Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-426/2020 29.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Ermənistan Respublikasının Stepanavan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzanı çəkib qurtarmış, hazırda məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 2-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı binanın 1-ci blokunda həmin bina sakini Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb itələyərək sonuncunun üzərində olan şalvarın arxa cibindən içərisində 1984 (min doqquz yüz səksən dörd) manat məbləğində nağd pul və **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartı olan 10 (on) manat dəyərində pul kisəsini (portmane) dartıb almaqla açıq talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 1994 (min doqquz yüz doxsan dörd) manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti, düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs ilk dəfə ona qarşı soyğunçuluq etdiyi gün görmüşdür. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə, saat 10-11 radələrində Sumqayıt şəhəri, Kolxoz bazarı ərazisində olarkən bir nəfər yaşlı kişinin tut aldığını görmüşdür. Sonradan həmin kişinin Zərərçəkmiş şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs tut satan qadına aldığı tuta görə pul qabından 100 manat pul çıxarıb vermişdir. Tut satan qadın isə ona tutun pulunu çıxdıqdan sonra 75 manat qalıq pul qaytarmışdır. Zərərçəkmiş şəxs 75 manat pulu pul qabına qoyan zaman onun qara rəngli pul qabının içərisində xeyli 100 manatlıq pul əskinazları olduğunu görmüşdür. Onun pula ehtiyacı olduğu üçün həmin pulları oğurlamaq fikrinə düşmüşdür. Buna görə də o, həmin kişinin arxası ilə hərəkət etmişdir. Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı bina istiqmətində gedərkən o Avsərə yaxınlaşıb satıcı qadının köməkçisi olduğunu deyib tutun vedrəsinə görə 5 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin vaxt onun məqsədi Zərərçəkmiş şəxs pul qabını çıxarıb ona pul verən zaman pul qabını onun əlindən alıb qaçmaq olmuşdur. Zərərçəkmiş şəxs ona pul verməmişdir. O, tutun vedrəsini geri almaq üçün Avsərin arxasınca getmişdir. Zərərçəkmiş şəxs pul qabını əynində olan şalvarın arxa cibinə qoymuşdur. O, Zərərçəkmiş şəxslə birlikdə onun yaşadığı bloka girmişdir. O, bloka girəndə blokun girişində bir nəfər yaşlı qadın da otumuşdur. Zərərçəkmiş şəxs birinci mərtəbənin pilləkənlərini çıxıb ikinci mərtəbənin pilləkənlərinə qalxmaq istəyərkən o, arxadan Avsəri itələyib onun cibindən pul qabını çıxarmış, Avsər dizi üstə yerə yıxılmış, yerə yıxılarkən onun əynində olan koftasından tutmuşdur. O, pul qabını götürüb qaçmaq istəyərkən Avsər onu tutub saxlamışdır. O, Avsərin əlindən çıxmaq üçün onun əlindən sıyrılmış, lakin koftası onun əlində qalmışdır. O, pul qabını götürüb şalvardan yuxarı çılpaq vəziyyətdə qaçıb getmişdir. O, Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən “Ən ucuz” marketin qarşısında tanımadığı taksiyə minib evə getmişdir. O, evdə Zərərçəkmiş şəxs oğurladığı pul qabının içərisindən 1675 manat pul, Zərərçəkmiş şəxs məxsus bank kartı və digər dükan vizitkalarını çıxarmışdır. O, pulu pul qabından götürmüş, həmin pulu şəxsi tələbatı üçün xərcləmişdir. O, pul qabını içərisindəki bank kartı və vizitkalarla birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binalarının birinin çardax hissəsinə qoymuşdur. O, həmin pul qabını 4-cü Polis Bölməsinin əməkdaşlarının iştirakı ilə dediyi yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. O, ilkin ifadəsində pul qabında 1675 manat pul olduğunu demiş, lakin Zərərçəkmiş şəxslə üzləşdikdən sonra həmin pul qabında Zərərçəkmiş şəxs dediyi kimi 1984 manat pul olduğu yadına düşmüşdür. O, həmin pulların hamısını öz tələbatları üçün xərcləmişdir. O, heç kimlə əlbir olmamış, həmin cinayət əməlini tək törətmişdir. O, Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq onu itələyib cibindən pul kisəsini oğurladıqdan sonra qaçıb getmək istəyən zaman Avsər onun koftasından tutub saxlamaq istəmiş, lakin o, koftasını soyunub onun əlindən çıxmış və şalvara qədər bədəni çılpaq vəziyyətdə qaçıb getmişdir. Avsər ona zor tətbiq etməmişdir. Törətdiyi əməldən peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ona isnad edilən cinayət əməlini törətməsi özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2020-ci il tarixdə, təxminən saat 11 radələrində o, Sumqayıt şəhəri, Kolxoz bazarına xar tut almağa getmişdir. Bazardan kiloqramı 4 manat olmaqla 6 kiloqram xar tut almış və tut satan qadına 100 manat pul verib tutun pulunu çıxmasını xahiş etmiş, qadın 24 manat pulu çıxıb ona 76 manat pul qaytarmışdır. O, pulu cibində olan pul qabından çıxarıb tut satan qadına vermiş, pulun qalığını isə pul qabına qoymuşdur. Həmin vaxt onun pul qabında 20 ədəd 100 manatlıq pul əskinazı şəklində 2000 manat, 1 ədəd 5 manatlıq pul əskinazı və 3 ədəd bir manatlıq pul əskinazı olmuşdur. O, tut satan qadına verdiyi 100 manatı həmin 2000 manat puldan götürüb vermişdir. O, tut alıb evə qayıdanda onun pul qabında 1984 manat pul olmuşdur. O, evə gedərkən Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı binanın qarşısına çatmasına az qalmış tanımadığı bir nəfər şəxs onu ucadan çağıraraq yanına gəlib guya aldığı tut üçün 5 manat az pul ödədiyini demiş, o isə ona tutun pulunu tut satan qadına verdiyini bildirmişdir. Həmin şəxs israr edərək tutun pulunu ödəmədiyini deyib onun arxasınca yaşadığı binanın blokuna daxil olmuş, o isə həmin şəxsə getməyi tövsiyə etmişdir. O, blokun birinci mərtəbəsinin ilk pilləklənlərini qalxıb ikinci mərtəbəyə qalxmaq istəyərkən həmin şəxs onu arxadan itələmiş, o da həmin şəxsin köynəyindən tutub əli üstə yerə yıxılmışdır. O, yerə yıxılan zaman əlində olan tut vedrəsi əlindən yerə düşmüşdür. Həmin şəxs onun arxa cibindən pul qabını çıxarmışdır. O, həmin şəxsi tutub saxlamaq istəsə də, həmin şəxs onun əlindən çıxaraq qaçıb getmişdir. O, həmin şəxsi tutub saxlayarkən həmin şəxs onun əlindən çıxıb qaçanda əynindəki köynək onun əlində qaldığı üçün həmin köynək blokda qalmışdır. O, blokdan həmin şəxsin arxasınca çıxmışdır. Həmin vaxt blokun girişində onların binada yaşayan qonşuları Xanım da olmuşdur. O, Xanıma blokun qapısını bağlamağı tapşırmış, sonra evə girmişdir. Həmin vaxt onun paltarı bulaşıq olduğu üçün evə girəndə ailə üzvləri, yəni gəlini Gülnar və nəvələri paltarının bulaşıq olduğunu görüb ondan nə baş verdiyini soruşmuşlar. O, ailə üzvlərinə baş vermiş hadisəni danışmışdır. O, həmin gün polis bölməsinə müraciət etməmişdir. O, hadisədən təxminən 2 gün sonra ərazi aidiyyəti üzrə 4-cü Polis Bölməsinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Baş vermiş hadisə zamanı ona məxsus içərisində 1984 manat pul olan pul qabını oğurlayan şəxs ona heç bir xəsarət yetirməmiş, ona heç bir zor tətbiq etməmişdir. Həmin şəxs onu arxadan yerə itələmiş, o da əli üstə yerə yıxılmış, sonra həmin şəxs onun arxa cibindən pul qabını götürmüşdür. O, həmin şəxsi əli ilə saxlamaq istəmiş, lakin həmin şəxs onun əlindən çıxaraq qaçıb getmişdir. Həmin şəxsin əynində olan köynək onun əlində qalmışdır. O, həmin şəxsi əvvəllər görməmişdir. Həmin şəxs əynində cızıqlı 3 düymə köynək olmaqla, təxminən 23-27 yaşında, qara saçlı oğlan olmuşdur. Həmin şəxs onu itələyən zaman əlində olan tut vedrəsi yerə düşüb dağıldığı üçün qonşu ilə gəlini bloku təmizləyərkən blokda qalan həmin şəxsin köynəyini götürüb zibil qabına atmışlar. Baş vermiş hadisə nəticəsində ona təxminən 1984 manat ziyan dəymişdir. Ona məxsus pul qabında onun adına olan pensiya kartı, “Ordubad” marketin endirim kartı olmuşdur. Pul qabı isə qara rəngli dəri pul qabı olmuşdur. O, həmin pul qabının markasını bilməmişdir. O, həmin pul qabını təxminən 1 il əvvəl 20 manata almış və pul qabı təzə vəziyyətdə olmuşdur. O, tut aldığı qadını görəcəyi halda tanıya bilər. O, tut alarkən onun pul qabını oğurlayan şəxsi həmin qadının yanında görməmişdir. Cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, xx.xx.2020-ci il tarixdə, saat 10 radələrində qayınatası Zərərçəkmiş şəxs Sumqayıt şəhərində yerləşən Kolxoz bazarına xar tut almağa getmiş və təxminən saat 11 radələrində evə qayıtmışdır. Qayınatası evə qayıdanda onun paltarları səliqəsiz vəziyyətdə olmuşdur. Qayınatası evə girən kimi içərisində 2000 manata yaxın pulu olan pul qabını yaşadıqları binanın blokunda tanımadığı bir nəfər oğlanın onu arxadan itələyərək pul qabını oğurlayıb qaçdığını demişdir. Qayınatası evdə onlara həmin şəxsi blokda koftasından tutub saxladığını, lakin həmin oğlanın qayınatasının əlindən sıyrılıb koftasını çıxararaq oradan qaçıb getdiyini, həmin vaxt aldığı tutun bloka töküldüyünü, həmçinin pul qabını oğurlayan şəxsin koftasını da bloka atdığını demişdir. O, birinci mərtəbəyə düşüb qayınatasının aldığı tutun yerə dağıldığını, həmin pul qabını oğurlayan şəxsin koftasının isə blokda olduğunu görmüşdür. Bu səbəbdən o, bloku yuyub təmizləmiş, həmin koftanı isə aparıb zibil qabına atmışdır. Sonradan qaynatasının pul qabını oğurlayan şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxsi həm bloka girərkən, həm də blokdan çılpaq şəkildə qaçıb gedərkən birinci mərtəbədə yaşayan qonşuları Xanımağa da görmüşdür. Həmin vaxt Xanımağa blokun girişində stulda oturmuşdur. Şahid2 göstərmişdir ki, birinci mərtəbədə qaldığı üçün çox vaxt yaşadığı blokun qarşısında stul qoyub oturmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 11 radələrində yaşadığı binanın blokunun qarşısında oturarkən qonşusu Zərərçəkmiş şəxs əlində olan tut vedrəsi ilə bloka yaxınlaşdığını görmüşdür. Avsər onunla salamlaşıb bloka girmiş, Avsərin arxasınca isə bir nəfər təxminən 30-35 yaşlı oğlan bloka girmişdir. Təxminən 10-15 saniyə sonra həmin oğlan beldən yuxarı çılpaq vəziyyətdə blokdan qaçıb getmişdir. Sonra Avsər blokdan çıxmışdır. Avsər ona həmin şəxsin onu arxadan itələyib cibindən içərisində 2000 manat pul olan pul qabını oğurlayaraq qaçıb getdiyini demişdir. O, bloka girəndə Avsərin aldığı tutun bloka dağıldığını görmüşdür. Sonra Avsərin gəlini Gülnar aşağı düşüb bloku təmizləmişdir. O, sonradan Zərərçəkmiş şəxs pul qabını oğurlayan şəxsin tutulduğunu, törətdiyi əməli etiraf etdiyini və adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Zərərçəkmiş şəxs içərisində 1984 manat pul, bank kartı olan pul qabını oğurlayan şəxs bloka girərkən həmin şəxsə fikir verməmişdir. Həmin şəxsi qəflətən blokdan qaçıb gedərkən arxadan görmüşdür. Şahid Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sonuncu əvvəllər məhkum olunmuşdur. xx xxxx 2020-ci il tarixdə o, işdə olarkən onlara növbətçi hissədən məlumat verilmişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 11 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı binanın blokunda bir nəfər naməlum şəxs həmin binada yaşayan Zərərçəkmiş şəxs içərisində təxminən 2000 manat pul olan pul qabını soyğunçuluq yolu ilə ələ keçirmişdir. O, iş yoldaşları ilə birlikdə bu hadisənin açılması istiqamətində əməliyyat tədbirləri həyata keçirməyə başlamışdır. Keçirilən əməliyyat tədbirləri nəticəsində onlara məlum olmuşdur ki, hadisəni törədən şəxs əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 9/25, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxsdur. xx.xx.2020-ci il tarixdə o, digər polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində saxlayıb ona Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı binadan Zərərçəkmiş şəxs içərisində təxminən 2000 manat məbləğində pul olan pul qabının oğurlanması hadisəsi ilə bağlı şübhəli olduğunu deyib bölməyə dəvət etmişlər. Onlar Təqsirləndirilən şəxs beldən yuxarı çılpaq vəziyyətdə qaçmasını əks etdirən videogörüntüsünün də olduğunu demişlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etmiş və xx xxxx 2020-ci il tarixdə, saat 10-11 radələrində Sumqayıt şəhəri, Kolxoz bazarında olarkən bir nəfər yaşlı kişinin tut aldığını, həmin kişinin pul qabında 100 manatlıq pul əskinazları olduğunu görüb həmin pulları oğurlamaq qərarına gəldiyini və həmin kişinin arxasınca gedib Sumqayıt şəhəri, 2-ci mikrorayon, 18 saylı binanın blokunda birinci mərtəbədə kişini arxadan itələyib cibindən pul qabını götürərək qaçıb getdiyini, qaçarkən kişinin onu koftasından tutduğunu, onun sıyrılıb koftasını çıxararaq qaçıb getdiyini, pul qabında 1675 manat pul olduğunu, pulları öz tələbatı üçün xərclədiyini, pul kisəsini isə içərisindəki bank kartı və dükan vizitkaları ilə birlikdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yaşayış binalarının birinin çardaq hissəsinə qoyduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisində yerləşən binanın damında pul qabını saxladığı yeri göstərmiş, onlar həmin pul qabını oradan götürmüşlər və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan “Təqdim etmə və götürmə haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs içərisində “Bank of Azerbaijan”a məxsus Zərərçəkmiş şəxs adına bankomat kartı və digər yazılı kağızlar olan 1 ədəd qara rəngli dəri pul qabını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin pul kisəsini xx.xx.2020-ci il tarixdə, təxminən saat 11:00 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində Zərərçəkmiş şəxs şalvarının cibindən götürərək qaçdığını, həmin pul kisəsinin içərisində əlavə 1675 (min altı yüz yetmiş beş) manat olduğunu, lakin həmin pulları xərclədiyini bildirmişdir. (i.v. 46) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə olan videogörüntüdə xx.xx.2020-ci il tarixdə, saat 11:10 radələrində başlayan andan Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində bir nəfər qara rəngli şalvar geyinmiş, beldən yuxarı çılpaq vəziyyətdə olan, təxminən 30-35 yaşlı oğlanın qaçması arxa tərəfdən və sağ tərəfdən əks etdirilmişdir. (i.v. 53) İş materiallarında olan Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:30-da tutulmuşdur. (i.v. 62-63) İş materiallarında olan Əşyanın tanınmaya təqdim edilməsi haqqında xx xxxx 2020ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul qabı tanınmaya təqdim olunmuşdur. Tanınma zamanı “Xiaomi Mi6” markalı rəqəmsal fotoaparatla fotoşəkillər çəkilmişdir. Tanınmalı olan əşya-pul qabı 2 rəqəmi ilə nömrələnməklə eyni növdən olan nömrələnmmiş vəziyyətdə aşağıda göstərilən əşyalar arasında təqdim edildi: 5 ədəd kişi pul qabları. Tanıyan şəxsə onun tanıya bildiyi əşyanı göstərmək və həmin əşyanı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olundu. Tanıyan şəxs Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib 2 rəqəmi ilə nömrələnmiş qara rəngli, üzərində heç bir yazısı olmayan kişi pul qabını göstərərək məhz həmin pul qabının ona məxsus olmasını və pul qabının rəngindən, formasından və üzərində olan kəmər yerindən tanıdığını bildirdi. (i.v. 75) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-147/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 13 gün olmaqla xx xxxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarix, saat 18:30 hesab olunmuşdur. (i.v. 101-102) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-793/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-418/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzanı çəkib qurtarmışdır. (i.v. 119-121, 133-138) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 132) İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 9/2578 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd qara rəngli, 9x12 sm ölçülü, ikiyə qatlanan, 3 cibli, təbii dəri materialından hazırlanmış pul kisəsinin (portmane) istifadədə olması nəzərə alınmaqla 2020-ci il iyun ayına olan orta bazar qiyməti təxminən 10,0 manat müəyyən edilir. (i.v. 147) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd pul qabı (portmane), **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartı, eləcə də Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş videogörüntüləri əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınmış, 01 ədəd pul qabı və **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartı saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş, 01 ədəd CD disk cinayət işinin istintaq materiallarında saxlanılmışdır. (i.v. 148-155) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus olan, iş üzrə maddi sübut hesab edilən pul qabı və ona məxsus **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartını müstəntiq Tural Əhmədlidən təhvil almışdır. (i.v. 179) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilirlər. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resedivini yaradır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 56.1.3, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, CM-in Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, CM-in 61.1.1-ci maddəsinə əsasən o cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə CM-in 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Əvvəlki cinayətə görə cəzanı çəkmiş, lakin məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxsin yenidən cinayət törətməsi onu göstərir ki, şəxs barəsində tətbiq edilən cinayət hüquqi təsir tədbiri gözlənilən səmərəni verməmiş, şəxs təhlükəli meyllərin və vərdişlərin təsirindən azad olmamışdır. Buna görə də, ilk dəfə məhkum olunmuş şəxslərə nisbətən residiv hesab olunan cinayətləri törətmiş şəxslər daha təhlükəli hesab edilirlər. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Kazımov X1 Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-793/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs barəsində tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-418/2016 saylı, xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsi ilə hökmlərin məcmusu qaydasında qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 01 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2020-ci ildə cəzanı çəkib qurtarmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən, Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin residivini onun məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilmə üsulunu və şəraitini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPMnin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Təqsirləndirilən şəxs soyğunçuluq etdiyi anı əks etdirən videogörüntü yerləşdirilmiş bir ədəd disk iş materiallarında saxlanılmalıdır. 01 ədəd pul qabının və **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınaraq sahibinə qaytarılmış hesab edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsini tələb etmiş, amma mülki iddia verməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzanın əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 100 (yüz) AZN Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs soyğunçuluq etdiyi anı əks etdirən videogörüntü yerləşdirilmiş bir ədəd disk iş materiallarında saxlanılsın. 01 ədəd pul qabının və **********354219 nömrəli “Beynəlxalq Bank”ın Visa Electron kartının saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-426/2020
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-426/2020
29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver