Məhkəmə qərarları › İş №1(060)-411/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-411/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-411/2020 21.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Mirzəli qızının, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 7, m. 20-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsi, 1 nömrəli evin qarşısında qayınanası Zərərçəkmiş şəxs oğlu X4 ilə aralarında soyuq münasibət yaranmasına onun səbəb olduğunu bildirməsi və ünvanına nalayiq söyüşlər söyməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əl və təpiklə zərbələr vuraraq sol bazunun, sağ saidin sıyrıqları, sağ baldırın qançırı və sağ baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı kimi sağlamlığının qısa müddət pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əri Elşənlə 21 ildir ki, ailəlidir və həmin nikahdan 3 övladları dünyaya gəlmişdir. Elşənin anası Alimə ilə münasibətləri əvvəllər normal olsa da, sonradan münasibətləri korlanmağa başlamışdır. Buna səbəb Alimənin orada-burada guya onların ailəsini saxlamasını deməsi və bu söhbətlərin əri Elşənin qulağına çatması olmuşdur. Buna görə onların arasında tez-tez mübahisələr olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 21 radələrində böyük qardaşı Müqabilgildən əri Elşən, qızı Aysu və anası Dostu ilə birlikdə qayıdan zaman, anasıgilin evi qayınanasının evinə gedən yolun üzərində yerləşdiyi üçün, yolda qayınanası Alimə ilə rastlaşmışlar. Alimə onları görən kimi onun, anasının və qızının ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Elşən onlara evə getməyi tapşırmışdır. O, evə getməyib anası və qızı ilə birlikdə Elşənin gəlməsini gözləmişdir. O, Elşənin gec gəldiyini görüb qayınanası Alimənin yaşadığı blokun qarşısına getmiş, orada Alimənin əlindəki dabankeşlə Elşənin başına və bədəninin müxtəlif yerlərinə zərbələr endirdiyini görmüşdür. Elşəni qaynanasının əlindən alarkən qaynanasını bilmədən vurmuşdur. Mübahisə təxminən 10- 15 dəqiqə davam etmişdir. Mübahisəyə səbəb Alimənin onun, qızının və anasının ünvanına nalayiq söyüşlər söyməsi olmuşdur. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə iclasında təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmandır. Barəsində olan cinayət işi üzrə icraata xitam verilib məsuliyyətdən azad edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Mirzəli qızı göstərdi ki, Elşən Əliyev onun oğludur. Aralarında əvvəllər ədavət olmamış, münasibətləri normal olmuşdur. Elşən 10 ildən artıq bir müddətdə ailəsi ilə birlikdə X1 vilayətində yaşamışdır. Sonra Elşən ailəsi ilə birlikdə Rusiyadan qayıtmış və onun evində yaşamağa başlamışdır, oğlu Cavad da onunla birlikdə yaşayır. Xeyli müddət o, təqaüdü hesabına, Cavad isə işləyib Elşənə və ailəsinə baxmışlar. Lakin bir müddət sonra Elşənlə münasibətlərində soyuqluq yaranmış, Elşən tez-tez onunla və Cavadla mübahisə etməyə başlamışdır. Elşənin arvadı Sevinc Elşəndə ona qarşı qıcıq yaratmış, Elşəni onunla mübahisəyə sövq etmişdir. Bir müddət sonra Elşən ailəsi ilə birlikdə onun evini tərk edib qayınanası Dostugildə yaşamağa başlamışdır. O, xeyli müddət Elşəni və ailəsini görməmişdir. xx xxxx 2020-ci il tarixdə yaşadığı evin yaxınlığında yerləşən meyvə bağından evə gələn zaman yaşadığı binanın qarşısında Elşən, Elşənin arvadı, qızı və qayınanası ilə rastlaşmışdır. O, həmin şəxslərin yanından keçən zaman demişdir ki, övladlarını ondan ayıranın Allah bəlasını versin. Bundan sonra Elşəngil dördü birlikdə onu söyüb təhqir etməyə başlamışlar. Elşən qolundan tutub onu evinə aparmağa başlamış və Elşən evin qapısına çatanda Cavadı və arvadını öldürəcəyini deyib qapını təpikləməyə başlamışdır. O, dəhlizdə qapının yanında yerləşən dabankeşi götürüb Elşənin başına vurmuşdur. Həmin vaxt Sevinc ona əl-qol atıb üzünə, boğazına və dodağına cırmaq atmış, təpiklə əllərinə və ayağına zərbələr endirmişdir. Səs-küyə 2-ci mərtəbədə yaşayan Mirağa gəlmiş və Elşəni tutub binadan çölə çıxarmışdır. Cavad çölə çıxıb mübahisəyə müdaxilə etmək istəsə də, qızı Leyla qonşularla birlikdə onu evdən çıxmağa qoymamışdır. Elşənin arvadı və qayınanası onu və Cavadı söyməyə davam etmişlər. Bir qədər sonra Elşənin arvadı və qaynanası çıxıb getmişlər. Məhkəmə iclasında təqdim edilmiş Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 645 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol bazunun, sağ saidin sıyrıqları, sağ baldırın qançırı və sağ baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyiqançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs (şəxslər) tərəfindən əllə, təpiklə vurulma nəticəsində əmələ gələ bilər, müddəti müayinədən 5-7 gün əvvəl olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər. Xəsarətlərdən sağ baldırın aşağı 1/3-nin topuq oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Sol bazunun, sağ saidin sıyrıqları, sağ baldırın qançırı sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduöu üçün dərəcəsi təyin edilmir. (i.v. 32-33) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 52) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 274 saylı, xx xxxx 2020-ci il tarixli məktubundan görünür ki, Əliyeva X2 şəhər 3 nömrəli xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müşahidədə yoxdur. (i.v. 53) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 56) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 116) Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, həmçinin məhkəmə tibbi ekspertiza rəyi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qızının barəsində cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Namiq Mirzəzadə tərəfindən verilmiş arayışdan görünür ki, X5 müdafiəçi kimi cinayət prosesində 12 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 72 (yetmiş iki) manat, Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 39, 43, 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində, vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində (cəmi 108 manat) pul vəsaitləri dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar