Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-420/2022 23.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, , işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 67, mənzil 37-də yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 12.03.2022-ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən “Nur” şadlıq evinin arxasında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbələri ilə vuraraq sonuncuya hər iki gözaltı nahiyyənin burun üstünü tutan şişkinliyi-qançırı, burun sümüklərinin burunla tənəffüsü pozan yerdəyişən sınığı, sol qulağın travmatik otiti, sol mil bilək oynağının qançırı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa AZ AĞİR zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, artıq bir müddət olar yoldaşı Orxan ilə birlikdə evdə bir neçə pişik saxlayırlar və saxladıqları pişikləri satırlar. Pişik satmaqlarıyla bağlı İNSTAQRAM sosial şəbəkəsində elan yerləşdirmişdir. 2021-ci ilin dekabr ayında bir müddət olar tanıdığı Leyla adlı qadın onunla əlaqə saxlayıb onlardan pişik almaq isitədiyini bildirmiş, Leylanı yaxşı cəhətdən tanıdığından Leylaya pişiyi satmaq qərarına gəlmiş, nəticədə onlar Leylaya bir ədəd "skotiş fold şinşilla" cinsindən olan pişiyi 230 AZN məbləğə satmış, Leyla da pişiyə yaxşı qulluq edəcəyini demişdir. Leyla pişiyin pulunu 2022-ci ilin fevral ayının 10-na kimi ödəcəyini demiş, onlar da etiraz etməmişlər. Sonradan pişiyin pulundan Leyla onlara 76 AZN ödəmişdir. 2022-ci ili fevral ayının 10-da vaxt çatanda Leyla yerdə qalan məbləği ödəyə bilməmiş və sonradan onlara məlum oldu ki, Leylanın onlardan aldığı pişiyi baxımsız qalıbdır. O evdə saxladığı pişiklərə həssas yanaşırmış və onlar üçün pişiyin pulu əhəmiyyət kəsb etmədiyindən pişiyin sağlamlığı kəsb etdiyindən Leyladan pişiyi geri qaytarmasını tələb etmişlər. Belə ki Leyla onlardan aldığı pişiyi 11.03.2022-ci il tarixdə yaşadıqları ünvana gələrək onlara təhvil verdi və pulunu geri qaytarmaqlarını tələb etdi, o və Orxan isə pulu geri qaytara bilmədiklərini və onlara verdiyi 76 manat pulu pişiyin müalicəsinə xərcləyəcəyini bildirmişlər. Sonra Leyla onların telefonlarına "islam adına ləkələr, sizin yaşadığınız dindən mənim xəbərim yoxdur, dini pula satanlar, müsəlman adı altında olan şərəfsizlər, məni evinizdə girov saxladınız" sözləri kimi sms-lər və səsli mesajlar göndərdi. 12.03.2022-ci il tarixdə isə onu və yoldaşını kobud sözlərlə görüşə çağırdı. Nəticədə 12.03.2022-ci il tarixdə axşam saatlarında o və yoldaşı Orxan Leyla ilə görüşə getmişlər və Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq evinin arxasında Leyla ilə görüşmüşlər, Leyla onlarla görüşə öz qardaşı ilə gəlmişdir. Onlar görüşərkən Leyla ilə söhbət zamanı Leyla "siz maska geyinmisiniz, dindən istifadə edirsiniz" sözləri demiş və onları təhqir etdiyi üçün o əliylə Leylanın sifətindən və burun nahiyyəsindən vurmuş, sonra isə Orxan və ətrafdan keçən tanımadığı şəxs onu Leyladan aralamış və evlərinə getmişlər. Leyla pişiyi onlara təhvil verməmişdən əvvəl ondan pulunu ödəməsini tələb edəndə pulunu ödəməyib onlara və dinə təhqir edici sözlər dediyindən o Leylanın nömrəsinə "olmaya ağlınla dini istehzaya çevirirsən, allahdan qorx, bu məsələdə susa bilmərəm, hər şeyin rədd olsun allaha, canımdan malımdan hər şeyi keçərək allah üçün" sözləri yazılmış sms göndərmişdir. Bundan əlavə pişiyi təhvil verəndə Leylanı evlərində təhvil verməsi videosunu çəkmişlər və sonradan guya onlara gələrkən evlərinin qapısını bağlayıb onu evlərində girov saxladıqlarını iddia etdiyi üçün ona evlərinə gəlməsi ilə bağlı onlarda video çəkiliş olmasını demişlər və onun klipinin çıxdığını ona deməmişlər. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəmə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs elan edilmiş ifadəsindən görünür ki, 2021-ci ilin dekabr ayında İNSTAQRAM sosial şəbəkədə pişik satışı elanının yerləşdiyini görmüş və pişiyi satan ilk əvvəl adını Ləmya kimi bildiyi, sonradan əsl adı Tamaşa olan qadınla əlaqə yaradıb həmin pişiyi ondan nisyə 230 AZN məbləğə alaraq pulunu 2022-ci ilin fevral ayının 10-na kimi ödəyəcəyini bildirmişdir. Sonradan pişiyin pulundan 76 AZN həmin qadına ödəmiş, lakin yerdə qalan məbləği ödəyə bilməmiş və nəticədə Tamaşa pişiyi qaytarmağı ondan tələb etmişdir. Onda aldığı pişiyi 11.03.2022-ci il tarixdə Tamaşanın yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon, 67 saylı binadakı mənzilinə aparıb Tamaşaya təhvil vermişdir. Pişiyi təhvil verəndən sonra pulunu da tam ödəməyini bildirmişdir. O isə buna etiraz etmiş və əksinə ona verdiyi pulun yarısını ona qaytarmasını tələb etmişdir. 12.03.2022-ci il tarixdə isə o görmüşdür ki, pişiyi təhvil verməmişdən əvvəl Tamaşanın yoldaşı Şahid2 onun nömrəsinə sms-lər göndərib və sms-lərdə "olmayan ağlınla dini istehzaya çevirirsən, allahdan qorx, bu məsələdə susa bilmərəm, hər şeyin fəda olsun allaha, canımdan, malımdan hər şeyimdən keçərəm allah üçün" kimi sözlər yazıb, o da Tamaşanın yoldaşına səsli mesaj göndərmişdir və mesajda "bu nə sms-lərdi göndərmisən başın qoltuqaltı görməyib” sözünü demiş, telefonu bloka atmışdır. Bundan sonra Tamaşanın yoldaşı onun İnstaqram profilinə sözlər yazıb guya onun klipi çıxıb sözlərini demişdir. O buna təəcüblənmiş və kliplə bağlı maraqlanmaq üçün Orxanla görüşmək istəmiş, Orxana zəng edib 17-ci mikrorayonda yerləşən "Nur" şadlıq evinin arxasına gəlməsini xahiş etmişdir. Bundan sonra qardaşı Ceyhunla birlikdə saat 22:00 radələrində Nur şadlıq evinin arxasına gəlmişlər, bir qədər keçmiş Tamaşa və yoldaşı Orxan onlara yaxınlaşmışlar, yaxınlaşandan sonra klip məsələsini soruşanda Tamaşa və yoldaşı onunla mübahisə etməyə başlamışlar, mübahisə zamanı Tamaşa əli ilə onun başından vurmuş, onu itələyib hasara çırpmış və sol qolunu burmuş, eləcə də bir neçə dəfə əli ilə burnundan vuraraq ona xəsarət yetirmiş, həmin zaman yoldan keçən tanımadığı şəxs və qardaşı Ceyhun Tamaşanı ondan aralamışlar və onlar çıxıb getmişlər. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının 18.03.2022-ci il tarixli, 339 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər–hər iki gözaltı nahiyyənin burnun üstünü tutan şişkinliyi-qançırı, burun sümüklərinin burunla tənəffüsü pozan yerdəyişən sınığı, sol qulağın travmatik otiti, sol mil-bilək oynağının qançırı xəsarətləridir. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl 12.03.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. Xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin 22.03.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan narkoloji dispanserin 19.03.2022-ci il tarixli 980 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Psixiatriya Xəstəxanasına müraciət etməmiş, stasionar müalicədə olmamışdır. İş materiallarında olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxanaın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib və ambaulator kartası yoxdur. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat sərf etmişdir. Ona görə də, 72 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, məhkəmə xərci, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-420/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-420/2022
23.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver