Məhkəmə qərarları › İş №1(060)-412/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-412/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-412/2023 03.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 5-ci mikrorayon, yataqxana 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 02 bükümdə kimyəvi tərkib və komponentlərinə görə eyni olan 0.425 qram və 0.411 qram narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, həmin narkotik vasitədən 01 büküm 0.411 qram ayıraraq xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon Gənclər evinin yaxınlığında tanışı Şahid1 10 manat pul müqabilində qanunsuz olaraq satmış, 1 ədəd gümüşü rəngli elektron tərəzi və 1 bükümdə olan 0.425 qram olan heroini satış məqsədi ilə üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 20.05-də Sumqayıt şəhəri, 5-ci mikrorayon, 5 nömrəli yataqxananın dəhlizində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən, əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinin kiçik cibliyindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə 0.425 qram olan narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkçənin sol qoltuq cibindən isə 01 ədəd üzərində heroin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə qismən təqsirli bilərək göstərdi ki, sözügedən narkotik vasitə ona aiddir, onun olub, amma tərəzi ona məxsus olmamışdır. 7 polis əməkdaşı onların evlərinə gəlmiş və içəri girmişlər. Onlardan ikisi onu dəhlizdə saxlamışdır. Qalan 5 polis əməkdalarının nə etdiklərini isə bilməmişdir. Həmin polis əməkdaşları ondan narkotik vasitələrin satışı ilə məşğul olubolmadığını soruşmuşlar, o da narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadə etdiyini bildirmişdir. Lakin polis əməkdaşları ona narkotik vasitə satışı ilə məşğul olmağı boynuna götürməsə üstünə qoyacaqlarını, anasını da gətirəcəklərini bildirmişlər. Polis məkdaşları onu axşam saat 6-8 arası saxlamışlar. Təqsirləndirilən şəxs da narkotik vasitə almaq istəmiş, 10 manat verməklə ona da narkotik vasitə almasını xahiş etmişdir, O Zamindən 10 manatı alaraq narkotik vasitə almaq üçün getmiş, özünə və həmin 10 manata da Zaminə narkotik vasitə almış, günorta saat 12 radələrində Zamin üçün, onun verdiyi pulla aldığı narkotik vasitəni Zaminə vermişdir. O daha əvvəl Zaminə narkotik vasitə verməmiş, satmamış, bu ilk dəfə baş vermişdir. O heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələri özü istifadə etmək üçün saxlamışdır, satmaq üçün almamışdır, bir daha belə hallara yol verməyəcəkdir, əməlindən peşmandır, özü xəstədir. Buna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitəni satış məqsədilə deyil, öz istifadəsi üçün saxlamasını bildirməsini, ona hədə-qorxu gələrək narkotik vasitəni satış məqsədilə saxladığını boynuna alması, ona təzyiq edilməsi və s. barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Çünki Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Onun göstərdikləri yoxlanılsa da təsdiq edilmədi. Təqsirləndirilən şəxs özü də istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. İstintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 20.05 radələrində Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli yataqxananın dəhlizində olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu Pİ-nin 3-cü PB-nə dəvət etmişlər. Onlarla birliklə getmiş, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirərkən buna etiraz etməmiş, hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan tünd göy rəngli şalvarın sağ yan cibinin içərisində olan ciblikdə saxlamış olduğu 01 ədəd çəhrayı rəngli sellofan bükümü, gödəkçəmin sol qoltuq cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzini, bundan başqa əynində olan gödəkçənin sol yan cibindən isə Rothmans markalı siqaret qutusunu, 01 ədəd alışqanı, gödəkçənin sol iç cibindən isə 2 ədəd bağlı vəziyyətdə Rotımans markalı siqaret qutusunu təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmiş və ondan nə olduğu və haradan aldığını soruşulduqda həmin maddənin narkotik maddə olan heroin olduğunu və şəxsi istifadədi üçün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən aldığını, həm özü istifadə etdiyini, həm də bir hissəsini satdığını bildirmişdir. Bundan sonra ondan hansı formada narkotik maddələrin satışı ilə məşğul olduğunu və Şahid1 narkotik maddə satıb-satmamağı soruşulduqda o, özü üçün əldə etdiyi narkotik maddələrin bir hissəsini tanıdığı şəxslərə pul müqabilində satdığını və eləcə də Zamir Məmmədova da saxlanıldığı gün 25 manatlıq narkotik satdığını bildirmişdir. Bundan sonra həmin büküm zərfə qoyulmuş və özü, polis əməkdaşları və vəkil tərəfindən imzalanmışdır. Həmin bükümün ekspertizaya göndəriləcəyi izah edilmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan heroini aldığı şəxsi tanımır, xarici görünüşündən narkotik maddə istifadəçisinə oxşadığından soruşmuş və satdığını demiş, 1.5 qram almış, bir hissəsini istifadə etmiş, bir hissəsini isə Şahid1 satmışdır. Bəzən özü üçün aldığı narkotik maddələrdən tanıdığı şəxslərə də satır. Zaminə də xx.xx.2022-ci il tarixdə satmışdır. Şahid1 25 manat dəyərində heroin satmış, onun isə 10 manat dəyərində heroin aldığını dediyini bilmir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı tərəfindən üzərində şəxsi axtarış keçirilməzdən öncə polis əməkdaşları onun üzərinə saxlanıldığı yerdə baxış keçirməmişdirlər. O, əlavə olaraq qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 1 büküm narkotik vasitə olan heroini 10 manata satmışdır. Üzərindən aşkar edilmiş tərəzi ona məxsus deyildir. Məhkəmədə Şahid3 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkorik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq elmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 20.05-də onu Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli yataqxananın dəhlizində hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özünü təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra onlar müqavimət göstərmədən avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PBnin təhqiqatçısı, polis mayoru Zamiq Quliyev əvvəlcə özünü təqdim etmiş, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı X6 Məmmədova qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində, saxlanması və satışında şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axrarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd çəhrayı rəngli sellofan bükümü, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli elektron tərəzini, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu Rotmans markalı siqaret qutusunu, 1 ədəd alışqanı, gödəkçənin sol iç cibində saxlamış olduğu 2 ədəd bağlı vəziyyətdə olan "Rotmans” markalı siqaret qutularını təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çəhrayı büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldığı zaman həmin bükümün içərisində gümüşü rəngli büküm, həmin büküm isə açıdlığı zaman içərisində tünd-qəhvəyi rəngli tozşəkilli narkotik maddə heroinə bənzər məddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” yəni heroin olduğunu, saxlanıldığı gün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 qram yarım aldığını, 1 qram istifadə etdiyini, qalanını isə bükümlərə ayırdığını, 3 bükümünü ayrı-ayrı vaxtlarda ümumilikdə 25 manata Şahid1 satdığını, qalan 1 bükümünü üzərinidə saxladığını, əvvəllər də Şahid1 narkotik maddələr satdığını, üzərindən aşkar edilmiş elektron tərəzi ilə aldığı narkotik maddələri çəkdiyini bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 0.57 qram olduğu görünmüşdür. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda saxlanıldığı gün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 qram yarım aldığını, 1 qram istifadə etdiyini, qalanını isə bükümlərə ayırdığını, 3 bükümünü ayrı-ayrı vaxtlarda ümumilikdə 25 manata Şahid1 satdığını, qalan 1 bükümünü üzərində saxladığını bildirmiş, həmin mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əvvəllər və ya saxlanıldığı ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur, həmçinin onun Şahid1 adlı şəxsə də saxlanıldığı gün narkotik vasitə olan heroin satdığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən təhqiqatçıdan əvvəl onlar tərəfindən üzərinə şəxsi axtarış keçirilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində düzgün qeyd etmir, üzərindən aşkar edilmiş tərəzi ona məxsus olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:30 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində Gənclər evinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlşaıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib 3-cü PB-nə dəvət etmişlər. Onlarla birlikdə getmiş, PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona vəkil təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman özü əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış olduğugümüşü rəngli bükümü, həmin şalvarın sol yan cibindən isə 1 ədəd Samsung A01 markalı, üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu, 1 ədəd Viceroy markalı siqareti, 1 ədəd 20 manatlıq, iki ədəd 1 manatlıq və 40 qəpik pulu təqdim etmişdir. Həmin büküm açılan zaman bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddə olması müəyyən edilmiş və ondan nə olduğu və haradan aldığı soruşulduqda həmin maddənin narkotik maddə olan heroin olduğunu və şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayan Azad adlı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm tərəzidə çəkildikdə tərəzinin ekranında 0,51 yazılmış, həmin büküm zərfə qoyulmuş və o, polis əməkdaşları və vəkil tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik maddəni aldığı Azad kimi tanıdığı şəxs Təqsirləndirilən şəxsdur, ondan xx.xx.2022-ci il tarixdə 10 manat dəyərində 1 büküm heroin almışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli potokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 20:05 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, 5 nömrəli yataqxanada tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli prookollardan görünür ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkorik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və satması ilə bağlı qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı rəhbərliyə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü xx.xx.2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupa özü başçılıq elmişdir. İdarə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin gün əməliyyat qrupunun üzvü 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü təxminən saat 20 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. Bir qədər sonra 20.05-də onu Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən 5 nömrəli yataqxananın dəhlizində hərəkət etdiyini müşahidə etmişlər. Qabaqcadan razılaşdırılmış şərti işarələrlə hərəkətə başlamış və yaxınlaşıb Təqsirləndirilən şəxs tutaraq hərəkətsiz hala gətirmişlər. Sonra özünü təqdim etmiş və üzərində narkotik vasitə olduğundan şübhələndiklərinə görə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparılacağını ona bildirmişlər. Bundan sonra onlar müqavimət göstərmədən avtomobilə mindikdən sonra 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin 3-cü PB-də xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Quliyev əvvəlcə özünü təqdim etmiş, daha sonra polis əməkdaşları özlərini həmin şəxsə təqdim etmişlər. Sonra təhqiqatçı X6 Məmmədova qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsində, istifadəsində, saxlanması və satışında şübhəli bilindiyi üçün 3-cü PB-nə gətirildiyini bildirmiş və ona hüquq və vəzifələri barədə bildirişi və Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. X4 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axrarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əli ilə əynində olan tünd göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxlamış olduğu 1 ədəd çəhrayı rəngli sellofan bükümü, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli elektron tərəzini, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu Rotmans markalı siqaret qutusunu, 1 ədəd alışqanı, gödəkçənin sol iç cibində saxlamış olduğu 2 ədəd bağlı vəziyyətdə olan "Rotmans” markalı siqaret qutularını təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bir daha Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş çəhrayı büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxıldığı zaman həmin bükümün içərisində gümüşü rəngli büküm, həmin büküm isə açıdlığı zaman içərisində tünd-qəhvəyi rəngli tozşəkilli narkotik maddə heroinə bənzər məddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin “kakos” yəni heroin olduğunu, saxlanıldığı gün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 qram yarım aldığını, 1 qram istifadə etdiyini, qalanını isə bükümlərə ayırdığını, 3 bükümünü ayrı-ayrı vaxtlarda ümumilikdə 25 manata Şahid1 satdığını, qalan 1 bükümünü üzərinidə saxladığını, əvvəllər də Şahid1 narkotik maddələr satdığını, üzərindən aşkar edilmiş elektron tərəzi ilə aldığı narkotik maddələri çəkdiyini bildirmişdir. Bundan sonra həmin kütlə büküm ilə birlikdə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkildiyi zaman çəkisinin 0.57 qram olduğu görünmüşdür. Təhqiqatçı tərəfindən həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etməsi barədə özündən soruşulduqda saxlanıldığı gün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 1 qram yarım aldığını, 1 qram istifadə etdiyini, qalanını isə bükümlərə ayırdığını, 3 bükümünü ayrı-ayrı vaxtlarda ümumilikdə 25 manata Şahid1 satdığını, qalan 1 bükümünü üzərində saxladığını bildirmiş, həmin mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasında diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/6862 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...qəhvəyi rəngli maddə” və s. sözlər, imzalar olan bir ədəd zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,425 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş .... 1 ədəd elektron tərəzi” və s. sözlər, imzalar olan zərfdəki gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri müəyyən edildi. Tərəzinin üzərində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroin kütləsi ilə Şahid1 üzərindən aşkar olunmuş heroin kütləsi kimyəvi komponent tərkiblərinə görə bir-birilə eynilik təşkil edirlər. İş materiallarında olan “Üzləşrimə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 üzləşdirilmiş və bu zaman Şahid1 istintaq zamanı verdiyi ifadisini Təqsirləndirilən şəxs üzünə qarşı da demişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,425 qram heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi maddə sübut kimi tanınmış, kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,375 qram heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. İş materiallarında olan 7 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 93.1.4-cü maddəsilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. İş materiallarnda olan məhkəmə-narkoloji ekspertizasının 7419 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 129 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “yüngül ifadə olunmuş nevrasteniya” qeyd olunur. Təqsirləndirilən şəxs müəyyən olunan “yüngül ifadə olunmuş nevrasteniya” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Rspublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkar olunan “yüngül ifadə olunmuş nevrasteniya” onu hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək hüququndan məhrum etmir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2-ci maddələrinin tərkib əlamətləri müəyyən edildiyindən barəsində həmin maddələr ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,425 qram heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi maddə sübut kimi tanınmış, kağız paketə qablaşdırılmış tədqiqatdan sonra qalıq qalmış 0,375 qram heroin və 01 ədəd gümüşü rəngli elektron tərəzi saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Şəxsi axtarış zamanı videoçəkilişə dair 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut kimi tanınmışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nın əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsihəyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitənin satış üçün deyil özü istifadə etməsi üçün əldə edib saxlaması barədə göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək və məsuliyyətdən yayınmaq üçün belə ifadə verir. Həmin hallar məhkəmə iclasında araşdırılsa da təsdiq olunmadı. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi öz ifadəsinin etirafedici hissəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatı ilə əlaqədar 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 0,325 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli "Şübhəli şəxsin tutulması haqqında" protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə tutularaq saxlanmış və xx.xx.2022-ci il il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Onun tutularaq saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdən 03 dekabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,325 qram narkotik vasitə heroin və üzərində heroin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar