Məhkəmə qərarları › İş №1(060)-411/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-411/2025

30.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-411/2025 30.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1980-ci ildə Ermənistan, Masis rayonu, Dostluq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,312 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 28 mart 2025-ci il tarixdə, saat 13:06-da ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb üzəri yoxlanılarkən əynindəki gödəkcənin sol cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram xeyli miqdarda ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, iki polis əməkdaşı ona yaxınlaşıb üzərini yoxlamışlar və üzərindən 0,3 qram metamfetamin aşkar olunmuşdur, həmin narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar ərazisindən tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün əldə etmişdir. İki ilə yaxındır ki, narkotik vasitədən arabir istifadə edir. Əməlindən peşmandır, himayəsində azyaşlı övladı vardır. Məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, xeyli müddət əvvəl narkotik tərkibli və psixotrop maddələr qəbul etməyə başlamış, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 30 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamaqla Sumqayıt şəhərinə qayıtmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 13:06-da ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında piyada hərəkət edərkən ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edərək polis əməkdaşı olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğundan saxlanıldığını bildirib, şifahi şəkildə hüquq və vəzifələrini izah edərək, video çəkliş aparmaqla üzərini yoxlayacaqlarını bildirmişlər. Sonra ona üzərində qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet varsa təqdim etməyini təklif etmişlər. Buna etiraz etməyərək, polis əməkdaşlarının təklifi ilə əynindəki gödəkcənin sol yan cibində saxladığı, bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 30 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığı bir ədəd bükmdə psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları təqdim ediyi içərisində psixotrop maddə metamfetamin olan bükümün içərisinə baxış keçirməklə elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Təqdim etdiyi psixotrop maddə metamfetamin olan büküm elektron tərəzidə çəkilərkən çəkisinin 0,38 qram olması müəyyən edilmiş, bundan sonra içərisi boş zərfə qablaşdırılaraq, zərfin üzərində qeydlər aparılmaqla götürülmüşdür. Təqdim etdiyi narkotik vasitə heroin götürüldükdən sonra isə polis əməkdaşları üzərini əlavə olaraq yoxlamışlar. Həmin vaxt əynindəki şalvarın sağ yan cibindən ona məxsus mobil telefon aşkar edilmişdir. Polis əməkdaşları üzərini yoxlayarkən üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Buna etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmiş, daha sonra birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasına gəlmişlər. Polis idarəsində olan zaman isə xidməti otaqlardan birinə dəvət edilmiş, orda ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün ona təqdim edilmiş siyahıdan seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 təqdim olunmuşdur. Bundan sonra ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərini yoxlayarkən aşkar etdikləri, sonra isə müvafiq qaydada qablaşdıraraq götürdükləri içərisində psixotrop maddə metamfetamin olan bükümün qablaşdırıldığı zərf açılaraq içərisindəki bükümə və bükümün içərisində olan psixotrop maddə metamfetaminə baxış keçirilmişdir. Daha sonra polis əməkdaşları üzərini yoxlayarkən aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan bükümü yenidən elektron tərəzidə çəkib, çəkisini müəyyən etmişlər. Daha sonra isə həmin büküm yenidən içərisi boş zərfə qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış, zərfin üzəri imzalandıqdan sonra isə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt əynindəki şalvarın sağ yan cibində saxladığı ona məxsus mobil telefon aşkar edilərək götürülmüşdür. Üzərinə şəxsi axtarış keçirilərkən üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmiş, sonra isə ona məxsus mobil telefonda içərisi boş zərfə qablaşdırılmış, zərfin üzərində qeydlər aparılmış, zərfin üzəri imzalandıqdan sonra isə qablaşdırılaraq götürülmüşdür. Daha sonra ona verilmiş şifahi sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, soy adını, ata adını, yaşadığı ünvanı, eləcədə barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 30 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını və üzərində saxladığını, həmin gün ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılarkən həmin bir ədəd bükümdə psixotrop maddə metamfetaminin üzərindən aşkar edildiyini və qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Sonda polis əməkdaşları bütün qeyd etdikləri ilə bağlı protokol tərtib etmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcədə digər qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilmiş psixotrop maddə metamfetaminidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, 28 mart 2025-ci il tarixdə saxlanılan şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Şəxsin ola biləcəyi yerə gedərək müşahidəyə götürmüşlər. 16-cı məhəllə, yaşayış binasının yaxınlığında şəxsin gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və saxlanılma səbəbini izah etmişlər. Çəkilişlə üzərində qanunla qadağan olunan nə varsa təqdim etməsini bildirmişlər, o da sellofan bükümdə metamfetaminə bənzər maddə təqdim etmiş, həmin maddə qablaşdırılmış və polis idarəsinə getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə şəxsin narkotik vasitələrin üzərində gəzdirməsində və istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 16-cı məhəllə istiqamətində ev 35/41-də yerləşən binanın yaxınlığında şəxsə yaxınlaşmışlar, şəxsin üzərindən metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Tərəzi ilə çəkdikdə kütlənin çəkisi 0,38 qram olmuşdur. Həmin kütlə zərfə qablaşdırılıb tərəflərindən aidiyyatı üzrə polis idarəsinə aparılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 elan edilmiş ifadələrindən görünür ki, sonuncu dəfə xx.xx.2025-cü il tarixdə xidmət etdiyi Sumqayıt ŞPİ-nin CAŞ-nə İlham adlı şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması və qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, ona görə də, İlham adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanması ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İlham adlı şəxsin xx.xx.1980-ci ildə Ermənistan, Masis rayonu, Dostluq kəndində anadan olmuş, ünvan 1-da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edildiyindən, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 13:06-da ünvan 2 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektorları polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 ilə yaxınlaşaraq Təqsirləndirilən şəxsm saxlamışlar. Daha sonra ona özlərini təqdim edib, narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, eləcədə istifadə etməkdə şübhəli olduğundan saxlanıldığını izah edib, ona video çəkliş aparmaqla üzərini yoxlaycaqlarını bildirmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, bundan sonra ilk əvvəl ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş hər hansı əşya və ya pridmet varsa təqdim etməsi təklif edildikdə o, əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “patı” adlandırılan metamfetamin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl Bakı şəhərində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin üzərini əlavə olaraq axtarmışlar, Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilmiş, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Sonra isə aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş, həmin vaxt içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün çəkisinin 0,38 qram olması müəyyən edilmiş, sonra isə içərisi boş zərfə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs birlikdə Sumqayıt ŞPİnə getməli olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə gedəcəyini bildirmişdir. Bundan sonra İlham Bağırhnı Sumqayıt ŞPİ-nə gətirib, raport tərtib etməklə təhvil vermişlər. Daha sonra xidməti otaqların birində onun, Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektorları, polis baş serjantı Şahid2 və polis serjantı Şahid3, eləcədə Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə, narkotik tərkibli maddələri və psixotrop maddələri qanunsuz olaraq əldə edilməsində, saxlanmasında, eləcədə qəbulunda şübhəli bilindiyindən xidməti otaqda video kameranın yaddaşına qeyd etməklə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefon aşkar edilərək götürülmüş, onun üzərindən digər hər hansı qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlayarkən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan zərf təhqiqatçıya təqdim edilmiş, bundan sonra təhqiqatçı tərəfindən zərfə baxış keçirilməklə götürülmüşdür. İlham Bağırhdan həmin zərfə qablaşdırılmış bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşduqda o, yenidən həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl Bakı şəhəri, ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı şəxsə 30 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini, tərəflərindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü bildirmişdir. Sonda qeyd etdikləri ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edilmiş, oda öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin CAŞ-nə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində gəzdirməsi saxlaması və satışı barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı sonuncu 28 mart 2025-ci il tarixdə saat 15:05-də ünvan 2-in yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman əməkdaşlar tərəfindən təqdim edilmiş və saxlanılan şəxsə əməliyyat tədbirinin CAŞ-nin kiçik inspektoru Şahid3 məxsus mobil telefon vasitəsi ilə qeydə alındığı izah edilmişdir. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl İ.Bağırhya üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş, predmet və əşya vardırsa, onlara təqdim edilməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən şəffaf sellofanın içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər olan büküm aşkar olundu. Aşkar olunmuş şəffaf selllofanda olan büküm elektron tərəzidə çəkildi və ümumi çəkisi 0,38 qram olması müəyyən olundu. Tərəfindən üzərinə baxış zamanı bir ədəd qara rəngli “Redmi” markalı telefon aşkar olundu və Təhqiqat Şöbəsinə təhvil verəcəyi bildirildi. Hardan, nə vaxt və nə məqsədlə əldə etdiyi ilə bağlı sual verdikdə isə müvafiq olaraq Bakı şəhəri, Yasamal rayonundan 2 gün əvvəl öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirdi. Daha sonra aşkar olunaraq götürülmüş predmet 1 ədəd ağ zərfə qoyularaq qablaşdırıldı, ŞPİ-nin 124 saylı möhürü ilə möhürləndi. Hadisə yerində iştirakçılar tərəfindən zərfin üzərinə müvafiq olaraq imza çəkildi. İştirakçılar tərəfindən zərf imzalandıqdan sonra video çəkiliş yekunlaşdı. Əməliyyat tədbirinin protokollaşdırılması məqsədi ilə Sumqayıt ŞPİ-nə gediləcəyi elan edildi və çəkiliş yekunlaşdı. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 16-cı məhəllə, 35/41A saylı binanın qarşısında xx.xx.2025-ci il tarixdə saat 13:05-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün polis əməkdaşları tərəfindən götürüldüyünü bildirdi. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməl yyat müvəkkili polis baş leytenantı X8 üzərində müvafiq qeydləı aparılmış və Azərbaycan Respublikası DİN-ın 124 saylı möhürü ilə möhürlənmiş 01 ədəu zərfi təqdim edərək ı Bağırlı saxlanılan zaman üzərindən aşkaı edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş içərisində metamfetaminə bənzər maddə olan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 0.38 qram olduğunu, daha sonra həmin 01 ədəd bükümün zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-ın 124 saylı möhürü ilə möhürləndiyini bildirdi Bundan başqa l Bağırlı əynində olan qara şalvarın sağ yan cibində saxlamış olduğu özünə məxsus üzərində 070 ***-**-** mobil nömrəsi olan 01 ədəd "Redmi” markalı mobil telefonu təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha aşkar edilmiş 01 ədəd bükümün içərisində olan maddənin "metamfetamin” olduğunu, həmin bükümü xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra təqdim edilmiş 01 ədəd zərf tərəfindən götürüldü, həmçinin üzərində 070 ***-**-** mobil nömrəsi olan 01 ədəd Redmi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən qablaşdırılaraq götürüldü. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilmədi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/134 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 124” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs /imza/; İştirakçılar Şahid2 /imza/; Şahid3 /imza/; Şahid1 /imza/; xx.xx.2025” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,312 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,262 qram metamfetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, İlham Bağırlmin üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, təmiz çəkisi 0,312 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,312 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - Sumqayıt şəhər Narkoloji Dispanserinin 1808 saylı, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi materiallarına əlavə edilmiş 02 (iki) ədəd diskə baxış keçirilmiş, birinci üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd ‘‘Видео WhatsApp 2025-03- 29 в 13.05.52 _390e6565” adlı, 53262 kb həcmində, 06 dəqiqə 17 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş video görüntü olan diskə baxış keçirilərkən video görüntünün ünvan 6 ünvanında yerləşən yaşayış binasının yerləşdiyi ərazi və ətraf əraziləri əks etdirdiyi, video görüntünün əvvəlində yaşayış binasının qarşısında iki nəfər şəxsin göründüyü, bu cür video görüntünün bir neçə saniyyə davam etdikdən sonra video görüntüdəki yaşayış binasının qarşısından keçən torpaq örtüklü yolla əynində qara rəngli gödəkcə, qara rəngli köynək və qara rəngli şalvar olan bir nəfər şəxsin video çəkliş aparılan istiqamətdə hərəkət etdiyinin göründüyü, həmin şəxsin video çəkliş aparan şəxs istiqamətində bir neçə metr məsafə qət etdikdən sonra video görüntüdə ilk görünən iki nəfər şəxsin hərəkətdə olan şəxsə yaxınlaşdıqları və onu saxladıqları, daha sonra ilk şəxsin özünü saxlanılmış şəxsə təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müwəkkili, polis baş leytenantı Şahid1 olduğunu, ikinci şəxsin özünü təqdim edərək CAŞnin cinayət axtarışı üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2 olduğunu, üçüncü yəni video çəkliş aparan şəxsin özünü təqdim edərək CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 olduğunu bildirdiyi, sonra ilk özünü təqdim edərək Şahid1 olduğunu bildirən şəxsin saxlanılmış şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra ilk özünü təqdim edən şəxsin məlumat verərək həmin şəxsin narkotik tərkibli və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində gəzidirilməsi və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan xx.xx.2025-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərara əsasən saat 13:06-da şübhəli şəxs qismində saxlanıldığını bildirdiyi, sonra isə saxlanılmış şəxsin hüquq və vəzifələrini izah etdiyi, bundan sonra isə həmin şəxsə üzərində yoxlama aparacağını bildirərək, bundan əvvəl isə üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş əşya və pridmet varsa təqdim etməsini təklif etdiyi, bu təklifdən sonra saxlanılmış şəxsin əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etdiyi, həmin sellofan bükümün içərisində psixotrop maddə olan, “patı” adlandırılan metamfetamin olduğunu, psixotrop maddəni bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı, barəsində digər məlumatları bilmədiyi şəxsə 30 manat pul verərək, şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirdiyini bildirdiyi, bundan sonra təqdim edilmiş bükümün içərisinə baxış keçirildiyi, daha sonra isə aşkar edilmiş bükümün elektron tərəzidə çəkildiyi, içərisində ağ rəngli, kristalşəkilli maddə olan bükümün elektron tərəzidə çəkilərkən çəkisinin 0,38 qram olmasının müəyyən edildiyi, bundan sonra isə aşkar edilmiş bükümün içəris boş ağ rəngli zərfə qablaşdırıldığı, zərfin üzərinin möhürləndiyi, daha sonra zərfin üzərində qeydlər aparıldığı, sonda iştirakçılar tərəfindən zərfin üzərinin imzalandığı, sonra isə götürüldüyü, daha sonra saxlanılmış şəxsin üzərinin axtarıldığı, həmin şəxsin əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonun aşkar edildiyi, onun üzərindən digər saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, aşkar edilmiş mobil telefonun isə saxlanılmış şəxsin özünə qaytarıldığı, sonda özünü təqdim edərək baş əməliyyat müwəkkili Şahid1 olduğunu bildirən şəxs tərəfindən məlumat verilərək digər zəruri hərəkətlərin icra edilməsi üçün Sumqayıt ŞPİ-nə gedəcəklərini bildirdiyi, bundan sonra isə video çəkilişin dayandığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş üzərində heç bir markalanma yazısı olmayan, yaddaşında 01 (bir) ədəd “20250328 145210” adlı, 446024 kb həcmində, 04 dəqiqə 58 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntü olan ikinci diskə baxış keçirilərkən video görüntünün əvvəlində əynində polis əməkdaşının gündəlik geyim forması olan şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Elnur Feyzullayev olduğunu bildirdiyi, daha sonra özünü baş təhqiqatçı kimi təqdim edən həmin şəxsin məlumat verərək Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli maddələri və psixotrop maddələri əldə etməsi, qəbulu və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin CAŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə ünvan 7 ünvanında yerləşən yaşayış binasının yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq üzərinin yoxlanıldığını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən psixotrop maddəyə bənzər maddənin aşkar edilərək qablaşdırılmaqla götürüldüyünü, götürülmüş psixotrop maddəyə bənzər kütlənin təqdim edildiyi barədə məlumat verdiyi, daha sonra xidməti otaqdakı mülki geyimli şəxslərdən birinə müraciət edərək həmin şəxsə özünü təqdim etməsini təklif etdiyi, bundan sonra həmin şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdiyi, daha sonra təhqiqatçı tərəfindən xidməti otaqda olan digər şəxslərədə özlərini təqdim etmələrini təklif etdiyi, bundan sonra ilk şəxsin özünü təqdim edərək Sumqayıt ŞPİ-nin CAŞ-nin baş əməliyyat müvvəkkili, polis baş leytenantı Şahid1 olduğunu, ikinci özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis Şahid2 olduğunu, sonuncu özünü təqdim edən şəxsin Sumqayıt ŞPİ-nin CAŞ-nin cinayət axtarışı üzrə kiçik inspektoru, polis serjantı Şahid3 olduğunu bildirdikləri, bundan sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxsin özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə xidməti otaqdakı digər şəxsində təqdim edildiyi, həmin şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 olduğunu bildirdiyi, bundan sonra təhqiqatçı tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə hüquq və vəzifələrinin izah edildiyi, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildirişdə təqdim edildiyi, daha sonra baş təhqiqatçı tərəfindən təqdim edilmiş zərfə baxış keçirilərək götürüldüyü, sonra özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə müraciət edərək həmin zərfə qablaşdırılmış bükümün onun üzərindən aşkar edilib edilmədiyini, həmin bükümün içərisində nə olduğunu, nə vaxt, hardan, nə məqsədlə əldə edib üzərində gəzdirdiyini soruşdğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin verilmiş şifahi sualları cavablandıraraq həmin zərfdəki bükümün polis əməkdaşları tərəfindən saxlanılıb üzəri yoxlanılarkən aşkar edilərək götürüldüyünü, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən 20 Yanvar metro stansiyasının yaxınlığında olarkən əvvəllər tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata alaraq üzərində gəzdirdiyini, polis əməkdaşları tərəfindən saxlanılarkən isə həmin psixotrop maddənin aşkar edilərək götürüldüyünü bildirdiyi, bundan sonra xidməti otaqdakı müdafiəçi tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsə suallar ünvanlandığı, ondan polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilib edilmədiyini, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş bükümdəki kütlənin özünə məxsus olub olmadığını soruşduğu, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin bundan sonra verilmiş sualları cavablandıraraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı fiziki zor tətbiq edilmədiyini, üzəri yoxlanılarkən aşkar edilmiş bükümdəki psixotrop maddənin özünə məxsus olduğunu bildirdiyi, daha sonra özünü təqdim edərək baş təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirən şəxsin üzərinə şəxsi axtarış keçirildiyi, həmin şəxsin əynindəki şalvarın sağ yan cibindən bir ədəd mobil telefonun aşkar edilərək, götürüldüyü, onun üzərindən digər qanunla saxlanılması və ya daşınması qadağan edilmiş əşya və ya pridmetin aşkar edilmədiyi, daha sonra aşkar edilmiş mobil telefonun zərfə qablaşdırıldığı, sonda özünü təqdim edərək təhqiqatçı olduğunu bildirən şəxs tərəfindən aparılan video çəklişin dayandırılacağı barədə iştirakçılara xəbərdarlıq edildiyi, daha sonra isə aparılan video çəklişin dayandırıldığı müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis idarəsinə gətirildikdən sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş və araşdırma materialları ilə birlikdə istintaqa təqdim edilmiş 01 (bir) ədəd gövdəsi qara rəngli, arxa yuxarı sağ hissədə foto və video çəklişlər aparmaq üçün qurğusu yerləşən, ön hissəsi isə qara rəngli şüşə materialından hazırlanmış “Redmi” markalı mobil telefona baxış keçirildi. Mobil telefona baxış keçirilərkən mobil telefonun yaddaşında cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı foto şəkil, audio, video material, sms yazışmaları aşkar edilmədi. - qəzbdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanıldıqdan sonra, üzərinə şəxsi axtarış aparılarkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Redmi” markalı mobil telefonu qəbul etmişdir. Heç bir şikayət, tələb və iddiası yoxdur. - Məhkəmə-tibbi ekspertizasının 402 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. - Məhkəmə-narkoloji ekspertizasının 1797 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqbinin başlanılması rədd edilmiş, üzərlərində heç bir markalanma yazısı olmayan, birincisinin yaddaşında 01 (bir) ədəd “Видео WhatsApp 2025-03-29 в 13.05.52 _390e6565” adlı, 53262 kb həcmində, 06 dəqiqə 17 saniyyə davam edən, rəngli formatda və açıq hava şəraitində çəkilmiş, ikincisinin yaddaşında 01 (bir) ədəd “20250328_145210” adlı, 446024 kb həcmində, 04 dəqiqə 58 saniyyə davam edən, rəngli formatda və otaq şəraitində çəkilmiş video görüntülər olan 02 (iki) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə psixotrop maddə metamfetamin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, həmin 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,312 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınması, təmiz çəkisi 0,312 qram olan psixotrop maddə metamfetamindən tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,262 qram çəkisinin qalması nəzərə alınaraq qalıq qalmış psixotrop maddə metamfetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il təvəllüdlü Bağırlı Kənan adlı övladı vardır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddənin – metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. -58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” - 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,262 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-411/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 701/2025 saylı orderə əsasən vəkil X6 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,262 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar