Məhkəmə qərarları › İş №1(060)-411/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-411/2022

23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-411/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məhəmmədəli qızının, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 azyaşlı uşağı olan orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Yaşıldərə bağları, fərdi evdə yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 12.03.2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, 5-ci məhəllə ərazisində yerləşən fərdi yaşayış evində aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs burun nahiyəsindən əl zərbəsi ilə vuraraq ona burun nahiyyənin, sol gözaltı nahiyyənin qançırları və sol gözün ağlı qişasına qansızma kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2004-cü ildə o Aygüllə ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Ailə həyatı qurandan Aygüllə münasibətləri normal olub, lakin son 7-8 aydır ki, aralarında münaqişələr baş verir. 12.03.2022-ci il tarixdə günorta vaxtı o tək Sumqayıt şəhər kolxoz bazarının yaxınlığındakı kafelərin birində yemək yeyib, 100 qram araq içmişdir. Təxminən saat 20:00 radələrində o yaşadıqları evə gəlmiş və evin həyətində zibil tullantıları olduğu üçün onları təmizləməyə başlamışdır, Aygül isə özünün sonra təmizləyəcəyini deyib, onunla mübahisə etməyə başlamışdır. Onlar evin dəhlizində mübahisə edən zaman Aygül nalayiq söyüşlərlə onu söydüyü üçün əsəbləşərək əli ilə onun sifətindən vurmuşdur. Həmin vaxt evdə olan oğlanları xx.xx.2005-ci il təvəllüdlü Şahid2 və xx.xx.2007-ci il təvəllüdlü Şahid3 analarını müdafiə edən zaman onları da sillə ilə vurmuşdur. Aygül də buna görə DİN-in «102» Xidmətinə müraciət edərək ondan şikayət etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Məhəmmədəli qızı ifadəsində göstərmişdir ki, 2004-cü ildə o Təqsirləndirilən şəxs ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Bəşir mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün tez-tez aralarında münaqişələr olur. Lakin ailəsinin dağılmaması üçün bu vaxtadək polisə şikayət etməmişdir. 12.03.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində Bəşir sərxoş vəziyyətdə evə gəlmiş və evin həyətində itin dağıtdığı zibil tullantılarını təmizləməyə başlamışdır. O Bəşirdən zibili təmizləməməsini, özünün sonra təmizləyəcəyini demişdir. Buna görə yaşadıqları evin dəhlizində aralarında mübahisə yaranmış, Bəşir nalayiq söyüşlərlə onu söydüyü üçün o da Bəşiri söyməyə başlamışdır. Bəşir də bundan əsəbləşərək əli ilə bərk burnundan vurmuşdur. Bu vaxt evdə olan oğlanları xx.xx.2005-ci il təvəllüdlü Şahid2 və 12.01,2007-ci il təvəllüdlü Şahid3 onu müdafiə edən zaman onları da vurmağa başlamışdır. Belə ki, Ədalətin boğazından əli ilə tutub sıxmış, Rəşidin isə sağ gözündən sillə ilə vurmuşdur. O da buna görə DİN-in «102« Xidmətinə müraciət etmişdir. Hal-hazırda onlar barışmışlar. Ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 14.03.2022-ci il tarixli, 340 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Məhəmmədəli qızınun bədəni üzərindəki xəsarətlər–burun nahiyyənin, sol gözaltı nahiyyənin qançırları və sol gözün ağlı qişasına qansızma xəsarətləridir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni 12.03.2022-ci il tarixdə əl ilə yetirilən bir zərbənin təsirindən yarana bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan narkoloji dispanserin 15.03.2022-ci il tarixli 905 saylı arayışından görünür ki, Şahid2 Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan arayışdan görünür ki, Şahid2 Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulatory və dispenser müşahidəsində yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Məhəmmədəli qızının ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Məhəmmədəli qızı ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar