Məhkəmə qərarları › İş №1(060)-425/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-425/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-425/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə, Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs keçmiş qonşusu Təqsirləndirilən şəxs ilə arasında Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 47-də şəxsi münasibətlərin pozulması zəminində baş verən mübahisə zamanı Mərdan Mərdənov Zərərçəkmiş şəxs saçından tutub başını aşağı əyərək, boğazından tutaraq boğub kənara ataraq və təpiklə qarın nahiyyəsindən qəsdən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü təqsirli bilərək bildirdi ki, Zərərçəkmiş şəxs onun yaşadığı binada onunla qonşuluqda yaşayır. Qonşuluqda yaşadığı müddətdə dəfələrlə onların evindən səs gəlməsi ilə bağlı ona iradlar tutmuşdur. Sonuncu dəfə həmin xanımın kirayə yaşadığı evdən pis formada səs-küy gəldiyindən Zərərçəkmiş şəxs mobil nömrəsinə bununla bağlı ismarıc yazaraq irad tutmuşdur. O da evdə olmadığını, Türkiyə Respublikasında olduğunu evdə rəfiqəsinin qaldığını demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan səs-küyə görə üzrxahlıq etmişdir. Daha sonra bu hallar təkrarlandığına görə o həmin evin sahibi ilə danışaraq vəziyyəti izah etmiş və ev sahibi onu evdən çıxaracağını demişdir. xx.xx.2024cü il tarixdə, saat 15 radələrində binanın blokunun 9-cu mərtəbəsində o Zərərçəkmiş şəxs ilə rastİaşmışdır. Bu zaman onun yanında bir nəfər qadın da olmuşdur. O, Zərərçəkmiş şəxs ilə əvvəllər danışıqlarında ona evin insan alveri üçün istifadə edildiyini dediyi üçün Zərərçəkmiş şəxs bununla bağlı onu təhqir etmiş və təhqirlərini dəfələrlə dilə gətirmişdiri. Bu zaman o əsəbləşərək Zərərçəkmiş şəxs boğazından tutub kənara itələmişdir. Sonra Zərərçəkmiş şəxs sakitləşmədiyi üçün o Zərərçəkmiş şəxs saçından tutaraq yolmaqla başın aşağı salmışdır. Daha sonra onun yanında olan rəfiqəsi onu buraxmağını istəmişdir. O, gedəcəkləri təqdirdə buraxacağını demişdir. Bu zaman rəfiqəsi gedəcəklərini demiş və o, Zərərçəkmiş şəxs buraxmışdır. Bu zaman ev sahibi və yanında bir nəfər yanlarına gəlmişdir. Yenidən Zərərçəkmiş şəxs onu təhqir etmişdir. Ona görə də təpiklə onu vurmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, hal-hazırda zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 3 ünvanında kirayə yaşamışdır. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasına getmişdir. Orada olduğu müddətdə evin sahibsiz qalmaması üçün tanışı Sofia adlı qadına evin açarlarını vermişdir. O, Türkiyə Respublikasında olduğu müddətdə qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ona “whatsapp” platformasında yazaraq səs-küy gəldiyini demişdir. O da evdə olmadığını, rəfiqəsinin evdə olduğunu demiş və rəfiqəsinə zəng edərək evdə sakitçilik yaratmasını deyəcəyini bildirərək Mərdan Mərdənovdan üzrxahlıq etmişdir. Bu narazılıqlar mütəmadi hal aldığına görə o evi dəyişmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində evdən əşyalarını götürmək üçün həmin ünvana gəlmişdir. Ünvan binanın 10cu mərtəbəsində yerləşir. Əşyalarını götürüb 1 mərtəbə aşağı düşdükdə Təqsirləndirilən şəxsla qarşılaşmışdır. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməyə başlamış, nalayiq ifadələrlə onu təhqir etmiş və daha sonra saçından tutaraq aşağı əymiş, boğazından tutub onu boğub kənara itələmiş, daha sonra rəfiqəsi Şahid1 onları ayırmışdır. O rəfiqəsilə birlikdə liftə minmişdir. Qapı bağlanmamış Mərdan təpiklə onun qarnından vurmuşdur. Bundan sonra ev sahibi onu oradan uzaqlaşdırmışdır. Daha sonra o 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. O, təqsirləndirilən şəxslə barışıb və ondan heç bir şikayəti yoxdur. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs iş üzrə icraata xitam verilməsini xahiş etdi. Şahid1 Qalib qızı məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat orqanına verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində şahid bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində rəfiqəsi Zərərçəkmiş şəxs ünvan 4 ünvanında kirayəni təhvil verib köçdüyü üçün ona əşyaları daşımağa kömək məqsədilə onunla birlikdə həmin ünvana getmişdi. Həmin ünvan binanın 10-cu mərtəbəsində yerləşir. Zərərçəkmiş şəxs əşyaları götürüb pilləkənla düşmək istəyərəkən geri qayıtdığını, yanında adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə birlikdə gəldiyini, onunla mübahisə etdiyini görüb. Mübahisə zamanı Təqsirləndirilən şəxs rəfiqəsi Cəmilə Qasımovnın qolunu tutaraq burmuş, daha sonra saçından tutub yolmuş, sillə ilə sifətinin sağ nahiyyəsindən vurmuşdur. Bu zaman o, onları aralaşdırıb. Daha sonra ev sahibi də gəlmişdir. Onlar oradan aralaşıb liftə minmək istəyəndə Təqsirləndirilən şəxs təpiklə Zərərçəkmiş şəxs qarnından vurmuşdur. Bu zaman ev sahibi onu aralaşdırıb. Onlar liftlə aşağı düşərək çölə çıxmışlar və Zərərçəkmiş şəxs 102 xidmətinə müraciət etmişdir. Şahid2 Qalib oğlu məhkəmə iclasında iştirak etmədiyindən onun təhqiqat orqanına verdiyi ifadə elan edilmişdir. Həmin ifadəsində şahid bildirmişdir ki, ünvan 5 ünvanı ona məxsusdur. Təxminən 3 aydır ki, Zərərçəkmiş şəxs ona məxsus mənzildə övladları və xalası qızı ilə birlikdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə binanın komendantı Nadir ona zəng edərək qonşu Mərdanın onun evində kirayə yaşayan Cəmilə ilə mübahisəsi olduğunu və Mərdanın ondan narazılıq etdiyini bildirib. O, Cəmiləyə qonşu Mərdanın ondan şikayətçi olduğunu və ondan nə baş verdiyini soruşduqda xx.xx.2024-cü il tarixdə evə qonaqların olduğunu, ola bilsin ki bir az səs-küy olduğunu, buna görə də Mərdandan üzr istədiyini deyib. Həmin gün Mərdan ona zəng edərək onunla görüşmək istədiyini deyib. O, Mərdanla görüşüb. Mərdan Cəmilənin yaşadığı evdə səs-küy olduğunu, buna görə xəstə anasının narahat olduğunu bildirib və Cəmiləni həmin evdən çıxarmağımı xahiş edib. O, Mərdana Cəmilə ilə yenidən danışıb məsələnin həll edəcəyini deyib. O, Cəmilə ilə danışıb evindən çıxmağını xahiş edib. xx.xx.2024-cü il tarixdə evi Cəmilədən təhvil alıb. O, kirayə verdiyi mənzildə olan zaman binanın 9-cu mərtəbəsində səs-küy eşidib oraya gedib. Mərdan ilə Cəmilənin bir-birilərinə söyüş söydüyünü görüb və onlara binada sakinlərin yaşadığını, burada söyüş söyməmələrini bildirib. Həmin vaxt Mərdanın Cəmiləyə təpik atdığını görüb, lakin Cəmiləyə dəyib dəymədiyi barədə bir söz deyə bilməz. Həmin vaxt orada Cəmilə, Cəmilənin xalası qızı var idi. Daha sonra Mərdana öz iradını bildirdikdən sonra Mərdan öz evinə, Cəmiləgil də liftə minərək oradan getdilər. Mübahisə təxminən 10 dəqiqə davam edib. Hadisə zamanı orada Cəmilə, Mərdan, Cəmilənin xalası qızı var idi. İş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 471 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qarın nahiyyəsinin dərialtı hematoması, təpə nahiyyəsinin dərialtı qansızması. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl ilə və təpiklə yetirilə bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 332.2.3, 62-ci maddəsinə əsasən 300 manat cərimə olunmuşdur. xx.xx.2017-ci ildə təyin edilmiş cərimə cəzası dövlət nəfinə tam ödənilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2024-cü il tarixli, 162 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 47, mənzil 25-də yaşayır. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində zərərçəkmiş şəxslə barışdığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsində təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə ifadələri dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona dəymiş ziyanın ödənildiyini bildirərək, sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil X3 onun vəkili təyin etmişdir. X1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar