Məhkəmə qərarları › İş №1(060)-422/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-422/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-422/2021 07.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Cəbrayıl rayonu, Böyük Mərcanlı ərazi dairəsi, Böyük Mərcanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 5 saylı texnikumun yataqxanasında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə X6 Türkiyə Respublikasının “Tokat” Universitetindən “Akdeniz” universitetinə köçürülməsi barədə yalan vəd verərək, sonuncunun atası Zərərçəkmiş şəxs aldadaraq, vahid niyyətlə 08.02.2021-ci il tarixdə saat 14 radələrində taksi sürücüsü olan Vüsal adlı şəxsin vasitəsi ilə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində Zərərçəkmiş şəxs 850 (səkkiz yüz əlli) manat ekvivalentində 500 ABŞ dollar nağd pulu, 08.03.2021 -ci il tarixdə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində Zərərçəkmiş şəxs tanışı Şahid1 vasitəsi ilə 430 (dörd yüz otuz) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1280 (bir min iki yüz səkksən) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, Türkiyə Respublikasında olan Tokat adlı universitetdə təhsil almış, həmin universitetdə təhsil alarkən Sumqayıt şəhər sakini X7 ilə tanış olmuşdur. Elgün Abbasovla orada təhsil alarkən o Antalya şəhərində “Akdeniz” universitetinə təhsilini köçürmək istədiyini demişdir. Bakı şəhərində “Osmanlı" şirkətində tanışı olduğunu və həmin şirkətin vasitəsi ilə onu “Tokata" universitetindən Antalya şəhərində olan “Akdeniz" universitetinə köçürüm etmək mümkün olduğunu ona demiş, daha sonra isə həmin köçürüm etdiyi universitetdə təqaüd alacağını ona demiş, həmin köçürümü etmək üçün də 600 ABŞ dollar məbləğində pul lazım olduğunu demişdir. X14 “Whatssapp” vasitəsi ilə onunla əlaqə saxlamış və onu Antalya universitetinə köçürüm etmək üçün ona 600 ABŞ dolları verməyə razılaşmışdır. Elgün Abbasov ona pulu atasının və qohumu Cavidin vasitəsi ilə verəcəyinə söz vermişdir. Ona görə də, həmin vaxt adətən taksi kimi sifariş etdiyi Vüsal adlı şəxsdən Sumqayıt şəhərində Cavid adlı şəxsdən həmin pulları götürməyini xahiş etmişdir. Həmin pulun 500 ABŞ dollarını Vüsal 08.02.2021 -ci il tarixdə Caviddən aldıqdan sonra ona vermiş, pulu Elgünün atası Yunisdən aldığını demişdir. Həmin pulun müqabilində onu Antalya şəhərində olan “Akdeniz" universitetinə təqaüdlə təhsil almaq üçün köçürüm edəcəyinə söz vermiş, lakin təhsil haqqında ödəmək üçün əlavə 430 manat məbləğində pul lazım olduğunu sonra Elgünə demişdir. Elgün bu dəfə də dostu Ələkbərin vasitəsi ilə ona həmin 430 manat məbləğində pulu verəcəyini demişdir. 08.03.2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində olan “Muğanbank" adlı bankın yaxınlığında Ələkbərlə görüşmüş, orada Elgündən “Akdeniz” universitetinə köçürüm etmək üçün dostuna məxsus “Nissan Juke" markalı avtomobilində qalan 430 manat pulu almış və 01.04.2021-ci il tarixdən Elgün Abbasov universitetdə gedəcəyinə və orada təhsil alacağını demişdir. Həmin pulları öz şəxsi ehtiyaclarını ödəmək məqsədi ilə xərcləmiş, lakin əvvəllər həmin pulları aldıqda yalandan onlara pulları ayrı-ayrı şəxslərə verəcəyini demiş, “Nissan Juke” markalı avtomobildə Ələkbərdən pul aldığı zaman orada tanışı Xalid də olmuş, lakin həmin pulu hansı məqsədlə aldağı barədə və törətdiyi cinayət əməlinə onun heç bir aidiyyəti olmamışdır. Hazırda ailə üzvləri tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödənmişdir, zərərçəkmiş şəxslə barışmışlar, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixli ərizəsindən görünür ki, əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıb, ziyan ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs X8 göstərdi ki, oğlu X12 Respublikasının Tokat şəhərindəki universitetdə təhsil alarkən Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonra Habil ona Azərbaycanın Türkiyədəki konsulluğunda işlədiyini bildirərək onu Antalya şəhərindəki "Akdeniz" universitetinə köçürülməsinə və tələbə təqaüdü düzəldilməsinə köməklik edəcəyinə söz vermişdir. Sonradan Habil Azərbaycana qaytmış və Elgünə demişdir ki, Bakı şəhərində Osmanlı şirkətin vasitəsi ilə Elgünü “Akdeniz” Universitetinə köçürülməsinə kömək edə bilərmiş, 2020-ci ilin fevral ayının əvvəllərində onunla telefonda danışarkən dostu Cavid onunla əlaqə saxlayacaq və birlikdə Habil adlı tanışı ilə əlaqə saxlayıb onunla görüşərək Habilə 500 Abş dollar pul verəcəyinə söz vermişdir, o isə Elgünlə razılaşmış, Cavidlə danışdıqda o, Habillə əlaqə saxlamış, Habil pulu Vüsal adlı tanışınına vercəyini demişdir. 08.02.2021-ci il tarixdə saat 14 radələrində Cavidlə birlikdə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisindəki X16 Stansiyasının yaxınlığına getmişlər. Həmin vaxtı bir nəfər şəxs oraya gəlmiş, o, Caviddən adının Cavid olub olmadığını soruşmuşdur. Cavid həmin şəxsə adının Cavid olduğunu demişdir. Həmin vaxtı Cavid ona vermiş 500 ABŞ dolar pulu həmin şəxsə vermiş, sonra Elgünün universitetinin təhsil haqqını ödəmək istəyən zaman Habil Elgünə demişdir ki, 430 manat da lazımdır, həmin pul da verilmişdir, Çünki onun “Akdeniz'' universitetinə köçüçrlməsinə əlavə pul lazım olmuş, eləcə də həmin universitet üçün tələbə təqaüdü düzəldilməsinə köməklik etməyə söz vermişdir. Elgün aprelin ayının 1-dən həmin universitetdə dərsə başladığını və Elgün bu barədə ona həmin pulu dostu Ələkbərə verdiyini. o, həmin pulu Habilə vercəyini bildirmişdir. 08.03.2021 -ci il tarixdə saat 16 radələrində Elgünün dostu Ələkbər ilə Sumqayıt şəhəri. 36-cı məhəllə ərazisində yerləşən “MUĞANBANK"-ın qarşısına getmişlər. Ora gəldikdə Habilin "Nissan Juke" markalı avtomobildə tanımadığı sürücünün yanında əyləşmiş və gözlədiyini görmüş, həmin avtomobilin sürücüsü isə tanımadığı şəxs olmuşdur. O, 430 manatı Ələkbərə vermişdir. Özü isə kənarda dayanmışdır. Ələkbər Habilin əyləşdiyi “Nissan Juke" markalı avtomobilə tərəf getmiş, bir qədər kənardan Ələkbər maşının içərisində verdiyi 430 manat pulu sayıb Habilə verdiyini görmüş, sonra Ələkbər maşından düşmüş və ona tərəf getmişdir. O, Habilə pulu verərkən mobil telefonu ilə bunu videoçəkiliş edib telefona köçürdüyünü demişdir. Sonradan Habildən dəfələrlə oğlu Elgünün “Akdeniz” universitetinə köçürülməsi ilə bağlı rəsmi sənəd istəmişdir. Lakin Habil müxtəlif bəhanələr gətirmişdir. Sonradan Habilin onu aldatdığını anlamışdır. Habildən pullarını tələb etməyə başlamış, lakin Habil ona müxtəlif bəhanələr gətirərək pullarını verməkdən imtina etmişdir. Habilə ondan şikəyət edəcəyini dedikdə o, “hara istəyirsən get şikayət et" demişdir. Buna görə də Sumqayıt şəhər Pİ-nin 3-cü polis bölməsinə gedərək şikayət ərizəsi yazıb vermişdir. Təqsirləndirilən şəxs ümumilikdə 1280 manat pulu oğlu Elgünün Türkiyə Respublikasında olan Tokat universitetindən Antalya şəhərindəki “Akdeniz" universitetinə köçürülməsini vəd etməsi müqabilində vermişdir. 850 manat pulu Elgünün dostu Cavidin vasitəsi ilə Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisindəki X16 xəstəxanasının yaxınlığında Habil adlı şəxsə vermişdir. İkinci dəfə Sumqayıt şəhəri, 36cı məhəllə ərazisində yerləşən “MUĞANBANK”-ın qarşısında 430 manat pulu Ələkbərin vasitəsi ilə Habilə vermişdir. Məhkəməyə təqdim edilmiş Zərərçəkmiş şəxs 30.09.2021-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsə dəyən ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbləri yoxdur, nəzərə alınmasını xahiş edir. Məhkəmədə Şahid1 göstərdi ki, X6 2017-ci ildən tanımış, əvvəllər onun yaşadığı 40-cı məhəllədə yaşamışdır. Elgünlə aralarında normal münasibətlər olmuşdur. Elgün halhazırda Türkiyə Respublikasının Tokat şəhərindəki Tokat universitetində təhsil alır. 02.03.2021-ci il tarixdə saat 17:00 radələrində Elgünün atası Yunis onun mobil telefonuna zəng vuraraq oğlu Elgünün təhsil aldığı universitetin dəyişməsinə köməklik etməsi üçün bir nəfərin ona köməklik edəcəyini, həmin şəxsə onun vasitəsi ilə 430 manat pul verəcəyini bildirmiş, Elgün özü də ona Habil adlı şəxsin onun təhsil aldığı universitetin dəyişdirilməsinə köməklik edəcəyini söz vermiş, bu məqsədlə Elgünün atası Yunisin ona 850 manat pul verdiyini demişdir. Sonradan Habil yenidən bu adla Elgiindən 430 manat da əlavə pul istəmiş, həmin gün saat 16 radələrində Yunislə Sumqayıt şəhəri, 36-cı məhəllə ərazisində yerləşən “MUGANBANK”-ın qarşısına getmiş, ora gəldikdə Habilin '‘Nissan Juke” markalı avtomobildə tanımadığı sürücünün yanında əyləşərək gözlədiyini görmüş, həmin avtomobilin sürücüsü isə tanımadığı şəxs olmuş, Yunis həmin vaxtı 430 manat pulu ona vermişdir. Özü isə kənarda dayanaraq gözləməyə başlamışdır. Habilin əyləşdiyi “Nissan Juke” markalı avtomobilə tərəf getmiş, avtomobilin qapısını açıb arxa oturacağında əyləşmiş, həmin vaxtı Habil qarşı oturacaqda əyləşmiş, mobil telefonunun kamerasını gizlincə açıq qoymuş, Habilə pul verməyini videogörüntüsünü gizlicə çəkmiş, həmin vaxtı Yunisin ona verdiyi 430 manat pulu sayıb Habilə vermiş, Habil həmin pulları sayaraq cibinə qoymuş, həmin vaxtı bütün bu proseslərin videogörüntüsünü telefonuyla gizlicə çəkmiş, Habil həmin vaxt Elgünün təhsil aldığı universitetin dəyişdirilməsinə köməklik edəcəsini demiş, sonra avtomobildən düşmüş və Yunisin yanına qayıtmışdır. Ona verdiyi 430 manat pulu Habilə verdiyini, bütün bunları mobil telefonla gizlicə çəkdiyini demişdir. Habil X4 Türkiyə Respublikasında təhsil aldığı Tokat universitetindən Antalya şəhərindəki “Akdeniz” universitetinə köçürülməsini vəd etmiş, bunun müqabilində ondan əvvəlcə eşitdiyinə görə 850 manat, onun vasitəsiylə isə 430 manat pul almışdır. İstinbtaq zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs oğlu Elgün Abbasovu 2 il olar ki, tanıyır, 40-cı məhəllədə yaşamışlar, onunla aralarında dostluq münasibətləri yaranmış, Elgün hazırda Türkiyə Respublikasının Tokat şəhərində Tokat universitetində təhsil alır. 05.02.2021-ci il tarixdə Elgün onun mobil telefonuna vatsap vasitəsi ilə mesaj yazaraq mobil nömrəni bir nəfər şəxsə verəcəyini demişdir. Həmin şəxs onun təhsil aldığı Universitetinin dəyişdirilməsinə köməklik edəcəyinə söz vermişdir. Həmin adamla görüşüb pul vermək lazım olduğunu demişdir. 07.02.2021-ci il tarixdə tanımadığı +**********25 nömrəsindən ona vatsap vasitəsi ilə mesaj gəlmiş, həmin mesajda Elgünün verəcəyi pulun Vüsal adlı tanışına çatacağı yazılmış, eləcə də həmin şəxs ***-***-**-** mobil nömrəsini vatsapla ona göndərmiş həmin nömrə ilə əlaqə saxlamağını bildirmiş, həmin nömrələri vatsap vasitəsi ilə Elgünün mobil telefonuna göndərmişdir. Elgün ona +**********25 nömrəsinin Habilə məxsus olduğunu demişdir. Sonra Elgün ona “Habil məndən pul götürəcək" mesaj yazaraq bildirmişdir. O Habilə ona məxsus +**********25 nömrəsi ilə mesajları, Habil ona pulu Vüsal adlı tanışına verməyini bildirmişdir. Habilin dediyi Vüsal adlı şəxsə məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub onunla danışmış, onunla razılaşmış və 40-cı məhəllə ərazisində X16 Stansiyasının yaxınlığında görüşəcəyini demişdir. 08.02.2021-ci il tarixdə saat 15:00 radələrində Elgünün atası Yunis ilə birlikdə 40-cı məhəllə ərazisində X16 Stansiyasının yaxınlığında olarkən bir nəfər şəxs oraya gəlmiş, həmin şəxs ondan adının Cavid olduğunu soruşmuş, ona adının Cavid olduğunu demiş, həmin şəxs Elgünün verdiyi pulun ona çatacağını demişdir. Həmin vaxtı Yunisin yanında 500 ABŞ dollar pulu sayaraq həmin şəxsə vermiş, həmin şəxs onun verdiyi pulu sayaraq götürmüş, sonra o, ayırlmış və getmişdir. Bir müddət keçəndən sonra həmin Habil adlı şəxs Elgünə universitetinin dəyişilməsinə köməklik etməmiş, onu və atası Yunisi aldadaraq pulu ələ keçirmişdir. 500 ABŞ dolları pulu Habilin ona tanışı Vüsal kimi təqdim etdiyi şəxsə vermişdir. Vüsalı tanımamış, onu ilk dəfə idi ki, görürmüş və Vüsal 40 yaşlarında, orta boylu, dolu bədənli bir şəxs şəxs olmuşdur. İş materiallarında olan 21.03.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Sumqayıt şəhəri, Muğambankın qarşısında olan zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, 02.03.2021-ci il tarixdə Ələkbər adlı şəxslə saat 17:00 radələrində həmin yerə gələrək oğlu Elgünün təhsil aldığı universitetin dəyişdirilməsi, həmçinin ödənişi ilə bağlı Habil adlı şəxslə görüşdüyünü, tanışı Ələkbərlə üzərində olan 430 manat Habil adlı şəxsə verdiyini bildirdi. Zərərçəkmiş şəxs bildirdi ki, Habil adlı şəxs ağ rəngli xarici markalı avtomobillə gəlmişdir. Qeyd olunan yerdə olduğu zaman Zərərçəkmiş şəxs 430 manat tanışı Ələkbərə vermiş, Ələkbər Habilin yanına gəlmişdir.(i.v 4) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 03.04.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi videogörüntü olan diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, avtomobilin arxa oturacağında əyləşmiş Şahid1 430 manat pulları sayaraq həmin qabaq sağ oturacağında əyləşmiş Təqsirləndirilən şəxs verir. Təqsirləndirilən şəxs isə həmin pulları sayaraq götürür.(i.v 31) İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 03.04.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi göndərdiyi səs yazılarına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Elgün Abbasova “qaqa başına dönüm gözlə bir mən zəng edim türk müşavirliyinə, gözlə deyim atsın gmailə, mən atıram sənə qaqa” deyə bildirir. Digər səs yazısında isə Təqsirləndirilən şəxs Elgün Abbasova “Heçnə Elgün qaqa narahat olma, lap 10 dəfə, 20 dəfə sənə demişəm, Antaliya İligöç idarəsinə gələcək kimdisə, Antaliya İligöç idarəsinə, bir illikdir, dörd illikdir bilmirəm, amma hər nədirsə bir illik ya dörd illik Antaliya İligöç idarəsindən perevod gələcək sənə” deyərək bildirir.(i.v 32) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 09.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 25.07.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 62, 178.3.2-ci maddələri ilə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin 19.01.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 185.2.2, 326.2 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 23.09.2014-cü ildə Xəzər Rayon Məhkəməsinin 23.09.2014-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa o, Cəbrayıl Rayon Məhkəməsinin 23.06.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28.02.2018-ci il tarixli qərarı ilə cəza müddəti 03 ilə endirilmiş, Ali Məhkəmənin 17.04.2018-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 08.09.2016-cı il tarixli qərarı dəyişmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi ilə 3 il 06 ay azadlıqdan məhrumetmə cəzası 1 il sınaq müddəti ilə şərti hesab edilməklə məhkəmədən azad olunmuş, Cəbrayıl Rayon Məhkəməsinin 06.11.2018-ci il tarixli qərarı ilə şərti məhkumetmə ləğv edilmiş və məhkumluğu götürülmüşdür. Bundan başqa o Xəzər Rayon Məhkəməsinin 05.06.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilmişdir.(i.v 55-58) İş materiallarında olan 3-cü PB-nin rəisi Xalid Quliyevin 22.05.2021-ci il tarixli ***- **** saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22.05.2021-ci il tarixdə saat 15:20 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində tutulmuşdur. (i.v.79) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 17.08.2010 və 25.08.2015-ci il təvəllüdlü iki uşağı vardır.(i.v 98-99) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi barədə” Qərardan görünür ki,Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v 102) İş materiallarında olan Sumqayıt ŞPİ İŞ-nin 26.05.2021-ci il tarixli ***-*******21 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin BİKİ-NİN “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısına “Saxla” statusu ilə daxil edilmişdir.(i.v 107) İş materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 26.05.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsinə əsasən Təqsirləndirilən şəxs səs yazısı olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs pulu aldığı zaman çəkilmiş videogörüntü olan 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır.(i.v 115-120) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-422/2021 saylı 10.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ 5-ci PB-nin 01.09.2021-ci il tarixli 329-5539- 1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 01.09.2021-ci il tarixdə saat 14:50 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Texniki Universitetin 3 saylı binasında tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 108 (yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Məmmədovun səs yazısı olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs pulu aldığı zaman çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə 108 (yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs səs yazısı olan 01 ədəd CD disk və Təqsirləndirilən şəxs pulu aldığı zaman çəkilmiş videogörüntü olan 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar