Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-409/2023 18.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 6, 2-ci paralel küçəsi, məhəllə 9-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, betonzavod ərazisi ev 611-də yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində yerləşən Mübariz şadlıq evinin yaxınlığında bacısı Zərərçəkmiş şəxs1 və qeyri rəsmi münasibətində olduğu Zərərçəkmiş şəxs2 yaxınlaşıb əvvəlcə Zərərçəkmiş şəxs1, sonra da Zərərçəkmiş şəxs2 pul tələb etmiş, sonuncuların ona pul verməsindən imtina etdiyinə görə onların pullarını vahid niyyətlə əhatə olunmuş qəsdlə açıq talama qərarına gələrək, Zərərçəkmiş şəxs1 başına yumruq zərbəsi ilə vuraraq yerə yıxıb həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sağ təpə-gicgah nahiyyənin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə sonuncunun əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindəki pul kisəsini götürüb içərisindən 37 manat pulu ələ keçirdikdən sonra, həmin vaxtı orada olan Zərərçəkmiş şəxs2 sağ qolunu tutub buraraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə sağ saidin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə sonuncunun əlindəki pul kisəsini dartıb alaraq içərisindən 92 manat pulu ələ keçirdikdən sonra hadisə yerindən qaçıb getməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus 37 manat və Zərərçəkmiş şəxs2 məxsus 92 manat pulu açıq yolla talayıb maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ilə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun bacısı, Zərərçəkmiş şəxs2 isə qeyri-rəsmi nigahda yaşadığı qadındır. Əvvəllər məhkum olunmuşdur, fasilələrlə narkotik maddələr qəbul edir. xx.xx.2022-ci il tarixdə Xırdalan şəhərində Ülviyyənin yanında olmuş və bilmişdir ki, Ülviyyə xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri Mərkəz Plazada yerləşən gözəllik salonuna gedəcəkdir. Həmin gün saat 12 radələrində Ülviyyənin yanına Mərkəz plazaya gəlmiş, narkotik maddə almağa pulu olmadığından Ülviyyədən ona 40 manat pul verməsini istəmiş, Ülviyyə demişdir ki, onun kartına 20 manat atar, 20 manat da Gülnarədən alsın. O, 20 manat da Gülnarədən verməsini istəmiş, Gülnarə isə ona pul verməkdən imtina etmişdir. Buna görə Gülnarə ilə aralarında sözlə mübahisə baş vermiş və Gülnarə ondan 102 xidmətinə şikayət etmişdir. Polisin gələcəyini bildiyi üçün oradan uzaqlaşıb getmişdir. Saat təxminən 15 radələrində yoldan keçən bir nəfərin telefonu ilə Ülviyəyə zəng vurub harada olduğunu soruşmuş, X5 çıxmağa hazırlaşdıqlarını demişdir. O, da yaxınlıqda dayanıb onların gəlməsini gözləmişdir. Gülnarə və X5 çıxıb 3-cü mikrorayon istiqamətində getmişlər və o da onların arxasınca getmişdir. Həmin vaxt onlar onu görməmişlər. Mübariz şadlıq evinin yanına çatanda o, arxadan gəlib Gülnarə ilə Ülviyyəyə yaxınlaşmışdır. Gülnarədən ona pul verməsini tələb etmişdir. Gülnarə isə pulunun olmadığını bildirib ona pul verməkdən imtina etmiş, o, Ülviyyədən kartına pul atmasını istədikdə Ülviyyə də pulunun olmadığını bildirib ona pul verməkdən imtina etmişdir. Həmin vaxtı Gülnarənin əynində olan qara rəngli gödəkçənin cibində üzərində dollar əksi olan pul qabını və Ülviyyənin də əlində üzərində dollar əksi olan pul qabını görmüşdür. O, bilirmişdir ki, onların hər ikisinin pulu olmasına baxmayaraq ona vermək istəmirlər, ona görə də həmin vaxtı qərara gəlmişdir ki, zorla da olsa onların hər ikisindən pul alsın və bu məqsədlə Gülnarənin üstünə hücum edib yumruqla baş nahiyəsindən bir dəfə vurmuş, zərbədən Gülnarə yerə yıxılmış, yerə yıxılanda o, Gülnarənin baş nahiyəsinə əli ilə bir dəfə də vurmuş və Gülnarənin əynindəki gödəkcəsinin cibindən pul qabını götürüb içərisindəki pulları çıxarıb cibinə qoymuş və pul qabını tullamış, sonra da Ülviyyənin sağ əlini burub pul qabını əlindən almışdır. Həmin vaxt oraya tanımadığı bir neçə şəxs yaxınlaşmış və onun getməyinə imkan vermək istəməmiş, belə olan halda o, əynində olan gödəkçəsinin cibindən açılıb-bağlanan cib bıçağını çıxardıb özünə tərəf tutaraq yaxın gələn olsa özünü vuracağını bildirmişdir. Bıçağı əlində görəndən sonra ona heç kim yaxın gəlməmiş və o, bundan istifadə edib ələ keçirdiyi Ülviyyənin pul qabından pullar götürdükdən sonra pul qabını tullayıb oradan uzaqlaşıb qaçıb getmişdir. Bir qədər kənarda olarkən Ülviyyənin pul qabından götürdüyü əlində saxladığı pulu sayanda 92 manat, Gülnarənin pul qabından götürdüyü cibində saxladığı pulu sayanda 37 manat olmuşdur. Sonra bir manatlıq taksi ilə Xırdalan şəhərinə getmişdir. Ülviyyə və Gülnarədən açıq yolla taladığı ümumilkdə 129 manat puldan 70 manat Xırdalan şəhərində üzdən tanıdığı, lakin adını bilmədiyi bir nəfərə “Köhnə bazar” adlanan yerdə borcunu vermişdir. Qalan pulu özünə xərcləmişdir. Həmin puldan üzərində qalan 10 manatını isə polis bölməsinə gətirildikdən sonra təhqiqatçıya təqdim etmişdir. Gecə radələrində polis əməkdaşları onun yerini Xırdalan şəhərində köhnə bazarın yanında müəyyən edib onu 3-cü polis bölməsinə gətirmişlər. İstifadə etdiyi narkotik vasitələri Xırdalan şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Hadisə vaxt oraya yaxınlaşmış bir neçə tanımadığı şəxs onun getməyinə imkan vermək istəmədiyindən, o, isə oradan qaçıb getmək istədiyindən, həmin şəxslər ondan əl çəksinlər deyə onları sadəcə sözlə qorxutmaq üçün üzərində olan cib bıçağını çıxardıb özünə tərəf tutub gələn olsa özünü vuracağını bildirmiş və bıçağı heç kimə istiqamətləndirib nümayiş etdirməmişdir. Əslində onun nə özünə, nə də ki, hər hansı bir şəxsə xəsarət yetirmək və ya kimisə hədələmək fikri olmamışdır. Sumqayıt ŞPİ-nin 3-cü PBdə təqdim etdiyi 10 manat pul Ülviyyədən götürdüyü 92 manat puldan qalan pul olmuş, həmçinin Ülviyyənin adına olan "Birkart" kartı çoxdandır ki, Ülviyyə özü ona istifadə etməyə vermişdir. Əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın hamısını ödəmiş, onlarla barışmışdır. Məhkəmədən göstərdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Əfləddin narkotik vasitə istifadəçisidir. Əvvəllər oğurluq və narkotik istifadə etmə ilə əlaqədar məhkum olunmuşdur. Əfləddin ünvan 1 ünvanında valideynləri ilə yaşayır. Qardaşı narkotik almaq üçün ondan davamlı olaraq pul tələb etmişdir. xx.xx.2022-ci il tarixdə rəfiqəsi Ülviyyə ilə birlikdə sonuncunun saçının rənglənməsi üçün Mərkəz plazaya gəlmişlər. Bu zaman qardaşı Xəyyam haradansa orada olduqlarını bilib gəlmiş, ondan 40 manat pul verməyini istəmiş, lakin o, Əfləddinə pulu olmadığını bildirdikdə qardaşının burada səs-küy salacağından ehtiyyatlandığı üçün 102 xidmətinə zəng vurmuş və Əfləddin qaçıb getmişdir. O, isə polisə şikayətinin olmadığını bildirmişdir. Saat 15:20 radələrində Mərkəz plazadan çıxmışlar. Ülviyyə Xırdalan şəhərində yaşadığından avtovağzaldan yola salacaqmış, lakin uşağa peraşki almalı olduqlarından yolu 3-cü mikrorayon ərazisindən salmalı olmuşlar. Piyada hərəkət edib Mübariz şadlıq evinin yaxınlığına çatanda bu zaman qardaşı Əfləddin haradansa çıxıb onların üstünə gəlmişdir. İlk olaraq ondan narkotik almağa görə 40 manat pul istəmiş, o, ona pulu olmadığını bildirdikdə Əfləddin Ülviyyədən onun kartına pul atmasını istəmiş, Ülviyyə də Əfləddinə pul verməkdən imtina etmişdir. Hmin vaxtı Əfləddin qəflətən onun üstünə hücum edib başının sol yan tərəfindən güclü zərbə vurmuş və zərbədən o yerə yıxılmışdır. Yerə yıxılanda Əfləddin onun başına yumruqla bir neçə zərbə endirmişdir. Zərbələrin təsirindən özünü itirmiş və Əfləddin onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindəki içərisində 100 manata yaxın pul, özünün övladlarının şəxsiyyət vəsiqəsi, Kapital banka aid iki ədəd plastik kartlar, evinin açarı olan üzəri dollar əksli pul qabını dartaraq götürmüş və içərisindəki pullari çıxarıb cibinə qoyaraq pul qabını tullamış, bundan sonra isə yanında olan Ülviyyənin qolunu tutub buraraq əlindəki üzərində dollar əksi olan pul qabını Ülviyyənin əlindən zorla almışdır. Həmin vaxt onların qışqırığına oraya bir neçə şəxs gəldikdə Əfləddin aradan çıxmaq üçün cibindən qara dəstəkli açılıb-bağlanan bıçaq çıxardıb özünə tərəf tutub özünü vuracağını bildirərək ona yaxın gəlməmələrini istəmiş və bundan sonra Ülviyyənin pul qabından pulları götürüb pul qabını tullayıb qaçaraq oradan uzaqlaşıb getmişdir. Hadisədən sonra polis bölməsində ərizə və izahat verərkən həyəcanlı olduğundan Əflətdinin onun pul qabından 100 manat pul götürməsini bildirmiş, əslində Əflətdin pul qabından 37 manat pul götürmüş, başqa heç bir pul və əşya götürməmiş, sonradan pul qabına baxanda içərisində özünün və övladlarının şəxsiyyət vəsiqələri, bank kartları, evinin açarı yerində olduğunu və 63 manat pulu qaldığını görmüşdür. Əfləddin onun 37 manat pulunu ələ keçirmişdir. Hadisə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 3-cümikrorayon, Mübariz şadlıq evinin yaxınlığında küçədə baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, ona 37 manat maddi ziyan dəymişdir. Əfləddinin məqsədi ona pul vermədikləri üçün onların pulunu zorla ələ keçirmək olmuşdur. Əfləddin bıçaqla ona və ya başqa kiməsə xəsarət yetirməmiş, bıçağı kiməsə istiqamətləndirib nümayiş etdirməklə heç kimi hədələməmiş, həmçinin o da Əfləddinə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəyən zərərin ödənilməsini, heç bir şikayət və tələbinin olmamasını göstərərək bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin may ayından tanıyır, qeyri-rəsmi münasibətləri olmuş, lakin son iki aydır Əfləddinin narkoman olduğunu öyrəndiyindən, demək olar ki, əlaqəsini kəsmişdir. Əfləddinin bacısı Gülnarə ilə isə rəfiqədirlər. xx.xx.2022-ci il tarixdə Gülnarə ilə birlikdə görüşüb saçını düzəltdirmək üçün Mərkəz plazaya gedəcəkmiş, Əfləddin də onun ora gedəcəyini bilmişdir. Saat 12:15 radələrində Mərkəz Plaza ilə üzbəüz Şaurmanın yanında Gülnarla görüşmüş və Mərkəz plazanın 3-cü mərtəbəsinə qalxmışlar. Orada ona saç düzümü xidməti göstərilərkən Əfləddin oraya gəlmiş, Gülnarədən 40 manat pul istəmiş, ondan da pul istəmiş, o, Əfləddini sakitləşdirib otaqdan bayıra çıxartmış və həmin vaxt Gülnarə Əfləddinin orada səs-küy salacağından ehtiyyatlandığı üçün 102 xidmətinə zəng etmiş və Əfləddin qaçıb getmişdir. Saat 15:20 radələrində Mərkəz plazadan çıxmışlar. O, Xırdalan şəhərində yaşadığından Ülviyyə onu avtovağzaldan yola salacaqmış, lakin uşağına peraşki almalı olduğundan yolu 3-cü mikrorayon ərazisindən salmalı olmuşlar. Piyada hərəkət edib Mübariz şadlıq evinin yaxınlığına çatanda bu zaman Əfləddin haradansa çıxıb onların üstünə gəlmişdir. İlk olaraq Əfləddin Gülnarədən narkotik almağa görə 40 manat pul istəmiş, Gülnarə pulu olmadığını bildirdikdə Əfləddin ondan kartına pul atmağını istəmiş, o da pulu olmadığını bildirmiş, həmin vaxtı Əfləddin qəflətən Gülnarənin üstünə hücum edib başına yumruqla güclü zərbə vurmuş və zərbədən Gülnarə yerə yıxılmışdır. Yerə yıxılanda Əfləddin Gülnarənin başına yumruqla bir neçə zərbə endirmişdir. Bundan sonra isə əl atıb Gülnarənin əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən pul qabını götürüb içərisindəki pulları çıxarıb cibinə qoyaraq pul qabını tullamış və onun da sağ qolunu tutub buraraq əlində olan üzərində dollar əksi, içərisində 92 manat pul olan pul qabını əlindən zorla almışdır. Həmin vaxt onların qışqırığına oraya bir neçə şəxs gəldikdə Əfləddin aradan çıxmaq üçün cibindən qara dəstəkli açılıb-bağlanan bıçaq çıxardıb özünə tərəf tutub özünü vuracağını deyərək ona yaxın gəlməmələrini istəmiş və bundan sonra onun pul qabından pulları götürüb pul qabını tullayıb qaçaraq oradan uzaqlaşıb getnişdir. Pul qabını götürəndə Əfləddinin onun 92 manat pulunu ələ keçirdiyini bilmişdir. Sonra Gülnarə ilə birlikdə Əfləddin barədə polisə şikayət etmişlər. Hadisə xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon Mübariz şadlıq evinin yaxınlığında küçədə baş vermiş, təxminən 2-3 dəqiqə davam etmiş, ona 92 manat maddi ziyan dəymişdir. Əfləddinin məqsədi ona pul vermədikləri üçün onların pulunu zorla ələ keçirmək olmuşdur. Əfləddin bıçaqla ona və ya kiməsə xəsarət yetirməmiş, bıçağı kiməsə istiqamətləndirib nümayiş etdirməklə heç kimi hədələmiş, həmçinin o, da Əfləddinə heç bir zərbə vurmamış və xəsarət yetirməmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, onu bağışlayır, ona qarşı şikayəti yoxdur, nəzərə alınmasını və onun barəsində yüngül cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixə məhkəməyə təqdim etdiyi ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ondan iddia və tələbinin olmadığını göstərərək ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan “Təqdimetmə, baxış keçirmə və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs X2 və Zərərçəkmiş şəxs2 qarşı xx.xx.2022-ci il tarixdə saat 15:30 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, Mübariz şadlıq evinin yaxınlığında töədilən quldurluq əməlində şübhəli olduğu üçün Abşeron rayonu, Xırdalan şəhəri ərazisində saxlanılaraq PB-nə gətirilmiş və quldurluq yolu ilə əldə etdiyini bildirdiyi 129 manat puldan qalan 10 manat pulu və hadisə zamanı çıxarıb ətrafdakı şəxslərə hədə-qorxu gəldiyi 1 ədəd açılıbbağlanan cib bıçağını təqdim etmişdir. Təqdim edilən 10 AZN pulun 1 ədədi 5 manatlıq, 5 ədədi isə 1 manatlıq əskinaslardır. Cib bıçağının dəstəyi hər iki üzdən qara rəngli plastmasla örtülüb, tiyə ilə dəstəyin birləşən yerində gümüşü rəngli naxışlar həkk olunub. Tiyənin kəsik hissəsində “Tiqr” yazısı həkk olunub. Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pul, 1 ədəd cib bıçağı və Zərərçəkmiş şəxs2 məxsus birkart plastik kartının fotoları çəkildikdən sonra iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 01:25-də ünvan 2 ünvanında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1875 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sağ təpə-gicgah nahiyyənin qançırı. Qeyd olunan xəsarətlər bərk kütəşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilə bilərdilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olmadığından dərəcəsi təyin edilmir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 1874 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir:sağ saidin sıyrığı. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən bir gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, götürülmüş ümumi 10 manat pul maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3cü maddələri ilə 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-464/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 67.1-ci maddələri ilə 02 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2020-ci il tarixli hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmışdır. İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 3/96 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır, soyuq silah hesab edilmir. İş materiallarında olan “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirləri vasitəsilə müəyyən edilərək istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-3732 saylı, xx.xx.2023cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da Sumqayıt şəhəri, İşaatçılar qəsəbəsi, Betonzavod ərazisi, ev 651-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin İŞ-nə təhvil verilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Mübariz şadlıq evinin yaxınlığında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunu soyğunçuluq yolu ilə ələ keçirdiyini yerində göstərərək istintaq zamanı ifadələrində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 181, 182, 126 və 127-ci maddələri ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsilə cinayət təqibi rədd edilmişdir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə cinayət təqibi rədd edilmişdir. İstintaq zamanı götürülümüş zərərçəkmiş şəxs X4 məxsus 10 manat pul maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-409/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-9526 saylı, xx.xx.2023cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-da Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Muğan Bank”ın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ilə düzgün tövsif olunmuş, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi, zərərçəkmiş şəxslərlə barışması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun şəxsiyyətini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona islah edilməsi üçün azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, Azərbaycan Respublikası CM-in 180.2.4-cü maddəsinin sanksiyası həddində Azərbaycan Respublikası CM-in 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 26 iyun 2023-cü il tarixdən hesablanmalı və o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məhkəmə-ballistik ekspertizaları keçirilməsi ilə əlaqədar 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Müqavilə üzrə müdafiəçi işə qoşulana qədər Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdə, saat 01:25-də tutularaq saxlanmış və 08 dekabr 2022-ci il tarixdə, saat 18:30-da azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, tutulma 2 gün davam etmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-3732 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılmış, xx.xx.2023-cü il tarixdə azad olunmuş, tutulma 1 gün davam etmişdir. Onun tutularaq saxlanıldığı 03 (üç) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 dekabr 2022-ci il tarixdən 08 dekabr 2022-ci il tarixədək və 08 mart 2023-cü il tarixdə 09 mart 2023-cü il tarixədək tutulub saxlanıldığı 03 (üç) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müəyyən edilsin. Cəzanın əvvəli 26 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-ballistik ekspertiza tədqiqatının dəyəri, yəni 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Maddi sübut kimi tanınmış 10 manat pulun sahibi X4 təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-409/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-409/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver