Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-419/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olan, Sumqayıt şəhəri, Xəzri Yaşayış massivində fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzabati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki,Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə 11 fevral 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kompressor zavodu ərazisində yerləşən fərdi evin həyətinə hasarı aşmaqla qanunsuz daxil olaraq həyətdəki saxlanc yeri olan göyərçin hininin kilidini sındırıb oradan 80 (səksən) manat dəyərində 5 ədəd erkək cinsli göyərçini və 56 (əlli altı) manat dəyərində 4 ədəd dişi cinsli göyərçini gizli yolla talayaraq, ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs 136 (yüz otuz altı) manat məbləğinda ziyan vurub oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.F.Axundov küçəsi ev 2-də qeydiyyatda olsam da, Sumqayıt şəhəri, Xəzri Yaşayış massivində fərdi evdə ailəmlə birlikdə yaşayır. Əvvəllər də oğurluq etdiyinə görə bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 28 mart 2020-ci il tarixdə həbsdən çıxmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. İş olanda fəhlə kimi fəaliyyət göstərir. Lakin fəhlə işi də olmadığından artıq bir neçə müddət idi ki, işsiz olmuş və pula ehtiyacı yaranmışdır. Heç yerdə iş tapa bilməmiş və bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 11 fevral 2021-ci il tarixdə saat 02 radələrində yaşadığı evdən çıxıb Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kompressor zavodu ərazisinə getmiş və orada fərdi evlərdən birindən oğurluq etmək qərarına gəlmişdir. Həmin ərazidə evlərdən birinin hasarını aşıb həyətinə daxil olandan sonra əvvəlcə həyəti axtarmağa başlamış, sonra həyətdə göyərçin hini görmüşdür. Hinin kilidini sındırıb içəridə olan 9 ədəd göyərçini götürüb həyətdən çıxmış və yaşadığı evə gətirib heç kimin görmədiyi yerdə gizlətmişdir. Göyərçinləri satmaq istəsə də, fikirləşmişdir ki, bir neçə gün keçsin satar. Bir neçə gün keçəndən sonra göyərçinlər üçün müştəri axtarmağa başlamışdır. Lakin müştəri tapa bilməmişdir. 11 mart 2021-ci il tarixdə yaşadığı evə getdiyi zaman Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən saxlanılmış və ilkin soğru zamanı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kompressor zavodu ərazisində yerləşən fərdi evdən göyərçin oğurlayıb-oğurlamadığını soruşanda o, törətdiyi cinayəti etiraf etmişdir. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuş və izahat verdikdən sonra Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Kompressor zavodu ərazisində yerləşən fərdi evdən oğurladığı 9 ədəd göyərçini polis əməkdaşlarına təqdim etmişdir.Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Artico tikinti MMC-də santexnik işləyir. Bundan başqa göyərçin saxlamaq kimi də həvəsi vardır. Bu məqsədlə 2017-ci ildə, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 400 (dörd yüz) manata 9 ədəd göyərçin almışdır. Həmin göyərçinləri yaşadığı evin həyətində inşa etdiyi hində saxlamış və həmişə hinin qapısının kilidi bağlı olmuşdur. 11.02.2021-ci il tarixdə səhər saat 06 radələrində yaşadığı fərdi evin həyətində olan hinə nəzər yetirəndə hinin kilidinin sındırıldığını, hindən isə 9 ədəd göyərçinin oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi 11.02.2021-ci il tarixdə saat 01 radələrindən 06 radələrinədək olan müddət ərzində baş vermişdir. Bir qədər gözlədikdən sonra Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə 2-ci PB-nin əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. O, polis əməkdaşlarına baş vermiş oğurluğu törətməkdə Ehtiram adlı şəxsdən şübhələndiyini demiş, nəticədə sonradan məlum olmuşdur ki, oğurluğu həqiqətən Ehtiram törətmişdir və ona məxsus 9 ədəd göyərçin polis əməkdaşları tərəfindən Ehtiramdan götürülüb ona qaytarılmışdır. Oğurlanan göyərçinlərdən 5-i erkək cinsli, 4-ü dişi cinslidir. Göyərçinlərin 8-i ağ rəngli, 1-i isə ağ-göy çillidir. Göyərçinlərdən 2-si 3 illik, 7si isə onların balalarıdır. Balaları 6 aylıqdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 400 (dörd yüz) manat ziyan dəymişdir. O, Ehtiramı qiyabı olaraq tanımış və onun oğurluğa görə əvvəllər məhkum olunduğunu bilmişdir. Hadisədən qabaq isə onu bir neçə dəfə yaşadığı evin ətrafında görmüşdür. Məhz buna görə Ehtiramdan şübhələnmiş və nəticədə şübhələri doğru çıxmışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, 11 fevral 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Azərbaycan Respublikası DİN-in “102” xidmətindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Kompressor zavodu ərazisində yerləşən fərdi evin həyətindəki göyərçin hinindən 9 ədəd göyərçinin oğurlanması barədə Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur. O, həmin əraziyə təhkim olunmuş əməliyyat müvəkkili olduğundan daxil olmuş məlumat əsasında əraziyə təhkim olunmuş sahə müvəkkili ilə birlikdə dərhal qeyd olunan ünvandakı fərdi evə yollanmışlar. Zərərçəkmiş şəxsin Ehtiram adlı şəxsdən şübhələndiyini bildirməsi ilə əlaqədar olaraq həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 11 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və həmin şəxs onlar tərəfindən saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Kompressor zavodu ərazisində yerləşən fərdi evin həyətindəki göyərçin hinindən 9 ədəd göyərçini oğurladığını etiraf etmiş, həmin göyərçinləri sata bilmədiyi üçün evində saxladığını bildirmişdir. Daha sonra 9 ədəd göyərçin Təqsirləndirilən şəxs götürülərək Zərərçəkmiş şəxs qaytarılmışdır. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1ifadəsindən görünür ki, 11 fevral 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Azərbaycan Respublikası DİN-in “102” xidmətindən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Kompressor zavodu ərazisində yerləşən fərdi evin həyətindəki göyərçin hinindən 9 ədəd göyərçinin oğurlanması barədə Zərərçəkmiş şəxs müraciəti daxil olmuşdur. O, həmin əraziyə təhkim olunmuş əməliyyat müvəkkili olduğundan daxil olmuş məlumat əsasında əraziyə təhkim olunmuş sahə müvəkkili ilə birlikdə dərhal qeyd olunan ünvandakı fərdi evə yollanmışlar. Zərərçəkmiş şəxsin Ehtiram adlı şəxsdən şübhələndiyini bildirməsi ilə əlaqədar olaraq həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat-axtarış tədbirləri keçirilmişdir. 11 mart 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törədən şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuş və həmin şəxs onlar tərəfindən saxlanıldıqdan sonra Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət olunmuşdur. Polis bölməsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi Kompressor zavodu ərazisində yerləşən fərdi evin həyətindəki göyərçin hinindən 9 ədəd göyərçini oğurladığını etiraf etmiş, həmin göyərçinləri sata bilmədiyi üçün evində saxladığını bildirmişdir. Daha sonra 9 ədəd göyərçin Təqsirləndirilən şəxs götürülərək Zərərçəkmiş şəxs qaytarılmışdır. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 01 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan ödənildiyindən şikayətçi deyildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşunaslıq ekspertizasının 12.03.2021-ci il tarixli 9/899 saylı rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhərində yerləşən ev quşlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən doqquz ədəd göyərçin ev quşlarının, 11 fevral 2021-ci il tarixə qərarın təsviri hissəsinmdə göstərilən məlumatlara əsasən respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir.-5 ədəd erkək cinsli göyərçinlər 80,00 manat:-4 ədəd dişi cinsli göyərçinlər 56,00 manat. Qərarın təsviri hissəsində göstərilən 2-si 3 illik və 7-si 6 aylıq, eləcə də 8-i ağ rəngli və 1i ağ-göy çilli rəngli olan məlumat hansı cinsli göyərçinlərə (erkək və ya dişi) aid olması barədə məlumat olmadığından və hazırki ekspertiza rəyində tədqiq edilən göyərçinlər tədqiqata təqdim edilmədiyindən onların qiymətləri barədə yuxarıda qeyd edilən səbəblərdən, qərarın təsvisi hissəsində göstərilən məılumatlara əsasən nəzəri hesablama yolu ilə şərti olaraq müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 9 ədəd göyərçin maddi sübut qismində tanınmış və saxlanılması üçün zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin materiallarında olan DİN BƏSİİ-dən alınmış 20.03.2021-ci il tarixli, tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 12.09.2018-ci il tarixli, 04.12.2018-ci il tarixli hökmlərinin surətlərindən və Sumqayıt Apellyasia Məhkəməsinin Cinayət Kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 12.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələri ilə təqsirli bilinib 02 il şərti sınaq müddəti, 1900 manat cərimə cəzasına məhkum olunmuşdur. Sumqayıt şəhər məhkəməsinin 04.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 71.5, 67.1-ci maddəsi ilə təqsirli bilinib 03 il, 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 04.12.2018-ci il tarixli qərarı ilə Sumqayıt şəhər məhkəməsinin 04.12.2018-ci il tarixli hökmü dəyişdirilmiş və Azərbaycan Respublikası CM-nin 234.1, 66.5-ci maddəsi ilə qəti olaraq 01 il 06 ay azadlıqdan məhrumetmə cəzası, 12.09.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti və 24.11.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 1900 manat cərimə cəzası təyin edilmişdir. 28.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə 11 mart 2021-ci il tarixində Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə saat 21:50-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. 13 mart 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində Sumqayıt şəhər Məhkəməsinin həmin tarixli qərarı ilə 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 11 mart 2021-ci il tarixindən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli Qərarı ilə Təqsirləndirilən şəxs oğlnun həbsdə saxlama müddəti 11 iyun 2021-ci il tarixinədək uzadılmışdır. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının 18 iyun 2021-ci il tarixli qərarından görünür ki. təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 08 may 2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Sumqayıt şəhər Probasiya şöbəsi tərəfindən Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş 07 sentyabr 2021-ci il tarixli 64388 saylı arayışdan görünür ki,Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin 12.02.2019-cu il tarixli qərarına əsasən CM-nin 234.1-ci maddəsinə əsasən təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 66.5,67.1,71.5-ci maddələri tətbiq edilməklə 1900 manat cərimə cəzası və Sumqayıt şəhər Məhkəməsinin 12.09.2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.1,177.2.2,177.2.23-cü maddələri ilə 02 il sınaq müddəti müəyyən edilməklə şərti azadlıqdan məhrum etmə cəzasının icrası müstəqil olaraq saxlanmışdır. Təqsirləndirilən şəxs Nazir oğlu hazırki müddətə kimi 1900 manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə üzərlərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs 28 mart 2020-ci il tarixində cəzanın sonu ilə azad olması və məhkumluğu ödənilmədən 11 fevral 2021-ci il tarixində yenidən cinayət törətməsi onun əməlində cinayətin residivinin olmasını müəyyən edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində 02 il müddətinə sınaq müddəti Sumqayıt şəhər Məhkəməsinin 12.09.2018-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur. Odur ki,Təqsirləndirilən şəxs 11.02.2021-ci il tarixində cinayət əməlini törədərkən onun üzərində müəyyən olunmuş sınaq müddəti bitmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. AzərbaycanRespublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərətərfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-nin 28.4.2-ci maddəsi cinayət-mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur.Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsini istisna edən halların dairəsi isə CPMnin 125.2-ci maddəsində göstərilmişdir. CPM-nin 125.7-ci maddəsi cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyü üzrə məsələnin həllini bir vəzifə olaraq icraatı aparan orqanın, o cümlədən məhkəmənin üzərinə qoymuşdur. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutlann mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanıyün gülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirininəzərəalır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsidir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olmasıdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda tətbiq olunur ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən məhkəmə belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 1900 manat cərimə cəzasının ödənilməmiş 1900 (min doqquz yüz) manat hissəsi ona hazırki hökmlə ona təyin olunmuş cəzaya tam birləşdirilməklə üzərində qəti cəza təyin olunmalıdır. Cəzaçəkmə müddətinin 11 mart 2021-ci il tarixindən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmış 09 ədəd göyərçinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08 iyun 2021-ci il tarixli (iş № 1(060)-419/2021) qərarını icra edərək, 08 iyun 2021-ci il tarixli 599 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 21, 39, 42, 344-349, 350; 351-353, 356, 358, 381, 384.1, 385 və 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 12 sentyabr 2018-ci il tarixli, 1 (060)243/2018 saylı hökmü ilə ona təyin olunmuş və çəkilməmiş 1900 (bir min doqquz yüz) manat cərimə cəzası ona hazırki hökmlə təyin olunmuş cəza ilə tam birləşdirilsin və üzərində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 1900 (bir min doqquz yüz) manat cərimə cəzası müəyyən edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 11 mart 2021-ci il tarixindən hesablansın. Cərimə cəzası müstəqil icra olunsun Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 09 ədəd göyərçinin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti veriləbilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-419/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-419/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver