Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-422/2025 29.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, xx xxxxxx 1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu. Dondarlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağları, fərdi yaşayan evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X7 ilə birlikdə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, 15 iyul 2024cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı binanın qarşısına gəlmiş, cinayətkar niyyətin həyata keçirilməsi üçün aralarında olan rol bölgüsinə əsasən o, mənzilin plastik pəncərəsini vintaçan alətlə açaraq pəncərədən qanunsuz olaraq yaşayış sahəsi hesab edilən mənzilə daxil olduqdan sonra mənzilin qapısının kilidini içəridən istintaqa məlum olmayan alətlə sındırdıqdan sonra, İlkin Məmmədov qanunsuz olaraq yaşayış sahəsi hesab edilən mənzilə daxil olmuş, bundan sonra o, yataq otağındakı sandıqçada saxlanılan iki ədəd zərfdə olan ümumilikdə 14000 manat pul, sandıqçanın yanında olan üç kiloqramlıq şüşə bankada saxlanılan 500 manat pul, həmin yataq otağında olan dolabın siyirtməsində saxlanılan 1190 manat dəyərində 583 əyar qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərzik, 1530 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağı, 550 manat dəyərində 750 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğa, 550 manat dəyərində 750 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 850 manat dəyərində 583 əyar qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğa, 1100 manat dəyərində 750 əyar qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 850 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyü, 1275 manat dəyərində 583 əyar qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saat, 850 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 425 manat dəyərində 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 595 manat dəyərində 583 əyar qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 595 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 595 manat dəyərində 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, mənzilin dəhlizində dolabın üzərindən 60 manat dəyərində “Citizen” markalı təzyiq ölçən aparatını və 40 manat dəyərində bədəndəki oksigenin miqdarını ölçən saturasiya aparatını gizli yol ilə talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 25555 manat, yəni xeyli miqdarda maddi ziyan vuraraq özgə əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında talamaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.3. 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadələrində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda yaşayır. Əvəllər bir dəfə cinayət törətdiyinə görə Türkiyə Respublikasında məhkum olunmuşdur. Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs əvvəllər tanımışdır. Belə ki, o, 2015-ci ilədək Gülbar xanımın yaşadığı blokda 3-cü mərtəbədə ailəsi ilə birlikdə yaşamışdır. Həmin vaxtlardan da Gülbar xanımı bir qonşu olaraq tanımış, onunla aralarında hər hansı ədavət və düşmənçilikləri olmamışdır. Gəncə şəhər sakini X7 ilə 2024-cü ilin əvvəllərində tanış olmuşdur. Tanış olduqdan sonra İlkinə məxsus hazırda xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayırdılar. 14 iyul 2024-cü il tarixdə İlkin Bakı şəhərinə gəlmişdir. Söhbət əsnasında o, İlkinə demişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə ərazisində yerləşən bina evinin 1-ci mərtəbəsində bir nəfər yaşlı həkim qadın yaşayır, həmin qadının evində pul və qızıl-zinyət əşyaları olması ehtimalı vardır. Həmin qadının səhər radələrində evdən çıxdığını və axşam saat 17 radələrində evə qayıtdığını bildirmişdir. İlkinin pula ehtiyacı olduğunu deyib növbəti gün oraya gedib mənzilə daxil olaraq oradan pul və qızılları oğurlamaqlarını təklif etmişdir. Həmin vaxt onun da pula ehtiyacı olduğu üçün o, İlkinə məhz Gülbarın yaşadığı mənzildən oğurluq etmək təklif etmişdir. İlkin də maddi cəhətdən çətinlik çəkdiyi üçün onunla razılaşmışdır. Növbəti gün onlar İlkin ilə Sumqayıt şəhəri. 13-cü mikrorayon ərazisində görüşərək Gülbarın yaşadığı binanın qarşısına getmişlər. Oğurluq etmək üçün əlverişli şəraitin olduğunu əmin olduqdan sonra binanın blokuna girmişlər. İlkin blokun qarşısında gözləmiş, o, isə birinci mərtəbəyə qalxmış, mənzildə heç kimim olmadığına əmin olmaq üçün solda olan mənzilin qapısını döymüş, mənzilin boş olmasından əmin olmuşlar. Bundan sonra onlar blokdan çıxıb pəncərənin qarşısına gəlmişlər. Pəncərənin üzərində olan setkanı İlkin götürüb yerə qoymuşdur. Bundan sonra o özü ilə gətirdiyi vintaçanı yarı açıq olan pəncərənin aşağı hissəsinə salmaqla pəncərəni açmışdır. İlk öncə İlkin onun köməyi ilə pəncərəyə qalxıb evə daxil olmağa çalışmış, lakin pəncərədən mənzilə daxil olmaq onda alınmamışdır. O, arıq bədən quruluşuna malik olduğu üçün İlkin onun ayaqlarından qaldıraraq onun mənzilə daxil olmağına kömək etmişdir. O, içəridən mənzilin qapısını kilidini vintaçanla sındırmış və qapını açdıqdan sora İlkin setkanı götürüb blokun içərisindən mənzilə qapıdan içəri daxil olmuşdur. Bundan sonra sandığın yanında yerdə olan 3 kiloqramlıq bankanı və içərisində olan pulları götürmüşdür. Bankanın və zərflərin içərisində nə qədər pul olduğunu həmin vaxt bilməmişdir. Bundan sonra o, dolabın süyürtməsini açmış, həmin süyürtmədə olan dairəvi formada olan plastik qabın içərisindən müxtəlif növ qızılları götürmüş və ciblərinə qoymuşdur. Həmin qızılların içərisində sırğalar, üzüklər, bilərzik və boyunbağı var idi. Bundan sonra onlar mənzilin qapısından çıxmışlar. Orada tanımadığı hazırda markasını xatırlamadığı taksiyə əyləşmişlər və Bakı şəhərinə xatırlamadığı kafeyə getmişlər. Həmin vaxt İlkin qabaq sərnişin oturacağında o, isə arxa oturacaqda əyləşmişdir. Yolda olan zaman o, pulları saymışdır. Onlar çatdıqda kafeyə girmişlər. O, demişdir ki, qızılları yoxladacaq, satdıqdan sonra ona xəbər edəcək, pulu böləcəklər. O, iki ədəd zərfdə və şüşə bankdadan ümumilikdə 9200 manat pulun çıxdığını demişdir. Daha sonra isə özünün də pula ehtiyacı olduğu üçün həmin puldan 5000 manatını götürmüş və İlkinə 4200 manat vermişdir. Qızıllar da onda qalmışdır. Bundan sonra o, oradan çıxmış və İlkin ilə sağollaşmışdır. xx.xx.2024-cü il tarixdə o, ölkə hüdudlarını tərk edib Rusiya Federasiyasına getmiş və qızılları özü ilə aparmamışdır. Həmin qızılları Bakı şəhərində xatırlamadığı yerdə xatırlamadığı şəxsə satmışdır. Həmin qızılları ümumilikdə 4250 manata satmışdır. Həmin qızılların satışından əldə etdiyi pulun bir qismini İlkinə vermişdir. Törətdiyi cinayətə görə əməlindən səmimi peşmandır. Qızılları isə satdıqdan sonra əldə olunmuş pulları necə bölməklərini xatırlamır. İlkindən başqa bu işdən heç kimin xəbəri və köməkliyi olmamışdır. Cinayətin baş verdiyi gündən kifayət qədər vaxt keçdiyi üçün evdən dəqiq olaraq hansı növ qızılların oğurlandığını xatırlamır. Bundan başqa mənzilin dəhlizində dolabın üzərindən “Sitzen” markalı təzyiq ölçən aparatını və bədəndəki oksiqenin miqdarını ölçən saturasiya aparatını ümumiyyətlə hara qoyduğunu xatırlamır. Həmin vaxt üzərində olan mobil nömrəni xatırlamır, oğurluq etdikdən sonra həmin nömrəni sındırıb atmışdır. O, İlkini avtomobil ilə götürməmişdir. Xatırladığı qədər İlkin yoldan keçən manatlıq taksi ilə Sumqayıt şəhərinə gəlmişdir və o, İlkini Sumqayıt şəhərində qarşılamışdır. O, etiraf etdiyi cinayətdən başqa digər yerlərdə oğurluq və ya digər cinayət törətməmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1. 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün səmimi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolu və istintaq zamanı toplanmış digər sübutlarla kifayət qədər təsdiq olunur. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmişdir. Bildirmişdir ki, yuxarıda göstərilən ünvanda tək yaşayır. Lakın qrafikalı azərbaycan əlifbası ilə sərbəst yazıb oxumağı bacardığından, ifadəsinin həmin qrafika ilə kompüter vasitəsilə müstəntiq tərəfindən yazılmasına etiraz etmir. 2023-cü il tarixdə ev təmiri ustası işləyən X8 yaşadığı evin təmirini aparmışdır. Təmir bir müddət sonra dəhlizdə döşəməyə vurulmuş laminat çox sıx vurulduğu üçün şişməyə başlamışdır. Bundan sonra yenidən həmin laminatı düzəltmək lazım olduğundan o, qardaşı Əliyar Hüseynovdan xahiş etmişdir ki, Nəbini evinə göndərsin ki, sonuncu laminatları dəyişsin. xx.xx.2024-cü il tarixdə saat 08:30 radələrində o, yaşadığı evin yataq otağının qapısını açar ilə bağlayıb, həmin açarı qonaq otağında olan suverin stakanın içərisinə qoymuş, daha sonra mənzilindən çıxmış, mənzilin giriş qapısını açar ilə bağlamış və giriş qapısının açarını giriş qapısının qarşısında olan ayaqaltının altına gizlədərək işə getmişdir. Açarı gizlətdiyi yeri qardaşı Əliyara bildirmişdir ki, usta Nəbi gəldikdə açarı götürüb içəri daxil ola bilsin. Həmin gün təxminən 12:37 radələrində Nəbi ona zəng edərək, evdə vintaçanın olub-olmadığını soruşmuşdur. O, isə evdə vintaçan olmadığını, üzbəüz qonşusu olan Mahizər xanımında olduğunu, ondan götürə biləcəyini demişdir. Həmin gün təxminən 15:55 radələrində o, yaşadığı evə gəlmişdir. Ustaların hələ də evdə işlədiklərini fikriləşib mənzilin giriş qapısında olan tutacağı tutub qapını açmağa çalışan zaman qapının iç tərəfindən olan tutacağın yeri düşdüyünü görmüşdür. Bundan sonra o, mənzilin giriş qapısından Nəbini səsləmişdir. Lakin səsinə cavab verən olmamışdır. Daha sonra mənzilə daxil olub evin dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Qapısını bağladığı yataq otağının qarşısına gəldikdə isə qapının tutucağının sındırlıldığını görmüşdür. Yataq otağında daxil olduqdan orada yerləşən sandıqçanın içərisindən bir ədəd kağız konvertə 10000 və 1 ədəd kağız konvertdə olan 4000 manat pulların oğurlandığını aşkar etmişdir. Daha sonra həmin sandıqçanın baş tərəfindən 3 kiloqramlıq bankanın içərisində nəvəsi üçün yığdığı 500 manat pulun da oğurlandığını aşkar etmişdir. Daha sonra yataq otağında olan dolabın süyürtməsini açmışdır, həmin süyürtmədə olan dairəvi formada olan plastik qabın içərisindən ona məxsus 583 əyar qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərzik, 583 əyar qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağı, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğa, 750 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğa, 750 əyar qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyü, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saat, 583 əyar qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğa, 583 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 583 əyar qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyü, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün oğrulandığını aşkar etmişdir. Bundan başqa yaşadığı mənzilin dəhlizində dolabın üzərindən 60 manat dəyərində “Sitzen” markalı təzyiq ölçən aparatının və 40 manat dəyərində bədəndəki oksiqenin miqdarını ölçən saturasiya aparatının da oğrulandığını aşkar etmişdir. Daha sonra o, Nəbiyə zəng etmiş və harada olduğunu soruşmuşdur. Nəbi isə artıq evdə olduğunu bildirmişdir. O, Nəbiyə evindən oğurluq olduğunu dedikdə Nəbi hadisədən xəbəri olmadığını bildirmiş və tez bir zamanda evə gələcəyini demişdir. Daha sonra o. DİN-nin 102 xidmətinə zəng edib oğurluq barədə məlumat vermişdir. Qardaşı Əliyar ilə danışanda sonuncu ona demişdir ki, təxminən saat 14:30 radələrində Nəbi ona zəng edib artıq işlərini yekunlaşdırdığını və mənzildən çıxdığını bildirmişdir. O isə dediyi kimi evə saat 15:50 radələrində daxil olmuşdur. Yaşadığı mənzilin pəncərəsinin kənarlarında vintaçanın izləri olmuşdur. Onda o anlamışdır ki, evindən oğurluq etmiş şəxslər pəncərədən daxil olmuşlar. Oğurluq hadisəsi 15 iyul 2024-cü il tarixdə saat 15-16 radələri arasında baş vermişdir. Ümumilikdə baş vermiş oğurluq hadisəsi nəticəsində təxminən 24500 manat maddi ziyan dəymişdir. Oğurlanmış əşyaların təsviri haqqında heç bir şey deyə bilmir. Belə ki, oğrulanmış qızıl-zinyət əşyaların hər hansı xüsusi əlamətləri olmamışdır. Baş vermiş oğurluq hadisəsindən heç kimdən şübhə etməmişdir. Evində qızıl və pul olması haqqında heç kimin məlumatı olmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxsin hüquqi varisi X5 bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyandan 12000 (on iki min) manat ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Cinayət işinin 48-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 1-ci cild 50-51-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 65-69-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 (bir) ay, 15(on beş) gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-87-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə təhvil verilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 36-37-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsindən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif etmişdir. Cinayət işinin 127-128-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək ona AR CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 94A-96-cı vəqələrində olan Surqut şəhər Məhkəməsinin 3/2-316/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində həmin şəhər ərazisində müəyyən edilərək saxlanılmışdır. Cinayət işinin 99-102-ci vərəqəsində olan Yuqra, Surqut şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində onun ekstradisiyası haqqında vəsatət alınanadək 40 gün, yəni 2024-cü il dekabrın 16-dək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 94-96-cı vərəqəsində olan Yuqra, Surqut şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2025-ci il tarixinədək uzadılmışdır. Cinayət işinin 176-181-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 06 iyun 2025-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 70-71-ci vərəqəsində olan Azərbaycan Respublikası BƏSİİ-dən alınan məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, xx.xx.1992-ci il təvəllüdlü. Qubadlı rayonu, Dondarlı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Türkiyə Respublikası Bakırköy 6 sülh Cəza Hakimliğin xx.xx.2017-ci il tarixli hökmü ilə (TCQ 149/1C) istintaqda mövcud olan tələbnamədə qeyd edilməyən cəza verilmişdir. Sonuncu cəzanı Türkiyə Respublikası ƏN-nin Maltəpə 3 N L tipi qapalı cəza infaz qurumunda çəkmişdir. Cinayət işinin 159-168-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin hökmündən görünür ki, X7 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 73-75-ci vərəqəsində olan məhkəmə-daktiloskopik ekspertizasının 13 sentyabr 2024-cü il tarixli 24/1437 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12, mənzil 19-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 04 ədəd əl-barmaq izi və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 02 ədəd ovuc izi xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş X2 əlinin ovuc (02 dəfə) əksi ilə eynilik müəyyən etmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 04 ədəd əl-barmaq izi və 01 ədəd ovuc izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə eynilik müəyyən edilməmişdir. Cinayət işinin 18-28-ci vərəqələrində olan xx.xx.2024-cü il tarixdə tərtib edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı evin 1-ci mərtəbəsində yerləşən 19 saylı mənzilə gündüz vaxtı təbii işıqlandırılmış hava şəraitində keçirildi. Baxış zamanı sözügedən mənzilin binanın birinci mərtəbəsində yerləşməsi. 1 qonaq otağından, 1 mətbəx otağından, 2 yataq otağından və eyvandan ibarət olması müəyyən edildi. Mənzilin giriş qapısının üzərində olan kilidin sınmış vəziyyətdə olması, mənzilə qapıdan içəri daxil olduqda dəhlizin olması, dəhlizdən solda mətbəx otağının yerləşməsi, mətbəxdə olan plastik pəncərənin açıq olması, pəncərənin üzərində kənar müdaxilə izlərinin olması, pəncərənin yanında divara söykənmiş vəziyyətdə pəncərə torunun olması müəyyən edildi. Mənzilin qonaq otağının, iki yataq otağının dağınıq vəziyyətdə olması, dolabların içərisində olan paltarların yerdə dağınıq vəziyyətdə olması müəyyən edildi. Baxış zamanı Gülbar Balakişiyeva dəhlizdə yerləşən dolabın üzərini göstərib həmin dolabın üzərindən bir ədəd təzyiq ölçən aparatının və 1 ədəd bədəndə oksiqen miqdarını ölçən aparatın oğurlandığını, qapısını daima bağlı saxladığı yataq otağının tutacağının sındırıldığını, həmin otaqda yerləşən sandıqçanın üzərində olan xırda kilidin sındırılmasını, sandıqçanın içərisindən bir ədəd kağız konvertdə içərisində 10000 və bir ədəd kağız konvertdə içərisində 4000 manat pulların, həmin sandıqçanın baş tərəfində yerdə olan üç kiloqramlıq bankanın içərisində nəvəsi üçün yığdığı 500 manat pulun, həmin yataq otağında olan dolabın süyürtməsində olan dairəvi formada olan plastik qabın içərisindən ona məxsus təxminən 10000 manat dəyərində hazırda dəqiq deyə bilmədiyi müxtəlif növ qızıl-zinət əşyalarının oğurlandığını bildirmişdir. Baxış zamanı ekspert-kriminalist, polis mayoru Elnur Qocayev tərəfindən yataq otağında dağınıq vəziyyətində olan əşyaların arasında olan telefon qutusunun üzərindən 2 ədəd, həmin yataq otağında yatağın üzərində olan üç kiloqramlıq şüşə balonun üzərində 1 ədəd, mənzilin mətbəx otağının plastik pəncərəsinin üzərindən 9 ədəd, mətbəx otağının plastik pəncərəsinin pəncərəaltı hissəsində 2 ədəd, mənzilin giriş qapısının üzərində 1 ədəd əl-barmaq izləri aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 186-cı vərəqəsində olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 18 aprel 2025-ci il tarixli 1200 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də, "üzvi emosional-labil (astenik) pozuntu" qeyd olunmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən "üzvi emosional-labil (astenik) pozuntu" onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onlara rəhbərlik etmək iqdidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda üzvi emosional-labil (astenik) pozuntu aşkar olunur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən hadisələri düzgün qavrayıb təsvir etmək və istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən qondarma fikrlər söyləməyə meyillik yaradan psixi patologiya qeyd olunmur. Cinayət işinin 81-83-cü vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7032 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl-zinət əşyaların 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 583 əyar qızıldan hazırlanmış 14 qram çəkidə 01 ədəd bilərziyin qiyməti 1190 manat, 583 əyarlı qızıldan hazırlanmış 18 qram çəkidə 01 ədəd boyunbağının qiyməti 1530 manat, 750 əyar qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd sırğanın qiyməti 550 manat, 750 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzüyün qiyməti 550 manat, 583 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt badam formasında sırğanın qiyməti 850 manat, 750 əyarlı qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğanın qiyməti 1100 manat, 583 əyar qızıldan hazırlanmış 10 qram çəkidə üzərində sadə qaşları olan 01 ədəd kişi üzüyünün qiyməti 850 manat, 583 əyarlı qızıldan hazırlanmış 15 qram çəkidə 01 ədəd saatın qiyməti 1275 manat, 583 əyar qızıldan hazırlanmış 10 qram çəkidə 01 cüt sırğanın qiyməti 850 manat, 583 əyarlı qızıldan hazırlanmış 5 qram çəkidə 01 ədəd üzüyün qiyməti 425 manat, 583 əyar qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat, 583 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat, 583 əyar qızıldan hazırlanmış 7 qram çəkidə 01 ədəd qadın üzüyünün qiyməti 595 manat olmaqla ümumi dəyəri nəzəri qaydada təxminən 10955 manat müəyyən edilmişdir. Qərarda göstərilən “Citizen” markalı təzyiq ölçən aparatı və bədəndəki oksiqen miqdarını ölçən saturasiya aparatı haqqında kifayət qədər məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işinin 1-ci cild 80-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 170-171-ci vərəqəsində olan 2386/2018 saylı sağlamlıq vəziyyətinin müəyyən edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs mülayim dərəcədə ifadə olunmuş nevrozabənzər pozuntu, yaddaş və intellektin enməsi ilə anemnezində qıcolma tutulmaları diaqnozu qoyulmuşdur. Cinayət işinin 194-205-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələri, baxış protokolu, İfadənin yerində yoxlanılması protokolu, məhkəmədaktiloskopik ekspertizasının, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri və digər sənədlər sübut kimi qiymətləndirilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınan X3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıb. Ona dəymiş maddi ziyan 12000 (on iki min) manat ödənildiyi üçün Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 5-155/1- 8033/2025 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində xarici dövlətin hökmünün tanınması ilə bağlı təqdimat daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin etirafı, ekspert rəyi və digər iş materialları ilə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaqla və xeyli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmiş, o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs halında, saxlanc yerinə qanunsuz daxil olmaqla və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən qanunvericliliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən, onları törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin özünü təqsirli bilməsi, əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər ilə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli şəxsin Rusiya Federasiyası Surqut şəhəri ərazisində saxlanıldığı, yəni 06 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, həmin tarixdən sonra Təqsirləndirilən şəxs müvafiq olaraq Rusiya Federasiyasının Surqut Şəhər Məhkəməsinin və Sumqayıt Şəhər Məhkəməsinin qərarları ilə həbsdə saxlama müddətləri uzadılmış və hökm elan olunduğu tarixədək həbsdə olmuşdur. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkilinə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 177.2.3 və 177.2.4-cü maddələri təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xərci 50 (əlli) manat isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 165 (yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə hökm verildiyi andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökm verildiyi) andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №1(060)-422/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-422/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver