Məhkəmə qərarları › İş №1(060)-42/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-42/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-42/2024 08.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X7 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs10, Təqsirləndirilən şəxs – mülki cavabdeh Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanmda qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs10 01 ədəd “Apple İpad 5-ci nəsil” markalı planşeti satması barədə "Tap.az” saytında yerləşdirmiş olduğu elanı gördükdən sonra sonuncu ilə əlaqə saxlayıb həmin planşeti almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu işlədiyi ünvan 3 ünvanında yerləşən "Mobi Home” mağazasına dəvət etmiş və 25 aprel 2022-ci il tarixdə, həmin ünvanda görüşdükləri zaman həmin planşeti başqa müştəriyə satıb pulunu bank kart hesabına köçürəcəyinə dair yalan vəd verib aldadaraq götürmüş, daha sonra həmin planşeti istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq, orta bazar qiyməti 2200 manat olan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs10 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs8 03 ədəd "Apple Whatch 7(4 İmm)” modelli qol saatını satması barədə "Tap.az” saytında yerləşdirmiş olduğu elanı gördükdən sonra sonuncu ilə əlaqə saxlayaraq həmin saatları almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu işlədiyi ünvan 3 ünvanında yerləşən "Mobi Home” mağazasına dəvət etmiş və 29 may 2022-ci il tarixdə, həmin ünvanda görüşdükləri zaman həmin saatları başqa müştəriyə satıb pulun bir hissəsini həmin gün, digər hissəsini isə 30 may 2022-ci il tarixdə verəcəyinə dair yalan vəd verib aldadaraq götürmüş, daha sonra həmin saatları istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq, orta bazar qiyməti ümumilikdə 1950 manat olan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs8 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə əvvəllər aralarında baş tutmuş alğı-satqılardan tanışlıq münasibəti yaranmış Zərərçəkmiş şəxs6 ilə 2022-ci ilin iyun ayında işlədiyi ünvan 3 ünvanında yerləşən "Mobi Home” mağazasında görüşdükləri zaman Zərərçəkmiş şəxs6 14 ədəd müxtəlif markalı noutbuku başqa müştəriyə satıb noutbukların pulunu qısa müddət ərzində iki dəfəyə verəcəyinə dair yalan vəd verib aldadaraq götürmüş, daha sonra həmin noutbukları istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq, ümumilikdə 2800 manat dəyərində olan əmlakı ələ keçirib zərərçəkmiş şəxs Nicat Teymurxanhya maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs7 01 ədəd "X35 13 İNCH 128 gb” markalı noutbuku satması barədə “Tap.az” saytında yerləşdirmiş olduğu elanı gördükdən sonra sonuncu ilə əlaqə saxlayaraq həmin noutbuku almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu işlədiyi ünvan 3 ünvanında yerləşən "Mobi Home” mağazasına dəvət etmiş və 06 avqust 2022-ci il tarixdə, həmin ünvanda görüşdükləri zaman həmin noutbuku başqa müştəriyə satıb pulu 3-4 gün ərzində verəcəyinə dair yalan vəd verib aldadaraq götürmüş, daha sonra həmin noutbuku istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq, orta bazar qiyməti 3000 manat olan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə sonradan tanıdığı Zərərçəkmiş şəxs9 01 ədəd “Apple Macbook air 13.3 İNCH 256 gb” markalı noutbuku satması barədə “Tap.az” saytında yerləşdirmiş olduğu elanı gördükdən sonra sonuncu ilə əlaqə saxlayaraq həmin noutbuku almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə onu işlədiyi ünvan 3 ünvanında yerləşən “Mobi Home” mağazasına dəvət etmiş və 14 sentyabr 2022-ci il tarixdə, həmin ünvanda görüşdükləri zaman həmin noutbuku başqa müştəriyə satıb pulu həmin gün verəcəyinə dair yalan vəd verib aldadaraq götürmüş, daha sonra həmin noutbuku istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq, orta bazar qiyməti 2100 manat olan əmlakı ələ keçirib Zərərçəkmiş şəxs9 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 2022-ci ilin oktyabr ayının əvvəllərində telefon təmiri ilə əlaqədar olaraq işlədiyi ünvan 3 ünvanında yerləşən “Mobi Home” mağazasında görüşdüyü Zərərçəkmiş şəxs5 sonuncuya məxsus dəyəri 500 manat olan 01 ədəd “Huawei 20 Lite” markalı mobil telefonu və xidmət haqqı kimi 60 manat pulu növbəti gün təmir edib təhvil verəcəyinə dair yalan vəd verib aldadaraq götürüb, təhvil verməyərək, ümumilikdə 560 manat dəyərində əmlakı ələ keçirib Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 16 oktyabr 2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “maşın bazarf’nda “Mercedes Benz ML 430 minik” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa çıxarmış Zərərçəkmiş şəxs1 yaxınlaşıb, ona avtomobili hissəli ödəniş şərti ilə almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə razılığını aldıqdan sonra, həmin tarixdə ilkin olaraq 1000 ABŞ dolları (həmin günün məzənnəsi ilə 1700 manat) ödəniş edərək etibarını qazanıb, qalan pulu növbəti gün ödəyəcəyinə dair yalan vəd verib aldadaraq Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisində avtomobil üzərində baş etibarnamə almış, həmin tarixdə sözügedən avtomobili cinayətdən xəbərsiz X1 orta bazar qiyməti 13500 manat məbləğində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 08 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “maşın bazarı”nda “Renault Megane minik” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa çıxarmış Zərərçəkmiş şəxs2 yaxınlaşıb, avtomobili hissəli ödəniş şərti ilə daha baha qiymətə almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə razılığını aldıqdan sonra, həmin tarixdə ilkin ödəniş kimi 1000 manat pul ödəniş edərək və qalan məbləği hər ay 1000 manat olmaqla 10 ay müddətində ödəyəcəyinə dair yalan vəd verib aldadaraq Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisində avtomobilin alğı-satqısı barədə müqavilə bağlamaqla etibarını qazanıb avtomobil üzərində baş etibarnamə almış, həmin tarixdə sözügedən avtomobili cinayətdən xəbərsiz ilk əvvəl X14, sonuncu ilə aralarındakı razılıq ləğv edildikdən sonra isə istintaqla şəxsiyyəti müəyyən edilməyən şəxsə sataraq orta bazar qiyməti 9000 manat məbləğində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 14 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “maşın bazarf’nda “Mercedes Benz 230 minik” markalı **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa çıxarmış Zərərçəkmiş şəxs3 yaxınlaşıb, avtomobili hissəli ödəniş şərti ilə daha baha qiymətə almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə razılığını aldıqdan sonra, həmin tarixdə ilkin ödəniş kimi 2000 manat pul ödəniş edərək və qalan məbləği hər ay 1000 manat olmaqla 11 ay müddətində ödəyəcəyinə dair yalan vəd verib aldadaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisində avtomobilin alğı-satqısı barədə müqavilə bağlamaqla etibarını qazanıb avtomobil üzərində baş etibarnamə almış, həmin tarixdə sözügedən avtomobili cinayətdən xəbərsiz X2 barədə razılaşıb, növbəti gün sonuncuya sataraq orta bazar qiyməti 10000 manat məbləğində əmlakını ələ keçirməklə Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakım qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə 29 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “maşın bazarf’nda “Mercedes Benz E240 minik” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobilini satışa çıxaran Zərərçəkmiş şəxs4 yaxınlaşıb, avtomobili hissəli ödəniş şərti ilə daha baha qiymətə almaq istəməsi barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə razılığını aldıqdan sonra, həmin tarixdə ilkin ödəniş kimi 1500 manat pul Ödəniş edərək və qalan məbləği hər ay 1000 manat olmaqla 10 ay müddətində ödəyəcəyinə dair yalan vəd verib aldadaraq Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat ofisində avtomobil üzərində baş etibarnamə almış və Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisində avtomobilin alğı-satqısı barədə müqavilə bağlamaqla etibarını qazanıb, həmin tarixdə sözügedən avtomobili cinayətdən xəbərsiz X3 orta bazar qiyməti 14500 manat məbləğində əmlakım ələ keçirməklə Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 5 il ünvan 3 ünvanında yerləşən “Mobi Home” elektronika mağazasında telefon ustası kimi işləmişdir. Orada işlədiyi müddətdə usta fəaliyyəti ilə yanaşı pərakəndə şəkildə müştərilərdən elektronik əşyalar alıb-satmışdır. 24 aprel 2022-ci il tarixdə tap.az saytında “Apple İpad 5-ci nəsil” planşetin 2400 manata satıldığını görmüş və elanda olan mobil nömrə ilə əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı şəxsiyyətinin Zərərçəkmiş şəxs10 olduğunu bildiyi şəxsə sözügedən planşeti almaq istədiyini və planşeti işlədiyi mağazaya gətirməsini bildirmişdir. 25 aprel tarixdə Zərərçəkmiş şəxs10 mağazaya gələrək planşeti gətirmiş və onlar 2200 manat qarşılığında planşetin alğı-satqısı barədə razılaşmışlar. Razılıqdan sonra hal-hazırda pulunun olmadığını, planşetə müştəri tapıb 2 gün ərzində pulunu verəcəyini, əks təqdirdə mağazanın yerinin ona bəlli olduğunu, istəməyəcəyi təqdirdə planşeti götürə biləcəyini deyib bu barədə də onu razı salmışdır. Zərərçəkmiş şəxs10 mağazanı tərk etdikdən sonra həmin planşeti mağazaya müştəri qismində gələn, şəxsiyyəti ona məlum olmayan bir şəxsə 2300 manata satmışdır. Pulu ailəvi ehtiyaclarına, o cümlədən oğlu ürək xəstəsi olduğundan onun əməliyyatına xərcləmişdir. Zərərçəkmiş şəxs10 onunla əlaqə saxlayıb pulu verib-verməyəcəyini soruşduqda, ilk əvvəl müştəri tapmadığını və 10 gün səbrli olmasını, daha sonra isə planşeti çoxdan satdığını, pulu övladı üçün xərclədiyini etiraf etmişdir. Zərərçəkmiş şəxs10 reallığı bilib ondan şikayət etdikdən sonra isə ümumilikdə ona 850 manat pul vermişdir. Eyni qaydada 29 may 2022-ci il tarixdə tap.az elan saytında münasib qiymətlərə 03 ədəd “Apple Whatch 7(4lmm)” model elektron qol saatı elanı görərək ********** nömrəsi ilə əlaqə saxlamışdır. Elanı yerləşdirən şəxs Zərərçəkmiş şəxs8 telefonla saatları almaq istədiyini deyib işlədiyi mağazaya dəvət etmişdir. Həmin gün Hüseyn mağazaya gəlmiş və 03 ədəd “Apple Whatch 7(4lmm)” model elektron qol saatı Zərərçəkmiş şəxs8 ümumilikdə 2070 manata almağa razılaşmışdır. Üzərində pul olmadığı üçün ona tam şəkildə iki gün ərzində pulu ödəyəcəyini bildirmişdir. Həmin saatları müştəri qismində mağazaya gələn tanımadığı şəxsə satmışdır. Qol saatlarını satmağı barədə Zərərçəkmiş şəxs8 heç bir məlumat vermədən əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir. Hüseyn onunla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirərək saatları hələ satmadığını, daha sonra isə qol saatlarını satdığını, pulu xərclədiyini demişdir. Zərərçəkmiş şəxs8 ümumilikdə 500 manat pul vermişdir. Bundan başqa 2022-ci ilin may ayından bəri mağazaya gərtirdiyi noutbuklarını satdığı Zərərçəkmiş şəxs6 son dəfə 2022-ci ilin iyun ayının əvvələrində mağazaya gəlib 14 ədəd müxtəlif markalı noutbuklarının olduğunu dedi. Aralarındakı razılığa əsasən o, noutbukları satdığı qiymətdən asılı olmayaraq hər biri üçün 200 manat olmaqla ümumilikdə 2800 manat pul Zərərçəkmiş şəxs6 verməliydi. Bu razılıq əsasında 14 ədəd noutbuku götürsə də, noutbuklar mağazaya gələn və həmçinin internet saytında şəxsiyyətləri ona məlum olmayan şəxslərə satıb, satışından əldə olunan pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Nicat onunla əlaqə saxlayaraq noutbukların pulunu verməyini istədikdə, satıb qazanc əldə etdiyini gizlədərək müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. Ona heç bir pul verməmişdir. Bundan başqa 06 avqust 2022-ci il tarixdə tap.az elan saytına “X35 13 İNCH 128 gb” markalı noutbukun 3050 manata satılması barədə elan görmüşdür. Həmin elanı yerləşdirmiş Zərərçəkmiş şəxs7 ilə əlaqə saxlayıb onu işlədiyi mağazaya noutbuku almaq üçün dəvət etmişdir. Mağazada Zərərçəkmiş şəxs7 noutbuku 3000 manata almağa razılaşmışdır. Bundan sonra üzərində pul olmadığını, ilk əvvəl pulu aylıq olaraq 500 manat şəklində ödəyəcini, Zərərçəkmiş şəxs7 bununla razılaşmadığı üçün üç-dörd gün ərzində noutbukun pulunu verəcəyini demişdir. Noutbuka tez bir zamanda müştəri tapa bilmədiyindən, həmin ərazidə pərakəndə şəkildə elektronik əşyaların satışını həyata keçirən adının Elçin olduğunu bildiyi şəxsə aylıq 500 manat ödəmək şərti ilə satmışdır. Hazırda həmin şəxsin barəsində hər hansı məlumatı yoxdur. Şahini aldadıb noutbuku sataraq qazanc əldə etmək istəsə də, Elçindən pul götürə bilmədiyindən, noutbukdan xeyir götürə bilməmişdir. Şahin ondan şikayət etdikdən sonra isə ümumilikdə 1000 manat pul ona vermişdir. 14 sentyabr 2022-ci il tarixdə tap.az elan saytına “Apple Macbook air 13.3 İNCH 256 gb” markalı noutbukun satış elanını görmüş, telefon əlaqəsi zamanı noutbuku satan şəxsin Zərərçəkmiş şəxs9 noutbuku almaq istədiyini və işlədiyi Mobi Home mağazasına dəvət etmişdir. Zərərçəkmiş şəxs9lə həmin gün mağazada görüşmüş, noutbuka baxıb 2160 manata almaq istədiyini bildirmişdir, lakin pulu 1 saat ərzində ödəyəcəyini demişdir. Həmin şəxs onunla razılaşdıqdan sonra mağazanı tərk etmişdir. Bir saat sonra zəng etdikdə isə axşam saatlarında pulu ödəyəcəyini demişdir. Həmin noutbuku müştəri qismində gələn tanımadığı şəxsə satmışdır, satışından əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs9 yalandan noutbuku rayonda yaşayan müştəriyə göndərdiyini, pulu iki günə verəcəyini demişdir. Zərərçəkmiş şəxs9 tələbkarlığını görüb ondan şikayət ertməməsindən ötrü 500 manatını iki gün sonra ona vermişdir. Geri qalan pulu isə verməmişdir. Bundan başqa 2022-ci ilin oktyabr ayının əvvəllərində Mobi Home mağazasında çalışdığı müddətdə müştəri qismində Zərərçəkmiş şəxs5 mağazaya gələrək özünə məxsus “Huawei 20 Lite” markalı telefonun işləmədiyini demişdir. O, telefona baxıb, hal-hazırda dəqiq xatırlamasa da, böyük bir problemin olmadığını görüb 60 manat əziyyət haqqı alacağını demişdir. Sözügedən telefonu və 60 manat pulu götürmüşdür. Həmçinin eyni vaxtda göstərmək üçün “Samsung” markalı bir telefon da gətirmişdir. Telefonun böyük problemi olmamış və hər iki telefonu növbəti gün ona təhvil verəcəyini demişdir. Lakin növbəti gün “Samsung” markalı telefonu Zərərçəkmiş şəxs5 təhvil versə də, “Huawei 20 Lite” markalı telefonu düzəltmədiyini, bir neçə gün sonra təhvil verəcəyini demişdir. Lakin həmin telefonu düzəltməyib, əmək haqqı kimi verdiyi 60 manatı xərcləmişdir. Elektronik əşyalarını aldığı şəxslərə pullarını, nə də əşyalarını geri vermədiyindən mütəmadi olaraq mağazaya gəldiklərinə görə mağazanı tərk etmişdir. Zərərçəkmiş şəxs5 onunla əlaqə saxlayıb telefonunu istədikdə müxtəlif bəhanələr gətirib vaxt qazanmışdır. Son telefon əlaqəsində Səriyyə artıq mağazada işləmədiyini dedikdə, telefonunu Səriyyəyə geri qaytaracağını deyib, əlaqəni kəsmiş və əlaqə saxlanılmamasından ötrü telefonunu söndürmüşdür. Geri qayıdıb əşyalarını götürmək istədikdə isə “Huawei 20 Lite” markalı telefonu mağazada tapmamışdır. Mobi Home mağazasında çıxdıqdan sonra qazanc əldə etmək üçün avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmaq istəmiş, lakin maşın bazarında avtomobillərin qiymətinin yüksək olduğundan almağa pulu çatmamışdır. Maşın bazarında olarkən avtobillərini satışa çıxaran şəxslərin hissəli ödənişə razı olduğunu müşahidə edib, hissəli ödəniş adı ilə kiminsə avtomobilini ələ keçirib daha sonra sataraq pul əldə edə biləcəyini fikirləşmişdir. 16 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən Sumqayıt maşın bazarına getmişdir. Orada şəxsiyyəti ona daha sonra bəlli olan Zərərçəkmiş şəxs1 “Mercedes Benz ML 430 minik” markah, 90- EO-430 dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxartdığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb avtomobili almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs1 ilk əvvəl 14000 manata avtomobili satmaq istədiyini bildirsə də, sonda 13000 manata avtomobilin alğı-satqısı barədə razılaşmışlar. Razılıqdan sonra o, həmin gün tam pulu verə bilməyəcəyini, bir qismini həmin gün, geri qalanını isə növbəti gün verəcəyini yalandan demişdir. Yalanına inanmasından ötrü isə Bakı şəhəri, Nəsimi rayonunda telefon mağazası işlətdiyini, mağazadan pulu götürüb sabah verəcəyini demişdir. Lakin həmin zaman artıq mağazada işləmirdi. O, özünü real alıcı kimi göstərməyə çalışmışdır. Etibarını bir az da qazanmaqdan ötrü Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən yaşadığı ünvana onu və həmin zaman yanında olan nəvəsini aparmışdır. Evdə həmin zaman digər ailə üzvləri olmamışdır. Evdən 1000 ABŞ dolları götürdükdən sonra ona etibarnamə verməsindən ötrü birlikdə sözügedən avtomobillə Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən 1 saylı notarius ofisinə getmişlər. Zərərçəkmiş şəxs1 1000 ABŞ dolları verib, geri qalan 11300 manat pulu isə növbəti gün verəcəyini demişdir. Zərərçəkmiş şəxs1 pulu götürərək, geri qalan pulu da verdikdən sonra baş etibarnamə verəcəyini, həmin zaman isə yalnız sürmək üçün etibarnamə verə biləcəyini demişdir. O, avtomobili ələ keçirdikdən sonra satmaq istədiyindən baş etibarnamə almalıydı. Bu səbəblə də, Zərərçəkmiş şəxs1 sürücülük vəsiqəsi olsa da, bunu ondan gizlədib yalandan sürücülük vəsiqəsinin olmadığını, növbəti gün qalan pulu verəcəyini deyib inandıraraq avtomobilə baş etibarnamə almışdır. Növbəti gün Zərərçəkmiş şəxs1 ona pul verməyəcəyini bilib etibarnaməni ləğv edə biləcəyini düşünüb, tez bir şəkildə avtomobili satmağa çalışmışdır. Avtomobili ələ keçirdikdən bir neçə saat sonra internet saytında avtomobilin şəkillərini yerləşdirərək satışa qoymuşdur. Avtomobil almaq istəyən adını hal-hazırda xatırlamadığı bir nəfər şəxs avtomobillərin satışı ilə məşğul olduğunu, avtomobili alınaq istədiyini, lakin müştərilərə göstərməsindən ötrü avtomobili verməyini ondan istəmişdir. O, həmin şəxslə razılaşmış, həmin şəxs avtomobili götürdükdən bir müddət sonra onunla əlaqə saxlayıb avtomobilə müştəri tapdığını demişdir. Onlar avtomobilin alğı-satqısı barədə təxminən 6900 manat qarşılığında razılaşmışlar. Daha sonra ona Zahid adlı şəxsin şəxsiyyət vəsiqəsi verildi ki, avtomobil üzərində həmin şəxsə baş etibarnamə versin. O da pulu aldıqdan sonra həmin şəxsə avbtomobili Zərərçəkmiş şəxs1 aldığı gün, yəni 16 oktyabr 2022-ci il tarixdə baş etibarnamə vermişdir. Daha sonra Səfər onunla əlaqə saxlamamasından ötrü mobil telefonunu söndürmüşdür. Əldə etdiyi pulu borclarına və özünün şəxsi təlabatlanna xərcləmişdir. Avtomobil barədə daha sonra edilən hərəkətlərdən, o cümlədən kim tərəfindən idarə edilməsindən, kimə satılmasından hər hansı bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs1 bu barədə heçnə deməmişdir. Avtomobil üzrə baş etibarnamə verdiyi şəxslə şəxsi tanışlığı yoxdur və onunla görüşməmişdir. Həmin şəxslərin Zərərçəkmiş şəxs1 avtomobilini aldadaraq ələ keçirməyindən məlumatları olmamışdır. Sonradan Zərərçəkmiş şəxs1 500 manat ödəniş etmişdir. 08 yanvar 2023-cü il tarixdə eyni şəkildə birinin avtomobilini ələ keçirib daha sonra satışından qazanc əldə etməsindən ötrü Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Sumqayıt maşın bazarına getmişdir. Orada şəxsiyyəti ona daha sonra bəlli olan Zərərçəkmiş şəxs2 “Renault Megane minik” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxartdığını görmüşdür. Həmin şəxsə yaxınlaşıb avtomobili almaq İstədiyini demişdir. Zərərçəkmiş şəxs2 nağd şəkildə 9000 manata satdığını demişdir. O, Zərərçəkmiş şəxs2 avtomobili almaqdan ötrü avtomobili hissə-hissə ödənişlə daha yüksək qiymətə, yəni 11000 manata almağı təklif edib, ilkin ödəniş kimi 1000 manat verəcəyini, geri qalan 10000 manat pulu isə hər ay 1000 manat olmaqla 10 ay ərzində ödəyəcəyini, bu müddət ərzində ödənişləri vaxtı-vaxtında etməsi üçün taksi fəaliyyətini həyata keçirəcək şəxslərə etibarnamə verməsini yalandan deyib avtomobil üzrə ona baş etibarnamə verməli olacağını, pulu tam ödədikdən sonra avtomobili onun mülkiyyətinə verəcəyini Vasifə demişdir. Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisinə getmişlər və Zərərçəkmiş şəxs2 1000 manat pul verdikdən sonra orada sözügedən avtomobil üzərində alğı-satqı barədə notariusda müqavilə bağlayıb öz adına baş etibarnamə götürmüşdür. Növbəti aydan ona ödəniş etməyə başlayacağım deyib avtomobili götürüb sağollaşmışdır. Həmin tarixdə də, Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən maşın bazarına gedib avtomobili satışa çıxartmış və Elmar adlı şəxsə baş etibarnamə ilə satmışdır. Lakin həmin yerdə avtomobili Elmar adlı şəxsə satdıqdan sonra ona avtomobili bəyənməyib geri qaytarmaq istədiyini demişdir. O da eyni qaydada avtomobili həmin şəxsdən götürüb Sumqayıt şəhərində maşın bazarında şəxsiyyətini xatırlamadığım birinə təxminən 5500 manata satmışdır. Avtomobili satarkən özünə məxsus olduğunu demişdir, Zərərçəkmiş şəxs2la aralarındakı razılıq barədə heçnə deməmişdir. Maşın bazarında olarkən X10 ilə qarşılaşmışdır. Əlində avtomobil olacağı təqdirdə ona təklif edəcəyini demişdir. 14 yanvar 2023-cü il tarixdə eyni şəkildə birinin avtomobilini ələ keçirib daha sonra satışından qazanc əldə etməsindən ötrü Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Sumqayıt maşın bazarına getmişdir. Orada şəxsiyyəti ona daha sonra bəlli olan Zərərçəkmiş şəxs3 “Mercedes Benz 230 minik” markalı, **-DF- *** dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxartdığını görüb, almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs3 maddi problemlərinin olduğunu, su səbəblə də nağd şəkildə olmaqla 10500 manata satdığını demişdir. O, Zərərçəkmiş şəxs3 avtomobili hissə-hissə ödənişlə daha yüksək qiymətə, yəni 13000 manata almağı təklif edib, ilkin ödəniş kimi 2000 manat verəcəyini, geri qalan 11000 manat pulu isə hər ay 1000 manat olmaqla 11 ay ərzində ödəyəcəyini, bu müddət ərzində ödənişləri vaxtı-vaxtında etməsi üçün qazanc əldə etmək məqsədi ilə taksi fəaliyyətini həyata keçirəcək şəxslərə etibarnamə verməsindən ötrü yalandan deyib avtomobil üzrə ona baş etibarnamə verməli olacağını, pulu tam ödədikdən sonra avtomobili onun mülkiyyətinə verəcəyini demişdir. Zərərçəkmiş şəxs3 istəyindən daha yüksək qiymət təklif etdiyi üçün onunla razılaşmışdır. Sonra hal-hazırda mobil nömrəsini xatırlamadığı Santar Hüseynovla əlaqə saxlayıb sözügedən avtomobil barədə məlumat verərək almaq istəyib-istəmədiyini soruşmuşdur. Telefon əlaqəsi zamanı Santara avtomobili artıq aldığını və baş etibarnaməsinin olduğunu demiş, Santarın avtomobili bəyənib alacağı təqdirdə sənədləşdirməni növbəti gün edəcəklərini, ilkin olaraq ona 2000 manat, sənədləşdirmədən sonra geri qalan pulu verəcəyini demişdir. Santar avtomobili ala biləcəyini, lakin ilk əvvəl görmək istədiyini demişdir. O, Santarla telefon əlaqəsindən sonra Zərərçəkmiş şəxs3 ilkin ödəniş kimi pulu tanışından götürəcəyini, notariusda adına baş etibarnamə veridikdən və alğı-satqını notariusda təsdiq etdikdən sonra birlikdə pulu tanışından götürüb ona verməyi təklif etmişdir. Azər pulu ona verməmiş notariusa ilk əvvəl getmək istəməsə də, o, notatirusda ona baş etibarnamə verməklə bərabər alğı-satqını da təsdiqləyəcəklərini, pulu ona verənədək birlikdə olacaqlarını deyib razı salmışdır. Bundan sonra birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notarius ofisinə getmişlər. Orada adına baş etibarnamə alıb, alğı-satqı müqaviləsi bağladıqdan sonra bilrikdə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində Santarla görüşmüşdür. Azərdən avtomobildə gözləməsini istəmişdir. Bunu istəməsinə səbəb də Santara avtomobilin özünə məxsus olduğunu deyəcəyi və hər iki şəxsin bir birini tanımaması olmmuşdur. Santara avtomobili göstərdikdən sonra, onun da bəyənməsi ilə 2000 manat pulu Santardan götürmüşdür. Razılığa əsasən də növbəti gün Santara avtomobil üzrə baş etibarnamə verəcəkdi. O, Santardan pulu götürdükdən sonra avtomobildə onu gözləyən Azərə həmin pulu aralarındakı razılığa əsasən ilkin ödəniş pulu kimi vermişdir. Daha sonra onu Sumqayıt şəhər ərazisində xatırlamadığı yerdə avtomobildən düşürmüşdür. Hər növbəti ayın 14-də 1000 manat verəcəyini təkrarlayıb sağollaşmışdır. Növbəti gün isə avtomobili ümumilikdə təxminən 7000- 8000 manata Santar satmışdır. Əldə etdiyi pulu şəxsi təlabatına xərcləmişdir. Santarın Azəri aldatmasından məlumatı olmamışdır. 29 yanvar 2023-cü il tarixdə eyni şəkildə birinin avtomobilini ələ keçirib daha sonra satışından qazanc əldə etməsindən ötrü Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Sumqayıt maşın bazarına getmişdir. Orada şəxsiyyəti ona daha sonra bəlli olan Zərərçəkmiş şəxs4 “Mercedes Benz E240 minik” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satışa çıxartdığını görüb avtomobili almaq istədiyini demişdir. Zərərçəkmiş şəxs4 nağd şəkildə 9000 manata satdığını demişdir. O, Zərərçəkmiş şəxs4 avtomobili almaqdan ötrü avtomobili hissə-hissə ödənişlə 12000 manata almağı təklif edib, yəni ilkin ödəniş kimi 2000 manat verəcəyini, geri qalan 10000 manat pulu isə hər ay 1000 manat olmaqla 10 ay ərzində ödəyəcəyini, bu müddət ərzində avtomobil üzrə ona baş etibarnamə verəcəyini, pulu tam ödədikdən sonra avtomobili onun mülkiyyətinə verəcəyini demişdir. Aralarındakı razılığı notariat ofisində təsdiq edəcəklərini, yalandan Bakı və Sumqayıt şəhər ərazisində telefon mağazası işlətdiyini, mağazalardan yaxşı gəlir götürdüyünü, həmçinin Sumqayıt şəhəri, Yaşma ərazisində torpaq sahəsinin olduğunu, bu səbəblə də, pulu daha da tez verə biləcəyini demişdir. Əfrayıl Sumqayıt şəhərində işlətdiyi mağanı görmək istədiyini dediyindən məcbur qalıb qaynı X16 uzun müddətdir ki işlətdiyi, onunla əlaqəsi olmayan Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, Araz marketin yaxınlığındakı telefon mağazasına gedib həmin mağazanı işlətdiyini, özünün əksərən Bakı şəhərindəki mağazada olduğundan qaynı X16 həmin mağazada mütəmadi olduğunu bildirmişdir. Tural Abbasova bu barədə heçnə deməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 onunla razılaşmışdır. Birlikdə avtomobil üzərində ona baş etibarnamə verməsi üçün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat ofisinə gedib orada ona baş etibarnamə verilmişdir. Əfrayıla ilkin ödəniş kimi verməli olduğum puldan 500 manatı verib, 1000 manatı axşam saatlarında, digər 500 manatı isə 2-3 gün sonra verəcəyini demişdir. Məqsədi avtomobili ondan götürüb Əfrayılın xəbəri olmadığı tez bir müddətdə maşın bazarında başqa şəxsə satıb pul əldə etmək olmuşdur. Əldə etdiyi puldan da Əfrayılm ilkin ödənişinin bir hissəsini vermək ki, ondan tez bir zamanda şübhələnməsin. Əfrayıl pulu nağd şəkildə istəmişdir. O, həmin vaxta qədər avtomobili satmaq istədiyindən yenidən Əfrayılla görüşməmək üçün 1000 manat pulu qaynı Turalın bank kart hesabına göndərəcəyini, pulu oradan götürəcəyini demişdir. Əfrayıl ona inanıb 500 manat pulu ondan götürdükdən sonra 3 saylı notariat ofisində vətəndaşlar çox olduğundan, avtomobilin alğı-satqı müqaviləsini bağlamaqdan ötrü vaxt itirməmək üçün Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər, orada aralarındakı alğı-satqı razılığını notariusda təsdiq etmişlər. Notariusda müqavilə bağladıqdan sonra avtomobili ona vermişdir. O da baş etibarnaməsi olduğundan bir başa Sumqayıt şəhəri maşın bazarına gedib avtomobili satmağa çalışmış və həmin tarixdə, yəni 29 yanvar 2023-cü il tarixdə xatırladığı qədəri ilə 6000 manat qarşılığında özünün də avtomobillərin alğı-satqısı ilə məşğul olduğunu deyən X15 baş etibarnamə verərək satmışdır. Avtomobili satarkən də özünə məxsus olduğunu deyib, Zərərçəkmiş şəxs4la arasındakı razılıq barədə heç nə deməmişdir. Avtomobilin satışından əldə etdiyi puldan 1000 manatını Turalın işlədiyi mağazaya qoyub, Əfrayıla pulu oradan götürməsini demişdir. Həmin pulu Əfrayıl daha sonra mağazadan götürmüşdür. İlkin ödənişin geri qalan 500 manatını isə 2-3 gün sonra ödəyəcəyini desə də, Əfrayılla əlaqə saxlamamışdır. Sözügedən əməllər tərəfindən tək olaraq borclarını ödəməkdən, ailəvi problemlərini, ehtiyaclarını qarşılamaqdan ötrü törədilmişdir. Törətdiyi əməldən peşmandır. İmkanı olmadığı üçün dəymiş zərərləri ödəyə bilməmişdir. Ailəlidir, himayəsində azyaşlı övladları, valideynləri vardır. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, özünə məxsus “Mercedes Benz ML 430 minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. Maddi imkanı yaxşı olmadığından avtomobili satmaq niyyətində olmuşdur. 16 oktyabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən “maşın bazarı” adlanan əraziyə gəlmişdir. Yol yoldaşı kimi də nəvəsi X22 da onunla birlikdə olmuşdur. Həmin tarixdə, günorta saatlarında maşın bazarında olarkən, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs avtomobili bəyəndiyini və almaq niyyətində olduğunu bildirib qiymətini soruşmuşdur. O, ilk əvvəl 14000 (on dörd min) manata avtomobili sataq istədiyini demişdir. Təqsirləndirilən şəxs o qədər pulu olmadığını dedikdən sonra, “Mercedes Benz ML 430 minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin 13000 (on üç min) manat qarşılığında alğı-satqısı barədə razılaşmışdır. Razılığa əsasən o, Təqsirləndirilən şəxs avtomobil üzərində baş etibarnamə verəcək, daha sonra Təqsirləndirilən şəxs avtomobili öz mülkiyyətinə keçirəcəkdi. Təqsirləndirilən şəxs üzərində hal-hazırda pul olmadığını, avtomobilin pulunu dostundan alacağını bildirib, həmin pulu götürənədək birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs özünü səmimi apardığından, həmçinin yaşadığı ünvana dəvət etdiyindən, Təqsirləndirilən şəxs ona yalan danışmayacağına, həqiqətən pulu tanışından götürüb ona verərək avtomobili alacağına inanıb nəvəsi Əli və Təqsirləndirilən şəxslə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən sonuncunun yaşadığı ünvan kimi bildirdiyi evə getmişlər. Orada bir müddət gözlədikdən sonra Təqsirləndirilən şəxs tanışının Sumqayıt şəhəri, 17-ci məhəllədə yerləşən 1 saylı notariat ofisində onları gözlədiyini, avtomobilin pulunu da orada verəcəyini demişdir. Onlar birlikdə 1 saylı notariat ofisinə getmişlər. Notariat ofisində olarkən Təqsirləndirilən şəxs orada işləyən şəxsə sözügedən avtomobil üçün baş etibarnamə almaqdan ötrü gəldiklərini dedikdə, hələ ona pulu vermədiyini bildirib çölə çıxmışdır. Bu zaman Təqsirləndirilən şəxs üzərində 1000 (bir min) ABŞ dolları olduğunu, Bakı şəhərində telefon alğı-satqısı ilə məşğul olduğunu, sifariş verdiyi malların gəldiyini, lakin satışının növbəti günə qaldığını, bu səbəblə də, 1000 ABŞ dollarını indi verib, növbəti gün aralarındakı razılıq əsasında verməli olduğu geri qalan 11300 manat pulu verəcəyini demişdir. O, Təqsirləndirilən şəxslə razılaşıb pulu tam verənədək yalnız sürmək üçün etibarnamə verəcəyini, pulu tam verdikdən sonra baş etibarnamə verəcəyini demişdir. Lakin Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmadığını, 1000 ABŞ dollarını bu dəqiqə verəcəyini, növbəti gün səhər saatlarında pulun geri qalanını verəcəyini təkrarlayıb, onu aldatmaq kimi bir fikri olsaydı yaşadığı ünvanı ona göstərməyəcəyini dedi. O, Təqsirləndirilən şəxs bu dediklərinə inanıb, həmin tarixdə “Mercedes Benz ML 430 minik” markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Təqsirləndirilən şəxs də ona 1000 ABŞ dolları verib, növbəti gün səhər telefon əlaqəsi yaradıb görüşərək geri qalan pulu verəcəyini demişdir. O, avtomobili Təqsirləndirilən şəxs verib çıxıb getmişdir. Evə geri qayıtdıqda, nəvəsi internet saytında həmin avtomobilin artıq satışa qoyulduğunu görüb ona bu barədə bildirmişdir. O, Anarın verdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin telefon sönülü olmuşdur. Növbəti gün isə həmin notariat ofisinə gəlmiş və etibarnaməni ləğv etdirmək istəmişdir. Orada ona avtomobilin artıq başqa şəxsin adına rəsimləşdiriliyi bildirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq avtomobilinin ələ keçirildiyini başa düşmüşdür. Hal-hazıradək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Pulun ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməyib. Ondan şikayətçidir. Ona dəymiş ziyan ödənilməzsə ona müvafiq cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 08 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, 76-cı məhllə ərazisində yerləşən “maşın bazarı” adlanan avtomobillərin alğı-satqısı yerinə gedib, 03 yanvar 2023-cü il tarixdə aldığı “Renault Megane minik” markalı, **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilini yeni avtomobili almaqdan ötrü satmağa gətirmişdir. Həmin zamanadək tanımadığı və özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs avtomobilinə yaxınlaşıb, baxdıqdan sonra həmin avtomobili almaq istədiyini deyib qiymətini soruşmuşdur. O, 9000 (doqquz min) manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində həmin miqdarda pul olmadığını, lakin avtomobili almaq istədiyini, ilkin ödəniş verəcəyini, təxminən bir il ərzində hissə-hissə ödəniş etməklə avtomobili ümumilikdə 11000 (on bir min) manata ala biləcəyini və ona inanmağından ötrü aralarındakı notariusda müqavilə bağlayacaqlarını demişdir. Həmin zaman maddi imkanı yaxşı olmadığından nağd birdəfəlik ödənişə avtomobili satmaq istəsə də və Təqsirləndirilən şəxs avtomobili nəzərdə tutduğundan iki min baha qiymətə almağı təklif etdiyindən, aralarında notarisuda təqsdiq olunacaq müqavilə bağlayacaqlarını dediyindən onunla razılaşmışdır. Birlikdə satmaq istədiyi sözügedən “Renault Megane minik” avtomobillə Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən 1 saylı notariat ofisinə getmişlər. Avtomobillə oraya gedərkən Təqsirləndirilən şəxs ilkin olaraq ona 1000 (bir min) manat pul verəcək, 10 ay ərzində də hər ay 1000 manat olmaqla ümumilikdə 11000 manat verəcək daha sonra avtomobili onun mülkiyyətinə keçirəcəkdilər. Bu müddət ərzində də avtomobil Təqsirləndirilən şəxs olacaqdı. Təqsirləndirilən şəxs pul qazanmasından ötrü avtomobillə başqa şəxslərində taksi fəaliyyəti ilə məşğul olmasından ötrü ona baş etibarnamə verməsini istəmişdir. Buna müvafiq olaraq onlar 08 yanvar 2023-cü il tarixdə həmin notariat ofisində müqavilə bağlamışlar və Anar müqavilə bağlanmazdan əvvəl ona ilkin ödəniş kimi 1000 manat pul vermişdir. Təqsirləndirilən şəxslə aralarındakı razılığı notariusda təsdiqlədikləri üçün və ona ilkin ödəniş kimi 1000 manat verdiyi üçün onu aldatmayacağını fikirləşib avtomobili Təqsirləndirilən şəxs baş etibarnamə ilə birlikdə vermişdir. Müqaviləyə əsasən bir ay sonra, yəni 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun bank kart hesabına göndərməklə və ya görüşüb əlbəəl olmaqla Təqsirləndirilən şəxs 1000 manat götürməliydi, lakin həmin tarixdə Təqsirləndirilən şəxs heç bir xəbər olmamış, növbəti gündə Təqsirləndirilən şəxs onunla əlaqə saxlamadığından, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə 10 yanvar 2023-cü il tarixdə zəng edib əlaqə saxlamışdır. Telefon əlaqəsi zamanı Təqsirləndirilən şəxs şəxsi işləri ilə əlaqədar olaraq rayonda olduğunu, tez bir zamanda pulu verəcəyini demiş, o, maddi imkanı yaxşı deyilsə avtomobili qaytarmasını istəmiş, Anar bir-iki gün ərzində 3-4 ayın ödənişi birdəfəlik verəcəyini desə də, ona pul verməmiş, onunla telefon əlaqəsi saxlamaq mümkün olmamışdır. Notariusa gedib Təqsirləndirilən şəxs verdiyi baş etibarnaməni ləğv etdirmək istəmiş, bu zaman avtomobilin Təqsirləndirilən şəxs tərəfindən başqasına satıldığı deyilmişdir. O, Təqsirləndirilən şəxs polisə şikayət etmişdir. Hal-hazıradək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 1000 manat ödənilmiş, 10000 manat pul qalmışdır. Ona dəymiş ziyanı tələb edir, şikayətçidir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs işi ilə bağlı olaraq ona 11000 manatdan ona 1000 manat verilmiş, 10000 manat qalmışdır. (maşın Reno Meqan 2007-ci il). Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 14 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “maşın bazarı” adlanan avtomobillərin alğı-satqısı yerinə gedib, ona məxsus tam saz vəziyyətdə olan “Mercedes Benz 230 minik” markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili borclarını və övladlarının təhsil haqqını ödəməkdən ötrü satmağa gətirmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs avtomobilinə yaxınlaşıb, baxdıqdan sonra həmin avtomobili almaq istədiyini deyib qiymətini soruşmuşdur. O, 10500 (on min beş yüz) manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində həmin miqdarda pul olmadığını, lakin avtomobili almaq istədiyini, ilkin ödəniş verəcəyini, təxminən bir il ərzində hissə-hissə ödəniş etməklə avtomobili ümumilikdə 13000 (on üç min) manata ala biləcəyini və ona inanmağından ötrü aralarında notariusda müqavilə bağlayacaqlarını demişdir. Aralarındakı razılığa əsasən Təqsirləndirilən şəxs ilkin olaraq ona 2000 (iki min) manat pul verəcəyini, 11 ay ərzində hər ayın 14-də 1000 manat olmaqla ümumilikdə 11000 manat verəcək daha sonra avtomobili onun mülkiyyətinə keçirəcəkdi. Təqsirləndirilən şəxs üzərində ilkin ödəniş pulu olmadığını, gün ərzində həmin pulu tapıb əlaqə saxlayacağını demişdir. Daha sonra Təqsirləndirilən şəxs onunla əlaqə saxlayıb avtomobilin alğı-satqısı ilə bağlı görüşməklərini istəmişdir. O, satacağı avtomobillə həmin tarixdə, saat 17 radələrində Anarın dediyi yerə, yəni Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən Billur şadlıq sarayının yaxınlığına gedib Təqsirləndirilən şəxslə görüşmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ilkin ödəniş pulunu tanışından götürəcəyini, ilk əvvəl natoriat ofisinə gedib ona baş etibarnamə verməsini istəmişdir. O, pulu vermədən bunu etmək istəmədikdə isə, Təqsirləndirilən şəxs notariat ofisində ona baş etibarnamə verməklə bərabər alğı-satqını da təsdiqləyəcəklərini, pulu ona verənədəkdə birlikdə olacaqlarını dediyindən Təqsirləndirilən şəxs inanıb Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər. Avtomobilin alğı-satqısı barədə aralarındakı razılığın məzmununu demişlər, müqavilə hazırlandığı müddətdə isə avtomobil üzərində Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Daha sonra avtomobilin alğısatqısı barədə müqaviləni imzalayıb götürmüşlər. Bundan sonra o, ilkin ödəniş pulunu verməsini istədikdə, tanışının Sumqayıt şəhəri, əşya bazarı adlanan ərazidə onu gözlədiyini demişdir. Birlikdə həmin əraziyə getmişlər. Həmin əraziyə çatdıqda Anar şəxsiyyəti ona məlum olmayan bir nəfərin yanında avtomobili saxlamışdir. Həmin adamın pulu götürəcəyi tanışı olduğunu, onun avtomobildə gözləməsini, tez bir zamanda qayıdıb pulu ona verəcəyini demişdir. O, avtomobildə gözləmişdir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilə əyləşib ilkin ödəniş kimi 2000 manat pul vermişdir. Anara inamı bundan sonra daha da artmış və Sumqayıt şəhər ərazisində o, avtomobildən düşmüşdür. Artıq avtomobili Təqsirləndirilən şəxs vermişdir. Sağollaşarkəndə Təqsirləndirilən şəxs aralarındakı razılıqda göstərildiyi kimi, yəni birinci dəfə 14 fevral 2023-cü il tarixdə olmaqla 11 ay ərzində ərzində hər ay 1000 manat pul verəcəyini təkrarlayıb getmişdir. Lakin 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs heç bir xəbər olmamış, növbəti gün də Təqsirləndirilən şəxs onunla əlaqə saxlamadığından Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə zəng etmiş, lakin əlaqə saxlamaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşmüşdür. Hal-hazıradək ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən ona 2000 manat ödəniş edilmiş, 11000 manat qalmışdır. Qalan pulun ödənilməsini tələb edir, şikayətçidir. Tərəfindən verilmiş mülki iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs işi ilə bağlı olaraq ona 13000 AZN-dən 2000 AZN verilmiş, 11000 verilməmişdir (maşın Mercedes 230). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, 29 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində yerləşən “maşın bazarı” adlanan avtomobillərin alğı-satqısı yerinə gedib, ona məxsus tam saz vəziyyətdə olan “Mercedes Benz E240 minik” markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili satmağa gətirmişdir. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs avtomobilinə yaxınlaşıb, baxdıqdan sonra həmin avtomobili almaq istədiyini deyib qiymətini soruşmuşdur. O, nağd şəkildə 9000 (doqquz min) manata satdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində həmin miqdarda pul olmadığını, lakin avtomobili almaq istədiyini, ilkin ödəniş kimi 2000 manat verəcəyini, 10 ay ərzində hər ay 1000 manat olmaqla avtomobili ümumilikdə 12000 (on iki min) manata ala biləcəyini və ona inanmağından ötrü aralarında notariusda müqavilə bağlayacaqlarını, Bakı və Sumqayıt şəhər ərazisində telefon mağazası işlətdiyini, mağazalardan yaxşı gəlir götürdüyünü, həmçinin Sumqayıt şəhəri, Yaşma ərazisində torpaq sahəsinin olduğunu, bu səbəblə də, pulu daha da tez verə biləcəyini demişdir. Sonra Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində, Araz marketin yaxınlığındakı telefon mağazasına gedib həmin mağazanı işlətdiyini, özü əksərən Bakı şəhərindəki mağazada olduğundan qaynı kimi təqdim etdiyi Tural adlı şəxsin həmin mağazada mütəmadi olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs inanmış və sonuncu ilə razılaşmışdır. Birlikdə avtomobil üzərində A. Nağıyevə baş etibarnamə verməsi üçün Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 3 saylı notariat ofisinə gedib Təqsirləndirilən şəxs baş etibarnamə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona ilkin ödəniş kimi verməli olduğu puldan 500 manatı verib, 1000 manatı axşam saatlarında, digər 500 manatı isə 2-3 gün sonra verəcəyini demişdir. Avtomobilin alğı-satqısı ilə bağlı həmin notariusda müqavilə bağlaya bilmədiklərindən Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notarius ofisinə gedib orada müqaviləni bağlamışlar. Bundan sonra avtomobili Təqsirləndirilən şəxs vermişdir. O, bank kart hesabını Anara vermək istəmədiyindən geri qalan pulları nağd şəkildə verməsini istəmişdir. Təqsirləndirilən şəxs də Bakı şəhərində olacağını, 1000 manat pulu Turalın bank kart hesabına göndərəcəyini, pulu da Turaldan götürməyini istəmişdir. Həmin tarixdə, saat 18 radələrində o, Turalın işlədiyi mağazaya gedib 1000 manat pulu götürmüşdür. Anarın 1000 manatı da verdiyini görüb, etibarı artmışdır. Lakin bundan sonra Təqsirləndirilən şəxs ona bir daha pul verməyib müxtəlif bəhanələrə, daha sonra isə telefon zənglərinə cavab verməməyə başlamışdır. O, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığından şübhələnib avtomobil üzərindəki mülkiyyət məsələlərini araşdırmağa başladıqda artıq Təqsirləndirilən şəxs tərəfindən avtomobilin satıldığını bilib, aldadılaraq əmlakının ələ keçirildiyini başa düşmüşdür. Hal-hazıradək ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 1500 manat ödənilmiş, 10500 manat qalmışdır. Qalan məbləğin ödənilməsini tələb edir. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxs barəsində azalıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs işi ilə bağlı olaraq ona 12000 manatdan 1500 manat verilmiş, 10500 manat qalmışdır (maşın Mercedes E240, 2001). Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin may ayından bəri tanımışdır. 1 ay ərzində Təqsirləndirilən şəxs iki dəfə satması üçün noutbuklar vermiş, sonuncu noutbukları satıb pulunu ona vermişdir. 2022-ci ilin iyun ayının əvvələrində isə Anarın işlədiyi Nəsimi rayonu, 28 may küçəsində yerləşən Mobi Home mağazasına gedərək Təqsirləndirilən şəxs satması üçün 14 ədəd hər birinin dəyəri 200 manat olan müxtəlif markalı noutbuklar vermişdir. Anar həmin noutbukların pulunu iki dəfəyə ona verməli olsa da, iyul və avqust ayları ərzində bir neçə dəfə Anarın işlədiyi mağazaya getsə də, Anar orada olmamış, mobil nömrəsinə zəng çatmamışdır. Bununla da, Təqsirləndirilən şəxs onu aldadaraq noutbuklarını ələ keçirmişdir. Hal-hazıradək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs6 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2022-ci ilin avqust ayının qardaşı tərəfindən ona verilmiş X35 13 İNCH noutbuku tap.az elan saytına yerləşdirərək 3050 manata satmaq istəmişdir. Həmin noutbuk təzə vəziyyətdə, ümumiyyətlə işlənməmişdir. 06 avqust 2022-ci il tarixdə mobil nömrədən ona zəng edib özünü Anar kimi təqdim edən şəxs həmin noutbuku almaq istədiyini və bunun üçün ona “whatsapp”da olduğu yeri ataraq həmin ünvana gəlməyini istəmişdir. O, həmin gün saat 12.45 radələrində Anarın göndərdiyi ünvana getmişdir. Orada Anar onu ünvan 6ya apararaq özünü həmin mağazanın sahibi kimi təqdim etmişdir və noutbuku ondan alacağını, lakin pulu 3-4 gün ərzində ona nağd və ya köçürmə yolu ilə ödəyəcəyini demişdir. O da sonuncunun mağaza müdiri olmasına inanmış, bu səbəbdən X35 13 İNCH markalı noutbuku Anara verərək 3-4 gün ərzində sonuncudan 3000 manat alacağı barədə razılaşmışdır. Lakin 3 gündən sonra Anarla əlaqə saxladıqda Anar müxtəlif bəhanələr gətirərək müddəti uzatmış və pulu ödəməmişdir. Sonradan ona məlum olmuşdur ki Anar həmin mağazanın sahibi deyil, orada kiçik piştaxtanı icarəyə götürüb telefon təmiri ilə məşğul olmuşdur. Hal-hazıradək ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən ödənilməmiş 2000 manat qalmışdır, həmin pulun ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs7 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan iki min manat ödənilməmişdir, ona qarşı şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, 2022-ci ilin may ayının sonlarında tap.az elan saytında özünə məxsus 03 ədəd Apple Whatch 7(41mm)markalı tam yeni qutuda olan saatları ümumilikdə 2070 manata (hər biri 690 manata) satmaq üçün yerləşdirmişdir. Mobil telefonuna özünü Anar kimi təqdim edən şəxs zəng edərək həmin saatları almaq istədiyini bildirmişdir. 29 may 2022-ci İl tarixdə həmin şəxsin onu dəvət etdiyi ünvana, yəni Nəsimi rayonunda, 28 may metrosu yaxınlığında yerləşən Mobi Home mağazasında getmişdir. Anar adlı şəxs ona özünü mağazanın sahibi kimi təqdim etmiş və saatların 3-nü də ondan ümumilikdə 2070 manata almaq istədiyini demişdir. Həmin gün axşam 1000 manat ödəniş edəcəyini, qalan 1070 manatını isə 30 may 2022-ci il tarixdə ödəyəcəyini bildirmişdir. Həmin gün axşamdan etibarən Anarla əlaqə saxlasan da sonuncu müxtəlif bəhanələr gətirərək pulunu ödəməkdən boyun qaçırmış, sonradan ona məlum olmuşdur ki, Anar həmin həmin mağazanın sahibi deyilmiş. Hal-hazıradək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 manat ödənilmiş, 2070 manat qalmışdır. Qalan məbləğin ödənilməsini tələb edir, şikayətçidir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs8 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs işi ilə bağlı ümumi olaraq 2070 AZN-dən (3 saat Apple Watch hərəsi 690) 500 AZN ödənilmiş və indi 1570 AZN zərər qalmaqdadır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, 25 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 28 may metrosu yaxınlığında yerləşən Mobi House telefon mağazasında usta işləyən Anar adlı şəxsə özünə məxsus Apple İpad 5-ci nəsil tam yeni qutuda olan vəziyyətdə planşeti ucuz qiymətə yəni 2200 manata satmağa razılaşmışdır. Telefon mağazasında Anar özünü mağazanın sahibi kimi təqdim etmiş və planşeti götürmüşdür. Ona isə pulu kart hesabına göndərəciyini bildirmişdir. Həmin gün o, çıxıb oradan getmiş və sonuncu özünü mağazanın sahibi kimi təqdim etdiyi üçün etibar edib inanmışdır. Axşam Anarla əlaqə saxlamış, sonuncu pulu sabah ödəyəciyini demişdir. Həmin gündən etibarən pulunu ödəməkdən boyun qaçırmışdır. 22-ci polis şöbəsində araşdırma aparılan zaman Anar ona ümumilkdə 800 manat ödəmişdir. Hazırda 1400 manat pul ödənməmiş qalmışdır. Bu müddət ərzində pulun ödənilməsini gözləsə də ödənilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Nəsimi rayonu, 28 may küçəsi 64 ünvanında yerləşən Mobi Home mağazasında usta işləyən Təqsirləndirilən şəxs özünə məxsus 01 ədəd dəyəri 500 manat olan “Huawei 20 Lite” markalı mobil telefonu düzəltməsi üçün vermişdir. Zəhmət haqqı kimi isə 60 manat pul vermişdir. Əlavə olaraq 01 ədəd Samsung markalı mobil telefonu vermişdir. Təqsirləndirilən şəxs ertəsi gün Samsung markalı mobil telefonu ona geri vermişdir. Lakin həmin gündən “Huawei 20 Lite” markalı mobil telefonu ona verməmiş, müxtəlif bəhanələr gətirmişdir. Daha sonra Təqsirləndirilən şəxs mobil telefonunu söndürmüşdür. Daha sonra ona məlum olmuşdur ki, artıq Təqsirləndirilən şəxs orada işləmir. Bununla da, Təqsirləndirilən şəxs 500 manat dəyərində mobil telefonunu və 60 manat nağd pulunu ona yalan danışaraq ələ keçirmişdir. Zərərçəkmiş şəxs5 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını xahiş edir və istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin sentyabr ayının əvvəllərində özünə məxsus 01 ədəd “Apple Macbook air 13.3 İNCH 256 gb” markalı noutbuku tap.az elan saytına satmaq üçün yerləşdirmişdir. 14 sentyabr 2022ci il tarixdə özünü Anar kimi təqdim edən şəxs ona zəng edərək noutbuku almaq istədiyini bildirmiş və onu Nəsimi rayonunda, 28 may metrosu yaxınlığında yerləşən Mobi House mağazasına dəvət etmişdir. O, həmin gün mağazaya getmiş, orada Anarla görüşmüşdür. Anar özünü ona mağazanın sahibi kimi təqdim etmiş və noutbuka baxdıqdan sonra ondan 2160 manata almaq istədiyini bildirmişdir. Lakin pulu 1 saat ərzində ödəyəcəyini demişdir. O, mağazadan çölə çıxmış bir qədər çöldə gölədikdən sonra noutbuku satmaq fikrindən daşınmış, buna görədə mağazaya geri qayıtmışdır. Mağazaya qayıtdıqda Anan orada tapa bilməmiş, Anara zəng etdikdə isə ona noutbuku rayona satmaq üçün göndərdiyini aşxam pulu ödəyəcəyini demişdir. Anar dediyinə əməl etməmiş, üzərindən iki gün keçdikdən sonra Anar ona 500 manat ödəniş etsə də 1660 manat pulu ödəməmiş, əmlakını ona yalan danışıb ələ keçirərək dələduzluq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Nəsimi RPİ tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmış və ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilməklə, Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Nəsimi RPİ tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmış və ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirməklə, istintaq Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə ********* sayı altında davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 zərərçəkmiş əxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs10 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi RPİ İŞ tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan və xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin yaxalanması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə xx.xx.2022-ci il tarixdə saat 20:55 radələrində saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsiriləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs9 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarından görünür ki, İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 9/8424 nömrəli rəyindən görünür ki, nəzəri qaydada 2022-ci ilin aprel-sentyabr aylarına 01 ədəd yeni vəziyyətdə “Apple İpad 5-ci nəsil” markalı planşetin orta bazar qiyməti 2200 manat, 01 ədəd yeni vəziyyətdə “Apple Whatch 7(41mm)” modelli elektron qol saatının orta bazar qiyməti 650 manat, 01 ədəd yeni vəziyyətdə “X35 13 İNCH 128 gb” markalı noutbukun orta bazar qiyməti 3000 manat, 01 ədəd yeni vəziyyətdə “Apple Macbook air 13.3 İNCH 256 gb” markalı noutbukun orta bazar qiyməti 2100 manat müəyyən edilir. Ümumilikdə 7950 manat. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 iyun 2023-cü il tarixli, 9/3581 nömrəli rəyindən görünür ki, 01 ədəd istifadə olunmuş, işlək vəziyyətdə olmayan “Huawei 20 Lite” markalı mobil telefonun ehtiyat hissəsi kimi 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 50,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Sumqayıt ŞPİ tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində icraatda olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20-də Sumqayıt ŞPİ-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul edilərək Təqsirləndirilən şəxs barəsində icraatda olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək ibtidai istintaq aparılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmiş, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 14 fevral 2023-cü il tarixli, 9/273 nömrəli rəyindən görünür ki, 2001-ci il buraxlışlı, tünd-yaşıl metalik rəngli, mühərrik işçi əcmi 4300 sm3, ban nömrəsi WDC1631721A239797, texniki pasport nömrəsi BD288147, yürüşü 344000 km, saz vəziyyətdə olan, **-EO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz ML-430 minik” markalı avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 13500,00 manat müəyyən olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsindən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 iyun 2023-cü il tarixli, 9/3496 nömrəli rəyindən görünür ki, 01 ədəd buraxılış ili 2000-ci il olan, gümüşü metalik rəngli, mühərrik işçi həcmi 2400 sm3, ban nömrəsi WDB2102611B093935, yürüşü təxminən 386000 km, saz vəziyyətdə olan **-FJ-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E240 minik” markalı avtomobilin 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 14500 manat, 01 ədəd buraxılış ili 1996-cı il olan, gümüşü metalik rəngli, mühərrik işçi həcmi 2300 sm3, ban nömrəsi WDB2100371A095 746, yürüşü təxminən 32000 km, saz vəziyyətdə olan **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230 minik” markalı avtomobilin 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 10000 manat, 01 ədəd buraxılış ili 2007-ci il olan, qara metalik rəngli, mühərrik işçi həcmi 1461 sm3, ban nömrəsi VF1KMSEB637459302, yürüşü təxminən 366000 km, saz vəziyyətdə olan **-DP-*** dövlət qeydiyyat nişanlı, “Renault Megane minik” markalı avtomobilin 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 9000 manat müəyyən olunur. Ümumilikdə 33500 manat. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı MKS tərəfindən verilmiş 530 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşamır, mənzil satılıb, ailə tərkibi atası-1958-ci il təvəllüdlü Nağıyev Əzizağa Mirzağa oğlu, anası-1961-ci il təvəllüdlü X17, bacısı-1986-cı il təvəllüdlü X5 ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Nağızadə İlkin, xx.xx.2018-ci il təvəllüdlü Nağızadə Toğrul və xx.xx.2010-cu il təvəllüdlü Nağızadə Fatimə adlı övladları vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X11 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X18 barəsində Azərbaycan Respublikası CM-nin 194cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X10 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X19 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X27 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X12 Təqsirləndirilən şəxs tərəfindən aldadılaraq 400 manat dəyərində əmlakının ələ keçirilməsi faktı ilə bağlı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş və Sənan Həsənova əmlakının ələ keçirilməsi nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ barədə məlumatlandırılmış, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayət əməlini törədilərkən etibarını qazanmasının üsuli kimi 1000 ABŞ dolları verdiyindən 11800 manat qiymətində, Zərərçəkmiş şəxs2 dəymiş ziyanın Anar kağıyev tərəfindən ona qarşı dələduzluq cinayət əməlini törədilərkən etibarının qazanmasının üsuli kimi 1000 manat pul verdiyindən 8000 manat qiymətində, Zərərçəkmiş şəxs3 dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayət əməlini törədilərkən etibarının qazanmasının üsulu kimi 2000 manat pul verdiyindən 7000 manat qiymətində, Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayət əməlini törədilərkən etibarının qazanmasının üsuli kimi 1500 manat pul verdiyindən 13000 manat qiymətində, Zərərçəkmiş şəxs8 dəymiş maddi ziyanın 1950 manat qiymətində, Zərərçəkmiş şəxs7 dəymiş maddi ziyanın 3000 manat qiymətində, Zərərçəkmiş şəxs10 dəymiş maddi ziyanın 2200 manat qiymətində, Zərərçəkmiş şəxs9 dəymiş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq cinayət əməlini törədilərkən etibarının qazanmasının üsuli kimi 500 manat pul verdiyindən i 600 manat qiymətində, Zərərçəkmiş şəxs6 dəymiş maddi ziyannm 2800 manat qiymətində, Zərərçəkmiş şəxs5 qızma dəymiş maddi ziyanın 560 manat qiymətində olduğu nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs 11000 manat maddi ziyanın və 123 manat ödənmiş dövlət rüsumunun tutularaq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-42/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 3-cü PB-nin xx.xx.2024-cü il tarixli məktubundan, xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan və 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:55 radələrində Sumqayıt şəhəri 4-cü mikrorayonda saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə və xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olması və zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanı qismən ödəməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin iki hissəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəzası ona görə təyin edilməlidir ki, təsiqləndirilən şəxsin etibardan sui-istifadə edərək aldatma yolu ilə özgə əmlakının ələ keçirilməsi üsulu, davamlılığı və zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməməsi təqsirləndirilən şəxsə daha yüngül cəza verilməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-əməttəşünaslıq ekspertizasının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)- 776/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 1116 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X6 ilə müqavilə bağlamışdır. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə 23 (iyirmi üç) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən Təqsirləndirilən şəxs 11000 manat maddi ziyanın və 123 manat ödənmiş dövlət rüsumunun tutularaq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin məcəllənin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasına əsasən buraxılış ili 1996-cı il olan, gümüşü metalik rəngli, mühərrik işçi həcmi 2300 sm3, ban nömrəsi WDB2100371A095 746, yürüşü təxminən 32000 km, saz vəziyyətdə olan **-DF-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 230 minik” markalı avtomobilin 2023-cü ilin yanvar ayına orta bazar qiyməti nəzəri qaydada təxminən 10000 manat müəyyən edildiyindən tələbin maddi ziyan hisssəsi sübuta yetirilmiş hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Digər zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 200,00 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın əvəzi olaraq 10000 manat və 123 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 23 (iyirmi üç) saat hüquqi yardıma görə 138 (bir yüz otuz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar