Məhkəmə qərarları › İş №1(060)-418/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-418/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-418/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın iştirakları ilə xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 02 azyaşlı övladı var), orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri Corat qəsəbəsi, ev 372-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 10 dekabr 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X6 ilə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yaşayış sahəsi olan evlərin birinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 23:30 radələrində Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi evin yaşayış sahəsinə boş qapı yerindən heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətə yığılmış sonuncuya məxsus özgənin əmlakı ümumilikdə 1057 manat, ayrı-ayrılıqda bir ədədinin dəyəri 31 manat olmaqla, 23 ədəd ümumi dəyəri 713 manat təşkil edən 16 mm ölçüdə dəmir armaturları, sayı istintaqa məlum olmayan 200 manat dəyərindəki 18mm ölçülü xamutları, bir ədədinin dəyəri 3 manat olan 48 ədəd ümumi dəyəri 144 manat təşkil edən 8 mm ölçülü xamıtları gizli olaraq taladıqdan sonra yaxınlıqdakı Sumqayıt şəhəri Corat qəbristanlığına birgə daşıyaraq orada saxlayıb səhəri gün, yəni 11 dekabr 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda cinayətkar niyyətlərindən xəbərsiz metal qəbulu ilə məşğul olan istintaqa məlum olmayan şəxslərə 120 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1057 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədilə özgə əmlakını gizli olaraq talama, yəni oğurluq cinayətini birgə törətməkdən ötrü 15 yanvar 2023-cü il tarixdə istintaqa məlum olmayan vaxtda və yerdə tanışı X6 ilə cinayətkar əlaqəyə girib Sumqayıt şəhəri Corat bağlar massivi ərazisində yaşayış sahəsi olan evlərin birinə qanunsuz daxil olub oradakı özgə əmlakını gizli olaraq taladıqdan sonra satıb qazancını xeyirlərinə yönəltmək barədə qəsdən birləşib razılaşmaqla qabaqcadan əlbir olan bir qrup təşkil etmiş, aralarında olan ümumi cinayətkar niyyətə və əldə edilmiş razılığa uyğun olaraq həmin gün saat 19 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində yerləşən “Diana” adlı restoranın yaxınlığındakı Zərərçəkmiş şəxs2 məxsus fərdi evin hasarından tullanıb yaşayış sahəsinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq birgə daxil olub həyətə yığılmış sonuncuya məxsus özgənin əmlakı ümumilikdə 3380 manat, ayrı-ayrılıqda bir ədədinin dəyəri 80 manat olan 30 ədəd ümumi dəyəri 2400 manat təşkil edən dəmir barmaqlıqları, bir ədədinin dəyəri 300 manat olan 2 ədəd ümumi dəyəri 600 manat təşkil edən 6x3 ölçüdə dəmir barmaqlıqları, 30 manat dəyərində 1 ədəd üzəri taxta yanları dəmir olan oturacağı, bir ədədinin dəyəri 15 manat olan 10 ədəd ümumi dəyəri 150 manat 1.2 metr uzunluğunda dəmir boruları, bir ədədinin dəyəri 20 manat olan 10 ədədümumi dəyəri 200 manat 100-lük ölçülü dəmir boruları gizli olaraq taladıqdan sonra həmin gün saat 20 radələrində cinayətkar niyyətlərindən xəbərsiz istintaqa məlum olmayan şəxsi çağırıb sonuncuya məxsus avtomobil ilə Sumqayıt şəhəri 13-cü mikrorayona daşıyıb, həmin gün saat 21:15də orada metal qəbulu fəaliyyəti ilə məşğul olan cinayətkar niyyətlərindən xəbərsiz Şahid 170,50 manat müqabilində birgə sataraq əldə etdikləri qazancı öz aralarında bölüşdürüb xeyirlərinə yönəltməklə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 3380 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə özgə əmlakını gizli olaraq talama məqsədi ilə 05 oktyabr 2023-cü il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ərazisində yerləşən yeni inşa edilən “Röyal” istirahət mərkəzinin pəncərəsinin açıq olmasından istifadə edərək qeyri-yaşayış sahəsinə heç kimin olmadığı vaxtda qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus 250 manat dəyərində olan 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi, hər metrin qiyməti 3 manat olan 120 manat dəyərində 3x5 sm ölçülü 40 metr uzunluqda pəncərə üçün aliminium metaldan hazırlanmış profilləri, hər metrin qiyməti 40 qəpik olan 48 manat dəyərində 120 metr uzunluqda 8 mm-lik metal çubuqları (katinka), hər metrin qiymətin 70 qəpik olan 17,50 manat dəyərində 25 metr uzunluqda 4 mm-lik mis elektrik naqili, 150 manat dəyərində olan 01 ədəd böyük ölçülü «Maketa» markalı laqonda aparatını, 50 manat dəyərində olan 01 ədəd kiçik ölçülü «Bosch» markalı dreli, 80 manat dəyərində olan 01 ədəd böyük ölçülü «Bosch» markalı yerdeşən aparatı (perforatoru) gizli olaraq taladıqdan sonra velosipedi dəniz kənarına gətirib kolluq ərazidə gizlətmiş,digər əşyaları cinayətkar niyyətindən xəbərsiz istintaqa məlum olmayan səyyari qaydada metal qəbulu ilə məşğul olan şəxsə 30 manat müqabilində sataraq əldə etdiyi qazancı öz xeyrinə yönəltməklə, özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 715,50 manat maddi ziyan vurmaqla qəsdən oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,972 qram çəkidə xeyli miqdarda narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 oktyabr 2023-cü il tarixdə saat ll:00-də Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nərimanov küçəsində yerləşən qutab evinin qarşısında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,972 qram şəxsi istehlak miqdarından artıq miqdarda qəhvəyi rəngli maddə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X3 tanıyır. Pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. O, xx.xx.2022-ci il tarixdə Səxavətlə birlikdə olduqları vaxt təxminən 23:30 radələrində Corat bağlar massivi ərazisində Qəbirstanlıqdan bir qədər yuxarı hissədə tikinti gedən evə yaxınlaşıb, ətrafda və içəridə heç kimin olmamasına tam görüb hasarının yanından həyətə daxil olmuşlar və həyətdə olan çoxlu dəmir armatur və dəmir xamutlar olmuşdur. Onlar oradan dəqiq sayını xatırlamadığı dəmir armatur və dəmir xamutları həyətdən daşıyaraq bir qədər irəlidə olan qəbirstanlıq ərazisinə yığmışlar. Bir gün sonra həmin dəmirləri yoldan keçən tanımadıqları yük maşını ilə Səxavətin yaşadığı evin həyətinə aparmışlar, həmin oğurladıqları əşyalar bir neçə gün orada qalmış, daha sonra Səxavətin məhəllələrinə gələn dəmir alan şəxslərə ümumilikdə 120 manata satmışlar, əldə olunan pulu da öz aralarında bölmüşlər. Oğurladıqları əmlakları dəmir qəbulu məntəqəsinə və dəmir alan şəxslərə satdıqları zaman onların özlərinə məxsus olduğunu bildirmişlər. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Səxavətlə görüşüb saat 19 radələrində Sumqayıt şəhəri Novxanı bağları ərazisində Diana restoranının yaxınlığında yerləşən boş evlərdən birinin hasarından aşaraq həyətə daxil olmuşlar. Həmin yerdən sayını xatırlamadığı dəmir məhəccərlər, 10 ədəd təxminən 1,2 metr uzunluğunda dəmir borular, 1 ədəd dəmir stul və xatırlamadığı dəmir boruları oğurlayaraq həyətdən çıxarmışlar və divarın kənarına yığmışlar. Həmin dəmirləri aparmaq üçün 156 yük xidmətinə zəng etmiş və bir yük maşını dedikləri yerə getmişdir. Təxminən saat 20 radələrində həmin sürücüyə oradakı həyətdə fəhlə kimi işlədiklərini və dəmirlərin yararsız olduğundan oradan sökdüklərini demişlər və yük maşınına yükləyərək birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən dəmir qəbulu məntəqəsinə gətirib 170 manata satmışlar, əldə olunan pulu öz aralarında bölmüşlər. Bundan başqa, 05 oktyabr 2023-cü il tarixdə gecə saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən məişət tullantıları toplanmış əraziləri gəzərək metal tullantıları toplayarkən saat təxminən 04 radələrində yol kənarında yerləşən içərisində təmir işləri gedən tikilinin pəncərəsinin açıq olmasından istifadə edib pəncərədən içəri baxmış və tikilinin içərisində bir ədəd velosipedin, müxtəlif tikinti işlərində istifadə edilən metalların olduğunu görüb oğurluq etmək qərarına gəlmişdir. Daha sonra tikilinin açıq olan pəncərəsindən içəri daxil olaraq içəridəki velosipedi, aliminium metaldan hazırlanmış profilləri (pəncərə üçün), metal çubuqları, mis elektrik naqilini, böyük ölçülü laqonda aparatını, kiçik ölçülü dreli və böyük ölçülü yerdeşən aparatı “perforatoru” oğurlayıb, əvvəlcə velosipedi çıxartmış, daha sonra isə digər əşyaları özü ilə apardığı sellofanlara yığaraq eyni qaydada pəncərədən çölə çıxmışdır. Sonra oğurladığı velosipedi dəniz kənarına gətirib kolluq ərazidə gizlətmiş, digər əşyaları isə səyyari qaydada metal qəbulu ilə məşğul olan şəxsə 30 manata satmışdır. İstintaq zamanı oğurladığı velosipedi təhvil vermiş, həmçinin həmin şəxsə dəymiş ziyanı ödəmişdir. Digər iki epizod üzrə ziyanı ödəməmiş, əgər azadlıqda qalarsa həmin ziyanı da işləyib hissəhissə ödəyə bilər. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilinərək bildirdi ki, onun üzərində narkotik vasitə olmamış, bölmədə təqdim etməsi üçün ona verilmişdir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nərimanov küçəsi ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Narkotik vasitə istifadəçisidir, arabir kakos adlanan narkotik vasitədən istifadə edir. Fəhlə kimi işləyib qazandığı pulla arabir narkotik vasitə almışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladları vardır. Məhkəmədən nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş X10 elan edilmiş ifadəsindən görünür ki, təxminən altı ildir narkotik tərkibli maddələr qəbul edir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” dairəsi adlandırılan ərazidə olarkən təsadüfən qarşılaşdığı, adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd bükümdə narkotik vasitə olan, “kakos” adlandırılan heroin almış və sonradan istifadə etmək məqsədilə üzərində saxlamışdır. Sonuncu dəfə 13 oktyabr 2023-cü il tarixdə 11:00-da Sumqayıt şəhəri, Corat qəsəbəsi, Nərimanov küçəsi ərazisində yerləşən “Qutab evinin” qarşısında olarkən ona üç nəfər mülki geyimli şəxs yaxınlaşıb saxlamışlar. Bundan sonra həmin şəxslər özlərini təqdim edib, polis əməkdaşları oluduqlarını, narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərimdə gəzdirməkdə və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan üzərinə şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə getməli olduğunu bildirmişlər. O da etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getməyə razılıq vermişdir. Onlar polis bölməsinə gəldikdən sonra isə polis bölməsinin xidməti otaqlarının birinə daxil olmuşlar. Orda hüquq və qanuni mənafelərinin müdafiəsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 ona təqdim edilmiş, ona həmçinin hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş verilmişdir. Bundan sonra vəkilin iştirakı ilə, həmçinin video kameranın yaddaşına qeyd edib videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış keçiriləcəyi də bildirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o da etirazının olmadığını bildirdikdən sonra polis əməkdaşlarının təklifi ilə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükünü təqdim etmiş və həmin bükümdəki maddənin narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən saxlanılmamışdan bir gün əvvəl Bakı şəhəri ərazisində yerləşən “20 Yanvar” dairəsi adlandırılan ərazisində olarkən adını, soyadını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi şəxsə 20 manat pul verərək, şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra təqdim etdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf rəngli kağıza bükülmüş bükümün içərisinə baxış keçirilmiş, daha sonra təqdim etdiyim narkotik vasitə elektron tərəzidə çəkilmiş, həmin narkotik vasitənin çəkisi müəyyən edildikdən sonra isə içərisi boş zərfə qablaşdırılmış və üzərində qeydlər aparılaraq götürülmüşdür. Polis əməkdaşları daha sonra üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib etmişlər, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində tərtib edilmiş protokolla tanış olaraq protokolu imzalamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satmaq fikri olmamış, o narkotik vasitə olan heroini xeyli müddətdir istifadə etmiş, həmin narkotik vasitə olan heroini də şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. O saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, eləcə də digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evi vardır. Evdə daimi yaşayış olmur və orada hal-hazırda tikinti işləri gedir. Hər gün gedib görülən işlərə baxır. xx.xx.2022-ci il tarixdə oraya getmiş və evin həyətinə daxil olub baxdığı zaman bir gün əvvəl orada olan 12 metrlik armaturlar və təxminən 40-45 ədəd dəmir xamutların yerində olmamasını gördükdə əşyaların oğurlandığını anlamışdır. Buna görə də DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə müraciət etmişdir. 23 ədəd 1 ədədinin dəyəri 31 manat olan 16-lıq ölçüdə dəmir armaturlar, sayını xatırlamadığı mumilikdə 200 manat dəyərində 18-lik dəmir armaturlar, 48 ədəd 1 ədədinin dəyəri 3 manat olan 8-lik ölçüdə dəmir xamutlar oğurlanmaqla ümumilikdə 1000 (min) manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməsə də ona qarşı şikayətçi deyildir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona vurulmuş ziyan ödənilməmişdir. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 3-cü məhəllə ərazisində yerləşən yeni inşa edilən “Röyal” istirahət mərkəzi ona məxsusdur. Orda işlər tam yekunlaşmadığından yeni inşa edilən binanın otaqlarından birinin qapı pəncərəsini taxıb ordan tikinti materiallarının, tikintidə istifadə edilən alətlərin saxlanılması üçün istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 22 radələrində o tikilini tərk edəndə hər şey qaydasında olmuşdur. O, tikilinin qapı pəncərəsini bağlayıb oranı tərk edib çıxıb getmiş, bir də oraya səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 08:30 radələrində gələndə naməlum şəxs və ya şəxslərin tikilinin üç ədəd pəncərəsindən birini sıxıb açmaqla içəriyə daxil olaraq oradan ona məxsus 01 (bir) ədəd 400 manat dəyərində 28 ölçülü “Stels” markalı velosipedi, 40 metr uzunluqda, hər metrinin dəyəri 3,80 manat təşkil edən ümumilikdə 152 manat dəyərində 3x5 sm ölçülü olan aliminium metaldan hazırlanmış profillər (pəncərə üçün), hər metrinin dəyəri 0,70 manat təşkil edən ümumilikdə 84 manat dəyərində 120 metr uzunluqda 8 mm (katinka) metal çubuqlar, hər metrinin dəyəri 2 manat təşkil edən ümumilikdə 50 manat dəyərində 25 metr uzunluqda 4 mm mis elektrik naqilini, 01 ədəd 150 manat dəyərində «Maketa» markalı böyük ölçülü laqonda aparatını, bir ədəd 70 manat dəyərində kiçik ölçülü «Bosh» markalı dreli və bir ədəd 80 manat dəyərində «Bosh» markalı böyük ölçülü yerdeşən aparatı “perforator” oğurladıqlarını müəyyən etmişdir. O bundan sonra dərhal hadisə barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, sonra isə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə ərizə ilə müraciət edərək oğurluq hadisəsi törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Daha sonra polis bölməsinə dəvət edildikdə hadisənin əvvəllər tanıdığı Təqsirləndirilən şəxs tərəfindən törədildiyini və ona məxsus oğurlanmış velosipedin ondan götürüldüyünü öyrənmişdir. Oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 986 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir, ona qarşı şikayəti yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayətçi deyildir, ona vurulmuş ziyan ödənilmişdir. Məhkəmədən ərizənin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 elan edilmiş ifadəsindən görünür ki, özü Bakı şəhərində yaşayasa da uzun illərdir ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evi vardır. Evdə daimi yaşayış olmur və vaxtaşırı gedib gəlir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə o həmin bağ sahəsində olmuş və hər bir əşya yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmin bağ evinə həyət işlərini görmək üçün gəlmişdir. Həmin vaxt həyətdə olan dəmir barmaqlıqlar yerində deyil və bu da diqqətini çəkmiş və dəqiq baxdığı zaman, bağın içərisində olan 1x2 metr ölçüdə təxminən 30 ədəd dəmir barmaqlıqların, toyuq hininin 2 ədəd 6x3 metr ölçüdə dəmir barmaqlıqlarının, 1 ədəd üzəri taxta yanları dəmirdən olan oturacaq və 10 ədəd təxminən 1.2 m uzunluğunda dəmir borular, 10 ədəd 100-lük dəmir su borularının oğurlandığını aşkar etmiş və buna görə də DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1ci PB-nə müraciət etmişdir. Ona ümumilikdə 3380 (üç min üç yüz səksən) manat maddi ziyan dəymişdir ki, 30 ədəd dəmir barmaqlıqların bir ədədi 80 manatdan düzəltdirmiş ümumi dəyəri 2400 manat təşkil edir, 2 ədəd 6x3 metr ölçüdə dəmir barmaqlıqlar armaturdan yığılma olmuş, bir ədədi 300 manat olmaqla iki ədədinin dəyəri 600 manat təşkil edir, 1 ədəd üzəri taxta yanları dəmir oturacağı 30 manata düzəltdirmiş, 10 ədəd 1.2 metr ölçüdə dəmir boruların bir ədədi 15 manat olmaqla ümumi dəyəri 150 manat olmuş, 10 ədəd 100-lük dəmir su borularının 1 ədədini 20 manata almış, ümumi dəyəri 200 manat olmuşdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, təqsirləndirilən şəxsdən şikayətçidir, ona vurulmuş ziyanı tələb edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, təxminən 3 ildir ki, Sumqayıt şəhəri ərazisində dəmir qəbulu ilə məşğul olur. Hal-hazırda da Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu emalatxanasında işləyir. Səxavət və Çingiz adlı şəxsləri əvvəlcədən tanımamış, təxminən xx.xx.2023-cü il tarixdə onlar işlədiyi dəmir qəbulu yerinə gələrək bir neçə dəmir əşyalar olduğunu bildirmiş və satmaq üçün gətirdiklərini demişlər və əvvəlcə dəmirlərə baxmış və onlardan kimin olduğunu soruşduqda onlar özlərinə məxsus olduğunu və istifadəsiz olduğundan satmaq istədiklərini demişlər və o, onlardan şəxsiyyət vəsiqəsinin surətini istəmişdir. Onlar hər ikisi vəsiqələrini vermiş və onların anket məlumatlarını dəftərə qeyd edərək, şəxsiyyət vəsiqələrinin şəklini çəkib özündə saxlamış və onların gətirdiyi dəmir əşyaları almış və onlara 170,50 manat pul vermişdir. Həmin dəmir əşyaların oğurluq olduğunu güman etməmiş, şəxsiyyət vəsiqələrinin də şəklini verdiyindən düşünmüşdür ki, həqiqətən də özlərinə məxsusdur. Həmin dəmir əşyaların dəqiq nələrdən ibarət olduğunu bilmir, ümumi hesablayaraq ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2023cü il tarxdə Zərərçəkmiş şəxs3a məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi 3-cü məhəllə ərazisində «Röyal» istirahət mərkəzində baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq Sumqayıt şəhəri Corat qəsəbəsi Sahil küçəsi mişar daşları ilə inşa edilmiş tikilinin yola olan hissəsində kolluqda gizlətdiyi 01 ədəd 28 ölçülü «Stels» markalı velosipedi istintaqa təqdim etdiyindən götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, CM-nin 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsi, qutab evinin qarşısında xx.xx.2023-cü il tarixdə saat 11:00-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-394/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmış, Sumqayıt şəhər Məhkəməsinin 4(060)- 5/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti xx.xx.2024-cü il tarixədək, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-83/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, vət. Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarışa əaşlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olundu, daha sonra nüquqlarının müdafiəsini təmin edəcək Sumqayıt 1 saylıVəkil Bürosunun vəkili X4 təqdim olundu, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkilə heç bir etiraz etmədi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkcənin sağyan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofanabükülmüş kütləni təqdim etdi. Həmin büküm tərəfimdən açıldı, içərisinəbaxarkən spesifik iyə malik “heroin” olmayan narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, ondan aşkar olunan maddə narkotik vasitədir. Aşkar olunmuş maddəniBakı şəhəri, 20 yanvar metrosu deyilən yerdətanımadığı şəxsdən ümumilikdə 20(iyirmi) manat pula aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini qeyd etdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofana bükülmüş olan kütlə tərəziyə qoyulub çəkilən zaman bükümdəki maddənin çəkisi kazğızı ilə birlikdə 0.097 qram olması müəyyən olundu və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırıldı və DİN-nin 125 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 3-16-16/2-6/5381 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125...” dairəvi möhür əksləri, “Şübhəli şəxs (imza) Ç.Abtahbov ...” yazılar, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,972 qram olan qəhvəyi rəngli maddə narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,922 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi, CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 234.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işindən şəxsə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivin ərazisində yerləşən həyətyanı sahəyə baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-də xx.xx.2023-cü il tarixdə saat 19:20-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar xx.xx.2023cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri, Corat bağlar massivin ərazisində yerləşən həyətyanı sahəyə baxış keçirilərək, müvafiq protokol və fotocədvəl tərtib olunmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələrindən həmin məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və ********* saylı nömrə altında istintaq davam etdirilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələiyi tərəfindən verilmiş 876 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 372 nömrəli evdə yaşayır, ailə tərkibi həyat yoldaşı-xx.xx.1984-cü il təvəllüdlü X7, qızı-xx.xx.2012-ci il təvəllüdlü X8, oğlu-xx.xx.2009-cu il təvəllüdlü Abtalıbov Şamil Çingiz oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd bükümdə narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, 01 (bir) ədəd bükümdəki təmiz çəkisi 0,972 qram olan narkotik vasitə heroinin, tədqiqata ümumi 0,05 qram sərf edildikdən sonra qalıq 0,922 qram çəkisinin qalması nəzərə alınaraq həmin narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda, orada papka müəyyən edilir. Papkaya daxil olduqda, müəyyən edilir ki, orada videogörüntü var. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Çingiz adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 11:00 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi N.Nərimanov küçəsində yerləşən “Qutab evi”nin qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektorkriminalisti tərəfindən videokamera işə salınaraq sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Sumqayıt ŞPİ-nin 1-ci PBnin təhqiqatçısı, polis baş leytenantı Şahmar Səfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, Çingiz də özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Şahmar Səfərov ona daxil olmuş əməliyyat məlumatına əsasən qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi üçün saxlanılıb idarəyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Mehdi Cəlalzadəni təqdim edir, Çingiz bildirişlə tanış olaraq, vəkilinə etiraz etmir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Çingiz də əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə olan heroini təqdim edir. Sorğu zamanı Çingiz üzərindən aşkar olunan narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 20 yanvar dairəsi adlandırılan ərazisində olarkən tanımadığı şəxsdən 20 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Çingizin üzərindən aşkar olunan həmin heroin sellofan bükümlə birlikdə tərəzidə çəkilən zaman 0,097 qram olduğu müəyyən edilir. Aşkar olunmuş həmin maddə 01 ədəd zərfə qablaşdırılıb üzəri möhürlənir. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 7449 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidilərin, kannobioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoioji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli elektron tərəziyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış obyekti üzərində markası qeyd edilməyən gümüşü rəngli elektron tərəzidir. Baxış Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqda süni işıqlandırma vasitələri altında keçirildi. Tərəzinin arxasında MH-200, 200 g/0,05ct. QC- Pass 200g/0,01 g sözləri yazılıb. Tərəzinin üst hissəsində ortada tərəzinin işə düşməsi və sönməsi üçün nəzərdə tutulan «On/Off düyməsi, həmin düymənin ətrafında tərəzinin üzərində «PCS», «Units», «Таге», «Hold» yazılan düymələr var. Tərəzini işə salanda ekranın monitorunun aşağı hissəsində «g», «tola», «gn» işarələri çıxır. Baxış iştirakçısı Şahmar Səfərov şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən çıxan içərisində heroin olan 1 bükümü hazırda baxış obyekti olan tərəzidə çəkən zaman qramla deyil, tola ölçü vahidi ilə ölçdüyünü və çəkinin səhvən 0,097 qram göstərdiyini, əslində isə həmin çəkinin 0,97 qram olduğunu, «Tola» ölçü vahidi ilə narkotik vasitə olan heroin tərəzidə çəkərkən «0» rəqəminin artıq göstərdiyini bildirdi. Baxış zamanı tərəzinin fotoşəkilləri çəkilərək, protokola əlavə edildi. Elektron tərəzi isə təhqiqatçı Şahmar Səfərova geri qaytarıldı. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/831 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 715, 50 manat müəyyən olunur. O cümlədən: - 01 ədəd 03 ay sitifadə olunmuş 28 ölçülü «Stels» markalı velosiped - 250 manat; - 40 metr uzunluqda aliminium metaldan hazırlanmış profillərin ölçüsü 3x5 sm (pəncərə üçün) - 120 manat; - 120 metr uzunluqda metal çubuqlar 8 mm (katinka) - 48 manat; - 25 metr uzunluqda miss elektrik naqili 4 mm- 17,50 manat - 01 ədəd istifadə olunmamış böyük ölçülü «Maketa» markalı laqonda aparatı- 150 manat - 01 ədəd istifadə edilmiş kiçik ölçülü «Bosh» markalı drel - 50 manat; - 01 ədəd istifadə edilmiş böyük ölçülü yerdəşən «Bosh» markalı yerdeşən aparat (perforator)-80 manat. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə ona məxsus Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən Röyal restoranında dəmir əşyalar və təmir avadanlıqları oğurlanmışdır, sonradan ona dəymiş ziyan ödənilmiş, bununla bağlı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 180 və 234.2-ci maddələrinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın məbləği 3380 ( üç min üç yüz səksən) manat, Zərərçəkmiş şəxs1 dəymiş ziyanın məbləği 1057 ( min əlli yeddi) manat, Zərərçəkmiş şəxs3 dəymiş ziyanın məbləği 715,50 (yeddi yüz on beş manat əlli qəpik) manat olması kimi nəzərə alınmış, maddi sübut kimi tanınmış Çingiz Abtahbovun üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,922 qram heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışma verilməsi nəzərə alınmış, Çingiz Abtahbovun təqdim etdiyi 01 ədəd 28 ölçülü «Stels» markalı velosiped, onun üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış, «Stels» markalı velosiped saxlanılması üçün Zərərçəkmiş şəxs3a təhvil verilmiş, 01 ədəd DVD-R disk cinayət işinin istintaq materiallarında saxlanılmış, X2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin təsdiq olunmuş ittiham aktı ilə birlikdə xx.xx.2023-cü il tarixdə baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilməsi və həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə onun 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmış, Zərərçəkmiş şəxs1 evindən baş vermiş oğurluq cinayətinin tarixi 10 dekabr 2022ci il tarixdə olması kimi nəzərə alınmış, ********* saylı cinayət işi üzrə qəbul edilmiş sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarla Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən dəmir qəbulu məntəqəsində işləyən Şahid əməlinə hüquqi qiymət verilməsi nəzərə alınmışdır. İş materiallarında olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs3 özünə məxsus 01 ədəd Stels markalı velosipedi təhvil almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması, bir epizod üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəyərək onunla barışıq əldə etməsi, bir epizod üzrə zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 80 (səksən) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,922 qram narkotik vasitə olan heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-418/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli, 543 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi və məhkəmə-əmtəəşünaslıq ekspertizaları tədqiqatının dəyəri 80 (səksən) və 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,922 qram narkotik vasitə heroin və 01 (bir) ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar