Məhkəmə qərarları › İş №1(060)-41/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-41/2025

01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-41/2025 01.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Təqsirləndirilən şəxslər, eyni zamanda mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, SKZ yataqxana 2 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 29, 177.2.2, 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə hökm dəyişdirilərək üzərində 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 7(001)-505/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində fərdi evdə yaşamış, hazırki iş üzrə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, başqa iş üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 07 oktyabr 2023-cü il tarixdə, saat 23 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 qızma məxsus yaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı taxtın altında olan çantadan 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Aytən» yazılı qızıl boyunbağını, 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Xalidə» yazılı qızıl boyunbağını, 01 ədəd 765 manat dəyərində 585 əyarlı, 9 qram çəkidə üzərində «Zeynəb» yazılı qızıl boyunbağını, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı üzərində kulon olan qızıl boyunbağını, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 850 manat dəyərində 585 əyarlı 10 qram çəkidə «Quran» formalı kulonu olan qızıl boyunbağını, 01 cüt 510 manat dəyərində 585 əyarlı 6 qram çəkidə qızıl sırğanı, 01 ədəd 425 manat dəyərində 585 əyarlı 5 qram çəkidə halqa formasında qızıl sırğanı, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə yaşıl qaşlı qızıl üzüyü, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı tək qaş gül formalı qızıl üzükləri, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 3000 manat dəyərində 750 əyarlı 22 qram çəkidə brilliant qaşlı qızıl boyunbağını, 01 ədəd 2500 manat dəyərində 750 əyarlı 16 qram çəkidə brilliant qaşlı qızıl qolbağı, 01 ədəd 1500 manat dəyərində 750 əyarlı 10 qram çəkidə brilliant qaşlı qızıl sırğanı, 01 ədəd 1300 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 1000 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 800 manat dəyərində 750 əyarlı 5 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 12000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 4250 manat təşkil edən 2500 X10 dolları pulunu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 32980 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakım gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində X4 məxsus ünvan 6 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə yaşayış sahəsi hesab olunan 3 saylı mənzilin pəncərəsini mismarçıxaran alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzildə yataq otağında olan döşəyin altından zərər çəkmiş şəxs X11ma məxsus həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 16490 manat təşkil edən 9700 X10 dollar pulu, 30 manat pulu, 01 ədəd 425 manat dəyərində 585 əyarlı sadə model 5 qram çəkidə qızıl kulonu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 30000 manat pulu gizli talayıb, zərər çəkmiş şəxs Ruxsarə Əhmədovaya ümumilikdə xeyli miqdarda 16945 manat məbləğində, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə 30000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 Hüseyn oğluna məxsus ünvan 7 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, o isə yaşayış sahəsi hesab olunan 46 saylı mənzilin pəncərəsinin dəmir barmaqlıqlarmdakı qıfılı sındıraraq, pəncərəni açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin eyvanında olan şkafın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 02 ədəd ümumilikdə 2200 manat dəyərində hər biri 24 qram çəkidə İtaliya istehsalı briliant qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2400 manat dəyərində 40 qram çəkidə İtaliya istehsalı qalın qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2200 manat dəyərində 35 qram çəkidə Rusiya istehsalı qızıl üzüyü, 01 ədəd 4200 manat dəyərində 65 qram çəkidə tros tipli qızıl boyunbağını, 01 ədəd 3600 manat dəyərində 55 qram çəkidə nazik tros formalı üzərində qızıl kulon olan qızıl boyunbağını, 01 ədəd 640 manat dəyərində 8 qram çəkidə İtaliya istehsalı qızıl qolbağı, 01 ədəd 880 manat dəyərində 11 qram çəkidə Rusiya istehsalı qızıl qolbağı, 01 ədəd 3250 manat dəyərində 45 qram çəkidə İtaliya istehsalı qalın qızıl boyunbağını, 01 cüt 1600 manat dəyərində 22 qram çəkidə 03 ədəd qaşlı Rusiya istehsalı qızıl sırğanı, 02 ədəd ümumilikdə 1250 manat dəyərində 16 qram ölçüdə tək qaşlı Rusiya istehsalı qızıl sırğanı, 06 ədəd ümumilikdə 2400 manat dəyərində 30 qram çəkidə qızıl dişləri, 01 ədəd 2100 manat dəyərində 28 qram çəkidə Rusiya istehsalı «traktor» deyilən qalın qızıl boyunbağını, 01 ədəd 5300 manat dəyərində 75 qram çəkidə sırğa, boyunbağı, üzük, qolbaqdan ibarət Rusiya istehsalı qızıl komplekti, 4000 manat pulu, mənzilin yataq otağında olan şkafın içərisindən 3000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 340 manat təşkil edən 200 X10 dollar pulu gizli talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 39360 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 qızma məxsus ünvan 8 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 isə yaşayış sahəsi hesab olunan 26 saylı mənzilin pəncərəsini dəmir alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin yataq otağında olan mebelin ikinci dolabından 01 ədəd 850 manat dəyərində «Kəhrəba» qaşlı, 583 əyarlı 10 qram çəkidə qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl kulon, 01 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkidə firuzə qaşlı qızıl sırğanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 320 manat dəyərində 575 əyarlı 5 qram çəkidə üzərində xırda qaşlar olan «Cartier» qızıl üzüyü, 3000 manat dəyərində 30 qram çəkidə sünbül toxumalı qızıl qolbağı, 5200 manat dəyərində 50 qram çəkidə sünbül toxumalı qızıl qolbaq və sünbül toxumalı qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 10 qram çəkidə italyan istehsalı, qaşsız qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkidə çayka markalı qızıl saatı, 01 ədəd 500 manat dəyərində üzərində «Allah» yazılı kulon olan qızıl boyunbağını, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 460 manat dəyərində 7 qram çəkidə halqa formalı qızıl sırğanı, 3500 manat kağız əskinaslardan ibarət nəğd pulu, həmin mebelin dördüncü dolabından 1000 manat dəmir pullardan ibarət pulu, mənzilin yataq otağından 01 ədəd 150 manat dəyərində “Remington” markalı qadın saç fenini gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 18075 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 9 ünvanında yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış sahəsi hesab olunan mənzilə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan kamotun birinci dolabından zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 500 manat dəyərində 585 əyarlı klonla birlikdə qızıl boyunbağını, 01 ədəd 350 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 01 ədəd 250 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 01 ədəd 150 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 01 ədəd 650 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 01 ədəd 100 manat dəyərində 585 əyarlı qızıl qolbağı, 01 ədəd 450 manat dəyərində 585 əyarlı qızıl üzüyü, 450 manat dəyərində qolbaq, üzük, 1 cüt sırğa, 1 cüt boyunbağıdan ibarət gümüş komplektləri və 500 manat nağd pulu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ümumilikdə 3900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 dekabr 2023- cü il tarixdə saat 20 radələrində ünvan 10 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus yaşayış sahəsi hesab olunan mənzilə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan şkafın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 600 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl boyunbağını, 230 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl boyunbağını, 800 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl boyunbağını, 700 manat dəyərində Türk istehsallı 585 əyyarlı qızıl boyunbağını, 500 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl qolbağı, 350 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl qolbağı, 50 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl qolbağı, 50 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl qolbağı, 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 800 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl komplekti, 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 500 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl komplekti, 01 ədəd 200 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl üzüyü, 01 ədəd 150 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl üzüyü, 01 ədəd 230 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl üzüyü, 01 ədəd 470 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl üzüyü, 01 ədəd 120 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl üzüyü, 01 cüt 470 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl sırğanı, 01 cüt 470 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl sırğanı, 01 cüt 400 manat dəyərində Türk istehsallı 585 əyarlı qızıl sırğanı, 130 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət gümüş komplekti, 60 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət gümüş komplekti, 03 ədəd ümumilikdə 100 manat dəyərində olan gümüş boyunbağıları gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ümumilikdə 7380 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 03 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan dolabın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2750 manat dəyərində qızıl komplekti, 03 ədəd ümumilikdə 300 manat dəyərində gümüş üzüyü, 01 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 01 ədəd 900 manat dəyərində qızıl klonu, 01 ədəd 1050 manat dəyərində qızıl üzüyü, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını və 7000 manat nağd pulu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 15000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Digər Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 07 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 qızma məxsus yaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı taxtın altında olan çantadan 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Aytən» yazılı qızıl boyunbağını, 01 ədəd 680 manat dəyərində 585 əyarlı, 8 qram çəkidə üzərində «Xalidə» yazılı qızıl boyunbağını, 01 ədəd 765 manat dəyərində 585 əyarlı, 9 qram çəkidə üzərində «Zeynəb» yazılı qızıl boyunbağını, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı üzərində kulon olan qızıl boyunbağını, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə qızıl boyunbağını, 01 ədəd 850 manat dəyərində 585 əyarlı 10 qram çəkidə «Quran» formalı kulonu olan qızıl boyunbağını, 01 cüt 510 manat dəyərində 585 əyarlı 6 qram çəkidə qızıl sırğanı, 01 ədəd 425 manat dəyərində 585 əyarlı 5 qram çəkidə halqa formasında qızıl sırğanı, 01 ədəd 340 manat dəyərində 585 əyarlı 4 qram çəkidə yaşıl qaşlı qızıl üzüyü, 02 ədəd 1020 manat dəyərində hər biri 6 qram olmaqla 585 əyarlı tək qaş gül formalı qızıl üzükləri, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 3000 manat dəyərində 750 əyarlı 22 qram çəkidə brilliant qaşlı qızıl boyunbağını, 01 ədəd 2500 manat dəyərində 750 əyarlı 16 qram çəkidə brilliant qaşlı qızıl qolbağı, 01 ədəd 1500 manat dəyərində 750 əyarlı 10 qram çəkidə brilliant qaşlı qızıl sırğanı, 01 ədəd 1300 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 1000 manat dəyərində 750 əyarlı 7 qram çəkidə brilliant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 800 manat dəyərində 750 əyarlı 5 qram çəkidə brilliant qaşlı qadın qızıl üzüyü, 12000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 4250 manat təşkil edən 2500 X10 dolları pulunu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 32980 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 28 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində X4 məxsus ünvan 6 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, o isə yaşayış sahəsi hesab olunan 3 saylı mənzilin pəncərəsini mismarçıxaran alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzildə yataq otağında olan döşəyin altından zərər çəkmiş şəxs X11ma məxsus həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 16490 manat təşkil edən 9700 X10 dollar pulu, 30 manat pulu. 01 ədəd 425 manat dəyərində 585 əyarlı sadə model 5 qram çəkidə qızıl kulonu, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qızma məxsus 30000 manat pulu gizli talayıb, zərər çəkmiş şəxs Ruxsarə Əhmədovaya ümumilikdə xeyli miqdarda 16945 manat məbləğində, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə 30000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 14 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 Hüseyn oğluna məxsus ünvan 7 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən o, kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 isə yaşayış sahəsi hesab olunan 46 saylı mənzilin pəncərəsinin dəmir barmaqlıqlarındakı qıfılı sındıraraq, pəncərəni açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin eyvanında olan şkafın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 02 ədəd ümumilikdə 2200 manat dəyərində hər biri 24 qram çəkidə İtaliya istehsalı briliant qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2400 manat dəyərində 40 qram çəkidə İtaliya istehsalı qalın qaşlı qızıl üzüyü, 02 ədəd ümumilikdə 2200 manat dəyərində 35 qram çəkidə Rusiya istehsalı qızıl üzüyü, 01 ədəd 4200 manat dəyərində 65 qram çəkidə tros tipli qızıl boyunbağını, 01 ədəd 3600 manat dəyərində 55 qram çəkidə nazik tros formalı üzərində qızıl kulon olan qızıl boyunbağını, 01 ədəd 640 manat dəyərində 8 qram çəkidə İtaliya istehsalı qızıl qolbağı, 01 ədəd 880 manat dəyərində 11 qram çəkidə Rusiya istehsalı qızıl qolbağı, 01 ədəd 3250 manat dəyərində 45 qram çəkidə İtaliya istehsalı qalın qızıl boyunbağını, 01 cüt 1600 manat dəyərində 22 qram çəkidə 03 ədəd qaşlı Rusiya istehsalı qızıl sırğanı, 02 ədəd ümumilikdə 1250 manat dəyərində 16 qram ölçüdə tək qaşlı Rusiya istehsalı qızıl sırğanı, 06 ədəd 2400 manat dəyərində 30 qram çəkidə qızıl dişləri, 01 ədəd 2100 manat dəyərində 28 qram çəkidə Rusiya istehsalı «traktor» deyilən qalın qızıl boyunbağını, 01 ədəd 5300 manat dəyərində 75 qram çəkidə sırğa, boyunbağı, üzük, qolbaqdan ibarət Rusiya istehsalı qızıl komplekti, 4000 manat pulu, mənzilin yataq otağında olan şkafın içərisindən 3000 manat və həmin dövrün Azərbaycan manatı məzənnəsi ilə 340 manat təşkil edən 200 X10 dollar pulu gizli talayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 39360 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs5 qızma məxsus ünvan 8 ünvanına gəldikdən sonra aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə pusquda durmuş, o isə yaşayış sahəsi hesab olunan 26 saylı mənzilin pəncərəsini dəmir alətlə açıb, mənzilə qanunsuz daxil olaraq, həmin mənzilin yataq otağında olan mebelin ikinci dolabından 01 ədəd 850 manat dəyərində «Kəhrəba» qaşlı, 583 əyarlı 10 qram çəkidə qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində 583 əyarlı 10 qram çəkidə qızıl kulon, 01 ədəd 425 manat dəyərində 583 əyarlı 5 qram çəkidə firuzə qaşlı qızıl sırğanı, zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 320 manat dəyərində 575 əyarlı 5 qram çəkidə üzərində xırda qaşlar olan «Cartier» qızıl üzüyü, 3000 manat dəyərində 30 qram çəkidə sünbül toxumalı qızıl qolbağı, 5200 manat dəyərində 50 qram çəkidə sünbül toxumalı qızıl qolbaq və sünbül toxumalı qızıl boyunbağını, 01 ədəd 600 manat dəyərində 10 qram çəkidə italyan istehsalı, qaşsız qızıl üzüyü, 01 ədəd 700 manat dəyərində 583 əyarlı 10 qram çəkidə çayka markalı qızıl saatı, 01 ədəd 500 manat dəyərində üzərində “Allah” yazılı kulon olan qızıl boyunbağını, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə qızıl boyunbağını. 01 ədəd 460 manat dəyərində 7 qram çəkidə halqa formalı qızıl sırğanı, 3500 manat kağız əskinaslardan ibarət nəğd pulu, həmin mebelin dördüncü dolabından 1000 manat dəmir pullardan ibarət pulu, mənzilin yataq otağından 01 ədəd 150 manat dəyərində “Remington” markalı qadın saç fenini gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 18075 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 03 dekabr 2023-cü il tarixdə saat 21 radələrində ünvan 11 ünvanında yerləşən Zərərçəkmiş şəxs8 məxsus yaşayış sahəsi hesab olunan mənzilə hər ikisi birlikdə pəncərədən qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan dolabın içərisindən zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 2750 manat dəyərində qızıl komplekti, 03 ədəd ümumilikdə 300 manat dəyərində gümüş üzüyü, 01 ədəd 1000 manat dəyərində qızıl qolbağı, 01 ədəd 900 manat dəyərində qızıl klonu, 01 ədəd 1050 manat dəyərində qızıl üzüyü, 01 ədəd 2000 manat dəyərində qızıl boyunbağını və 7000 manat nağd pulu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs8 ümumilikdə 15000 manat məbləğində maddi ziyan vurmaqla xeyli miqdarda oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o oğurluq cinayətinə görə 2015-ci il məhkum edilmiş, cəza çəkərkən Təqsirləndirilən şəxs2 ilə tanış olmuş, azadlığa çıxdıqdan sonra Təqsirləndirilən şəxs2 ilə tanışlıq münasibətlərini davam etdirmişlər. Sonradan hər ikisi birgə oğurluq məsələsinə görə yenidən məhkum edilmişlər və 2023-cü ildə azadlığa çıxmışlar. Azadlığa çıxdıqdan sonra o heç bir qanunsuz iş görməmiş və ya hər hansı oğurluq hadisəsi törətməmişdir. Onlar obyekt icarəyə götürüb işlətmişlər. 05 dekabr 2023-cü il tarixdə polis əməkdaşları obyektə gəlmiş, onları polis idarəsinə aparmışlar, idarədə onların hər ikisini döyərək işgəncə vermişlər. Həmçinin oğurluq hadisələrini etiraf etməsələr Təqsirləndirilən şəxs2 13 yaşlı bacısı qızını da oğurluqla bağlı polisə gətirəcəkləri ilə təhdid etmişlər. Onlar da oğurluq etdiklərini etiraf etmək məcburiyyətində qalmışlar. Daha sonra müstəntiq oğurluq olan evləri onlara göstərmiş, onlar da məcbur olaraq guya həmin evlərdən oğurluq etdiklərini bildirmişlər. Halbuki o, azadlığa çıxdıqdan sonra hər hansı oğurluq etməmişdir. O istintaq zamanı etirafedici ifadələri təsirə və təzyiq altında vermişdir. 17 iyun 2024-cü il tarixdə artıq azadlıqda olmuş və həmin vaxt ifadə verərəkən ona qarşı hər hansı fiziki təsir və ya təzyiq olmamışdır. Həmin tarixdə ona görə təkrar etirafedici ifadə vermişdir ki, etirafedici ifadə vermədiyi halda müstəntiq onun yenidən həbsə göndəriləcəyini bildirmişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında qismən ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, şübhəli şəxs qismində tutulana qədər Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivində qalan dostu Təqsirləndirilən şəxs2 evində yaşamışdır. Onun valideynlərinin hər ikisi rəhmətə getmişdir. Əvvəllər Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə Sumqayıt şəhər məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 11 saylı cəzaçəkmə müəssəsində çəkmişdir. 24 iyul 2023-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs2 bir neçə ildir ki, tanıyır. Tural ilə 14 saylı cəzaçəkmə müəssəsində tanış olmuşdur. Orada onlar arasında səmimi münasibət yaranmışdır. Azadlığa çıxdıqdan sonra onların münasibətləri davam etmişdir. O, bir neçə müddətdir ki, Turalın evində yaşayır. Azadlığa çıxdıqdan sonra maddi vəziyyətləri aşağı olduğu üçün Sumqayıt şəhəri ərazisində Tural ilə birlikdə, həmçinin özü təklikdə bir neçə yerdən oğurluq etmişdir. O, Tural ilə axşam saatlarında yaşayış binaların 1-ci mərtəbələrində yerləşən mənzillərə pəncərədən daxil olub oğurluq etmək barədə razılığa gəlmişlər. Bundan sonra onlar Sumqayıt şəhəri ərazisində müxtəlif yaşayış binaların 1-ci mərtəbəsində yerləşən mənzillərə pəncərələrdən daxil olaraq oğurluq etmişlər. Oğurladıqları pulları, həmçinin oğurladıqları qızıl-zinyət əşyalarını da satıb pulunu aralarında bölmüşlər. Belə ki, onlar ilkin olaraq mənzillərə daxil olmazdan əvvəl işıq yanmayan mənzillərin qapısını döymüşlər, daha sonra qapının açılmadığını gördükdən sonra mənzildə heç kimin olmamasına əmin olmuşlar və bundan sonra həmin mənzillərə arxa pəncərələrdən daxil olmuşlar. Belə ki, 07 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Turalla birlikdə oğurluq etmək üçün ev axtarmışlar. Bu zaman Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi, 6A saylı binanın qarşısından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işığının yanmadığını görmüşlər. O, əvvəlcə həmin mənzilin qapısını döyüb gözləmiş, lakin mənzilin qapısını açan olmamış və onlar mənzildə heç kimin olmadığını başa düşmüşlər. Bundan sonra o, müxtəlif qapıları açmaq üçün istifadə olunan açara oxşayan alətlə evin giriş qapısını açmış və Turalla birlikdə mənzilə daxil olmuşlar. Həmin vaxt mənzildə axtarış apardıqda sonra mənzilin yataq otağının taxta materialdan olan qapısının dəstəyini qırdıqdan sonra içəri daxil olmuşlar. Onlar yataq otağında axtarış apardıqdan sonra çarpayının altında olan çantanı açmışlarş Həmin çantadan qızıl-zinyət əşyaları və nağd pul tapmışlar. Pulları sayan zaman pulların 2500 ABŞ dollar və 15000 manat olduğunu müəyyən etmişlər. Daha sonra onlar pulları və qızılzinyət əşyalarını götürüb evdən çıxmışlar. Həmin evdən oğurladıqları qızıl-zinyət əşyaları həcmcə çox olmuşdur. Həmin qızıl-zinyət əşyalarını Tural sonradan ona məlum olmayan yerdə satmışdır. Onlar əldə olunmuş pulları oğurladıqları pullar ilə birlikdə öz aralarında bölmüşlər. O, əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 28 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 2-ci məhəllədə yerləşən 1A/6 saylı yaşayış binasının yanından keçən zaman 1-ci blokun 1-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüşlər. Tural həmin mənzilin qapısını döymüş, lakin açan olmamışdır. Onlar mənzildə heç kimin olmadığına əmin olmuşlar. Onlar sonra binanın arxa tərəfinə keçmişlər, həmin mənzilin binanın arxasına baxan 2 pəncərəsinin olduğunu görmüşlər. Sağ tərəfdə olan pəncərənin üzərində quraşdırılmış dəmir barmaqlığın yuxarı hissəsində olan nəfəsliyin qıfılı açıq olmuşdur. Onlar Turalın həmin yerdən mənzilə daxil olmasını qərara almışlar. Onlar orada yaxınlıqda yerləşən qarajların yanında bir az gözləmişdişlər. Ətrafdan onları kiminsə görmədiyinə əmin olduqdan sonra Tural həmin mənzilin pəncərəsinə dəmir barmaqlıq vasitəsilə qalxmış, nəfəsliyi kənara çəkib özündə olan mismarçıxaran alətlə plastik pəncərəni açmış və dəmir barmaqlığın nəfəslik yerindən mənzilə daxil olmuşdur. O, isə aalarında olan razılaşmaya əsasən çöldə durub Turalı gözləmişdir.. Az sonra Tural mənzilə daxil olduğu yerdən geri qayıdıb çıxmışdır. Tural mənzildən 2200 ABŞ dolları, 27 manat pul və 01 ədəd qızıl əşya götürdüyünü bildirmişdir. Onlar həmin ərazidən uzaqlaşmışlar. Yolda olarkən Tural pullardan 1100 ABŞ dollarını ona vermiş, 27 manat pul və 01 ədəd qızıl klonu isə Tural özündə saxlamışdır. Bundan başqa, onlar 14 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində yerləşən 17/21 saylı binanın qarşısına gəlmişlər. Yaşayış binasının yanından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görmüşlər. Onların razılaşmalarına əsasən Tural həmin mənzilin qapısını döymüş və qapını açan olmadığı üçün mənzildə heç kimin olmadığına əmin olmuşlar. Onlar daha sonra binanın arxa tərəfinə keçmişlər. Həmin mənzilin binanın arxa hissəsində pəncərəsi olmuşdur. Tural həyətdə gözləmişdir. O, birinci mərtəbədə yerləşən mənzilin pəncərəsində olan dəmir barmaqlığın qıfılını özündə olan dəmir alətlə sındırmış və pəncərəni açıb içəriyə girmişdir. O, mənzilə daxil olduqdan sonra evi axtarsa da, heç nə tapmamışdır. Evin eyvanında olan şkafa baxan zaman pul və qızıl zinət əşyalarının olmadığını görmüşdür. O, dərhal pul və qızıl əşyaları götürüb cibinə qoymuş və mənzilə daxil olduğu yerdən bayıra çıxmışdır. Bundan sonra Tural ilə birlikdə oradan uzaqlaşmışlar. Onlar həmin ərazidən uzaqlaşdıqdan sonra pulu saymışlar. 7000 manat və 200 ABŞ dollar olmasını müəyyən etmişlər. Onlar həmin pulu öz aralarında yarı bölmüşlər. Bundan başqa cibində olan bir neçə ədəd qızıl-zinət əşyalarını da çıxararaq satması üçün Turala vermişdir. Səhəri gün Tural Bakı şəhəri Moskva univermağında yerləşən qızıl-zinət əşyaları satılan dükana getmiş, həmin qızılları özünə məxsus olan qızıl kimi təqdim edərək 1400 manata satmışdır. Onlar həmin pulu da öz aralarında yarı bölmüşlər. Bundan başqa, onlar 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən evlərdən oğurluq etmək məqsədilə binaların arası ilə gəzmişlər. Həmin vaxt ərazidə olan binaların birinci mərtəbəsində yerləşən mənzilin işiqlarının yanmadığını görmüşlər. O, həmin mənzilin qapısını döymüş, lakin qapını açan olmamışdır. Daha sonra Tural pəncərədən içəri daxil olmuşdur. O isə bayırda hər hansı bir təhlükə baş verərsə Turala xəbər etməsi üçün gözləmişdir. Həmin mənzilin giriş hissəsi binanın qarşısı olduğu üçün evin arxa tərəfindən içəriyə girməyi planlaşdırmışlar. Ona görə də hər ikisi mənzilin arxa tərəfinə keçmişlər. Tural mənzilin arxa tərəfindən hündür olan yerə qalxaraq pəncərənin dəmir barmaqlığını yerindən çıxartmışdır. Bundan sonra Tural özləri ilə gətirdikləri dəmir alətlə pəncərəni açmışdır. Bundan sonra Tural içəriyə daxil olmuşdur. O, isə ətrafı müşahidə etməyə başlamışdır. Az sonra Tural mənzildən çıxaraq evdən qızıl zinət əşyaları və 50 qəpiklik dəmir pullar oğurladığını bildirmişdir. Daha sonra birlikdə oradan uzaqlaşmışlar. Bundan sonra Tural Bakı şəhərinə gedərək Moskva univermağı ilə üzbəüz yerləşən qızıl dükanında həmin qızılları lom kimi sataraq 2350 manat pul əldə etmişdir. Onalar əldə etdikləri pulu öz aralarında bölüşdürmüşlər. Bundan başqa o, 30 noyabr 2023-cü il tarixdə saat 21:30 radələrində Sumqayıt şəhəri, 30-cu məhəllə ərazisində olarkən 7/2 saylı binanın arxasında 1-ci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görmüşdür. O, əvvəlcə binanın qarşı tərəfinə keçərək həmin mənzilin qapısını döymüş və evdə kimin olub-olmamasını müəyyən etmək üçün gözləmişdir. Lakin, bir neçə dəqiqə qapını döysə də, mənzilin qapısını açan olmamış və o, mənzildə heç kimin olmadığını başa düşmüşdür. Bundan sonra o, binanın arxasına gəlmiş və orada mənzilin pəncərəsinə yaxınlaşmışdır. Daha sonra o, pəncərənin dəmir barmaqlıqlarının qapısının kilidini dəmir əşya ilə qırmış və plastik pəncərəyə dəmir əşya salıb açmışdır. Sonra o, mənzilə daxil olmuş və mənzili axtarmağa başlamışdır. Həmin vaxt mənzilin yataq otağındakı kamotun siyirməsindən qızıl-zinət əşyaları və 500 manat nağd pul tapmış və onları götürmüşdür. Sonra evin qonaq otağındakı şkafda bir ədəd balaca qutu görmüş, həmin qutunu açmadan onu götürüb pəncərədən çıxmış və hadisə yerindən uzaqlaşmışdır. O, mənzilə daxil olan zaman mənzilin giriş qapısının yanında açar görmüş, kimsənin qapını aça bilməməsi üçün həmin açarı mənzilin qapısına taxmışdır. O, götürdüyü qızılları növbəti gün Bakı şəhəri, Nəsimi rayonu, 28 May metrostansiyası yaxınlığına aparmış və orada tanımadığı şəxsə 2000 manat müqabilində satmışdır. O, əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin mənzildən çıxdıqdan sonra oğurladığı qutunun içərisində yalnız avtomobillərə dair sənədlər olduğu olmuş və həmin qutunu sənədlərlə birlikdə zibilliyə tullamışdır. Bundan başqa, o, 02 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində olarkən 16 saylı binanın arxasında 1-ci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görmüşdür. O, əvvəlcə binanın qarşı tərəfinə keçərək qapını döymüş və evdə kiminsə olub-olmamasını müəyyən etməsi üçün gözləmişdir. Lakin bir neçə dəqiqə qapını döysə də, mənzilin qapısını açan olmamış və mənzildə heç kim olmadığını başa düşmüşdür. Bundan sonra o, binanın arxasına gəlmiş və orada mənzilin eyvanına daxil olmuşdur. Daha sonra eyvanda plastik qapını yerdən tapdığı dəmir əşya ilə açmış və mənzilə daxil olmuşdur. Yataq otağında olan şkafın içərisindən qızıl-zinyət əşyaları tapmış və hadisə yerindən uzaqlaşmışdır. O, bu barədə tanışı Təqsirləndirilən şəxs2 bir söz deməmişdir. Mənzildən oğurladığı qızıl-zinət əşyalarını isə Bakı şəhəri, Nəsimi rayonu 28 May metrostansiyası yaxınlığındakı mağazalara satmış və əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 03 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs2lə birlikdə oğurluq etmək üçün ev axtaran zaman Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E saylı binanın arxasından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işığının sönülü olduğunu görmüşlər. O, əvvəlcə həmin mənzilin qapısını döymüş, lakin qapını açan olmamışdır. Lakin o, bir neçə dəqiqə qapını döysə də, mənzilin qapısını açan olmamış və onlar mənzildə heç kimin olmamasını başa düşmüşlər. Bundan sonra Turalla birlikdə binanın arxasına keçərək mənzilin pəncərəsinə yaxınlaşmışlar. O, Turalla qıfılı sındırmış və dəmir barmaqlıqların qapısını açmışlar, daha sonra isə mənzilin plastik pəncərəsini güc tətbiq etməklə açmışlar və Turalla mənzilə daxil olmuşlar. Həmin vaxt mənzildə axtarış aparmışlar və mənzilin yataq otağındakı dolabın siyirmələrindən pul və qızıl-zinət əşyaları tapmışlar. Pulu saydıqda 7000 manat olmasını müəyyən etmişlər. Sonra Turalla pulları və qızıl-zinət əşyaların götürüb evdən çıxmışlar. Qızıl-zinət əşyalarını o, aparıb satmaq üçün Turala vermişdir. Növbəti gün Tural qızılları satıb onun yanına gəlmiş və onlar oğurladıqları pul ilə birlikdə qızıl əşyaların satışından əldə olunan pulu öz aralarında bölmüşlər. O, pullarını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O, əlavə olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs8 məxsus mənzilə oğurluq üçün daxil olan zaman Turalın üzündə tibbi maska olmuşdur. Lakin o, mənzildən çıxan zaman Turalın üzündəki tibbi maskanı üzündə görməmişdir. O, Zərərçəkmiş şəxs5 mənzilinə daxil olmamış, mənzilə Tural daxil olmuş, sonuncu məznildə çıxarkən ona 50 qəpik dəmir pullar və qızıl-zinyət əşyalarının oğurladığını bildirmişdir. O, qızıl-zinyət əşyalarının və dəmir pulların cəmi məbləğini bilməmişdir. Lakin onlar qızıl əşyalarının satışından 2350 manat pul əldə etmişlər. Onun oğurlanmış qalan pul və fendən məlumatı olmamışdır. Onıar 28 oktyabr 2023-cü il tarixdə daxil olduqları mənzildən 2200 ABŞ dolları, 27 manat pul və 01 ədəd qızıl əşya kulon oğurlamışlar, lakin qalan pullardan heç bir məlumatı yoxdur. Əvvəlki ifadələrində X2 yaşadığı mənzildən və Zərərçəkmiş şəxs5 yaşadığı mənzildən oğurluq cinayətlərini Təqsirləndirilən şəxs2 və X16 ilə birlikdə törətdiyini göstərsə də, bunu yalan demişdir. Əslində həmin mənzillərdən oğurluq cinayətlərini Təqsirləndirilən şəxs2lə birlikdə törətmişdir. Sadəcə olaraq Şirinbala Əhmədov və Zərərçəkmiş şəxs5 mənzillərindən oğurlanmış əmlakların dəyəri və pulların məbləğini gələcəkdə ödəməli olduqları üçün Sahil Orucovun da adını qeyd etməyi və sonuncu da gələcəkdə paylarına düşən ödənişdən ödəniş etməyi Təqsirləndirilən şəxs2lə düşünmüşlər. Lakin sonradan o, Turalla oturub düşünmüş və Sahil Orucova qarşı haqsızlıq etdiklərini başa düşmüşlər. Buna görə də düzünü danışmağı qərarlaşdırmışlar. Əslində o, oğurluq hadisəsini Turalla birlikdə etmişlər və Sahil Orucov onlarla heç bir oğurluqda iştirak etməmişdir. O, həqiqətən də Sumqayıt ŞPİ-də döyülmüş və elektroşokla bədəninə tok verilmişdir. Lakin, ifadəsində göstərdiyi oğurluq cinayətlərini törətmiş və bunu hazırda da etiraf edir. Oğurluq cinayətlərini törədən zaman onları kənardan görən olmamışdır. Turalın “Moskva” Univermağı adlanan qızıl-alqı satqısı yerində tanışı var və Tural oğurladıqları qızılların çox hissəsini həmin tanışına satmışdır. Bu barədə başqa heç bir məlumatı yoxdur. Tural arada siqaret çəkir. 14 noyabr 2023-cü il tarixdə törətdikləri oğurluq hadisəsi zamanı Tural çöldə gözləmiş və həmin gün siqaret çəkmişdir. Aşkar olunmuş siqaret kötüyü Turalın çəkdiyi siqaret olduğunu ehtimal edir (3-cü cild 132-136-cı vərəqələrdə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol). Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər cinayət törətdiyi üçün məhkum olunmuşdur. O, Təqsirləndirilən şəxs1la 14 saylı cəzaçəkmə müəssisəsində tanış olmuşdur. Hər ikisi azadlıqdan çıxdıqdan sonra obyekt icarəyə götürüb işlətmişlər. Daha sonra polis əməkdaşları obyektə gəlmiş, onları idarəyə aparmışlar. İdarədə hər ikisini döyərək, işgəncə verərək və bədəninə elektrik verməklə oğurluq etdiklərini etiraf etməyə məcbur etmişlər. Həmçinin polis əməkdaşları onlara əgər oğurluq hadisələrini etiraf etməsələr onun 13 yaşlı bacısı qızı ilə təhdid etmişlər. Onlar da oğurluq etdiklərini etiraf etmək məcburiyyətində qalmışlar. Müstəntiq oğurluq olan evləri onlara göstərmiş, onlar da məcbur olaraq guya həmin evlərdən oğurluq etdiklərini bildirmişlər. Halbuki o, azadlığa çıxdıqdan sonra hər hansı oğurluq etməmişdir. O, ağır xəstəlikdən əziyyət çəkdiyi üçün maska taxır. Onun maska taxmağının oğurluq hadisəsi ilə heç bir əlaqəsi yoxdur. Aşkar olunmuş siqaret kötüyü də ona aid deyil. Onun Moskva univermağında işləyən Elnur adlı şəxsə satdığı qızıl-zinət əşyaları oğurluq olmamış, tanışına məxsus olmuşdur. Lakin, hazırda xəstəliyi ilə bağlı həmin tanışını xatırlamır. Daha sonra müstəntiq oğurluq olan evləri onlara göstərmiş, onlar da məcbur olaraq guya həmin evlərdən oğurluq etdiklərini bildirmişlər. Halbuki o, azadlığa çıxdıqdan sonra hər hansı oğurluq etməmişdir. O istintaq zamanı etirafedici ifadələri təsirə və təzyiq altında vermişdir. 23 may 2024-cü il tarixdə artıq azadlıqda olmuş və həmin vaxt ifadə verərəkən ona qarşı hər hansı fiziki təsir və ya təzyiq olmamışdır. Lakin, həmin ifadəni müstəntiq ona xəstəxanada gətirib imzalatdırmış, o özündə olmadığı üçün həmin ifadənin mahiyyətinin nədən ibarət olmasını ümumiyyətlə başa düşməmişdir. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələri arasında qismən ziddiyyət yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri Yaşıl dərə bağlar massivində ailəsi ilə birlikdə yaşayır. O, Sumqayıt şəhəri Corat qəsəbəsində dəniz kənarında yerləşən çayxana işlətmişdir. O, ilk dəfə Rusiya Federasiyasının Nijnivartov şəhərində oğurluq etdiyi üçün məhkəmənin 2013cü il tarixli qərarına əsasən cərimə cəzasına məhkum olunmuş və RF-dan deport olunmuşdur. Bundan sonra Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2018-ci il hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, cəzasının 01 il 11 ay müddətini çəkdikdən sonra ona hökmlə təyin olunmuş cəzaçəkmə müəssisəsinin rejimi dəyişdirilmiş və o, məntəqə tipli cəzaçəkmə müəssəsinə keçirilmişdir. Həmin cəzasını çəkib qurtardıqdan sonra Sumqayıt şəhər məhkəməsinin 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını 1 saylı cəzaçəkmə müəssəsində çəkmişdir. O, cəzaçəkdiyi müəssisəyə mobil telefon keçirtdiyi üçün barəsində CM-nin 317-2.1-ci maddəsi ilə başqa cinayət işi başlanmış və cəzasının üzərinə 02 ay əlavə edilmişdir. O, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. O, Təqsirləndirilən şəxs1 ilə 14 saylı cəzaçəkmə müəssəsində olan zaman tanış olmuşdur. Həmin vaxtdan sonra aralarında səmimi münasibət yaranmışdır. Azadlığa çıxdıqdan sonra onların münasibətləri davam etmişdir. Rəşadın evi və heç kimi olmadığı üçün onunla birlikdə qalmışdır. Azadlığa çıxdıqdan sonra onların maddi imkanları aşağı olduğu üçün Sumqayıt şəhəri ərazisində Rəşad ilə birlikdə bir neçə yerdən oğurluq cinayətləri törətməyi qərara almışlar. Rəşad ilə aralarında axşam saatlarında yaşayış binaların 1-ci mərtəbələrində yerləşən mənzillərə pəncərədən daxil olaraq oğurluq etmək barədə razılığa gəlmişlər. Bundan sonra Sumqayıt şəhəri ərazisində müxtəlif ərazilərdə yerləşən yaşayış binaların 1-ci mərtəbəsində yerləşən mənzillərə pəncərələrdən daxil olub oğurluq etmişlər, oğurladıqları pulları, həmçinin oğurladıqları qızıl-zinyət əşyalarının da satıb pulunu aralarında bölmüşlər. Belə ki, mənzillərə daxil olmazdan əvvəl mənzilin işığının yanmadığını gödükdən sonra sakinlərin evdə olmadığını başa düşmüşlər və həmin mənzillərin qapısını döydükdən sonra heç kimin açmadığını görmüşlər və bundan sonra həmin mənzillərə binanın arxa tərəfində olan pəncərələrdən daxil olmuşlar. Belə ki, o, 07 oktyabr 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək üçün ev axtarmışlar. Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində 6A saylı binanın qarşısından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işığının sönülü olduğunu görmüşlər. Təqsirləndirilən şəxs1 əvvəlcə həmin mənzilin qapısını döymüş və evdə kiminsə olub-olmamasını müəyyən etmək üçün gözləmişdir. Lakin Rəşad bir neçə dəqiqə qapını döysə də mənzilin qapısını açan olmamış və onlar mənzildə heç kim olmadığını başa düşmüşlər. Bundan sonra Rəşad özündə olan müxtəlif qapıları açmaq üçün istifadə olunan açara oxşayan alətlə evin giriş qapısını açmış və onlar birlikdə mənzilə daxil olmuşlar. Həmin vaxt mənzildə axtarış aparmışlar və mənzilin yataq otağının taxta materialdan olan qapısının dəstəyini qırıb içəri daxil olmuşlar. Yataq otağında axtarış apardıqdan sonra taxtın altında olan çantanı görüb açmışlar. Həmin çantada qızıl-zinyət əşyaları və nağd pul tapmışlar. Pulları saydıqda pulların 2500 ABŞ dollar və 15000 manat olduğunu müəyyən etmişlər. Sonra Təqsirləndirilən şəxs1la pulları və qızıl-zinət əşyaların götürüb evdən çıxmışlar. Qızıl-zinət əşyalarını Rəşad ona satmaq üçün vermişdir. O da həmin qızılları götürmüş və növbəti gün, yəni 08 oktyabr 2023-cü il tarixdə həmin qızılları apararaq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» Univermağında qızıl alqı-satqısı ilə məşğul olan Elnur adlı tanışına satmışdır. O, Elnuru bir neçə ildir ki, tanıyır. Elnur ondan qızılların kimə məxsus olmasını soruşan zaman o, həmin qızılların anasına məxsus olduğunu yalandan Elnura demişdir. Elnurdan qızıllara görə aldığı pulun məbləği təxminən 2000 manat olmuşdur. O, həmin pulu aldıqdan sonra Rəşadla görüşmüş və oğurladıqları pullar ilə birlikdə qızılların satışından əldə etdikləri pulları öz aralarında bölüşdürmüşlər. Sonradan o, pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o, 28 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 2-ci məhəllədə yerləşən 1A/6 saylı yaşayış binasının yanından keçən zaman 1-ci blokun 1-ci mərtəbəsində yerləşən mənzilin işıqlarının yanmadığını görmüşlər və Rəşad həmin mənzilin qapısını döymüş, lakin qapını açan olmamışdır. Onlar mənzildə heç kimin olmadığına əmin olmuşlar. Onlar daha sonra binanın arxa tərəfinə keçmişlər. Həmin mənzilin binanın arxasına baxan 2 pəncərəsi olmuş, sağ tərəfdəki pəncərənin üzərində quraşdırılmış dəmir barmaqlığın yuxarı hissəsindəki nəfəsliyin qıfılı açıq olmuş və onlar həmin yerdən mənzilə daxil olmağa qərara gəlmişlər. Onlar yaxınlıqda yerləşən qarajların yanında biraz durduqdan sonra ətrafdan onları kiminsə görmədiyinə əmin olmuşlar, o, həmin mənzilin qeyd etdiyi pəncərəsinə dəmir barmaqlıq vasitəsilə qalxmış, nəfəsliyi kənara çəkmiş və özündə olan mismarçıxaran alətlə plastik pəncərəni açmış və dəmir barmaqlığın nəfəslik yerindən mənzilə mətbəxə daxil olmuşdur. Rəşad isə aralarında olan razılaşmaya əsasən görə çöldə gözləmişdir. O, mənzilə daxil olduqdan sonra özündə olan alışqanın işığı ilə mənzilin yataq otağına daxil olmuş, yataq otağında olan qoşataxtın üzərindəki döşəyi qaldırıb baxmış, döşəyin sol ayaq hissəsində parçaya bükülmüş ümumilikdə 2200 ABŞ dolları aşkar etmiş və götürüb cibinə qoymuşdur. Bundan sonra yataq otağında paltar dolabını açıb axtarmağa başlamış, dolabın sol yuxarı gözündə şüşə bankada ümumilikdə 27 manat 1 manatlıq əskinaslardan olan pul və 01 ədəd qızıl kulon götürmüş, lakin şüşə bankada qalan qəpik pulları götürməmişdir. Sonra mənzildən girdiyi yerdən çölə çıxmış və həmin ərazini tərk etmişlər. Oradan çıxıb həmin ərazidən uzaqlaşmışlar. Yolda olarkən o, oğurladığı pullardan 1100 ABŞ dollarını Rəşada vermiş, qalan 1100 ABŞ dolları, 27 manat pul və 01 ədəd qızıl kulon ona qalmışdır. Kulon kiçik ölçülü yumru formalı, üzərində tərəzi bürcü işarəsi olan kulon olmuşdur. Həmin kulonu Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət mərkəzində tanımadığı qızıl alqı-satqı yerində bir kişiyə 80 manata satmış, həmin kulonun çəkisi 1,67 qram olmuşdur. Həmin kulonu satdığı kişiyə şəxsiyyət vəsiqəsini verməmiş, həmin kişi şəxsiyyət vəsiqəsini tələb etsə də, o, kişiyə anasının xəstə olduğunu yalandan demiş və həmin kişidən qızılı almasını xahiş etmişdir. Kişi də sonda onunla razılaşmış və qızıl kulonu almışdır. O, əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, onlar 14 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 17/21 saylı binanın qarşısına gəlmişlər. Onlar yaşayış binasının yanından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işıqlarının yanmadığını görmüşlər, o, həmin mənzilin qapısını döydükdə açan olmamış və mənzildə heç kimin olmadığına əmin olmuşlar. Daha sonra onlar binanın arxa tərəfinə keçmişlər, həmin mənzilin binanın arxasına baxan pəncərəsi olmuşdur. Rəşad ilə aralarında o, həyətdə gözləməsi və Rəşadın isə pəncərədən içəriyə daxil olması barədə razılığa gəlmişlər. Rəşad birinci mərtəbədə yerləşən mənzilin pəncərəsində olan dəmir barmaqlığın qıfılını özü ilə gətirdiyi dəmir alətlə sındıraraq pəncərəni açıb içəriyə keçmişdir. O isə ətrafda qalaraq ətrafa nəzarət etmişdir. Rəşad mənzilə daxil olduqdan az sonra mənzilə girdiyi pəncərədən bayıra çıxmışdır. Rəşad mənzildən pul və qızıl zinət əşyaları götürdüyünü bildirmişdir. Bundan sonra oradan uzaqlaşmışlar. Onlar həmin ərazidən uzaqlaşdıqdan sonra Rəşad cibindən pulu çıxarıb saymış və onlar məbləğin 7000 manat və 200 ABŞ dollar olmasını müəyyən etmişlər. Onlar həmin pulu öz aralarında bölmüşlər. Bundan başqa Rəşad cibindən bir neçə ədəd qızıl zinət əşyalarını da çıxartmışdır. Rəşad həmin qızılları satmaq üçün ona vermişdir. O, həmin qızılların formalarını hazırda xatırlamır, lakin üzüklər, qolbaqlar, boyunbağılar və sırğalardan ibarət olmuşdur. O, qızılları götürdükdən sonra onları Bakı şəhəri Moskva univermağında yerləşən qızıl-zinət əşyaları hazırda xatırlamadığı dükanların birinə satmışdır. Həmin qızıllara görə ona 1400 manat pul verilmişdir. Bundan sonra Sumqayıt şəhərinə qayıtmış, həmin pulu da Rəşad ilə öz aralarında bölmüşlər. Bundan başqa, o, 27 noyabr 2023-cü il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən evlərdən oğurluq etmək məqsədilə binaların arası ilə gəzmişlər. Belə ki, həmin vaxt hava qaranlıq olmuşdur. Həmin vaxt ərazidə olan binaların birində yerləşən birinci mərtəbədəki evin işiqlarının yanmadığını görmüşlər. Rəşad həmin evin qapısını döysə də, açan olmamışdır. Onlar həmin evdə heç kimin olmadığını müəyyən etmişlər. Rəşad bayırda gözləyərək ətrafa nəzarət etmişdir. O, evin arxa tərəfindən hündür olan yerə qalxaraq pəncərənin dəmir barmaqlığını yerindən çıxartmış, bundan sonra özü ilə götürdüyü dəmir alətlə pəncərəni açmışdır. Bundan sonra o, içəriyə daxil olmuşdur. Bundan sonra evi axtarmağa başlamışdır. Evin yataq otağında olan şkafın içərisinə baxdıqda bu zaman qızıl qab tapmışdır. Həmin qızıl qabının içərisində bir ədəd qızıl saat, bir ədəd qolbaq, bir ədəd köhnə qaşlı qızıl üzük, bir ədəd ürək formalı klonlu qızıl sep və bir cüt firuzəyi rəgli qaşları olan sırğalar tapmışdır. Həmin qızıları cibinə qoymuşdur. Bundan başqa həmin şkafın içərisində olan balaca maşın formalı dəmir qabın içərisində 50 qəpiklik dəmir pulları görmüşdür. Həmin qəpik pulları evdən tapdığı sellofan torbaya doldurmuşdur. Bundan başqa həmin otaqda olan şkafın içərisində olan pul qabının içərisində təxminən 98 manat olduğunu görmüş və həmin pulu da götürmüşdür. Bundan sonra evə daxil olduğu pəncərədən çıxmışdır. Daha sonra onlar birlikdə oradan uzaqlaşmışlar. Bundan sonra o, həmin qızılları aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən «Moskva» Univermağında qızıl alqı-satqısı ilə məşğul olan Elnur adlı tanışına satmışdır. Elnuru bir neçə ildir ki, tanıyır və aralarında yaxşı münasibət var. Elnur ondan qızılların kimə məxsus olmasını soruşduqda, o, yalandan həmin qızılların arvadına məxsus olduğunu demişdir. Elnurdan qızıllara görə aldığı pulun məbləğini hazırda tam xatırlamır. Həmin pulu aldıqdan sonra o, Rəşadla görüşmüş və oğurladıqları pullar ilə birlikdə qızıl satışından əldə etdikləri pulları öz aralarında bölüşdürmüşlər. Sonradan o, pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 03 dekabr 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs1la birlikdə oğurluq etmək üçün ev axtaran zaman Sumqayıt şəhəri, 9-cu mikrorayon, 9E saylı binanın arxasından keçən zaman 1-ci mərtəbədə yerləşən mənzilin işığının sönülü olduğunu görmüşlər. Rəşad əvvəlcə həmin mənzilin qapısını döyüb evdə kiminsə olub-olmamasını müəyyən etmək üçün gözləmişdir. Lakin, Rəşad bir neçə dəqiqə qapını döysə də mənzilin qapısını açan olmamışdır. Onıar mənzildə heç kimin olmadığını başa düşmüşlər. Bundan sonra Rəşadla binanın arxasına keçmişlər və həmin mənzilin pəncərəsinə yaxınlaşmışlar. Həmin vaxt pəncərədə dəmir barmaqlıqlar olmuş, həmin dəmir barmaqlıqların orta hissəsində isə yerləşən qapı qıfılla bağlı olmuşdur. Onlar Rəşadla qıfılı sındırıb dəmir barmaqlıqların qapısını açmışlar, sonra isə mənzilin plastik pəncərəsini güc tətbiq etməklə açmışlar və Rəşadla mənzilə daxil olmuşlar. Onlar mənzildə axtarış aparmışlar və mənzilin yataq otağındakı dolabın siyirmələrindən pul və qızıl-zinət əşyaları tapmışlar. Pulu saydıqda 7000 manat olmasını müəyyən etmişlər. Sonra Rəşadla pulları və qızıl-zinət əşyaların götürüb evdən çıxmışlar. Qızıl-zinət əşyalarını Rəşad ona satmaq üçün vermişdir. O da həmin qızılları götürmüş və növbəti gün, yəni 04 dekabr 2023-cü il tarixdə aparıb Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” Univermağında qızıl alqı-satqısı ilə məşğul olan Elnur adlı tanışına satmışdır. Elnuru bir neçə ildir ki, tanıyır və aralarında yaxşı münasibət var. Elnur ondan qızılları alan zaman qızılların kimə məxsus olmasını soruşmuş, həmin qızılların arvadına məxsus olduğunu yalandan Elnura demişdir. Elnurdan qızıllara görə aldığı pulun məbləğini hazırda tam xatırlamır, lakin təxminən 1500 manat civarında olmuşdur. Həmin pulu aldıqdan sonra Rəşadla görüşmüş və oğurladıqları pullar ilə birlikdə qızıl satışından əldə etdikləri pulları öz aralarında bölmüşlər. Sonradan o, pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, Zərərçəkmiş şəxs8 məxsus mənzilə oğurluq üçün daxil olan zaman onun üzündə tibbi maska olmuş, lakin mənzildə olarkən nəfəs almaqda çətinlik çəkdiyi üçün maskanı mənzildə çıxarıb qoymuş və mənzildən çıxarkən tibbi maskanı götürmək yadından çıxartmışdır. Həmin tibbi maska ona məxsus olmuşdur. O, Zərərçəkmiş şəxs5 məxsus mənzildən ifadəsində göstərdiyi pul və əşyaları oğurlamış, başqa heç nə oğurlamamışdır. 28 oktyabr 2023-cü il tarixdə daxil olduqları mənzildən 2200 ABŞ dolları, 27 manat pul və 01 ədəd qızıl əşya kulon oğurlamışlar, qalan pullardan heç bir məlumatı yoxdur. Əvvəlki ifadələrində X2 yaşadığı mənzildən və Zərərçəkmiş şəxs5 yaşadığı mənzildən oğurluq cinayətlərini Təqsirləndirilən şəxs1 və X16 ilə birlikdə törətdiyini göstərsə də, bunu yalan söyləmişdir. Əslində həmin mənzillərdən oğurluq cinayətlərini Rəşadla birlikdə törətmişdir. Sadəcə olaraq Şirinbala Əhmədov və Zərərçəkmiş şəxs5 mənzillərindən oğurlanmış əmlakların dəyəri və pulların məbləğini gələcəkdə ödəməli olduqları üçün Sahil Orucovun da adını qeyd etməyi və sonuncu da gələcəkdə paylarına düşən ödənişdən ödəniş etməyi Təqsirləndirilən şəxs1la düşünmüşlər. Lakin, sonradan Sahil Orucova qarşı haqsızlıq etdiklərini başa düşmüşlər, buna görə də düzgün olanı danışmağı qərarlaşdırmışlar. X12rla heç bir oğurluqda iştirak etməmişdir. O, Sumqayıt Şəhər Polis İdarəsində döyülmüş və elektroşokla bədəninə tok verilmişdir. O, ifadəsində göstərdiyi oğurluq cinayətlərini törətmiş və bunu hazırda da etiraf edir. Məhkəmədə oğurluq cinayətlərinə aidiyyətinin olmaması ilə bağlı göstərdiyi xüsusatlar isə yalnız azadlığa çıxmaq istəməyi ilə bağlı yalan ifadələr olmuşdur. Oğurluq cinayətlərini törədən zaman onları kənardan görən olmamışdır. O, arada siqaret çəkmişdir. 14 noyabr 2023-cü il tarixdə törətdikləri oğurluq hadisəsi zaman o, ətrafa nəzarət etmək üçün çöldə pəncərənin yanında durmuş və orada həyəcanlı olduğu üçün markasını xatırlamadığı 2 ədəd siqaret çəkmişdir. Yəqin ki, aşkar olunmuş siqaret kötüyü onun çəkdiyi siqaret olmuşdur (3-cü cild 84-88-ci vərəqələrdə olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokol). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittiha üzrə özlərini təqsirli bilməsələr də, onların təqsirli olmaları ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, həmçinin iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdır ki, o, yaşadığı ünvanda 12 yaşlı qızı X13 və 7 yaşlı qızı X14 ilə birlikdə yaşayır. Onun yaşadığı ev 3 otaqlıdır. xx.xx.2023-cü il tarixdə xalası oğlu Pirverdiyev Mansurun Bakı şəhəri, Binəqədi rayonunda xatırlamadığı şadlıq evində toy mərasimi olmuşdur. O da həmin gün iş yerindən birbaşa şadlıq evinə toya getmişdir. Həmin günü evdə qızları olmuşdur. xx.xx.2023-cü il tarixdə dayısı X3 onun qızlarını saat təxminən saat 13 radələrindən yaşadığı evdən götürüb şadlıq evinə gətirəcəkmiş. Həmin gün toydan sonra Bakı şəhəri, Binəqədi rayonunda yaşayan xalasının yaşadığı evdə qalmışlar. Ertəsi günü yəni, xx.xx.2023-cü il tarixdə xalasının yaşadığı evdən birbaşa işinə getmişdir. Həmin gün axşam saat 19 radələrində evə gəlmişdir. Ondan qabaq isə qızı qohumları ilə birlikdə evə gəlmişdir. O, evə gəlib çatanda qızı Xalidənın ağladığını görmüşdür. Daha sonra qızı ona evə naməlum şəxs və ya şəxslərin daxil olduğunu bildirmişdir. Yataq otağına baxanda yataq otağının qapısının dəstəyinın qırıldığını, yataq otağında olan taxtın altında içərisində pul və zinət əşyalarının olduğu çantanın taxtın qabağında açıq vəziyyətdə olduğunu görmüş, daha sonra həmin çantaya baxanda həmin çantanın içərisinə qoyduğu pul və qızıl zinət əşyaları olmadığını dörmüşdür. Bundan sonra o, DİN-102 zəng mərkəzi xidmətinə zəng edərək yaşadığı ünvandan oğurluq olması barədə məlumat vermişdir. Yaşadığı evdən çantanın içindən 12000 manat pul, 2500 ABŞ dolları, 1 ədəd 3000 manat məbləğində 22 qramlıq, 750 əyarlı briliyant qaşlı kolye sep, 1 ədəd 2500 manat məbləğində 16 qramlıq, 750 əyarlı briliant qaşlı qızıl qolbaq, 1 ədəd 1500 manat məbləğində 10 qramlıq, 750 əyarlı briliant qaşlı qızıl sırğa, 1 ədəd 1300 manat məbləğində 7 qramlıq, 750 əyarlı brilant qaşlı qızıl qadın üzüyü, 1 ədəd 1000 manat məbləğində 7 qramlıq, 750 əyarlı, briliant qaşlı kişi üzüyü, 1 ədəd 800 manat məbləğində 5 qramlıq, 750 əyarlı, briliant qaşlı qadın üzüyü, 1 ədəd 700 manat məbləğində 8 qramlıq, 585 əyarlı, üzərində Aytən yazılı qızıl sep, 1 ədəd 700 manat məbləğində 8 qramlıq, 585 əyarlı, üzərində Xalidə yazılı qızıl sep, 1 ədəd 800 manat məbləğində 9 qramlıq, 585 əyarlı, üzərində Zeynəb yazılı qızıl sep, 2 ədəd hər bir 500 manat məbləğində olmaqla hər biri 6 qram olmaqla, 585 əyarlı yumru klonlu sep, 1 ədəd 300 manat məbləğində 4 qramlıq, 585 əyarlı, qızıl sep, 1 ədəd 1100 manat məbləğində quran klonlu sep, 1 cüt 500 manat məbləğində 6 qramlıq, 585 əyarlı, qızıl sırğa, 1 ədəd 400 manat məbləğində 5 qramlıq, 585 əyarlı qızıl halqa sırğa, 1 ədəd 300 manat məbləğində 4 qramlıq, 585 əyarlı, yaşıl qaş üzük, 2 ədəd ümumilikdə 1100 manat məbləğində hər biri 6 qramlıq olmaqla, 585 əyarlı tək qaş gül formalı qızıl üzük oğurlanmışdır. Onun həmin otaqda dolabın altında 3500 manat pulu da olmuşdur. Lakin, həmin pula heç kim əl vurmamışdır. Baş vermiş oğurluq hadisəsinə görə onunla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs2 şübhələnir. Çünki, Turalın bacısı qızı onlara mütamadi gedib-gəlir, onun qızı ilə rəfiqəlik edir. Qızı Turalın bacısı qızına evdə olan əşayalar barədə məlumat vermiş, Tural da onlar evdən çıxan kimi bu hadisəni törətmişdir. Oğurluq olan günü digər qonşularının uşağı onlara gəlib qapını vurmuş və evdə heç kim olmamışdır. Həmin vaxt Turalın bacısı qızı da onların qapısının yaxınlığında olmuş və digər qonşuya onların evdə olmadığını bildirmişdir. Bu barədə qonşu onlara sonradan demişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 33.250 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdır ki, 2015-ci ildə Vüqar Xəlilovla ailə həyatı qurmuş, rəsmi birgə nigahdan 7 yaşlı oğlu olmuşdur. Daha sonra boşanmışlar. Belə ki, birlikdə olduqları dövrdə özlərinə Sumqayıt şəhəri, 3-cü məhəllə ərazisində 2 otaqlı mənzil alıb ayrı yaşamışlar. Həmin evə görə 36.000 manat Vüqar və ailəsi, qalan 24.000 manatı da onlar ödəmişlər. Belə ki, boşandıqdan sonra onlar qarşılıqlı olaraq birgə əmlakları bölən zaman qarşı tərəfə əmlaklarının, yəni evlərinin yarı pulunu 30.000 manatı nağd pul şəklində icra orqanı vasitəsilə ödənilməsi barədə razılığa gəlmişlər. Onun özünün 11.000 manat pulu olmuş, qardaşı Tofiq də ona 19.000 manat borc vermişdir. O, həmin ümumilikdə 30.000 manat pulu təxminən 1 ay əvvəl saxlamaq üçün anası Ruxsaraya vermişdir. İcranın bütün hesablamaları aparıb yekun qərar qəbul etdikdən sonra pulunu tam ödəyəcəyini fikirləşmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində bacısının qohumlarının Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən "Ülvi" şadlıq sarayına kiçik toy məclisində iştirak etməyə getmiş, atası Şirinbala və anası Rüxsara da ondan öncə toya gəlmişlər. Saat təxminən 22 radələrində birlikdə toydan çıxmışlar, valideynləri onu evdə düşürtmüşlər və öz evlərinə getmişlər. Bir qədər sonra Vüqar onlara gəlmiş, mağazadan alış-veriş etmiş, aptekdən dərman almışdır. Bir qədər sonra Vüqara zəng gələrək polisə çağırılmış və sonuncu çıxıb getmişdir. Ertəsi gün ona valideynləri onunla birlikdə toyda olan zaman evə pəncərədən daxil olmuş şəxs tərəfindən evdən 30.000 manat, 9700 ABŞ dolları, 30 manat xırda pul və 1 ədəd uşaq qızıl kulonu oğurlandığı məlum olmuşdur. Atası da baş vermiş oğurluqla bağlı polisə ərizə yazmışdır. O, toya getməzdən əvvəl Vüqarla zəngləşib danışarkən sonuncuya toya gedəcəyini demiş, Vüqar onu toydan götürməyini desə də o, razı olmamışdır. O, Vüqardan evdə çatışmayan müəyyən ərzaqların və uşağa dərman alınmasını xahiş etmişdir. Vüqar ona toydan çıxan vaxt xəbər etməyini xahiş etmişdir. O da toydan çıxanda Vüqara xəbər etmiş, bir qədər sonra Vüqar aldığı ərzaq və dərmanlarla onun evinə gəlmişdir. Oğurluq nəticəsində ona 30.000 manat, anası Ruxsarəyə isə 9700 abş dolları, 30 manat və 1 ədəd 400 manat qiymətində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş X9 ifadəsində göstərmişdır ki, hazırda onun qızı Zərərçəkmiş şəxs3 məhkəmədə boşanma prosesi gedir. Qarşılıqlı razılaşmaya görə Şəhla hazırda yaşadığı mənzilə görə 30.000 manat pulu məhkəmə qətnaməsinə görə keçmiş əri X7 verməli idi. Buna görə də oğlu Tofiq qızı Şəhlaya 19.000 manat vermiş, Şəhla da özündə olan 11.000 manat pul qoyaraq ümumilikdə 30.000 manat pulu icra idarəsinin yekun qərarından sonra Vüqara ödəməyi barədə razılığa gəlmişlər. Şəhla həmin ecdə uşağı ilə tək yaşadığı üçün həmin 30.000 manat pulu təxminən 1 ay əvvəl onlara saxlamağa vermiş, o, həmin pulu özünə məxsus 9.700 ABŞ dolları ilə birlikdə yataq otağında olan yataq döşəyinin altında qoyub saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində digər qızı Natavanın qohumlarının Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən "Ülvi" şadlıq sarayına kiçik toy məclisində iştirak etməyə getmişlər və qızı Şəhla da oraya gəlmişdir. Saat təxminən 22 radələrində birlikdə toydan çıxmışlar, onlar Şəhlanı evində düşürtdükdən sonra öz evlərinə gəlmişlər. Onlar mənzilə daxil olanda yataq otağında əşyaların, dolabların və yatağın dağınıq vəziyyətdə olduğunu, yatağın döşəyinin altına baxdıqda orada saxladığı 30.000 manat və 9.700 ABŞ dolları pulunun olmadığını görmüşdür. Sonra onun əri evə nəzər yetirmiş və mətbəxdə pəncərənin və dəmir barmaqlı nəfəsliyin açıq olduğunu görəndə oğrunun evlərinə mətbəxin pəncərəsindən daxil olduğunu müəyyən etmişlər. Daha sonra evə baxanda yataq otağındakı paltar dolabında şüşə bankasında saxladığı 30 manat xırda pul və 1 ədəd 585 əyyarlı, təxminən 5 qram çəkidə kulonun da oğurlandığını aşkar etmişdir. Şirinbala da baş vermiş oğurluqla bağlı polisə ərizə yazmışdır. Ona məxsus 9700 abş dolları, 30 manat, təxminən 400 manat qiymətində qızıl kulon, qızı Şəhlaya məxsus 30.000 manat pul oğurlanmışdır. Ona 9700 ABŞ dolları və ümumi 430 manat qiymətində maddi ziyan, qızı Şəhlaya isə 30.000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 Hüseyn oğlu ifadəsində göstərmişdır ki, onun yaşadığı üçotaqlı mənzil 5 mərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Binanın həm qarşı tərəfində, həmdə arxa tərəfinə dəmir barmaqlıqdan ibarət pəncərə var. Belə ki, dəmir barmaqlıq tək laylı olmaqla açılır. O, dəmir barmaqlığı qıfıl ilə bağlayır. 14 noyabr 2023-cü il tarixdə o, arvadı Süsən ilə birlikdə saat 22 radələrində qonaq getmişlər. Daha sonra saat 23:30 radələrində evlərinə qayıtmışlar. Evə gəldiyi zaman oğlu Hüseyn ondan iti sürətlə getdiyi üçün ilkin olaraq Hüseyn evə çatmışdır. Hüseyn qapını açmaq istəsə də, qapı açılmamışdır. Ona görə də Hüseyn ona zəng edərək qapının bağlı olduğunu bildirmişdir. O, dərhal evə gəlmiş və evindən oğurluq olduğunu başa düşmüşdür. Ona görə də dərhal evin arxa tərəfinə keçmişdir. Evin arxa tərəfinə keçən zaman pəncərənin dəmir barmaqlığının qıfılının sındırıldığını və açıq vəziyyətdə olduğunu görmüşdür. Oğlu Hüseyn pəncərədən evə daxil olaraq qapını açdıqdan sonra mənzilə daxil olmuşlar. Mənzilə daxil olan zaman evin bütün otaqlarının dağınıq vəziyyətdə olmasını görmüşdür. O, dərhal yataq otağında olan şkafın içərisinə baxmışdır. Belə ki, həmin şkafın içərisində arvadı Süsənin çantasının içərisində 3000 AZN və 200 ABŞ dollarının olmadığını görmüşdür. Bundan sonra eyvanda olan şkafın içərisində saxladıqları 4000 AZN pul və yoldaşı Süsənə məxsus qızıl zinət əşyalarının oğurlandığını görmüşdür. Bundan sonra o, dərhal DİN- nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra isə evə polis əməkdaşları gəlmişlər. 4-cü polis bölməsinin əməkdaşları onun yaşadığı evə baxış keçirmişlər. Yaşadığı evdən arvadı Süsənə məxsus 02 ədəd 2200 manat dəyərində hər biri 24 qram çəkidə İtaliya istehsalı briliant qaşlı qızıl üzük, 02 ədəd 2400 manat dəyərində 40 qram çəkidə İtaliya istehsalı qalın qaşlı qızıl üzük, 02 ədəd 2200 manat dəyərində 35 qram çəkidə Rusiya istehsalı qızıl üzük, 01 ədəd 4200 manat dəyərində 65 qram çəkidə tros tipli qızıl boyunbağı, 01 ədəd 3600 manat dəyərində 55 qram çəkidə nazik tros formalı üzərində qızıl kulon olan qızıl boyunbağı, 01 ədəd 640 manat dəyərində 8 qram çəkidə İtaliya istehsalı qızıl qolbağ, 01 ədəd 880 manat dəyərində 11 qram çəkidə Rusiya istehsalı qızıl qolbağ, 01 ədəd 3250 manat dəyərində 45 qram çəkidə İtaliya istehsalı qalın qızıl boyunbağı, 01 cüt 1600 manat dəyərində 22 qram çəkidə 03 ədəd qaşlı Rusiya istehsalı qızıl sırğa, 02 ədəd 1250 manat dəyərində 16 qram ölçüdə tək qaşlı Rusiya istehsalı qızıl sırğa, 06 ədəd 2400 manat dəyərində 30 qram çəkidə qızıl dişlər, 01 ədəd 2100 manat dəyərində 28 qram çəkidə Rusiya istehsalı «traktor» deyilən qalın qızıl boyunbağı, 01 ədəd 5300 manat dəyərində 75 qram çəkidə sırğa, boyunbağı, üzük, qolbaqdan ibarət Rusiya istehsalı qızıl komplekt oğurlanmışdır. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdır ki, o, Bakı şəhəri, Pireküşkül qəsəbəsində yerləşən N saylı hərbi hissənin psixoloqu vəzifəsində çalışır. Baş leytenant rütbəsində xidmət edir. Hərbi hissənin şəhərciyində yaşayır. Həftənin birinci günləri hərbi şəhərcikdə qalır. Həftənin şənbə günü isə Sumqayıt şəhərinə yaşadığı evə gələrək orada qalır. 27 noyabr 2023-cü il tarixdə səhər saat 07 radələrində evdən çıxıb işə getmişdir. 28 noyabr 2023-cü il tarixdə axşam saat 19 radələrində yaşadığı evə gələn zaman qapını açmağa çalışsa da, qapı açılmamışdır. Bir neçə dəfə cəhd etsə də, qapı açılmamışdır. Ona görə də atası Şakirə zəng edərək qapının açılmadığını bildirmişdir. Atası gəldikdən sonra evin binanın həyətinə tərəf olan hissəsindən pəncərəni açmış, bundan sonra pəncərədən içəriyə daxil olmuşdur. Pəncərədən içəri daxil olan zaman evin dağınıq vəziyyətdə olmasını görmüşdür. Evindən oğurluq oldunu başa düşmüşdür. Evin giriş qapısına baxan zaman qapının içəridən bağlandığını görmüşdür. O, qapını açmış və atası da içəriyə daxil olmuşdur. Evə baxan zaman evin bütün otaqlarının dağınıq vəziyyətdə olduğunu və bütün pal-paltarının hər birinin yerə töküldüyünü görmüşdür. Mətbəxə baxan zaman mətbəxin binanın arxa tərəfinə baxan pəncərəsinin dəmir barmaqlığının petlədən çıxarıldığını, plastik materialdan olan pəncərənin açılmasını və oğruların həmin yerdən içəriyə daxil olduqlarını görmüşdür. Həmin vaxt mətbəxin pəncərəsi də açıq vəziyyətdə qalmışdır. Pəncərənin qarşısında isə stul qoyulmuşdur. O, oğurluq edən şəxslərin həmin yerdən içəriyə daxil olaraq oğurluq etdikdən sonra oradan da evi tərk edib getdiyini başa düşmüşdür. O, evin yataq otağında olan mebelin ikinci dolabında özünə məxsus pul və qızıl zinət əşylarını saxlamışdır. Həmin dolaba baxan zaman pul və qızılların oğurlandığını görmüşdür. Belə ki, o, pulları özünə məxsus qara rəngli pul kisəsinin içərisində qızıl zinət əşyalarını isə mücrünün içərisində saxlamışdır. Lakin pul kisəsi və mücrü hər ikisi açıq vəziyyətdə yerdə olmuşdur. Bundan başqa həmin mebelin dördüncü dolabında isə dəmir maşın formalı qutuda topladığı 50 qəpiklik dəmir pulların oğurlandığını görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Az sonra polis əməkdaşları yaşadığı evə gəlmişlər. Polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirlərək əl barmaq izləri götürülmüşdür. Bundan sonra bu barədə protokol tərtib edilmişdir. Evindən 3500 manat məbləğində nağd pul, təxminən 1000 manat məbləğində 50 qəpiklik dəmir pullar oğurlanmışdır. Bundan başqa evindən bir ədəd Kəhrəba qaşlı, 583 əyarlı 10 qram çəkidə təxminən 700 manat dəyərində qadın qızıl üzüyü, bir ədəd üzərində xırda qaşlar olan, 5 qram çəkidə, 575 əyarlı təxminən 320 manat dəyərində Cartier üzüyü, sünbül toxumalı təxminən 50 qram çəkidə olmaqla 5200 manat məbləğində qolbaq və sep birlikdə, bir ədəd italyan istehsalı, 10 qram çəkidə, qaşsız, təxminən 600 manat dəyərində bir ədəd qızıl üzük, bir ədəd çayka markalı, 10 qram çəkidə 583 əyarlı, təxminən 700 manat dəyərində qızıl saat, bir ədəd üzərində allah yazısı klon olan 500 manat dəyərində bir ədəd qızıl sep, təxminən 8 qram çəkidə, təxminən 520 manat məbləğində qızıl sep, bir ədəd təxminən 10 qram çəkidə 583 əyarlı 700 manat dəyərində tək klon, bir ədəd 583 əyarlı firuzə qaşlı təxminən 5 qram çəkidə 320 manat dəyərində qızıl sırğa, bir ədəd 7 qram çəkidə 460 manat dəyərində sadə halqa sırğa və ə 01 ədəd sünbül toxumalı 30 qram çəkidə 3000 manat dəyərində qızıl qolbaq və bir ədəd 150 manat dəyərində olan Remington markalı qadın saç feni oğurlanmışdır. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat təxminən 20 radələrində oğlu ilə birlikdə, onlardan yarım saat sonra arvadı və qızı evdən çıxmışdır. Onun evi birinci mərtəbədə yerləşir. Evdən çıxan zaman qapının kiliti bağlanmış, bundan başqa evin çölə baxan hissəsinin pəncərəsinə dəmir məhəccər quraşdırmış və həmin məhəccər də qıfılla bağlanmışdır. Həmin gün saat 23 radələrində arvadı ona zəng edərək evin giriş qapısının açılmadığını demişdir. Bundan sonra o, dərhal evə gəlmiş və pəncərə tərəfə baxan zaman dəmir məhəccərin qıfıllarının qırıldığını, pəncərənin açıq olduğunu görmüşdür. Bundan sonra pəncərədən evə daxil olmuş və bu zaman evin dağınıq olduğunu görmüşdür. Qapı tərəfə baxan zaman içəridən qapının kilitinə açar taxıldığını görmüşdür. Ailə üzvləri evə daxil olandan sonra evin yataq otağında kamotun birinci gözündə olan 01 ədəd klonla bir yerdə 500 manat dəyərində 585 əyyarlı qızıl boyunbağı, 01 ədəd 350 manat dəyərində 585 əyyarlı qızıl üzük, 01 ədəd 250 manat dəyərində 585 əyyarlı qızıl üzük, 01 ədəd 150 manat dəyərində 585 əyyarlı qızıl üzük, 01 ədəd 500 manat dəyərində 585 əyyarlı qızıl qolbaq, 01 ədəd 650 manat dəyərində 585 əyyarlı qızıl qolbaq, 01 ədəd 100 manat dəyərində 585 əyyarlı qızıl qolbaq, 01 ədəd 450 manat dəyərində 585 əyyarlı qızıl üzük, 450 manat dəyərində gümüş komplektlər (qolbaq, üzük, 1 cüt sırğa, 1 cüt boyunbağı) və bundan başqa qızılın yanına qoyulmuş 500 manat nəğd pulun oğurlandığını aşkar etmişlər. Bundan dərhal sonra o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Bundan başqa o, avtomobil alqı-satqısı ilə məşğul olduğu üçün evin qonaq otağında olan şkafında avtomobillərə dair qeydiyyat şəhadətnamələri və etibarnamələr olmuşdur. Oğurluq zamanı “Mercedes C180” markalı, ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, “Mercedes C200” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, “Hundai Accent” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, “Opel Vectra” markalı, ** GN *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, “Vaz 21015” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, “Daevo Nexia” markalı, ** DO *** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi və etibarnaməsi, özünə məxsus sürücülük vəsiqəsi də oğurlanmışdır. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdır ki, o, ünvan 12 ünvanda ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır. Onun yaşadığı ev binanın birinci mərtəbəsində yerləşir 3 otaqlıdır. Həmin evin pəncərələri dəmir barmaqlıqlarla bağlanmışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında qohumları rəhmətə getdiyi üçün ailəlikcə həmin hüzür mərasiminə getmişlər. O, həmin vaxt evdən tələsik çıxdığı üçün mətbəxin pəncərəsini bağlasa da dəmir barmaqlığını bağlamamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 23 radələrində yaşadığı evə gələn zaman həyat yoldaşı qapını açmaqda çətinlik çəkdiyi üçün o, sonuncuya fırlanıb binanın arxa tərəfinə baxmağı, bəlkə evə kimsənin mətbəxin pencərəsindən girdiyini bildirmişdir. O da dərhal binanın arxa tərəfinə keçən zaman mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Sonra evə girəndə həyat yoldaşıona evə kimin və ya kimlərinsə girib evi dağıtdıqlarını bildirmişdir. O, özü də evə baxan zaman evin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Yataq otağında olan dolabın içindən 7000 manat pul və 1 ədəd 2750 manat məbləğində qızıl komplekt, 3 ədəd 300 manat məbləğində gümüş üzük, 1 ədəd 1000 manat dəyərində qızıl qolbaq, 1 ədəd 900 manat dəyərində qızıl klon, 1 ədəd 1050 manat dəyərində qızıl üzük, 1 ədəd 2000 manat dəyərində qızıl sep oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində heç kimdən şübhələnmir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 15000 manat məbləğində maddi ziyan dəymişdir. Qızılların dəqiq çəkilərini və əyyarlarını xatırlamır. Hazırda şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdır ki, ünvan 10 ünvanında yaşayır Mənzil binanın birinci mərtəbəsində yerləşir və mənzilin pəncərələri plastik materialdan olduğu üçün qarşısında dəmir barmaqlıqlar yoxdur. 02 dekabr 2023-cü il tarixdə saat 19:35-də ailə üzvləri ilə birlikdə yaşadığı mənzildən çıxaraq qonaq getmişlər və həmin gün saat 22:48-də ailə üzvləri ilə birlikdə evə qayıtmışlar. Həmin vaxt o, idarə etdiyi avtomobili binanın qarşısında saxlamış, avtomobildən düşən zaman uşaqlarının qışqırıq səsini eşitmiş və tez yaşadığı mənzilə gəlmişdir. O, mənzilin alt-üst olduğunu, evə kimlərinsə daxil olduğunu və evdə axtarış apardıqlarını görmüşdür. Həmin an qızı özündən getmişdir. O, tez istifadəsində olan mobil telefon nömrəsi ilə DİN «102» xidmətinə zəng vurmuş və baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Sonra evə baxdıqda naməlum şəxsin və ya şəxslərin yaşadığı mənzilə binanın arxa tərəfindəki plastik qapını açmaqla daxil olduqlarını və evin giriş qapısından çıxdıqlarını müəyyən etmişdir. Çünki evin giriş qapısı onlar gələn zaman açıq olmuşdur. Yaşadığı mənzildən arvadına məxsus Türk istehsallı 585 əyyarlı 600 manat dəyərində qızıl boyunbağı, Türk istehsallı 585 əyyarlı 230 manat dəyərində qızıl boyunbağı, Türk istehsallı 585 əyyarlı 800 manat dəyərində qızıl boyunbağı, Türk istehsallı 585 əyyarlı 700 manat dəyərində qızıl boyunbağı, Türk istehsallı 585 əyyarlı 500 manat dəyərində qızıl qolbaq, Türk istehsallı 585 əyyarlı 350 manat dəyərində qızıl qolbaq, Türk istehsallı 585 əyyarlı 50 manat dəyərində qızıl qolbaq, Türk istehsallı 585 əyyarlı 50 manat dəyərində qızıl qolbaq, Türk istehsallı 585 əyyarlı 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 800 manat dəyərində qızıl komplekt, Türk istehsallı 585 əyyarlı 01 ədəd üzük və 01 cüt sırğadan ibarət 500 manat dəyərində qızıl komplekt, 01 ədəd Türk istehsallı 585 əyyarlı 200 manat dəyərində qızıl üzük, 01 ədəd Türk istehsallı 585 əyyarlı 150 manat dəyərində qızıl üzük, 01 ədəd Türk istehsallı 585 əyyarlı 230 manat dəyərində qızıl üzük, 01 ədəd Türk istehsallı 585 əyyarlı 470 manat dəyərində qızıl üzük, 01 ədəd Türk istehsallı 585 əyyarlı 120 manat dəyərində qızıl üzük, 01 cüt Türk istehsallı 585 əyyarlı 470 manat dəyərində qızıl sırğa, 01 cüt Türk istehsallı 585 əyyarlı 470 manat dəyərində qızıl sırğa, 01 cüt Türk istehsallı 585 əyyarlı 400 manat dəyərində qızıl sırğa, 130 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət gümüş komplekti, 60 manat dəyərində 01 ədəd üzük və 01 cüt sırğadan ibarət gümüş komplekti, 03 ədəd ümumilikdə 100 manat dəyərində olan gümüş boyunbağılar oğurlanmışdır. O, həmin qızıl-zinət əşyalarını arvadına o, almışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 7480 manat maddi ziyan dəymişdir. Qızıllar yaşadıqları mənzildə yataq otağındakı şkafda olmuşdur. Əvvəl istintaqa ifadə verən zaman qızılları tam dəqiqləşdirməmiş, sonradan qızılları tam dəqiqləşdirmiş və yuxarıda ifadəsində göstərdiyi qızıllar hadisə vaxtı mənzildən oğurlanmışdır. Ona ümumilikdə 7380 manat məbləğində maddi ziyan dəymişdir. İstintaq dövründə mənzildən oğurluğun Rəşad və Tural adlı şəxslər tərəfindən törədilməsi ona məlum olmuşdur. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir və ona dəymiş ziyan ödənilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs7 mülki iddia ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona 7380 (yeddi min üç yüz səksən) manat ziyan dəydiyini bildirmişdir. Həmin zərərin və 94 (doxsan dörd) manat dövlət rüsumunun, ümumilikdə 7474 (yeddi min dörd yüz yetmiş dörd) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Həmçinin məhkəmə prosesində iştirak etmədiyi halda da mülki iddiasına baxılaraq təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Fəraqət oğlu ifadəsində göstərmişdır ki, o, uzun müddətdir ki, Sumqayıt şəhərində “Karvan” Ticarət Mərkəzinin yaxınlığında qızıl alqı-satqısı ilə məşğul olur, bununla bağlı VÖEN-i vardır. Təxminən 2023-cü ilin oktyabr ayının sonlarına yaxın bir nəfər hündürboy oğlan onun işlədiyi mağazaya gələrək bir ədəd qızıl kulon satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin üzərində olub-olmadığını soruşmuş, sonuncu ona şəxsiyyət vəsiqəsinin üzərində olmadığını demişdir. O, həmin şəxsə şəxsiyyət vəsiqəsi olmadan qızılı ala bilməyəcəyini demişdir. Bu zaman həmin şəxs ona satdığı qızıl kulonun da anasının olduğunu, şəxsiyyət vəsiqəsinin evdə qaldığını, anasının xəstə olduğunu və anasına dərman almaq üçün pula ehtiyacı olduğunu bildirmişdir. O, həmin şəxsə yazığı gəldiyi üçün qızıl kulonu almaq qərarına gəlmişdir. O, tərəzi formasında olan qızıl kulonu həmin şəxsdən götürmüş, kulonu ölçdükdə çəkisinin 2 qrama yaxın olduğunu müəyyən etmişdir. Daha sonra o, həmin şəxsə qeyd olunan kulona görə 80 manat pul verərək almışdır. Daha sonra həmin şəxs çıxıb getmişdir. O, aldığı qızıl kulonun oğurluq olduğunu bilməmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün qızılı almağı ilə bağlı qeydiyyat da aparmamış, lakin həmin şəxs ona adının Tural olduğunu demişdir. Ona təqdim olunan şəxsiyyəti təsdiq edən sənədlə diqqətlə tanış olmuşdur. Sənəddə fotoşəkili əks olunmuş şəxs 2023-cü ilin oktyabr ayının sonlarında ona qızıl kulonu satan şəxsdir. Həmin şəxsin sifəti yadında qalmışdır. Təqsirləndirilən şəxs2 aldığı qızılın oğurluq olması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdır ki, o, təxminən 3 ildir ki, VÖEN əsasında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” Univermağında qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs2 2020-ci ildən tanıyır, sonuncunu bir neçə dəfə Univermağın qarşısında görmüş və beləliklə aralarında münasibət yaranmışdır və Tural onun Univermaqda qızıl alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Həmçinin Turalla aralarında olan münasibətə görə sonuncuya etibar etmiş və Turalın məhkum olunması barədə məlumatı olmamışdır. Təxminən 2023-cü ilin oktyabr ayının ortalarına yaxın Təqsirləndirilən şəxs2 onun yanına gələrək təcili pula ehtiyacı olduğu üçün anasına məxsus qızılların olduğunu və onları satmaq istədiyini bildirmişdir. O da Turaldan həmin qızılları almağa razı olmuşdur. Həmin vaxt Tural səhv etmirsə bir neçə ədəd üzük, qolbaq və boyunbağı gətirmişdir. O, həmin qızılları Turaldan lom qiymətinə almış və həmin vaxt Turala hazırda xatırlamadığı qədər pul vermişdir. Lakin Turalla münasibətləri olduğu üçün Turaldan aldığı qızılların siyahısının qeydini aparmamış və Turalla apardığı alış-verişi hər hansı bir dəftərdə qeyd etməmişdir. Bundan başqa, təxminən 2023-cü ilin dekabr ayının əvvəllərində, səhv etmirsə 03 və 04 dekabr 2023-cü il tarixlərdə Tural onun yanına gələrək ayrı-ayrılıqda ona arvadına məxsus olan qızılları satmışdır. Həmin vaxt Tural özünün xəstə olmasını və pula ehtiyac olduğunu demiş, o da Turalın qeyd etdiyi tarixlərdə gətirdiyi qızılları almış və Turala nə qədərsə pul vermişdir. Lakin, Turalla münasibətləri olduğu üçün o, Turaldan aldığı qızılların siyahısının qeydini aparmamış və Turalla apardığı alış-verişi hər hansı bir dəftərdə qeyd etməmişdir. Sonuncu dəfə Turaldan qızıl aldıqdan sonra Turalın polis əməkdaşları tərəfindən tutulduğunu eşitmiş və bu zaman o, Turalın ona satdığı qızılların yəqinki oğurluq olduğunu başa düşmüşdür. O, Turaldan cəmi 3 dəfə qızıl-zinyət əşyaları almış, lakin Turalla aralarında olan münasibətə görə və Turalın sözünə inandığı üçün aldığı qızılların qeydiyyatını aparmamışdır. O, Turaldan lom qiymətinə aldığı qızıllara görə sonuncuya 5000 manat pul vermişdir. O, Turaldan aldığı qızılların oğurluq olmasından məlumatı olmamışdır. Aldığı qızılları isə aldığı günün sabahısı səyyar lom qızıl alanlara satmışdır. O, Turaldan aldığı qızılların qeydiyyatını aparmadığı üçün onların çəkisini, əyyarını və formaları barədə hər hansı bir məlumat verə bilmir. Lakin dəqiq bilir ki, Turaldan ayrı-ayrı vaxtlarda cəmi 3 dəfə qızıl-zinət əşyaları almış, buna görə də Turala ümumilikdə 5000 manat pul vermişdir. Tural hər dəfə qızılları verərkən həmin qızılların anasına və ya arvadına məxsus olduğunu demiş və o da buna inanmışdır. Cinayət işinin 1-ci cild 99-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 283-289-cu vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 261-265-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 41-46-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 99-104-cü vərəqələrində olan Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Bəhram Təhməzli tərəfindən Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətin müdafiə edilməsindən imtina olunuş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024-cü il tarixdə başa çatdıqdan sonra istintaq təcridxanasından azad edilməsi və onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Cinayət işinin 3-cü cild cild 105-108-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 79-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə tutulmuşdur. Cinayət işinin 1-ci cild 278-282-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 257-260-cı vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 41-46-cı vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək uzadılmışdır. Cinayət işinin 3-cü cild 72-75-ci vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild cild 111-113-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinim materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild cild 30-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 15 dekabr 2023-cü il tarixli, 3-13-11/2-15338/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 Hüseyn oğlunun yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 17/21, mənzil 46-dan oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 01 (bir) ədəd əlcək, 01 (bir) ədəd salfet, 01 (bir) ədəd “Kent” markalı siqaret kötüyü və 01 (bir) cüt corab, Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-58/2- 49812/2023 nömrəli məktubu ilə xx.xx.2023-cü il tarixdə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olunmuşdur ki, 01 (bir) ədəd “Kent” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 (xx.xx.1990-cı il Sumqayıt ş.) Sumqayıt ŞPİ-nin xx.xx.2020-ci il tarixli, 123-21818-1220 nömrəli məktubu ilə KTİ-yə təqdim edilmiş) məxsusdur. Həmçinin müəyyən edilmişdir ki, 01 (bir) cüt corab üzərində olan bioloji mənşəli materiallar, qadın cinsindən olan naməlum şəxsə məxsusdur və bu nümunələrdən əldə olunmuş DNT profili, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindəki DNT məlumat bankında olan DNT profilləri ilə eynilik təşkil etmir. Təqdim edilmiş, 01 (bir) ədəd əlcək və 01 (bir) ədəd salfet üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcud deyil və ya deqradasiya əlamətlərini özündə əks etdirdiyi üçün DNT profilinin əldə olunması üçün yararlı deyildir. Bu səbəbdən müqayisəli DNT tədqiqatının keçirilməsi mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 134-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin 01 yanvar 2024-cü il tarixli, 3-13-11/2-10/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs8 məxsus 9-cu mkr., ev SE, mənzil 56-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 (bir) ədəd tibbi maska Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli, 3- 13-58/2- 52588/2023 No-li məktubu ilə xx.xx.2023-cü il tarixdə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 (bir) ədəd tibbi maska üzərində bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs2 Təvəkkül oğluna (xx/xx/1990 Sumqayıt ş.) (Sumqayıt ŞPİ-nin 3xx.xx.2020-ci il tarixli, 123- 21818-1220 No-li məktubu ilə) məxsusdur. Cinayət işinin 2-ci cild cildin 87-89-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 9/8528 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 10 adda qızıl-zinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 6630 manat müəyyən edilir. Digər 6 ədəd qızıl-zinət əşyalarının üzərindəki qaşların istehsal yeri, keyfiyyəti, mənşəyi, ölçüsü və sair barədə məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cild cild 87-89-cu vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 12 dekabr 2023-cü il tarixli, 9/8889 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 585 əyarlı, qaşsız, sadə model 5 qram çəkidə olan qızıl kulonun 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 425 manat (5 qram x 85 man) müəyyən edilir. Cinayət işinin 3-cü cild cildin 13-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 aprel 2024-cü il tarixli, 9/1861 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 03 adda malların 2023-cü ilin noyabr ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2425 manat müəyyən edilir. Digər 01 ədəd Remington markalı qadın saç feninin modeli, istehsal yeri, istismar müddəti və 09 adda qızıl-zinət əşyalarının modeli, əyyarı, kütləsi və sair barədə ətraflı məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işinin 2-ci cild 86, 211 və 3-cü cild 14-cü vərəqələrində olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, ekspertiza xərcləri müvafiq olaraq 50 manat, 50 manat və 50 manat, ümumilikdə 150 (yüz əlli) manat təşkil edir. Cinayət işinin 2-ci cild cild 189-190-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 1970 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: üst dodağın selikli qişasının cərrahi tikişə ehtiyacıolan əzilmiş-cırılmış yarası, sağ almacıq-yanaq nahiyyəsinin və təpə nahiyyəsinin qanırları, hər iki bazu, hər iki sağrı və kürək nahiyyələrinin çoxsaylı səthi yanıq (elektroşok) yaraları. 2. Qeyd olunan xəsarətlərdən – üst dodağın cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası, sağ almacıq-yanaq və təpə nahiyyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən, hər iki bazu,hər iki sağrı və kürək nahiyyələrinin səthi yanıq yaraları isə elektrik cərəyanının (elektroşok) təsirindən yaranmışdırlar. Müayinədən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 2-ci cild 196-197-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, 1971 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: başın hər iki gicgah nahiyyəsinin, sağ saidin orta-yuxarı 1/3-nin bayır və arxa səthlərinin, hər iki baldırın orta 1/3-nin ön səthinin, hər iki sağrı nahiyyələrinin, hər iki bazu nahiyyələrinin səthi yanıq yaraları, hər iki mil-bilək oynağı nahiyyənin arxa və iç səthlərini əhatə edən sıyrıqları. 2. Qeyd olunan xəsarətlərdən- hər iki mil-bilək oynağı nahiyyənin arxa və iç səthlərini əhatə edən sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən, başın hər iki gicgah nahiyyəsinin, sağ saidin orta-yuxarı 1/3-nin bayır və arxa səthlərinin, hər iki baldırın ön səthinin, hər iki sağrı nahiyyələrinin, hər iki bazu nahiyyələrinin səthi yanıq yaraları isə elektrik cərəyanın (elektroşok) təsirindən yaranmışdırlar, müayinədən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin 3-cü cild cild 148-171-ci vərəqələrində olan 18 iyun 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə 01 ədəd siqaret kötüyü və 01 ədəd tibbi maska maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağında saxlanılmışdır. Cinayət işinin 2-ci cild 271-273-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 123-129-cu vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin 2-ci cild 274-276-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 1) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyrmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 02 (iki)ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 3-cü cild 117-121-ci vərəqələrində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 15 sentyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ziddiyyətli ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri tam sübuta yetirildi. Onların əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onlar həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər məhkəmə iclasında özlərini təqsirli bilməyərək ibtidai istintaq zamanı verdikləri ifadələri təsdiq tmədiklərini, həmin ifadələri döyülməklə təzyiq altında verdiklərini bildirmişlər. Lakin, müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə ilkin olaraq saxlanıldıqları və təzyiqlərə məruz qaldıqlarını iddia etdikləri vaxtdan beş-altı ay sonra, azadlıqda olduqları vaxt da verdikləri ifadələrində özlərini tam təqsirli bilərək törətdikləri əməlləri etiraf etmişlər. Həmin vaxt isə onlara hər hansı təsir və ya təzyiqin olmamasını bildirmişlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi xx.xx.2024-cü il tarixli ifadəsi, digər Təqsirləndirilən şəxs2 isə xx.xx.2024-cü il tarixli ifadəsi iş üzrə mötəbər sübut kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılmış, həmin məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 03 (üç) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan sonra şərti cəza çəkmə dövründə xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 7(001)-505/2023 saylı qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və sınaq müddətində qəsdən az ağır cinayət törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 7(001)- 505/2023 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldılğı 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 01 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli o, məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə digər Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən isə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs2 1) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.2.3, 221.3 və 228.4cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 69.3-cü maddələrinə əsasən 04 (dörd) il 08 (səkkiz) ay 29 (iyrmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 02 (iki)ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır; 2) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur; 3) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2 və 66.5ci maddələrinə əsasən 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2023-cü ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin təhlükəli residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətlərin təhlükəli residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldılğı ümumilikdə 05 (beş) ay 24 (iyirmi dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 01 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs2 başqa iş üzrə həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhəkəmə həmçinin hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi ziyana 7.380 (yeddi min üç yüz səksən) manat, ödənilmiş dövlət rüsumuna görə 94 (doxsan dörd) manat, ümumilikdə 7.474 (yeddi min dörd yüz yetmiş dörd) manat mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs7 verilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddiası mülki cavabdeh Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilməməlidir. Belə ki, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs7 əmlakının oğurlanmasına görə yalnız Təqsirləndirilən şəxs1 ittiham elan edilmişdir. Həmin epizod üzrə Təqsirləndirilən şəxs2 ittiham elan edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilməlidir. Maddi sübut və ekspertiza xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış, hazırda Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 01 (bir) ədəd siqaret kötüyü və 01 (bir) ədəd tibbi maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertizasının xərci olan ümumilikdə 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdikləri və işlə tanış olduqları 36 saata görə 216 (iki yüz on altı) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gününü çəkməkdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli 7(001)-505/2023 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki hökmlə təyin edilmiş 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Apellyasiya Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 1(105)-598/2021 saylı qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 03 (üç) ay 08 (səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona 03 (üç) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 05 dekabr 2023-cü il tarixdən 29 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldılğı 04 (dörd) ay 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 01 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hazırki iş üzrə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 başqa iş üzrə həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, hazırda Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 01 (bir) ədəd siqaret kötüyü və 01 (bir) ədəd tibbi maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs7 mülki iddiası qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 7.380 (yeddi min üç yüz səksən) manat, ödənilmiş dövlət rüsumuna görə 94 (doxsan dörd) manat, ümumilikdə 7.474 (yeddi min dörd yüz yetmiş dörd) manat mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs7 verilsin. Zərərçəkmiş şəxs7 mülki iddiası mülki cavabdeh Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilməsin. Vurulmuş və ödənilməmiş qalan zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxslərə izah edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 150 (yüz əlli) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 məhkəmədə iştirak etdiklər və işlə tanış olduqları 36 saata görə 216 (iki yüz on altı) manat (hər vəkil üzrə ayrı-ayrılıqda) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar