Məhkəmə qərarları › İş №1(060)-417/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-417/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-417/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, Sumqayıt şəhər 12 saylı Mənzil Kommunal sahəsinin rəisi vəzifəsində işləmiş, hazırda işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi rəsmi sənədə bilə-bilə yalan məlumatları sair şəxsi niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədrinin xx.xx.2016-cı il tarixli 45K nömrəli əmrinə əsasən həmin birliyin 12 saylı Mənzil-Kommunal Sahəsinin rəisi vəzifəsində təyin edilməklə həmin tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə qeyd edilən vəzifədə işləyərkən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 15 noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş, 29 noyabr 2005-ci il tarixdə 3204 nömrə ilə qeydiyyata alınmış “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X10”na, habelə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sədrinin 20 dekabr 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Mənzil-Kommunal Sahəsinin rəisi vəzifə təlimatına əsasən, özünün səlahiyyətləri daxilində Mənzil İstismar Sahəsinin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi məqsədi ilə icrası bütün işçiləri üçün məcburi olan göstərişlər vermək və yerinə yetirilməsini təmin edən tədbirlər görmək, xidmət etdiyi ərazidə, yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, gündəlik işi yüksək səviyyədə təşkil etmək, xidmət etdiyi ərazidə olan boş mənzilləri, sahibi müvəqqəti yaşamayan mənzillərin qeydiyyatını aparmaq, özbaşına tutulmuş mənzillərin boşaldılması üçün tədbirlər görmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və həmin qərarları yazılı surətdə əmrlə rəsmiləşdirmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də həmin şəxsin əlillik faktının təsdiq edilməsi üçün məhkəməyə iddia ərizəsi verilməsinə köməklik göstərilməsi məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Zəngilan rayonunun 2-ci Alıbəyli kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında müvəqqəti məskunlaşmış Şahid2 uşaqlıqdan ikinci qrup əlil olması faktının təsdiq edilməsi barədə sonuncunun adından veriləcək iddia ərizəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 37-ci maddəsinin tələblərinə əsasən Sumqayıt Şəhər Məhkəməsində baxılmasını təmin etmək üçün Şahid2 ünvan 11-da yaşaması haqqında arayış verilməsi ilə bağlı həmin ünvanda yaşayan Quluyev Rahil İsmixan oğlunun 05 may 2017-ci il tarixdə müraciəti əsasında Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması üçün qeyd edilən məzmunda arayışın tərtib edilməsini cinayətdən xəbərsiz olan 12 saylı MİS-nin mühasibi olan X4 qanunsuz olaraq tapşıraraq, sonuncu tərəfindən 05 may 2017-ci il tarixdə Sumqayıt şəhəri 12 saylı MİS-in yerləşdiyi ünvan 3 ünvanında yerləşən inzibati binasında Sumqayıt Şəhər Məhkəməsinə təqdim olunması üçün Zəngilan rayonundan məcburi köçkün olan Şahid2 Razmzadə oğlunun guya Sumqayıt şəhəri, 40-cı məhələ, ev 2, mənzil 9-da yaşaması 05 may 2017-ci il tarixli 1392 nömrəli müvafiq arayışın tərtib edilib imzalanmasına nail olaraq, həmin arayışı öz imzası və ona təhkim edilmiş üzərində “Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil –Kommunal Sahəsi” yazısı olan dairəvi möhürlə təsdiqləyib həmin tarixdə 12 saylı Mənzil-Kommunal Sahəsinin inzibati binasında qeyd olunan mənzilin faktiki istifadəçisi X17 təqdim etməklə Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmiş, vəzifəli şəxs kimi şəxsi niyyətilə rəsmi sənədə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, 17 may 2016cı il tarixdən 28 aprel 2020-ci il tarixədək Sumqayıt şəhər 12 saylı Mənzil-Kommunal Sahəsinin (bundan sonra MKS) rəisi vəzifəsində işləmiş, rəis kimi vəzifəsi xidməti ərazisində yaşayış binalarının qorunub saxlanmasına, onlardan təyinatı üzrə istifadə edilməsinə nəzarət etmək, sahənin idarəçiliyində ümumi rəhbərliyi həyata keçirmək, gündəlik işi yüksək səviyyədə təşkil etmək, Sumqayıt şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin təsdiq etdiyi planlara əsasən iş planını tərtib etmək, icrası barədə İdarəyə məlumat vermək, əsaslı və cari təmirə ehtiyacı olan obyektləri müəyyənləşdirib onların təmir edilməsi üçün tədbirlər görmək, tabeliyində olan fəhlə və qulluqçuların səlahiyyətlərini müəyyən etməklə, onların vəzifələrini yerinə yetirmələrinə şərait yaratmaq, boş mənzilləri, sahibi müvəqqəti yaşamayan mənzillərin qeydiyyatını aparıb özbaşına tutulmuş mənzillərin boşaldılması üçün tədbirlər görmək, vətəndaşlara lazım olan hüquqi sənədlərin hazırlanıb verilməsinə sərəncam vermək və sairdən ibarət olmuş, işə təyin olunan zaman vəzifələri barədə ona məlumat verilmiş və müvafiq vəzifə təlimatı tərəfindən imzalanmışdır. 05 may 2017-ci il tarixdə Zəngilan rayon sakini olmaqla Sumqayıt şəhər 40-cı məhəllə, ev 2, mənzil 9-da məskunlaşmış mərhum Quliyev Rahil İsmixan oğlu Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 20/29 a, məzil 1-də yerləşən 12 saylı Mənzil kommunal sahəsinə Şahid2 şəxsiyyəti vəsiqəsinin əslini təqdim etməklə müraciət edib sonuncunun guya onun məskunlaşdığı evdə yaşadığını bildirərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi üçün müvafiq arayışın verilməsini tələb etmiş, bu barədə MKS-nın mühasibi Şahid1 ona məlumat verdikdən sonra onun tapşırığı əsasında araşdırma aparıb MKS-da olan kitablarda Şahid2 barəsində məlumat müəyyən etmədiyi üçün tələb olunan arayış təqdim edilməmişdir. Həmin vaxt R.Quliyev barələrində şikayət edəcəyini bildirib onları hədələsə də ona arayış verilməmişdir. Bununla belə R.Quliyev biriki saat sonra yenidən MKS-ya qayıdaraq ona arayış verilmədiyi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini mərhum Sahib Quliyevə şikayət etdiyini, bildirmişdir. Həmçinin həmin vaxt Sahib Quliyev hazırda xatırlamadığı nömrədən R.Quliyevin telefonuna zəng edib onunla danışıb məcburi köçkün və gözdən əlil olan Rahil Quliyevi incitməmələrini tapşıraraq ona istədiyi arayışı verilməsini tələb etmişdir. Bundan sonra o, Rahil Quliyevin məcburi köçkün kimi ünvan 4-un faktiki istifadəçisi olduğu üçün Şahid2 guya həmin mənzildə məskunlaşması barədə məlumat verib müvafiq arayış istəməsində və həmin məzmunda arayışın verilməsində qanuna zidd hər hansı əməlin olmadığını düşünüb Şahid1 müvafiq tapşırıq vermiş və sonuncu Zəngilan rayonundan məcburi köçkün olan Şahid2 guya ünvan 4-da məskunlaşması barədə arayış tərtib edib künc ştampı vurub, imzalayıb, “Arayışların qeydiyyat kitabı”nda müvafiq qeydiyyat aparıb möhürləmək üçün ona təqdim etmiş, o, isə öz növbəsində MKS-nin rəisi olaraq həmin arayışı ona həvalə olunmuş dairəvi möhürlə və imzası ilə təsdiqləyib R.Quliyevə vermişdir. Həmin arayışa görə nə R.Quliyev, nə də hər hansı başqa şəxs nə ona nə də Şahid1 pul və ya sair nemət verməmiş və onlar da heç kimdən heç nə istəməmişlər. O, həmçinin ifadəsində bildirmişdir ki, Quliyev Rahil İsmixan oğlu 02 yanvar 2020-ci ildə intihar etdikdən sonra həmin mənzilin ailə başçısı mərhumun arvadı Şahid3 olmuş və hazırda sonuncu uşaqları ilə birlikdə həmin mənzildə məcburi köçkün kimi məskunlaşıb yaşayırlar. Özünü AR CM-nin 313-cü maddəsi ilə təqsirli bilir, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsini, qalan hissədə özünü təqsirli bilmədiyini qeyd edərək barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Azərbaycan Respublikası Sumqayıt Şəhəri İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Hüseyn Həsənov tərəfindən imzalanmış ərizə ilə məhkəməyə müraciət edərək 12 saylı Mənzil Kommunal Sahəsinin keçmiş rəisi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə əlaqədar heç bir tələb və şikayətləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 01 aprel 2008-ci il tarixdən 04 iyun 2021-ci il tarixədək Sumqayıt şəhər 12 saylı Mənzil Kommunal Sahəsində mühasib vəzifəsində işləmiş, həmin vaxt imzalamış olduğu vəzifə təlimatına əsasən vəzifəsi Mənzil Kommunal Sahəsində aparılan kitabların düzgün tərtib edilməsinə nəzarət etmək, mədaxil və məxaricdə olan pul vəsaitlərini qəbul edib qeydiyyatdan keçirmək, maliyyə əməliyyatlarının qanuniliyinə nəzarət etmək, ərazisində yaşayan yaşayışçıların bəzilərinə qanunla verilmiş imtiyazlar üzrə təsdiqedici sənədləri yoxlamaq, MKS-də işləyən fəhlə və qulluqçuların əmək haqların hesablanması, onların vaxtında verilməsini təmin etmək, fəhlə və qulluqçulardan qanunla nəzərdə tutulan vəsaitin alınıb dövlət büdcəsinə keçirilməsinə nəzarət etmək, pasport qeydiyyatçıları ştatlarının ləğv olunması ilə əlaqədar yaşayışçılara lazımı arayışların verilməsini təşkil etmək, sahə rəisi tərəfindən verilmiş tapşırıqlara əməl etmək və sairdən ibarət olmuşdur. İşlədiyi MKS-nə 17 may 2016-cı il tarixdən 28 aprel 2020-ci il tarixədək Təqsirləndirilən şəxs rəhbərlik etmişdir. 05 may 2017-ci il tarixdə Zəngilan rayon sakini olmaqla Sumqayıt şəhər 40-cı məhəllə, ev 2, mənzil 9-da məskunlaşmış mərhum Quliyev Rahil İsmixan oğlu Sumqayıt şəhəri 4-cü mikrorayon, ev 20/29 a, məzil 1-də yerləşən 12 saylı Mənzil kommunal sahəsinə Şahid2 şəxsiyyəti vəsiqəsinin əslini təqdim etməklə müraciət edib sonuncunun guya onun məskunlaşdığı evdə yaşadığını bildirərək Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilməsi üçün müvafiq arayışın verilməsini tələb etmiş, bu barədə o, MKS-nın rəisi Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncunun tapşırığı əsasında araşdırma aparıb MKS-da olan kitablarda Şahid2 barəsində məlumat müəyyən etmədiyi üçün tələb olunan arayış təqdim edilməmişdir. Həmin vaxt R.Quliyev barələrində şikayət edəcəyini bildirib MKS-ni tərk etsə də bir-iki saat sonra yenidən MKS-ya qayıdaraq ona arayış verilmədiyi üçün Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini mərhum Sahib Quliyevə şikayət etdiyini bildirmişdir. Bundan sonra MKS rəisi Təqsirləndirilən şəxs ona müraciət edərək Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini mərhum Sahib Quliyevin zəng edərək məcburi köçkün və gözdən əlil olan Rahil Quliyevi incitməmələrini tapşırıb istədiyi arayışı vermələrini tələb etdiyini bildirib, R.Quliyevin məcburi köçkün kimi ünvan 4-un faktiki istifadəçisi olduğu üçün Şahid2 guya onun yaşadığı mənzildə məskunlaşması barədə məlumat verib müvafiq arayış istəməsində qanuna zidd heç nə olmadığını müvafiq arayışın hazırlanıb verilməsini tapşırmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs tapşırığı əsasında Zəngilan rayonundan məcburi köçkün olan Şahid2 guya ünvan 4-da məskunlaşması barədə arayış tərtib edib künc ştampı vurub imzalayaraq C,İsmayılova vermiş, sonuncu isə arayışı imzalayıb ona təhkim edilmiş Mənzil Kommunal Sahəsinin dairəvi möhürü ilə həmin arayışı möhürləyib R.Quliyevə təqdim etmişdir. Həmin arayışa görə nə R.Quliyev, nə də hər hansı başqa şəxs nə ona nə də Təqsirləndirilən şəxs pul və ya sair nemət verməmiş və onlar da heç kimdən heç nə istəməmişlər. Şahid1 ifadəsində həmçinin Təqsirləndirilən şəxs Sahib Quliyevlə danışmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, 1987-ci ildə Zəngilan rayonunun Alıbəyli kəndində anadan olmuş, Zəngilan rayonu işğal olunduqdan sonra 1992-ci ildən hal-hazıradək Bakı şəhəri, Sabunçu rayonu, Ziya Bünyadov küçəsi ev 13-də yerləşən Azərittifaqın anbar binasında məskunlaşıb yaşayır. Sumqayıt ərazisində heç vaxt daimi yaşamamış və qeydiyyatda olmamışdır. Sumqayıt şəhər 12 saylı Mənzil- Kommunal sahəsi tərəfindən onun barəsində verilmiş 05 may 2017-ci il tarixli 1392 nömrəli arayış barəsində məlumatı olmamışdır. X115 İsmixan oğlunun məcburi köçkün kimi məskunlaşdığı ünvan 4-da heç vaxt olmamışdır. Bundan başqa Şahid2 ifadəsində bildirmişdir ki, 2-ci qrup əlil olması ilə əlaqədar 2017-ci ildə ona təyin edilmiş pensiya 2018ci ildə dayandırıldığından, qanuni əsaslarla ona köməklik göstərilməsi üçün Quliyev Rahil İsmixan oğluna müraciət etmiş, sonuncu isə 700 manat pulun müqabilində müvafiq sənədləri toplayacağını, adından iddia ərizəsi yazdıracağını, onu vəkillə təmin edəcəyini və əlilliyinin təyin edilməsi barədə Sumqayıt şəhər Məhkəməsinin hakimi olan dostu İlyas Mahmudovla danışıb müvafiq qərar qəbul etdirəcəyini bildirmişdir. Lakin o, sonradan öyrənmışdır ki, İlyas Mahmudov Sumqayıt şəhər Məhkəməsinin hakimi olduğundan R.Quliyev onun guya ünvan 4 ünvanında məskunlaşması barədə arayış alıb adından iddia ərizəsi yazdırıb həmin arayışla Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, İlyas Mahmudov isə həmin iddia ərizəsi əsasında onun uşaqlıqdan əlil olması barədə qərar qəbul etmişdir. Lakin həmin qərardan Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi onun Zəngilan rayonunda qeydiyyatda olduğunu, faktiki isə Bakı şəhəri Sabunçu rayonunda yaşadığını müəyyən edib Sumqayıt Şəhər Məhkəməsinin qərarını ləğv edib adından tərtib edilmiş iddia ərizəsinə aidiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərmiş, lakin iş həmin məhkəmədə olan zaman R.Quliyevin xahişi ilə iddiadan imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 1997-ci ildə mərhum Quliyev Rahil İsmixan oğlu ilə ailə həyatı qurmuş, birgə nigahlarından 2010-cu təvəllüdlü Rza, 2012-ci il təvəllüdlü Rəsul və 2013-cü il təvəllüdlü Rəna adlı üç övladları olmuşdur. Xırda ticarətlə məşğul olan əri Rahilin mədəsində onkoloji xəstəlik aşkar olunmuş və o, həmin xəstəliyin ağrılarına dözməyib 2020-ci ilin yanvar ayının 2-də intihar etmişdir. Rahil Quliyev ilə ailə qurduğu vaxtdan ünvan 4-da məcburi köçkün kimi məskunlaşıb yaşayır. Şahid2 tanımır, həmin şəxs heç vaxt ünvan 4-da qeydiyyatda olmamış və yaşamamışdır. Şahid2 ünvan 4-da məskunlaşması barədə tərtib edilmiş 05 may 2017-ci il tarixli 1392 nömrəli arayışı əvvəl görməmiş, həmin arayış barədə mərhum əri R.Quliyev ona məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, 2017-ci ildə MKSda aparılan “Arayışların qeydiyyat kitabı”nın saxlama müddəti bitdiyindən məhv edilmişdir. MKS-da aparılan “Hesabat kitabı”na əsasən MKS-nin xidməti ərazisində yerləşən Sumqayıt şəhər 40-cı məhəllə, ev 2, mənzil 9-da Şahid2 qeydiyyatda olmamış, yaşamamış və məskunlaşmamışdır. Hazırda həmin mənzildə mərhum Quliyev Rahil İsmixan oğlunun arvadı Şahid3 və uşaqları məcburi köçkün kimi məskunlaşıb yaşayırlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması” haqqında 02 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin materiallarından AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə etməsi və digər xüsusatlar üzrə AR CM-nin 308.1-ci maddəsi ilə ********* №-li cinayət işi ayrıca icraata ayrılmışdır. (İ cild, i.v. 1-2) “cinayət işi üzrə icraatında dayandırılması haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılmışdır. (İİ cild, i.v. 46- 47) “cinayət işi üzrə icraatın təzələnməsi” haqqında 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* №-li cinayət işi üzrə təqsirləndirilən şəxsin iştirakı olmadan bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından iş üzrə icraat təzələnmişdir. (İİ cild, i.v. 53-54) 21 fevral 2023-cü il tarixdə cinayət işi üzrə əməl AR CM-nin 308.1-ci maddəsindən həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif edilmişdir. (İİ cild, i.v. 251) 23 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (İİİ cild, i.v 1-3) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 23 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (İİİ cild, i.v. 25-29); qətimkan tədbirinin seçilməsi haqqında 23 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 30-32); Sumqayıt şəhər 40-cı məhəllədə yerləşən 2 nömrəli evin sakinləri barədə “Hesabat kitabı”na “baxış keçirilməsi haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, qeyd olunan kitab mavi rəngli olmaqla üzərində “12 saylı MİS 40 məhəllə ev 2” yazıları olan ağ rəngli dördkünc formalı kağız parçası yapışdırılmış cəmi 56 vərəqdən ibarət kitabdır. Kitabın bütün vərəqələri nömrələnmişdir. Kitab cəmi 52 vərəqi yazılmışdır. Hər vərəqə Sumqayıt şəhər, 40-cı məhəllə, ev 2 ünvanında yerləşən mənzillərdə yaşayan sakinlərin ad, soyad və təvəllüdləri qeyd olunmuşdur. Kitabın birinci vərəqəsindəki qeydiyyata əsasən Sumqayıt şəhər, 40-cı məhəllə, ev 2, mənzil 1 ünvanında Zəngilan rayonundan məcburi köçkün olan xx.xx.1951-ci il təvəllüdlü X18 (vəfat etmiş), xx.xx.1959-cu il təvəllüdlü X19, xx.xx.1982-ci il təvəllüdlü X88, xx.xx.1986-cı il təvəllüdlü X101, xx.xx.2006cı il təvəllüdlü X70 və xx.xx.2008-ci il təvəllüdlü X89 yaşayırlar. Kitabın sonuncu yazılmış səhifəsi olan 52-ci vərəqədə olan yazılara əsasən ünvan 6 ünvanında Qubadlı rayonundan məcburi köçkün olan 1969-cu il təvəllüdlü X2, xx.xx.1976-cı il təvəllüdlü X11, 1999-cu il təvəllüdlü X5, 2000-ci il təvəllüdlü X3, 2001-ci il təvəllüdlü X8, xx.xx.1971-cı il təvəllüdlü X42, xx.xx.2005-ci il təvəllüdlü X32, xx.xx.2008-ci il təvəllüdlü X54 və xx.xx.1972-ci il təvəllüdlü X55 yaşayırlar. Kitaba baxış keçirilən zaman həmin kitabda Şahid2 barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, kitabın 9-cu vərəqəsindəki qeydiyyata əsasən ünvan 8 ünvanında Zəngilan rayonundan məcburi köçkün olan xx.xx.1969-cu il təvəllüdlü Quliyev Rahil İsmixan oğlu (vəfat etmiş), xx.xx.1974-cü il təvəllüdlü Şahid3, xx.xx.2010-cu il təvəllüdlü X144 oğlu, xx.xx.2012-ci il təvəllüdlü X129 oğlu, 2013-cü il təvəllüdlü X71, xx.xx.1972-ci il təvəllüdlü X43, xx.xx.1977ci il təvəllüdlü X33, xx.xx.2000-ci il təvəllüdlü X44, xx.xx.2002-ci il təvəllüdlü X56, Qubadlı rayonundan məcburi köçkün olan xx.xx.1972-ci il təvəllüdlü X20, xx.xx.1981-ci il təvəllüdlü X21, Cəbrayıl rayonundan məcburi köçkün olan xx.xx.1971-ci il təvəllüdlü X57, Zəngilan rayonundan məcburi köçkün olan xx.xx.1965-ci il təvəllüdlü X34, X22, xx.xx.1960-cı il təvəllüdlü X72, xx.xx.1975-ci il təvəllüdlü X23, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.2006cı il təvəllüdlü X35, xx.xx.2008-ci il təvəllüdlü X45, X46, Ağdam rayonundan məcburi köçkün olan xx.xx.1975-ci il təvəllüdlü Mehdiyeva Gülmirə A. qızı, Cəbrayıl rayonundan məcburi köçkün olan xx.xx.1974-cü il təvəllüdlü X90 yaşayırlar. (İ cild, i.v. 248-254) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olan 27 aprel 2022-ci il tarixli **********0 saylı məktubdan görünür ki, Şahid2 051180 nömrəli pensiya işi üzrə ödənişlər dayandırılmış və həmin pensiya işi üzrə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əsassız olaraq 2428,37 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə məhkəmə qətnaməsi əsasında - 1625,74 manat ödəniş olunmuşdur. (İ cild, i.v. 182-184) Zəngilan Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 22 nömrəli məktubuna əlavə olunmuş 2(034)-276/2019 nömrəli mülki işdən görünür ki, Şahid2 uşaqlıqdan əlil olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış 06 may 2017-ci il tarixli ərizəsi 17 may 2017-ci il tarixli dərkənarla Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun icraatına yazılmışdır. İddia ərizəsinə əlavə olunmuş sənədlər əsil deyil, kserosurət olduğundan İlyas Mahmudovun xx.xx.2017-ci il tarixli 2(060)-9006/2017-ci nömrəli qərarı ilə Şahid2 ərizəsi geri qaytarılmışdır. 17 avqust 2018-ci il tarixdə Şahid2 ərizə ilə müraciət edərək işə yenidən baxılmasını məhkəmədən xahiş etmiş və həmin ərizəyə ona əlillik təyin edilməsi barədə xx.xx.2006 və xx.xx.1990-cı il tarixli arayış, Sumqayıt şəhəri, 40 məhəllə, ev 2 mənzil 2-də yaşaması barədə 1392 nömrəli arayış və şahid qismində göstərdiyi X13 və X14 şəxsiyyət vəsiqələrinin surətini əlavə etmişdir. xx.xx.2018-ci il tarixli ərizəsindən sonra İlyas Mahmudov tərəfindən 27 avqust 2018-ci il tarixdə 2(060)-8949/2018 saylı qərardadla xx.xx.2017-ci il tarixli 2 (060) 9006/2017 saylı “İddia ərizəsinin geri qaytarılması” barədə qərardad ləğv edilmişdir. xx.xx.2018-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudovun sədrliyi ilə keçirilən və protokollaşdırılmış məhkəmə iclasında ərizəçi Şahid2 və şahidlər Quliyev Rahil İsmixan oğlu və X24 iştirak etmişlər. xx.xx.2018-ci il tarixli 2(060)-8949/2018-ci nömrəli qiyabi qətnamə ilə Sumqayıt Şəhər Məhkəməsinin hakimi İlyas Mahmudov tərəfindən ərizə təmin edilmişdir. Maraqlı tərəf - DSMF-nin Zəngilan rayon şöbəsinin həmin qətnamənin ləğv edilməsi və buraxılmış müddətinin bərpası barədə xx.xx.2019-cu il tarixli apellyasiya şikayətinə və ərizəsinə ərizəçinin şikayətin və ərizənin təmin edilməməsi barədə ərizəsi nəzərə alınmaqla tərəflərin iştirakı ilə 15 aprel və 16 aprel 2019-cu il tarixlərdə məhkəmə prosesi keçirilmiş və protokollaşmış və İlyas Mahmudov tərəfindən 16 aprel 2019-cu il tarixdə qəbul edilmiş 2(060)-8949/2018-ci nömrəli qərardadla maraqlı tərəfin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Qeyd olunan qərardaddan maraqlı tərəfin verdiyi xx.xx.2019-cu il tarixli şikayət əsasında 18 aprel 2018-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hakimi Zeyqəm Hüseynovun qərardadı ilə şikayət təmin edilməklə xx.xx.2019-cu il tarixli qərardaddan maraqlı tərəf tərəfindən verilmiş şikayət ərizəsi mülki işə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi X58 xx.xx.2019-cu il tarixli 2(105)-2299/2019 nömrəli qərardadı ilə DSMF-nin Zəngilan rayon şöbəsinin müdiri tərəfindən verilmiş şikayətə baxılması mümkün hesab edilmiş, 22 aprel 2019-cu il tarixdə tərəflərin iştirakı ilə məhkəmə iclası keçirilmiş və həmin tarixdə Fuad Məmmədov tərəfindən verilmiş qərardadla maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmə müddəti bərpa edilmişdir. 22 aprel 2019-cu il tarixdə Fuad Məmmədov tərəfindən verilmiş qərardadla apellyasiya şikayətinə baxılması mümkün hesab edilmişdir. 25 aprel 2019-cu il tarixdə tərəflərin iştirakı ilə məhkəmə iclası keçirilmiş və həmin tarixdə Fuad Məmmədov tərəfindən verilmiş qərardadla maraqlı şəxs tərəfindən apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(060)- 8949/2018 saylı qiyabi qətnaməsi ləğv edilmiş və mülki iş mahiyyəti üzrə baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilmişdir. Zəngilan Rayon Məhkəməsinin hakimi Gülsarə İmanovanın sədrliyi və iştirakı ilə xx.xx.2019-cu il tarixdə 2(034)-276/2019 saylı iş üzrə məhkəmə iclasları keçirilmiş və protokollaşmış, ərizəçi Şahid2 işin baxılmamış saxlanması və təqdim etdiyi sənədlərin geri qaytarılması barədə xx.xx.2019-cu il tarixli ərizəsindən sonra Gülsarə İmanova tərəfindən xx.xx.2019-cu il tarixdə ərizəçinin ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilmişdir. (İ cild, i.v. 53-171) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-texniki ekspertizasının 14 iyul 2022-ci il tarixli, 5/666 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Sumqayıt şəhəri 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş Şahid2 adına xx.xx.2017-ci il tarixli 1392 nömrəli arayışda möhür və ştamp əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş, imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmiş, arayışın çap mətni elektrofotoqrafik çap qurğuda (lazer printer, surətçıxaran və s.) çap edilmiş, arayışda olan ştamp və möhür əksləri ekspertizaya təqdim edilmiş eyni məzmunlu ştamp və möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edir. (İİ cild, i.v. 24-45) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-xətşünaslıq ekspertizasının 06 iyul 2022-ci il tarixli, 4/871 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Sumqayıt Şəhər 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən Şahid2 barəsində 05 may 2017-ci il tarixdə verilmiş 1392 nömrəli arayışın əlyazma mətni və “Mühasib” qrafasındakı imza CƏBRAYİLOVA RAMİLƏ ŞAMXAL qızı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, Sumqayıt Şəhər 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən Şahid2 barəsində 05 may 2017-ci il tarixdə verilmiş 1392 nömrəli arayışda “MİS-in rəisi” qrafasındakı imza İSMAYİLOV CANPOLAD SALMAN oğlu tərəfindən icra olunmuşdur. ( İİ cild, i.v. 13-23) Sumqayıt şəhər prokurorluğundan daxil olmuş 11 may 2022-ci il tarixli 382xid - 22 nömrəli məktuba əlavə olunmuş ********* nömrəli cinayət işi üzrə 02 aprel 2020-ci il tarixli “Cinayət işinin icraatına xitam verilməsi haqqında” qərardan görünür ki, 02 yanvar 2020-ci il tarixdə xx.xx.1969-cu il tarixdə Zəngilan rayonu, Alıbəyli kəndində anadan olmuş X15 yaşadığı ünvan 11 ünvanında 5-ci mərtəbədən özünü yerə ataraq intihar etməsi faktına görə Sumqayıt şəhər prokuroru vəzifəsini müvəqqəti icra edən baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən Azərbaycan Respublikası CM-in 125-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılaraq müəyyən edilmişdir ki, X15 ölümündə hər hansı bir şəxsin qəsdinin olması, o cümlədən hər hansı bir şəxsin onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə- qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırması, eləcə də onun ölümündə hər hansı bir şəxsin ehtiyatsızlığının olması müəyyən olunmamış, ona görə də hər hansı bir şəxsin əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına həmin qərarla xitam verilmişdir. ( İ cild, i.v. 185-191) Zəngilan Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 307 nömrəli məktuba əlavə edilmiş arayışdan görünür ki, xx.xx.1987-ci ildə Zəngilan rayon İİ-Alıbəyli kəndində anadan olmuş Şahid2 Ramzada oğlu həqiqətən 01 yanvar 2016-cı il tarixdən Zəngilan rayon İİ-Alıbəyli kəndində daimi qeydiyyatda olmaqla hal-hazırda Sabunçu rayon Z.Bünyadov-13 X120 Binasında məcburi köçkün kimi məskunlaşmışdır. Həmin tarixdən hazırkı dövrə kimi onun qeydiyyatı və faktiki ünvanı dəyişilməmişdir. (İ cild, i.v. 172-180) Sumqayıt Şəhər Qeydiyyat Şöbəsindən daxil olmuş 27 may 2022-ci il tarixli 05/Q- 1997/13 nömrəli məktubdan görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Quliyev Rahil İsmixan oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. ( İ cild, i.v. 192-194) Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən daxil olmuş 17 fevral 2023-cü il tarixli 5-6-7/2-153/2023 nömrəli məktuba əlavə edilmiş Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 may 2016-cı il tarixli 45 K nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə 12 saylı MKS rəis təyin olunmuş, həmçinin məktuba əlavə edilmiş Birliyin 28 aprel 2020-ci il tarixli 51K nömrəli əmrindən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilmişdir. (İİ cild, i.v. 66-88) İş materiallarına əlavə edilmiş, 05 aprel 2021-ci il tarixli, 1(060)-122/2021 nömrəli qərara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (İİ cild, i.v. 113-119) Cinayət işi üzrə Şahid2 barədə Sumqayıt Şəhər 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 05 may 2017-ci il tarixli 1392 nömrəli arayış, Zəngilan Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 307 nömrəli məktuba Şahid2 barədə əlavə edilmiş arayış, Zəngilan Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 22 nömrəli məktubuna əlavə olunmuş 2(034)-276/2019 nömrəli mülki işdə olan sənədlər maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. (İİ cild, i.v. 142-146) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (İİ cild, i.v. 120-121) Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 2335 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə qeyd olunan xəstəxanada müalicədə olmamışdır. (İİ cild, i.v. 122-123) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.( İİ cild, i.v. 137-141). “sübutların qiymətləndirilməsi haqqında” 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 308.1-ci maddəsindən həmin Məcəllənin 308.1 və 313-cü maddələrinə tövsif edilməsi, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməsi, Şahid2, Baba Babazadə, Ramiz Həsənov, Sahib Quliyev və Şahlar Vəliyev barəsində AR CPM-nin 39.1.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin başlanılması rədd edilməsi, X25 ifadəsində göstərdiyi xüsusatlar təsdiqi tapmadığından AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilməsi, Quliyev Rahil İsmixan oğlu, X26, Şahid1, X27, X91, X36 və X28 barəsində AR CPM-nin 39.1.2-ci maddəsinə əsasən həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilməsi, X6, X73, X7, X29, X59, X60, X37, X47, X61, X62, X63, X92, X48, X49, X9, X16, X74, X50, X93, X94, X51, X64, X75 barəsində AR CPM-nin 39.1.3 və 39.1.11-ci maddələrinin tələblərinə əsasən cinayət işinin başlanması rədd edilməsi, Şahid2 barədə Sumqayıt Şəhər 12 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən verilmiş 05 may 2017-ci il tarixli 1392 nömrəli arayış, Zəngilan Rayon İcra Hakimiyyətindən daxil olmuş xx.xx.2022-ci il tarixli 307 nömrəli məktuba Şahid2 barədə əlavə edilmiş arayış, Zəngilan Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli 22 nömrəli məktubuna əlavə olunmuş 2(034)-276/2019 nömrəli mülki işdə olan sənədlər maddi sübut kimi tanınması qərara alınmışdır. (İİ cild, İ.v. 153-252) Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda- iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə- min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirib müvafiq arayışı Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının sabiq müavini mərhum X38 tapşırığı ilə mərhəmətlik hissindən verdiyini və özünü təqsirli bilmədiyini bildirsə də, məhkəmə qeyd etməyi zəruri sayır ki, işin halları tam, obyektiv və hərtərəfli araşdırılmış, təqsirləndirilən şəxsin göstərdikləri işdə olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi Qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Belə ki, yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasının qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Məhkəmə hesab edir ki, qəsdən törədilən korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayət əməllərinin obyektini dövlət orqanlarının normal fəaliyyəti, fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri təşkil edir. Bununla yanaşı, həmin əməllərin ictimai təhlükəliliyi onda ifadə olunur ki, onların törədilməsi nəticəsində dövlət hakimiyyəti və idarə etmə orqanlarının normal fəaliyyəti pozulur, həmin orqanları nüfuzdan salır, dövlətin mənafeyinə mühüm zərər vurur. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuşdur. Belə ki, Şahid2 Sumqayıt şəhəri ərazisində yaşamadığını bildiyi halda onun Sumqayıt şəhərində yaşamasını təsdiq edən arayışı təqdim etməklə Rasim Ramzadənin iddiasına Sumqayıt şəhər məhkəməsində X115 İsmixan oğlunun əvvəllər tanıdığı hakim tərəfindən baxılmasına bir növ şərait yaratmış və nəticədə qəbul edilmiş məhkəmə qətnaməsi əsasında 1625,74 manat dövlət büdcəsinin vəsaiti hesabına ödəniş qanunsuz və əsassız olaraq Şahid2 hesabına köçürülmüşdür. Bu da yaranmış kəsirlər səbəbindən həmin yardımı almaq hüququna malik olmuş digər şəxs və ya şəxslərin hüquqlarının məhdudlaşması ilə nəticənlənmişdir. Bu səbəbdən islah olunması məqsədilə təqsirləndrilən şəxsə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında və kommersiya təşkilatlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə AR CM-nin 308.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cəza təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 313-cu maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə cinayət işi üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar