Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-42/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1998-ci ildə Xaçmaz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, məhkum olunmamış, Xaçmaz rayonu, Rəhimoba kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 2-ci mikrorayonda yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2020-ci il tarixdə saat 03:00-da qabaqcadan aralarındakı razılaşmaya əsasən Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhər, 3-cü mikrorayon ərazisində yerləşən gözəllik salonunun pəncərəsini sıxıb açandan sonra ikisi də salona qanunsuz daxil olmuş, masaların üzərindən hər birinin dəyəri 5 manat olan on səkkiz ədəd dodaq boyasını, dəyəri 8 manat olan bir ədəd “Hudabeauty” kiprik tuşunu, dəyəri 10 manat olan bir ədəd “FLY lashesmascara” kiprik tuşunu, hər birinin dəyəri 5 manat olan on altı ədəd dodaq gelini, dəyəri 3 manat olan bir ədəd 50 mllik ”Palette” markalı saç boyasını, hər birinin dəyəri 10 qəpik olan on üç ədəd müxtəlif markalı kosmetik qələmləri, hər birinin dəyəri 1 manat olan beş ədəd müxtəlif markalı kosmetik vasitələri (ten), dəyəri 2 manat olan bir ədəd “JEV” markalı kosmetik vasitəni (ten), hər birinin dəyəri 50 qəpik olan beş ədəd dırnaq boyalarını, dəyəri 6 manat olan bir ədəd “LİNA” markalıdırnaq təmizləyici mayeni, dəyəri 7 manat olan bir ədəd “LİDAN” markalı dırnaq təmizləyicisini, dəyəri 7 manat olan bir ədəd “BELLA” markalı manikür aparatının təmizləyici mayesini, hər birinin dəyəri 4 manat olan iyirmi bir ədəd ədəd “X8 color plus” markalı saç boyasını, hər birinin dəyəri 25 manat manat olan iki ədəd “Arnica Mistral 8911” markalı saç qurutma fenini, dəyəri 20 manat olan bir ədəd markasız saç qurutma fenini, hər birinin dəyəri 15 manat olan iki ədəd “Brarwn” markalı saç buran fenini, dəyəri 5 manat olan bir ədəd “LOOF 618” markalı saç qaynağı aparatını, dəyəri 15 manat olan bir dəst markasız qulaq deşən aparatı, hər birini dəyəri 50 qəpik olan altı ədəd markasız darağı, dəyəri 10 manat olan bir ədəd markasız qulaq deşən aparatı, dəyəri 50 qəpik olan bir ədəd “X6 1022 S” markalı darağı, dəyəri 1 manat olan bir ədəd “Redeo Professional 3033” markalı darağı, dəyəri 30 qəpik olan bir ədəd “Eosa professional 0.91” markalı darağı, dəyəri 15 manat olan bir ədəd 0123 kodlu tatirovka aparatını, dəyəri 12 manat olan bir ədəd “Sonas” markalı saç ütüsünü, dəyəri 15 manat olan bir ədəd “Quick” markalı “Q706” model saç ütüsünü, dəyəri 10 manat olan bir ədəd “Model GM 1961” markalı saç ütüsünü, hər birinin dəyəri 02 manat olan iki ədəd “İpek” markalı 600 ml-lik saç şampununu, dəyəri 2 manat 50 qəpik olan bir ədəd “Belux” markalı 750 ml-lik saç şampununu, dəyəri 5 manat olan bir ədəd “Amalfı” markalı 01 litrlik saç şampununu, dəyəri 2 manat 50 qəpik olan bir ədəd “Atousa” markalı 750 ml-lik saç şampununu, dəyəri 10 manat olan bir ədəd “Vanelly” markalı 100 ml-lik depilyatoru, dəyəri 02 manat olan bir ədəd “Morfose” markalı 400 ml-lik saç lakını, dəyəri 03 manat olan bir ədəd “Belea” markalı 250 ml-lik saç kremini, dəyəri 03 manat bir ədəd “Allday” markalı 250 ml-lik saç kremini, dəyəri 06 manat olan bir ədəd “Nitro canada” markalı 160 ml-lik üç gelini, dəyəri 20 manat olan bir ədəd “Eti” markalı fenini, dəyəri 20 manat olan bir ədəd “Brovn” markalı fenini, dəyəri 01 manat olan bir ədəd iri dişli darağını, dəyəri 02 manat olan bir ədəd şotka darağını, dəyəri 50 qəpik olan bir ədəd xırda darağı, hər birinin dəyəri 30 qəpik olan üç ədəd dırda diş darağını, dəyəri 02 manata olan saç açıcı məhlulun 01 litr həcmində suyunu, dəyəri 2 manat 65 qəpik olan bir ədəd “İpek” markalı 1 litrlik saç şampununu, dəyəri 2 manat 65 qəpik olan bir ədəd “İpek” markalı 1 litrlik saç yumşaldıcısını talamaqla zərərçəkmiş şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 530,60 (beş yüz otuz manat altmış qəpik) qəpik, Zərərçəkmiş şəxs1 52,2 (əlli iki manat iyirmi qəpik) manat, X4 isə divara asılmış bir ədəd Çin Xalq Respublikasında istehsal olmunmuş 32 düyümlü dəyəri 250 manat olan “LG” markalı televizoru gizli talayaraq zərərçəkmişlərə ümumilikdə 870,80 (səkkiz yüz yetmiş manat səksən qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 10 ilə yaxın bir müddətdir ki, anası ilə Sumqayıt şəhərində yaşayır. Maddi vəziyyətləri çox aşağı olduğu üçün Sumqayıt şəhəri, 2-ci mikrorayonda nömrəsini bilmədiyi binanın zirzəmisində yaşayırdı. Gününün çox hissəsini çöllərdə və mikrorayon ərazisində olan internet klublarında keçirirdi. X2 9 ilə yaxın bir müddətdir ki, tanıyır və Vüqarla münasibəti yaxşı olmuşdur. Vüqarla yenidən 2020-ci ilin fevral ayında qarşılaşmışlar, Vüqar ona cəzaçəkmə müəssisəsindən yeni çıxdığını demişdir. Bundan sonra onun Vüqarla münasibətləri daha da yaxşılaşmış, günün çox hissəsini birlikdə keçirirmişlər. 27.04.2020-ci il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mağazaların birindən pivə alıb birlikdə içmişlər və sərxoş olmuşlar. Bundan sonra 3-cü mikrorayon ərazisində gəzişməyə başlamışlar. 28.04.2020-ci il tarixdə saat 03:00 radələrində “Nərmin” gözəllik salonunun qarşısından keçəndə gizli yolla içəri daxil olub içəridən oğurluq edəcəkləri barədə əvvəlcədən razılaşmışlar. Bundan sonra gözəllik salonunun arxa tərəfinə keçmişlər. Sonra gəlib eləyən olsa Vüqara bildirməsi üçün ətrafa göz gəzdirmişdir. Bu zaman Vüqar sağ çiyni ilə gözəllik salonunun arxa tərəfində olan plastik pəncərəsini sıxıb itələyərək açmış və onlar birlikdə içəri daxil olmuşlar. İçəri daxil olduqdan sonra pəncərəni içəridən bağlamışlar. Bundan sonra Vüqar divarda olan “LG” markalı televizoru götürüb çölə çıxmış və o da salonun içərisində olan masaların üzərində olan və vitrinlərə yerləşdirilmiş bir neçə ədəd saç fenlərini, daraqları, saç şampunlarını və digər əşyaları götürüb çölə çıxmışdır. Bundan sonra Vüqara kömək etmiş və Vüqardan ayrılmışdır. Hadisədən bir neçə gün sonra ehtiyacı olduğu üçün Vüqardan 01 ədəd fen istəmiş, Vüqar ona oğurladıqları fendən birini yaşadığı yataqxanada vermiş və o da həmin feni tanımadığı şəxsə 10 manata satmışdır. Əldə etdiyi 10 manat pula özünə ayaqqabı almış və həmin ayaqqabı cırıldığı üçün zibilliyə atmışdır. O, həmin günü sərxoş olduğu üçün və oğurladıqları əşyaları Vüqar gizlətdiyi üçün oğurladıqları əşyaların nələr olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunun, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödəməyə maddi imkanının olmamasını nəzərə alınaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Nərmin” gözəllik salonunu 23 ildir ki, işlədir. Daimi olaraq onun gözəllik salonuna işçilər gəlib işləmiş və getmişlər. İşlədiyi müddətdə həmin gözəllik salonuna dəmir barmaqlıqlar qoyulsa da yenidən təmir zamanı həmin dəmir barmaqlıqlar pəncərədən çıxarılmışdır. 28.04.2020-ci il tarixdə səhər o işə gələn zaman salonun arxa plastik pəncərəsinin açıq olduğunu görmüş və salondan oğurluq olduğunu başa düşmüşdür. Bundan sonra içəri keçmiş və içərinin dağınıq olduğunu görmüşdür. Sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. O, ilkin olaraq salondan nələrin oğurlandığını bilməmiş, lakin, sonradan gözəllik salonundan onun iş zamanı istifadə etdiyi saç boyalarının, saç fenlərinin, dırnaq boyalarının, salonda divarda olan 01 ədəd LG markalı televizor və müxtəlif əşyaların oğurlandığını görmüşdür. O, həyəcanlı olduğu üçün onların siyahısını tuta bilməmişdir. Salonda işçi kimi fəaliyyət göstərən Zərərçəkmiş şəxs1 da 02 ədəd saç feni, 01 ədəd iri dişli darağı, 01 ədəd şotka daraq, 01 ədəd xırda diş daraq, 03 ədəd saçı nizamlamaq üçün istifadə olunan daraq, 01 ədəd saç açıcı məhlulun 01 litr həcmində olan suyu, 01 ədəd ipək markalı 01 litr həcmində şampunu, 01 ədəd İpək markalı 01 litr həcmində saç yumşaldıcısı (balzam) da oğurlanmışdır. Baş verən hadisə zamanı ona 1500 manat maddi ziyan dəymişdir. Əməli törədən şəxslər salonun pəncərəsini sıxıb açaraq içəri daxil olmuşlar. Zərərçəkmiş şəxs2 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Nərmin” gözəllik salonunda 3 ay saç ustası kimi fəaliyyət göstərib. İşə başlamamışdan öncə o, müdriyyətlə danışaraq ona məxsus olan əşyaları həmin gözəllik salonuna gətirmiş və iş prosesində ona məxsus əşyalarından istifadə etmişdir. 28.04.2020-ci il tarixdə səhər o, işə gələn zaman salonun arxa plastik pəncərəsinin açıq olduğunu görmüş və salona daxil olanda Səbinə xanımı orada görmüşdür. O, Səbinədən nə baş verdiyini soruşduqda Səbinə ona 27.04.2020-ci il tarixdən 28.04.2020-ci il tarixə keçən gecə naməlum şəxslər salonun plastikdən olan arxa pəncərəsini sıxıb açaraq içəri daxil olduqlarını və içəridən Səbinəyə və ona məxsus əşyaları oğurladıqlarını bildirmişdir. Salondan ona məxsus oğurluqdan 7 ay əvvəl 100 manata aldığı qara-sarı rəngli “Eti” markalı 01 ədəd fen, 3 ay əvvəl 80 manata aldığı ağqızılı rəngli “Brovn” markalı 01 ədəd fen, 2 ay əvvəl 5 manata aldığı 01 ədəd iri dişli daraq, 10 manata aldığı 01 ədəd şotka daraq, 2 manata aldığı 01 ədəd xırda diş daraq, hər biri 10 manata olan 03 ədəd saçı nizamlamaq üçün istifadə olunan daraq, 02 manata aldığı 01 ədəd saç açıcı məhlulun 01 litr həcmində olan suyu, 2 manat 65 qəpiyə aldğı 01 ədəd İpək markalı 01 litr həcmində şampun, 2 manat 65 qəpiyə 01 ədəd İpək markalı 01 litr həcmində saç yumşaldıcı (balzam) oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 230 manat 30 qəpik dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi zərər ödənilmədiyi üçün təqsirləndirilən şəxsə qanunla müəyyən olunmuş qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, o, Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən “Nərmin” gözəllik salonunda işləyir. 28.04.2020-ci il tarixdə səhər saatlarında işə gələn zaman salonun arxa plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bundan sonra dərhal içəri daxil olmuş və içəridə gözəllik salonunun müdirəsi Səbinənin və işçi Ramilənin olduğunu, salonun daxilində olan əşyaların dağınıq olduğunu görmüşdür. Səbinə və Ramilə içəridə nələrin oğurlandıqlarını tam bilməsələrdə onlara məxsus makiyaj vasitələrinin həmçinin salonda divardan asılmış LG markalı telvizorun oğurlandığını görmüşlər. Bundan sonra Səbinə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş verən hadisə barədə məlumat vermişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəməəmtəəşünaslıq ekspertizasının 10 iyul 2020-ci il tarixli 9/2352 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların (nəzəri qaydada) 2020ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: Sır Ümumi Bir ədədinin Ümumi a qiyməti Malların adı və markalanma miqdarı qiyməti №- göstəriciləri si Təqdim edilmiş mallar 1 Müxtəlif markalı istifadədə olmuş 18 ədəd 0 0 dodaq boyası (gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfdən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir) 2 «Huda beauty»markalı kiprik tuşu 1 ədəd 0 0 (50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 3 «Flylashes mascara» markalı kiprik 1 ədəd 0 0 tuşu(50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 4 müxtəlif markalı istifadədə olmuş 16 ədəd 0 0 dodaq geli (gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfdən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir) 5 «palette »markalı saç boyası(50%- 1 ədəd 0 0 dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 6 müxtəlif markalı istifadədə olmuş 13 ədəd 0,10 1,30 kosmetik qələmlər 7 Müxtəlif markalı, istifadədə olmuş 5 ədəd 1 5 kosmetik vasitələr (ten) 8 «JEV» markalı, istifadədə 1 ədəd 2 2 olmuşkosmetik vasitə (ten) 9 müxtəlif markalı istifadədə olmuş 51 ədəd 0,50 25,50 dırnaq boyaları (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 10 Üzərində «LİNA» yazıları olan dırnaq 1 ədəd 0 0 təmizləyici maye(50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 11 Üzərində «LİDAN» yazıları olan 1 ədəd 0 0 dırnaq təmizləyicisi(50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 12 Üzərində «BELLA» yazıları olan 1 ədəd 0 0 manikür aparatının təmizləyici mayesi(50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 13 Üzərində «X8 color plus» yazıları 21 ədəd 4 84 olan, təzə vəziyyətdə saç boyası 14 Üzərində «Arnica Mistral 8911» 1 ədəd 25 25 yazıları olan istifadədə olmuş saç qurutma feni 15 markalanmasına dir heç bir məlumat 1 ədəd 20 20 olmayan istifadədə olmuş saç qurutma feni 16 Üzərində «Brarwn» yazıları olan 2 ədəd 15 30 istifadədə olmuş saç buran fen 17 Üzərində «LOOF 618» yazıları olan 1 ədəd 5 5 istifadədə olmu saç qaynağı aparatı (üzərində qüsurlar,zədələr var) 18 markalanmasına dir heç bir məlumat 1 dəst 15 15 olmayan, göy rəngli qutuda qulaq deşən aparat (dəst) 19 markalanmasına dir heç bir məlumat 6 ədəd 0,50 3 olmayan istifadədə olmuş daraqlar 20 markalanmasına dir heç bir məlumat 1 ədəd 10 10 olmayan göy rəngli qulaq deşən aparat 21 «X6 1022 S» markalı, istifadədə 1 ədəd 0,50 0,50 olmuş daraq 22 «Redeo Professional 3033» markalı , 1 ədəd 1 1 istifadədə olmuş daraq 23 «Eosa Professional 0.91» markalı , 1 ədəd 0,30 0,30 istifadədə olmuş daraq 24 0123 kodlu, istifadədə olmuş 1 ədəd 15 15 tatirovka aparatı 25 «Sonas» markalı qara rəngli, 1 ədəd 12 12 istifadədə olmuş saç ütüsü 26 «Quicks» markalı, “Q706” model 1 ədəd 15 15 qara-qırmızı rəngli, istifadədə olmuş saç ütüsü 27 «Model GM 1961» markalı, qara- 1 ədəd 10 10 mavi rəngli istifadədə olmuş saç ütüsü (2 tərəfli) 28 «Quicks» markalı, “Q1028” model 1 ədəd 15 15 qara-qırmızı rəngli, istifadədə olmuş saç ütüsü 29 «İpek» markalı 600 ml saç şampun 2 ədəd 2 4 (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 30 «Belux» markalı 750 ml saç şampun 1 ədəd 0 0 (50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 31 «Amalfı» markalı 1L saç şampunu 1 ədəd 5 5 (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 32 «Atousa» markalı 750 ml saç 1 ədəd 0 0 şampunu (50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 33 «Vanelly» markalı 100 ml tük 1 ədəd 10 10 qoparan maddə, apparatı ilə birlikdə (depilyator) 34 «Morfose» markalı 400 ml saç lakı 1 ədəd 2 2 (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 35 «Balea» markalı 250 ml saç kremi 1 ədəd 3 3 (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 36 «Allday» markalı 200 ml saç kremi 1 ədəd 3 3 (təxminən 20% hissəsi istifadədə olub qalıq dəyəri) 37 «Nitro canada» markalı 160 ml üz 1 ədəd 0 0 geli (50%-dən çox hissəsi istifadədə olduğu üçün qiymətsiz müəyyən edilir) 38 Çində istehsal edilmiş “LG” markalı, 1 ədəd 250 250 32 düymlü televizor.Təqdim edilmiş televizor istifadədə olub arxa gövdəsi qırılmış vəziyyətdədir.(təyinatı üzrə istifadəyə yararlı olmaqla normal vəziyyətdə olan qiyməti) CƏMİ 571,60 Təqdim edilməyən mallar nəzəri qaydada 1 qara-sarı rəngli,“Eti” markalı fen 1 ədəd 20 20 2 ağ-qızılı rəngli, “Brovn” markalı fen 1 ədəd 20 20 3 iri dişli daraq 1 ədəd 1 1 4 şotka daraq 1 ədəd 2 2 5 xırda diş daraq 1 ədəd 0,50 0,50 6 saçı nizamlamaq üçün istifadə 3 ədəd 0,30 0,90 olunan daraq 7 saç açıcı məhlulun 01 litr həcmində 1 ədəd Aydın deyil 0 olan suyu 8 İpək markalı 01 litr həcmində 1 ədəd Aydın deyil 0 şampun 9 İpək markalı 01 litr həcmində saç 1 ədəd Aydın deyil 0 yumşaldıcı (balzam) CƏMİ 44,40 Ekspertiza tədqiqatına təqdim edilmiş 27 adda müxtəlif markalı istifadədə olmuş malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 571,60 manat, 11 adda mallar istifadəyə yararsız olduğu üçün və gigiyenik nöqteyi nəzərdən başqa şəxs tərəfdən istifadədə olması məqsədəuyğun olmadığı üçün qiymətsiz müəyyən edilir.Təqdim edilməmiş 6 adda malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 44,40 manat müəyyən edilir. Digər 3 adda mal tədqiqata təqdim edilmədiyi üçün və haqqında ətraflı məlumat (markası, istifadədə olması və s.) olmadığı üçün qiymətləndirimə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan 01 ədəd LG markalı televizor, markasız 7 ədəd dodaq boyası, 6 ədəd «Kata» markalı dodaq boyası, «Matt royal» markalı dodaq boyası, «Romantik bird» markalı dodaq boyası, «Ever beauty» markalı dodaq boyası, «Sara rose» markalı dodaq boyası, «Saterine arley» markalı dodaq boyası, «Huda beauty» markalı kiprik tuşu, «Fly lashes mascara» markalı kiprik tuşu, 6 ədəd markasız dodaq geli, 3 ədəd «NYXLİANİD sveet» markalı dodaq geli, «Verita» markalı dodaq geli, «Fiuda Beauty» markalı dodaq geli, «Note» markalı dodaq geli, 3 ədəd «Romantik bird» markalı dodaq geli, «Royge edition Velvet» markalı dodaq geli, «Svarskof» markalı saç boyası, 9 ədəd «Mac» markalı dodaq boyası, 02 ədəd «Miss Fidi» markalı dodaq karandaşı, markasız dodaq karandaşı, 4 ədəd tenin, «YEV» markalı teni, «Yumyova» markalı teni, 20 ədəd «RGB GEL» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Nova» markalı 10 ml dırnaq boyası, 07 ədəd «Kade» markalı 7 ml dırnaq boyası, 04 ədəd «İNDİLAQUE» markalı 9 ml dırnaq boyası, 02 ədəd «NANLAL» markalı 6 ml dırnaq boyası, «Noqolok» markalı 10 ml dırnaq boyası, «XUEAİQİ» markalı 14 ml dırnaq boyası, «GEL COLOR» markalı 15 ml dırnaq boyası, 02 ədəd «Red carpod» markalı 9 ml dırnaq boyası, «TNL professional» markalı 10 ml dırnaq boyası, 03 ədəd «Tertio» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Topcoat» markalı 15 ml dırnaq boyası, «LDM» markalı 10 ml dırnaq boyası, 04 ədəd «BLUESKY SVELLAC COLOR» markalı 10 ml dırnaq boyası, «LİNA» markalı dırnaq təmizləyici mayesi, «LİDAN» markalı dırnaq təmizləyicisi, «BELLA» markalı manikür aparatının təmizləyici mayesi, 21 ədəd «Farma Vita» markalı saç boyası, 02 ədəd «Arnica Mistral 8911» markalı saç qurutma feni, 02 ədəd «Braun» markalı saç buran feni, «LOOT» markalı saç qaynağı aparatı, markasız qulaq deşən aparatı, 06 ədəd markasız darağı, açıq vəziyyətdə qulaq deşən aparatı, «X5 1022 S» markalı darağı, «Redco Professional 3033» markalı darağı, «Eosa Professional 0.91» markalı darağı, 0123 kodlu tatirovka aparatı, «Sonas» markalı saç ütüsü, «Flat iron» markalı saç ütüsü, «Quicks» markalı saç ütüsü, «Model GM 1961» markalı saç ütüsü, «İpek» markalı 600 ml saç şampunu, «Belux» markalı 750 ml saç şampunu, «Amalfi» markalı 1l saç şampunu, «Afonsa» markalı 750 ml saç şampunu, «Vanelly» markalı 100 ml tük qoparan maddə apparatı ilə birlikdə, «Morfose» markalı 400 ml saç lakı, «Bella» markalı 250 ml saç kremi, «Allday» markalı 200 ml saç kremi, «Nitro» markalı 160 ml üz geli Zərərçəkmiş şəxs2 təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18.05.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06.10.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 13.11.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 16.11.2020-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 13 noyabr 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd LG markalı televizor, markasız 7 ədəd dodaq boyasın, 6 ədəd «Kata» markalı dodaq boyasın, «Matt royal» markalı dodaq boyasın, «Romantik bird» markalı dodaq boyası, «Ever beauty» markalı dodaq boyası, «Sara rose» markalı dodaq boyası, «Saterine arley» markalı dodaq boyası, «Huda beauty» markalı kiprik tuşu, «Fly lashes mascara» markalı kiprik tuşu, 6 ədəd markasız dodaq geli, 3 ədəd «NYXLİANİD sveet» markalı dodaq geli, «Verita» markalı dodaq geli, «Fiuda Beauty» markalı dodaq geli, «Note» markalı dodaq geli, 3 ədəd «Romantik bird» markalı dodaq geli, «Royge edition Velvet» markalı dodaq geli, «Svarskof» markalı saç boyası, 9 ədəd «Mac» markalı dodaq boyası, 02 ədəd «Miss Fidi» markalı dodaq karandaşı, markasız dodaq karandaşı, 4 ədəd tenin, «YEV» markalı teni, «Yumyova» markalı teni, 20 ədəd «RGB GEL» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Nova» markalı 10 ml dırnaq boyası, 07 ədəd «Kade» markalı 7 ml dırnaq boyası, 04 ədəd «İNDİLAQUE» markalı 9 ml dırnaq boyası, 02 ədəd «NANLAL» markalı 6 ml dırnaq boyası, «Noqolok» markalı 10 ml dırnaq boyası, «XUEAİQİ» markalı 14 ml dırnaq boyası, «GEL COLOR» markalı 15 ml dırnaq boyası, 02 ədəd «Red carpod» markalı 9 ml dırnaq boyası, «TNL professional» markalı 10 ml dırnaq boyası, 03 ədəd «Tertio» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Topcoat» markalı 15 ml dırnaq boyası, «LDM» markalı 10 ml dırnaq boyası, 04 ədəd «BLUESKY SVELLAC COLOR» markalı 10 ml dırnaq boyası, «LİNA» markalı dırnaq təmizləyici mayesi, «LİDAN» markalı dırnaq təmizləyicisi, «BELLA» markalı manikür aparatının təmizləyici mayesi, 21 ədəd «Farma Vita» markalı saç boyası, 02 ədəd «Arnica Mistral 8911» markalı saç qurutma feni, 02 ədəd «Braun» markalı saç buran feni, «LOOT» markalı saç qaynağı aparatı, markasız qulaq deşən aparatı, 06 ədəd markasız darağı, açıq vəziyyətdə qulaq deşən aparatı, «X5 1022 S» markalı darağı, «Redco Professional 3033» markalı darağı, «Eosa Professional 0.91» markalı darağı, 0123 kodlu tatirovka aparatı, «Sonas» markalı saç ütüsü, «Flat iron» markalı saç ütüsü, «Quicks» markalı saç ütüsü, «Model GM 1961» markalı saç ütüsü, «İpek» markalı 600 ml saç şampunu, «Belux» markalı 750 ml saç şampunu, «Amalfi» markalı 1l saç şampunu, «Afonsa» markalı 750 ml saç şampunu, «Vanelly» markalı 100 ml tük qoparan maddə apparatı ilə birlikdə, «Morfose» markalı 400 ml saç lakı, «Bella» markalı 250 ml saç kremi, «Allday» markalı 200 ml saç kremi, «Nitro» markalı 160 ml üz gel Zərərçəkmiş şəxs2 sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Cinayət işinin materiallarına əlavə olunmuş arayışdan görünür ki, cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarını müdafiəsi üçün vəkil Müdafiəçi1 08 (səkkiz) saat iştirak etmişdir. Ona görə də 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11 avqust 2020-ci il tarixli (iş № 1(060)- 395/2020) qərarını icra edərək, 15 avqust 2020-ci il tarixli 848 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 7 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 13 noyabr 2020-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 təhvil verilmiş 01 ədəd LG markalı televizor, markasız 7 ədəd dodaq boyasın, 6 ədəd «Kata» markalı dodaq boyasın, «Matt royal» markalı dodaq boyasın, «Romantik bird» markalı dodaq boyası, «Ever beauty» markalı dodaq boyası, «Sara rose» markalı dodaq boyası, «Saterine arley» markalı dodaq boyası, «Huda beauty» markalı kiprik tuşu, «Fly lashes mascara» markalı kiprik tuşu, 6 ədəd markasız dodaq geli, 3 ədəd «NYXLİANİD sveet» markalı dodaq geli, «Verita» markalı dodaq geli, «Fiuda Beauty» markalı dodaq geli, «Note» markalı dodaq geli, 3 ədəd «Romantik bird» markalı dodaq geli, «Royge edition Velvet» markalı dodaq geli, «Svarskof» markalı saç boyası, 9 ədəd «Mac» markalı dodaq boyası, 02 ədəd «Miss Fidi» markalı dodaq karandaşı, markasız dodaq karandaşı, 4 ədəd tenin, «YEV» markalı teni, «Yumyova» markalı teni, 20 ədəd «RGB GEL» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Nova» markalı 10 ml dırnaq boyası, 07 ədəd «Kade» markalı 7 ml dırnaq boyası, 04 ədəd «İNDİLAQUE» markalı 9 ml dırnaq boyası, 02 ədəd «NANLAL» markalı 6 ml dırnaq boyası, «Noqolok» markalı 10 ml dırnaq boyası, «XUEAİQİ» markalı 14 ml dırnaq boyası, «GEL COLOR» markalı 15 ml dırnaq boyası, 02 ədəd «Red carpod» markalı 9 ml dırnaq boyası, «TNL professional» markalı 10 ml dırnaq boyası, 03 ədəd «Tertio» markalı 10 ml dırnaq boyası, 02 ədəd «Topcoat» markalı 15 ml dırnaq boyası, «LDM» markalı 10 ml dırnaq boyası, 04 ədəd «BLUESKY SVELLAC COLOR» markalı 10 ml dırnaq boyası, «LİNA» markalı dırnaq təmizləyici mayesi, «LİDAN» markalı dırnaq təmizləyicisi, «BELLA» markalı manikür aparatının təmizləyici mayesi, 21 ədəd «Farma Vita» markalı saç boyası, 02 ədəd «Arnica Mistral 8911» markalı saç qurutma feni, 02 ədəd «Braun» markalı saç buran feni, «LOOT» markalı saç qaynağı aparatı, markasız qulaq deşən aparatı, 06 ədəd markasız darağı, açıq vəziyyətdə qulaq deşən aparatı, «X5 1022 S» markalı darağı, «Redco Professional 3033» markalı darağı, «Eosa Professional 0.91» markalı darağı, 0123 kodlu tatirovka aparatı, «Sonas» markalı saç ütüsü, «Flat iron» markalı saç ütüsü, «Quicks» markalı saç ütüsü, «Model GM 1961» markalı saç ütüsü, «İpek» markalı 600 ml saç şampunu, «Belux» markalı 750 ml saç şampunu, «Amalfi» markalı 1l saç şampunu, «Afonsa» markalı 750 ml saç şampunu, «Vanelly» markalı 100 ml tük qoparan maddə apparatı ilə birlikdə, «Morfose» markalı 400 ml saç lakı, «Bella» markalı 250 ml saç kremi, «Allday» markalı 200 ml saç kremi, «Nitro» markalı 160 ml üz gel Zərərçəkmiş şəxs2 sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdikləri 7 saat hüquqi yardıma görə 42 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-42/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-42/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver