Məhkəmə qərarları › İş №1(060)-417/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-417/2021

01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-417/2021 01.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, işləyməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Bakı şəhərində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,286 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə axşam saat 08:40-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” super marketinin yaxınlığında Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşlarını görüb qaçmaq istəyərkən Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının arxa iç balağından 06 ədəd qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,047 qram, 0,064 qram, 0,037 qram, 0,032 qram, 0,037 qram, 0,069 qram ümumi çəkisi 0,286 qram maddə kütələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllərdə bir neçə dəfə məhkum olunmuşdur. Buna baxmayaraq o, bədənində ağrılar olduğu üçün narkotik vasitədən istifadə edirmiş. Belə ki, 10 mart 2021-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” supermarketinin yaxınlığında qara rəngli torba tapmışdır. O, torbanı götürüb getmək istəyərkən Sumqayıt ŞPİ-nin Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu Sumqayıt ŞPİ-nin 3-cü Polis bölməsinə dəvət etmişlər. Bölməyə gələrkən o, yolda polis əməkdaşlarına narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Bu səbəbdən bölmədə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin axtarış keçirilməzdən əvvəl polis əməkdaşları ondan üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə, o, əynində olan gödəkçəsinin cibindən 2 qutu siqaret, 2 ədəd açar və 3 ədəd alışqanı, şalvarının cibindən 4 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa yerdən tapdığı torbanın içərisindən isə 1 ədəd maqnitafon, 1 ədəd avtomobil üçün qoltuqaltı, 2 ədəd musiqi diski aşkar edilərək götürülmüşdür. Daha sonra üzərində narkotik vasitə olub-olmadığı soruşulanda o, bir qədər tərəddüd etsə də, sonra əynindəki qara rəngli şalvarını aşağı endirib şalvarın iç balağındakı 6 ədəd qara rəngli siqaret kağızı bükümlərində narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları ondan soruşarkən o, bildirmişdir ki, həmin kütlələr narkotik vasitə heroindir. Bundan sonra üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və narkotik vasitələr qablaşdırılaraq üstü yazılıb möhürlənmişdir. Hazırda o, etdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Belə ki, Sumqayıt ŞPİ-nin PPXT-nun 2-ci bölüyünün polis serjantları Eldar İsmayılov və Xəyal Həsənov tərəfindən oğurluqda şübhəli bilindiyi üçün saxlanmış Təqsirləndirilən şəxs bölməyə gətirilərkən yolda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra 3-cü PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 və bölmənin məsul növbətçisi, polis mayoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və xidməti otaqların birində vəkilinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş və həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sağ cibindəki 2 qutu siqaret, 2 ədəd açar və 3 ədəd alışqanı, şalvarının sağ yan cibindən 4 manat pulu onlara təqdim etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs yerdən tapdığı torbanın içərisindən 1 ədəd maqnitafon, 1 ədəd avtomobil üçün qoltuqaltı, 2 ədəd musiqi diski aşkar edilərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamağı soruşulanda o, bir qədər tərəddüd etsə də, sonra əynindəki qara rəngli şalvarını aşağı endirib şalvarın iç balağındakı 06 ədəd qara rəngli siqaret kağızı bükümlərində kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs soruşularkən o, təqdim etdiyi bükülülərdə olan maddənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin heroini saxlanılmamışdan bir neçə gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Onun üzərindən narkotik vasitə aşkarlanması ilə bağlı sənədləşmə işləri görülmüş və üzərindən aşkar olunmuş kütlələr onun iştirakı ilə tərəzidə çəkilmiş, ayrıayrılıqda kağız bükümlərlə birlikdə 0,08 qram, 0,05 qram, 0,10 qram, 0,08 qram, 0,07 qram, 0,09 qram, ümumilikdə isə 0,49 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitələr qablaşdırılaraq üstü yazılıb imza edildikdən sonra möhürlənmiş və orada protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2021-ci il tarixli 6/980 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün N-127” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən ...” və.s yazılar, imzalar olan zərfdəki 06 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,047 qram, 0,064 qram, 0,037 qram, 0,032 qram, 0,037 qram, 0,069 qram, ümumi təmiz çəkiləri 0,286 qram maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 06 ədəd bükümdəki heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 06 may 2021-ci il tarixli 1391 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən su-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 21.03.2021-ci il tarixli tələbnamə – arayışdan görünür ki, xx.xx.1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən ödənilməmiş cəzası və ya məhkumluğu olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs Bakı şəhərində tanımadığı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,286 qram çəkidə narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 10 mart 2021-ci il tarixdə axşam saat 08:40-da Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən “Araz” super marketinin yaxınlığında Sumqayıt ŞPİnin PPXT-nun əməkdaşlarını görüb qaçmaq istəyərkən Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının arxa iç balağından 06 ədəd qara rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,047 qram, 0,064 qram, 0,037 qram, 0,032 qram, 0,037 qram, 0,069 qram ümumi çəkisi 0,286 qram maddə kütələri kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini etiraf etməsini və törətdiyi əməldən peşman olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 mart 2021-ci ildən hesablanmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,226 qram təşkil edən narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 109 (yüz doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müaliə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli onun tutulduğu 11 may 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,226 qram təşkil edən narkotik vasitə heroin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 109 (yüz doqquz) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq («xxxx» ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar