Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-420/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Təzə Corat qəsəbəsi, ev 118 ünvanında yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,280 qram çəkidə psixotrop maddə-metamfetamin və 0,462 qram çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib daşıyaraq üzərində saxlamış, 09 mart 2021-ci il tarixdə, saat 16:32 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-ya aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş vəziyyətdə 0,280 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və bir ədəd şəffaf rəngli sellofana bükülümüş vəziyyətdə 0,462 qram çəkidə narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 4 ildən artıq olar ki, narkotik vasitə istifadəçisidir. O, narkotik istifadəçəsi olduğu üçün 6 ay əvvəl Abşeron rayonu, Noxvanı qəsəbəsində olan zaman orada təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata bir büküm narkotik vasitə olan “maçı” (həşiş qətranı), psixotrop maddə olan bir büküm şüşə (metamfetamin) və bir büküm narkotik vasitə olan “nəşə” (qurudulmuş marixuana) almış və göy rəngli cins şalvarının sağ yan cibinə qoymuş, lakin həmin maddələrdən istifadə etməmişdir. 09 mart 2021-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində yerləşən Narkoloji Dispanserin yaxınlığında piyada gəzən zaman mülki və polis geyimində olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Polislər ondan özünü təqdim etməyini xahiş etmiş və o da polis əməkdaşlarına özünü təqdim edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 118-də yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qəbulunda, saxlamada və satışında şübhəli bilindiyi üçün saxlanıldığını söyləmişlər. Həmin vaxt ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, sonra polis əməkdaşları video çəkilişlə üzərində şəxsi axtarış aparılacağını söyləmişlər, lakin saxlanıldığı yerdə şərait olmadığına görə üzərində şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər, o da etiraz eməyərək polis əməkdaşları ilə birlikdə videoçəkiliş dayandırılmadan 4-cü PB-nə getmişdir. Bölmədə xidməti otaqların birində ona hüquqlarını müdafiə etmək üçün vəkil təqdim edilmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş aprılmaqla üzərində şəxsi axtarış aparılacağı ona yenidən izah olunmuş və o da polis əməkdaşlarına videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını demişdir. Polis əməkdaşları şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər hansı qanunsuz əşya və ya maddənin olub-olmamasını sual etmiş, olduğu halda təqdim etməsini bildirmişlər. O, üzərində olan əşyaları, eləcə də əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan qəhvəyi rəngli spesifik iyə malik maddəni, gümüşü rəngli siqaretin kağızına bükülmüş bitki kütləsini və ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddəni təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə olan “maçı” olduğunu, gümüşü rəngli siqaretin kağızına bükülmüş bitki kütləsini narkotik vasitə olan “nəşə” olduğunu və ağ rəngli kağıza bükülmüş, ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə “şüşə” olduğunu söyləmiş və həmin maddələri 6 ay əvvəl Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bükülülərdə olan maddələr tərəziyə qoyulub çəkilərək qablaşdırılmış, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra o və digər iştirakçılar protokolu imzalamışlar. Üzərindən aşkar “maçı”nı (həşiş qətranı), psixotrop maddə olan bir büküm şüşəni (metamfetamin) və bir büküm narkotik vasitə olan “nəşə”ni (qurudulmuş marixuana) şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09.03.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 118-dəyaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, satışı və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytanantı Şahid2, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 və Sumqayıt ŞPİ KTB-nin inspektor-kriminalisti, polis kapitanı X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisində olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında 09.03.2021-ci il tarixdə, saat 16:30 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisinə getmişlər. Orada olan zaman inspektor-kriminalist Orxan Aslanov tərəfindən “Panasonic” markalı videokamera işə salınmış, bir neçə dəqiqədən sonra əlamətləri Təqsirləndirilən şəxslə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərini təqdim etmiş, polis əməkdaşları olduqlarını bildirmişlər və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, satma və gəzdirməkdə şübhəli olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş və saxlanıldığı yerdə şərait olmadığı üçün videoçəkilişlə Sumqayıt ŞPİ-nin 4-cü PB-da onun üzərində şəxsi axtarış aparılacağı izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə 4-cü PB-ya aparılaraq orada xidməti otaqda ona müdafiəçi təqdim edilmiş və ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyduğu bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə olan qəhvəyi rəngli spesifik iyə malik maddəni, gümüşü rəngli siqaretin kağızına bükülmüş bitki kütləsini və ağ rəngli kağıza bükülmüş ağ rəngli kristal şəkilli maddəni çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, üzərindən aşkar olunan qəhvəyi rəngli spesifik iyə malik maddənin narkotik vasitə olan “maçı” (həşiş qətranı) olduğunu, gümüşü rəngli siqaretin kağızına bükülmüş bitki kütləsini narkotik vasitə olan “nəşə” (marixuana) olduğunu və ağ rəngli kağıza bükülmüş, ağ rəngli kristal şəkilli maddənin psixotrop maddə “şüşə” (metamfetamin) olduğunu söyləmişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, o həmin narkotik maddəni bir gün əvvəl Abşeron rayonu, Noxvanı qəsəbəsində olan zaman orada təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin narkotik maddəni bir gün əvvəl Abşeron rayonu, Noxvanı qəsəbəsində olan zaman orada təsadüfən tanış olduğu, adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 10 (on) manata şəxsi istifadəsi üçün alaraq üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis baş serjantı Şahid3 Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində ifadə verən Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytanantı Şahid2 da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10.03.2021-ci il tarixli, 7/254 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sellofan bükülüdə təmiz çəkisi 0,462 qram olan çətənə (kannnabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranıdır. (i.v.36-39) İş materiallarında olan materialların məhkəmə ekspertizasının 10.03.2021-ci il tarixli, 6/968 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan zərfdəki, 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,280 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə menamfetamindir. ( i.v. 44-48) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş 1 ədəd diskdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddələrin narkotik vasitə olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 127) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq xalis çəkisi 0,442 qram narkotik vasitə-həşiş qətranı, qalıq xalis çəkisi 0,131 qram narkotik vasitə-qurudulmuş marixuana, qalıq xalis çəkisi 0,230 qram psixotrop maddə-metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd CD maddi sübut kimi tanınmış, 0.151 qram (qalıq xalis çəkisi 0,131 qram) narkotik vasitə-qurudulmuş marixuana ilə bağlı ittiham verilməməsi qərara alınmışdır. (i.v. 157-164) İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 20.04.2021-ci il tarixli, 1536 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.135-136) İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ilin noyabr ayından Sumqayıt Şəhər Narkoloji Dispanserində “narkomaniya” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 116) İş materiallarında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 4 nömrəli Şəhər Poliklinikasının psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciəti olmayıb. (i.v. 134) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 03.02.2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.08.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Hazırda onun məhkumluğu ödənilmişdir. (i.v.106-108, 147-153) Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İş materiallarında olan 10.03.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v. 131) İş materiallarında olan məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.07.2013-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı vardır. (i.v.132) Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs qasıq limfa düyünlərinin hiperplaziyası, qaraciyərin hemangioması, sol tərəfli lipomastiya xəstəlikləri vardır. İş materiallarında olan 09.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09.03.2021-ci il tarixdə tutulub saxlanmışdır.(i.v. 17) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 11.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 09 mart 2021-ci il tarixdən hesablanmışdır. (i.v 80-84) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-433/2021 saylı, 27.08.2021-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Pİ-nin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi vardır, həmin iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-433/2021 saylı, 27.08.2021-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməli-yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,280 qram çəkidə psixotrop maddəmetamfetamin və 0,462 qram çəkidə narkotik vasitə olan həşiş qətranı əldə edib daşıyaraq üzərində saxlaması tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-nın tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli faktiki olaraq onun azadlığının məhdudlaşdırıldığı gündən, yəni tutulduğu 09 mart 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatlar ilə əlaqədar 232,64 (iki yüz otuz iki manat altmış dörd qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün dövlət hesabına ona hüquqi yardım göstərilməsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təyin edilmişdir. Vəkil tərəfindən bu iş üzrə hüquqi xidmət üçün 10 (on) iş saatı sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübutlar-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, qalıq xalis çəkisi 0,442 qram narkotik vasitə-həşiş qətranı, qalıq xalis çəkisi 0,131 qram narkotik vasitə-qurudulmuş marixuana, qalıq xalis çəkisi 0,230 qram psixotrop maddə-metamfetamin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunası əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin və barəsində hökm qanuni qüvvəyə minənə qədər həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs 232,64 (iki yüz otuz iki manat altmış dörd qəpik) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübutlar-ekspertiza tədqiqatından sonra qalıq xalis çəkisi 0,442 qram narkotik vasitə-həşiş qətranı, qalıq xalis çəkisi 0,131 qram narkotik vasitə-qurudulmuş marixuana, qalıq xalis çəkisi 0,230 qram psixotrop maddə-metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-420/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-420/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver