Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-41/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi- Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.05.2018ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 il 03 ay müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmiş, Tərtər rayonu, Təzəkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 116, mənzil 69da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus “Regnum” istirahət mərkəzinə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən hesablanmış 280000 (iki yüz səksən min) manat vergi borcunu azaldacağı barədə sonuncuya yalan vəd verib aldadaraq 27.02.2020-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Regnum” istirahət mərkəzində onunla görüşüb 14000 (on dörd min) AZN məbləğində nağd pulu aldatma və etibardan sui-istifadə yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2020-ci ilin fevral ayında Azər adlı tanışı Sumqayıt şəhərində yerləşən “Regnum” istirahət mərkəzinin vergi məsələsi ilə bağlı probleminin olduğunu, həmin obyektdə kassa və erkiper sistemini o özü quraşdırdığını, “Regnum” istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxsla söhbət zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Lokal Gəlirlər Departamenti tərəfindən həmin obyektə əsassız olaraq 280000(iki yüz səksən min) manat məbləğində cərimə hesablandığını söylədiyini ona bildirmişdir. Azər ondan həmin obyektin sahibinə köməkliyi dəyə biləcəyini soruşmuş, o da sənədlərə baxdıqdan sonra bir söz deyə biləcəyini Azərə bildirmişdir. Azər həmin məsələnin həllində köməklik göstərməsi üçün onu “Regnum” istirahət mərkəzinin sahibi Zərərçəkmiş şəxsla tanış etmək istədiyini bildirmiş, o da etiraz etməmişdir. 2020-ci ilin fevral ayının sonlarında Azərlə birlikdə “Regnum” istirahət mərkəzinə gedib Zərərçəkmiş şəxsla tanış olmuş və orada həmin obyektin müvafiq vergi sənədlərinə baxmış, həqiqətən də əsassız olaraq vergi cəriməsinin hesablandığını təsdiq etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs 25000 (iyirmi beş min) manat müqabilində vergi borcunu 45 iş günü ərzində sildirəcəyinə söz vermiş və ilkin olaraq sonuncuya 14000 (on dörd min) manat pul verməli olduğunu bildirmişdir. Daha sonra o, bir neçə dəfə “Regnum” istirahət mərkəzinə gedərək orada Zərərçəkmiş şəxsla görüşüb müvafiq sənədlərə baxaraq sənədlərin surətlərini götürmüş və onları Azərbaycan Respublikası Vergilər Nazirliyində təmsil etmək üçün adından etibarnamə almışdır. 2020-ci ilin fevral ayının təxminən 27-də o, “Regnum” istirahət mərkəzinin gedərək orada Zərərçəkmiş şəxsla onun iş otağında görüşüb, ondan 14000 (on dörd min) manat pulu götürmüş və qısa müddət ərzində vergini sildirəcəyinə söz vermiş, tam olaraq vergini sildirəcəyi təqdirdə qalan 11000 (on bir min) manat pulu həmin vaxt götürəcəyini demişdir. O, Zərərçəkmiş şəxs 14000 (on dörd min) manat pulu “Regnum” istirahət mərkəzində Zərərçəkmiş şəxs iş otağında tək qəbul etmiş, Zərərçəkmiş şəxs qəbul etdiyi pulu hər hansı vəzifəli şəxsə vermək niyyəti olmamış, sadəcə olaraq həmin məbləği öz şəxsi ehtiyaclarına xərclədiyi üçün sonradan qaytara bilməmiş, qısa bir müddətdə həmin məbləği qaytaracağına söz vermişdir. Vergi sənədləri ilə işləməyi bacardığı üçün qanuni qaydada Vergilər Nazirliyinə müraciət edib yenidən vergi borcunu hesablatdıracağını və istədiyi nəticəni əldə edəcəyini hesab etmiş, lakin faktiki olaraq aldığı pulun müqabilində heç bir iş görməmişdir. Zərərçəkmiş şəxs aldığı 14000 (on dörd min) manat puldan heç kimə, eləcə də Şahid2 hər hansı məbləğdə pul verməmimişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsində yerləşən “Regnum” istirahət mərkəzinin sahibidir, həmin istirahət mərkəzinin kassa və erkiper sistemini Azər adlı şəxs quraşdırıb və sistemə Azər tərəfindən nəzarət olunur. 24.02.2020-ci il tarixdə Azər “Regnum” istirahət mərkəzində erkiper sisteminə texniki baxış keçirən zaman söhbət əsnasında Zərərçəkmiş şəxs Vergilər Nazirliyinin Lokal Gəlirlər departamenti tərəfindən “Regnum” istirahət mərkəzinə əsassız olaraq 280000(iki yüz səksən min) manat məbləğində cərimə hesablandığını Azərə bildirmişdir. Həmin vaxt Azər ona Çingiz adlı tanışının olduğunu və fərdi qaydada mühasib kimi fəaliyyət göstərdiyini, eləcə də böyük şirkətlərdə vergi problemlərinin mühasibatı ilə məşğul olduğunu söyləyib, həmin şəxslə onu tanış edəcəyinə söz vermiş və 25.02.2020-ci il tarixdə Çingiz adlı həmin şəxsi “Regnum” istirahət mərkəzinə dəvət edib onunla tanış etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Çingizə vergi ilə bağlı yaranmış problemlə əlaqədar məlumat vermiş, Çingiz isə “Regnum” istirahət mərkəzinin vergi sənədlərini tələb edərək baxış keçirmiş və verginin həqiqətən də əsassız olaraq artıq hesablandığını ona bildirmişdir. Bundan sonra Çingiz 25000(iyirmi beş min) manat müqabilində əsassız olaraq hesablanmış vergi borcunun azaldılmasına köməklik edə biləcəyini ona bildirmişdir. Zərərçəkmiş şəxs Çingizlə razılaşmış və 27.02.2020-ci il tarixdə yenidən onunla “Regnum” istirahət mərkəzində görüşüb ilkin olaraq 14000 (on dörd min) manat pul və müəssisənin adından dövlət qurumlarında çıxış edə bilməsi üçün etibarnamə vermiş və problemin tam həll olunacağı təqdirdə qalan 11000(on bir min) manat pulu da ödəyəcəyini bildirmiş, Çingiz isə 45 iş günü ərzində məsələni həll edəcəyinə söz vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir müddət gözləmiş, Çingiz tərəfindən hər hansı bir müsbətə doğru iş görülmədiyini, əksinə vergi borcuna görə əlavə cərimə yazıldığını görüb, dəfələrlə Çingizin istifadəsində olan 055 795-00-20 və 050 770-81-81 mobil nömrələrinə zəng vurub məsələnin nə yerdə olduğunu soruşmuş, Çingiz hər dəfə bir bəhanə gətirərək qısa müddət ərzində həll olunacağını ona söyləmişdir. Zərərçəkmiş şəxs 2020-ci ilin aprel ayında başa düşmüşdür ki, Çingiz onu aldadıb və ondan aldığı 14000 (on dörd min) manat pulu dələduzluqla ələ keçirmişdir. Zərərçəkmiş şəxs Çingizdən pulunu tələb etsə də o, halhazıradək 14000 (on dörd min) manat pulunu qaytarmamışdır. Zərərçəkmiş şəxs 14000 (on dörd min) manatı Təqsirləndirilən şəxs vermiş, sonuncu həmin məbləğdə pulu ondan alarkən hər hansı bir vəzifəli şəxsə rüşvət verəcəyi barədə məlumat verməmiş, mühasibatlıq şirkəti vasitəsilə sənədləri toplayıb Vergilər Nazirliyinə müraciət edib borcun yenidən hesablanmasına nail olacağını və bu yolla cərimə borcunun azaldılacağını söyləmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan tam ödənildiyindən ona qarşı heç bir şikayəti və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş maddi ziyan tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş “xxxx” ASC-nin Sumqayıt filialının 6522 №li 21 aprel 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 3504 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxsə vurduğu maddi ziyan tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında məbləği dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 02.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, 04 il 03 ay müddətə azadlqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 13.08.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş maddi ziyanın, yəni 10600 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs vəkili və nümayəndəsi X1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs 10600 manat ziyanı ödədiyi üçün ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 261.0.4-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15.03.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 108 (yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-41/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-41/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver