Məhkəmə qərarları › İş №1(060)-423/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-423/2025

18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-423/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Rusiya Federasiyası, Tambov şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi təbiq edilməklə üzərində 01 il 11 ay 26 gün cəzası azadlığın məhdudlaşdırılması saxlanılmış, cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi, fərdi evdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən salış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda l(bir) ədəd bükümdə kustar üsulla hazırlanmış 0,292 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 14 mart 2025-ci il tarixdə saat 18:57-də Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 38 nömrəli uşaq bağçasının qarşısında saxlanılaraq üzərinə yoxlama keçirilən zaman əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibində saxladığı 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, günorta saatlarında 3-cü mikrorayonda bağçanın yanından keçən zaman 3 nəfər polis əməkdaşı yaxınlaşmış, özlərini təqdim edib üzərinə baxış keçirmək istəmişlər. O, üzərini yoxlamamışdan öncə özü üzərində olan bir kağız bükümündə metamfetamini çıxarıb təqdim etmişdir. Narkotik vasitəni çəkməmiş, çəkisini bilməmişdir. Həmin narkotik vasitəni 20 Yanvar ərazisində tanımadığı şəxsdən 10-15 manat məbləğində şəxsi istifadəsi üçün almışdır. Narkotik vasitədən müharibədə iştirak edəndən sonra istifadə etməyə başlamışdır. Ağdam və Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak etmişdir. “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Tutulduqdan sonra reabilitasiya mərkəzində bir dəfə müalicə alıb qurtarmış və hazırda orada işləyir. Hazırda narkotik vasitə istifadə etmir. Əməlindən çox peşmandır. Məhkəmə tərəfindən verilən qərarla razıdır. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 14 iyun 2024-cü il tarixdə Sumqayıt şəhər Məhkəməsi tərəfindən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə hökm çıxarılaraq, azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. O, narkotik vasitələrin aludəçisidir. 14 mart 2025-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verib 1 ədəd bükümdə «patı» kimi bildiyi psixotrop maddəni alıb özü istifadə etmək məqsədi ilə üzərində saxlamış, həmin günü saat 18:57 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 38 nömrəli uşaq bağçasının qarşısı ilə piyada hərəkətdə olan vaxtı 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, həmçinin narkotik vasitə və ya psixotrop maddələri əldə edib istifadə etməyində və üzərində daşımağında şübhəli olduğu bildirilib, özünü təqdim etməyi təklif olunaraq, videoçəkiliş ilə ona hüquq və vəzifələri izah olunmuş, həmçinin ona saxlanıldığı vaxt müdafiəçi ilə təmin olunmaq və hüquqlarının müdafiə olunması izah olunmuş, sonra ona üzərində qanunla daşınması, saxlanılması qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya və ya predmetin olub-olmaması, əgər varsa təqdim etməyi təklif olunmuş, həmin vaxtı o, əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən qızılı rəngli bükümdə olan psixotrop maddə metamfctamini təqdim etmiş, həmin büküm polis əməkdaşları tərəfindən açılıb baxıldıqdan sonra elektron tərəzidə çəkilmiş və 0.36 qram olması müəyyən edilmiş, sonra həmin büküm zərfə qoyulub üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, həmin büküm barədə soruşduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Coral qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verib alaraq özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, sonra ona üzərində başqa hər hansı bir qeyri- qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya aşkar olunmamış, sonra o, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə dəvət olunmuş. Polis Bölməsində xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri elan olunaraq, dövlət tərəfindən hüquqlarının müdafiə edilməsi məqsədi ilə təyin olunmuş müdafiəçi-vəkil təqdim olunmuş, sonra polis əməkdaşları, müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq. üzərindən aşkar olunub qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılaraq baxılmış və yenidən zərlə qoyulub üzəri möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmış, həmin büküm barədə soruşduqda «patı» kimi bildiyi psixotrop maddə metamfetamin olmasını, həmin günü səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul verib alaraq özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmiş, həmçinin bu barədə protokol tərtib olunaraq, onun və iştirakçılar tərəfindən imzalanmışdır. O. polis əməkdaşları tərəfindən saxlanılan və ya Polis Bölməsində olan vaxtı ona qarşı hər hansı bir fiziki və ya təzyiq olması barədə suala cavab olaraq, ona qarşı heç bir zor və ya təzyiqin olmamasını. üzərindən aşkar olunmuş psixotrop maddəni özü istifadə etmək məqsədi ilə almasını və həmin maddəni satmaq niyyətinin olmamasını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, daxil olmuş əməliyyat məlumatı əsasında 14 mart 2025-ci il tarixdə axşam təxminən 7-8 radələri arasında Təqsirləndirilən şəxs Cavanşir oğlu ətrafında əməliyyat tədbirləri keçirilmişdir. Keçirilən tədbirlərə əsasən alınan məlumat əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında şübhəli olması bildirilmişdir. Ətrafında keçirilən tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 2025-ci il 14 mart tarixində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 38 nömrəli bağçanın yaxınlığında saxlanılmışdır. Saxlanılan zaman şəxsin üzərinə baxış keçirilmişdir, baxış keçirilməmişdən əvvəl ona sual verilmişdir ki, üzərinizdə qanunla qadağan olunmuş əşya və predmet varsa könüllü surətdə bizə təqdim edin və şəxs bildirmişdir ki, əynində olan ağ gödəkçənin sağ yan cibində kristallik şəkildə olan narkotik vasitəyə bənzər maddə var, onu şəxsi istifadəsi üçün səhər saatlarında 10 manat müqabilində Corat qəsəbəsində tanımadığı şəxsdən əldə etmişdir. Şəxsə orada hüquq müdafiəçisi ilə təmin olunmaq hüququnun olduğunun, lakin digər istintaq hərəkətləri zamanı 3-cü PB-nin inzibati binasında vəkillə təmin olunacağı bildirilmişdir. Şəxs buna etiraz etməmiş, digər istintaq hərəkətləri zamanı şəxs vəkillə təmin olunmuşdur. Üzərindən çıxan maddəni də satış məqsədi olmadan istifadəsi üçün aldığını bildirmişdir. Əməliyyat qrupuna rəhbərliyi o etmiş, məlumat ona daxil olmuşdur. Əməliyyat məlumatı yalnız şəxsi istifadəsi üçün daxil olmuşdur. Şəxsi əvvəllər tanımamışdır. Əməliyyat qrupunda ondan başqa 3-cü PB-nin baş əməliyyat müvəkkili, pollis mayoru Şahid2, CA üzrə kiçik inspektor, polis serjantı Şahid3 iştirak etmişdir. Baxış və götürmə protokolu tərtib olunduqdan sonra şəxsin üzərindən götürülən ağ kristallik maddə özünün iştirakı ilə zərfə qoyuldu, DİN-nin 127 saylı möhürü ilə möhürləndi. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 elan edilmiş ifadəsindən görünür ki, Sumqayıt şəhəri ərazisində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. 14 mart 2025-ci il tarixdə saat 18:57 dəqiqədə əvvəlcədən daxil olmuş əməliyyat məlumatına əsasən təşkil olunmuş əməliyyat qrupu ilə birlikdə olan vaxtı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 38 nömrəli uşaq bağçasının qarşısında şəxsiyyəti onlara sonradan Təqsirləndirilən şəxs kimi məlum olmuş şəxs müəyyən edilmiş, onlar Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən, sonra ona qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunmuş, sonra Sumqayıt ŞPİ-nin 3-cü PB-nn CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və videoçəkiliş aparan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın, maddənin olması və əgər varsa təqdim etməsi bildirilmiş, həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağızın içərisində ağ rəngli kristalşəkilli kütlə olan bükümü çıxardıb təqdim etmiş, həmin büküm barədə soruşduqda psixotrop maddə olmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri- qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığım bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya aşkar olunmamamış, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilmiş və 0,36 qram olması müəyyən edilmiş, sonra Sənan Cavanşiroviçin üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm zərfə qoyulub qablaşdırılmaq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanış, həmçinin bu barədə protokol tərtib olunaraq, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Sonra saxlanılan Təqsirləndirilən şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə aparılmış və xidməti otaqların birində onun, əməliyyat qrupunda iştirak edən polis əməkdaşlarının və müdafiəçi-vəkilin iştirakı ilə videoçəkiliş aparılaraq, saxlanılan Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan, sonra təqdim olunmuş bir ədəd zərfdə qablaşdırılmış kütlənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin küllənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə kimi bildiyi həmin kütlənin onun üzərindən aşkar olunmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirmiş, sonra bu barədə protokol tərtib olunaraq, iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs saxlanılan və Polis Bölməsinə aparılan vaxtı ona qarşı heç bir fiziki zor və təzyiq olunmamasını, hazırda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumatın olmamasını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırmasının aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasını həyata keçirilən şəxs Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq istifadə məqsədi ilə əldə edib, daşıması, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə saat 18:57 dəqiqədə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 38 nömrəli uşaq bağçasının qarşısında piyada hərəkətdə olan zaman saxlanılmışdır. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxs saxlanılan zaman paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümü çıxardaraq təqdim etdi, həmin büküm barədə soruşduqda bükümün içərisində psixotrop maddə olmasını, həmin günü, yəni xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat pul verib özü istifadə etmək məqsədi ilə alıb əldə etməsini, istifadə etmək üçün Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində münasib yer axtaran zaman polis əməkdaşları tərəfindən saxlanılmasını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd qızılı rəngli kağız büküm açıldı. Bükümün daxilində ağ kristallik psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edildi. Həmin büküm elektron tərəzidə çəkildi və daxilində ağ kristallik psixotrop maddə metamfetaminə bənzər kütlənin 0,36 qram olması müəyyən edildi. Bundan sonra həmin büküm zərfə qoyularaq, üzərinə 127 nömrəli möhür vurulub qabalaşdırılaraq, iştirakçılar barədə qeydlər aparılıb imzalarla təsdiq olunduqdan, sonra sübut əhəmiyyəti kəsb etdiyindən götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini bildirdi. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3-cü mikrorayon, 38 saylı uşaq bağçasının qarşısında xx.xx.2025-ci il tarixdə saat 18:57-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, xx.xx.2000-ci ildə Rusiya Federasiyası, Tambov şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşıldərə yaşayış massivi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması ilə məşğul olmasında şübhəli bilindiyi üçün keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 14 mart 2025-ci il tarixdə, saat 18:57-də Sumqayıt şəhəri, 3cü mikrorayon, 38 saylı uşaq bağçasının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra videoçəkilişdən istifadə edilməklə üstü yoxlanılmış, əynindəki ağ rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd qızılı rəngli bükümdə psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilərək elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,36 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlə 01 ədəd zərfə qoyulmaqla qablaşdırılaraq möhürlənmişdir. Şifahi sorğu zamanı Sənan Cavanşiroviç həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs müvafiq sənədləşmə işlərinin aparılmasından ötrü maddi sübut ilə birlikdə 3-cü PB-nə gətirilmişdir. 3-cü PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim olunan 01 (bir) ədəd zərfə tərəfimdən baxış keçirildi. X4 və polis əməkdaşlarının imzası olan 01 (bır) ədəd zərfdə 01 ədəd qızılı büküm 01 ədəd zərfə qoyulmaqla yenidən qablaşdırılıb möhürləndi. Şifahi sorğu zamanı Sənan Cavanşiroviç həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisindən 10 manat pul verməklə tanımadığı şəxsdən əldə etdiyini bildirdi. Həmçinin saxlanılan zaman və polis bölməsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki, psixi təzyiqə məruz qalmadığını qeyd etdi. - Məhkəmə-kimyəvi ekspertizasının 20/87 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm...» sözlər və imzalar olan kağız paketdəki. 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,242 qram heroin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri. 3-cü mikrorayon ərazisində yerləşən 38 nömrəli bağçanın yaxınlığında saxlanılan və özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş şəxsə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və videoçəkiliş aparan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Ah oğlunun iştirakı ilə qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin hüquqlarının müdafiəsi üçün müdafiəçi-vəkilə malik olmaq hüquqları izah olunduqdan, sonra üzərində hər hansı bir qanunla daşınması, saxlanması, dövriyyəsi qadağan olunmuş əşyanın, vasitənin olub- olmaması və könüllü təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs Ca\anşiroviç əynində olan ağ rəngli gödəkçəsinin sağ yan cibindən l(bir) ədəd qızılı rəngli kağızın içərisində ağ rəngli kristalşəkilli kütlə olan bükümü çıxardıb təqdim etməsi, həmin büküm barədə soruşduqda psixotrop maddə olmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini, sonra orada Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş büküm elektron tərəzidə çəkilməsi və 0,36 qram olması müəyyən edilməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd büküm zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalanması, sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qeyri- qanuni əşyanın olub-olmaması barədə soruşduqda üzərində heç bir qeyri-qanuni əşya olmadığını bildirməsinə baxmayaraq onun üzərində axtarış aparılması, lakin heç bir qeyri- qanuni əşyanın aşkar olunmaması müşahidə olunur. xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin inzibati binasında Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı Cahid İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunduqdan, sonra dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi. oğlu və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və bu barədə yazılı bildirişin verilməsi, saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş l(bir) ədəd zərfdə qablaşdırılmış küllənin onun üzərindən aşkar olunub-olmaması, həmçinin həmin kütlənin nə olması və haradan əldə etməsi barədə soruşduqda Təqsirləndirilən şəxs psixotrop maddə kimi bildiyi həmin kütlənin onun üzərindən aşkar olunmasını, həmin günü Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsə 10 manat verib şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsi, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş l(bir) ədəd bükümün zərfə qoyulub qablaşdırılaraq möhürlənməsi və iştirakçılar tərəfindən imzalarla təsdiq olunması, sonra Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs saxlanılan vaxtı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiqə məruz qalıb-qalmaması barədə sual verdikdə ona qarşı heç bir təsir və ya təzyiqin olunmadığını bildirməsi və X5 üzərinə keçirilən şəxsi axtarışın başa çatdırılması müşahidə olunur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metaml'etaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamletamin (Metamfetaminin təmiz çəkisi - 0,292 qram, tədqiqata cəmi sərf edildi - 0,05 qram, qalıq 0.242 qram) maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 1704 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarm birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatındadır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 234.1, 66.5, 69.3-cü maddələrinə əsasən 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-430/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün və Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmənin şifahi sorğusuna cavab olaraq verilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-803/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 06 (altı) ay 13 (on üç) gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 01 (bir) il 05 (beş) ay 13 (on üç) gün təşkil edir. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndi tətbiq edilməmiş, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilərək götürülməsinə dair videoçəkiliş aparılaraq, «DVD»-yə köçürülmüş 02 ədəd disk maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsi nəzərə alınmış, cinayət işi üzrə xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,292 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfelamin (Metamfetaminin təmiz çəkisi - 0,292 qram, tədqiqata cəmi sərf edildi - 0.05 qram, qalıq 0.242 qram) maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. - Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxsnun şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsi təbiq edilməklə üzərində 01 il 11 ay 26 gün cəzası azadlığın məhdudlaşdırılması saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz Azərbaycan Respublikası CM-nin: - 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla medalla təltif edilməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 05 (beş) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,242 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-423/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 863/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 (səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 05 (beş) ay 13 (on üç) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun Respublika Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,242 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 (səkkiz) saat hüquqi yardıma görə 88 (səksən səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar