Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-411/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1959-cu ildə Saatlı şhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 16-cı məhəllə, “Armiy” adlı mağazanın üzərində olan yeni tikilidə, 128 nömrəli evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yusifov X2 etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs arvadı Cəmilə Fəhlulovanın ikinci qrup əlillik təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 28 may 2022-ci ildə Zərərçəkmiş şəxs Şahid2 vasitəsi ilə verdiyi 2500 (iki min beş yüz) manat pulu, 2022-ci ilin iyun ayının ortalarında isə 500 (beş yüz) manat pulu eyni qaydada Sumqayıt şəhərində yerləşən avtovağzalda vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər DSMF-də işləmiş, buna görə dost və tanışlarına əlilliklə bağlı sənədlərin yığılmasında köməklik etmişdir. Zərərçəkmiş şəxs təxminən 6-7 aydır tanıyır, aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxsla onu keçmiş tanışı Səfər adlı şəxs tanış etmişdir. O, Rəsul ilə görüşən zaman arvadı Cəmilənin təqaüdünün kəsildiyini və ona köməklik etməsini xahiş etmiş, o da kömək edə biləcəyini demiş və nə qədər pulunun olduğunu soruşmuş, həmin vaxt Rəsul bu işə görə 3000 (üç min) manat verə biləcəyini demişdir. O, Rəsulun arvadına aid müvafiq sənədləri almış, bundan sonra Rəsula zəng edərək 2500 (iki min beş yüz) manat pul istəmiş, sonuncu da 2022-ci ilin may ayının sonlarında 2500 (iki min beş yüz) manat pulu Şahid2 vasitəsilə göndərmişdir. O, həmin pulu Elnurdan Sumqayıt avtovağzalında götürmüş, bundan sonra həmin işə görə əlavə olaraq 500 (beş yüz) manat da istəmiş, 2022-ci ilin iyun ayının ortalarında Rəsul yenidən Elnurla ona 500 (beş yüz) manat pul göndərmiş, həmin pulu Sumqayıt Avtovağzalında götürmüşdür. O, Rəsuldan ümumilikdə 3000 (üç min) manat pulu arvadı Cəmilənin təqaüdünü bərpa etdirmək adı ilə aldığını, həmin pulu da öz ehtiyaclarına xərclədiyini, Səfərə pul vermədiyini bildirmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə 3000 (üç min) manat maddi ziyanı tam ödəmiş, onunla barışmışdır və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, arvadı Cəmilə 2-ci qrup əlilliklə bağlı 2010-cu ildən təqaüd almış, 2021-ci ilin yanvar ayından təqaüdü kəsilmişdir. Bundan sonra təqaüdün bərpa edilməsi məqsədi ilə müxtəlif sənədləri elektron sistemə vursa da, ancaq imtina gəlmişdir. 2022-ci ilin may ayının əvvəllərində həmkəndlisi və dostu Səfərlə Saatlı şəhərində Su idarəsinin yaxınlığında çayxanada olarkən çayxanaya Səfərin tanışı Təqsirləndirilən şəxs gəlmiş, söhbət əsnasında Oqtay tanışlarının vasitəsi ilə kəsilmiş təqaüdü bərpa etdirə biləcəyini demişdir. Bundan sonra Oqtay ona aravdının sənədlərini gətirməsini, tanış olandan sonra ona bir söz deyəcəyini demiş, bir neçə gün sonra yenidən Səfər və Oqtayla həmin çayxanada görüşmüş, sənədləri Oqtaya vermiş, sonuncu sənədlərə baxandan sonra 2-ci qrup əlilliklə bağlı təqaüdü bərpa etdirə biləcəyini, heç bir problemin olmadığını demişdir. O, həmin işə görə nə qədər pul lazım dlduğunu soruşmuş, Oqtay isə ona xəbər edəcəyini demişdir. Bir neçə gün sonra may ayının sonlarında Səfərlə görüşən zaman Oqtayın həmin işə görə 3000 (üç min) manat pul istədiyini, 2500 (iki min beş yüz) manatı ilkin olaraq, 500 (beş yüz) manatı isə sonra verə biləcəyini demiş, 28 may 2022-ci il tarixdə 2500 (iki min beş yüz) manat pulu Səfərə vermiş, sonuncu da Sumqayıt şəhərində Oqtaya verməsi üçün onun yanında Sumqayıta sərnişin daşıma fəaliyyəti göstərən Elnura vermişdir. Həmin gün Elnur ona 2500 (iki min beş yüz) manat pulu Sumqayıt şəhər avtovağzalında Oqtaya verdiyini bildirmişdir. Bundan təxminən 10-15 gün sonra Səfər ona zəng edərək Oqtayın qalan pulu istədiyini demiş, o da 2022-ci ilin iyun ayının ortalarında 500 (beş yüz) manat pulu Səfərə vermiş, sonuncu da onun yanında Elnura Oqtaya verməsi üçün vermişdir. Elnur həmin gün 500 (beş yüz) manat pulu Oqtaya verdiyini demiş, sonuncu 02 (iki) aya təqaüdün bərpa olunacağını demiş, o da inanmış, ancaq 02 (iki) aydan sonra Oqtayın işi həll etmədiyini görüb bu barədə şikayət etmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bunları nəzərə alıb cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan zərərçəkmiş şəxs X1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş 3000 (üç min) manat maddi ziyanı ödəmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan şəxsin şübhəli şəxs qismində tanınması, axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və şübhəli şəxs kimi tutulub Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin MSYdən azad edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Saatlı RİHB-nın Saatlı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olumamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli, onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASCnin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-411/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-411/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver