Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-413/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri Corat qəsəbəsi ev 237-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs oğlu istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,174 qram çəkidə, narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 31 mart 2021-ci il tarixdə saat 12:51-də Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd göy rəngli və 02 (iki) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,046 qram, 0,050 qram və 0,078 qram, ümumi təmiz çəkisi 0,174 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını hələ çəkib qurtarmamışdır. Sonuncu dəfə 31 mart 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, anket məlumatlarını bilmədiyi, yalnız üzdən tanıdığı şəxsə 15 manat pul verərək, ondan şəxsi istifadəsi üçün üç ədəd siqaret kağızına bükülmüş bükümlərdə “kakos” adlandırılan və narkotik vasitə olan heroin almış və üzərində saxlamış, həmin gün saat 12-13 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yanı ilə piyada keçib gedərkən, ona iki nəfər mülki geyimli, bir nəfər isə polis əməkdaşı geyim formasında olan şəxslər yaxınlaşıb onu saxlamış, daha sonra polis əməkdaşının geyim formasında olan başqa bir şəxs ona yaxınlaşıb özünü təqdim edərək, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını deyib, hüquq və vəzifələrini izah etmiş, üzərinə şəxsi axtarış aparılacağını qeyd etmişdir.Həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş aparılmış, saxlanıldıqdan sonra özünü Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı kimi təqdim edən Rəhman Qurbanov saxlanıldığı ərazidə üzərinə şəxsi axtarış keçirilməsi üçün şərait olmadığından, üzərinə şəxsi axtarış keçirilməsi üçün aparılan video çəkliş dayandırılmadan onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getməyini təklif etmiş, buna razılıq verdikdən sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə getmişlər, həmin vaxt video çəkliş dayandırılmadan video kameranın yaddaşına qeyd etməklə davam etdirilmiş, polis bölməsinə gəldikdən sonra polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlər, orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş vəkil ona təqdim edilmiş, bundan sonra vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı, həmin gün səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olarkən, əvvəllər tanımadığı, adını və ünvanını bilmədiyi, üzdən tanıdığı şəxsə 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığı iki ədəd siqaretin gümüşü rəngli kağızına və bir ədəd siqaretin göy rəngli kağızına bükülmüş bükümdə “kakos” adlandırılan və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, sonradan üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə üzərinə şəxsi axtarış aparılarkən aşakar edilmiş narkotik vasitə qablaşdırılmışdır. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, narkotik vasitə olan heroini uzun müddətdir istifadə etdiyindən, həmin narkotik vasitə olan heroinidə şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmiş, üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini ona satmış şəxs aldığı narkotik vasitəni bu cür bükümlərdə ona satmış, narkotik vasitəni ona satan şəxs həmin bükümlərdəki narkotik vasitə olan heroini rahat şəkildə qəbul edilməsi üçün bu cür ayrı ayrı bükümlərə qablaşdırmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid3 ifadəsində göstərdi ki, 31 mart 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Ağami adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, üzərində gəzdirməsi, eləcədə qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Ağami adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağami adlı şəxsin xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Corat qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və 31.03.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid2, sahə rəisi Şahid1 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti Orxan Aslanovla yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı barədə məlumat vermişlər, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra təhiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən həmçinin saxlanıldığı ərazidə mövcud olan şəraitin üzərinə şəxsi axtarış keçirilməsinə imkan vermədiyindən aparılan video çəklişin dayandırılmadan araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə getməli olduqları Təqsirləndirilən şəxs izah edilməklə, birlikdə polis bölməsinə getmələri təklif edilmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirdiyindən, bu səbəbdən aparılan video çəkliş dayandırılmadan avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər, polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edilmiş, həmin vaxt orda Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevdə iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı üç ədəd, iki ədədi gümüşü rəngli siqaret kağızına bükülmüş, bir ədədi isə göy rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisinə baxış keçirdikdə bükümlərin içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin nə olmasını, hardan və kimdən əldə etməsini soruşduqda o, həmin qəhvəyi rəngli, tozşəkilli maddələrin kakos adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin gün səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olarkən əvvəllər tanımadığı şəxsə hər bükümə görə beş manat, ümumilikdə isə 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərində əlavə olaraq tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağız bükümlərdəki qəhvəyi rəngli, tozşəkilli maddələr elektron tərəzidə çəkilmiş, həmin maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra isə zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığından iştirakçılar tərəfindən imzalanmış, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid2 ifadəsində göstərdi ki, 31 mart 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Ağami adlı şəxsin narkotik tərkibli maddələrin əldə edilməsi, saxlanması, üzərində gəzdirməsi, eləcədə qəbulu ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Ağami adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağami adlı şəxsin xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri Corat qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, daha sonra əməliyyat-axtarış tədbirləri davam etdirilmiş və 31.03.2021-ci il tarixdə saat 13 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın yaxınlığında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvvəkkili Şahid3, sahə rəisi Şahid1 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti Orxan Aslanovla yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığı barədə məlumat vermişlər, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra təhiqatçı tərəfindən onun hüquq və vəzifələri izah edilməklə, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün Vəkil Bürosundan növbətçi vəkilin dəvət edilməsi barədə məlumat verilmiş, təhqiqatçı tərəfindən həmçinin saxlanıldığı ərazidə mövcud olan şəraitin üzərinə şəxsi axtarış keçirilməsinə imkan vermədiyindən aparılan video çəklişin dayandırılmadan araşdırmanın davam etdirilməsi üçün polis bölməsinə getməli olduqları Təqsirləndirilən şəxs izah edilməklə, birlikdə polis bölməsinə getmələri təklif edilmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirdiyindən, bu səbəbdən aparılan video çəkliş dayandırılmadan avtomobilə əyləşib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər, polis bölməsinin xidməti otaqlarının birinə daxil olduqdan sonra Təqsirləndirilən şəxs üzərinə video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bir daha təhqiqatçı tərəfindən izah edilmiş, həmin vaxt orda Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Elşad İsayevdə iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsini təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibində saxladığı üç ədəd, iki ədədi gümüşü rəngli siqaret kağızına bükülmüş, bir ədədi isə göy rəngli siqaret kağızına bükülmüş bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisinə baxış keçirdikdə bükümlərin içərisində qəhvəyi rəngli, tozşəkilli maddələr aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi həmin maddələrin nə olmasını, hardan və kimdən əldə etməsini soruşduqda o, həmin qəhvəyi rəngli, tozşəkilli maddələrin kakos adlandırılan və narkotik vasitə olan heroin olduğunu, həmin gün səhər saatlarında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində olarkən əvvəllər tanımadığı şəxsə hər bükümə görə beş manat, ümumilikdə isə 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərində əlavə olaraq tərəflərindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kağız bükümlərdəki qəhvəyi rəngli, tozşəkilli maddələr elektron tərəzidə çəkilmiş, həmin maddələrin ümumi çəkisi müəyyən edildikdən sonra isə zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığından iştirakçılar tərəfindən imzalanmış, oda öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 da Şahid3 və Şahid2la eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31.03.2021-ci il tarixli № 6/1263 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş zərfdə olan 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram, 0,050 qram, 0,078 qram, ümumi təmiz çəkisi 0,174 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə - narkoloji ekspertizasının 28.04.2021-ci il tarixli 1297 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №125” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar qeyd edilmiş zərfdəki 3 ədəd kağız bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram, 0,050 qram, 0,078 qram, narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 0,174 qram, tədqiqata cəmi 0,09 qram sərf edildikdən sonra 0,084 qram qalıq çəkisi qalmışdır. Qalıq qalmış 0,084 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınaraq, saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhfil verilmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılmasına dair 31 mart 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd bükümü və siqaretin göy kağızına bükülmüş 01 ədəd bükümü təqdim etmiş, ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğu və haradan əldə etdiyi soruşulduqda o həmin bükümlərin içərisində narkotik vasitə olan “heroin” olduğunu, həmin narkotik vasitələri Sumqayıt şəhəri, 9-cu mikrorayonda tanımadığı bir nəfər şəxsdən 15 manata özü istifadə etmək üçün aldığını, üzərində gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayət işi materiallarına əlavə edilmiş üzərində “Verbatim” və sair markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “00866” adlı 31.03.2021-ci il tarixdə çəkilmiş, 989730 kb həcmində, 11 dəqiqə 08 saniyyə davam edən, rəngli formatda, işıqlı və aydın hava şəraitində çəkilmiş video görüntü olan 01 (bir) ədəd disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan 31 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 31 mart 2021-ci il tarixində saat 12:51-də Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuş və ona hüquq və vəzifələri izah edilmişdir. İş materiallarında olan 01 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qtimkan tədbirinin seçilməsinə dair Sumqayıt şəhər prokurorunun təqdimatı və müstəntiqin vəsatəti təmin edilməmiş və təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 01 aprel 2021-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 01 ədəd zərfdəki üç ədəd kağız bükümdə ekspertiza tədqiqatından sonra 0,84 qram ümumi təmiz çəkisi qalmış qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan, kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 09.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 24.05.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 05.06.2013-cü il tarixli Azərbaycan Respublikası Milli X2 3-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa,cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin 27.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.08.2014-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş 24.05.2021-ci il tarixli 96934 saylı sorğuya cavabdan görünür ki, məhkum Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 24.05.2021-ci il tarixədək cəzasının 10 ay 07 gününü çəkmiş, 07 ay 19 gün çəkilməmiş cəzası qalmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra, 31.03.2021-ci il tarixdə yenidən qəsdən cinayət əməli törətməsi Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsi kimi qiymətləndilməlidir. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 25.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 2012-ci ildən “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 25 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürməyə dair protokollar, məhkəmə-kimyəvi ekspertizasının rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplamlmış bütün sübutların məcmusuna isə ittihamın həlli ücün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamın 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar, cəzanın təyin edilməsi əsaslarına dair CM-nin 58.1-ci maddəsinin tələblərinə xüsusi diqqət yetirsinlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə eyni maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə görə Sumqayıt şəhər Məhkəməsinin 17.06.2020-ci il tarixli hökmü ilə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən yenidən oxşar cinayəti törətmişdir. Bu da onun islah olunmadığını göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli cinayətin residivi kimi qiymətləndirilməməlidir. Buna görə də təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə üzərində müəyyən edilmiş 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 19 (on doqquz) gün hissəsi ona təyin olunacaq cəzaya azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla qismən birləşdirilməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 gün şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası müəyyən edilməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli 23.06.2021-ci il tarixdən hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına həvalə edilməlir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut bir ədəd zərfdə 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,046 qram, 0,050 qram, 0,078 qram, narkotik vasitə olan heroinin ümumi təmiz çəkisi 0,174 qram, tədqiqata cəmi 0,09 qram sərf edildikdən sonra 0,084 qram qalıq çəkisi qalmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu üzərində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 manat (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 03 iyun 2021-ci il tarixli (iş № 1(060)-413/2021) qərarını icra edərək, 10 iyun 2021-ci il tarixli 576 saylı orderə əsasən vəkil X5 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş ) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 17 iyun 2020-ci il tarixli hökmü ilə üzərində müəyyən edilmiş 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 07 (yeddi) ay 19 (on doqquz) gün hissəsi ona təyin olunacaq cəzaya azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla qismən birləşdirilsin və üzərində 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 23.06.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 91,76 manat (doxsan bir manat yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-413/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-413/2021
23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver