Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-415/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1968-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İnqlab oğlunun Azərbaycan Respublikası CM-nin 234.1 və 139-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs İnqlab oğlu xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,444 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 12 yanvar 2022-ci il tarixdə, saat 14:10 dəqiqədə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon, 45 saylı evin (binanın) qarşısında saxlanılaraq 3-cü PB-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli zolaqlı şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş bir ədəd bükümdə içərisindən 0,444 qram çəkidə maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs İnqlab oğlu «Covid-19» virusuna yoluxduğu halda xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı evi tərk edərək Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan Xidmət» mərkəzinin arxasındakı yaşayış binasının yaxınlığında piyada hərəkət edərək xüsusi karantın rejimi dövründə epidemiya əleyhinə rejimin, eləcədə sanitariya-gigiyena və karantın rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 və 139-1.1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2 ildir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində şəxsi işi ilə əlaqədar olaraq Sumqayıt şəhəri, Corat qəsəbəsinə getmiş, orada olarkən tanımadığı bir şəxsdən şəxsi istifadə üçün 20 manata narkotik vasitə olan heroin almış və üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 14:10-da o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 45 nömrəli binanın qarşısında olarkən bir nəfər mülki formada, bir nəfər isə polis formasında olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki, o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində, eləcə də X3 qarşı dələduzluq edərək 100 manat pulunu ələ keçirməkdə şübhəli bilinir. Buna görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmiş və bir başa Sumqayıt ŞPİ-nin 3-cü PBnə gəlmişlər. Ona videoçkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş və o, buna etiraz etməmişdir. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, o, əynindəki tünd boz rəngli zolaqlı şalvarının sağ yan cibində saxlamış olduğu siqaretin qızılı rəngli kağızına bükülmüş içərisində olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Polis əməkdaşlarının suallarına cavab olaraq bildirmişdir ki, bükümün içərisindəki narkotik vasitə heroindir və onu həmin gün Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almış və üzərində saxlamışdır. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin elektron tərəziyə qoyulub çəkilmiş və çəkisinin 0,64 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra isə həmin narkotik vasitə heroin qablaşdırılaraq möhürlənmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitə heroinin çəkisi ilə bağlı heç bir etiraz etməmiş, ona Fatimə Əhmədova ilə bağlı verilən suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 10 radələrində o, Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən «Bazar Store» mağazasının yaxınlığındakı avtomaşın dayanacağında nəzarətçi işlədiyi zaman tanımadığı bir nəfər qadın idarə etdiyi avtomobillə dayanacağa gəlmiş və dayanacaqda maşın saxlamağın haqqı olaraq bir manat ödəməli olmuşdur. Lakin həmin qadında xırda pul olmamış və qadın ona 100 manat pul verib bir manat çıxmasını istəmişdir. O isə xırda pul olmadığını və gedib pulu xırdalayıb gətirəcəyini bildirmişdir. Həmin qadın ona inanıb 100 manatı ona vermiş, o isə oradan kənarlaşıb çıxıb getmiş və pulu xırdalayıb həmin qadına verməmişdir. Həmin pulun 20 manatına üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini almış, 25 manatı şəxsi ehtiyacları üçün xərcləmiş, 55 manatı isə üzərində saxlamışdır. Onun üzərinə şəxsi axtarış keçirilərkən həmin pul da ondan götürülmüş və qablaşdırılmış, onlar isə həmin zərfi imzalamışlar. O, polis bölməsində olarkən ona məlum olmuşdur ki, pulunu götürüb qaytarmadığı şəxs X4r. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 14:10-da o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 45 nömrəli binanın qarşısında olarkən narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində, eləcə də X3 qarşı dələduzluq edərək 100 manat pulunu ələ keçirməkdə şübhəli bilindiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən polis bölməsinə aparılıb üzərinə şəxsi axtarış aparıldıqdan sonra onu Sumqayıt ŞPİ-nin MSY-nə aparmışlar. O, orada olarkən «Covid-19» virusuna yoluxub yoluxmaması ilə bağlı analiz vermişdir. xx.xx.2022-ci il tarixdə analizin cavabı «pozitiv» olmuş və bu barədə ona məlumat verilmişdir. xx.xx.2022-ci il tarixdə o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirəndirilən şəxs qismində cəlb olunduqdan sonra barəsində «polis nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Ona izah olunmuşdur ki, o, «Covid-19» virusuna yoluxduğu üçün yaşadığı evi karantin müddətində tərk etməsin. Lakin o, xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində yaşadığı evi tərk etmiş və Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan Xidmət» mərkəzinin arxasındakı yaşayış binasının yanında olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və onun ad və soyadını soruşduqdan sonra portal məlumatları yoxlanılmışdır. Bu zaman «Covid-19» virusuna yoluxduğu aşkar olunmuşdur. Sonra isə ona bildirmişlər ki, virusa yoluxduğu halda yaşayış yerini tərk etmişdir. O, isə polis əməkdaşlarına bildirmişdir ki, mobil telefonunu Sumqayıt ŞPİ-dən götürmək üçün evdən çıxmışdır. Onun küçədə saxlanılması bağlı çəkiliş aparmışlar və sonra o, yaşadığı evə getmişdir. Ondan evdən çölə çıxmaması ilə bağlı iltizam alınmışdır. Bundan sonra isə yaşadığı evi tərk etməmişdir. O, özü virusa yoluxduğu üçün ətrafdakı şəxsləri də yoluxdura biləcəyini bilmişdir. Lakin o, telefonunu götürmək məcburiyyətində qaldığı üçün yaşayış yerini bir dəfə tərk etmişdir. Həmin vaxt küçədə ondan başqa şəxslər olmuşdur, lakin o, onları tanımamış və heç kimlə təmasda olmamışdır. Törətdiyi əməllərdən peşmandır. Məhkəmənin nəzərinə çatdırır ki, o, yaşlı anası ilə birlikdə yaşayır. Artıq yaşla əlaqədar olaraq anasının gözləri tutulub və anasına o qulluq edir. Bundan başqa narkotik vasitə də qəbul etmir. Ona görə də qeyd edilənlərin nəzərə alınmasını və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş 3-cü PB-nin sahə rəisi Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, gəzdirməsi, qanunsuz üzərində saxlaması və Sumqayıt şəhər sakini X2 100 manat pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 14:10 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən 45 nömrəli binanın qarşısında Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlar özlərini təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək X6 olduğunu bildirmişdir. Akif nə üçün saxlanıldığını soruşmuş, onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə, eləcə də X2 100 manat pulunu ələ keçirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Akif heç bir etiraz etmədən, onlarla birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmişdir. Polis Bölməsində xidməti otaqlardan birində kriminalist Fərid Nəsimiyev panasonik markalı videokameranı işə salmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli zolaqlı şalvarın sağ yan cibindən siqaretin qızılı rəngli kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində nə olduğu soruşulduqda o, bükümün içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümə baxarkən içərisindəki qəhvəyi rəngli, spesifik iyə mailk narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Fatimə Əhmədovanın 100 manat pulunu ələ keçirməsi ilə bağlı suallara cavab verərəkən isə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən, saat 10 radələrində o, Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən «Bazar Store» mağazasının yaxınlığındakı avtomaşın dayanacağında nəzarətçi işlədiyi zaman tanımadığı bir nəfər qadın idarə etdiyi avtomobillə dayanacağa gəlmiş və dayanacağın pulunu ödəmək üçün xırda pulu olmadığı üçün ona 100 manat pul vermişdir. O, isə xırda pul olmadığını və gedib pulu xırdalayıb gətirəcəyini bildirmiş, lakin pulu aldıqdan sonra çıxıb getmiş və pulu həmin qadına qaytarmamışdır. O, həmin pulun 20 manatına narkotik vasitə almış, 25 manatını isə öz şəxsi ehtiyacı üçün xərcləmiş, 55 manatı isə üzərində saxlamışdır. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd 50 manatlıq, 01 ədəd 5 manatlıq əskinaslar, üzərində 077 313-44-80 mobil nömrəsi olan «F+» marklı mobil telefon aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,64 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə, qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 12:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində yerləşən «Asan xidmət» mərkəzinin arxasındakı binanın yanında xidməti işi ilə əlaqədar vətəndaşların portal məlumatlarını yoxlayarkən ünvan 1-də qeydiyyatda olan və yaşayan X5 «Covid-19» virus daşıyıcısı olması məlum olmuşdur. Bu barədə soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılmış və İdarənin MSY-nə yerləşdirilmişdir. Ondan analiz götürülmüş və xx.xx.2022-ci il tarixdə analizin nəticəsi «pozitiv» çıxmış və bu barədə ona məlumat verilmişdir. Bundan sonra bu barədə 3-cü PB-nin növbətçi hissəsinə məlumat verilmiş və həmin yerə əmliyyat qrupu gəlmişdir. Bu barədə videoçəkiliş aparılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs 14 gün karantin müddətində yaşadığı evi tərk etməməsi izah olunmuş və bu barədə ondan iltizam alınmışdır. Sonra isə onlar Təqsirləndirilən şəxs əraziyə çağırılmış təcili-tibbi yardım briqadası ilə müşahidə altında yaşadığı evə yola salmışlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqından protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səbuhi Dadaşov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. ( İ.v. 20) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarışın keçirilməsi” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona narkotik vasitələrin istifadəsində, saxlanmasında şübhəli bilindiyi üçün saxlanıldığı bildirilmiş, daha sonra isə hüquq və vəzifələr barədə bildiriş, tutulması barədə protokol, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 orderlə birlikdə təqdim olunmuş, video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa başlanılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd-boz rəngli zolaqlı şalvarının sağ yan cibindən 1 ədəd sıqaretin qızılı rəngli kağızına bükülmüş 1 ədəd bükümü çıxarıb təqdim etmiş, verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin kakos olduğunu bildirmiş, həmin büküm açılan zaman onun içərisindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan bükümdə olan heroini xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri, Corat qəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən 1 ədəd 50 manatlıq və 1 ədəd 5 manatıq əskinaz (ümumilikdə 55 manat), üzərində ***-***-**-** mobil nömrəsi olan “F+” markalı mobil telefon aşkar olunmuş, 55 manat pul və 1 ədəd mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 10:00 radələrində Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində yerləşən “Bazar Store” mağazasının yaxınlığında yerləşən avtomaşınların dayanacağında nəzarətçi işləyən zaman tanımadığı 1 nəfər şəxsdən (qadından) 1 manat ödənişi çıxmaq üçün 1 ədəd 100 manatlıq əskinaz aldığını, sonradan qayıdıb pulun qalan xırdasını vermədiyini, həmin pulun 20 manatına üzərində aşkar olunmuş, narkotik vasitə olan heroinə bənzər maddəni aldığını, 25 manatını şəxsi istifadəsi üçün xərclədiyini, qalan 55 manatı isə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkilmiş, 1 bükümdə olan heroinə bənzər maddənin kağızla birlikdə çəkisi 0,64 qram olmuş, həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 55 manat nəğd pul ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 14:10 radələrində saxlansa da şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin tarixdə, təxminən saat 13:00 radələrində saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə aparılan şəxsi axtarışın müddəti saat 15:14-dən 15:30-dək davam etmiş, videokamerada həkk olunmuş video çəkiliş diskə köçürülmüş və “HP” markalı kompyuterdə baxıldıqdan sonra tərtib olunmuş protokola əlavə edilmişdir.(İ.V.28-29) İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin ümumi təmiz çəkisi 0,444 qram olan, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,394 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (İ.v. 81) İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. ( İ.v. 81) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/212 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi olan, “A. Cabbarov üzərində…” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,444 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir.( İ.v. 38-41) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 684 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( İ.v. 105-106) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində «polis nəzarəti altına vermə» növündə qətimkan tədbiri seçilmişdir. ( İ.v. 76-77) İş materiallarında olan «Sumqayıt Tibbi Mərkəzi» PHŞ-dən xx.xx.2022-ci il tarixdə daxil olmuş 222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Covid-19 virusuna görə «PZR» müayinəsindən keçmiş, xx.xx.2022-ci il tarixdə testin cavabı pozitiv olmuşdur. ( İ.v. 127) İstintaq zamanı Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. ( İ.v. 129) Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, onun məhkumluğu yoxdur (İ.v.160-162) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 159) Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi təqsirini səmimi etiraf etməsi və əməlindən peşman olması müəyyən edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139-1.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi” haqqında qərarla xx.xx.2022-ci il tarixdə Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla, təyin ediləcək cəzadan çıxılıb qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs İnqlab oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,394 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3cü PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən 01 disk və şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs İnqlab oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139-1.1-ci maddələri ilə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin qərarını icra edərək, xx.xx.2022-ci il tarixli, 439 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139- 1.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə 01(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02(iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs İnqlab oğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0.394 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 139-1.1-ci maddələri ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 84(səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №1(060)-415/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-415/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver