Məhkəmə qərarları › İş №1(060)-418/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-418/2025

24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-418/2025 24.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Anlaqsız vəziyyətdə cinayət törətməsi istinad edilən şəxs -Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan, prosessual fəaliyyət qabiliyyətli olmayan təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 29,177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törədən zaman anlaqsız vəziyyətdə olmuş X2 cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat işinin materiallarına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” psixi xəstəliyinin gedişində psixotik olduğundan, anlaqsız vəziyyətdə yəni, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadan özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 09:21 radələrində Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın qapısını sındıraraq oraya qanunsuz daxil olub vitrindən 01 ədəd 1980,00 manat dəyərində olan “Samsung S928” (S24 ultra) Titanium Black markalı, 256 GB daxili yaddaşlı mobil telefonu gizli yolla taladıqdan sonra mağazanı tərk edərkən Sumqayıt ŞPİnin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığından öz iradəsindən asılı olmayan səbəblərə görə gizli talamaya yönəlmiş cinayət əməlini başa çatdıra bilməyərək oğurluq cinayəti törətməyə cəhd etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Tural Oqtaybəyli tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs ittihama aidiyyəti olmayan, məntiqsiz və psixi xəstəliyi təcəssüm edən ifadələr işlətməklə işin faktiki hallarına dair ifadə vermək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ifadəsində CM-nin 29,177.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, istifadəsində olan mobil telefon köhnə olduğu üçün o, telefonunu dəyişmək istəmiş, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində o, Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" adlanan telefon mağazasının qarşısından keçmişdir. Mağazanın qapısı bağlı olmuş, o, bir gün əvvəl bir mahnıya qulaq asanda «sənin üçün qanunları dələr deşərəm» sözlərini eşitmişdir. O, mağazanın qarşısından keçərkən həmin sözlər yadına düşmüş və mağazanın şüşə qapısını sındırıb içəri girmək qərarına gəlmişdir. O, təpiklə vurub mağazanın qapısını sındıraraq içəri daxil olmuş, vitrinlərə baxıb axtardığı Samsung S24 markalı mobil telefonu tapmışdır. Telefonun yaddaşı güclü və yaxşı şəkil çəkiyindən onun bu telefondan xoşu gəlmişdir. Axtardığı telefonu tapdıqdan sonra vitrindən götürüb mağazadan çıxmaq istərkən küçədə dayanmış polis əməkdaşları onu saxlamışlar. Bundan sonra oraya digər polis əməkdaşları gəlmiş və onu Sumqayıt şəhərində psixiatrik xəstəxanaya aparmışlar. O, mağazaya xoşuna gələn telefonu götürmək üçün girmiş, Həmin vaxt yanında kimsə olmamış, bu işdə ona kimsə köməklik etməmişdir. Məhkəmədə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində Tural Oqtaybəylinin ibtidai istintaq zamanı qeyd etdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" MMC-yə məxsus mağazada mağaza müdiri vəzifəsində işləyir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 10 radələrində mağazada satıcı işləyən Nərmin Ağamalıyeva ona zəng edərək naməlum şəxsin mağazanın şüşədən olan giriş qapısını sındıraraq içəriyə daxil olduğunu və mağazadan telefon oğurlamağa cəhd etdiyini bildirmişdir. O, mağazaya yaxınlaşdıqda orada polis əməkdaşlarının olduğunu və yanlarında bir nəfərin dayandığını görmüşdür. Orada ona həmin şəxsin mağazanın şüşə qapısını sındıraraq içəri daxil olub telefon oğurlamağa cəhd etməsini bildirmişlər. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə getmiş, orada hadisə barədə ərizə yazıb həmin şəxsdən şikayət etmiş, PB-də həmin şəxsin Təqsirləndirilən şəxs olduğu ona məlum olmuşdur. PB-də Turalın oğurlamaq istədiyi «Samsung S24 Ultra» markalı mobil telefon ona qaytarılmışdır. Həmin mobil telefonun satış qiyməti 2699 manat olsa da alış qiyməti 24.165,99 manat olmuşdur. Təqsirləndirilən şəxs oğurluq etmək istəyərkən mağazanın şüşə qapısını, eləcə də vitrinlərin şüşə hissələrini də sındırmışdır. Bununla bağlı mağazaya təxminən 1600 manat maddi ziyan dəymişdir. Hazırda mağazaya dəymiş ziyan ödənilməmişdir. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, 2023-cü ilin may ayından Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" MMCyə məxsus mağazada satıcı işləyir. O, hər gün saat 09:30-da işə gəlib, axşam saat 19:00da işdən çıxır. xx.xx.2024-cü il tarixdə saat 09:23 dəqiqədə o, işlədiyi mağazanın qarşısına çatdıqda orada DYP əməkdaşlarının olduğunu, mağazanın şüşə qapısının sındırıldığını müşahidə etmiş və polis əməkdaşlarından nə baş verdiyini soruşmuşdur. Onlar yanlarındakı bir nəfər oğlanı göstərib onun mağazanın giriş qapısını sındıraraq içəri girdiyini və telefon oğurlayıb çıxarkən onlar tərəfindən saxlanıldığını bildirmişlər. O, özünü təqdim edib həmin mağazada satıcı işlədiyini bildirdikdən sonra mağazaya daxil olmuşdur. O, içəriyə daxil olduqdan sonra həmin şəxsin vitrinlərin şüşə hissələrini sındırdığını da görmüşdür. Bundan sonra o, mağaza müdiri Nümayəndə zəng edib hadisə barədə məlumat vermişdir. Biraz keçmiş Elnur mağazaya gəlmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmişdir. Ona sonradan məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdir. PB-də Turalın oğurlamaq istədiyi «Samsung S24 Ultra» markalı mobil telefon Elnura qaytarılmışdır. Məhkəmə iclasında tərəflərin fikri dinlənilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin avqust ayından Sumqayıt ŞPİ-nin PPXT-nun polis nəfəri vəzifəsində xidmət edir, polis serjantıdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində o, polis nəfəri polis sıravisi Şahid4la xidmətdə olarkən, YPX-nin 2024 çağırışlı avtopatrulunda xidmət edən polis əməkdaşları onları H.Əliyev prospekti, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" telefon və məişət mallarının satıldığı mağazaya çağırıb orada oğurluğa cəhd olunduğunu və həmin şəxsi saxladıqlarını bildirmişlər. Onlar dərhal həmin ünvana getmiş, onlar oraya çatdıqda DYP əməkdaşlarının yanında bir nəfər olmuşdur. O, orada yerləşən mağazanın giriş qapısının sındırıldığını görmüş, DYP əməkdaşları mağazanın qapısını yanlarında olan saxladıqları şəxsin sındırdığını və mağazadan 01 ədəd mobil telefon oğurlamaq istədiyini bildirmişlər. Onlar həmin şəxsi DYP əməkdaşlarından təhvil alıb ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə aparmışlar. Orada həmin şəxsin 1990-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu onlara məlum olmuşdur. O, Təqsirləndirilən şəxs onlar tərəfindən 3-cü PB-nə gətirilməsi ilə bağlı raport yazmış, sonra onlar çıxıb getmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 da Şahid5 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tərəflərin fikri dinlənilməklə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 09:40 radələrində o, YPX inspektoru Şahid3 ilə xidmətdə olarkən Sumqayıt şəhəri, H.Əliyev prospekti, 36-cı məhəllə ərazisində yerləşən "xxxx" telefon və məişət mallarının satıldığı mağazanın qarşısından keçən zaman mağazanın şüşə qapısının sındırıldığını görüb xidməti maşını saxlamışlar. Onlar mağazanın qapısına yaxınlaşdıqda bir nəfər şəxsin əlində 01 ədəd telefon qapıdan çıxdığını görüb onu saxlamış, onlar onun oğurluq etdiyini bilib efir vasitəsi ilə olduqları ünvana PPX-ııin əməkdaşlarının gəlməsini istəmişlər. Bir neçə dəqiqədən sonra PPX əməkdaşları onların olduqları ünvana gəlmişlər. Onlar həmin şəxsi PPX əməkdaşlarına təhvil verib xidmətlərini davam etdirmək üçün oradan getmişlər. O, sonradan bu barədə maraqlandıqda həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 oğlu da Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 29,177.2.3cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 11:25) və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə CM-nin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 68-69); “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 06 mart 2025-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 29,177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır. (i.v.77-78); “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2025-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmişdir. (i.v.79-80); Sumqayıt şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 426 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, ruhi xəstədir, dəfələrlə Sumqayıt şəhər Psixiatriya xəstəxanasında stasionar şəraitdə müalicə almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuşdur. Diaqnoz: “şizofreniya, paranoid forma” (i.v.46) Komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 3556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, törətdiyi əməl dövründə anlaqlı olub-olmamasını müəyyənləşdirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixatrik ekspertiza şöbəsinə göndərilməsi zərurəti yaranmışdır. (i.v. 47-49) ƏN Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9135 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd «Samsung S928» (S24 Ullra) Titanium Black markalı, 256 GB daxili yaddaşlı mobil telefonun 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1980.00 manat müəyyən edilmişdir. (i.v. 90-93) Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 37 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi patologiya hesab olunan “Paranoid şizofreniya” xəstəliyindən əziyyət çəkir. Ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi «Paranoid şizofreniya» psixi xəstəliyinin gedişində psixotik olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinə xarakterik olan psixotik vəziyyət hazırki dövrdə də davam etdiyindən o, hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən və onun əziyyət çəkdiyi paranoid şizofreniya xəstəliyinin gedişində psixotik xarakterli əlamətlərin halhazırda da davam etməsinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yamadığı müəyyən edilir. Buna görə də Təqsirləndirilən şəxs barəsində CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatiriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. (i.v. 103-107) Anlaqsız vəziyyətdə cinayət törətmiş Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılmasına cəlb olunması qeyri mümkün olduğu üçün onun öz psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilməməsi barədə protokol tərtib edilərək istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorun vasitəsilə Sumqayıt şəhər Məhkəməsinə müraciət olunmuş və Sumqayıt şəhər Məhkəməsinin 28 aprel 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində istintaqı aparılan cinayət işi üzrə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.(i.v. 114-116) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 ədəd DVD diskə baxış keçirilərkən məlum olmuşdur ki, "xxxx" MMC-yə məxsus mağazanın şüşə qapısının sındırılmış vəziyyətdəki şəkili öz əksini tapmışdır. 1-ci videofayl 9 saniyyədən ibarətdir. Videoda mağazadakı vitrinlərin sındırılmış vəziyyətdə yerdə olduğu görünür. 2-ci video 4 saniyyədən ibarətdir. Videoda mağazanın giriş qapısının sındırılmış vəziyyədə olduğu görünür. 3-cü video 2 dəqiqə 54 saniyyədən ibarətdir. İlk saniyyədə şəxs küçədə şüşə qapının qarşısında dayanıb qapıya tərəf baxır. Sonra arxaya çəkilib sürətlə qapıya tərəf gəlib təkiplə mağazanın şüşə qapısına vurur. 2-ci cəhddə şəxs qapını sındırıb içəriyə daxil olur. Bundan sonra manitorda müşahidə kameralarının müxtəlif tərəflərdən çəkilmiş görüntüləri ekrana çıxır. Görüntüdə şəxsin vitrinlərin qarşısı ilə irəlilədiyi görünür. Sonra şəxs telefonlar olan vitrinlərin qarşısında dayanıb sağ ayağındakı ayaqqabını çıxarıb təmizləyir, sonra ayaqqabını geyinir. Şəxs aşağı əyilib əli ilə dolabın taxta qapısını dartaraq açır və içəriyə baxır. Sonra şəxs ikinci qapını əli ilə dartıb sındırır və kənara atır. Şəxs yenidən digər qapını sındırıb içəridəki telefona baxıb yerinə qoyur. Sonra dolabın digər qapısını sındırır. Şəxs dolabın sonuncu qapısını da sındırıb kənara atır. Şəxs dolabın içərisinə baxdıqdan sonra vitrinin qarşısında dayanıb vitrinə baxır. Şəxs vitrindən içərisnidə telefon olan qutunu götürüb qapıya doğru hərəkətini davam etdirir. Şəxs qapıdan çıxdığı zaman YPX əməkdaşlarının onu saxladıqları görünür. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.26); “Sübutların qiymətləndirilməsi haqqında” 29 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsya CM-nin 29,177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs oğurlamağa cəhd etdiyi 01 ədəd «Samsung S928» (S24 ultra) Titanium Black markalı, 256 GB daxili yaddaşlı mobil telefon maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 180.2.1, 186 və 177.2.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq, məhkəmə psixiatrik və psixoloji ekspertizalarısının və Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 37 saylı rəyi sübut kimi tanınmış 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (i.v. 117-122) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Beləliklə, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı araşdırılmış sübutları, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələrini, məhkəmə ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və iş üzrə sübut əhəmiyyətinə malik sənədləri tədqiq edib Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143 və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək, məhkəmə belə qənaətə gəlir ki, CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilmişdir. Cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29, 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Onun əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ümumi tipli psixiatriya stasionarında məcburi müalicə olunmalıdır. Belə ki, CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə, yuxarıda şərh olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 Stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 08 aprel 2025-ci il tarixli, 37 nömrəli ekspertiza rəylərinə əsasən hesab edir ki, qeyd olunan ictimai təhlükəli əməli törədərkən Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları ölçübbiçmək və idarə etmək iqtidarında olmamışdır, buna görə də onun əməli ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalı, “paranoid şizofreniya” formasında kəmağıllılıq psixi xəstəlik davam etdiyinə görə o, hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyil. Təqsirləndirilən şəxs hərəkətləri CM-nin 21.1-ci maddəsinin təsiri altına düşdüyündən onun cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Şərh olunan məhkəmə psixiatrik ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. CM-nin 93.2-ci maddəsinin tələbinə görə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirmək təhlükəsi yaradır. Həmin Məcəllənin 93.1.1-ci maddəsinə görə həmin hal bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsasdır. Həmin Məcəllənin 94-cü maddəsinin tələbinə əsasən tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsində məqsəd, həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsininin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 95.0.2-ci maddəsinə görə məhkəmə psixi pozuntusu olan şəxslərə ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Hüquq pozucuları ilə davranış və cinayətkarlığa qarşı mübarizə” üzrə BMT-nin 30 avqust 1955-ci il tarixdə qəbul edilmiş “Məhkumlarla davranışın minimal standart qaydaları”nın 82-ci bəndində göstərilmiuşdir ki, psixi xəstə hesab edilənlər həbsxanaya salınmamalı və eyni zamanda onların psixi xəstələr üçün müəssisələrə tezliklə keçirilməsi üçün tədbir görülməlidir. BMT-nin Baş Assambleyasının 17 dekabr 1991-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Psixi xəstələrin müdafiəsi və psixiatrik yardımının yaxşılaşdırılması prinsipləri”nin 20-ci bəndində də müəyyən edilmişdir ki, cinayət qanunu ilə qadağan edilmiş əməl törətmiş şəxslərə münasibətdə, əgər onların psixi xəstəlikdən əziyyət çəkmələri ehtimal edilirsə və ya müəyyən edilmişdirsə, onların hüquqlarına xələl gətirmədən belə hallarda zəruri dəyişikliklər və məhdudiyyətlər, ümumi müdafiə prinsipləri tam həcmdə tətbiq edilməlidir. Göstərilənlər “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08 noyabr 2012-ci il tarixli, 8 nömrəli qərarının tövsiyyələrində də müəyyən edilmişdir. Məhkəmə, göstərilən konstitusion və beynəlxalq normaları, habelə CPM-nin göstərilən maddələrini rəhbər tututaraq və işin hallarına əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilməli, həmin əməli anlaqsız vəziyyətdə törətdiyinə görə cinayət məsuliyyətindən azad edilməli, barəsində həmin məcəllənin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməməlidir. Qərarın icra edilməsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər polis idarəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 əməkdaşlarına həvalə edilməlidir. İş üzrə məhkəmə əmtəəşünaşlıq ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin vəsait Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - 01 ədəd «Samsung S928» (S24 ultra) Titanium Black markalı, 256 GB daxili yaddaşlı mobil telefonun saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut – oğurluq hadisəsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 110 manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 29, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq olunaraq ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis idarəsinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X7 əməkdaşlarına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri qərar qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilməsin. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci dövlət büdcəsinin vəsaiti hesabından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - 01 ədəd “Samsung S928” (S24 ultra) Titanium Black markalı, 256 GB daxili yaddaşlı mobil telefonun saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – oğurluq hadisəsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar