Məhkəmə qərarları › İş №1(060)-416/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-416/2025

15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-416/2025 15.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, qapı sexində fəhlə işləyən, üzərində məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,476 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 17 mart 2025-ci il tarixdə, saat 15:09-da həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 25 nömrəli yaşayış binasının yaxınlığında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibində saxladığı 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan 0,476 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, qonşusu Şahid1 ilə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində evə gedərkən 4-5 nəfər polis əməkdaşı onları saxlamışlar. Ona və İlqara üzərilərində narkotik vasitə olmasını boynuna götümələri üçün təzyiq etmişlər. O, saxlanılarkən polislə əlbəyaxa olmuşdur. Şahid1 isə ürəyi getmişdir. Polis əməkdaşları narkotik vasitəni boynuna götürməsi üçün ona əl-qol atmış, yumruqla boyun nahiyəsinə vurmuşlar. Daha sonra 13-cü mikrorayonda polislər bükümləri hazırlayıb onlara vermiş və videoçəkiliş edərək bükümləri təqdim etmişlər. Məhkəmədə suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu vurduğuna görə boynunda və gözündə az miqdarda göyərmə olmuş, lakin, bu barədə heç bir orqana müraciət və şikayət etməmişdir. O, narkotik vasitədən istifadə etmir, Maştağada ekspertizada olarkən də narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. O, polislə əlbəyaxa olduğu üçün onun üzərinə narkotik vasitə qoymuşlar. Həmçinin, polislər ona boynuna almasa, külli miqdarda narkotik vasitə ilə yükləyəcəklərini bildirmiş və o da polislərin onun üzərinə küllü miqdarda narkotik qoymaqlarından qorxub əməli boynuna götürmüşdür. Təqsirləndirilən şəxsin dindirilməsi protokolunda qeyd edilən “təqsirli bilirəm” ifadəsinin onun tərəfindən yazıldığını və imzalandığını bildirmişdir. O, qorxduğu üçün narkotik vasitəni boynuna aldığını və protokolu yazıb imzaladığını qeyd etmişdir. Bundan əlavə məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Şahid1 ibtidai istintaqda və Sumqayıt Şəhər Məhkəməsində onun barəsində baxılan cinayət işi üzrə yalan ifadə verdiyini, təqsirləndirilən şəxs qismində dindirilmə protokolunda olan “təqsirli bilirəm” və təqsirləndirilən şəxsi və müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə barədə xx.xx.2025-ci il tarixli protokolda “cinayət işinin materialları ilə, maddi sübutla və 2 ədəd disklərlə tanış oldum. Heç bir etiraz və vəsatətim yoxdur. İşin məhkəməyə göndərilməsinə etirazım yoxdur” əl yazılarının, ona məxsus olduğunu bildirmişdir. Son söz olaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyətlər aşkar edilmişdir. Belə ki həmin ifadədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitə olan marixuanadan və heroindən 5-6 ildir ki, arada yandırıb tüstüsünü udma yolu ilə istifadə edir. Şahid1 onunla bağ qonşusudur, o da narkotik vasitələrdən istifadə edir. 17 mart 2025-ci il tarixdə səhər saatlarında İlqarla görüşüb narkotik maddə alıb istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə marşrut avtobusu ilə Bakı şəhərinə yollanmış, 20 Yanvar metrostansiyası ərazisində avtobusdan düşmüşlər və Şahid1lə həmin ərazidə bir qədər gəzişəndə tanımadıqları şəxs yaxınlaşıb onlara bir çeti 15 manatdan narkotik vasitə təklif etmiş, o da 15 manat verib şəxsi istifadəsi üçün həmin şəxsdən 01 ədəd şəffaf polietilen bükümdə “kokos” kimi tanınan narkotik vasitə heroin almışdır. Onunla bərabər Şahid1 də pul verib şəxsi istifadəsi üçün 01 ədəd büküm narkotik vasitə heroin almışdır. O aldığı bükümü əynindəki qara rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün günortaya yaxın Bakı şəhərindən Şahid1lə birlikdə taksiyə oturub Sumqayıt şəhərinə gəlmişlər və 13-cü mikrorayon ərazisində, təcili-tibbi yardım stansiyasının yaxınlığında taksidən düşmüş, bir qədər gəzişib narkotik vasitəni istifadə etmək üçün yer axtarmışlar. Saat 15:09-da 25 saylı yaşayış binasının arxa tərəfindən piyada keçib gedərkən həmin binanın yaxınlığında onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşmış Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını, Şahid1lə onun narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduqlarını deyərək, onları şübhəli şəxs kimi saxladıqlarını bildirmiş və üzərinə yoxlama keçirəcəklərini demişlər. Polis əməkdaşlarından biri əvvəlcə ona üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın, predmetin və ya narkotik maddənin olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməyi təklif etmişdir. O qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroini çıxararaq polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı bükümü açıb içərisinə baxmış və bükümün içərisində qəhvəyi rəngli narkotik maddəni görüb, bunun nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyini soruşmuş, o da ona bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu deyərək, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadıqları şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra üzərinə baxış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefon aşkar edilmişdir. Həmin mobil telefon onun özünə qaytarılmışdır. Bundan sonra polis əməkdaşı bükümü tərəzinin üzərinə qoyaraq çəkmiş, həmin narkotik maddənin ümumi çəkisi 0,57 qram olmuş, polis əməkdaşı bükümü götürüb ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış və üzərinə şəxsi axtarışda iştirak edən bütün şəxslərin adlarını və soyadlarını qeyd etmiş, o digər iştirakçılarla birlikdə zərfin üzərində imza etmişdir. Daha sonra polis əməkdaşı Şahid1 yaxınlaşaraq, üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın, predmetin və ya narkotik maddənin olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməyi təklif etmişdir. Şahid1 əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd büküm çıxararaq polis əməkdaşına təqdim etmişdir. Həmin polis əməkdaşı bükümü açıb içərisinə baxmış və bükümün içərisində qəhvəyi rəngli narkotik maddəni görüb, nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyini Şahid1 soruşmuş, İlqar da bükümün içərisindəki maddənin narkotik maddə kokos olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı bükümü tərəziyə qoyub çəkmiş, narkotik maddənin ümumi çəkisi 0,65 qram gəlmişdir. Polis əməkdaşı bükümü götürüb ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış və üzərinə şəxsi axtarışda iştirak edən bütün şəxslərin adlarını və soyadlarını qeyd etmiş, o da digər iştirakçılarla birlikdə həmin zərfin üzərində imza etmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmiş və Şahid1lə onu şəhər polis idarəsinə aparmışlar. Polis idarəsində onu xidməti otaqlardan birinə dəvət etmişlər və həmin otaqda təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Sumqayıt şəhər polis idarəsinin əməkdaşı tərəfindən tutulduğunu bildirərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuş, daha sonra videoçəkilişlə vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, şalvarının sol yan cibində olan, üstündə ***-***-**-** nömrəsini istifadə etdiyi 01 ədəd “Redmi” markalı mobil telefonum aşkar edilərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışda iştirak edən polis əməkdaşı onun Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, 25 saylı binanın yaxınlığında saxlanıldığını və üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı cibində saxladığı bir ədəd şəffaf polietilen bükümdə olan 0,57 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək zərfə qablaşdırıldığını bildirmiş və həmin zərfi təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı zərfdəki maddənin nə olduğunu, harada və kimdən əldə etdiyini soruşmuş, o da zərfin içərisindəki bükümdə narkotik vasitə olan heroin olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərindən aşkar olunmuş 01 ədəd “Redmi” markalı mobil telefonu ayrıca zərfə qoyub möhürləmiş və şəxsi axtarışda iştirak edən şəxslərin ad və soyadlarını qeyd etmiş, şəxsi axtarışda iştirak edən bütün şəxslərlə birlikdə o da həmin zərfin üzərində imza etmişdir. O, xx.xx.2025-ci il tarixdə saat 15:09 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 25 nömrəli yaşayış binasının yaxınlığında saxlanılarkən və Polis İdarəsində olan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamışdır. Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya narkotik vasitə satmamış, üzərindən aşkar olunan narkotik vasitə “heroin”-i özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmiş, həmin narkotik vasitədən kiməsə satmaq və ya pay vermək kimi bir niyyəti olmamış, üzərindən aşkar olunmuş narkotik vasitə “heroin”-i xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanında olarkən tanımadığı şəxsdən 15 (on beş) manat pul müqabilində əldə etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək ittiham üzrə özünü təqsirli bilmədiyini, üzərində heç bir narkotik vasitə olmadığını, aşkar olunmuş heroinin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması baradə verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs təqsirli olması şahidlərin ifadələri, ekspertiza rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsi axtarış zamanı qeyə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu tanışı Şahid1 ilə birlikdə xx.xx.2025-ci il tarixdə saat 15:09-da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 25 saylı binanın yaxınlığında piyada hərəkət edərkən müəyyən edilmişdir. Videoçəkiliş aparılmaqla onlara yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqları bildirib, onlara da özlərini təqdim etməsini xahiş etmişlər. Onlar da özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu bildirilib, üzərinə yoxlama və götürmə aparılmamışdan əvvəl hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquq izah olunmuş və üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet və ya əşya vardırsa təqdim edilməsi təklif edilmiş, o da əynində olan gödəkçənin cibindən şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. Həmin bükümə baxış zamanı içərisində narkotik vasitə olan heroin olduğu müəyyən edilmiş və elektron tərəzidə çəkilmişdir. Aşkar olunaraq götürülmüş həmin 01 ədəd büküm xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf Təqsirləndirilən şəxs və onlar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və əynində olan şalvarın cibindən 01 ədəd göy rəngli “Redmi” markalı mobil telefon aşkar olunmuş və təhqiqata təqdim etmək üçün özünə qaytarılmışdır. Daha sonra Şahid1 üzəri yoxlanılmış və onun üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Bundan sonra videoçəkliş dayandırılmışdır. Sənədləşmə işlərinin aparılması üçün Təqsirləndirilən şəxs və Şahid1 tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-yə aparılmış, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafəsini təmin edəcək müdafiəçi təqdim olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı üzərindəki 01 büküm narkotik vasitə olan heroini polis əməkdaşlarına təhvil verildiyini, həmin narkotik vasitəni tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra o, möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılan zamanı təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin olduğu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon aparatın iş üçün əhəmiyyət kəsb etdiyindən götürülüb zərfə qablaşdırılaraq DİN-in möhürü ilə möhürlənmiş, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, o könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmənin sualına cavab olaraq təqsirləndirlən şəxsə o və digər polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilmədiyini, özünü müdafiə etmək üçün həmin ifadəni verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş şahidlər Sumqayıt ŞPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, kiçik inspektorlar, polis serjantları Şahid4 və Şahid5 da Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla bağ qonşusudur, o da narkotik vasitələrdən istifadə edir. 17 mart 2025-ci il tarixdə səhər saatlarında İlqarla görüşüb narkotik maddə alıb istifadə etmək qərarına gəlmişlər. Narkotik maddəni haradan alacaqlarını bilməmiş, buna görə Təqsirləndirilən şəxsla birlikdə avtobusda Bakı şəhərinə yollanmışlar. 20 Yanvar metrostansiyası ərazisində avtobusdan düşmüş və həmin ərazidə bir qədər gəzişəndə tanımadıqları şəxs yaxınlaşıb onlara bir çeti 15 manatdan narkotik vasitə təklif etmiş, o da 15 manat verib şəxsi istifadəsi üçün həmin şəxsdən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə “kokos” kimi tanınan narkotik vasitə heroin almışdır. Onunla bərabər Təqsirləndirilən şəxs da pul verib şəxsi istifadəsi üçün 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. O aldığı bükümü əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibində gizlətmişdir. Bakı şəhərindən günortaya yaxın saatlarda taksiyə oturub Təqsirləndirilən şəxsla birlikdə Sumqayıt şəhərinə gəlmiş və taksidən şəhərin 13-cü mikrorayon ərazisində, təcili-tibbi yardım stansiyasının yaxınlığında düşmüşlər. Bir qədər gəzişib narkotik vasitəni istifadə etmək üçün yer axtarmağa başlamışlar. Saat 15:09-da 25 saylı binanın arxa tərəfindən keçib gedərkən onlara mülki geyimdə olan bir neçə şəxs yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmiş və Təqsirləndirilən şəxsla onun narkotik vasitələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduqlarını deyərək, onları şübhəli şəxs kimi saxladıqlarını və üzərlərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf polietilen bükümdəki narkotik vasitə kokosu çıxararaq polis əməkdaşına təqdim etmişdir. Həmin polis əməkdaşı bükümü açıb içərisinə baxmış və bükümün içərisində qəhvəyi rəngli narkotik maddəni görüb, bunun nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyini soruşanda, Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin narkotik maddə kokos olduğunu deyərək, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadıqları şəxsdən 15 manata aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı bükümü elektron tərəzinin üzərinə qoyaraq çəkmiş, həmin narkotik maddənin ümumi çəkisinin 0,57 qram olduğu müəyyən edilmişdir. Polis əməkdaşı bükümü götürüb ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış və üzərinə şəxsi axtarışda iştirak edən bütün şəxslərin adlarını və soyadlarını qeyd etmiş, bundan sonra o da digər iştirakçılarla birlikdə zərfin üzərində imza etmişdir. Daha sonra polis əməkdaşı ona yaxınlaşaraq, üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın, predmetin və ya narkotik maddənin olub- olmadığını soruşmuş və əgər varsa, təqdim etməyi təklif etmişdir. O da Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığı və əynindəki qara rəngli cins şalvarının sağ yan kiçik cibində gizlətdiyi 01 ədəd bükümdəki heroini çıxararaq polis əməkdaşına təqdim etmişdir. Həmin polis əməkdaşı bükümü açıb içərisinə baxmış və bükümün içərisində qəhvəyi rəngli narkotik maddəni görüb, bunun nə olduğunu və haradan, hansı məqsədlə əldə etdiyini soruşmuşdur. O bükümün içərisindəki maddənin narkotik maddə kokos olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşı bükümü elektron tərəziyə qoyaraq çəkmiş, narkotik maddənin ümumi çəkisi 0,65 qram gəlmişdir. Polis əməkdaşı bükümü götürüb ekspertizaya göndərilməsi üçün zərfə qoyaraq qablaşdırmış və üzərinə şəxsi axtarışda iştirak edən bütün şəxslərin adlarını və soyadlarını qeyd etmiş, o digər iştirakçılarla birlikdə zərfin üzərində imza etmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmiş və Təqsirləndirilən şəxsla onu şəhər polis idarəsinə gətirmişlər. Polis idarəsində onu xidməti otaqlardan birinə dəvət etmişlər və həmin otaqda təhqiqatçı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Sumqayıt şəhər polis idarəsinin əməkdaşı tərəfindən tutulduğunu bildirərək, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Daha sonra videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, şalvarının sol yan cibində olan, üstündə ***-***-**-** nömrəsini istifadə etdiyi 01 ədəd “Samsunq” markalı mobil telefonu aşkar edilərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışda iştirak edən polis əməkdaşı onun Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, 25 saylı binanın arxa tərəfində saxlanıldığını və üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı cibində saxladığı bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan 0,65 qram çəkidə narkotik vasitə heroinin aşkar edilərək zərfə qablaşdırıldığını bildirmiş və həmin zərfi təhqiqatçıya təqdim etmişdir. Təhqiqatçı zərfdəki maddənin nə olduğunu, harada və kimdən əldə etdiyini soruşmuş, o da zərfin içərisindəki bükümdə kokos kimi adlanan narkotik maddə olduğunu, həmin narkotik maddəni şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı üzərindən aşkar olunmuş 01 ədəd “Samsunq” markalı mobil telefonu da ayrıca zərfə qoyaraq möhürləmiş və üzərində şəxsi axtarışda iştirak edən şəxslərin ad və soyadlaım qeyd etdikdən sonra onlar hamısı həmin zərfin üzərində imza etmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş və o, eləcə də müdafiəçisi digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Şahid1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 1(060)-374/2025 nömrəli iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli hökmdə olan ifadəsi elan edilməklə tədqiq edilmiş və onun şahid qismində verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1) “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin tədbir zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 15:09-dan saat 15:18-dək əməliyyat-axtarış tədbiri və üstünü yoxlama keçirilmiş, əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:09-da Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 25-in arxasında hərəkətdə olan zaman Şahid1lə birlikdə saxlanılmış, onlara əməliyyat tədbirinin video qeydə alındığı bildirilmiş, hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuş, üstünü yoxlama və götürmə aparılmazdan əvvəl ilk olaraq Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş predmet və əşya vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş kütləni təqdim etmiş, həmin kütlənin “kokos” yəni heroin olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi məqsədilə əldə etdiyini bildirmiş, həmin kütləyə baxış keçirilən zaman qəhvəyi rəngli narkotik vasitə heroinəbənzər kütlə olduğu, elektron tərəzidə çəkilərək 0,57 qram olması müəyyən edilmiş və üzərində başqa qanunsuz əşya və predmet olmadığını bildirmişdir. Aşkar olunan büküm zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri saxlanılan şəxs və polis əməkdaşları tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış, əynində olan qara rəngli parça şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli “Redmi” markalı mobil telefon aşkar edilmiş, özünə qaytarılmışdır. Bundan sonra Şahid1 əynində olan qara rəngli cins şalvarın sağ balaca cibindən gümüşü kağıza bükülmüş kütləni tədqim etmiş, kütlənin nə olduğu soruşulduqda Şahid1 el arasında “kokos” yəni heroin olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən öz istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Həmin kütləyə baxış keçirilmiş və qəhvəyi rəngli narkotik vasitə heroinəbənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin kütlə tərəzidə çəkilmiş və 0,65 qram olduğu müəyyən edilmişdir. Daha sonra Şahid1 əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qızılı rəngli “Samsung” markalı mobil telefon aşakar edilmişdir. Əməliyyat tədbirinin protokollaşdırılması məqsədilə Sumqayıt ŞPİ-yə gediləcəyi elan edilmişdir. (i.v.9-10) “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 15:09 dəqiqədə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 25 saylı yaşayış binası yaxınılığında Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.22) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərində sübuti əhəmiyyəti kəsb edə biləcək saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet, eləcə də narkotik vasitə və ya narkotik vasitə aşkar edilərsə qablaşdırılaraq götürülməsi qərara alınmışdır. (i.v. 28) “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” xx.xx.2025-ci il tarixli protokol və həmin axtarış zamanı qeydə alınmış video görüntülər məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə həmin tarixdə saat 17:05-dən saat 17:13-dək şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olmadığını bildirmiş, bundan sonra onun üzərinə şəxsi axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd mobil telefon aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq, Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanıldığını, saxlanılan zaman üzərində yoxlama aparıldığını, yoxlama zamanı üzərindəki 1 büküm narkotik vasitəni polis əməkdaşlarına təhvil verdiyini, həmin narkotik vasitəni tanımadığı şəxsdən 15 manata aldığını bildirmiş, daha sonra Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili bir ədəd üzərində müvafiq qeydlər aparılmış ağ rəngli DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş zərfi təqdim edərək, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılan zaman təqdim etdiyi bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə sayılan heroinəbənzər maddənin olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirildiyi, baxış zamanı onun üzərindən aşkar edilən və hazırda təqdim etdiyi zərfin içərisindəki maddənin elektron tərəzidə çəkildiyini və həmin maddənin şəffaf sellofanla birlikdə çəkisinin 0,57 qram olduğunun müəyyən edildiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş bir ədəd “Redmi” markalı mobil telefon cihazı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş və zərfə qablaşdırılaraq DİNin möhrü ilə möhürlənmişdir. (i.v.30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 20/102 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,476 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata qəbul edildi 0,476 qram; nümunə götürüldü 0,05 qram maddə, qalıq 0,426 qram maddə geri qaytarıldı. Ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. (i.v.41-43) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək saat 10:00-da həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v.53-54) Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır.(i.v.65-68) Təqsirləndirilən şəxsin X5 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X5 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar Təqsirləndirilən şəxs saat 11:30-da təqdim edilmişdir. (i.v.69-70) Maddi sübut kimi tanıma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,476 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış 0,426 qram heroin saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v.74) Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. (i.v.93) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.3, 67.1, 68.2-ci maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzadan 01 (bir) ay 08 (səkkiz) gün vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.5-ci bəndinə əsasən təyin olunmuş cəzanın çəkilməyən hissəsindən azad edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. (i.v.107- 109) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsin ambulator-məcburi X7nın xx.xx.2025-ci il tarixli 1802 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.114-115) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən, üzərindən aşkar olunmuş heroinin təmiz çəkisi ekspert rəyinə əsasən 0,476 qram əsas götürülmüş və həmin heroinin maddi sübut kimi tanınması və maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,426 qram heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarış, təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsini əks etdirən 02 (iki) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən, saxlanılması üçün onun özünə qaytarılması, cinayət işi üzrə əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi, eləcə də disklərə baxış keçirilməsi haqqında protokollar, təqsirləndirilən şəxsin, şahidlərin dindirmə protokolları, ekspert rəyləri və digər sənədlər sübut əhəmiyyəti olduğundan sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır.(i.v.117-125) xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd “Redmi” markalı mobil telefonu təhvil almışdır. (i.v.128) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(060)-374/2025 nömrəli hökmü ilə Şahid1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bəzi ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ondan aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını və üzərinə qoyulduğunu, həmçinin polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Həmin şəxsi axtarış və götürmə protokolu və axtarış zamanı qeydə alınmış video çəkilişdən görünür ki, təqsirləndirilən şəxs, məhkəməyədək istintaq dövründə aşkar edilmiş narkotik vasitəni qanunsuz olaraq əldə edərək daşımasını və saxlamasını səmimi olaraq bildirərək narkotik vasitəni əldə etməkdə məqsədinin yalnız şəxsi istehlak olduğunu bildirmiş, törətdiyi və ona istinad edilən əməli könüllü olaraq tam etiraf etmiş, protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində məhkəməyədək icraat dövründə polis əməkdaşlarının ona qarşı fiziki və psixi təzyiq etdiyini (onu boyun və göz nahiyəsindən vurmalarını, narkotik vasitəni boynuna götürməyəcəyi halda onu küllü miqdarda narkotik vasitə ilə yükləyəcəklərini) bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (üzərində narkotik vasitə olmaması, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulması) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, səmimi ifadə kimi qəbul edir və həmin ifadədə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni (həmin hissədə) həqiqəti əks etdirən ifadə kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadələrini (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən narkotik vasitənin növünü və miqdarını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Saray bağları massivi, ev 4158H ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1802 nömrəli rəyində Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 1802 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,426 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilin təqdim etdiyi hesabata əsasən onun məhkəmə iclaslarında iştirakı və işlə tanış olduğu vaxta görə ona xidmət haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, həmin qərara xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərə əsasən 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Saray bağları massivi, ev 4158H ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,426 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 63 (altmiş üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 24 saata görə cəmi 264 (iki yüz altmış dörd) manat (24 saat göstərilmiş hüquqi yardım 11 manatdan hesablanmaqla) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar