Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-42/2022 14.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1962-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəki rayonu, Axundov küçəsi, ev 6/7-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs sosial evlə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncunun 2020-ci ilin mart ayında ünvan 1 ünvanında 2000 (iki min) manat pulunu, 28.09.2020-ci il tarixdə ünvan 2 ünvanında 6000 (altı min) manat pulunu, ümumilikdə 8000 (səkkiz min) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvvəllər Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin müxtəlif bəndləri ilə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. O, Zərərçəkmiş şəxs il yarım əvvəl tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Şahid1 Zərərçəkmiş şəxs ilə yaxın qohum, bacanaqdırlar. Şahid1 onunla görüşərək bacanağı Zərərçəkmiş şəxs evsiz olduğunu, kirayədə yaşadığını deyib, Zərərçəkmiş şəxs sosial ev alınmasında köməklik göstərməsini xahiş etmişdir. 3-4 il əvvəl belə bir iş gördüyünə görə özünə arxayın olmuş və işi həll edə biləcəyini Şahid1 deyib razılaşmışdır. Danışıqlar zamanı Zərərçəkmiş şəxs onunla əlaqə saxlayıb görüşməsinin və şərtlər barədə danışmalı olduğunu Səfərə bildirmişdir. 2020-ci ilin mart ayında onun istifadəsində olan mobil nömrəyə zəng edən şəxs Şahid1 bacanağı Zərərçəkmiş şəxs olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 3 ünvanına dəvət etmiş, Elnur Səfərlə onun yaşadığı evə gəlmiş və tanış olmuşlar. Bu görüşdən bir neçə gün sonra Zərərçəkmiş şəxs bir qadınla onun yaşadığı evə gəlmişdir. Elnur həmin qadını təqdim edərək Şahid2, yəni həyat yoldaşı olduğunu qeyd etmişdir. Biraz söhbət etdikdən sonra o, yalandan Elnura sosial evin alınması üçün ilkin mərhələdə 2000 (iki min) manat lazım olduğunu demişdir. Elnur onunla razılaşsa da, üzərində pul olmadığını bildirmiş, bir neçə günə işlədiyi yerdən borca pul götürüb gətirib verəcəyini demişdir. O, Elnurgili yalandan arxayın edərək, yalan vədlər verib evin tez bir zamanda alınaraq veriləcəyini bildirmişdir. 2020-ci ilin mart ayının ikinci on günlüyündə Zərərçəkmiş şəxs onun yaşadığı ünvana gələrək istədiyi 2000 (iki min) manat pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini ona vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs yalandan evin tez bir zamanda sənədlərinin hazır olacağını, may ayında evi təhvil verəcəyini demişdir. Bundan sonra Elnur onunla sağollaşıb getmişdir. 2020-ci ilin may ayında Elnur ona bir neçə dəfə zəng edib işin nə yerə olduğunu soruşduqda o, Elnura mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq sənədlərin biraz gecikdiyini, lakin tez bir zamanda öz həllini tapacağını demişdir. Elnur onunla mütəmadi danışmış, Elnuru aldadaraq pandemiya olduğuna görə məsələnin bu qədər gecikdiyini demişdir. 2020-ci ilin sentyabr ayında onun pula ehtiyacı olduğu üçün Elnura zəng edərək işin həll olunması üçün əlavə olaraq 6000 (altı min) manat pul lazım olduğunu demişdir. Əgər pul verilərsə oktyabr ayının 10-na kimi işin həll olunacağını demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və 28.09.2020-ci il tarixdə göndərdiyi karta 2000 (iki min) manat pul göndərmişdir. Bundan sonra qalan 4000 (dörd) min manatı götürmək üçün Elnurun dəvəti ilə sonuncunun Elnurun yaşadığı ünvan 2-ə getmişdir. Həmin vaxt evdə Elnurun arvadı Jalə olmuş, Jalə Elnurla danışdıqdan sonra ona 4000 (dörd min) manat pul vermişdir. Bundan sonra o, oradan çıxmışdır. O, Elnurdan ümumilikdə 8000 (səkkiz min) manat pul alaraq Zərərçəkmiş şəxs qarşə dələduzluq etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam olaraq ödəmiş və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, o, uzun müddətdir kirayədə yaşadığı üçün ailəsi ilə birlikdə yaşamağa ev axtarmış, bundan yaxın qohumlarının da məlumatı olmuşdur. Bacanağı Şahid1 2020-ci ilin mart ayında ona demişdir ki, Abşeron rayonu, Qurtuluş 93 yaşayış massivində yaşayan X2 adlı şəxs ona köməklik edə bilər. O, Səfərə inandığı üçün Təqsirləndirilən şəxs mobil nömrəsini alıb həmin şəxslə telefonda danışıb və ona nə cür köməklik edə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs onu yaşadığı evə dəvət etmişdir. Arvadı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə tanışlıq üçün getmiş, söhbət zamanı Təqsirləndirilən şəxs çoxdan bu işlə məşğul olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iş üçün pul verəcəyini dedikdə İradə and içərək narahat olmamağını bildirmişdir. Söhbət zamanı İradə onu sosial evlə təmin edəcəyini bildirib ilkin mərhələdə 2000 (iki min) manatın lazım olduğunu demişdir. O, İradəyə üzərində pul gətirmədiyini, işdən borca pul götürüb tez bir zamanda dediyi miqdarda pulu verəcəyini bildirmişdir. Sonra o, arvadı ilə birlikdə sağollaşıb oradan çıxmışdır. Təqsirləndirilən şəxs dediyi miqdar pulu əldə etmiş, şəxsiyyət vəsiqəsinin surətini çıxartmış, 2020-ci ilin mart ayının ikinci ongünlüyündə Təqsirləndirilən şəxs yaşadığı evə gedərək həmin şəxslə görüşüb 2000 (iki min) manat pulu və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağı, iki ay müddətində, yəni may ayında evlə təmin olunacağını bildirmişdir. O da Təqsirləndirilən şəxs sözlərinə inanıb və həmin şəxslə sağollaşıb yaşadığı evdən çıxaraq işlərinin ardı ilə getmişdir. 2020-ci ilin may ayında İradə ilə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda İradə pandemiya şəraitinə görə işlərin biraz yubandığını demişdir. O da mövcud vəziyyəti nəzərə alaraq İradəyə bir söz deməmiş, Təqsirləndirilən şəxs ilə davamlı olaraq telefonda danışmışdır. 2020-ci ilin sentyabr ayının sonlarında İradə onunla əlaqə saxlayaraq işin tam həll olunması üçün 6000 manata ehtiyac olduğunu və pulun veriləcəyi təqdirdə oktyabr ayının 10-da kimi məsələnin həll olunacağını bildirmişdir. 28.09.2020-ci il tarixdə Goranboy rayonunda yaşayan bacanağı Xəqani Səfərova zəng edərək ona kart nömrəsi deyəcəyini və həmin karta 2000 (iki min) manat pul göndərməyini xahiş etmişdir. Xəqani onunla razılaşıb və onun göndərdiyi karta 2000 manat köçürmüşdür. Sonra İradə onunla əlaqə saxlayaraq qalan pulu haradan götürə biləcəyini soruşmuş, İradəyə yaşadığı evə gələrək pulu götürə biləcəyini bildirmişdir. Həmin gün İradə onun həmin vaxt yaşadığı ünvan 2-ə gəlmiş və arvadı Şahid2 İradəyə 4000 (dörd min) manat pul vermişdir. Sonradan İradə ilə nə qədər əlaqə saxlayıb, söhbət etsə də, sonuncu müxtəlif bəhanələr gətirərək onu aldatmış və verdiyi vədə əməl etməyərək ona qarşı xeyli miqdarda dələduzluq etmişdir. İradə ilə tanış olan zaman sonuncu ona özünü Təhsil Nazirliyini hüquqşünası kimi təqdim etmiş, ona evi Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan Keşlə bazarının yaxınlığında tikilmiş hündürmərtəbəli binada sosial evlə təmin edəcəyini bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 30.09.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 2020-ci ilin mart ayında bacısınının həyat yoldaşı Səfər Elnuru Təqsirləndirilən şəxs ilə tanış etmiş, İradənin ucuz qiymətə sosial mənzil almağa köməklik etdiyini demişdir. İradə Təhsil Nazirliyində hüquqşünas kimi işlədiyini bildirmiş, Bakı şəhəri, Keşlə qəsəbəsi ərazisində yeni bina tikildiyini və həmin binada ona sosial mənzil almağa köməklik edəcəyini bildirmişdir. Onlar da İradəyə inanıb, ilkin olaraq 2020-ci ilin mart ayında İradənin kirayə yaşadığı ünvan 4 ünvanına gedib, orada həmin şəxsə 2000 (iki min) manat pul vermişlər. Həmçinin Elnur şəxsiyyət vəsiqəsinin surətini həmin şəxsə vermişdir. İradə may ayında mənzillərin təhvil veriləcəyini bildirmiş, lakin sonradan karantin müddəti olmasını bəhanə edib, müddəti uzatmağa başlamışdır. Sonda İradə əlavə olaraq onlara 6000 (altı min) manat pul ödəmək lazım olduğunu bildirmiş, Elnur da 28.09.2020-ci ildə İradənin bank hesabına əlavə olaraq 2000 (iki min) manat pul göndərmiş, həmçinin həmin gün yaşadıqları ünvanda İradəyə 4000 (dörd min) manat pul vermiş və İradə oktyabr ayında mənzilin təhvil veriləcəyini bildirmişdir. Lakin dediyi müddətdə də mənzil verilmədiyi üçün İradə ilə görüşəndə, o pulları “Tural” adlı şəxsə verdiyini, həmin şəxsin onu aldatdığını demişdir. İradə noyabr ayında pullarını qaytaracağına söz versə də, qaytarmadığı üçün İradə barəsində polisə şikayət etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma bacanağıdır. Bacanağı Elnur kirayədə qaldığı üçün özünə sosial ev almaq istəmişdir. İbadət zamanı tanış olduğu Murad adlı şəxslə söhbət zamanı ona bacanağının ev məsələsini demiş, sonuncu isə ona İradə adlı tanışının Təhsil Nazirliyinin hüquqşünası olduğunu və Elnura “sosial ev” düzəldə biləcəyini demişdir. O, bir müddət sonra Elnurla söhbəti zamanı Muradın dediklərini demiş, Təqsirləndirilən şəxs mobil nömrəsini vermiş, özləri əlaqə saxlayıb danışmışlar. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bacanağı Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Keşlə bazarının yaxınlığında tikilmiş hündürmərtəbəli sosial binadan evlə təmin edəcəyi adı ilə aldadıb 2020-ci ilin mart ayının ikinci on günlüyündə 2000 (iki min) manat, 28.09.2020-ci ildə isə 6000 (altı min) manat pul almış, lakin verdiyi vədə əməl etməyərək Elnura qarşı dələduzluq etmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.07.2021-ci il tarixdə tutlmuş, 10.07.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs 30.09.2021-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Nərimanov filialının 19919 №li 01 oktyabr 2021-ci il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 2000 (iki min) manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə vurduğu maddi ziyan tam olaraq ödədiyini və cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında məbləği dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 1(060)-569/2021 saylı, 23.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin tələblərini pozduğu üçün barəsində axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Zaqatala RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə istintaq olunan ********* saylı cinayət işi üzrə barəsində Zaqatala Rayon Məhkəməsinin 27.11.2021-ci il tarixli, 4(033)-49/2021 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 05 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayətedir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində Zaqatala Rayon Məhkəməsinin 27.11.2021-ci il tarixli, 4(033)-49/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş Sumqayıt şəhər Məhkəməsinin 1(060)-569/2021 saylı, 23.08.2021-ci il tarixli qərarı “həbs” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Zaqatala Rayon Məhkəməsinin 27.11.2021-ci il tarixli, 4(033)-49/2021 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-42/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-42/2022
14.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver