Məhkəmə qərarları › İş №1(060)-423/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-423/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-423/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs:Zərərçəkmiş şəxs iştirakı ilə, 26 noyabr 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində bacısı Zərərçəkmiş şəxs ilə aralarında Zərərçəkmiş şəxs yaşadığı mənzildə ünvan 2 ünvanında ailə münasibətlərinin pozulması zəminində baş verən mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsinə bir neçə dəfə sillə ilə qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş Yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun balaca bacısıdır. Ramilə 2012-ci il tarixində Həsənov Anar ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan 2 azyaşlı övladları vardır. Əvvəllər münasibətləri normal olmuşdur. Son bir neçə il olar ki, Ramilə ilə Anar arasında tez-tez mübahisə olur. Böyük qardaş kimi o Ramiləyə həyat yoldaşı ilə normal danışmağı tapşırmışdır. Ramilə onun sözünə məhəl qoymamışdır. Buna görə də o xx.xx.2023-cü il tarixində saat təxminən 11:30 radələrində onun yaşadığı ünvan 3 ünvanına getmişdir. Orada Ramilə ilə ilk öncə aralarında sözlə mübahisə olmuşdur. Ramilə ona kobud cavab verəndə o əsəbiləşərək Ramilənin üzərinə gedərək onun üzündən 2-3 dəfə olmaqla sillə ilə zərbə endirmişdir. Zərbənin təsirindən o geri gedərək otaqda olan oturacağa dəymişdir. Bundan sonra o oranı tərk edərək yaşadığı ünvana getmişdir. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, 2010-cu ildə Həsənov Anar ilə ailə həyatı qurmuşdur. Əvvəllər münasibətləri normal olmuşdur. Sonbir neçə müddət olar ki, Anar ilə aralarında mübahisələr olmuş, buna görə də o Anardan ayrılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Buna görə də qardaşı Təqsirləndirilən şəxs ona ərizəsini geri götürməyini bildirmişdir. Hadisə baş verən gün, yəni xx.xx.2023-cü il tarixində saat 11:30 radələrində qardaşı onun yaşadığı ünvana gələrək onunla mübahisə etməyə başlamışdır. Mübahisənin səbəbi onun Sumqayıt Şəhər Məhkəməsinə müraciəti olmuşdur. O Samirə cavab qaytararkən Samir onun üzündən və bədəninndən vurmuşdur. Sonra Samir evdən çıxaraq getmişdir. xx.xx.2023-cü il tarixində bu barədə Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinə gələrək şifahi ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 312 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakl xəsarətlər vardır:sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ gicgah nahiyyənin, sağ gözün bayır bucağının və alt göz qapağınıəhatə edən qançırı, sol kürək nahiyyənin, sol bazunun arxa səthini əhatə edən geniş ölçülü qançırı, sağ bazunun və sol budun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar. Müayinədən 5-7 gün əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 854 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin 75 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrk kabinetində qeydiyyatda yoxdur. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 15 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvanda müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar