Məhkəmə qərarları › İş №1(060)-41/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-41/2022

18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-41/2022 18.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində 03 azyaşlı övladı var), orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmünə sasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)- 202/2022 saylı, 14.04.2022-ci il tarixli qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1974-cü ildə Saatlı rayonu Leninkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə 17.10.2020-ci il tarixdə gecə saatlarında ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətinə hasardan aşma yolu qanunsuz daxil olaraq, evin hamam otağının nəfəslik şüşəsini sındıraraq içəriyə daxil olub evin dəhlizinə qoyulmuş 120 manat dəyərində olan iki yüz metr uzunluğunda 6 mm-lik mis materialdan Türkiyə istehsalı olan təzə vəziyyətdə elektrik naqili, 45 manat dəyərində olan yüz əlli metr uzunluğunda 2,5 mm-lik mis materialdan Türkiyə istehsalı olan təzə vəziyyətdə elektrik naqili, yataq otağından 504 manat dəyərində olan altı ədəd, hər ədəddə 12 dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan latun materiallarından İtaliya istehsalı olan təzə vəziyyətdə kollektorları, 168 manat dəyərində olan dörd ədəd hər ədəddə 06 (altı) dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan, latun materiallarından İtaliya istehsalı olan təzə vəziyyətdə kollektorları, biri 45 manat, ikisi 90 manat olan 02 ədəd, hər ədəddə 08 (səkkiz) dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan latun materialından İtaliya istehsallı üzərində «X12» yazıları olan 8 dilimli təzə vəziyyətdə kollektorları, 250 manat dəyərində olan foto elementli, hiss etməli Türkiyə istehsallı 01 ədəd smestiteli, 300 manat dəyərində olan İspaniya istehsallı 01 ədəd divariçi smestiteli, 20 manat dəyərində olan İtaliya istehsallı 01 cüt quruducu istilik sistemi krantını, 30 qəpik dəyərində olan X9 istehsalı olan 2,5 mm diametrli üzəri sarı-yaşıl rəngli izolyasiyalı istifadə olmuş 01 metr naqili, 50 qəpik dəyərində olan üzərində markalanmasına dair heç bir məlumat olmayan təzə vəziyyətdə üzəri sarı rəngli izolyasiyalı, təxminən 3,5 mm diametrli 1 top naqili gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən 1497,8 (bir min dörd yüz doxsan yeddi manat səksən qəpik) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədilə vahid qəsdlə 10.12.2020-ci il tarixdə saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən bağ evinə hasardan aşma yolu qanunsuz daxil olaraq evin 1-ci mərtəbəsində olan 930 manat dəyərində 60kv.m keramik metlaxı, 16.12.2020-ci il tarixdə saat 23:00 radələrində 480 manat dəyərində 40 kv.m metlağı və 180 manat dəyərində 20 kv.m kafeli, 22.12.2020-ci il tarixdə saat 02:00 radələrində 300 manat dəyərində 500 metr uzunluğunda dəmir armaturu, 02.01.2021-ci il tarixdə saat 01:00 radələrində 500 manat dəyərində 6 ədəd stulu ilə birlikdə 1 ədəd dəmir masanı, 11.01.2021-ci il tarixdə, saat 02:00 radələrində 200 manat dəyərində 150 metr uzunluğunda elektrik naqili, 25.01.2021-ci il tarixdə saat 01:00 radələrində 600 manat dəyərində 12 ədəd işıq dirəyini və 80 manat dəyərində olan 01 ədəd dəmir manqalı gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə təxminən 3270 (üç min iki yüz yetmiş) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21.03.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən tikintisi başa çatmayan bağ evinə hasardan aşma yolu qanunsuz daxil olaraq evin hamam otağının giriş üçün qoyulan qapı əvəzi lövhəni sındıraraq içəriyə daxil olub oradan 80 manat dəyərində olan 01 ədəd «Marcos» markalı su motoronu, evin girişində olan güzgülü kamotun üzərindən 100 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü laqondanı, biri 5 manat, ikisi 10 manat olan üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığını, biri 5 manat, ikisi 10 manat olan üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığını, 02 manat dəyərində olan üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığını, oturacağın üzərinə qoyulmuş sellofan torbanın içərisindən biri 50 qəpik ikisi 01 manat dəyərində 02 ədəd kəlbətini, biri 01 manat, ikisi 02 manat dəyərində olan 02 ədəd vintaçanı, 50 qəpik dəyərində 01 ədəd rezakı, 01 manat dəyərində 01 ədəd indikatoru, 03 manat dəyərində 01 ədəd 05 metr uzunluğu olan metrəni, 05 manat dəyərində 01 ədəd dəmirkəsən mişarı, biri 4 manata on beşi 60 manat olan 15 ədəd elektrik sandığını (razetkanı), biri 4 manat, beşi 20 manat olan 05 ədəd elektrik birləşdiricisini (vıklüçateli), evin digər otağından 50 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü dreli, 15 manat dəyərində «Zubr» markalı, «ZD- 550ER» modeli 550 Vt-luq kiçik ölçülü dreli, biri 50 qəpik üçü 1 manat 50 qəpik dəyərində olan drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo), 60 qəpik dəyərində olan 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubili, 80 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü deşici alət pereferatoru, 20 manat dəyərində olan istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqondanı, 200 manat dəyərində RF-nın istehsalı olan 01 ədəd «Nord» markalı soyuducunun motoronu, biri 6 manat, iyirmi beşi 150 manat olan 25 ədəd elektrik bağlayıcını, bir 6 manat, onu 60 manat olan 10 ədəd elektrik qoruyucunu, 50 manat dəyərində olan 01 top 50 metr uzunluğunda 4-lik mis kabeli, 03 manat dəyərində 03 metr uzunluğunda mis eletkrik uzadıcısını (udliniteli), 05 manat dəyərində 05 metr uzunluğunda mis eletkrik uzadıcısını (udliniteli), 15 manat dəyərində olan üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynəyi gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilkdə təxminən 994,6 (doqquz yüz doxsan dörd manat altmış qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21.03.2021-ci il tarixdə, saat 05:00 radələrində Şahid2 rəisi olduğu «X2 Xidməti» MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 1 nömrəli X5 ərazisində yerləşən bir ədəd üstündə «Kipor KDE 12 E A3 diesel generator, «HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağını Təqsirləndirilən şəxs2 üzərində olan kəlbətinlə saxlanıldığı setka toru kəsərək gizli talayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-yə 5100 (beş min yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 21.03.2021-ci il tarixdə saat 03:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən tikintisi başa çatmayan bağ evinə hasardan aşma yolu qanunsuz daxil olaraq evin hamam otağının giriş üçün qoyulan qapı əvəzi lövhəni sındıraraq içəriyə daxil olub oradan 80 manat dəyərində olan 01 ədəd «Marcos» markalı su motoronu, evin girişində olan güzgülü kamotun üzərindən 100 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü laqondanı, biri 5 manat, ikisi 10 manat olan üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığını, biri 5 manat, ikisi 10 manat olan üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığını, 02 manat dəyərində olan üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığını, oturacağın üzərinə qoyulmuş sellofan torbanın içərisindən biri 50 qəpik ikisi 01 manat dəyərində 02 ədəd kəlbətini, biri 01 manat, ikisi 02 manat dəyərində olan 02 ədəd vintaçanı, 50 qəpik dəyərində 01 ədəd rezakı, 01 manat dəyərində 01 ədəd indikatoru, 03 manat dəyərində 01 ədəd 05 metr uzunluğu olan metrəni, 05 manat dəyərində 01 ədəd dəmirkəsən mişarı, biri 4 manata on beşi 60 manat olan 15 ədəd elektrik sandığını (razetkanı), biri 4 manat, beşi 20 manat olan 05 ədəd elektrik birləşdiricisini (vıklüçateli), evin digər otağından 50 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü dreli, 15 manat dəyərində «Zubr» markalı, «ZD-550ER» modeli 550 Vt-luq kiçik ölçülü dreli, biri 50 qəpik üçü 1 manat 50 qəpik dəyərində olan drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo), 60 qəpik dəyərində olan 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubili, 80 manat dəyərində 01 ədəd «Bosh» markalı böyük ölçülü deşici alət pereferatoru, 20 manat dəyərində olan istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqondanı, 200 manat dəyərində RF-nın istehsalı olan 01 ədəd «Nord» markalı soyuducunun motoronu, biri 6 manat, iyirmi beşi 150 manat olan 25 ədəd elektrik bağlayıcını, bir 6 manat, onu 60 manat olan 10 ədəd elektrik qoruyucunu, 50 manat dəyərində olan 01 top 50 metr uzunluğunda 4-lik mis kabeli, 03 manat dəyərində 03 metr uzunluğunda mis eletkrik uzadıcısını (udliniteli), 05 manat dəyərində 05 metr uzunluğunda mis eletkrik uzadıcısını (udliniteli), 15 manat dəyərində olan üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynəyi gizli talayaraq, Zərərçəkmiş şəxs3 ümumilkdə təxminən 994,6 (doqquz yüz doxsan dörd manat altmış qəpik) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o təkrarən özgə əmlakını talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 21.03.2021-ci il tarixdə, saat 05:00 radələrində Şahid2 rəisi olduğu «X2 Xidməti» MMC-nin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 1 nömrəli X5 ərazisində yerləşən bir ədəd üstündə «Kipor KDE 12 E A3» diesel generator, «HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağını o üzərində olan kəlbətinlə saxlanıldığı setka toru kəsərək gizli talayaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-yə 5100 (beş min yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhər Yaşma bağlar massivi ərazisində Nəqliyyat Departamentinin 1 nömrəli X6 arxasında yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq sonuncunun 21 mart 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciəti və Sumqayıt ŞPİ-nin 2-ci PB-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, qeyd edilənlərlə bağlı bildirmişdir ki, onun atası Bahadur da Yaşma bağlar massivi ərazisində yaşayır, tez-tez atasının evinə gedib-gəlir. Zərərçəkmiş şəxs3 tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 isə təxminən 10 ildir ki, tanıyır. Belə ki, 20.03.2021-ci il tarixdə saat 17:00 radələrində Azər onunla görüşüb birlikdə Yaşma bağlar massivinə atasının bağ evinə gedərkən, onların evinə gedən yolda o AAY Dövlət Agentliyinin 1 nömrəli Tərəzi Məntəqəsinə məxsus böyük ölçülü generatoru göstərib Azərə təklif etmişdir ki, həmin generatoru axşam oğurlayıb satarlar. Azər də ona «hələ gedək çörək yeyək, o haqda fikirləşərik» sözünü demişdir. Sonra onlar atasının bağ evinə gətmişlər, evdə şirniyyatla çay içmişlər, o Azərə «sonra yeyərik, gedək görək generatoru oradan necə oğurlaya bilərik» sözünü demiş, Azər ona ərazidə mühafizəçi olduğunu, ərazinin kamera vasitəsilə müşahidə edildiyini, oradan oğurluğun mümkün olmadığını bildirmişdir. O isə ona gecə orada heç kimin olmadığını demişdir. 20 mart 2021-ci il tarixdə saat 18:00 radələrində birlikdə Tərəzi Məntəqəsinə tərəf getmişlər. Azər kürəkəni Nurana əvvəlcə zəng edərək, o maşın üçün alıcı çıxdığını bildirdiyi üçün onlar “Linkoil” YDM-ni yanına çıxmışlar, orada Azər avtomobilini Nurana təhvil vermişdir. Daha sonra onlar evə qayıtmışlar, sonra Azər Nurana zəng edib gəlib-gəlməməsini bildirmiş və onunla “Linkoil” YDM-nin yanında Nuranı gözləmişlər, təxminən 1 saat sonra Nuran “Linkoil” YDM-nin yanına gəlib «Pajero» markalı avtomobili Azərə təhvil vermiş və o Azərlə birlikdə yenidən Nuranı Sumqayıt şəhərinə evlərinə düşürüb Yaşmaya qayıtmışlar. Orada yeyib içib planlaşdırmışlar ki, gecə Tərəzi Məntəqəsinə məxsus böyük generatoru mühafizəçi yatan zaman oğurlasınlar. 21 mart 2021-ci il tarixdə gecə saatlarında onlar evdən çıxıb həmin məntəqəyə gedərkən, Sumayıt şəhər Yaşma bağlar massivi ərazisində Nəqliyyat Departamentinin 1 nömrəli X6 arxasında yerləşən Mehti adlı şəxsə məxsus yarımtikili ev rastlarına çıxmış, evdə və ətrafda heç kimin olmadığını görüb, ilk əvvəl həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Saat 03:00 radələri olardı Azərlə birlikdə həmin evin həyətinə hasardan aşaraq daxil olmuşlar, sonra evin giriş qapısına yaxınlaşanda giriş qapısının bağlı olduğunu, qapının sağ tərəfinə qoyulmuş qapı əvəzi dik material görüb, həmin taxtanı götürüb oradan evə daxil olmuşlar, Azərlə evin otaqlarına baxış keçirmişlər, tikintisi başa çatmayan həmin evdən 1 ədəd “Marcos” markalı su matoru, 1 ədəd “Bosh” markalı böyük ölçülü laqonda, 1 ədəd “Bosh” markalı direl aparatı, 1 ədəd “Bosh” markalı prefarator, evdə olan soyuducunun matorunu, bir neçə elektrik bağlayacıcı, elektrik qoruyucu, 1 top mis kabel və 2 ədəd elektrik uzadıcısını, kəlbətin, vintaçan götürüb kisələrə yığaraq oradan çıxmışlar və oğurladıqları əşyaları yığdıqları kisələri Azərin kürəkəni Nurana məxsus “Pajero” markalı avtomobilə yükləmişlər. Həmin gün səhər saat 05:00 radələrində bağdan çıxıb avtomobililə Baki-Quba yoluna tərəf biraz gəlib avtomobilini ara küçələrdən birində saxlayıb piyada Azərlə əvvəlcədən planlaşdırdıqları Tərəzi Məntəqəsinin yanına gəlmişlər, o orada kiminsə olub–olmamasını yoxlamaq üçün məntəqənin qarşısına keçmişdir. Sonra o Azərə zəng edib bildirmişdir ki, içəridə heç kim görsənmir, mühafizəçi yatıb və danışıqlarına əsasən Azər onlardan götürdüyü kəlbətinlə Tərəzi Məntəqəsinə məxsus generatorun saxlandığı setka toru kəsərək generatoru oradan çıxartmış, sonra onu çağırmış, təkərli olduğu üçün həmin generatoru sürərək “Mitsubishi Pajero” markalı avtomobilin yanına, sonra birlikdə avtomobilin yük yerinə qoyub onun bağına aparmışlar. Azər kəlbətini yolda gedərkən harasa tullamışdır. Generatoru bağa düşürmüşlər, sonra bağda oturub havanın işıqlanmasını gözləmişlər. Hava işıqlandıqan sonra saat 09-10 radələrində o generatoru Sumqayıta aparmaq üçün Qazel çağırmışdır. Çünki generatoru “Mitsubishi Pajero” markalı avtomobilin yük yerinə qoyduqdan sonra qapısı bağlanmamışdır. Təxminən saat 10:00 radələrində tanışı Qazel markalı yük avtomobili ilə Yaşmaya gəlmiş, o onunla telefonla danışaraq sürücüyə evinin yerini izah etmiş və sürücünü qarşılayıb bağa gətirmişdir. Bundan sonra Tərəzi Məntəqəsindən oğurladıqları generatoru, o öz həyətindən götürdüyü taxta parçalarını, dəmir hissələrini, 1 meşokda yığdığı köhnə lazımsız əşyaları Qazelə yükləmişlər. Həmin vaxt Azər ona həmin generatoru aparıb yeznəsi Nurangilə qoymasını, oranın yola yaxın olduğunu, istədikləri vaxt götürəcəklərini demişdir. Sonra onlar Sumqayıt şəhərinə, Əşya bazarının yanına onun kürəkəni Nurangil yaşadığı ünvana getmişlər, həmçinin avtomobilinin mühərrikində narahatlıq yarandığı üçün “Mitsubishi Pajero” markalı avtomobilini evakuatorla ustaya aparmışdır. Nurangil yaşadığı ünvana çatandan sonra onlar Tərəzi Məntəqəsindən oğurladıqları generatoru maşından düşürtmüşlər, Azər Nurana bildirmişdir ki, həmin generatoru ondan alıbdır, müvəqqəti onlarda qalsın götürəcəkdir. Həmçinin ona aid olan taxta parçalarını, torbaya yığdığı lazımsız dəmir hissələrini də Nurangilin həyətinə yığmışdır ki, gəlib götürəcəklər. Nuranın və ya başqa heç kimin həmin generatorun oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Sonra oradan çıxıb getmişlər. Bir neçə gün sonra isə ona məlum olmuşdur ki, polis əməkdaşları Azəri tutublar və Azər həmin generatoru polislərə təqdim edibdir, digər əşyaları nə etdiyini bilməmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmiş, ona qarşı hec bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs1 verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun iki epizod üzrə təqsirli bilməsi, digər epizodlar üzrə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 izahatında bildirdmişdir ki, heç bir yerdə işləmədiyindən pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 17.10.2020-ci il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi, Sahil küçəsinə gələrək heç kimin yaşamadığı evdən oğurluq etmək qərarına gəlmişdir. Rastına ilk olaraq sonradan ad və soyadını bildiyi, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 fərdi evi çıxmışdır. O evdə və ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra həmin evin hasarından həyətə aşaraq, hamam otağının nəfəsliyini sındıraraq oradan evə daxil olmuş və evin otaqlarından 2 top 6 mm-lik, 2 top isə 2,5 mm-lik mis materialından olan elektrik naqillərini istilik sisteminə qoşulan, latun materialından, İtaliya istehsalı “Cakamini” firmasına məxsus, təzə vəziyyətdə 6 (altı) ədəd istilik sisteminin alt hissəsinə qoşulan kollektor, 4 ədəd 6 dilimli, İtaliya istehsalı “Cakamini” firmasına məxsus, təzə vəziyyətdə istilik sisteminin alt hissəsinə qoşulan kollektorları, 1 ədəd foto elementli, yəni, hiss etməli simestiteli, 1 ədəd divariçi simesteteli, 1 cüt quruducu istilik sistemi kranını oğurlayıb kisələrə yığaraq, Sumqayıt şəhər Kolxoz Bazarının yanına gətirib zibillikdə gizlətmiş, sonra isə səhəri gün həmin torbaları səhər saatlarında götürüb yol kənarına çıxartmış, yol maşını ilə Bakı şəhərinə gedib Ekologioya postu ilə üzbəüz yerləşən tikinti materiallarının satılıdığı “Evrohom” mağazasının ərazisində, bir qədərini isə 20 Yanvar metrostansiyası ərazisinə gedərək orada yoldan keçən tanımadığı şəxslərə sataraq əldə etdiyi pulları öz tələbatı üçün xərcləmişdir. Bundan başqa, o yenidən oğurluq etmək məqsədi ilə 10 dekabr 2020-ci il tarixdə saat 01:00 radələrində Sumqayıt şəhəri, Yaşma bağları ərazisində yerləşən adını və soyadını sonradan bildiyi, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 bağ evinə hasardan aşmaqla qanunsuz daxil olub evin 1-ci mərtəbəsində olan 60kv keramik metlaxı oğurlayıb çıxıb evə getmişdir. Daha sonra o yenidən, 16 dekabr 2020-ci il tarixdə saat 23:00 radələrində həmin evə daxil olub oradan 40 kv. metlağı və 20 kv. kafeli oğurlamış, 22 dekabr 2020-ci il tarixdə saat 02:00 radələrində həmin evə daxil olub 500 metr uzunluğunda dəmir armaturu, 02 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində isə 6 ədəd stulu ilə birlikdə 1 ədəd dəmir masanı, 11 yanvar 2021-ci il tarixdə, saat 02:00 radələrində 150 metr uzunluğunda elektrik naqilini, 25 yanvar 2021-ci il tarixdə saat 01:00 radələrində 12 ədəd işıq dirəyini və 1 ədəd dəmir manqalı oğurlayıb həmin əşyaları da Kolxoz bazarının qarşısından keçən ayrı-ayrı tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları isə öz tələbatı və ailəsinin tələbatı üçün xərcləmişdir. Qeyd etdiyi oğurluq hadisələrini tək etmiş və bu barədə heç kimə bildirməmişdir. Bundan başqa, Sumqayıt şəhər Yaşma bağlar massivi ərazisində Nəqliyyat Departamentinin 1 nömrəli X6 arxasında yerləşən vətəndaş Zərərçəkmiş şəxs3 məxsus fərdi yaşayış evindən baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq sonuncunun 21 mart 2021-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciəti və Sumqayıt ŞPİ-nin 2-ci PB-nə yazmış olduğu şikayət ərizəsi ilə tanış olmuş, qeyd edilənlərlə bağlı bildirmişdir ki, onun atası Bahadur da Yaşma bağlar massivi ərazisində yaşayır, tez-tez atasının evinə gedib-gəlir. Zərərçəkmiş şəxs3 tanımamış, onunla heç bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs2 isə təxminən 10 ildir ki, tanıyır. Belə ki, 20.03.2021-ci il tarixdə saat 17:00 radələrində Azər onunla görüşüb birlikdə Yaşma bağlar massivinə atasının bağ evinə gedərkən, onların evinə gedən yolda o AAY Dövlət Agentliyinin 1 nömrəli Tərəzi Məntəqəsinə məxsus böyük ölçülü generatoru göstərib Azərə təklif etmişdir ki, həmin generatoru axşam oğurlayıb satarlar. Azər də ona «hələ gedək çörək yeyək, o haqda fikirləşərik» sözünü demişdir. Sonra onlar atasının bağ evinə gətmişlər, evdə şirniyyatla çay içmişlər, o Azərə «sonra yeyərik, gedək görək generatoru oradan necə oğurlaya bilərik» sözünü demiş, Azər ona ərazidə mühafizəçi olduğunu, ərazinin kamera vasitəsilə müşahidə edildiyini, oradan oğurluğun mümkün olmadığını bildirmişdir. O isə ona gecə orada heç kimin olmadığını demişdir. 20 mart 2021-ci il tarixdə saat 18:00 radələrində birlikdə Tərəzi Məntəqəsinə tərəf getmişlər. Azər kürəkəni Nurana əvvəlcə zəng edərək, o maşın üçün alıcı çıxdığını bildirdiyi üçün onlar “Linkoil” YDM-ni yanına çıxmışlar, orada Azər avtomobilini Nurana təhvil vermişdir. Daha sonra onlar evə qayıtmışlar, sonra Azər Nurana zəng edib gəlib-gəlməməsini bildirmiş və onunla “Linkoil” YDM-nin yanında Nuranı gözləmişlər, təxminən 1 saat sonra Nuran “Linkoil” YDM-nin yanına gəlib «Pajero» markalı avtomobili Azərə təhvil vermiş və o Azərlə birlikdə yenidən Nuranı Sumqayıt şəhərinə evlərinə düşürüb Yaşmaya qayıtmışlar. Orada yeyib içib planlaşdırmışlar ki, gecə Tərəzi Məntəqəsinə məxsus böyük generatoru mühafizəçi yatan zaman oğurlasınlar. 21 mart 2021-ci il tarixdə gecə saatlarında onlar evdən çıxıb həmin məntəqəyə gedərkən, Sumayıt şəhər Yaşma bağlar massivi ərazisində Nəqliyyat Departamentinin 1 nömrəli X6 arxasında yerləşən Mehti adlı şəxsə məxsus yarımtikili ev rastlarına çıxmış, evdə və ətrafda heç kimin olmadığını görüb, ilk əvvəl həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Saat 03:00 radələri olardı Azərlə birlikdə həmin evin həyətinə hasardan aşaraq daxil olmuşlar, sonra evin giriş qapısına yaxınlaşanda giriş qapısının bağlı olduğunu, qapının sağ tərəfinə qoyulmuş qapı əvəzi dik material görüb, həmin taxtanı götürüb oradan evə daxil olmuşlar, Azərlə evin otaqlarına baxış keçirmişlər, tikintisi başa çatmayan həmin evdən 1 ədəd “Marcos” markalı su matoru, 1 ədəd “Bosh” markalı böyük ölçülü laqonda, 1 ədəd “Bosh” markalı direl aparatı, 1 ədəd “Bosh” markalı prefarator, evdə olan soyuducunun matorunu, bir neçə elektrik bağlayacıcı, elektrik qoruyucu, 1 top mis kabel və 2 ədəd elektrik uzadıcısını, kəlbətin, vintaçan götürüb kisələrə yığaraq oradan çıxmışlar və oğurladıqları əşyaları yığdıqları kisələri Azərin kürəkəni Nurana məxsus “Pajero” markalı avtomobilə yükləmişlər. Həmin gün səhər saat 05:00 radələrində bağdan çıxıb avtomobililə Baki-Quba yoluna tərəf biraz gəlib avtomobilini ara küçələrdən birində saxlayıb piyada Azərlə əvvəlcədən planlaşdırdıqları Tərəzi Məntəqəsinin yanına gəlmişlər, o orada kiminsə olub–olmamasını yoxlamaq üçün məntəqənin qarşısına keçmişdir. Sonra o Azərə zəng edib bildirmişdir ki, içəridə heç kim görsənmir, mühafizəçi yatıb və danışıqlarına əsasən Azər onlardan götürdüyü kəlbətinlə Tərəzi Məntəqəsinə məxsus generatorun saxlandığı setka toru kəsərək generatoru oradan çıxartmış, sonra onu çağırmış, təkərli olduğu üçün həmin generatoru sürərək “Mitsubishi Pajero” markalı avtomobilin yanına, sonra birlikdə avtomobilin yük yerinə qoyub onun bağına aparmışlar. Azər kəlbətini yolda gedərkən harasa tullamışdır. Generatoru bağa düşürmüşlər, sonra bağda oturub havanın işıqlanmasını gözləmişlər. Hava işıqlandıqan sonra saat 09-10 radələrində o generatoru Sumqayıta aparmaq üçün Qazel çağırmışdır. Çünki generatoru “Mitsubishi Pajero” markalı avtomobilin yük yerinə qoyduqdan sonra qapısı bağlanmamışdır. Təxminən saat 10:00 radələrində tanışı Qazel markalı yük avtomobili ilə Yaşmaya gəlmiş, o onunla telefonla danışaraq sürücüyə evinin yerini izah etmiş və sürücünü qarşılayıb bağa gətirmişdir. Bundan sonra Tərəzi Məntəqəsindən oğurladıqları generatoru, o öz həyətindən götürdüyü taxta parçalarını, dəmir hissələrini, 1 meşokda yığdığı köhnə lazımsız əşyaları Qazelə yükləmişlər. Həmin vaxt Azər ona həmin generatoru aparıb yeznəsi Nurangilə qoymasını, oranın yola yaxın olduğunu, istədikləri vaxt götürəcəklərini demişdir. Sonra onlar Sumqayıt şəhərinə, Əşya bazarının yanına onun kürəkəni Nurangil yaşadığı ünvana getmişlər, həmçinin avtomobilinin mühərrikində narahatlıq yarandığı üçün “Mitsubishi Pajero” markalı avtomobilini evakuatorla ustaya aparmışdır. Nurangil yaşadığı ünvana çatandan sonra onlar Tərəzi Məntəqəsindən oğurladıqları generatoru maşından düşürtmüşlər, Azər Nurana bildirmişdir ki, həmin generatoru ondan alıbdır, müvəqqəti onlarda qalsın götürəcəkdir. Həmçinin ona aid olan taxta parçalarını, torbaya yığdığı lazımsız dəmir hissələrini də Nurangilin həyətinə yığmışdır ki, gəlib götürəcəklər. Nuranın və ya başqa heç kimin həmin generatorun oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Sonra oradan çıxıb getmişlər. Bir neçə gün sonra isə ona məlum olmuşdur ki, polis əməkdaşları Azəri tutublar və Azər həmin generatoru polislərə təqdim edibdir, digər əşyaları nə etdiyini bilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhərində olan Əşya bazarında maşın ustası işləyir, sənəti dəmirçidir. Təqsirləndirilən şəxs1 təxminən 10 ildir ki, tanıyır, onun iş yerinə gəlib-getmiş, sənəti öyrənmişdir. Teymurgilin Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində bağ evi olmuşdur. 20 mart 2021-ci il tarixdə Sumqayıt şəhərində olan zaman Teymur ona təklif etmişdir ki, bağa gedib yeyib içsinlər, bayramdır. O onunla razılaşmış və qızı Nərminin nişanlısına müvəqqəti olaraq sürmək üçün verdiyi ** EN *** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı avtomobilini götürmüşdür ki, bağa maşınla getsinlər. Teymurla birlikdə Yaşma bağlar massivinə onların bağ evinə getmişlər, onların evinə gedən yolda Teymur AAY Dövlət Agentliyinin 1 nömrəli Tərəzi Məntəqəsinə məxsus böyük ölçülü generatoru göstərib ona təklif etmişdir ki, həmin generatoru axşam oğurlayıb satsınlar. O Teymura «hələ gedək çörək yeyək, o haqda fikirləşərik» demişdir. Sonra Teymurun bağ evinə getmişlər, evdə şirniyyatla çay içmişlər, Teymur ona «sonra yeyərik, gedək görək generatoru oradan necə oğurlaya bilərik» sözünü demişdir. O Teymura ərazidə mühafizəçi olduğunu, ərazinin kamera vasitəsilə müşahidə edildiyini, oradan oğurluğun mümkün olmadığını bildirmişdir. Teymur isə gecə orada heç kimin olmadığını bildirmişdir. 20 mart 2021-ci il tarixdə təxminən saat 18:00 radələrində birlikdə Tərəzi Məntəqəsinə tərəf getmişlər, kürəkəni Nurana əvvəlcə zəng edərək, o maşın üçün alıcı çıxdığını bildirdiyi üçün onlar Teymurla “Linkoil” YDM-ni yanına çıxmışlar, orada o avtomobilini Nurana təhvil vermiş və bildirmişdir ki, alıcı baxdıqdan sonra maşını qaytarsın, o onu evə düşürər. Teymur ilə evə qayıtmışlar, sonra Nurana zəng edib gəlibgəlməməsini bildirmiş və Teymur ilə “Linkoil” YDM-nin yanında Nuranı gözləmiş, təxminən 1 saat sonra Nuran “Linkoil” YDM-nin yanına gəlib avtomobili ona təhvil vermiş və o Teymurla yenidən Nuranı Sumqayıt şəhərinə evlərinə düşürüb Yaşmaya qayıtmışlar. Yenidən bağa gedib orada yeyib içmişlər, planlaşdırmışlar ki, gecə Tərəzi Məntəqəsinə məxsus böyük generatoru mühafizəçi yatan zaman oğurlasınlar. 21 mart 2021-ci il tarixdə gecə saatlarında onar evdən çıxıb həmin məntəqəyə gedərkən, Sumayıt şəhər Yaşma bağlar massivi ərazisində Nəqliyyat Departamentinin 1 nömrəli X6 arxasında yerləşən Mehti adlı şəxsə məxsus yarımtikili ev rastlarına çıxmış, evdə və ətrafda heç kimin olmadığını görüb, ilk əvvəl həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Saat 03:00 radələri olardı Teymurla birlikdə həmin evin həyətinə hasardan aşaraq daxil olmuşlar, sonra evin giriş qapısına yaxınlaşanda giriş qapısının bağlı olduğunu, qapının sağ tərəfinə qoyulmuş qapı əvəzi dik material görüb, həmin taxtanı götürüb oradan evə daxil olmuşlar. Teymurla evin otaqlarına baxış keçirmişlər, tikintisi başa çatmayan həmin evdən 01 ədəd “Marcos” markalı su matoru, 01 ədəd “Bosh” markalı böyük ölçülü laqonda, 01 ədəd “Bosh” markalı direl aparatı, 01 ədəd “Bosh” markalı prefarator, evdə olan soyuducunun matorunu, bir neçə elektrik bağlayacıcı, elektrik qoruyucu, 01 top mis kabel və 02 ədəd elektrik uzadıcısını, kəlbətin, vintaçan götürüb kisələrə yığaraq oradan çıxmışlar və oğurladıqları əşyaları yığdıqları kisələri kürəkəni Nurana məxsus “Pajero” markalı avtomobilə yükləmişlər. 21.03.2021-ci il tarixdə səhər saat 05:00 radələrində bağdan çıxıb avtomobililə Baki-Quba yoluna tərəf biraz gəlib avtomobilini ara küçələrdən birində saxlayıb piyada Teymurla əvvəlcədən planlaşdırdıqları Tərəzi Məntəqəsinin yanına getmişlər, Teymur orada kiminsə olub–olmamasını yoxlamaq üçün məntəqənin qarşısına keçmişdir. Sonra Teymur zəng edib bildirmişdir ki, içəridə heç kim görsənmir, mühafizəçi yatıb və danışıqlarına əsasən o Teymurgildən götürdüyü kəlbətinlə Tərəzi Məntəqəsinə məxsus generatorun saxlandığı setka toru kəsərək generatoru oradan çıxarmış, sonra Teymuru çağırmış, təkərli olduğu üçün həmin generatoru sürərək ona məxsus “Mitsubishi Pajero” markalı avtomobilin yanına aparmışlar, sonra birlikdə avtomobilin yük yerinə qoyub Teymurun bağına aparmışlar. Kəlbətini yolda gedərkən harasa tullamışdır. Generatoru bağa düşürmüşlər, sonra bağda oturub havanın işıqlanmasını gözləmişlər. Hava işıqlandıqan sonra saat 09-10 radələrində Teymur generatoru Sumqayıta aparmaq üçün Qazel çağırmış, çünki generatoru “Mitsubishi Pajero” markalı avtomobilin yük yerinə qoyduqdan sonra qapısı bağlanmamışdır. Təxminən saat 10:00 radələrində Teymurun tanışı Qazel markalı yük avtomobili ilə Yaşmaya gəlmiş, Teymur telefonla danışaraq sürücüyə evinin yerini izah etmiş və sürücünü qarşılayıb bağa gətirmişdir. Bundan sonra Tərəzi Məntəqəsindən oğurladıqları generatoru, Teymurun öz həyətlərindən götürdüyü taxta parçalarını, dəmir hissələrini, 01 meşokda yığdığı köhnə lazımsız əşyaları Qazelə yükləmişlər və o Teymura bildirmişdir ki, həmin generatoru aparıb yeznəsi Nurangilə qoysunlar, ora yola yaxındır, istədikləri vaxt götürərlər. Sonra Sumqayıt şəhərinə, Əşya bazarının yanına kürəkəni Nurangilin yaşadığı ünvana gəlmişlər, həmçinin avtomobilinin mühərrikində narahatlıq yarandığı üçün “Mitsubishi Pajero” markalı avtomobilini evakuatorla ustaya aparmışdır. Nurangil yaşadığı ünvana çatandan sonra onlar Tərəzi Məntəqəsindən oğurladıqları generatoru maşından düşürüb Nurana bildirmişdir ki, həmin generatoru Teymurdan almış, müvəqqəti onlarda qalsın götürəcəkdir. Həmçinin Teymura aid olan taxta parçalarını, torbaya yığdığı lazımsız dəmir hissələrini də Nurangilin həyətinə yığmışdır ki, gəlib götürəcəklər. Nuranın və ya başqa heç kimin həmin generatorun oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmamışdır. Sonra oradan getmişlər və 25 mart 2021-ci il tarixdə axşam saatlarında evdə olan zaman polis əməkdaşları gələrək onu Polis Bölməsinə dəvət etmişlər, sonra söhbət zamanı o etiraf etmişdir ki, Teymur adlı tanışı ilə birlikdə Tərəzi Məntəqəsindən generator oğurlamışlar, həmin generatoru Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşayan kürəkəninin həyətinə qoymuş və həmin generatoru onlara təqdim etmişdir. Zərərçəkmiş şəxs3 məxsus evdən oğurladıqları təmir tikinti alətlərindən isə “Marcos” markalı su matorunu, soyuducunun matorunu və elektrik avadanlıqlarını Sumqayıt şəhəri ərazisində tanımadığı şəxslərə sataraq əldə etdiyi pulları özünə götürmüşdür. Həmin puldan Teymura ona görə pay verməmişdir ki, onun ona təxminən 500 manat borcu var idi. Həmin evdən oğurladıqları təmir tikinti alətlərindən 01 ədəd “Marcos” markalı su matoru, 01 ədəd direl aparatı, 01 ədəd kəlbətin, 01 ədəd kəlbətin-kəsici alət, 01 ədəd laqunda aparatı, həmin aparatın daşları, 01 ədəd istifadə edilməmiş iş paltarı onda olduğu üçün onları da polislərə təqdim etmişdir. O Teymurla Yaşma bağlarına onların evinə gedən zaman Teymur AAY Dövlət Agentliyinin 1 №li Tərəzi Məntəqəsinə məxsus generatoru ona göstərmiş, əvvəllər o həmin ərazidə olmamış, daha sonra o Teymurla birlikdə qabaqcadan razılaşaraq həmin generatoru 21.03.2021-ci il tarixdə səhər saat 05:00 radələrində oğurlamışlar, onlardan başqa həmin oğurluqdan heç kimin xəbəri olmamış, bu barədə onlar heç kimə deməmişlər. Onun Teymurla AAY Dövlət Agentliyinin 1 №li Tərəzi Məntəqəsinə məxsus generatoru oğurlamaqda məqsədləri həmin generatoru satıb pul əldə etmək olmuşdur. AAY Dövlət Agentliyinin 1 №li Tərəzi Məntəqəsindən generator oğurlamalarında TM-də aparıcı mütəxəssis işləyən X1 xəbəri olmamış, onu tanımamışdır. Teymurun generatoru Yaşma bağlar massivi ərazisindən Sumqayıt şəhərinə aparmaq üçün çağırdığı Qazel markalı yük avtomobilinin dövlət qeydiyyat nişanını bilməmiş, sürücüsünü tanımamış, adını bilməmiş və avtomobilin dövlət qeydiyyat nişanına fikir verməmişdir. Həmin avtomobilin sürücüsünə Teymur özü zəng etmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı ödəmiş, ona qarşı hec bir şikayər və tələb yoxdur. Əməlindən peşmandır. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşma bağları ərazisində bağ evi var, həmin evdə təmir tikinti işləri getdiyindən daimi yaşayış yoxdur. Lakin təmir üçün lazım olan tikinti materiallarının bir hissəsini həmin evə alıb yığmış və arada-bir həmin evə nəzarət etmək üçün baş çəkir. Sonuncu dəfə həmin evdə 10 dekabr 2020-ci il tarixdə olmuş və həmin vaxt evdə hər şey qaydasında olmuşdur. Lakin 02 fevral 2021-ci il tarixdə yenidən bağ evinə gələndə aşkar etmişdir ki, bəzi tikinti materialları yerində deyildir. Başa düşmüşdür ki, naməlum şəxs və ya şəxslər 10 dekabr 2020-ci il tarixdən 02 fevral 2021-ci il tarixədək olan müddət ərzində baş evinə qanunsuz daxil olub bağ evinin təmiri üçün aldığı bəzi tikinti materiallarını oğurlamışdır. Ona görə də, hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in “102” xidməti mərkəzinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları gəlmişlər və hadisə yerini müayinə etmişlər. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər və orada o hadisə ilə bağlı ərizə və izahat yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 3270 (üç min iki yüz yetmiş) manat ziyan dəymişdir. Oğurlanmış əşyalardan 60 kv. keramik metlax 930 manat dəyərində, 40 kv. metlax 480 manat dəyərində, 20 kv. kafel 180 manat dəyərində, 500 metr uzunluğunda dəmir armatur 300 manat dəyərində, 01 ədəd dəmir masa, 06 ədəd stulu ilə birlikdə 500 manat dəyərində, 150 metr uzunluğunda elektrik naqili 200 manat dəyərində, 12 ədəd işıq dirəyi 600 manat dəyərində, 01 ədəd dəmir manqal 80 manat dəyərində olmuşdur. Kafel və metlaxın markaları, manqalın isə ölçüsü yadında olmamışdır. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs2 28.01.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxslər “X2 Xidməti” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Zərərçəkmiş şəxs1 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş zərərçəkmiş hüquqi şəxs “X2 Xidməti” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 2015-ci ildən hal-hazıradək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-nin Hüquq şöbəsinin hüquqşünası vəzifəsində işləyir. 21.03.2021-ci il tarixdə ona məlum olmuşdur ki, «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin» Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 1 nömrəli X10 məxsus “Kipor KDE 12 E A3” markalı generatorun ətrafında olan mühafizə məqsədilə kənarlarına vurulmuş setka hasarı kəsilərək generator naməlum şəxs tərəfindən oğurlanmışdır. Həmin oğurluq 20.03.2021-ci il tarixdə saat 18:40 radələrindən 21.03.2021ci il tarixdə saat 07:27 radələrinədək olan müddət ərzində baş vermişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurluğu Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birldikdə törətmişdir. Həmin oğurluq nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-yə 3825 manat maddi ziyan dəymişdir. Bu barədə MMC tərəfindən məktub da verilmişdir. Ona görə də, həmin MMC zərərçəkmiş qismində tanınmışdır. Sözügedən MMC hüquqi şəxs olduğundan onun nümayəndəsi qismində bütün istintaq hərəkətlərində iştirak etməsi ona həvalə edilmişdir. İş materiallarında olan “X2 Xidməti” MMC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, “X2 Xidməti” MMCyə dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə edilən müraciətin müəllifi qardaşı Şahid1 olmuş, lakin qeyd olunan ünvan və oradan oğurlanmış təmir-tikinti materialları ona məxsusdur. Təxminən 6-7 ildir ki, H.Z.Tağıyev qəsəbəsi, Sahil küçəsi 12A, mənzil 2 ünvanında olan fərdi yaşayış evini almış, lakin Sumqayıt şəhərində yaşayır. Qeyd olunan evdə yaşayış olmadığından yaxınlıqda yaşayan qardaşı Fərmana evinin açarını nəzarət etməsi üçün vermişdir. Qardaşı hər gün evin hətinə daxil olaraq ətrafa nəzarət etmiş, gecələr işığı yandırmış və səhər isə söndürmüş, bu hal hər gün təkrarlanmışdır. 17.10.2020-ci il tarixdə saat 07:00 radələrində qardaşı Fərman ona zəng edərək, evində olan təmir tikinti materiallarının oğurlandığını bildirmişdir. O oraya gedənədək qardaşı Fərman DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O da dərhal oraya getmiş və həyətə daxil olduğu zaman evin hamam otağının həyətə baxan nəfəslik pəncərəsinin şüşəsinin sındığını və pəncərənin açıldığını görmüşdür. Bundan başqa evin həyətə baxan bir pəncərəsinin açıldığı, qaz borusundan 18 mm-lik kəndir sallandığını, kəndirin üzərində qarmaq olduğunu görmüşdür. Polis əməkdaşları gələnədək evə müdaxilə etməmişlər, heç nəyə toxunmamışlar. Polis əməkdaşları ilə birlikdə evə daxil olmuşlar və evin girişindən sağ tərəfdə 3-cü otaqda yəni zal otaq hesab olunan otağadək olan hissədə dəhlizdə qoyduğu ümumi 04 top, yəni 02 top 06 mm-lik, 02 top isə 2.5 mm-lik Türkiyə istehsalı olan, “Vatan” firmasının istehsalı olan mis materialından elektrik naqillərinin, irəlidə olan yataq otağına daxil olduqda isə orada olan istilik sisteminə qoşulan latun materialından, İtaliya istehsalı “Cakamini” firmasına məxsus təzə vəziyyətdə 06 (altı) ədəd, hər birində 12 dilim və hər diliminin qiyməti 30 manat dəyərində istilik sisteminin alt hissəsinə qoşulan kollektor, 04 ədəd 06 dilimli, İtaliya istehsalı “Cakamini” firmasına məxsus, təzə vəziyyətdə hər diliminin qiyməti 30 manat olan istilik sisteminin alt hissəsinə qoşulan kollektorların, 01 ədəd foto elementli, yəni, hiss etməli Türkiyə istehsalı firmasını xatırlamadığı 250 manat dəyərində simestitelin, 01 ədəd divariçi İspaniya istehsalı firmasını xatırlamadığı divariçi 300 manat dəyərində simestetelin, 01 cüt İtaliya istehsalı firmasını xatırlamadığı cütü 20 manat dəyərində olan quruducu istilik sistemi kranının yerində olmadığını aşkar etmişlər. Polis əməkdaşları hadisə yerinə baxaraq müvafiq sənədləşmə aparmışlar. Evin hər tərəfində olan pəncələrdə dəmir barmaqlıqlar olmuş, naməlum şəxs qapı sındırılıb açılmamış, hamam otağının pəncərəsinin şüşəsini sındıraraq əlini salıb içəridən nəfəslik pəncərəni açmış, oradan da içəri daxil olmuşdur. Həmin tikinti materiallarından kabelləri 2020-ci ilin sentyabr ayında Bakı şəhərində Ziya Bünyadov prospektində yerləşən, yerini dəqiq xatırlamadığı tikinti mağazasından 06 mm-lik olanı 90 manata, 2,5 mm-liyi isə 50 manata almış, digər istilik sitemi kollektorları, simestitelləri isə təxminən 06 il əvvəl Ziya Bünyadov prospektindən almış, mağazanı dəqiq xatırlamır, həmin vaxt kollektorların hər dilimi 30 manata, simestitelin isə biri 250 manata, digəri isə 300 manata almışdır. İstilik sistemlərinin altına qoşulan kollektorlar ümumilikdə 06 ədəd 12 dilimli, 04 ədəd 06 dilimli olmaqla hər dilimini 06 il əvvəl 30 manat almış və bunlar ümumilikdə 2880 manat, iki ədəd simestetel biri 250 manat, digəri isə 300 manat olmaqla 550 manat, kabellərin 02 topu 90 manatlıq, 02 top isə 50 manatlıq olmaqla 280 manat, bir cüt kran isə 20 manata olmaqla ümumilikdə 3730 manatlıq təmir tikinti materialları olmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilən 28.01.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi tədqiq edilərək elan edilmiş zərərçəkmiş şəxs X11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən 10 ildən artıqdır ki, Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisindən 0,6 hektar bağ sahəsi almış, orada 03 otaqlı ev tikdirir və hələ evinin tikintisi başa çatdırılmamışdır. Sonuncu dəfə 20.03.2021-ci il tarixdə həmin bağda olmuş, bağda ağac əkmiş, sonra axşam saat 17:00-da isə oradan çıxıb Sumqayıt şəhərinə gəlmişdir. 21.03.2021-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, Yaşma bağlar massivi ərazisində yerləşən bağ evinə gələn zaman həyətə gələn su borusuna baxıb suyun gəlib gəlməməsini yoxlayanda görmüşdür ki, su az gəlir, ona görə həyətin girəcəyində quraşdırdığı su motorunu işə salmaq üçün evinə daxil olub motoru götürmək istəyən zaman təxminən 01 il əvvəl 80 manata aldığı, az istifadə olunmuş «Marcos» markalı su matorunun yerində olmadığını aşkar etmiş, sonra evin girişində olan güzgülü kamotun üzərinə qoyduğu 02 il əvvəl 200 manata aldığı “Bosh” markalı böyük ölçülü laqondanın, laqonda aparatının 05 ədəd başlıqlarının (daşlarının), girişdə olan stulun üzərinə qoyduğu sellofan torbada olan birini 05 manata aldığı 02 ədəd kəlbətinin, birini 02 manata, ikisini 04 manata aldığı 02 ədəd vintaçanın, 01 manata aldığı 01 ədəd rezakın, 02 manata aldığı 01 ədəd indikatorun, 05 manata aldığı 01 ədəd 05 metr uzunluğunda olan metrənin, 09 manata aldığı 01 ədəd dəmir kəsən mişarın və həmin yerdən hər birini 04 manata aldığı içərisində 15 ədəd təzə elektrik sandığı (razetka), 05 ədəd elektrik birləşdiricisi (vıklüçatel) olan sellofan torbanın, digər otağa daxil olaraq orada 200 manata aldığı 01 ədəd «Bosh» markalı böyük ölçülü drel aparatının, 15 manata aldığı 01 ədəd «Zubr» markalı drelin, həmin drel üçün nəzərdə tutulmuş 04 ədəd deşici başlıqlarının, 200 manata aldığı 01 ədəd «Bosh» markalı böyük ölçülü deşici alətin-pereferatorun, 20 manata aldığı markasını bilmədiyi kiçik ölçülü laqondanı, həmin otaqda olan 200 manata aldığı RF-nın istehsallı «Nord» markalı işlək vəziyyətdə olan soyuducunun motorunun, hər biri 06 manat olan 25 ədəd elektrik bağlayıcının, 10 ədəd elektrik qoruyucusunun, 50 manata aldığı 01 top 50 metr uzunluğunda olan 4-lük mis kabelin, 05 manata aldığı 03 metr uzunluğunda olan mis elektrik uzadıcının, 06 manata aldığı 05 metr uzunluğunda elektrik uzadıcının, eləcə də üzərində «X19» MMC sözləri yazılmış kostyum-şalvarın yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Sonra evin giriş qapısı bağlı olduğundan naməlum şəxsin eviə haradan girməsini yoxlamaq üçün evə baxış keçirən zaman hamam otağına giriş üçün qoyduğu qapı əvəzi taxta lövhənin sındırdığını görüb başa düşmüşdür ki, naməlum şəxs (şəxslər) evinə məhz orada daxil olmuşlar. Daha sonra hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Beləliklə də, həmin oğurluq nəticəsində ona ümumilikdə təxminən 1500 manat məbləğində ziyan vurulmuşdur. Bəzi oğurlanmış əşyaların adlarını unutduğu üçün ilkin izahatında qeyd etməmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs X11 tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, təqsirləndirilən şəxsrl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəyən ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2016-cı ildən hal-hazıradək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-nin Şimal Bölgəsinin rəisi vəzifəsində işləyir. 21.03.2021-ci il tarixdə saat 16:00 radələrində «Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin» Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 1 nömrəli X7 mütəxəssis işləyən Nəsib Tahirov ona zəng edərək məntəqəyə məxsus “Kipor KDE 12 E A3” markalı generatorun yerində olmadığını, setka hasarın kəsilərək generatorun oğurlandığını bildirmişdir. O da Nəsibə bu barədə DİN-nin 102 xidmətinə təcili məlumat verməsini bildirib dərhal hadisə yerinə getmişdir. Ora gəlib görmüşdür ki, həqiqətən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən 1 Nömrəli X10 qoyulmuş “Kipor KDE 12 E A3” markalı generatorun mühafizə məqsədilə kənarlarına vurulmuş setka hasarı kəsilib və generator yerində yoxdur. O orada olduğu vaxt hadisə yerinə polis əməkdaşları gəlmişlər, o oğurluq barədə PB-nə ərizə ilə müraciət etmiş, həmin bölməyə dəvət edilərək izahatı alınmışdır. Həmin oğurluq 20.03.2021-ci il tarixdə saat 18:40 radələrindən 21.03.2021-ci il tarixdə saat 07:27 radələrinədək olan müddət ərzində baş vermişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin oğurluğu Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birldikdə törətmişdir. Həmin oğurluq nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMCyə 3825 manat maddi ziyan dəymişdir. Bu barədə MMC tərəfindən məktub da verilmişdir. İlkin izahatında o vurulmuş ziyanın məbləğini təxmini hesablama apardığı üçün 6000 manat kimi göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 2 ildir Sumqayıt Regional DYMX-da yanğınsöndürən işləyir, hazırda istifadəsində ** EN *** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsi vardır. 20 mart 2021-ci il tarixdə nişanlısı Nərmin Zeynalovanın atası Təqsirləndirilən şəxs2 ona müraciət edərək idarə etdiyi avtomobilinin 01 saatlıq ona lazım olduğunu bildirərək avtomobilini ondan almış, 01 saat sonra avtomobilinə müştəri çıxdığı üçün qaynatası Təqsirləndirilən şəxs2 zəng edərək ona avtomobilə müştəri çıxdığını bildirib avtomobili gətirməsini demişdir. Azər isə ona hazırda Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Linkoil” YDM-nin yanında olduğunu bildirib işi olduğu üçün gələ bilmədiyini demiş, onun həmin yerə gəlməsini xahiş etmişdir. Bundan sonra o taksi ilə “Linkoil” YDMnin yanına getmiş, orada qaynatası Azərə zəng etmiş, o onu “Linkoil” YDM-nin yanında tanışı Teymur adlı şəxslə birlikdə qarşılamış, avtomobilini ona təhvil vermişdir. O avtomobilini götürüb Sumqayıt şəhərinə qayıdaraq müştəri ilə görüşüb avtomobilini göstərmiş və sonra yenidən H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Linkoil” YDM-nin yanına qayıdıb avtomobilini qaynatası Təqsirləndirilən şəxs2 təhvil vermişdir. Sonra qaynatası Azər öz maşını ilə onu İnşaatçılar qəsəbəsinə yaşadığı ünvana düşürmüş, özü isə Teymurla getmişlər və qaynatası bildirmişdir ki, maşın ona 10-15 dəqiqəlik lazımdır, işini bitirdikdən sonra maşınını gətirəcəkdir. O da ona bir söz deməmiş, lakin həmin gün qaynatası maşınını gətirməmiş və ona bu barədə bir söz deməmişdir. O da ona bu barədə heç nə deməmişdir. Səhəri gün saat 11:00 radələrində qaynatası Azər ona məxsus “Mitsubishi Pajero” markalı avtomobilini yaşadığı ünvana gətirərək avtomobilin mühərrikində narahatlıq olduğunu, avtomobili ustaya aparacağını demiş və “Qazel” markalı dövlət nömrə nişanına fikir vermədiyi yük avtomobili ilə 01 ədəd sarı rəngli, böyük ölçülü generatoru da onların həyətə gətirib həmin generatoru Teymur adlı tanışından aldığını, müvəqqəti onların həyətdə qalacağını, sonra gəlib götürəcəyini bildirmiş və həmin generatoru Teymurla köməkləşib onların həyətinə qoymuşlar və çıxıb getmişlər. 25 mart 2021-ci il tarixdə ona polis əməkdaşları zəng edərək ** EN *** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsinin sahibinin olub-olmadığını soruşmuşlar, o polis əməkdaşına həmin avtomobilin sahibi olduğunu bildirmiş və sonradan söhbət zamanı ona məlum olmuşdur ki, qaynatası Azər onların həyətə gətirdiyi generatoru ona məxsus ** EN *** dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı nəqliyyat vasitəsi ilə oğurlamışdır. Qaynatası Azər ona 01 saatlıq maşın lazım olduğunu bildirərək avtomobili ondan almış, lakin, nə üçün avtomobil lazım olması, hara nə məqsədlə getməsi barədə ona bir söz deməmiş və ya o ondan heçnə soruşmamışdır. 01 saat sonra avtomobilinə müştəri çıxdığı üçün qaynatası Azərə zəng edərək avtomobilə müştəri çıxdığını bildirib avtomobilini gətirməsini deyəndə Azər ona hazırda Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən “Linkoil” YDM-nin yanında olduğunu bildirdiyi üçün o həmin yerə gedəndə qaynatası ilə tanışı Teymurun orada olduqlarını görmüş və maşını alıb müştəriyə göstərib qaytardıqdan sonra onlar onu öz avtomobili ilə yaşadığı evə düşürüb qayıtmışlar və o onlardan hara getmələri barədə soruşmamış, yenə qaynatası ona maşınını 10-15 dəqiqəyə gətirəcəyini bildirmiş, lakin həmin gün avtomobilini gətirməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, qaynatası onun avtomobili ilə oğurluq etmiş, lakin onun bu barədə heç bir məlumatı olmamışdır. Qaynatası Azər onun avtomobilini 21 mart 2021-ci il tarixdə səhər saat 11:00 radələrində gətirib, həmçinin “Qazel” markalı, dövlət nömrə nişanına fikir vermədiyi yük avtomobili ilə 01 ədəd sarı rəngli, böyük ölçülü generator, taxtalar, dəmir hissələri, bir neçə torba onların həyətə gətirmişdir. Qaynatası Təqsirləndirilən şəxs2 həmin generatoru haradan əldə etməsi barədə soruşanda, o da ona generatoru dostu Teymurdan aldığını, müvəqqəti onların həyətinə qoyduğunu, sonra götürəcəyini bildirmişdir. Qaynatası Təqsirləndirilən şəxs2 əvvəllər oğurluq etməsi və ya başqa cinayət törətməsi barədə heç bir məlumatı olmamış, ondan qətiyyən belə hərəkət gözləməmişdir. Qaynatası Təqsirləndirilən şəxs2 onun həyətə “Qazel” markalı yük avtomobili ilə generatordan başqa 4-5 metrlik 02 ədəd taxta, bir neçə ədəd yağ dəmirləri və 2-3 ədəd torbalarda nəsə əşyalar gətirmiş, lakin o həmin torbalara baxmadığı üçün orada olan əşyaların nədən ibarət olmasını bilməmiş və qaynatası Azər özü həmin torbaları həyətə yığmış, səhəri gün tezdən o işdə olan zaman gəlib götürüb aparmış, lakin hara aparması, həmin torbalarda nə olması barədə onun heç bir məlumatı olmamışdır. Teymuru şifahi olaraq tanımış, qaynatası Azər Sumqayıt şəhərində yerləşən Əşya bazarında dəmirçi işləyir və Teymur onun yanında sənəd öyrənmişdir. O Teymuru tanısa da, onunla heç bir münasibəti, əlaqəsi yoxdur və olmamışdır. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 13.11.2020-ci il tarixli, 9/4595 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və inşaat materialların satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan tədqiqat obyektlərinin, 16- 17 oktyabr 2020-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yol ilə şərti olaraq təxminən aşağıdakı müəyyən olunur: -altı ədəd, hər ədəddə 12 dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan, latun materiallarından İtaliya istehsalı olan təzə vəziyyətdə kollektorlar – 504 manat; -dörd ədəd hər ədəddə 06 (altı) dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan, latun materiallarından, İtaliya istehsalı olan təzə vəziyyətdə kollektorlar-168 manat; -iki ədəd ədəd, hər ədəddə 08 (səkkiz) dilimli istilik sisteminə quraşdırılması üçün nəzərdə tutulan, latun materialından İtaliya istehsalı olan təzə vəziyyətdə kollektorlar 112 manat; -iki yüz metr uzunluğunda 6 mm-lik miss materialdan, türkiyə istehsalı olan təzə vəziyyətdə elektrik naqili -120 manat; -yüz əlli metr uzunluğunda 2,5 mm-lik miss materialdan Türkiyə istehsalı olan təzə vəziyyətdə elektrik naqili – 45 manat. Tədqiqata təqdim edilməyən, qərarda qeyd edilən, lakin qiymətləndirilməyən bir ədəd İtaliya istehsalı olan təzə vəziyyətdə elektrikli smistitel faktiki ekspert baxış keçirilmədən, onun əmtəə görünüşünü, texniki göstəricilərini, hansı vəziyyətdə olmasını, mənəvi və fiziki köhnəlməyə və zədələnməsi hansı dərəcədə məruz qalmasını müəyyən etmədən tədqiqat və qiymətləndirmə aparılmadı. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 26.04.2021-ci il tarixli, 9/1784 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qyadada təxminən 243, 50 manat müəyyən edilir. Digər 4 adda mallar haqqında ətraflı məlumat (modeli, istehsal ili, istehsal yeri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 05.05.2021-ci il tarixli, 9/2080 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərinldə yerləşən ticarət şəbəkələrində və mağazalarda mövcud olan qiymətlərə və internet saytlarının məlumatlarına əsasən, ekspertizaya təqdim edilən bir ədəd üstündə «Kipor KDE 12 E A3 diesel generator, HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağının hazırki işlənmiş vəziyyətdə, 2021-ci ilin mart ayına, köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 5100 manat müəyyən edilir. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 18.06.2021-ci il tarixli, 9/3018 saylı rəyindən görünür ki,ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (nəzəri qaydada) ayrı-ayrı tarixlərə olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -A) Zərərçəkmiş şəxs3 məxsus təqdim edilmiş malların 2021-ci ilin mart ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 75,10 manat müəyyən edilir. -B)Zərərçəkmiş şəxs3 məxsus təqdim edilməyən 02 adda malların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8 manat, digər 3 adda maddar haqqında ətraflı məlumat (markası, modeli, istismar müddəti, diametri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. -Zərərçəkmiş şəxs1 məxsus təqdim edilmiş malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 90,80 manat müəyyən edilir. Digər təqdim edilməyən 3 adda mallar haqqında ətraflı məlumat (markası, modeli, istismar müddəti və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmin malların ayrı-ayrılıqda adları və qiyməti rəyin tədqiqat hissəsində göstərilmişdir. 1)Zərərçəkmiş şəxs3 məxsus təqdim edilmiş malların 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri: -15 manat dəyərində «Zubr» markalı, «ZD-550ER» modeli 550 Vt-luq kiçik ölçülü drel; -biri 50 qəpik üçü 1 manat 50 qəpik dəyərində olan drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo); -60 qəpik dəyərində olan 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubil; -20 manat dəyərində olan istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqonda; -biri 5 manat, ikisi 10 manat olan üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığı; -biri 5 manat, ikisi 10 manat olan üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığı; -02 manat dəyərində olan üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığı; -biri 50 qəpik, ikisi 1 manat olan istifadə olunmuş 02 ədəd kiçik ölçülü kəlbətin; -15 manat dəyərində olan üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynək. 2) Zərərçəkmiş şəxs3 məxsus təqdim edilməyən malların 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada: -03 manat dəyərində 03 metr uzunluğunda mis eletkrik uzadıcısı (udlinitel) -05 manat dəyərində 05 metr uzunluğunda mis eletkrik uzadıcısı (udlinitel) 3)Zərərçəkmiş şəxs1 məxsus təqdim edilmiş malların 2020-ci ilin oktyabr ayına olan orta bazar qiymətləri: -30 qəpik dəyərində olan BƏƏ istehsalı olan 2,5 mm diametrli, üzəri sarı-yaşıl rəngli izolyasiyalı istifadə olmuş 01 metr naqil; -50 qəpik dəyərində olan üzərində markalanmasına dair heç bir məlumat olmayan təzə vəziyyətdə üzəri sarı rəngli izolyasiyalı, təxminən 3,5 mm diametrli 1 top naqil -biri 45 manat, ikisi 90 manat olan üzərində «X12» yazıları olan 8 dilimli təzə vəziyyətdə kollektor. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 27.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 29.04.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 27.03.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 29.04.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-41/2022 saylı, 16.02.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarına gəlmədiyi üçün barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 2-ci PB-nin 125-2142-1222 saylı, 11.03.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 11.03.2022-ci il tarixdə tutulmuş və məhkəməyə təqdim olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-202/2022 saylı, 14.04.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmündən verilmiş şikayət təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)- 102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin 21-2/3-417 saylı, 11.05.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində hər hansı bir hökm Sumqayıt şəhər Probasiya Şöbəsinin icraatında yoxdur. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində 03 azyaşlı uşağı vardır (18.02.2009-ci il təvəllüdlü X3, 18.02.2009-ci il təvəllüdlü X8, 18.02.2009-ci il təvəllüdlü X4). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 3 saylı MKS tərəfindən verilmiş 474 nömrəli, 19.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Narkoloji Dispanser tərəfindən verilmiş 1247 nömrəli, 06.04.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir. İş materiallarında olan 17.07.2021-ci il tarixli qəbzdən görünür ki, «Zubr» markalı, «ZD-550ER» modeli 550 Vt-luq kiçik ölçülü drel, drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo), 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubil, istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqonda, üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığı, üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığı, üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığı, üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynək saxlanılması üçün Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarında olan 17.07.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən oğurladığı 2,5 mm diametrli, üzəri sarı-yaşıl rəngli izolyasiyalı istifadə olmuş 01 metr naqili, üzəri sarı rəngli izolyasiyalı, təxminən 3,5 mm diametrli 1 top naqili, 8 dilimli təzə vəziyyətdə olan 02 ədəd kollektoru saxlanılması üçün Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. İş materiallarında olan 17.07.2021-ci il tarixli qəbzdən görünür ki, bir ədəd üstündə «Kipor KDE 12 E A3 diesel generator, «HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağı saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-nin Hüquq şöbəsinin hüquqşünası Nümayəndə təhvil verilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 17.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özügedən oğurluq cinayətlərini gizli olaraq törətdiyini nəzərə alaraq, onların əməllərində Azərbaycan Respublikası CM-nin 180-cı maddəsinin, Şahid3 istintaqa təqdim etdiyi qaynatası Təqsirləndirilən şəxs2 AAY Dövlət Agentliyinin 1 saylı Tərəzi Məntəqəsinin ərazisindən oğurlayaraq gətirib onun yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi fərdi evin həyətinə qoyduğu 01 ədəd «Kipor KDE 12 E A3» markalı generatorun oğurluq yolu ilə əldə edildiyini bilmədiyindən onların barəsində qanunsuz olaraq bilə-bilə cinayət yolu ilə əldə edilmiş əmlakı alma vəya satmağa görə, yəni Azərbaycan Respublikası CM-nin 194cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barələrində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 himayəsində 03 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbayan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 27.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixdək həbsdə 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 137,50 (bir yüz otuz yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 25.03.2021-ci il tarixdən 27.03.2021-ci il tarixədək, 27.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixdək və 11.03.2022-ci il tarixdə həbsdə olduğu 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı,barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olan 87,50 (səksən yeddi manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa «Zubr» markalı, «ZD-550ER» modeli 550 Vt-luq kiçik ölçülü drel, drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo), 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubil, istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqonda, üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığı, üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığı, üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığı, üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynək saxlanılması üçün Zərərçəkmiş şəxs3, 2,5 mm diametrli, üzəri sarı-yaşıl rəngli izolyasiyalı istifadə olmuş 01 metr naqili, üzəri sarı rəngli izolyasiyalı, təxminən 3,5 mm diametrli 1 top naqili, 8 dilimli təzə vəziyyətdə olan 02 ədəd kollektoru saxlanılması üçün Zərərçəkmiş şəxs1 və bir ədəd üstündə «Kipor KDE 12 E A3» diesel generator, «HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağı saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-nin Hüquq şöbəsinin hüquqşünası Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-102/2022 saylı, 17.01.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş və çəkilməmiş 01 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 27.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 25.03.2021-ci il tarixdən 27.03.2021-ci il tarixədək, 27.04.2021-ci il tarixdən 29.04.2021-ci il tarixdək və 11.03.2022-ci il tarixdə həbsdə olduğu 05 (beş) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 10 (on) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 137,50 (bir yüz otuz yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs1, 87,50 (səksən yeddi manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. «Zubr» markalı, «ZD-550ER» modeli 550 Vt-luq kiçik ölçülü drel, drelə məxsus istifadə olunmuş 03 ədəd deşici başlıqlar (sverlo), 01 ədəd 11 sm ölçülü istifadə olunmuş zubil, istismar nəticəsində üzərində olan markalanma göstəriciləri silinmiş 01 ədəd göy rəngli kiçik ölçülü laqonda, üzərində «Uniflex» yazıları olan Türkiyə istehsalı 115x2,5x22,23 ölçülü 02 ədəd laqonda başlığı, üzərində «Majesta» yazıları olan 115x22 ölçülü 02 ədəd laqonda başlığı, üzərində markalanmasına dair heç bir məlumatı olmayan, 115x22 ölçülü 01 ədəd laqonda başlığı, üzərində «Alyans tekstil X19» MMC yazıları olan Azərbaycan istehsalı 01 dəst 46 ölçülü şalvar və köynək saxlanılması üçün Zərərçəkmiş şəxs3, 2,5 mm diametrli, üzəri sarı-yaşıl rəngli izolyasiyalı istifadə olmuş 01 metr naqili, üzəri sarı rəngli izolyasiyalı, təxminən 3,5 mm diametrli 1 top naqili, 8 dilimli təzə vəziyyətdə olan 02 ədəd kollektoru saxlanılması üçün Zərərçəkmiş şəxs1 və bir ədəd üstündə «Kipor KDE 12 E A3 diesel generator, HOT Muffler» markalanma yazıları olan istifadədə olmuş dizel yanacağı saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin «X2 Xidməti» MMC-nin Hüquq şöbəsinin hüquqşünası Nümayəndə qaytarılması nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar