Məhkəmə qərarları › İş №1(060)-421/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-421/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-421/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1, mənzil 73-də qeydiyyatda olan və yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.03.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, “20 Yanvar” metrosunun yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib daşıyaraq, üzərində saxlamış, 27.03.2021-ci il tarixdə saat 13:52 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,132 qram və 0,089 qram, ümumi təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 2019-cu ilin sonlarından narkotik vasitə olan heroin qəbul edir. 27.03.2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 yanvar metrosunun yanında tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün 2 büküm narkotik vasitə olan heroin alıb həmin gün saat 13:52 radələrində yaşadığı ünvana gedərkən ünvan 1 üç nəfər polis geyimində olan şəxslər ona yaxınlaşıb saxlamışlar. Sonra Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PBnin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev ona yaxınlaşaraq özünü təqdim edib ona da özünü təqdim etməyini bildirmişdir. O, özünü təqdim etdikdən sonra onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Ona 1-ci PB-də üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuş və buna etiraz etməmişdir. Qeyd etdiyi proseslər videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Videoçəkiliş dayanmadan birlikdə 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. Orada üzərində olan əşyaları təqdim etməyi bildirildikdə əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisindəkinin narkotik vasitə “heroin” olduğunu, 27.03.2021-ci il tarixdə səhər saatlarında “20 yanvar” ərazisindən üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra içərisində tünd qəhvəyi rəngli maddə kütləsi olan 2 ədəd bükümlər tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Həmin narkotik vasitə olan heroini üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün olmuş, kiməsə vermək və satmaq niyyəti olmamış, eləcə də kiməsə verməmiş və satmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkili Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində şübhəli olduğundan 27.03.2021-ci il tarixdə saat 13:52-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində saxlanılmışdır. Sonra Sumqayıt şəhər Polis İdarəsinin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Ruslan Vəliyev saxlanılan şəxsə yaxınlaşaraq özünü təqdim edib həmin şəxsə də özünü təqdim etməsini bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Baş təhqiqatçı X1 Xanbalayevə saxlanılmasının səbəbini izah etdikdən sonra o, 1-ci PB-nin polis sahə rəisləri Şahid2 və Şahid1 özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs 1-ci PB-də üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuş və saxlanılan şəxs Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Bundan sonra videoçəkiliş dayandırılmadan 1-ci PB-yə gedib xidməti otaqların birinə daxil olmuşlar. Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirildikdə o əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd büküm təqdim edərək həmin bükümlərin içərisindəkinin narkotik vasitə “heroin” olduğunu, 27.03.2021-ci il tarixdə səhər saatlarında “20 yanvar” ərazisindən üzdən tanıdığı şəxsdən 20 manata aldığını bildirmişdir. Daha sonra içərisində tünd qəhvəyi rəngli maddə kütləsi olan 2 ədəd bükümlər tərəzidə çəkilmiş və həmin bükümlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırılmışdır. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PBnin polis sahə rəisləri Şahid2 və Şahid1 ifadələrində Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının ekspertizasının 27.03.2021-ci il tarixli, 6/1201 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxli İşlər Nazirliyi Zərflər üçün №126” dairəvi möhür əksi olan, “Vət.Təqsirləndirilən şəxs...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfdə 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0, 132 qram, 0, 089 qram, ümumi təmiz çəkisi 0, 221 qram qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin ümumi təmiz çəkisi-0,221 qram, tədqiqata sərf edildi-0,08 qram, qalıq-0,141 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.04.2021-ci il tarixli, 989 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sumqayıt şəhər Norkoloji Dispanserinin 1245 saylı, 06.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ildən Sumqayıt şəhər Norkoloji Dispanserində qeydiyyatdadır. İş materiallarında olan 19 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,141 qram narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27.03.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 29.03.2021-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-525/2021 saylı, 14.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilərək barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27.03.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 24.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, hazırkı cinayət işi üzrə barəsində seçilmiş polisin nəzarəti altınat vermə qətimkan tədbiri ləğv edilməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,141 qram narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 27.03.2021-ci il tarixdən 29.03.2021-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 24.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-525/2021 saylı,14.10.2021-ci il tarixli qərarı ilə seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın və hazırkı cinayət işi üzrə barəsində seçilmiş «polisin nəzarəti altınat vermə» qətimkan tədbiri ləğv edilsin. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,141 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 65,0 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar