanın çantasını əlindən alıb qaçarkən tək olmuş, pula ehtiyacı olduğundan belə bir əməl törətmişdir. Ona heç kim köməklik etməmiş, bu barədə əvvəlcədən və ya sonradan heç kimə məlumat verməmişdir. Həmin vaxt ayağında qara rəngli ayaqqabı, qara rəngli, şalvar və papaqlı gödəkçəsi olmuş, gödəkçənin papağını başına qoymuşdur ki, üzü yaxşı görünməsin, lakin qaçan zaman papaq başından çıxmışdır. Təqsirləndirilən şəxs oğlu əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bu səbəbdən də işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 07 dekabr 2021-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə, Nəriman Nərimanov küçəsində yerləşən “Bazar Store” adlanan mağazadan ərzaq almağa getmişdir. Həmin vaxt əlində özünə məxsus qırmızı rəngli pul çantası olmuşdur. Çantann içərisində isə şəxsiyyət vəsiqəsi, “Kapital Bank” kartı və təxminən 100 (bir yüz) manat pulu olmuşdur. Mağazadan ərzaq aldıqdan sonra oradan çıxıb piyada evinə tərəf getməyə başlamışdır. Həmin vaxt əlində pul kisəsini və mağazadan aldığı ərzaqların yerləşdiyi torbaları tutmuşdur. Mağazadan çıxıb piyada bir qədər getdikdən sonra qəfildən kimsə arxadan ona yaxınlaşaraq əlində tutduğu pul çantasını alaraq qaçmağa başlamışdır. Səs-küy salıb həmin şəxsi saxlamaq üçün kömək çağırsa da həmin şəxs sürətlə qaçaraq çıxıb getmişdir. Həmin şəxs arıq bədən quruluşlu, hündür boylu, qara saçlı, kişi cinsli şəxs olmuş, əynində qara rəngli ayaqqabı, qara rəngli şalvar və papaqlı gödəkçə olmuşdur. Sonradan Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsində ona məlum olmuşdur ki, çantasını alaraq qaçan şəxs Bərdə rayon sakini Təqsirləndirilən şəxsdur. Pul çantasını bir neçə ay əvvəl 30 (otuz) manata almışdır. Həmin çantanın içərisində isə 23 (iyirmi üç) manat nəğd pul olmuşdur. Pul çantasının oğurlanması nəticəsində ona cəmi 53 (əlli üç) manat məbləğində maddi ziyan dəymişdir. “Bazar Store” adlanan mağazadan ərzaq almağa gedən zaman çantasında xatırladığı qədəri ilə təxminən 100 (bir yüz) manat pul olmuşdur. Ərzaq aldıqdan sonra çantada nə qədər pul qaldığını həmin vaxt dəqiq hesablamadığından Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat verən zaman çantasında 30 (otuz) manat, ərizəsində isə 80 (səksən) manat qaldığını bildirmişdir. Hazırda isə dəqiq hesabladığından 23 (iyirmi üç) manat qaldığını qeyd etmişdir. Çantasını 30 (otuz) manata aldığından və içərisində həmin vaxt 23 (iyirmi üç) manat olduğundan ona cəmi 53 (əlli üç) manat məbləğində maddi ziyan dəyməsini dəqiq olaraq bildirmişdir. Çantasını əindən alaraq qaçan şəxsi əvvəllər görməmiş və tanımamışdır. Həmin vaxt hər iki əli dolu olduğundan çantasını o, qədər də möhkəm tutmamış və həmin şəxs çantasını alıb qaçan zaman ona qarşı fiziki qüvvə tətbiq etməmiş, xəsarət yetirməmiş və hədələməmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 07 dekabr 2021-ci il tarixdə icraatına Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin təhqiqatçısı, polis mayoru Tariyel Həsənovun əməliyyat tapşırığı daxil olmuşdur. Əməliyyat tapşırığında qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs 07 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidməti mərkəzinə müraciət edərək həmin tarixdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində naməlum şəxsin içərisində sənədlər və 30 manat pul olan pul kisəsini əlindən alıb qaçması barədə bildirmişdir. Zərərçəkmiş şəxs məxsus pul qabını sonuncunun əlindən soyğunçuluq yolu ilə alıb qaçan şəxsin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, 07 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri 14-cü əhəllə ərazisində yerləşən “Bazar-Store” adlanan ərzaq mağazasının yaxınlığında Zərərçəkmiş şəxsnaya qarşı soyğunçuluq cinayətini törətmiş şəxs xx xxxxxxxx 1991-ci il təvəllüdlü, Bərdə rayon sakini Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək izahatının alınması məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət olunmuş və təhqiqatçıya təqdim edilmişdir. Təqsirləndirilən şəxs ilə onun tərəfindən şifahi sorğu aparılan zaman da sonuncu törətmiş olduğu cinayət əməlini etiraf edərək 07 dekabr 2021-ci il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bazar-Store” adlanan ərzaq mağazasının yaxınlığında Zərərçəkmiş şəxsnaya məxsus pul çantasını əlindən alaraq qaçdığını, həmin çantanın içərisində 23 manat pul, şəxsiyyət vəsiqəsi və bank kartı olduğunu, pulu götürərək xərclədiyini, çantanı isə içərisində olan sənədlərlə birlikdə zibilliyə atdığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 20.01.2022-ci il tarixli arayışdan (tələbnamədən), Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmünün və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.05.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 20.12.2016-cı il tarixli hökmü dəyişdirilərək AR CM-nin 234.1, 234.2 və 66.2-ci maddələrinə əsasən 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Qaradağ Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməyən qalan 1 ay 10 gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti azad olunmuş, Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 04 may 2022-ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 23.02.2022ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, həbs etmənin əvvəlinin 23.02.2022-ci il tarixdən hesablanmaqla 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.05.2022-ci il tarixli qərarının surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bərdə Rayon Məhkəməsinin 23.02.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 09.12.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 10.12.2021-ci il tarixli qərarı ilə CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin orqanın 11.12.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın əvvəli 23.02.2022-ci il tarixdən hesablanmalı, cəzasını Bərdə Rayon Məhkəməsinin onun barəsindəki 23.02.2022-ci il tarixli hökmündə müəyyən edilmiş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hazırki hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 31 mart 2022-ci il tarixli (iş № 1(060)-409/2022) qərarını icra edərək, 06 aprel 2022-ci il tarixli 415 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin 1(021)- 37/2022 saylı, 23.02.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 23.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində hazırki iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-409/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-409/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver