Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-416/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1971-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30 yanvar 2018-ci il tarixdən başlayaraq 13.11.2001-ci il təvəllüdlü X3 və 25.11.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125,00 olmaqla, ümumilikdə 250,00 manat sabit pul məbləğində aliment tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(060)-2535/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 24 fevral 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 15 oktyabr 2020-ci il tarixə kimi, cəmi 6225,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(060)-2535/2018 saylı qətnaməsinə əsasən 30 yanvar 2018-ci il tarixdən başlayaraq 13.11.2001-ci il təvəllüdlü X3 və 25.11.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125,00 olmaqla, ümumilikdə 250,00 manat sabit pul məbləğində aliment məndən tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamə onun tərəfindən icra olunmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 24.02.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəmdə 10 (on) gün inzibati qaydada həbs seçilmiş, bundan sonra icra məmuru tərəfindən yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 15.10.2020-ci il tarixədək aliment üzrə borcu 6225,00 manat təşkil etmiş, istintaq zamanı 30.03.2021-ci il tarixdə notarial qaydada Zərərçəkmiş şəxs aliment borcundan 4500,00 manat məbləğində ödəniş etmiş və qalıq 1750,00 manat aliment borcunu ödəməkdən sonuncu azad etmişdir. Hazırda aliment borcunu Zərərçəkmiş şəxs tam ödəmişdir. Bunları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2018-ci il tarixli, 2(060)-2535/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 30 yanvar 2018-ci il tarixdən başlayaraq 13.11.2001-ci il təvəllüdlü X3 və 25.11.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 125,00 olmaqla, ümumilikdə 250,00 manat sabit pul məbləğində aliment tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra idarəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 24.02.2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmiş, daha sonra icra məmuru tərəfindən borcluya qətnaməni icra etmək üçün əlavə müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə heç bir ödəniş etməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərəkən Təqsirləndirilən şəxs tərəfindən 6225,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olur, özü rayonlararası şəxsi mikroavtobusla sərnişindaşınma ilə məşğuldur və kifayət qədər gəliri vardır, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, bir ata kimi öz övladları ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, istintaq zamanı 30.03.2021-ci il tarixdə borclu Nazim Hüsynov notarial qayada 4500,00 manat aliment borcunu ona ödəmiş, qalıq 1750,00 manat məbləğində pulu yaxın müddətdə ödəcəyinə vəd verdiyi üçün notarial qaydada bağlanmış müqavilədə Təqsirləndirilən şəxs həmin qalıq borcu ödəməkdən azad etməsi barədə bildirmiş, lakin sonuncu sonradan onu aldadaraq qeyd olunan 1750,00 manat məbləğində pulu ödəməmiş və bun səbəbdən qətnamə üzrə qalıq aliment borcunu Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən aliment borcu tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 13.11.2001-ci il təvəllüdlü X3 və 25.11.2002-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər uşağa görə 125 manat olmaqla, ümumilikdə 250 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilmlidir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 24 fevral 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin 22.02.2018-ci il tarixli, 2(060)-2535/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 24.02.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarından görünür ki, 17.05.2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 22.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 6225 manat məbləğində aliment borcu tam ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Bunları nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Həmçinin məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 22.11.2021-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs aliment borcunu tam ödədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Bunları nəzərə alıb cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 16 saat vaxt sərf etmişdir. Ona görə də 96 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə ümumillikdə 20 saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə hazırkı cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli olması, onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər sənədlərlə tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə cinayət işi materiallarını tədqiq edərək, cinayət əməlini törətmiş şəxsi, zərərçəkmiş şəxsi və dövlət ittihamçısını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Odur ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aliment borcunu tamamilə ödədiyindən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia və əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-348, 356, 358, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd” hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 96 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına keçirilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-416/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-416/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver