Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-424/2023 07.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əçəklə məşğul olan, məhkumluğu olmayan, Sumqayııt şəhəri, 36-cı məhəllə, ev 1/22, mənzil 27 ünvanında qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində ünvan 1-nin yaxınlığında əvvəldən tanıdığı Zərərçəkmiş şəxs yumruq və təpiklə vuraraq ona üst çənədə soldan İİ-İİİ-İV-V dişləri, alt çənədə V-Vİ-Vİİ dişləri travmatik çıxığı, sol ağız bucağı və sağ yanağın selikli qişasının əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək Zərərçəkmiş şəxs qəsdən “AZ AĞİR” dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 03 (üç) aydan çoxdur tanıyır. Belə ki, o taksilik fəaliyyəti ilə məşğul olduğu üçün Rafael bir neçə dəfə ona məxsus avtomaşınla müştəri qismində müxtəlif yerlərə gedib-gəlmiş, gediş haqqını ödəmiş, beləcə aralarında isti münasibət yaranmışdır. Rafael sonuncu dəfə təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində ona məxsus avtomaşına müştəri qismində əyləşmiş, özünə məxsus avtomaşınla onu dediyi ünvana aparmış, o, gediş haqqını verib gedən zaman ona problemlərinin olduğunu, tez bir zamanda qaytaracağını bildirib ondan 50 (əlli) manat borca pul istəmişdir. Rafael onun sözünü yerə salmayıb ona həmin məbləği vermiş, lakin imkanı olmadığı üçün pulu qaytara bilməmiş, onun nömrəsi olmadığı üçün ona zəng edib üzrxahlıq edə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində Rafaelin yaşadığı ünvan 1 ünvanın yaxınlığında olan zaman təsadüfən onu görmüş, ondan borca vermiş olduğu 50 (əlli) manat pulu istəyən zaman o hazırda imkanının olmadığını, olan zaman pulunu verəcəyini söyləmiş, lakin Rafael yenidən pulunu istəyən zaman onların arasında buna görə mübahisə düşmüşdür. O, əsəbləşib yumruqla Rafaelin ağız nahiyyəsinə vuran zaman o, yerə yıxılmış, Rafael yerdə olan zaman o yumruq və təpiklə onun ağız, sifət, baş, üz, çənə və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmiş və sonra isə çıxıb getmişdir. O, sonradan etdiyi əməldən peşman olmuş, lakin utandığından Rafael ilə görüşüb anlaşılmazlığı həll edə bilməmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə ifadəsi elan olunmuş zərərçəkmiş şəxs dindirilmiş Zərərçəkmiş şəxs təhqiqat zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 03 (üç) aydan çoxdur tanıyır. Belə ki, Tərilan taksilik fəaliyyəti ilə məşğul olduğu üçün bir neçə dəfə ona məxsus avtomaşınla müştəri qismində müxtəlif yerlərə gedib-gəlmiş, beləcə aralarında isti münasibət yaranmışdır. O, sonuncu dəfə təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində ona məxsus avtomaşınına müştəri qismində əyləşmiş, Tərilan özünə məxsus avtomaşınla onu dediyi ünvana aparmış, gediş haqqını verib gedən zaman Tərilan problemlərinin olduğunu, tez bir zamanda qaytaracağını bildirib ondan 50 (əlli) manat borca pul istəmiş, o onu tanıdığı üçün ona həmin məbləği vermişdir. Bir neçə gün sonra Tərilandan hər hansı bir xəbər çıxmamış, nömrəsi də olmadığı üçün onunla əlaqə saxlayıb pulunu istəyə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 20:00 radələrində yaşadığı ünvanın yaxınlığında olan zaman təsadüfən Tərilanı görmüş, ondan borca vermiş olduğu 50 (əlli) manat pulu istəyən zaman hazırda imkanının olmadığını, olan zaman pulunu verəcəyini söyləmişdir. Həmin vaxt onların rasında buna görə mübahisə düşmüş, Tərilan anidən yumruqla onun ağız nahiyyəsinə vuran zaman o yerə yıxılmışdır. O, yerdə olan zaman Tərilan yumruq və təpiklə onun ağız, sifət, baş, üz, çənə və bədən nahiyyəsinin digər yerlərinə vurub ona xəsarət yetirmiş, sonra isə çıxıb getmişdir. O getdikdən sonra yaşadığı ünvana getmiş, əvvəl onun barəsində şikayət etmək istəsə də onun gəlib ondan üzr istəyəcəyini düşünüb şikayət etməmiş, lakin təxminən 01 (bir) aydan çox Tərilandan heç bir xəbər çıxmadığı üçün o onun barəsində Sumqayıt ŞPİ-nin 3-cü PB-nə şikayət edərək döyüldüyünü bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs nümayəndəsi bacısı X1 məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 301 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: ona üst çənədə soldan İİ-İİİ-İV-V dişləri, alt çənədə V-Vİ-Vİİ dişləri travmatik çıxığı, sol ağız bucağı və sağ yanağın selikli qişasının əzilmiş-cırılmış yaraları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyalrın) təsirindən yaranmışdır, müayinədən 1-2 ay əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 858 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserdə qeydiyyatda yoxdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 2 nömrəli şəhər xəstəxanası tərəfindən verilmiş 74 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində qeydiyyatda yoxdur. İş materialarında olan 16 saylı MKS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-508/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Ona görə də, hazırki iş üzrə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması və ona qarşı şikayətinin olmaması təqsirləndirilən şəxsə yenidən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz. Ona görə də, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyası həddində cəza tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-424/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-424/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver