Məhkəmə qərarları › İş №1(060)-414/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-414/2020

01.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-414/2020 01.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: X1,Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1996-cı ildə Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına verilməsi” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, xx.xx.2002-ci Ağdaş rayonu, Orta Ləki kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına verilməsi” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2020-ci il tarixdə, saat 22:00 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” kafesində olan masalardan birinin üstündən Zərərçəkmiş şəxs1 Gülbala oğluna məxsus üzərində hərəsi 30 manat dəyərində ***-***-**-** №-li SİM və ***-***-**-** №-li CİN kart olan 240 manat dəyərində “Huavey P30 lite” markalı və üzərində 30 manat dəyərində ***-***-**-** №-li CİN kart olan 120 manat dəyərində “Samsunq A3” markalı mobil telefonları, Zərərçəkmiş şəxs2 məxsus üzərində 05 manat dəyərində ***-***-**-** №-li SİM kart olan 950 manat dəyərində “İphone XS Max” markalı mobil telefonu və içərisində 197 manat pul olan 15 manat dəyərində pul kisəsini, Zərərçəkmiş şəxs3 məxsus üzərində 20 manat dəyərində ***-***-**-** №-li SİM kart olan 180 manat dəyərində “Samsunq S8” markalı mobil telefonu, Zərərçəkmiş şəxs4 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** №-li SİM kart olan 190 manat dəyərində “Samsung Qalaxy A 6” markalı mobil telefonu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 450 (dörd yüz əlli) manat, Zərərçəkmiş şəxs2 1167 (min yüz altmış yeddi) manat, Zərərçəkmiş şəxs3 200 (iki yüz) manat dəyərində, Zərərçəkmiş şəxs4 200 (iki yüz) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü olan elan edilmiş ittihamda təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun yaşadığı Ağdaş rayonu, Ləki kəndində yaşayır, onunla münasibətləri normal olmuıdur, bu ilin iyun ayından Nürani ilə birlikdə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” kafesində ofisiant işləmişlər. xx.xx.2020-ci il tarixdə o və Nürani həmin kafedə işdə olan zaman “Dostluq” kafesinin sahil kənarında olan masalarının ətrafında əyləşmiş müştərilərə xidmət göstərmişlər. Həmin vaxtı Nürani ona masaların birində heç kəsin əyləşmədiyini, masanın üzərində bir neçə telefon və pul kisəsi olduğunu deyərək həmin əşyaları birgə oğurlamağı təklif etmişdir. O, Nürani ilə razılaşmışdır. Onlar birlikdə həmin masaya yaxınlaşıb bir ədəd pul kisəsini, 1 ədəd “Huavey” markalı, 1 ədəd “Samsung S8” markalı, 1 ədəd “Samsung Galaxy A6” markalı, 1 ədəd “Samsung A3” markalı, 1 ədəd “İphone” markalı mobil telefonları oğurlayaraq oradan uzaqlaşmışlar. Onlar oradan uzaqlaşdıqdan sonra pul kisəsinin içərisinə baxdıqda 197 manat pul, bir neçə bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olduğunu görmüşlər. Həmin kartlardan bir neçəsini və sənədləri dəniz kənarında xatırlamadıqlqarı yerə tullamışlar. Sonra onlar Bakı şəhərinə getmişlər. Oğurladıqları “Samsung S8” markalı mobil telefonu tanımadıqları Nigeriya vətəndaşına 200 manata, digər “Samsung Galaxy A6” markalı mobil telefonu Bakı şəhəri, Əcəmi metrosunun yaxınlığındakı telefon dükanını işlədən şəxsə 150 manata satmışlar. “İphone” markalı mobil telefonu isə sata bilmədikləri üçün 28 may metrosunun yaxınlığında yerə tullamışlar. “Huavey” markalı mobil telefonu isə xatırlamadıqları yerdə itirmişlər. “Samsung A3” markalı mobil telefonu isə müştəri tapa bilmədikləri üçün sata bilməmişlər. Özlərində saxlamışlar ki, sonra münasib müştəri tapıb həmin şəxsə satarlar. Pul kisəsinin içərisində olan pulları isə Bakı şəhərində müxtəlif kafelərdə xərcləmişlər. Bir neçə gündən sonra o və Təqsirləndirilən şəxs2 Bakı şəhərində olarkən polis əməkdaşları onları saxlayıb Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə gətirmişlər. Orada Təqsirləndirilən şəxs2 “Dostluq” kafesində oğurladıqları “Samsung A3” markalı mobil telefonu, içərisində iki ədəd bank kartı olan bir ədəd pul kisəsini polis əməkdaşlarına təqdim etmişdir. Oğurluq edərkən onları heç kimin görməmiş, onlara başqa şəxslər köməklik etməmişdir, oğurladığları əşyaları müxrəlif şəxslərə satarkən onlara həmin əşyaların özlərinə məxsus olduğunu bildirmişlər, ona görə də onlar həmin əşyaların oğurluq olduğunu bilməmişlər. Törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməyə imkanı olmamışdır, amma imkan tapan kimi ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək, Təqsirləndirilən şəxs1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi, onun göstərdiyi xüsusatları bir daha təsdiqlədi, əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəməsə də onlarla razılığa gəlib ödəniş etmək fikri vardır, ailə vəziyyəti ağırdır. Məhkəmədən göstərdiklərinin və ağır ailə vəziyyətinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Gülbala oğlu göstərdi ki, “Huavei P30 lite” markalı **********82523 və **********12536 imei kodlu və imei kodunu bilmədiyi “Samsung A3” markalı mobil telefonlar ona məxsus olmuşdur, “Huavei P30 lite” markalı mobil telefonu bir il olar ki, ***-***-**-** və ***-***-**-** nomrələri ilə istifadə etmişdir, “Samsung A3” markalı mobul telefonu isə ***-***-**-** mobil nömrəsi ilə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə, saat 21:30 radələrində iş yoldaşları Fərhad, Ümid, Adil, İlkin, Tural və Adilin dostu Rauf ilə birlikdə çay içmək üçün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” restoranına getmişlər. Onlar həmin restoranın sahil kənarında olan masalarının birinin ətrafında əyləşmiş və pivə sifariş etmişlər. Onlar pivə içdikdən sonra o və iş yoldaşları hər biri özlərinə məxsus mobil telefonları, eləcə də Tural özünə məxsus pul kisəsini masanın üzərinə qoyub masadan aralanmış və dəniz kənarına getmişlər. Təxminən 10-15 dəqiqə keçdikdən sonra onlar masaya qayıtdıqda masanın üzərində olan mobil telefonların, o cümlədən ona məxsus “HUAVEİ P30 lite” markalı və imei kodunu bilmədiyi “Samsung A3” markalı mobil telefonun, eləcə də Turalın pul kisəsinin əyləşdikləri masanın üzərində olmadığını aşkar etmişlər. Həmin vaxtı onlara məlum olmuşdur ki, onlar dəniz kənarına getdikdən sonra masanın üzərinə qoyduqları mobil telefonları oğurlamışlar. Həmin vaxtı ətrafda olan masalarda əyləşən digər müştərilərdən hadisə barədə soruşduqda onlar masaya restoranda işləyən iki xidmətçinin yaxınlaşdığını demişlər. Sonra onlar restoranın rəhbərliyindən orada işləyən bütün xidmətçiləri bir yerə yığmasını xahiş etmişlər. Həmin vaxtı restoranda işləyən Nürani və İsa adlı işçilərin olmadığı müəyyən olunmuşdur. Onlar həmin şəxslərin onların əmlaklarını oğurlamasından şübhələnmiş və Rauf DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. “HUAVEİ P30 lite” markalı telefonu 1 il əvvəl 650 manata almış, “Samsung A3” markalı mobil telefonu isə işlədiyi şirkət ona hədiyyə vermişdir, qiyməti 100 manat olar, sim kartların hər biri isə 30 manat olar, hər iki mobil telefonu qara rəngdə olmuşdur. Hazırda onlara ümumilikdə dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərmişdir ki, “İPHONE XS MAX” markalı **********51362 və **********69867 İMEİ kodlu telefon ona məxsus olmuşdur, həmin telefonu bir il olar ki, ***-***-**-** nömrəsi ilə istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində iş yoldaşları Fərhad, Ümid, Adil, Rüstəm, İlkin və Adilin dostu Rauf ilə birlikdə çay içmək üçün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” kafesinə getmişlər. Onlar həmin kafenin dəniz sahilinə yaxın olan masalarının birinin ətrafında əyləşmiş, pivə sifariş vermiş, pivəni içdikdən sonra o və iş yoldaşları hər biri özünə məxsus olan mobil telefonlarını, eləcə də o, özünə məxsus içərisində 197 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, “Premium” banka aid iki kartları “Express” banka aid kartı, “Acsess” banka aid kartı olan pul kisəsini, özünə məxsus “İPHONE XS MAX “ markalı mobil telefonunu masanın üzərinə qoyub masadan qalxmış və dəniz kənarına tərəf gəlmişlər ki, bir qədər dəniz kənarında gəzişsinlər. Təxminən 10-15 dəqiqə keçdikdən sonra onlar əyləşdiyi masaya qayıtmış, görmüşlər ki, masanın üzərində olan mobil telefonları, o cümlədən ona məxsus “İPHONE XS MAX” markalı mobil telefonu, içərisində yuxarıda sadaladığı kartların, sənədləri və pulu olan pul kisəsi yerində olmamışdır. Həmin vaxtı ətrafda olan masalarda əyləşən digər müştərilərdən hadisə barədə soruşduqda onların masasına restoranda işləyən iki xidmətçinin yaxınlaşdığını demişlər. Sonra onlar restoranın rəhbərliyindən bütün xidmətçiləri bir yerə yığmasını xahiş etmişlər. Həmin vaxtı restoranda işləyən Nürani və İsa adlı işçilərin orada olmadığı müəyyən olunmuşdur. Onlar həmin vaxtı kafenin həmin iki nəfər işçisinin onların əmlaklarını oğurladıqlarından şübhələnmişdirlər. Sonra Rauf DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. “İPHONE XS Max” markalı mobil telefonu bir il əvvəl 2400 manata, pul kisəsini 4 il əvvəl 50 manata almışdır. Mobil telefon qara rəngdə olmuşdur, telefonun kamerası ilə çəkiliş etdikdə görüntüyə kölgə salır, korpusun aşağı hissəsində sağ və sol tərəfdə cızıqlar vardır. Telefonun hazrki dəyəri 1400 manat, üzərindəki sim kartın dəyəri 5 manat, pul kisəsinin dəyəri 30 manatdır, Kartların balansında pul olmamış, pul kisəsində 197 manat nəqd pul olmuşdur. Hazırda ona dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 göstərmişdir ki, “Samsung S8” markalı, **********58338 və **********58336 imei kodlu telefon ona məxsus olmuşdur, o həmin telefonu bir ildən çox olar ki, ***-***-**-** nömrəsi ilə istifadə edir. xx.xx.2020-ci il tarixdə iş yoldaşları Fərhad, Ümid, Adil, Rüstəm, Tural və Adilin dostu Rauf ilə birlikdə çay içmək üçün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” restoranına getmiş, həmin restoranda sahil kənarında olan masaların birinin ətrafında əyləşmiş, pivə sifariş etmişlər. Pivə içdikdən sonra o və iş yoldaşları hər biri özünə məxsus mobil telefonları, eləcə də Tural özünə məxsus pul kisəsini masanın üzərinə qoyub qalxmış və dəniz kənarına getmişlər. Təxminən 10-15 dəqiqə keçdikdən sonra onlar əvvəl əyləşdiyləri masaya qayıtdıqda masanın üzərində olan mobil telefonlarının, o cümlədən ona məxsus “Samsung S 8” markalı mobil telefonun, eləcə də Turalın pul kisəsinin masanın üzərində olmadığını və oğurlandığını aşkar etmişlər. Həmin vaxtı ətrafda olan masalarda əyləşən digər müştərilərdən hadisə barədə soruşduqda onların masasına restoranda işləyən iki xidmətçinin yaxınlaşdığını demişlər. Sonra onlar restoranın rəhbərliyindən bütün xidmətçiləri bir yerə yığmasını xahiş etmişlər. Həmin vaxtı restoranda işləyən Nürani və İsa adlı işçilərin olmadığı müəyyən olunmuşdur. Rauf DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. “Samsung S 8” markalı mobil telefonu il yarım əvvəl işlənmiş vəziyyətdə 800 manata almış, həmin mobil telefon qara rəng, sensor ekranlı olmuşdur. Sim kartın dəyəri isə 20 manat təşkil etmişdir. Hazırda onlara ümumilikdə dəymiş ziyan ödənilməmişdir, təqsirləndirilən şəxslərdən şikayətçidir və dəymiş ziyanı tələb edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, “Samsung Galaxy A 6” markalı **********13568 və **********13566 imei kodlu mobil telefon ona məxsus olmuşdur, o həmin telefonu bir ildən çox olar ki ***-***-**-** nömrəsi ilə istifadə etmişdir. xx.xx.2020-ci ildə dostu Adil, Adilin iş yoldaşları Fərhad, Ümid, Rüstəm, İlkin, Turalla birlikdə çay içmək üçün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Dostluq” restoranına getmişlər. Həmin restoranda sahil kənarında olan masaların birinin ətrafında əyləşmiş və onlar masanın ətrafında əyləşdikdən sonra pivə sifariş vermişdirlər. Onlar pivə içdikdən sonra o və dostları hər biri özlərinə məxsus mobil telefonları, eləcə də Tural özünə məxsus pul kisəsini masanın üzərinə qoyub qalxmışdır. Sonra hamısı dəniz kənarına getmiş, təxminən 10-15 dəqiqə keçdikdən sonra masaya qayıtdıqda masanın üzərində olan mobil telefonlarının, o cümlədən ona məxsus “Samsung Qalaxy A 6” markalı mobil telefonun, eləcə də Turalın pul kisəsinin masanın üzərində olmadığını və oğurlandığını aşkar etmişlər. Həmin vaxtı onlara məlum olmuşdur ki, onlar masadan ayrılıb dəniz kənarına getdikdən sonra masanın üzərinə qoyduğları mobil telefonları oğurlamışdırlar. Həmin vaxtı ətrafda olan masalarda əyləşən digər müştərilərdən hadisə barədə soruşduqda onlara əyləşdiyləri masaya restoranda işləyən iki xidmətçinin yaxınlaşdığını bildirmişlər. Sonra onlar restoranın rəhbərliyindən bütün xidmətçiləri bir yerə yığmasını xahiş etmişlər. Həmin vaxtı restoranda işləyən Nürani və İsa adlı işçilərin orada olmadığı müəyyən olunmuşdur. O, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. “Samsung Galaxy A 6” markalı mobil telefonu bir il əvvəl 600 manata, sim kartı isə 10 manata almış, həmin mobil telefon qara rəngdə, sensor ekranlı, 2018-ci il Çin istehsalı olmuşdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 ildir ki, Bakı şəhəri, Memar Əcəmi metrosunun yaxınlığında yerləşən telefon satışı mağazasını icarəyə götürüb işlədir. xx.xx.2020-ci il tarixdə mağazada işdə olarkən iki nəfər tanımadığı oğlan mağazaya gəlib özlərində olan “Samsung Galaxy A 6” markalı mobil telefonu ona göstərərək həmin telefonun özlərinə məxsus olduğunu bildirib satmaq istədiyini demişlər. O, onların göstərdiyi mobil telefona baxıb həmin mobil telefonu 120 manata ala biləcəyini demiş, razılaşmışdırlar. Sonra o, həmin şəxslərdən birinin şəxsiyyət vəsiqəsini götürüb surətini çıxarmışdır. Şəxsiyyət vəsiqəsini ona surətini çıxarmaq üçün verən şəxs Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 olmuşdur. O, şəxsiyyət vəsiqəsinin surətinin arxasına aldığı mobil telefonun markasını, imeil kodunu, qiymət və tarixini qeyd etmiş, 120 manat pulu verib həmin şəxslərdən mobil telefonu almışdır. Həmin günü axşam saatlarında həmin “Samsung Galaxy A 6” markalı mobil telefonu tanımadığı müştəriyə 140 manata satmışdır. Bir neçə gündən sonra işlədiyi mağazada olarkən bir neçə polis əməkdaşı ona mobil telefonu satan şəxslərdən biri ilə mağazaya daxil olmuş və ona bildirmişlər ki, həmin şəxslərdən aldığı “Samsung Galaxy A 6” markalı mobil telefon oğurluqdur, həmin mobil telefonu ona satan şəxslər oğurlamışlar. “Samsung S 8” markalı telefonu alarkən oğurluq olduğunu bilməmiş, həmin şəxslər mobil telefonun özlərinə məxsus olduğu üçün satmaq istədiklərini bildirmiş, o, da onlara inanaraq mobil telefonu onlardan almışdır. O, “Samsung Galaxy A 6” markalı mobil telefonu həmin gün axşam saatlarında tanımadığı şəxsə satmış, bununla bağlı heç bir sənədləşmə aparmamışdır. Çünki o ancaq mobil telefonu vətəndaşlardan alan zaman sənədləşmə aparır. Şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci ildə internet şəbəkəsində yerləşən “Lalafo” saytına baxarkən həmin saytda 200 manata bir ədəd “Samsung S 8” markalı mobil telefonun satılması barədə elanın yerləşdirildiyini görmüşdür. Həmin mobil telefon həm ucuz satıldığına, həm də xoşuna gəldiyinə görə almaq qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə Whatsapp vasitəsi ilə elan yerləşdirən şəxsin “***-***-**-**” telefon nömrəsi ilə “Google Translate” tətbiqindən istifadə edərək Azərbaycan dilində yazışaraq ona həmin mobil telefonu almaq istədiyini demiş və həmin şəxsə satmaq istədiyi mobil telefonla birlikdə yaşadığı ünvana gəlməsini xahiş etmişdir. Səhərisi gün iki nəfər tanımadığı cavan oğlanlar yaşadığı binanın yanına gəlmiş, o, həmin vaxtı onlara 200 manat pulu ödəyib “Samsung S 8” markalı mobil telefonu onlardan almışdır. Bir neçə gün sonra mobil nömrəsinə zəng gəlmiş, zəng edən şəxs polis əməkdaşı olduğunu bildirmiş və yaşadığı ünvana gəlmiş, ona bildirmişdir ki, 4-5 gün əvvəl aldığı “Samsung S 8” markalı mobil telefon ona satılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmışdır. Həmin mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. “Samsung S 8” markalı telefonu alarkən oğurluq olduğunu bilməmiş, həmin şəxslər mobil telefonun özlərinə məxsus olduğunu və ehtiyacları olduğu üçün satmaq istədiklərini bildirmiş və o da onlara inanaraq telefonu onlardan almışdır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizanın xx.xx.2020-ci il tarixli, 9/2026 saylı rəyindən görünür ki, Vyetnam istehsalı olan, qara rəngli “Samsung Galaxy” markalı, “SM-G950F” (S8) model mobilı telefonun qiyməti 180 manat, Vyetnam istehsalı olan, qara rəngli “Samsung Galaxy” markalı SM-A320F/DS (A3 2017 model) mobil telefonun qiyməti 120 manat, üzərində “Solido” sözləri yazıları olan, qara rəngli 12x9 sm ölçülü pul kisəsinin (vizit kart qabı) qiyməti 15 manat, “Huavey P30 lite” markalı mobil telefonun qiyməti 240 manat, “İphone XS Max” markalı mobil telefonun qiyməti 950 manat, “Samsung Qalaxy A6” markalı mobil telefonun qiyməti 190 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş istifadədə olmuş müxtəlif markalı mobil telefonların və pul kisəsinin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 315 manat, təqdim edilməmiş 3 ədəd müxtəlif markalı mobil telefonların satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1380 manat müəyyən edilir. (i.v. 164-167) İş üzrə keçirilmiş məhkəmə-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 1218 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektual-mnestik imkanları normaya uyğun olduğundan o, iş üçün əhəmiyyətli halları düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs2 fərdi psixi xüsusiyyətlərinə görə ekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici aləmə yönəlməsi). Ümumiyyətçilik, aktivlik, eqosentrizm, məsuliyyətsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafına görə, həmçinin hadisə zamanı emosional halı nəzərə alınmaqla, törətdiyi əməlin xarakter və mənasını, mahiyyətini anlamaq qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs2 qərarın təsviri hissəsində göstərilən əməli törədərkən hərəkət və davranışını şüurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmadığından öz hərəkətlərini idarə edə bilərdi. (i.v. 127-129) İş materiallarında olan qərara və qəbzlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 Gülbala oğluna məxsus oğurladığı “Samsunq A3” markalı, Zərərçəkmiş şəxs3 məxsus “Samsunq S8” markalı mobil telefonu, Zərərçəkmiş şəxs2 məxsus pul kisəsi və iki ədəd bank kartı cinayət işi üzrə maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. (iv.168-177, 243-244) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(i.v.111) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən, hökmün surətindən və məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Hərbi Məhkəməsinin 1(093)-194/2015 saylı xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən 100 manat cərimə cəzasına məhkum edilmiş, “28 may- Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli Qərarının 1.8-ci bəndi tətbiq edilməklə həmin cəzadan azad edilmişdir. Hazırda o məhkumluğu olmayan şəxsdir. (i.v.109-110, 207-215) Ucar Rayon Məhkəməsinin 4(063)-25/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Ucar rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 29, 177.2.3-cü maddələri ilə cinayət işi vardır və həmin iş üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1.2, 59.2-ci maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi və digər hallar cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olması, yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.2 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətini yüngülləşdirən hal kimi onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsi, əməlindən peşman olması və yaşayış yerindən müsbət xarakterizə edilməsi müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Ancaq onun cəzasənı yüngülləşdirən halları nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini daha məqəsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Təqsirləndirilən şəxs1 təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində Ucar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi nəzərə alınaraq barəsində bu iş üzrə seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 123,04 (bir yüz iyirmi üç manat dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan Zərərçəkmiş şəxs1 Gülbala oğluna məxsus “Samsunq A3” markalı mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “Samsunq S8” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus pul kisəsi və iki ədəd bank kartının saxlanılması üçün sahiblərinə verilməsi nəzərə alınmalı, sahiblərinə qaytarılmış hesab edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan tam ödənilməmişdir. Zərərçəkmiş şəxslər dəymiş ziyanın ödənilməsini tələb etmişlər, amma mülki iddia verməmişlər. Ona görə də, məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı iki gün ona təyin edilən cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində Ucar rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçildiyi nəzərə alınaraq barəsində bu iş üzrə seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya orqanında qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın Təqsirləndirilən şəxs2 üzərinə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Ağdaş rayonu, Orta Ləki kəndindəki evi tərk etməmək, Ağdaş rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 123,04 (bir yüz iyirmi üç manat dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş oğurluq cinayətinin predmeti olan Zərərçəkmiş şəxs1 Gülbala oğluna məxsus “Samsunq A3” markalı mobil telefon, Zərərçəkmiş şəxs3 məxsus “Samsunq S8” markalı mobil telefon, Zərərçəkmiş şəxs2 məxsus pul kisəsi və iki ədəd bank kartının saxlanılması üçün sahiblərinə verilməsi nəzərə alınsın və sahiblərinə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxslərə dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar