Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-411/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxsnun, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxsnın, Müdafiəçi-Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Masallı rayonu, Şərəfə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə saat 19 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes-Benz» markalı **- EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə üzü K.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən M.Əsədov küçəsində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü daim dəyişən yol şəraitinə nəzarət etməli, qarşısında nizamlayanmayan piyada keçidi ilə piyadanın yolu keçməkdə olmasını nəzərə alaraq avtomobili keçidə çatmadan dayandırılmalı, piyadının yolun hərəkət hissəsini boşaltmasını gözləməli və hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olunduqdan sonra hərəkətə başlaması üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç tədbir görməmiş və avtomobilin ön hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurub, sonuncuya QKTB, baş beyin silkələnməsi, alın sümüyünün sağ göz yuvası səhfəsinin hissəsinin sınığı, sol alt çənə şaxəsinin yerdəyişməyən sınığı, sağ gicgah-alın nahiyəsinin əzilmiş-cırılmış yarası, burnun və alt dodağın əziyi, OD-göz qapaqlarının hematoması, travmatik konyuktivit kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2020ci ilin dekabr ayının təxminən əvvəllərində taksi kimi xidmət göstərməkdən ötrü özünə maşın axtarmışdır. Bu səbəbdən də həmin ərəfədə internetin «Turbo.az» saytında elan görmüş və həmin elanda «Mersedes Benz» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə verilməsi yazılmışdır. O həmin elanı vermiş şəxslə Bakı şəhəri Hövsan qəsəbəsində görüşüb danışmışdır. Aralarında olan razılaşmaya əsasən həmin adını unutduğu şəxs ona «Mersedes Benz» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobili ayı 400 manata 1 il 2 ay müddətinə vermişdir. Daha sonra onlar Hövsan qəsəbəsində yerləşən notariat kontoruna gedərək etibarnamə ilə bu məsələni rəsmiləşdirmişlər. Həmin vaxtdan məlum hadisəyə kimi o sözügedən avtomobillə taksi kimi işləmişdir. AE 056233 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi də vardır. 12.03.2021-ci il tarixdə saat 19 radələrində idarə etdiyi «Mersedes Benz» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə üzü K.Axundov küçəsi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən M.Əsədov küçəsində təxminən 3 metr məsafədən görmüşdür ki, yolun sol kənarından orta yaşlı qadın qəfildən yolun hərəkət hissəsinə çıxır. Həmin qadın yolu soldan sağa iti addımlarla keçirərək yola baxmamışdır. O tez ayağını əyləcə sıxıb sükanı sağa çəksə də, hadisənin qarşısını ala bilməmişdir. Nəticədə həmin qadını avtomobilin ön sol hissəsi ilə vurmuşdur. Zərbədən qadın avtomobilin alın şüşəsinə çırpılıb yerə yıxılmışdır. O tez avtomobili saxlayıb aşağıya düşmüş, kənar şəxslər də hadisə yerinə yığışmışlar. Tez həmin qadını kənar şəxslərin köməkliyi ilə avtomobilinə əyləşdirmişdir. Lakin həyacanlı olduğu üçün avtomobili idarə edə bilməmiş, bu səbəbdən də hadisə yerinə təcili-tibbi yardım çağırılmışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə təcili–tibbi yardım maşını gəlmiş və o avtomobillə vurduğu həmin piyada ilə birlikdə Sumqayıt şəhər TTYX-na getmişlər. Qadın xəstəxanaya yerləşdirilmişdir. Sonra isə xəstəxanaya gələn polis işçiləri ilə birlikdə o hadisə yerinə getmiş, hadisə yeri müayinə edilmişdir. Hadisədən sonra maşın cərimə meydançasına aparılmış və o maşını 2021-ci ilin mart ayının axırlarında cərimə meydançasından götürərək, sahibinə qaytarmışdır ki, icarə pulu yazılmasın. Hadisənin qarşısını almaq üçün tez ayağını əyləcə sıxıb sükanı sağa çəksə də hadisənin qarşısını ala bilməmişdir. Avtomobili idarə edərkən, yəni hadisə olan vaxt avtomobildə ondan başqa heç kim olmamışdır. Hadisə baş verən zaman idarə etdiyi avtomaşının hərəkət surəti təxminən 50 km/saat olmuşdur. Hadisə zamanı onun avtomobilinə heç bir kənar təsir olmamışdır. İdarə etdiyi avtomaşının texniki vəziyyəti normal olmuş, maşında heç bir nasazlıq olmamışdır. Hadisənin baş verdiyi yerdə hər hansı bir yol nişanı yoxdur. Piyadanı piyada keçidindən 3,50 metr irəlidə avtomobili ilə vurmuş və piyada yolun solundan sağına keçmək üçün təxminən 4,80 metr yolun hərəkət hissəsinə daxil olmuşdur. O piyadanı görən kimi tez ayağını əyləcə sıxıb sükanı sağa çəksə də hadisənin qarşısını ala bilməmiş və piyadanı avtomobilin ön, yəni qabaq sol hissəsi ilə vurmuşdur. O spirtli içki qəbul etməmiş və həmin vaxt həkim müayinəsindən keçmişdir. Hadisə nəticəsində o heç bir xəsarət almamış və tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Hadisədən sonra o piyadanı avtomobilinə qoymuşdur ki, xəstəxanaya aparsın, lakin həyacanlı olduğundan maşını idarə edə bilməmiş və hadisə yerinə çağırılmış təcli-tibbi yardım maşını ilə piyadanı Sumqayıt şəhər TTYX-na aparmış, daha sonra polis əməkdaşları ilə birlikdə hadisə yerinə qayıtmışdır. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini, barışdığını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını göstərərək barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 12.03.2021-ci il tarixdə saat 19 radələrində o Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə yolu soldan sağa piyada keçidinin üzəri ilə 18-ci mikrorayon istiqamətinə keçmək istəyərkən, ilk əvvəl yola baxıb görmüşdür ki, maşınlar hələ işıqfordadır, daha sonra o piyada keçidinin üzəri ilə orta addımlarla keçməyə başlamış və yola baxmayıb fikirləşmişdir ki, maşınlar hələ gəlməz və o arxayınlıqla orta gedişlə yolu keçərkən yolun orta hissəsində M.Əsədov küçəsi ilə üzü K.Axundov küçəsi istiqamətində hərəkətdə olan «Mersedes benz» markalı avtomobil onu ehtiyatsızlıqdan vurmuş, zərbənin təsirindən o yerə yıxılıb hüşunu itirmiş, özünə gəldikdə artıq Sumqayıt şəhər TTYX-da olmuşdur. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödədinldiyini, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını, barışdığını və sonuncunun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş leytenantı Şahid ifadəsində göstərdi ki, 12.03.2021-ci il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri ərazisində xidmətdə olduğu vaxt Sumqayıt şəhəri, M.Əsədov küçəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Dərhal o idarə etdiyi xidməti avtomobil ilə hadisə yerinə getmişdir. Hadisə yerinə gedəndən sonra ona məlum olmuşdur ki, bir az əvvəl Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes-Benz» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri M.Əsədov küçəsi ilə üzü K.Axundov küçəsi istiqamətində hərəkətdə olarkən M.Əsədov küçəsində avtomobilin ön hissəsi ilə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs piyada keçidinin üzərində ehtiyatsızlıqdan vurmuş və hadisə yerinə çağırılmış təcli-tibbi yardım maşını ilə piyadanı Sumqayıt şəhər TTYX-na aparmış, daha sonra onlarla birlikdə hadisə yerinə qayıtmışdır. Bundan sonra hadisə yeri sürücünün, hal şahidlərinin iştirakı ilə müayinə olunmuş, hadisə yerinin foto şəkilləri, hadisə yerinin sxemi çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserə dəvət edərək o, orada sərxoşluq müayinəsindən keçirilmişdir. “Mersedes-Benz» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı sürücüsünün hadisə yerindən qaçması halı baş verməmişdir. Sürücü maşınla vurduğu piyadanı hadisə yerinə çağırılmış təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparmışdır. Məhkəməyədək icraat zamanı keçirilmiş və məhkəmə istintaqında tədqiq olunmuş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 04.05.2021-ci il tarixli, 8/916 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Mersedes benz» markalı, **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riyaət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş üzrə təyin keçirilmiş məhkəmə-tibbi ekspertizasının 29.03.2021-ci il tarixli, 319 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər vardır: QKTB. Baş beyin silkələnməsi, alın sümüyünün sağ göz yuvası səhfəsinin sınığı, sağ əngə sümüyünün frontal çıxıntısının sınığı, sağ gicgah sümüyünün pullu hissəsinin sınığı, sol alt çənə şaxəsinin yerdəyişməyən sınığı, sağ gicgah-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası. Burnun və alt dodağın əziyi, OD-göz qapaqlarının hematoması, travmatik konyuktivit. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxta və şəraitdə, yəni 12.03.2021-ci il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işi materiallarında olan 10.02.2020-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin AD seriyalı 978460 №li qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mersedes- Benz 190 minik» markalı **-EP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. Cinayət işi materiallarından görünür ki, qeyd olunan avtomobil hadisə baş verən zaman ƏN-V seryalı 448806 nömrəli etibarnamə əsasında 10.12.2020-ci il tarixdən 10.04.2022-ci il tarixinədək olan müddətə Təqsirləndirilən şəxsa etibar edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş 14.05.2021-ci il tarixli 302-2391-1221 saylı məktubda Təqsirləndirilən şəxs adına 07.02.2020-ci il tarixdə AE 056233 saylı “B” kateqoriyalı 10 illik sürücülük vəsiqəsi verilmişdir. Kompüter bazasına əsasən sürücülükdən məhrum edilənlər arasında yoxdur. Təqsirləndirilən şəxs adına 07.02.2020-ci il tarixdən 07.02.2030-cu ilədək qüvvədə olan AE 056233 saylı “B” kateqoriyalı sürücülük vəsiqəsi var. Sumqayıt şəhər narkoloji dispanserinin 12 mart 2021-ci il tarixli, 1229 saylı aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir və ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün tövsif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 06.05.2021-ci il tarixli arayışdan (tələbnamədən) müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 28.04.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs avtomobil qəzası nəticəsində zərərçəkmiş Zərərçəkmiş şəxs dəmiş ziyana görə 1500 manat məbğəlində pulu ödəməyi öhdəsinə götürmüş, sonuncu da həmin 1500 manat pulu ondan alaraq gələcəkdə onun barəsində dəymiş ziyanla əlaqədar şikayət etməyəcəyini, hər hansı bir iddia qaldırıb məhkəməyə müraciət etməyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərarın surəti Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb olunması məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-411/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-411/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver