Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-416/2022 08.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 122, mənzil 22 qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümlərdə, hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,269 qram, ümumi təmiz çəkisi 0,655 qram çəkidə narkotik vasitə olan heroini və 01 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümdə, təmiz çəkisi 0,121 qram olan psixotrop maddə metamfetamini əldə edib daşışıyaraq şəxsi istifadəsi üzərində saxlamış, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 (bir) ədəd kustar üsulla hazırlanmış, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, vurucu və dayaq hissədən ibarət, vurucu hissədə 4 ədəd dairəvi formada dəlik olan qara rəngli metalı əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə, saat 21:00 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Qaz idarəsinin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Pİ-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibindən 1 ədəd linza qutusunun içərisində olan 2 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümlərdə, hər birinin ayrı ayrılıqda təmiz çəkiləri 0,386 qram, 0,269 qram, ümumi təmiz çəkisi 0,655 qram çəkidə qəhvəyi rəngli, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellefona bükülmüş bükümdə, təmiz çəkisi 0,121 qram olan psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd kustar üsulla hazırlanmış, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş, vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, vurucu və dayaq hissədən ibarət, vurucu hissədə 4 ədəd dairəvi formada dəlik olan qara rəngli metal aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu yoxdur. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Qaz idarəsinin yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirib onu Pİ-nə dəvət etmiş, Pİ-də vəkilin iştirakı ilə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub -olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan qəhvəyi rəngli şalvarın üzərində olan kəmərin sağ tərəf alt hissəsində saxlamış olduğu üzərində 654K Cal. 4.5mm T0184966 və “Made in Russia” və Baikat yazıları olan qara rəngli silah formalı aləti, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd plastik linza qutusunu, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu üzərində 4 ədəd halqa olan qara rəngli dəmir aləti təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd plastik linza qutusu açılmış, linza qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan marixuana, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan “heroin”, 1 ədəd “metamfetamin”i müəyyən olunmuşdur. Narkotik maddələri şəxsi istifadəsi üçün əldə etmiş, uzun müddətdir ki, nakrotik maddə qəbul etmişdir. Silah pnevmatik olmuş, həmin pnevmatik silahla üzərində halqalar olan aləti xx.xx.2021-ci il tarixdə axşam saatlarında Novxanı qəsəbəsi ərazisində kanalın kənarında tapmış, polisə təqdim etmək üçün üzərində saxlamışdır. Narkotik maddələri xx.xx.2021-ci il tarixdə Razin bazarında tanımadığı şəxsdən ümumilikdə 27 manat pul ödəməklə şəxsi istifadəsi üçün almışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olduğunu bildirərək, Məhkəmədən barəsində yüngül cəza seçilməsini xahiş edir. Məhkəmədə şahid dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin, üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuş, bu barədə rəhbərliyə məruzə olunmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 21:00-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən Qaz idarəsinin yaxınlığında olan zaman onu saxlamış, özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Sumqayıt ŞPİ-də Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmış, ondan üzərində şəxsi axtarış aparılacağı izah edildikdən sonra Təqsirləndirilən şəxs özü əynində olan qəhvəyi rəngli şalvarın üzərində olan kəmərin sağ tərəf alt hissəsində saxlamış olduğu üzərində 654K Cal. 4.5mm T0184966 və “Made in Russia” və Baikat yazıları olan qara rəngli silah formalı aləti, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd plastik linza qutusunu, əynində olan qara rəngli gödəkçənin sol yan cibində saxlamış olduğu üzərində 4 ədəd halqa olan qara rəngli dəmir aləti təqdim etmişdir. X3 tərəfindən təqdim edilmiş 1 ədəd plastik linza qutusu açılmış, linza qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş qurudulmuş yaşıl rəngli narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsi, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddə, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkillli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş silah formalı alətin pnevmatik silah olduğunu, həmin alətlə üzərində halqalar olan aləti xx.xx.2021-ci il tarixdə axşam saatlarında Novxanı qəsəbəsi ərazisində kanalın kənarında tapdığını, polisə təqdim etmək üçün üzərində saxladığını, üzərindən aşkar olunmuş narkotik maddələri xx.xx.2021-ci il tarixdə Razin bazarında tanımadığı şəxsdən ümumilikdə 27 manat pul ödəməklə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qurudulmuş yaşıl rəngli narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman həmin bitki kütləsinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,37 qram olduğu, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 0,43 qram, 0,55 qram ümumi çəkisinin 0,94 qram olduğu, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkillli psixotrop maddə olan “metamfetamin”ə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin şəffaf rəngli sellofan ilə birlikdə hər birinin çəkisinin 0,24 qram olduğu müəyyən olunmuş və aşkar olunmuş həmin maddələr, qara rəngli silah formalı alət və üzərində 4 ədəd halqa olan qara rəngli dəmir aləti Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. İş üzrə məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahid X2 elan edilmiş ifadəsindən görünür ki, o da şahid X6 və X5 ilə oxşar məzmunlu ifadə verərək, onların qeyd etdiyi xüsusatları qeyd etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/1297 nömrəli rəyindən görünür ki, təqdim olunmuş, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan 01 (bir) ədəd bükümdə təmiz çəkisi – 0,255 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: Marixuananın ümumi çəkisi – 0,255 qram, cəmi tədqiqata istifadə olundu – 0,05 qram, qalıq – 0,205 qramdır. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5548 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdə iki bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,386 qram, 0,269 qram ümumi təmiz çəkisi 0,655 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir bükümdə təmiz çəkisi 0,121 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi – 0,655 qram., tədqiqata sərf edildi – 0,1 qram., qalıq – 0,555 qram Metamfetaminin ümumi təmiz çəkisi – 0,121 qram., tədqiqata sərf edildi – 0,05 qram., qalıq – 0,071 qram. Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2021-ci il tarixli 3/2088 nömrəli rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd tapança Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, 4, 5 mm kalibrli, “Baikal MP-654K” modelli, T0184966 nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapançadır, yivli odlu silah, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyikişlik edilməmişdir. - Tədqiqata təqdim edilmiş 01 ədəd predmet “Baikal MP-654K” modelli, mərsmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim məşq təyinatlı pnevmatik tapançanın zavod üsulu ilə hazırlanmış 13 ədəd 4,5 mm kalibirli mərmicik tutumuna malik sandıqçadır. - Tədqiqata təqdim edilmiş 01 ədəd predmet zavod üsulu ilə hazırlanmış “Baikal MP-654K”, VALTHER JP 88, VALTHER PPK/S, MP-654 K, GLETCHER SV MP, UMAREX XBG və s. markalı pnevmatik tapançalarda, habelə digər sıxılmış hava təzyiqi iş prinsipinə malik olan, təlim məşq təyinatlı pnevmatik silahlarda istifadə olunmaq üçün nəzərdə tutulmuş hava balonudur, təyinatı üzrə istifadəyə yararlıdır, döyüş sursatı hesab edilmir. - Tədqiqata təqdim edilmiş 04 ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 4,5mm kalibirli olmaqla, həmin kalibrə malik Baikal MP-654K”, VALTHER JP 88, VALTHER PPK/S, MP-654 K, GLETCHER SV MP, UMAREX XBG və s. markalı pnevmatik tapançalarda, revolverlərdə, tüfəglərdə sıxılmış havanın təsiri ilə atılmaq üçün nəzərdə tutulmuş, kürə formalı mərmiciklərdirlər, təyinatı üzrə istifadəyə yararlıdırlar, döyüş sursatı hesab edilmirlər. - Tədqiqata təqdim edilmiş pnevmatik tapançanın konstruksiyasını və iş prinsipini nəzərə alaraq, bu modelli tapançalarda atəş prosesi baş vermədiyinə görə, həmin tapançanın istifadə olunub-olunmamasını müəyyən etmək üçün kimyəvi tədqiqatın aparılması əhəməiyyətini itirir.Bu səbəbdən də ekspert qarşısında qoyulmuş 01 ədəd üzərində Cal.4,5mm T0184966 və Made in Russia və Baikal yazılar olan qara rəngli silah formalı alətə istifadə olunmuşdurmu? Sualı üzrə tədqiqat işləri aparılmadı. - Tədqiqata təqdim edilmiş 01 ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silahdır. Üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli 540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasının nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs Ərazi Narkoloji Dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Sumqayıt şəhər 5 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər xalq məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü əsasında həmin dövr üzrə qüvvədə olan Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi ilə 1 il 6 ay müddətində azadlıqdan məhrum etmə, xx.xx.1995-ci il tarixli Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduqdan sonra, AR Milli Məclisinin xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən xx.xx.2013-cü ildə azad edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1, 228.4, 234.1, 326.2 və 66.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunduqdan sonra, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunduqdan sonra, Xəzər rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 05 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2020-ci il tarixdə barəsində Sumqayıt ŞPİnin İŞ-də Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə aparılan cinayət işininin icraatına xitam verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 7(003)-1901/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmı cəzasının çəkilməmiş qalan 05 (beş) ay 08 (səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 15 fevral 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixli Xəzər rayon Məhkəməsinin qərarı ilə 05 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə çıxarılmış Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 05 ay 08 gün vaxtından əvvəl azad olunması cəzasını çəkib qurtarmışdır. Cinayət işi materiallarından görünür ki, həmin cinayət işi Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X7 tərəfindən xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilməklə istintaqı davam etdirilmişdir. İş materiallarında olan 18 dekabr 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 dekabr 2021-ci il tarixində saat 21:00-da Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən qaz idarəsinin yaxınlığında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı Elnur Feyzullayev tərəfindən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan qəhvəyi rəngli şalvarın üzərində olan kəmərin sağ altı hissəsind saxlamış olduğu üzərində 654K Cal. 4.5 mm T0184966 və “Made in Russia” və Bakiat yazıları olan qara rəngli silah formalı aləti, əynində olan qəhvəyi rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd lastik linza qutusunu, əynində olan qara rəngli gödəkçənin sol cibində saxlamış olduğu üzərində 4 ədəd halqa olan qara rəngli aləti təqdim etmişdir. Təqdim edilmiş 1 ədəd lastik linza qutusu açılmış, linza qutusunun içərisində 1 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qurudulmuş yaşıl rəngli narkotik vasitə olan “maixuana”-ya bənzər bitki kütləsinin, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”-ə bənzər maddənin, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan “metanfitamin”-ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş silah formalı alətin pnevmatik silah olduğunu, həmin alətlə üzərində halqalar olan aləti xx.xx.2021-ci il tarixdə axşam saatlarında Novxanı qəsəbəsi ərazisində kanalın kən arında tapdığını, polisə təqdim etmək üçün üzərində saxladığınnı, üzərindən aşkar olunmuş bitki kütləsinin “nəşə”, 2 ədəd şəffaf rəngli sellofana bükülmüş spesifik iyə malik qəhvəyi rəngli toz halında maddənin “kakos”, 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddənin “şüşə” olduğunu , həmin maddələri xx.xx.2021-ci il tarixdə Razin bazarında tanımadığı şəxsdən ümumilikdə 27 manat pul ödəməklə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbirinin seçilməsi və barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 5(060)-907/2021 saylı qərarından görünür ki, Sumqayıt şəhər Pİ-nin CAŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 “əməliyyat tədbirlərinin keçirilməsi barədə” xx.xx.2021-ci il tarili qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işi materiallarında olan “cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” 03 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin qərarla ********* saylı cinayət işi üzrə təəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsindən həmin Məcəllənin 234.1 və 228.4-cü maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işinin icraatı Azərbaycan Respublikası CM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 13 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 24 mart 2022-ci il tarixli “sübutların qiymətlənirilməsi barədə” qərardan görünür ki, Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, 4, 5 mm kalibrli, “Baikal MP-654K” modelli, T0184966 nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança, daxilinə hava balonu, 04 ədəd mərmicik yerləşdirilmiş sandıqça və 01 ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 0,655 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,555 qram heroin, 0,205 qram qurudulmuş marixuana, 0,071 qram psixotrop maddə metanfitamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4 və 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə , qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir və o məhkəmə zalından dərhal həbs edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş , ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,555 qram heroin, 0,205 qram qurudulmuş marixuana, 0,071 qram psixotrop maddə metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) müsadirə edilməlidir. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” Məhkəmədə araşdırılan zaman Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “Baikal MP-654K” modelli, T0184966 nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança və daxilinə hava balonu, 04 ədəd mərmicik yerləşdirilmiş sandıqçanın Təqsirləndirilən şəxs tərəfindən tapıldığı müəyyən edildiyindən, yəni həmin pnevmotik tapanca və sadıqcası onun mülkiyyəti olmadığı üçün müsadirə edilməlidir. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “Baikal MP-654K” modelli, T0184966 nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança və daxilinə hava balonu, 04 ədəd mərmicik yerləşdirilmiş sandıqça müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş 01 ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri, ümumilikdə 217,70 (iki yüz on yeddi manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-416/2022) qərarını icra edərək, xx.xx.2022-ci il tarixli 423 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçiməhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90,00 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut- Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış qalıq qalmış narkotik vasitə 0,555 qram heroin, 0,205 qram qurudulmuş marixuana, 0,071 qram psixotrop maddə metanfitamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş 01 ədəd predmet kustar üsulla kastet tipində hazırlanmış, vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Sumqayıt ŞPİ-nin silahların saxlanc anbarına saxlanılması üçün təhvil verilmiş Rusiya Federasiyasında zavod üsulu ilə istehsal edilmiş, 4,5 mm kalibrli, “Baikal MP- 654K” modelli, T0184966 nömrəli, mərmisi sıxılmış havanın təzyiqindən istiqamətlənən, təlim-məşq təyinatlı pnevmatik tapança və daxilinə hava balonu, 04 ədəd mərmicik yerləşdirilmiş sandıqça müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 217,70 (iki yüz on yeddi manat yetmiş qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi tərəfindən göstərilən hüquqi yardıma görə cəmi 90,00 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-416/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-416/2022
08.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver