Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-420/2023 04.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1988-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 3 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 yanvar 2023-cü il tarixdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yerləşən "xxxx"ın Fərhad Fərhadlı adına olan filialının qarşısına gələrək Zərərçəkmiş şəxs kart hesabından pul çıxarışı etməkdə köməklik göstərəcəyini bildirib saat 16:05 dəqiqədə sonuncuya məxsus olmaqla "xxxx" ASC tərəfinən emissiya edilmiş 4169 7388 8970 0062 PAN nömrəli plastik kartı bankomat qurğusuna yaxınlaşdıraraq wi-fı üsulu ilə pul çıxaran zaman hesaba giriş koduna gizlincə baxıb yaddaşında saxlamış, Zərərçəkmiş şəxs bankomatdan 30 manat pul çıxarıb əməliyyatı başa çatdırdıqdan sonra kartı bankomatın wi-fı qurğusunun üzərindən götürməyərək hesaba giriş kodunu təkrar daxil edib sonuncu kartı götürüb bankomatın yanından uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs kart hesabına daxil olaraq balansda olan 300 manat pulunu gizli olaraq çıxarıb elektron informasiya daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə oğurluq cinayətini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Abşeron rayonun Masazır qəsəbəsi, Yeni Bakı yaşayış kompleksi, 5-ci həyət, A bloku, mənzil 43-də kirayədə yaşayır. Ayrı-ayrı yerlərdə ustalıq edib ailəsini dolandırır. Sumqayıt şəhəri sakini Səxavət adlı şəxsdən başqa şəxsə məxsus plastik kartın üzərində olan wi-fı işarəsi ilə bankomatdan necə pul çıxarmağı öyrənmişdir. Yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyinə görə 24 yanvar 2023-cü il tarixdə pul çıxarmaq istəmişdir. Ona görə də Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən Kapital bankın Fərhad Fərhadlı adına olan filialının qarşısında bankomatın yaxınlığına gələrək orada gözləmişdir. Saat təxminən 16 radələrində bir nəfər orta yaşlı qadın yaxınlaşaraq bankomatdan pul çıxarmaqda ona köməklik etməyini xahiş etmişdir. Həmin qadın ondan kartından 30 manat pul çıxarmağını xahiş etmişdir. Həmin qadından plastik kartını alaraq eyni üsulla, yəni kartın üzərində olan wi-fı işarəsini bankomata yaxınlaşdıraraq saxlamışdır. Həmin vaxtı bankomat kartın kodunu tələb etmişdir. Həmin orta yaşlı qadın kartın kodunu yazan zaman o da kartın kodunu yadında saxlamışdır. Bundan sonra kartdan 30 manat pul çıxardıb qadına vermişdir. Həmin vaxtı kartı bankomatın wi-fı qəbul edən hissəsinin üzərindən götürməmişdir. Artıq qadının 30 manatı çıxarması ilə bağlı əməliyyatı başa çatmışdır. Növbəti dəfə əməliyyat başlayanda kartı götürüb qadına vermişdir. Həmin qadın da heç bir şey başa düşmədən çıxıb getmişdir. Daha sonra qadının plastik kartının kodunu yazaraq hesaba daxil olmuşdur. Bundan sonra hesabdan 300 manat pulu çıxartmışdır. Daha sonra həmin yerdən uzaqlaşmışdır. 11 fevral 2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinn əməkdaşları Sumqayıt şəhəri ərazisində “Pioner” marketin qarşısında onu saxlayaraq 3-cü Polis Bölməsinə gətirmişlər. O da törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Evinin 280 manat kirayə pulunu ödəyə bilmədiyinə görə kartdan da həmin məbləğdə pul çıxarmaq istəmişdir. Bu səbəbdən qadına məxsus kartdan 300 manat pul çıxartmışdır. Kartda artıq pul olsa da həmin pulu çıxarmaq niyyəti olmamışdır. Çıxardığı 300 manat pulun 280 manatını evinin kirayəsinə ödəmişdir. Qalan 20 manat pula isə siqaret və digər özünə lazım olan ərzaqları almışdır. Əvvəllər heç kimin kartından eyni üsulla pul çıxartmamışdır. Səxavət adlı şəxsi Sumqayıt şəhər sakini kimi tanımışdır. Səxavət təxminən 30-35 yaşlarında orta boylu, arıq bədən quruluşlu şəxs olmuşdur. Lakin hadisədən təxminən 5-6 ay əvvəl olardı ki, Səxavəti görməmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət vətələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 45-ci məhəllə, bina 9/12, mənzil 42-də yaşayır. Maddi imkanı aşağı olduğuna görə Sumqayıt şəhəri 3-cü mikrorayonda yerləşən Kapital bankın Fərhad Fərhadlı adına olan filialına yaxınlaşaraq özünə 500 manat məbləğində kredit kartı açdırmışdır. Bank əməkdaşı tərəfindən müvafiq sənədləşmə aparıldıqdan sonra 24 yanvar 2023-cü il tarixdə təkrarən həmin filiala yaxınlaşaraq Birbank kartı əldə etmişdir. Bankdan çıxdıqdan sonra saat 16 radələrində bankın qarşısında olan bankomata yaxınlaşaraq 30 manat pul çıxartmaq istəmiş, həmin vaxtı ondan qarşıda üç nəfər şəxs olmuşdur. İlk 2 nəfər pulunu çıxardıb getdikdən sonra ad və soyadının Təqsirləndirilən şəxs olduğunu bildiyi hündür boylu oğlan öz növbəsini ona vermişdir. Bankomata yaxınlaşaraq plastik kartı bankomat qurğusuna salmaq istədikdə Rövşən ona bildirmişdir ki, kartı bankomata salmasın, əgər işiqlar sönsə kart bankomatda qalacaqdır. Rövşən ona köməklik edəcəyini deyərək kartı ondan alıb wi-fı vasitəsilə pulu çıxarmağı bacardığını ona demişdir. Ona görə də plastik kartı o Rövşənə vermişdir. Rövşən 30 manat pul çıxarıb ona vermiş, o da kartını götürərək həmin yerdən uzaqlaşmışdır. Yol ilə gedən zaman mobil telefonunda olan birbank mobil tətbiqinə daxil olub hesabını nəzərdən keçirdikdə kartından 30 manat və 300 manat olmaqla 330 manat pul çıxarıldığını bilmişdir. Ona görə də təkrar banka qayıdaraq kartından əlavə 300 manat pul çıxarıldığını bank işçisinə bildirmişdir. Bankın əməkdaşı ona bildirmişdir ki, kartından əvvəlcə 30 manat, daha sonra isə ardınca 300 manat pul çıxarılmışdır. Bundan sonra başa düşmüşdür ki, ona köməklik adı ilə bankomatdan pul çıxardan Təqsirləndirilən şəxs kartın kodunu bilmiş və ondan xəbərsiz 300 manat pulunu çıxartmışdır. Bundan sonra oğlu Şahid1 zəng edərək məlumat vermişdir. Elnur onun yanına gəldikdən sonra ona da hadisə barədə ətraflı məlumat vermişdir. Elnur DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Daha sonra ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə gedib ərizə və izahat yazmışdır. Səhəri gün Kapital bankın həmin filialına gedərək kartndan pul çıxarılması ilə bağlı çıxarış almışdır. Həmin çıxarışda da kartından pulların 30 manat və əlavə 300 manat olmaqla çıxarılma ardıcıllığını görmüşdür. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində Zərərçəkmiş şəxs ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 13 fevral 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində yerləşən "xxxx" ASC-nin Fərhad Fərhadlı adına olan filialında olan bankomatm qarşısında baş vermişdir. Baxış keçirilməsi prosesində iştirak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus "xxxx"a aid kartdan 300 manat pulun həmin bankomatdan çıxarılmaqla oğurlandığını göstərmişdir. İş materiallarında olan 16 fevral 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" ASC-dən daxil plan 31 yanvar 2023-cü il tarixli 2023/49/696 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “DVD” diskə baxış keçirilən zaman diskə 16 ədəd şəkil formatında fayl köçürülməsi müəyyən edilmişdir. 1-ci və 2-ci faylda olan şəkillərə baxış keçirilən zaman 24 yanvar 2023-cü il tarixdə saat 16:05:28-də çəkilməsi müəyyən olunur. Belə ki, həmin şəkillərdə iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zərərçəkmiş şəxs bankomatın qarşısında dayanmış vəziyyətdə, iş üzrə Təqsirləndirilən şəxs isə onun arxasında dayanmışdır. 3-cü faylda olan şəkil həmin tarixdə saat 16:05:29-da çəkilmişdir. X3 bankomatdan ayrılan zaman yanakı vəziyyətdə çəkilmişdir. Həmin şəkildə Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 4-cü faylda olan şəkil saat 16:05:30-da çəkilmişdir. Həmin şəkildə Zərərçəkmiş şəxs bankomatdan aralanır. Təqsirləndirilən şəxs isə bankomatın ekranına doğru baxır. 5-ci faylda olan şəkil saat 16:05:32-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 5-ci faylda olan şəkil saat 16:05:32-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 6-ci faylda olan şəkil saat 16:05:33-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 7-ci faylda olan şəkil saat 16:05:35-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır, 8-ci faylda olan şəkil saat 16:05:40-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 9-cu faylda olan şəkil saat 15:05:42-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 10-cu faylda olan şəkil saat 16:05:49-da çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır. 11-ci faylda olan şəkil saat 16:05:49-da çəkilmişdir. Həmin şəkildə bankomatın parol qeydiyyat olunan hissəsi görünür, 12-ci faylda olan şəkil saat 16:05:53-də çəkilmişdir. Həmin şəkildə bankomatdan pulun götürülməsi əks olunub. 13-cü faylda olan şəkil saat 16:05:53-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın ekranına baxır, 14-ci faylda olan şəkil saat 16:05:55-də çəkilmişdir. Təqsirləndirilən şəxs bankomatın qarşısından uzaqlaşır, 15-ci faylda olan şəkil saat 16:05:55-də çəkilmişdir. Həmin şəkildə bankomat kod yazılan hissəsi əks olunub. 16-cı faylda olan şəkil saat 16:05:59-də çəkilmişdir. Həmin fotoşəkildə hansısa yaşlı qadın bankomatın ekranına baxır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarış cədvəlindən görünür ki, müştəri Zərərçəkmiş şəxs məxsus 416873******0062 nömrəli Birbank CASHBACK PLUS kartından 24 yanvar 2023-cü il tarixdə Fərhad Fərhadlı filialından 30 manat və 300 manat nağd pul çıxarılmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun zərərçəkmiş şəxsə vurmuş olduğu zərəri könüllü olaraq tam ödəməsi, əməlindən səmimi peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və himayəsində iki azyaşlı uşağının olması nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər prokurorunun xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə olunmasından imtina olunmuş və Təqsirləndirilən şəxs həbsdən azad olunmuş və Sumqayıt şəhər polis idarəsinin müstəntiqi E.Əliyevin həmin tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltzizam qətimkan tədbiri seçilərək o, MSY-dən azad olunmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olan 31 yanvar 2023-cü il tarixli 2023/49/696 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Şimal” Vəkil Bürosu Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına Müdafiəçi vəkil təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 06:30-dək yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 3 ünvanının tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olan 31 yanvar 2023-cü il tarixli 2023/49/696 nömrəli məktuba əlavə edilmiş 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-420/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-420/2023
04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver