Məhkəmə qərarları › İş №1(060)-425/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-425/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-425/2023 04.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda da yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və onun komplekt hissəsini əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan 637857 nömrəli, 5,45 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsalı olunmuş, Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomatı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağını qanunsuz olaraq əldə edib, yaşadığı ünvan 2 ünvanda saxlamış, bu barədə daxil olmuş məlumat əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il tarixdə saat 13:45-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi **-ST- *** qeydiyyat nişanlı “X6” markalı avtomobilin yanında olduğu zaman saxlanılaraq BMCMİnin inzibati binasına gətirilmiş, bundan sonra öz razılığı və iştirakı ilə yaşadığı Sumqayıt şəhəri, Təzə Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanına həmin gün saat 17:30-dan etibarən baxış keçirilən zaman evin ikinci mərtəbəsində olan uşaq otağındaki dolabın üzərində qanunsuz olaraq əldə edib saxladığı Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü əslən Xızı rayonundan olduğu üçün tez-tez həmin rayona həm istirahətə, həm də qohumları görməyə getmişdir. 2022-ci ilin avqust ayının tarixini dəqiq xatırlamadığı günündə də Xızı rayonu, Ağdərə kəndinə getmişdir. Həmin kəndin ərazisində gəzən zaman orada olan qayanın üzərində darağı ilə birlikdə avtomata bənzər predmetin olduğunu görmüşdür. Silaha marağı olduğu üçün həmin silahı həmin vaxt istifadəsində olan “Mitsubishi Pajero” markalı avtomobilinə qoyaraq həmin gün yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvana gətirib 2-ci mərtəbədə olan otaqların birində dolabın üzərinə qoyaraq orada saxlamışdır. Həmin avtomata baxdığı zaman onun darağında və avtomatın daxilində güllə olmadığını görmüşdür. ünvan 3 ünvanının yaxınlığında 26 yanvar 2023-cü il saat 13:45-də radələrində idarə etdiyi “X6” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, onun da özünü təqdim etməsini xahiş etmişlər, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edib saxlamaqda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş, barəsində “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla onu tanış edərək, onu Baş İdarəyə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə Baş İdarəyə avtomobillə birlikdə getmiş, müdafiəçi ilə təmin edilmişdir. Hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl şəxsi axtarış və götürmənin videoçəkiliş əsasında həyata keçiriləcəyi barədə məlumat verilmiş, buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarını, gödəkçənin sağ yan cibindən "xxxx" ASC-yə məxsus plastik kartı, əynində olan şalvarın sağ yan cibindən yaşadığı evin açarını, şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş avtomobil açarı və evin açarı, eləcə də "xxxx" ASCnə məxsus plastik kart ona geri qaytarılmışdır. Aşkar edilmiş “Samsung” markalı mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı hazırda üzərində və idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları olmasa da yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanında 01 ədəd avtomat gizlədib saxladığını və həmin ünvana baxış keçiriləcəyi halda avtomat silahı təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış bitdikdən sonra bu barədə protokol tərtib edilmiş, özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra öz icazəsi və razılığı ilə idarə etdiyi **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı həmin avtomobildən qanunsuz odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Avtomobilə baxış bitdikdən sonra bu barədə protokol tərtib edilmiş, özü və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra öz icazə və razılığı ilə yaşadığı ünvan 4 ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxladığı təqdirdə təqdim etməyi təklif edilmiş, təklifdən sonra evin ikinci mərtəbəsindəki otaqda dolabın üzərində 01 ədəd avtomat saxladığını bildirib üzərində olan açarı çıxarıb evin giriş qapısını açaraq proses iştirakçılarını evə dəvət etmiş, evin ikinci mərtəbəsinə qalxıb sağ tərəfdə olan uşaq otağını açaraq iştirakçıları otağa dəvət etmiş, otaqda olan ağ rəngli dolabın üst hissəsində açıq vəziyyətdə qoyduğu 01 ədəd avtomatı təqdim etmişdir. 01 ədəd avtomata baxış keçirilərkən üzərində 01 ədəd boş daraq aşkar edilmiş, 01 ədəd avtomatın üzərində “1980” və “637857” rəqəmlərinin həkk edildiyi müşahidə edilmişdir. Yaşadığı ünvana baxış zamanı aşkar edilmiş 01 ədəd avtomat və 01 ədəd daraq polis əməkdaşı tərəfindən bir ədəd ağ rəngli sellofan torbada qablaşdırılıb, möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Qeyd edilən avtomatı və darağı təxminən 2022-ci ilin avqust sentyabr ayında Xızı rayonu ərazisində yerdən tapdığını hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. Avtomatı tapdığı zaman onun odlu silah olmasını bilmiş, silaha marağı olduğu üçün onu götürmüş, başqa hər hansı bir məqsədi olmamışdır. Silahı tək olduğu zaman tapmış, silahı tapdığı barədə başqa şəxslərə məlumat verməmiş, həmin silahı istifadə etməmişdir. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də avtomobilə baxış zamanı heç bir fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. Avtomatı tapdığı zaman onun içərisində patron olmamışdır. Əməlindən peşmandır. Himayəsində azyaşlı övladı var. Onun silahdan heç bir anlayışı yoxdur, xəstəliyi ilə əlaqədar hərbi xidmətdə belə olmamışdır. O, silahı tapmış, sonra isə polis əməkdaşlarına təhvil vermişdir. Qeyd olunanların nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş DİN-nin BMCMİ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 26 yanvar 2023cü il tarixdə ünvan 5 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq özü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 26 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Rüstəm Muradovun Sumqayıt şəhəri, 20 Yanvar küçəsi ünvanının ərazisində olması müəyyən edilmiş və əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 3 ünvanına gedərək, orada əməliyyat mövqeyi seçmiş və saat 13:45 radələrində **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin həmin avtomobilin yanında olduğunu görmüşlər. Odur ki, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, özlərini təqdim etmiş və həmin şəxsin də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmiş, şəxsin istifadəsində olan **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobil ilə BMCMİ-nə gəlmişlər. İdarənin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş və həmin şəxsin şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilərək, ona hüquq və vəzifələri izah edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən odlu silah və döyüş sursatları, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində odlu silah, döyüş sursatları, o cümlədən digər qanunla qadağan edilmiş əşya və predmetlər olmadığını bildirib, əynində olan gödəkçənin sol yan cibindən avtomobil açarını, gödəkçənin sağ yan cibindən "xxxx" ASC-nə məxsus plastik kart, əynində olan şalvarının sağ yan cibindən yaşadığı evin açarını, şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən digər əşya və predmetlər aşkar edilməmiş və aşkar edilmiş avtomobil açarı və evin açarı, eləcə də "xxxx" ASC-nə məxsus plastik kart özünə geri qaytarılmışdır. Lakin “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda üzərində və idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları olmasa da yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanında 01 ədəd avtomat gizlədib saxladığını və həmin ünvana baxış keçirələcəyi halda avtomat silahı təqdim edə biləcəyini və bununla bağlı idarə etdiyi avtomobilə və yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə prosesinin keçirilməsi barədə protokolun tərtibatından sonra **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobildə odlu silah, döyüş sursatı, həmçinin qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarajında video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobilə 26 yanvar 2023-cü il tarixdə baxış keçirilmiş və baxış zamanı həmin avtomobildə qanunsuz əşya və ya predmet, eləcə də odlu silah və döyüş sursatı aşkar edilməmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanın qarşısına yollanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətyanı sahədən ibarət mişar daşları ilə əhatə olunmuş ikimərtəbəli yaşayış üçün nəzərdə tutulmuş ev olması, evin həyət qapısı göy rəngdə olan dəmir qapı olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həyət qapısını açıb iştirakçıları həyətə dəvət etmiş, həyətə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanına baxış keçirilməyə başlanmış, baxış keçirilərkən video çəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən otaqda dolabın üzərində 01 ədəd avtomat saxladığını bildirib üzərində olan açarı çıxarıb evin giriş qapısını açaraq proses iştirakçılarını evə dəvət etmişdir. Təqsirləndirilən şəxs iştirakçıları ikinci mərtəbəyə dəvət etmiş, evin ikinci mərtəbəsinə qalxıb uşaq otağında olan ağ rəngli dolabın üst hissəsində açıq vəziyyətdə olan 01 ədəd avtomat tipli dəmir predmet təqdim etmişdir. 01 ədəd avtomat tipli dəmir predmetə baxış keçirilərkən dəmir predmetin üzərində 01 ədəd boş daraq aşkar edilmişdir. Həmin avtomat tipli predmet və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd edilən avtomatı və darağı təxminən 2022-ci ilin avqust sentyabr ayında Xızı rayonu ərazisində yerdən tapdığını hər hansı məqsədlər üçün istifadə etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri polis leytenantı Şahid3 və polis leytenantı Şahid2 da Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 26 yanvar 2023-cü il tarixdə, saat 13:45 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 27); 27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 75-76) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 27 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxsnun həmin tarixdə saat Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 91-95); Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-129/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3(üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablanmışdır.( i.v 103-108) “şəxsi axtarış və götürülmə aparılması haqqında” 26 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs BMCMİ-nin əməkdaşları tərəfindən Baş İdarənin inzibati binasına gətirilmiş və Baş İdarədə təhqiqatçı Babək Haqverdiyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatları olmasa da yaşadığı ünvan 7 ünvanda odlu silah saxladığını və həmin ünvana baxış keçiriləcəyi təqdirdə odlu silahı təqdim edə biləcəyini bildirmişdir. (i.v 31-33) “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 26 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobilə baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi **-ST-*** qeydiyyat nişanlı “X6” markalı avtomobildə odlu silah, döyüş sursatı, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə odlu silah, döyüş sursatı saxlamadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən qanunsuz əşya və ya predmet, eləcə də odlu silah və döyüş sursatı aşkar edilməmişdir. (i.v. 37-39) “yaşayış ünvanına baxış keçirilməsi və əşyaları götürülməsi haqqında” 26 yanvar 2023-cü il tarixli protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 17:31 dəqiqədən etibarən Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yeni Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanına baxış keçirilməyə başlanılmış, baxış keçirilməsindən öncə Təqsirləndirilən şəxs baxışın video çəkilişdən istifadə edilməklə həyata keçirilməsi, o cümlədən baxışda iştirak edən şəxslərin adları barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs baxış iştirakçılarına və baxışın video çəklişdən istifadə edilməklə həyata keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda odlu silah, döyüş sursatı, o cümlədən digər qanunsuz əşya və ya predmetlər gizlədib saxlayırsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs evin ikinci mərtəbəsində yerləşən otaqda dolabın üzərində 01 ədəd avtomat saxladığını bildirib üzərində olan açarı çıxarıb evin giriş qapısını açaraq proses iştirakçılarını evə dəvət etmiş, evin ikinci mərtəbəsində sağ tərəfdə olan uşaq otağında olan ağ rəngli dolabın üst hissəsində açıq vəziyyətdə olan 01 ədəd avtomat tipli dəmir predmeti təqdim etmişdir. 01 ədəd avtomat tipli dəmir predmetə baxış keçirilərkən dəmir predmetin üzərində 01 ədəd boş daraq aşkar edilmişdir. 01 ədəd avtomat tipli dəmir predmetin üzərində “1980” və “637857” rəqəmlərinin həkk edildiyi müşahidə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanından baxış zamanı aşkar edilmiş 01 ədəd avtomat tipli predmet və 01 ədəd daraq cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd ağ rəngli sellofan torbada qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs yaşadığı ünvandan digər əşya və ya predmet aşkar edilməmişdir. (i.v. 43-45) Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən daxil olmuş 27 yanvar 2023-cü il tarixli 23/61 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyində aşağıdakılar qeyd edilmişdir: Tədqiqata təqdim olunmuş 01 ədəd 637587 №li silah, 5,45 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1980-cı ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yaralıdır. Darağın üzərində sonradan heç bir əlavə dəyişiklik edilməmişdir. (i.v. 56-61) AR SN “Məhkəmə Psixiartrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsinin 804 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, aşkar edilən emosional davamsız şəxsiyyət pozuntusu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olduğundan onun əməli Azərbaycan Respublikası CM-in 21.1-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. (i.v. 161-163) “maddi sübut hesab edilməsi haqqında” 31 yanvar 2023-cü tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı maddi sübut qismində tanınmış və saxlanılması üçün AR DİN-nin BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (i.v. 110-111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, “AK-74” markalı, 5.45 kalibrli, 637587 №-li silahın mərkəzləşdirilmiş axtarış uçotlarında olması barədə DİN BƏSİİ-də məlumat yoxdur. (i.v. 133) AR DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 01 ədəd 5.45 kalibrli, 637587 №-li Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış balistik sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. (i.v. 135) AR SN “Respublika Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxsinin 1738 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v. 145). AR SN 2 X3 Xəstəxanasının 1/644 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 X3 Xəstəxanasına müraciət etməmişdir. (i.v. 146) AR Dövlət Təhlükəsizlik Xidmətinin 20 fevral 2023-cü il tarixli məktubundan görünür ki, SSRİ dövründə zavod üsulu ilə istehsal olunmuş, 637587 №-li 5.45 kalibrli, Kalaşnikov konstruksiyalı AK-74 modelli avtomat AR Dövlət Təhlükəsizlik Xidmətinin qeydiyyatından keçməmişdir. (i.v. 154) AR Müdafiə Nazirliyinin 21 fevral 2023-cü il tarixli məktubdan görünür ki, 637587 zavod nömrəli, 5.45 mm-lik, AK-74 markalı “Kalaşnikov” avtomatı Müdafiə nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Silah və Texnika İdarəsinin Raket-Artilleriya Silahları xidmətində silahların nömrəlu uçotunda qeydiyyatdan keçməmişdir. (i.v. 156) “mobil telefona baxış keçirilməsi haqqında” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı, 3503xx/xx/14276172 İMEİ kodlu mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (i.v. 164) Məhkəmə istintaqı zamanı tədqiq edilən şəxsi axtarış istintaq hərəkətinin video görüntüsünü əks etdirən, avtomobilə baxış keçirilməsini özündə əks etdirən, habelə Sumqayıt şəhəri, Yeni Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanına baxış keçirilməsini özündə əks etdirən DVD disklərə baxış zamanı Təqsirləndirilən şəxs ittiahamda qeyd olunan əməli törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 136-137); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 144). İş materiallarında olan şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2020-ci il təvəllüdlü Ahu Rüstəmova adlı qız övladı var. (i.v. 158) sübutların qiymətləndirilməsi haqqında 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-ballistik ekspertizasının 23/61 nömrəli, 27 yanvar 2023-cü il tarixli rəyi, komisyon ambulator məhkəmə psixiatrik ekspertizasının 27 yanvar 2023-cü il tarixli 542 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, o cümlədən şəxsi axtarış istintaq hərəkətinin, avtomobilə baxış keçirilməsini, Rüstəmovu yaşadığı ünvana baxış keçirilməsi özündə əks etdirən 03 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdir. Rüstəmovun AR CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq tamamlandığından işinin materiallarından qanunsuz olaraq əldə edilmiş Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağının əldə edilmə mənbəyinə görə AR CM-nin 228.1-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, Yeni Kotec qəsəbəsi, məhəllə 15, ev 145 ünvanında yerləşən evdən aşkar edilərək götürülmüş Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı maddi sübut kimi tanınaraq, saxlanılması üçün AR DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 165-177). Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə hakimiyyətinə ictimaiyyət tərəfindən etimad bəslənilməsi və ona hörmət olunması məhkəmə işinin səmərəliliyinin təminatıdır. Məhkəmələr nəinki konkret məhkəmə araşdırmasında iştirak edən tərəflərin, eləcə də bütövlükdə cəmiyyətin etimadına malik olmalıdırlar. Məhkəmələrə etimad məhkəmə müstəqilliyindən irəli gələn hakimlərin qərəzsizliyi ilə sıx bağlıdlır. Bir tərəfdən qərəzsizlik hakimin bir fərd kimi baxılan məsələyə münasibətdə şəxsi qərəzsizliyini ifadə edir. Digər tərəfdən o, demokratik cəmiyyətdə ədalət mühakiməsinə inamla bağlı olan məhkəmənin zahiri görünüşüdür. Həmin qərarda daha sonra göstərilmişdir ki, Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; Piersack Belçikaya qarşı 01 oktyabr 1982-ci il tarixli qərarı; X4rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir».. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, himayəsində 01 azyaşlı uşağın olmasını CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aiddir. O, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını qanunsuz olaraq əldə edib daşıyaraq saxladığını dərk etməklə həmin əməlləri birbaşa qəsdlə törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs silahı tapdıqdan sonra könüllü olaraq təhvil verdiyini bildirsə də, məhkəmə onun bu etirafını AR Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində təsbit olunmuş (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi) yüngülləşdirici hal kimi nəzərə almır. Belə ki, Təqsirləndirilən şəxs aşkar edilmiş Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı 2022-ci ilin avqust ayının hansısa tarixini xatırlamadığı günündə də Xızı rayonu, Ağdərə kəndinə tapmış, sonuncu 26 yanvar 2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Göründüyü kimi, cinayət əməli polis əməkdaşlarının əməyi nəticəsində aşkar edilmiş, Təqsirləndirilən şəxs özünün bildirdiyi kimi 2022-ci ilin avqust ayında tapdığı Kalaşnikov konstruksiyalı yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatın komplekt hissəsi olan 01 ədəd avtomat darağını təhvil vermək əvəzinə onu gizlətmişdir. Bununla da təqsirləndirilən şəxsin həm ibtidai istintaq orqanına və məhkəməyə düzgün olmayan məlumatlar verməklə qeyri-səmimilik göstərmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyektinin ictimai təhlükəsizliklə bağlı münasibətlər olmasını, cinayətin obyektinin silah olmasını, həmçinin aşkar olunmuş 01 ədəd darağın boş olmasını, Rüstəmovun cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir və ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməli olduğu qənaətinə gəir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmənin cəza təyin edərkən cəzanın həm də ümumi xəbərdarlıq (başqa şəxslər tərəfindən cinayətin törədilməsinin qarşısının alınması) məqsədinə xidmət etməsi faktını da nəzərə alır. Belə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs yüngül həddə cəzanın təyin edilməsi cəzanın xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərindəki effektivliyini azaldacaq, cəzanın həmin şəxsləri cinayətdən çəkindirmək hədəsinə xələl gətirəcəkdir. Qeyd olunan hədəf qrupu isə sadə vətəndaşlardır. Cəzanın ümumi xəbərdarlıq təsirinin bu qəbildən olan şəxslər üzərində zəifləməsi isə, təkcə cinayətkarlıqla mübarizə üçün deyil, həmçinin milli və dövlət maraqları üçün də təhlükəlidir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu, 26 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən, avtomobilə baxış keçirilməsini özündə əks etdirən və yaşayış ünvanına baxış keçirilməsini özündə əks etdirən ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 18 (on səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 108 (bir yüz səkkiz) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” İş üzrə maddi sübut-AR DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan-Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 26 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. AR DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut– Kalaşnikov konstruksiyalı, yivli odlu silah olan 01 ədəd AK-74 modelli avtomat və Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan 01 ədəd avtomat darağı Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Şəxsi axtarış istintaq hərəkətlərinin videogörüntüsünü əks etdirən, avtomobilə baxış keçirilməsini özündə əks etdirən və yaşayış ünvanına baxış keçirilməsini özündə əks etdirən ümumilikdə 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar