Məhkəmə qərarları › İş №1(060)-424/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-424/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-424/2025 08.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Zəngilan rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Yenikənd Ə/D Yenikənd kəndində daimi qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 04 aprel 2025-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 2 ünvanında arvadı Şahid2 ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı onu sakitləşdirmək üçün müdaxilə etmək istəyən oğlu Zərərçəkmiş şəxs müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək anası Şahid2 və bacısı Şahid1 gözləri qarşısında, onlara öz hərəkətləri ilə əzab verdiyini dərk və arzu edərək Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmaqla, sağ çənə şaxəsinin sınığı, üzün sağ yarısının yumşaq toxumalarının əziyi ilə müşayiət edilən, zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa xüsusi amansızlıqla az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 127.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əvvəllər məhkum olunmamışdır. Qeyd edir ki, Şahid2 ilə xx.xx.2002-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahlarından 2003-cü il təvəllüdlü qızı Şahid1 və 2008-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Belə ki, 04 aprel 2025-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı ünvana getmiş, bu zaman mənzilin qapısının bağlı olduğunu görmüşdür. Ailə üzvləri həmişə açarı su sayğacının yanına qoyduğundan, oranı axtarmış, lakin tapa bilməmişdir. Buna görə də əsəbləşmiş, saat 19:00 radələrində həyat yoldaşı Şahid2 və oğlu Elvin gəlmişlər. Qızı Şahid1 da bir neçə dəqiqə sonra mənzilə gəlmişdir. Onun üçün açarı saxlamamalarına görə həyat yoldaşı Vəfa və qızı Nərminlə aralarında mübahisə yaranmış, ilk öncə həyat yoldaşı Vəfa ilə mübahisələri yaranmış, həmin vaxt oğlu Elvin araya girib, mübahisə etməməyi bildirmiş, ona qarşı aqresivlik göstərib səsini ucaltmışdır. Dediyi sözü eşitməmiş, buna görə də əsəbləşərək Elvinin sifətinə bir yumruq zərbəsi vurmuşdur. Atdığı yumruq zərbəsi Elvinin çənəsinə dəymiş, Elvin çənəsini tutub səndələmişdir. Mübahisə daha da böyüməsin deyə evdən çıxıb getmişdir. Sonra bir qədər spirtli içki qəbul etmiş, bir neçə saat sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. 04 aprel 2025-ci il tarixdə, saat 19:00 radələrində yaşadıqları evdə baş verən hadisə zamanı Elvin ona qarşı zor tətbiq etməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, atası Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdiyindən anası Vəfa ilə aralarında söz-söhbətlər olmuşdur. Belə ki, 04 aprel 2025-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvan 2 ünvanında olan zaman atası Təqsirləndirilən şəxs evə sərxoş vəziyyətdə gəlib anası Şahid2 və bacısı Şahid1 ilə heç bir səbəb olmadan mübahisə etməyə başlamış və anası Vəfanı nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, atası Elsevərə mübahisə etməməyi, söyüş söyməməyi deyib ona öz iradını bildirmiş, evin dəhlizində atasının qarşısına keçən zaman sonuncu bir yumruqla onun çənə nahiyəsinə zərbə endirmişdir. O, zərbənin təsirindən yerə yıxılmış, həmin zaman bacısı Nərmin polisə şikayət edəcəyini dediyindən atası Elsevər evdən çıxıb getmişdir. O, çənə nahiyəsindən xəsarət aldığı üçün “Liman” klinikasına getmiş və orada müayinə zamanı çənəsinin sındığı müəyyən olmuşdur. Bundan sonra bacısı Nərmin DİNin 102 Xidmətinə müraciət edib hadisə barədə məlumat vermişdir. Çənə nahiyəsində olan xəsarətlə bağlı “Liman” klinikasında cərrahiyə əməliyyatı olunmuşdur. 04 aprel 2025-ci il tarixdə, saat 19:00 radələrində atası Təqsirləndirilən şəxs yaşadıqları evdə onu bir yumruq zərbəsi ilə sifət nahiyəsindən vurub xəsarət yetirmiş, həmin dava-dalaş bir dəqiqə ərazində baş vermiş, həmin vaxt evdə anası Vəfa və bacısı Nərmin olmuşdur. Kənar bir şəxs hadisə yerinə gəlməmiş və hadisəyə şahid olmamışdır. Bildir ki, hadisədən sonra çənəsinə tikişlər qoyulmuş, bir ay müddətində qidalanmaqda, danışmaqda çətinlik çəkmiş, üniversitet hazırlıqlarına gedə bilməmişdir. Lakin buna baxmayaraq çətinliklə də olsa məktəbi fərqlənmə attestatı ilə bitirmiş, tibb universitetinə qəbul ola bilməsi mümkün olan, yəni 600-dən yuxarı bal toplamışdır. Onu da bildirir ki, indiyədək atası onun bir işində yardımçı olmamış, ona atalıq etməmişdir. Hazırda atası Təqsirləndirilən şəxs şikayətçidir, barışmamış, hətta barışmaq niyyəti belə yoxdur. Odur ki, sərt şəkildə cəzalanmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx.xx.2002-ci il tarixdə ailə həyatı qurmuşdur. Elsevərlə birgə nikahlarından 2003-cü il təvəllüdlü qızı Şahid1 və 2008-ci il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs dünyaya gəlmişdir. Elsevər mütəmadi olaraq spirtli içki qəbul etdiyindən aralarında söz-söhbətlər olmuşdur. 04 aprel 2025-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı ünvan 2 ünvanında olan zaman Təqsirləndirilən şəxs evə sərxoş vəziyyətdə gəlib onunla və qızı Şahid1 ilə heç bir səbəb olmadan mübahisə etməyə və onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Bu zaman oğlu Elvin Elsevərə mübahisə etməməyi, söyüş söyməməyi deyib ona öz iradını bildirmişdir. Elvin evin dəhlizində Elsevərin qarşısına keçən zaman Elsevər yumruq zərbəsi ilə Elvinin çənə nahiyəsinə zərbə endirmişdir. Elvin zərbənin təsirindən yerə yıxılmış, həmin zaman qızı Nərmin polisə şikayət edəcəyini dediyindən Elsevər evdən qaçıb getmişdir. Oğlu Elvin çənə nahiyəsindən xəsarət aldığı üçün “Liman” klinikasına getmiş və orada müayinə zamanı müəyyən olmuşdur ki, Elvinin çənə nahiyəsində sınıq var. Bundan sonra qızı Nərmin DİN-nin 102 xidmət mərkəzi zəng sisteminə müraciət edib hadisə barədə məlumat vermişdir. Elvin çənə nahiyəsində olan xəsarətlə bağlı “Liman” klinikasında cərrahiyə əməliyyatı olmuşdur. Hadisə zamanı Elsevər ona qarşı zor tətbiq etməmiş, aralarında yalnız sözlü mübahisə olmuşdur. Bədənində də hər hansı xəsarət və ya xəsarət izi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmiş, iş üçün əhəmiyyət kəsb edəcək yeni bir hal göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə (saat 11:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); Təqsirləndirilən şəxs 12 may 2025-ci il tarixdə CM-nin 127.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 65-66); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı həmin tarixdə ifadəsi alınmışdır. (i.v.76-77); Təqsirləndirilən şəxs barəsində 12 may 2025-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.78-80); “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2025-ci il tarixli aktdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 23:10 radələrində müayinə zamanı Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğunda olmuşdur. (i.v.17) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 452 nömrəli rəyində göstərilmişdir ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənəsinə və qərar qoyulan suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Zərərçəkmiş şəxs aşağıdakı xəsarətlər vardır: sağ çənə şaxəsinin sınığı. Üzün sağ yarsının yumşaq toxumalarının əziyi.

2. Qeyd olunan xəsarətlərdən bərk küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilər, müddəti Liman Klinikasına daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2025-ci il tarix uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v. 24-26) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 47) İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs 2024- 2025-ci il tədris ilini əla qiymətlərlə bitirdiyinə və DİM tərəfindən keçirilə Xİ siniflərin buraxılış imtahanında göstərdiyi yüksək nəticəyə görə (255) Elm və Təhsil Nazirliyi tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməl CM-nin 127.1-ci maddəsindən 127.2.2-ci maddəsinə tövsif edilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1, 127.2.1 və 127.2.3-cü maddələri ilə cinayət təqibindən imtina edilmiş, iş üzrə ekspertiza rəyi, zərərçəkmiş şəxsin və şahidin ifadələri sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.51-55) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, ekspert rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 127.2.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərərvurma kimi CM-nin 126.2.3-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm sağlamlığa ağır zərərvurmanın üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərərçəkmişin xüsusi amansızlıqla xəsarət yetirməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri zərəçəkmiş şəxsə xəsarət yetirməsi ərəfəsində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət acsusuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda xəsarət yetirməkdə də ifadə oluna bilər. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-nin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, CM-nin 59.2-ci maddəsinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmaqla, təqsirləndirilən şəxslə barışmamasını, zərərçəkmiş şəxsin sərt mövqeyini, təqsirləndirlən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir, ona görə də ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olması qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 127.2.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Belə ki, iş üzrə zərərçəkmiş şəxs onun övladıdır və onlar birlikdə yaşayırlar. Sonuncu mütəmadi olaraq spirtli içki qəbul edərək ailə daxili münaqişə yaradır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 08 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 88 (səksən səkkiz) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 127.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar