Məhkəmə qərarları › İş №1(060)-410/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-410/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-410/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs , təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Abşeron Rayon Məhkəməsinin 1(012)- 100/2020 saylı, 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi nəzərə alınmaqla 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Qubadlı rayonu, Həmzəli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 10.03.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs Kazim oğluna məxsus Sumqayıt şəhəri 11- ci mikrorayon, Çerkassi küçəsində yerləşən obyektinin plastik qapısını sıxıb açaraq içəri qanunsuz daxil olub oradan 1 ədəd dəyəri 120 (yüz iyirmi) manat olan “Safım MMA180” markalı elektroit qaynaq aparatını, 1 ədəd dəyəri 80(səksən) manat olan “Bosh” markalı kəsici elektrik laqonda, 1 ədəd 140(yüz qırx) manat olan “Makita-600 Dövr/dəq” markalı elektrik laqonda və ümumi dəyəri 42(qırx iki) manat olan 30 metr uzunluğunda 3*2,5 mmlik 3 xətli mis naqili gizli yolla talayaraq Zərərçəkmiş şəxs Kazim oğluna 382 (üç yüz səksən iki) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2015 və 2020-ci il tarixlərdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. 10.03.2021-ci il tarixdə təqribən saat 18 radələrində yaşadığı evdən çıxıb gəzə gəzə Sumqayıt şəhəri 11-ci mikrorayon Çerkassi küçəsinə gəlmiş, həmin yerdə işığı sönük vəziyyətdə olan obyekt görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Obyektin plastik qapısına toxunanda qapının bağlı olduğunu görmüş və əli ilə plastik qapını sıxıb açaraq içəri daxil olmuş və orada olan bir ədəd “Safun MMA180” markalı qaynaq aparatını, “Makita” markalı laqonda və “Bosh” markalı laqondanı görmüş, eyni zamanda içərdə az miqdarda mis naqil də görmüş və həmin əşyaları bir çantaya qoyaraq oradan çıxmış və “Makita” markalı laqonda, “Safun MMA180” markalı qaynaq aparatını və naqilləri satmaq qərarına gəlmiş, lakin “Bosh” markalı laqonda isə ona lazım olduğu üçün özündə saxlamağı düşünmüşdür. Bu məqsədlə həmin əşaları evinin həyətində gizlətmiş, səhəri gün qaynaq aparatını, “Makita” markalı laqonda və naqili fərdi olaraq metal qəbul edən şəxsə 170 manata satmış, laqondanı isə satmamışdır. 03.04.2021-ci il tarixdə polis əməkdaşları onu polis bölməsinə dəvət etmiş və o, polis bölməsinə gedərək törətdiyi oğurluq cinayətini etiraf edərək laqondanı polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla, cinayət nəticəsində zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri ödəməyə imkanının olmadığını bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, inşaat mühəndisidir və Sumqayıt şəhəri 11-ci mikrorayon Çerkassi küçəsində avtomobil təmiri sexini icarə müqaviləsi əsasında işlədir. Həmin sexdə ona məxsus olan 180 manat dəyərində “Safun MMA180” markalı qaynaq aparatı, 130 ABŞ dolları dəyərində “Bosh” markalı laqonda, 140 manata dəyərində 2012-ci il Yaponiya istehsallı tam saz vəziyyətdə “Makita-600Dövr\dəq” markalı laqonda və 45 manat dəyərində 30 metr uzunluğunda 3*2,5 mm-lik 3 xətli mis naqili və digər əşyalar olmuşdur. O, hər gün sexə 09 radələrində gəlib, 21 radələrinədək işlətmiş, 10.03.2021-ci il tarixdə saat 21 radələrində işdən çıxıb evə getmiş, 11.03.2021-ci il tarixdə səhər saatlarında alınacaq əşyaları almaq məqsədi ilə Sədərək ticarət mərkəzinə getmiş, həmin günü saat 11 radələrində ona zəng olunmuş və obyektin qapılarının açıq olduğu bildirilmişdir. Həmin günü saat 13 radələrində obyektə qayıdanda məlum olmuşdur ki, obyektin qapısını sıxıb açmaqla içəri qanusuz daxil olub oradan “Safun MMA180” markalı qaynaq aparatını, “Bosh” markalı laqonda, 2012-ci il Yaponiya istehsallı tam saz vəziyyətdə “Makita-600\0Dövr\dəq” markalı laqonda və 30 metr uzunluğunda 3*2,5 mm-lik 3 xətli mis naqili gizli yolla talanmışdır. Hadisə zaman ona 446 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər tam olaraq ödənilməsə də, onun barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşunaslıq ekspertizasının 9/1904 saylı 26.04.2021-ci il tarixli rəyindən görünür ki, anoloji malların markasına, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametirlərinə uyğun olaraq orta bazar qiyməti təxminən 242,00 manat müəyyən edilir. -1 ədəd 2018-ci ildə alınmış, 2020-ci ilin mart ayından istifadə olunan “Safun” markalı elektirot qaynaq aparatı-120,00 manat; -1 ədəd 2018-ci il tarixdən istifadə olunan “Bosch” markalı kəsici elektirik laqonda- 80,00 manat; -30 metr uzunluğunda 3x2,5 mm, 3 xətli, yararlı vəziyyətdə mis naqil-42,00 manat. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 1 ədəd 2018-ci il tarixdən istifadə olunan “Bosch” markalı kəsici elektirik laqonda Zərərçəkmiş şəxs təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün, zərərçəkmiş şəxsin ifadələri və işin materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli arayışdan (tələbnamədən), Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmünün surətindən və Sumqayıt şəhər Probasiya şöbəsinin 2021 saylı 29.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 il 07 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının 01 il 02 ay 04 gün hissəsini qanuna müvafiq qaydada çəkmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən hissəsi 05 ay 04 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-100/2020 saylı, 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 05 ay 04 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 02 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 05 aprel 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı onun həbsə alındığı vaxtdan, yəni 29 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 1 ədəd 2018-ci il tarixdən istifadə olunan “Bosch” markalı kəsici elektirik laqonda Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 04 iyun 2021-ci il tarixli (iş № 1(060)-410/2021) qərarını icra edərək, 09 iyun 2021-ci il tarixli 559 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (iki) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 1(012)-100/2020 saylı, 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 05 (beş) ay 04 (dörd) günü, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 29 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs təhvil verilmiş 1 ədəd 2018-ci il tarixdən istifadə olunan “Bosch” markalı kəsici elektirik laqondanın Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin.Göstərilən hüquqi yardıma görə cəmi 48 (qır səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar