Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-410/2025 14.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-cı il tarixdə Sumqayıt şəhərində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkumluğu olan, işsiz, Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda 6 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0.091 qram, 0.053 qram, 0.201 qram, 0.102 qram, 0.068 qram, 0.019 qram ümumi təmiz çəkisi 0.534 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 01 ədəd elektron tərəzini əldə edib daşıyaraq üzərində saxlamış, 20 fevral 2025-ci il tarixdə, saat 21:31-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi, 12 nömrəli avtobus dayanacağının qarşısında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərinə şəxsi axtarış aparılarkən həmin narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən, yəni həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 19 fevral 2025-ci il tarixdə o, işdən çıxıb evə gedərkən Sumqayıt şəhəri, 12-ci mikrorayon ərazisində yaşayan yeznəsi ona zəng edərək birlikdə çörək yemələrini təklif etmiş, o öz növbəsində təklifi qəbul etmişdir. Bundan sonra təqribən axşam saat 20:00 radələrində o, 10-cu mikrorayon ərazisinə, "ARAZ" marketin yanına gəlmişdir. Orada olarkən Post-patrul xidməti əməkdaşları tərəfindən heç bir əsas və səbəb olmadan saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Qeyd edir ki, qanunsuz olaraq və vəkillə təmin edilmədən, müdafiə hüququ pozulmaqla bir sutkaya yaxın orada saxlanılmış, 20 fevral 2025-ci il tarixdə saat 21-22 radələrində həmin bölmənin əməliyyatçıları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmov küçəsi, 12 nömrəli avtobus dayanacağının qarşısına gətirilərək guya həmin ərazidə üzərində narkotik vasitə aşkar olunaraq şübhəli şəxs kimi tutulması barədə qurma çəkiliş aparılmış, orada onun cibinə elektron tərəzi və narkotik qoyulmuşdur. Bildirir ki, bacısı və özü xəstəlikdən əziyyət çəkir, qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu 19 fevral tarixində, 10-cu mikrorayon ərazisində saxlayıb 1-ci PB-nə gətirmiş, bölmədə olarkən Şahbaz adlı şəxs ona sənədlərə imza atmasını tələb etmişdir. PB-də ona “elektroşoker” cihazı ilə tok verilmiş, daha sonra polis əməkdaşları tərəfindən 20 fevral tarixdə, saat 9-10 radələrində qurma çəkiliş aparılması üçün Corat qəsəbəsinə gətirilmişdir. Çəkiliş təxminən 1 saat davam etmiş, orada onun üzərinə 6 bükümdə psixotrop maddə və elektron tərəzi qoyulmuşdur. Bildirir ki, PB-də ona CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı sənədə qol çəkdirsələr də, müstəntiq əməlini CM-nin 234.2-ci maddəsinə tövsif etmişdir. Qeyd edir ki, narkotik satışı ilə məşğul olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, iş yoldaşı ondan “patı” istəmiş, o da həmin şəxsə pay olaraq narkotik vermişdir. Dostu, eyni zamanda iş yoldaşı İlham adlı şəxsə 10 manatlıq narkotik maddə vermişdir. Narkotik vasitəni pay olaraq həmin şəxsə vermişdir. X6 Respublikası vətəndaşından almış, həmin şəxs artıq tutulmuş, həmin şəxsə narkotik üçün müxtəlif məbləğlərdə pul ödəmişdir. Qeyd edir ki, 50 manat məbləğində narkotik ona 2 gün istifadə etmək üçün kifayət etmişdir. Saxlanılarkən üzərində tərəzi olmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələrin müəyyən hissəsində ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zaman Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran İslam Respublikasının Oruc adlı vətəndaşı təxminən 5-6 il olar ki, tanıyırmış. Belə ki, Orucla bir yerdə cəzaçəkmə müəssisəsində olmuş, 16 avqust 2024-cü il tarixdə Yasamal rayonunda dərzi sexində olan zaman Oruc ona “Whatsapp”da səsli mesaj göndərərək Sumqayıt şəhəri, Corat qəsəbəsində qəbristanlığın yaxınlığında telefon olduğunu, həmin telefonu götürüb bacısı oğlu Əli adlı şəxsə çatdırmağını tapşırmışdır. Oruc ona “Whatsapp”la telefonun olduğu yerin məkanını və şəklini də göndərmişdir. O, taksi sifariş verərək saat təxminən 23:15-də Bakı şəhərindən Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün saat təxminən 00:30 radələrində Orucun ona göndərdiyi konumun olduğu Sumqayıt şəhəri, Corat qəbristanlığının yanına gəlmiş, Orada küncdə mişar daşının yanında balaca bağlamanı görmüşdür. Həmin vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib onu 1-ci PB-nə dəvət etmiş, birlikdə Bölməyə gəlmişlər. Bölmədə ona hüquq və vəzifələr barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuş, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. O, əynində olan boz rəngli şalvarın sağ yan cibindən yapışqan lentə sarılmış bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Yapışqan lentə bükülmüş kütlə açılmış, bükülünün içərisində 3 ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd “AOSAİ” markalı elektron tərəzi aşkar edilmişdir. Həmin kütlələrin hər biri elektron tərəzidə çəkilmiş, ayrı-ayrılıqda çəkiləri, 0,33 qram, 0,33 qram, 0,33 qram cəmi çəkiləri isə 1,00 qram gəlmişdir. Bundan başqa üzərindən bir ədəd özünə məxsus “Redmi Note 8 pro” markalı mobil telefon və üzərində olan ***-***-**-** saylı mobil nömrə də aşkar olunaraq götürülmüş, iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılmış və protokola əlavə edilmişdir. Həmin bükümlərdə olan kütlə təhqiqatçı tərəfindən qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan narkotik vasitəllər, elektron tərəzi və telefon qablaşdırılaraq götürülmüşdür. İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, PB-də döyülməmişdir. Özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir, yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə etməsi, daşıması, istifadə etməsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat istintaq qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:20-də onlar tərəfindən əməliyyat müşahidəsinə götürülmüş və saat 21:31-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, X.Məhərrəmoğlu küçəsi, 12 nömrəli avtobus dayanacağının qarşısında əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs nədə şübhəli olduğunu, o cümlədən saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs öncə üzərində qanunla istifadəsi, əldə olunması, daşınması qadağan edilmiş hər hansı əşya və ya predmet varsa təqdim etməsini təklif etmiş, o, əynində olan qış gödəkçəsinin cibindən bir ədəd bükümü və bir ədəd elektron tərəzini təqdim etmiş və bükümün içərisində heroin olduğunu bildirmişdir. Bundan sonra həmin büküm qablaşdırılmışdır. Aşkar edilərək götürülmüş mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün qablaşdırılaraq götürülmüşdür. Daha sonra onlar Mansurovla birlikdə 1-ci PB-nə gəlmiş, xidməti otaqlarının birində təhqiqatçı sənədləşmə prosesini davam etdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və ona hüquq və vəzifələri yenidən izah edilmişdir. Qablaşdırılmış zərf açılmış və bu zaman zərfin içərisindən 06 ədəd bükümdə narkotik vasitə heroinə bənzər bükümlərin olduğu müəyyən edilmişdir. Sonra həmin bükümlər elektron tərəzidə çəkilərək protokolda qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 21 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 15:30) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 20 fevral 2025-ci il tarixdə, saat 21:31 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19); “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. (i.v.52-53); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:30-da CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.61-64); Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 fevral 2025-ci il tarixdən hesablanmışdır.(i.v.72-74). “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 20 fevral 2025-ci il tarixli protokoldan görünür ki, avtobus dayanacağının qarşısında bir nəfər şəxsin irəlilədiyini və iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşaraq onu saxladığı görünür. Həmin şəxslər polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim edirlər. Saxlanılan şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Polis əməkdaşı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma cinayətində şübhəli olduğunu və onun üçiin saxlanıldığını bildirir, ona hüquq və vəzifələri izah edilir. X4 üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet varsa baxışa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçənin sol yan cibində saxladığı ağ rəngli fayla bükülmüş bükümləri və 01 ədəd elektron tərəzini baxışa təqdim edir. Təqsirləndirilən şəxs həmin maddənin “heroin” olduğunu bildirir. Bundan sonra polis əməkdaşı təqdim olunan fayla bükülmüş 06 ədəd bükümə baxış keçirərək onların çəkilərini elektron tərəzidə çəkərək zərfə qoyaraq qablaşdırır. Sonra təqdim edilən elektron tərəzi də qablaşdırılaraq götürülür. Mansurov həmin narkotik vasitə heroini tutulduğu gün günorta sosial şəbəkədə tanış olduğu özünü İİR vətəndaşı kimi təqdim edən şəxsin göndərdiyi konum üzrə gedərək öz şəxsi istifadəsi üçün 50 manata əldə etdiyini bildirir. Polis əməkdaşı Mansurovun üzərinə özü şəxsi axtarış keçirir, şəxsin əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibində saxladığı “redmi” markalı qara rəngli telefon və əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı qara rəngli pul kisəsi əməliyyat müvəkkili tərəfindən aşkar edilərək götürülür. Pul kisəsinin içərisinə baxış keçirdikdə şəxsiyyət vəsiqəsi, bir ədəd 10 manatlıq, bir ədəd 5 manatlıq və iki ədəd 1 manatlıq pul əskinası aşkar edilir. Qeyd edilənlər sübut əhəmiyyəti kəsb etmədiyi üçün şəxsin özünə qaytarılır. Sonra polis əməkdaşı şəxsdən mobil telefonu açmasını və İİR vətəndaşı kimi təqdim edən şəxslə yazışmalarını təqdim etməsini tələb edir. Şəxs mobil telrfonu açaraq “Whatsapp”proqramına daxil olur və telefonun yaddaşına “Emi Qizi" kimi qeyd etmiş şəxslə danışıqlarını təqdim edir. Həmin mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülür. Polis əməkdaşı Şahid1 sənədləşmənin Pİ-də davam etdirilməsi üçün video çəkilişi saxlayır. (i.v.28-29); “Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2025-cü il tarixli, 6/825 №li rəyindən görünür ki, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №125" dairəvi möhür əksi olan "saxlanılan şəxs:Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş iki ədəd kağız paketdə olan: - l№-li kağz paketdə 6 ədəd ayrı-ayrılıqda təmiz çəkisi 0.091 qram, 0.053 qram, 0.201 qram, 0.102 qram, 0.068 qram, 0.019 qram ümumi təmiz çəkisi 0.534 qram oloan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - 2 №li kağız paketdə olan bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi-0,534 qr, tədqiqata sərf edildi 0,06 qr, qalıq-0,474 qram.(i.v. 36-41) “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus telefon “Redmi” markalı olmaqla, ön və arxa hissəsi qara rənglidir. Telefonun arxa hissəsində qara rəngli kobura var. Koburanın arxa hissəsində “qızılı rəngli gerb” möhürü yapışdırılmışdır. Telefonun arxa hissəsində zavod üsulu ilə “Redmi” sözləri və digər yazılar qeyd olunmuşdur. Mobil telefonun üzərində ***- ***-**-** saylı nömrənin olması müəyyən olundu. Baxış zamanı telefonun yaddaşında aşağıdakılar aşkar edilərək götürülmüş və müvafiq şəkillər protokola əlavə edilmişdir:
1. +98 914 *** **** saylı mobil nömrə telefonun yaddaşında “Emi Qizi” kimi qeyd edilmişdir. Həmin yazışmaya daxil olduqda görünür ki, Təqsirləndirilən şəxs həmin şəxslə səsli və mətnli yazışmaları var. Səsli mesaja daxil olduqda Təqsirləndirilən şəxs həmin şəxsə 03 saniyə müddətində “Sağal yetim, allah canını sağ eləsin" məzmunlu mesaj göndərdiyi, həmin şəxsin isə “ sağal allalı sənin də canını sağ elnsin, indi hesabı eliyəcəylər, nə borcun qalır atacıyam sənə sən Allah onu da bu günləri təmizlə" məzmunlu cavab verir. Sonra Təqsirləndirilən şəxs həmin şəxsə “ok Aga mnn bilnn İSO" yazılı mesaj göndərir. Həmin şəxs “ 190” məzmunlu yazılı mesaj sonra isə ardınca “Ağa 190 manat qalır, başıva dönərəm. 240 manat borclu idin, 10 dənə də götürdün elədi 690 manat, andan 500 manat çıxdım qaldı 190 manat düzdü? ” məzmunlu səsli meaj göndərir.
2. +994 051 *** ** ** saylı mobil nömrə telefonun yaddaşında “ . “ kimi qeyd edilib. Həmin şəxslə Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə 02:30-da yazılmış mesajlarına daxil olduqda aşağıdakı məzmumlu yazışmalar görünür. - “yetim neəcəsn yatmısan? Mənəm hüseyn" - Təqsirləndirilən şəxs "hə yetim " - “ Yetim ??“ - Təqsirləndirilən şəxs “hə" - “Yarı alınar yetim " -Təqsirləndirilən şəxs “das" - “he ” -Təqsirləndirilən şəxs “Gecdi İndi cıxa bilmiyəcəm Tezdən olmaz garusay " - “indiyə alınmır heçcür?" -Təqsirləndirilən şəxs “Alınır necə oturum sənə" - “Pencereden alınmaz?" - Təqsirləndirilən şəxs “yox e" - “he heçnə onda yetim ” - R. Mansurov “Səhər isə gedəndə 7 də" - “Tezdnn götürəsi olsam xəbər eliyrem sene "(i.v. 75-79); “Maddi sübut kimi tanıma haqqında” 11 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,534 qram heroin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,474 qram heroin maddi sübut kimi tanınmış və məsul saxlanc üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. “Şəxsi axtarış keçirilməsi və götürmə” istintaq hərəkətinin videoçəkilişini özündə əsk etdirən 02 (iki) ədəd disk və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir.(i.v.94-95); Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2042 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.118-119); DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər 5 (beş) dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cii il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 19 gün müddətini şəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (i.v. 99-107) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilmədən yenidən cinayət törətmişdir. Onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 234.2-ci maddəsi ilə verilmiş ittiham qanuni və əsaslı olduğundan öz qüvvəsində saxlanılmış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmışdır. İş üzrə ilkin yoxlama materialları, şahid ifadələri, narkoloji ekspertizanın rəyləri, DVD diskə baxış keçirilməsi barədə protokol, Ruslan Qurbanova məxsus “Redmi” markalı mobil telefon maddi sübut növü kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 0,534 qram olan narkotik vasitə heroin və bir ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, aparılmış kimyəvi tədqiqatlardan sonra 0,474 qram heroin qalıq çəkisinin və bir ədəd tərəzinin məhkəmənin hökmünə qədər Sumqayıt ŞPİ-nın maddi sübutları saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. (i.v. 126-133) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla özünü CM-nin 234.2-ci maddəsi deyil, həmin məcəllənin 234.1-cü maddəsi təqsirli bilməsini, narkotik vasitənin satışı ilə məşğul olmaması, elektron tərəzinin ona məxsus olmaması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o, həmin maddə ilə məsuliyyətdən boyun qaçırmaq məqsədilə bu məzmunda ifadə vermişdir. İfadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. O, ibtidai istintaq zamanı bir-birilə uzalaşan ifadələr verməklə etmiş olduğu cinayət əməlinin etiraf etmişdir. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini müqayisəli şəkildə təhlil etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməsə də, ifadəsində göstərmişdir ki, iş yoldaşı və dostu olan İlham adlı şəxsə sonununun istəyi ilə 10 manat dəyərində “patı” adlandırdığı psixotrop maddəni pay olaraq vermiş, həmin şəxsdən hər hansı təmənnası olmamışdır. Eyni zamanda bildirmişdir ki, X6 Respublikası vətəndaşından almış, həmin şəxs artıq tutulmuş, narkotik üçün həmin şəxsə müxtəlif məbləğlərdə pul ödəmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs sərbəst ifadəsində özü də dostu və iş yoldaşı İlham adlı şəxsə pay olaraq sonuncunun istəyi ilə psixotrop maddə verdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həmin şəxsə psixotrop maddəni pay olaraq təmənnasız verməsi barədə ifadəsinə tənqiqi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə özünü müdafiə etməyə narkotik vasitələrin və pssixotrop maddələrin satışı ilə ilə məşğul olmaması fikrini çatdırmağa çalışmışdır. Halbuki, o, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilən mobil telefona baxış keçirilərkən telefonun yaddaşında +98 914 *** **** saylı mobil nömrənin “Emi Qizi” kimi qeyd edildiyi, həmin nömrə ilə yazışmalarına daxil olduqda Təqsirləndirilən şəxs həmin şəxslə səsli və mətnli yazışmalarının olduğu müəyyən edilmişdir. Səsli mesajda Təqsirləndirilən şəxs həmin şəxsə 03 saniyə müddətində “Sağol yetim, allah canını sağ eləsin" məzmunlu mesaj göndərdiyi, həmin şəxsin isə “ sağol allah sənin də canını sağ eləsin, indi hesabı eliyəcəylər, nə borcun qalır atacıyam sənə sən Allah onu da bu günləri təmizlə" məzmunlu cavab verir. Sonra Təqsirləndirilən şəxs həmin şəxsə “ok Aga mən bilən 180" yazılı mesaj göndərir. Həmin şəxs “ 190” məzmunlu yazılı mesaj sonra isə ardınca “Ağa 190 manat qalır, başıva dönərəm. 240 manat borclu idin, 10 dənə də götürdün elədi 690 manat, ondan 500 manat çıxdım qaldı 190 manat düzdü? ” məzmunlu səsli meaj göndərmişdir. Bundan başqa +994 051 *** ** ** saylı mobil nömrə telefonun yaddaşında “ . “ kimi qeyd edilmiş, həmin şəxslə Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə 02:30-da yazılmış mesajlarına daxil olduqda aşağıdakı məzmumlu yazışmaların olduğu müəyyən edilmişdir. - “yetim necəsen yatmısan? Mənəm hüseyn" - Təqsirləndirilən şəxs "hə yetim " - “ Yetim ??“ - Təqsirləndirilən şəxs “hə" - “Yarı alınır yetim " -Təqsirləndirilən şəxs “das" - “he ” -Təqsirləndirilən şəxs “Gecdi İndi cıxa bilmiyəcəm Tezdən olmaz garusay” - “indiyə alınmır heçcür?" -Təqsirləndirilən şəxs “Alınır necə oturum sənə" - “Pencereden alınmaz?" - Təqsirləndirilən şəxs “yox e" - “he heçnə onda yetim ” - R. Mansurov “Səhər isə gedəndə 7 də" - “Tezdən götürəsi olsam xəbər eliyrem sene "onun saxlanılarkən üərindən Yuxarıda göstərilən smslərin məzmunundan bir daha görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin yalnız qanunsuz olaraq istifadəsi deyil, ittiham aktında qeyd edildiyi kimi onların satışı ilə də məşğul olduğu bir daha sübut edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddədən başqa, həmçinin onun üzərində xüsusi avadanlıq yəni elektron tərəzi də aşkar edilmişdir. Xüsusi olaraq vurğulanmalıdır ki, məhkəmə təqsirləndirilən şəxsin xx.xx.2025-ci il tarixdə 21:31-də deyil, bir gün öncə, yəni xx.xx.2025-ci il tarixdə axşam saatlarında saxlanılması barədə verdiyi ifadəsinə də tənqidi yanaşayaraq hesab etmişdir ki, təqsirləndirilən şəxs bu məzmunda ifadə verməklə özünümüdafiə etməyə çalışmışdır. Halbuki onun qeyd etdiyi xüsusatlar nə ibtidai istintaq zamanı, nə də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, o, qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı aparılan istintaq hərəkətlərində, o cümlədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində bu barədə hər hansı fikir bildirməmişdir. Qeyd edilən xüsusatla bağlı məhkəmənin göndərdiyi sorğuya 1-ci PB tərəfindən təqdim edilən cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilinərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq PB-nə gətirildiyi və barəsində toplanmış materialın xx.xx.2025-ci il tarixdə 3-13-58-1/2369/2025 nömrəli məktubla Sumqayıt ŞPİ-nin İŞ-nə göndərildiyi qeyd edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təzyiq və təsirlərə məruz qalması barədə hər hansı orqana şikayət etmədiyi müəyyən edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatlar hər biri araşdırılsa da, öz təsdiqini tapmamışdır. İşin qeyd edilən halları bir daha təsdiq edir ki, təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə məhkəmə iclasında səmimi olmamışdır. CM-nin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarında göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə, onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrinin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. (30 aprel 2021-ci il tarixli dəyişikliklər nəzərə alınmaqla) “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə qəsdən cinayət törədilmənin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Lakin Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməklə, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs bundan əvvəl də qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etdiyi, o cümlədən digər cinayət əməlləri törətdiyi üçün bir neçə dəfə məhkumluq həyatı yaşamasını, buna baxmayaraq islah olunmamasını və yenidən narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə etməsini, cəzasını ağırlaşdıran halı, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona CM-in 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 20 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan-tədqiqatdan sonra qalıq qalmış 0,474 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 01 ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 14 (on dörd) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 154 (bir yüz əlli dörd) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 03 (üç) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 20 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,474 qram olan narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi məhv edilsin. 01 (bir) ədəd "Redmi" markalı mobil telefon Təqsirləndirilən şəxs təhvil verilsin. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üzərinin yoxlanılmasını, şəxsi axtarış keçirilməsi və götürməni, audiomesajları özündə əks etdirən 03 (üç) ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 154 (bir yüz əlli dörd) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Ramiz Quliyev