Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-414/2022 08.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14.03.2022-ci il tarixdə Sumqayıt şəhəri, 40-cı məhəllə, TTYSnin qarşısında Zərərçəkmiş şəxs ilə keçmiş qaynı Təqsirləndirilən şəxs aralarında şəxsi münasibətlər yaranmış mübahisə zamanı sonuncunun Zərərçəkmiş şəxs gözaltı nahiyyələrinə, başına yumruqla vurmaqla sağ gözətrafı nahiyyənin şişkinliyi-qançırı, gözün ağlı qişasına qansızma, sol almacıq nahiyyəsinin qançırı, boyunun sol yan səthinin sıyrığı olmaqla törənmə müddəti 14.03.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa «YÜNGÜL» zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X6 onun küçmiş yeznəsidir. Araz 2016-cı il tarixdə bacısı X2 ilə ailə həyatı qurmuş və həmin nikahdan onların 2017-ci il tarixdə İnci, 2019-cu il tarixdə Yağmur adlı qızları dünyaya gəlmişdir. Onlar müəyyən səbəblərə görə 01.03.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə boşanmışlar, İnci atası ilə qalsa da, digər qızları anası Aygül ilə qalırdı, lakin bəzi vaxtlarda Araz Yağmuru öz yaşadığı ünvana aparır, sonra isə geri gətirirdi. Araz 13.03.2022-ci il tarixdə onunla mobil telefonda danışan zaman onlar arasında mübahisə yaranmış, Araz onun ünvanına nalayiq söyeşlər söymüşdür. Bundan sonrakı gün, yəni 14.03.2022-ci il tarixdə, təxminən saat 09:15 radələrində o Sumqayıt şəhəri, 40-cı məhəllə ərzisində yerləşən TTYS-nın qarşısına getmiş, bundan sonra Araza zəng edib onu da oraya çağırmışdır. Araz onun yanına gəldikdən sonra onlar söhbət etməyə başlamış, o Araza ona söyüş söydüyü üçün iradını bildirmiş, lakin Araz qarşılığında “yaxşı edirəm” demişdir. Həmin an onlar arasında mübahisə olmuş, o anidən əsəbiləşmiş və yumruqla onun sağ göz nahiyyəsinə vurmuş, o əli ilə vurmuş olduğu gözünü tutduğu zaman yumruqla yenə onun sol göz nahiyyəsina vurmuşdur. Həmin zaman Araz özünü saxlaya bilməyib yerı yıxılmış, o yerdə olan zaman bir neçə dəfə yumruqla onun baş nahiyyəsinə vurmuş, sonra isə çıxış getmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən zərərçəkmişlə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki,2016-cı il tarixində X3 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 2017-ci il tarixdə İnci, 2019-cu il tarixdə Yağmur adlı qızları dünyaya gəlmişdir. Onlar müəyyən səbəblərə görə 01.03.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarı ilə boşanmışlar, İnci onun ilə qalsa da, digər qızları Yağmur anası Aygül ilə qalırdı, lakin bəzi vaxtlarda o Yağmuru öz yaşadığı ünvana aparır, sonra isə geri gətirirdi. O, təxminən yeddi gündən çıx müddətdir qızı Yağmuru görmədiyindən 13.03.2022-ci il tarixdə keçmiş həyat yoldaşı Aygülə zəng etmiş, lakin Aygülə zəng çatmamışdır. Bundan sonra o qaynı Təqsirləndirilən şəxs zəng etmiş, mobil telefonda aralarına mübahisə yaranmış, sonra isə onar sağollaşmışdır. O, 14.03.2022-ci il tarixdə, təxminən saat 09:15 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən TTYS-da olan zaman Azər ona zəng etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O çölə çıxdıqdan sonra Azəri görüb ona yaxınlaşmış, onunla qızı Yağmuru görməsi ilə bağlı danışmışdır. Həmin an anidən Azər yumruqla onun sağ göz nahiyyəsinə vurmuşdur. O əli ilə gözünü tutan zaman Azər yumruqla yenə onun sol göz nahiyyəsinə vurmuşdur. Həmin zaman o özünü saxlaya bilməmiş və yerə yıxılmışdır. O yerə yıxıldıqdab sonra yerdə oarkən Azər bir neçə dəfə yumruqla baş nahiyyəsinə vurmuş, sonra isə çıxış getmişdir. O daha sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gələrək ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə ilə barışmış, ondan şikayəti yoxdur və Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 348 saylı, 14.03.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «sağ gözətrafı nahiyyənin şişkinliyi-qançırı, gözün altı qişasına qansızma, sol almacıq nahiyyəsinin qançırı, boynun sol yan səthinin sıyrığı » xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törədilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə knar şəxs tərəfindən vuruqlmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə əvvəl olmaqla 14.03.2022-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 08.04.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, sonuncu cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilə barışmışdır və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs 08.04.2022-ci il tarixli ərizəsindən görünür ki, sonuncu Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində amnistiya tətbiq etmədən iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti 7 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş 14.03.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 01.04.2022-ci il tarixli (iş № 1(060)-414/2022) qərarını icra edərək 06.04.2022-ci il tarixli 414 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 05 (beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 (otuz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-414/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-414/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver