Məhkəmə qərarları › İş №1(060)-424/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-424/2024

14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-424/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X4 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Ermənistan Respublikası Sisiyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqə əsasında nəqliyyat vasitəsi idarə etmək məqsədilə istintaqa məlum olmayan şəxs tərəfindən naməlum vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “В, B1, C, С1 kateqoriyalı 77 26 535084 nömrəli sürücülük vəsiqəsini 2021-ci ilin iyun ayının əvvəllərində tanışı X1 ünvan 3 ünvanının qarşısında əldə etdikdən sonra həmin saxta sürücülük vəsiqəsinin saxta olduğunu bilə-bilə 29 mart 2022-ci il tarixdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ünvan 4 ünvanında fəaliyyət göstərən ünvan 5ək “Mercedes C240” markalı, **-RB-*** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün etibarnamə almış və vahid niyyətlə əhatə olunan qəsdlə həmin avtomobili 06 avqust 2023cü ilə qədər saxta sənəddən istifadə etməklə idarə etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Rusiya Federasiyasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə istintaqa məlum olmayan şəxs tərəfindən naməlum vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Rusiya Federasiyasının “В, B1, C, СГ kateqoriyalı 77 26 535084 nömrəli sürücülük vəsiqəsini 2021-ci ilin iyun ayının əvvəllərində tanışı X1 ünvan 3 ünvanının qarşısında əldə etdikdən sonra həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 06 avqust 2023-cü il tarixdə Sumqayıt şəhəri, Bulvar küçəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməklə Azərbaycan Respublikasının “BC 034912” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 320.2ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, məktəb illərində yol nəqliyyat hadisəsi zamanı xəsarət aldığına görə avtomobil sürməyə maraq göstərməmişdir. Oğlu Daşkəsən rayonunda hərbi xidmət keçdiyinə görə onun yanına gedib-gəlmək üçün avtomobil almaq qərarına gəlmişdir. İş yoldaşı kredit borcu oladuğuna avtomobilini 6000 manata satmaq qərarına gəlmiş, o da hər ay 500 manat verməklə avtomobili ondan almışdır. Avtomobolin təmirə ehtiyacı olduğu üçün onu servisə aparmış, oradan taksi ilə qayıdan zaman sürücülük vəsiqəsi almaq istədiyi barədə danışmış, taksi sürücüsü ona 600 manata sürücülük vəsiqəsi alacağını bildirmiş, o da 400 manat vemək imkanının olduğunu dediş, o da razılaşmışdır. Bu zaman o, Muradxan adlı taksi sürücüsünə ilk olaraq 200 manat vermiş, 15 gündən sonra Rusiya Federasiyasının sürücülük vəsiqəsini gətirdikdən spnra isə 200 manatı Muradxana vermişdir. Sürücülük vəsiqəsinin həqiqiliyini yoxlamaq üçün 3 saylı Notariat Kantoruna müraciət edərək nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Oğlunun yanına gedəndə iki dəfə avtomobili idarə etmiş, digər vaxtlarda isə dostu və kürəkəni idarə etmişdir. X7 və kürəkəninə qüvvədən düşmüş etibarnamə vermişdir. O, sürücülük vəsiqəsinin saxta olduğunu bilməmiş, bilsəydi onu dəyişmək üçün dövlət orqanına müraciət etməzdi. YPX əməkdaşı ona sürücülük vəsiqəsini dəyişmək lazım olduğunu bildirdikdə, o, Asan Xidmətə yaxınlaşaraq sürücülük vəsiqəsini vermiş, onu Asan Xidmətə dəvət edərək sürücülük vəsiqəsinin saxta olduğunu bildirmişlər və polisə təqdim etmişlər. Əməlindən peşman olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Zəngilan rayonunda gedən döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alaraq Məhkəmədən yüngül cəza verilməsini və cəza verilərkən maddi vəziyyətinin pis olmasının nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, özünü təqsirli bilir. 2021-ci ilin may ayında “Mercedes C240” markalı, **-RB-*** nömrəli avtomobili almışdır. Lakin onun sürücülük vəsiqəsi olmadığına görə nəqliyyat vasitəsini idarə etməmişdir. 2021-ci ilin may ayının ortalarında maşını ustaya verib taksi ilə geri qayıdarkən taksi sürücüsü ilə sürücülük vəsiqəsini necə ala biləcəyindən söhbət etmişlər. Taksi sürücüsü ona 400 manata sürücülük vəsiqəsi hazırlada biləcəyini bildirmişdir. Ona sürücülük vəsiqəsini necə hazırlatdıracağını soruşduqda Rusiya Federasiyasına məxsus saxta sürücülük vəsiqəsini düzəltdirəcəyini bildirmişdir. Nəsə problem olub-olmayacağını soruşduqda onu tam əmin etmişdir ki, heç bir problem olmayacaqdır. O, sürücülük vəsiqəsini bir müddət istifadə etdikdən sonra “Asan” xidmətə təqdim edib Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi ala biləcəyini bildirmiş və onunla razılaşmışdır. Həmin taksi sürücüsü X3 olmuşdur və onunla ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Muradxan ondan sürücülük vəsiqəsini düzəltməyə görə istədiyi 400 manat məbləğdə pulun 200 manatını nağd şəkildə Muradxana vermişdir. Qalan pulu isə o sürücülük vəsiqəsi hazır olduqdan sonra təqdim edəcəkdir. Təxminən 2021-ci ilin iyun ayının əvvəllərində Muradxan onunla əlaqə saxlayaraq vəsiqənin hazır olduğunu və ondan götürməli olduğunu demişdir. O, hazırlanmış sürücülük vəsiqəsini onların evinin həyətində ünvan 6 ünvanında ona təqdim edərək 200 manat pulu almışdır. Artıq həmin sürücülük vəsiqəsindən istifadə edə biləcəyini bildirmişdir. Həmin sürücülük vəsiqəsinə baxdıqda Rusiya Federasiyasına məxsus ********** nömrəli, xx.xx.2019-cu il tarixdə hazırlanmış və B,B1,C,C1 kateqoriyalı sürücülük vəsiqəsi olduğunu görmüş və bir daha əmin olmuşdur ki, sürücülük vəsiqəsi saxta yollarla hazırlanmışdır. O, 29 mart 2022-cü il tarixdə həmin sürücülük vəsiqəsi ilə yeni aldığı “Mercedes C240” avtomobilini sürmək üçün Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 3 saylı Notariusda etibarnamə almışdır. Həmin etibarnamə ilə 2 ilə yaxın nəqliyyat vasitəsini idarə etmişdir. Həmin illər ərzində onu yol polisi əməkdaşları saxladıqda “Asan” xidmətdə bu vəsiqəni təqdim etməklə yeni Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almalı olduğunu qeyd etmişlər. Buna görə də, 06 avqust 2023cü il tarixdə 2 saylı Sumqayıt Asan xidmətə yaxınlaşaraq onda olan Rusiya Federasiyasına məxsus ********** nömrəli, xx.xx.2019-cu il tarixdə hazırlanmış və B,B1,C,C1 kateqoriyalı saxta sürücülük vəsiqəsini təqdim etmişdir ki, yeni Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi versinlər. Orda ona istifadə etməsi üçün bir illik müvəqqəti sürücülük vəsiqəsi vermişlər. Lakin 15 gündən sonra Asan Xidmətin əməkdaşları onlara təqdim etdiyi sənədin saxta olmasını bildirərək, ona yeni Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi verə bilməyəcəklərini qeyd etmişlər. Ona verilmiş müvəqqəti sürücülük vəsiqəsini onlara geri qaytarmışdır. Bundan sonra o Muradxanla əlaqə saxladıqda ona sənədin saxta olmasını aşkar olunmasını bildirmiş, ona Azərbaycan sürcülük vəsiqəsini onun üçün təşkil edəcəyini bildirmişdir. Lakin onunla razılaşmamışdır. Həmin saxta hazırlanmış sürücülük vəsiqəsi ilə 2 ilə yaxın nəqliyyat vasitəsi idarə etmişdir. Əməlinin məsuliyyətini dərk etmişdir. O, sürücülük vəsiqəsinin kim tərəfindən saxtalaşdırıldığını bilməmiş, sadəcə Muradxan Mirzəyevi tanımış, pulu ona göndərmiş və o da vəsiqəni təqdim etmişdir. Həmin sürücülük vəsiqəsi ilə iki ilə yaxın avtomobil idarə etmişdir. Həmin zaman onu YPX əməkdaşları da saxlamışlar, lakin onlar vəsiqəyə baxdıqdan sonra vəsiqəni dəyişməyi tövsiyə edərək sərbəst buraxmışlar. O, heç vaxt xarici ölkədə olmamış, onun heç xarici pasportu belə olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs 19 oktyabr 2023-cü il tarixdə izahatında və 17 yanvar 2024-cü il tarixdə şahid qismində dindirilən zaman verdiyi ifadəsində törətdiyi cinayət əməlini səmimi şəkildə etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 5/1495 nömrəli rəyində qeyd edilmişdir ki: Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 77 26 535084 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Rusiya Federasiyasının Təqsirləndirilən şəxs adına 77 26 535084 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X11 İdarəsinin rəhbərliyi tərəfindən DİN-in rəhbərliyinə yazdığı 02 sentyabr 2023-cü il tarixli raportda göstərilmişdir ki, raporta əlavə edilmiş siyahılarda adları göstərilən Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs, xx.xx.1972-ci il, siyahı üzrə 10-cu şəxs) müxtəlif vaxtlarda “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişmiş, lakin təqdim edilən sürücülük vəsiqələri ilə bağlı aparılmış araşdırmalar nəticəsində 36 sürücülük vəsiqəsinin verildiyi dövlətin müvafiq uçotlarında olmaması müəyyən edilmişdir. İş materiallarında olan DİN-in Baş X11 İdarəsinin 18 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin Sumqayıt “ASAN xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “BC 034912” nömrəli sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsinin saxta olduğu aşkar edildiyi üçün “BC 034912” nömrəli sürücülük vəsiqəsi götürülərək araşdırmaya təqdim edilmişdir. Həmin sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi saxta Rusiya Federasiyası sürücülük vəsiqəsini “ASAN xidmət” mərkəzinə təqdim edərək ordan Azərbaycan Respublikasının “BC 034912” nömrəli, B1, В, C1, C kateqoriyalı, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixdək etibarlı olan sürücülük vəsiqəsini almışdır. İş materiallarında olan saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, 27 avqust 2019-cu il tarixdə Təqsirləndirilən şəxs В, B1, C, C1 kateqoriyalı 77 26 535084 nömrəli, üzərində “RUS” yazısı qeyd edilmiş sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan “040892” nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2022-ci il tarixdə saxta Rusiya Federasiyasının 77 26 535084 nömrəli sürücülük vəsiqəsini Sumqayıt şəhər 3 saylı notariat ofisinə təqdim edərək “Mercedes Benz C240” markalı, 99RB619 nömrəli nəqliyyat vasitəsini istifadə etməsi haqqında etibarnamə almışdır. İş materiallarında olan “DİN-in X8 Sisteminə baxış keçirilməsi” haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin X8 Sisteminə baxış keçirmiş və baxış zamanı xx.xx.1972-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ümumvətəndaş pasportunun olmadığı, heç vaxt ölkə hüdudlarını tərk etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan 1087 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Rsixiatriya Xəstəxanası” X9 tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən Xəstəxanada müalicədə olmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “77 26 535084” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BC 034912”nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına tikilmişdir. İş materiallarında olan İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 155 nömrəli, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranıdır. İş materiallarında olan ******* nömrəli, xx.xx.1990-cı il tarixli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında xx.xx.1992-ci il tarixdə sol baldırın yumşaq toxumalarından iki tərəfdən çıxan güllə (qəlpə) yarası almışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin saxta olmasını bilməməsi barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar inandırıcı olmaması ilə yanaşı öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin göstərilən normalarının müəyyən etdiyi ədalət prinsipi və cəzanın təyin edilməsinin ümumi əsasları cəza təyin edilərkən törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsini və müharibə veteranı olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Məhkəmə cəza təyin edərkən həm də Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin belə bir müddəasını rəhbər tutur ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Hazırkı cinayət işinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, maddənin sanksiyasında nəzərdə tutulmuş az ciddi cəza növünün tətbiqi cəzanın məqsədlərini təmin edə bilər. Eyni zamanda işin halları, o cümlədən cəzanı yüngülləşdirən halların məcmusu təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulan daha ciddi cəzanın təyin edilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Məhkəmə hesab edir ki, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyası həddində, ictimai işlər növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Yəni, Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin saksiyasında ictimai işlərdən daha yüngül cəza növü cərimə olsa da, əməli törətmiş şəxsin maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınıb ictimai işlər növündə cəza təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli və cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “77 26 535084” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BC 034912”nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-424/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 542 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 250 (iki yüz əlli) saat müddətinə ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərində həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Rusiya Federasiyasının “77 26 535084” nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BC 034912”nömrəli həqiqi sürücülük vəsiqəsi cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar